Azərbaycan Respublikası adından Qərardad İş № e-2-2(3-10)-53/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri Azərbaycan Respublikası adından Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin geri qaytarılması” barədə həmin məhkəmənin ## #### 2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QA ***/**** saylı, ## ###### 2024-cü il tarixli “alqı-satqı müqaviləsi”nə əsasən yaranmış 5040 manat borcun, həmin borcun gecikdirilməsinə görə hesablanmış 352,80 manat faizin və ödənilmiş 73,92 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 5040 manat məbləğində əsas borc, həmin borcun gecikdirilməsinə görə hesablanmış 352,80 manat məbləğində faiz borcu olmaqla cəmi 5392,8 manat pul vəsaiti və ödənilmiş 73,92 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Kоmmersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e- *-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ... mübahisələndirdiyi qətnamə ilə razı olmadığına görə, adıçəkilən qətnamədən apellyasiya şikayətini tərtib etdirib ## ###### 2026-ci il tarixdə özünə məxsus asan imza ilə məhkəmənin elektron kabinəsinə yerləşdirilməsini təmin edib. Bu faktı apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** saylı bank qəbzdə təsdiq edir. Qətnamədən verdiyi apellyasiya şikayəti, MPM-nin 363.1.3-cü maddəsinə əsasən ##.##.2026-ci il tarixli qəradadla geri qaytarılmış və həmin tarixdə elektron kabinəyə yüklənmişdir. Hazırada həmin qərardadla razı deyil və ondan şikayət verilməsi üçün 10 günlük müddətdən 5 gün geçdiyi zaman təsadüfən məlumatı olub, ## #### 2026-ci il tarixli şikayətini məhkəmənin elektron kabinəsinə müddətin bitməsinə 5 gün qalmış yükləməklə ümudvardır ki, şikayətinə qanuni və ədalətli şəkildə baxılması iştirakıilə təmin ediləcəkdir. Öncə bildirmək istəyir ki, həmin şikayətinin icraata götürüldüyünü yoxlamaq üçün məhkəmənin elektron kabinəsinə baxış keçirdikdə sistem xətasına dair məhkəmənin məlumatı məlum olub, həmin məlumatda rüsuma dair bank qəbzinin oxunulmadığı qeyd edilib. Bu fakt məlum olan kimi dərhal ## #### 2026-ci il tarixdə ********** saylı təkrar 75 manat dövlət rüsumunu ödəyib qəbzi həmin gün elektron kabinəyə əlavə edib. Hesab edir ki, məhkəmə iş üzrə ətraflı araşdırma aparmadan, ## ###### 2026-ci il tarixdə ödədiyi ********** saylı qəbzə əhəmiyyət verməmiş, əlavə olaraq ## #### 2026-ci il tarixdə ödədiyi ********* saylı qəbzə istinad etməklə apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddəti həmin tarixdən hesablamaqla səhv nəticəyə gəlmişdir. Bu səbəbdən Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadını tamamilə ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş etmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-ci il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsi ## ###### 2026-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə imzalanmaqla cavabdeh Cavabdeh kağız daşıyıcıda, poçt vasitəsi ilə göndərilmişdir (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti olmadığından). İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdeh həmin qətnaməni ## ###### 2026-cı il tarixdə özü imza etməklə qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə imzalanmaqla elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddəti ## ###### 2026-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehə ünvanladığı ##.##.2026-cı il tarixli məktubunda Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdə rüsuma dair bank qəbzinin oxunulmadığı deyil, ümumiyyətlə apellyasiya şikayəti və digər sənədlərin aşkar olunmadığı göstərilmişdir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şəki Kоmmersiyа Məhkəməsi ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və cavabdehin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də cavabdeh Cavabdeh Şəki Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(3-10)-53/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-53/2026
28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver