Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-106/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə R A R D A Dİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN: **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Cavabdeh 74295,11 manat əsas borc və 307,21 manat dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş və eyni zamanda, cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir (hakim Mübariz Hüseynov). Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunmuşdur (qərardadın Nəticə hissəsinin 1-ci bəndi). Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadında “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizənin təmin edilməməsi onunla əsaslandırılmışdır ki, “... məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə saat 22:47-də cavabdeh Cavabdeh məxsus elektron kabinet vasitəsilə göndərilmiş, elektron poçt ünvanına da təqdim edilmişdir. Tələbkarın qeyd edilən qərardaddan şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdə bitmiş, cavabdeh ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh təxminən 1 ay 5 gün müddəti ötürdükdən sonra apellyasiya şikayəti vermişdir. ...Cavabdehin məhkəməyə bildirdiyi hal odur ki, qətnamə ##.##.2026-cı il tarixdə müvafiq sistemə yerləşdirilməsi barədə bildiriş ona təqdim edilməmiş və sonradan qeyd edilən qətnamədən məlumatlı olmuşdur. Sonra isə elektron sistemdə yenilənmə olmuş və bu səbəbdən müddət ötürülmüşdür. Məhkəmə bildirir ki, məhkəmə qətnaməsi cavabdehə elektron kabinet vasitəsilə onun elektron poçtuna göndərilmiş və ##.##.2026-cı il tarixdə olmasa da, növbəti gündən həmin aktdan məlumatlı olmuşdur. Elektron Məhkəmə Informasiya Sistemində isə yenilənmə ##.##.2026-cı il tarixdə başlanmış, tam olaraq ##.##.2026-cı il tarixədə bərpa edilmişdir. Tərəfin, məsuliyyəti vardır ki, ən azı hər gün elektron poçtunu yoxlasın və məlumatlara nəzər yetirsin. Təqdim edilən çıxarışdan müəyyən edilir ki, qeyd edilən qətnamə cavabdehin elektron poçtuna da göndərilmişdir. Bundan əlavə gecikmənin 1 aydan çox baş verməsi elektron sistemdə baş verən yenilənmə ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, ##.##.2026-cı il tarixdən qeyd edilən elektron sənəd dövriyyəsi tam bərpa edilmiş və həmin vaxtdan mütəmadi olaraq apellyasiya şikayətləri qəbul edilib aidiyyəti üzrə göndərilmişdir.” Həmin qərardaddan (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) narazı qalan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və verilmiş apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-*-*(***)-****/**** nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlardan görünür ki, ## ###### 2025-ci ildən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır. - Iş üzrə ## #### 2026-cı ildə keçirilən və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh da iştirak etdiyi məhkəmə iclasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində iş üzrə yaradılmış elektron kabinetə ## #### 2026-cı ildə yerləşdirilməklə, imzalanmışdır. - Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ## #### 2026-cı ildə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir (təsdiq edilmiş elektron ünvanı (e-mail) – elektron ünvan 1). - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ## ### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş həmin apellyasiya şikayəti Şəki Kоmmersiyа Məhkəməsinin ## ### 2026-cı il tаrixli, e-*-*(***)- ****/**** nömrəli qərardadı ilə geri qaytarılmış və həmin qərardadda apellyasiya şikayətinin geri qaytarılması onunla əsaslandırılmışdır ki, cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün son müddət ##.##.2026-cı il tarixdə bitsə də, cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, lakin həmin şikayətlə birlikdə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə hər hansı sənəd (ərizə) təqdim edilməmişdir (həmin apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməmişdir). Həmin qərardaddan narazı qalan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh şikayət verərək Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin geri qaytarılmasının qanunsuz hesab edilməsini, verilmiş apellyasiya şikayətinin icraata qəbul edilərək aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh həmin şikayəti Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadlarına əsasən təmin edilməmiş və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təqdim etmişdir. - Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunmuşdur (qərardadın Nəticə hissəsinin 1-ci bəndi). - Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qərardadından (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) şikayət vermişdir. - Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş həmin şikаyət təmin edilməmiş və iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an - elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an - elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ## #### 2026-cı ildə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş olsa da, o, həmin qətnamədən apellyasiya şikayətini birinci dəfə ## ### 2026-cı ildə, sonradan isə yuxarıda qeyd olunan işin hallarına görə ## #### 2026-cı ildə Şəki Kommersiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, yuxarıda təsvir olunanlarla təsdiq olunur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ## ### 2026-cı ildə və eləcə də, ## #### 2026-cı ildə apellyasiya şikayətini verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmışdır. Çünki, məhkəmə işlərinə dair sənədlər “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə yerləşdirildikdən sonra avtomatik qaydada sistem tərəfindən həmin kabinetə bağlı olan email ünvanına bildiriş göndərilir və məhkəmə aktının tərəfin rəsmi qaydada aldığı vaxt (tarix) – tərəfin göndərilən bildirişi “oxuma tarixinə” əsasən deyil, müvafiq elektron sənədin (qətnamənin) tərəfin göstərdiyi informasiya sisteminə daxil olunduğu vaxtla müəyyən edilir ("Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an - elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici Mülki-Prosessual Məcəllədə kifayət qədər böyük - bir aylıq müddət müəyyən etmiş (maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (maddə 133). Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə ## ######## 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından ## ###### 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, Insan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Halbuki, işin hallarına uyğun olaraq nzərə alınmalıdır ki, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh da iştirak etdiyi məhkəmə iclasında qəbul edilərək, elan olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid Ismayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ###### 2007-ci il tarixli Qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda, məhkəmə kollegiyası hazırkı şikayətin dəlilləri və şikayətçi tərəfindən məhkəməyə təqdim edilən müraciət və sənədlərlə əlaqədar qeyd etməyi lazım bilir ki, iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh dəfələrlə etdiyi müraciətlər və vəsatətlər müvafiq qaydada araşdırılmaqla, yuxarıda qeyd edilən məhkəmə aktları və həmçinin, iş materiallarında olan digər məhkəmə aktları qəbul edilmişdir. Beləliklə də, işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) onun verdiyi hazırkı şikayəti ## #### 2026-cı il tarixli qərardadla təmin etməməkdə haqlı olmuşdur. Çünki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ## ### 2026-cı ildə və eləcə də, ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verərkən, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı isə məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsindən) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı (qərardadın “qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunması” hissəsi) dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-10)-106/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-106/2026
21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver