Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-59/2026 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN 5101595992) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Sədiyev Elvin Ilham oğlunun katibliyi, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (VÖEN 5101595992) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN 5101595992) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 23562,76 manat məbləğində əsas borc, 161 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 24073,76 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra: Iddiaçı) ilə alıcı - fərdi sahibkar Cavabdeh (bundan sonra: Cavabdeh) arasında ##.##.2024-cü il tarixli, ********** saylı alqı-satqı Müqaviləsi (bundan sonra: Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı tərəflər arasında razılaşdırılmış malları alaraq müvafiq ödənişləri yerinə yetirməlidir. Iddiaçı tərəfindən müvafiq mal və məhsullar Cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, Alıcı növbəti ayın 10-dan gec olmayaraq aldığı malın dəyərinin tamamını ödəyir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 23562,76 manat dəyərində mal göndərilmişdir. Bununla bağlı zəruri sənədlərin surəti iddia ərizəsinə əlavə edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, 23562,76 manat borc məbləği yaranmışdır. Yəni, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və müqavilə şərtlərinə əməl etməmişdir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə cavabdeh Cavabdeh 23562,76 manat məbləğində əsas borcun, 300 manat məbləğində vəkil xidmət haqqının və 160,69 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) və cavabdeh Cavabdeh (alıcı) arasında bağlanmış ## #### 2024-cü il tarixli, ********** nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı alıcının sifarişi əsasında məhsulları alıcıya satmağı, alıcı isə müqavilədə müəyyən edilmiş qaydada və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il (5208,6 manat), ##.##.2024-cü il (14201,24 manat), ##.##.2024-cü il (9361,46 manat), ##.##.2025-ci il (1324 manat), ##.##.2024-cü il (10586,28 manat), ##.##.2024-cü il (8868,24 manat) qaiməfakturalardan göründüyü kimi 49549,82 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən təmin olunmalıdır. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir. Işin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir. Işin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçı tərəfin izahatından göründüyü kimi, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 49549,82 manat dəyərində mallar təhvil verilmiş (malların təhvili barədə qaimə fakturalara əsasən), lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Iddiaçı cavabdeh tərəfindən həmin borcdan qismən ödəniş edildiyini və 23562,76 manat ödənilməmiş borcunun qaldığını bildirmişdir. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 23562,76 manat borcu qalmışdır ki, bu hal iş materialları və iddaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi barədə məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 23562,76 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (160,69 manat) iddiaçı tərəfindən Dövlət Büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 160,69 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş hissədə iddiaçıya aid edilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin, hüquqi yardım göstərilməsi haqqında müqavilənin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 300 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Birinci instansiya məhkəməsi, ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 567 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 81, 119.1, 121.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
– 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə cavabdehdən 23562,76 manat məbləğində borcun və məhkəmə xərclərinin tutulması qət edilmişdir. O, həmin qətnamə ilə razı deyildir və o, qətnaməni qanunsuz və əsassız hesab edir və bu səbəbdən apellyasiya şikayəti verir. Iddiaçı ilə cavabdehin arasında formal olaraq “alqı-satqı müqaviləsi” bağlansa da, tərəflər arasında yaranmış münasibətlər faktiki olaraq klassik alqı-satqı münasibətləri deyil, satış üçün malların təqdim edilməsi (distribyutor və ya komisyon xarakterli münasibətlər) olmuşdur. Belə ki, mallar cavabdehə son istifadə məqsədilə deyil, satış üçün təqdim edilmişdir. Cavabdeh həmin malları müstəqil alıcı kimi deyil, faktiki olaraq iddiaçının məhsullarını realizə edən şəxs kimi qəbul etmişdir. Müqaviləyə əsasən cavabdeh üçüncü şəxslərə satış zamanı iddiaçının müəyyən etdiyi qiymət siyasətinə riayət etməli idi ki, bu da onun müstəqil alıcı deyil, satış vasitəçisi kimi çıxış etdiyini göstərir. Həmçinin, cavabdeh satılmayan malları iddiaçıya dəfələrlə geri qaytarmaq istəsə də, iddiaçı onları qəbul etməkdən imtina etmişdir. Hazırda həmin mallar iddiaçıya məxsus olmaqla, cavabdehdə saxlanılır və istifadə edilmir. Göstərilən hallar bir daha təsdiq edir ki, iddiaçının tələb etdiyi məbləğ üzrə real və hüquqi əsaslı borc öhdəliyi yaranmamışdır. Məhkəmə iş üzrə mühüm faktiki halları tam və hərtərəfli araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Əvvəla, tərəflər arasındakı münasibətlərin mahiyyəti düzgün müəyyən edilməmiş, onların alqı-satqı yoxsa vasitəçilik xarakterli olubolmaması araşdırılmamışdır. Bu isə öhdəliyin və borc məsuliyyətinin müəyyən edilməsi üçün həlledicidir. Həmçinin, malların satılıb-satılmaması, geri qaytarılma imkanı və cavabdehin bu istiqamətdə cəhdləri qiymətləndirilməmişdir. Iddiaçının malları qəbul etməkdən imtinası da nəzərə alınmamışdır. Bundan başqa, qiymət siyasətinin iddiaçı tərəfindən müəyyən edilməsi, mülkiyyət hüququnun keçib-keçməməsi və tərəflər arasında hesablaşma qaydası araşdırılmamışdır. Bu çatışmazlıqlar məhkəmənin düzgün nəticəyə gəlməsinə mane olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mühüm hallar kifayət qədər və mötəbər sübutlarla təsdiqlənməmiş, bu isə qətnamənin əsaslılığına ciddi şübhə yaratmışdır. Məhkəmə cavabdehin borc öhdəliyinin mövcudluğu barədə nəticəyə yalnız malların təhvil verilməsinə əsaslanaraq gəlmiş, lakin öhdəliyin yaranması üçün zəruri digər hüquqi və faktiki əsasları araşdırmamışdır. Eyni zamanda, tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu da kifayət qədər sübut olunmamış, işin faktiki halları nəzərə alınmadan formal sənədlərə istinad edilmişdir. Halbuki, mövcud hallar münasibətlərin daha çox vasitəçilik xarakterli olduğunu göstərir. Məhkəmə malların son istehlak məqsədilə alındığını da sübut etmədən qəbul etmiş, əksinə olan hallar nəzərə alınmamışdır. Bundan əlavə, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyi halda, onun pozulması barədə nəticə çıxarılmışdır ki, bu da hüquqi baxımdan əsassızdır. Iddiaçı tərəfindən təqdim edilən sənədlər isə mənbəyi və doğruluğu yoxlanılmadan, birtərəfli olmasına baxmayaraq həlledici sübut kimi qəbul edilmişdir. Beləliklə, iş üzrə mühüm hallar ya sübut olunmamış, ya da qeyri-mötəbər sübutlara əsaslanmışdır ki, bu da qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir və həmin hallardan hüquqi baxımdan səhv nəticələr çıxarılmışdır. Məhkəmə malların cavabdehə təhvil verilməsinə əsaslanaraq, onun “alıcı” olduğunu və ödəniş öhdəliyinin yarandığını qəbul etmişdir. Halbuki, iş materialları malların satış məqsədilə verildiyini və satılmadıqda geri qaytarılmasının nəzərdə tutulduğunu göstərir ki, bu da münasibətin vasitəçilik xarakterli olduğunu göstərir. Eyni zamanda, malların satılıbsatılmaması və geri qaytarılması imkanı araşdırılmadan borcun mövcudluğu barədə nəticə çıxarılmışdır. Bu hallar ödəniş öhdəliyinin yaranması üçün həlledici olsa da, nəzərə alınmamışdır. Məhkəmə öhdəliyin mövcudluğunu əsaslandırmadan onun pozulması nəticəsinə gəlmiş, bu isə hüquqi məntiqə uyğun deyil. Bundan əlavə, münasibətlərin mahiyyəti düzgün qiymətləndirilməmiş, müqavilənin formal məzmununa üstünlük verilərək tərəflərin faktiki davranışı nəzərə alınmamışdır. Həmçinin, məhkəmə iddiaçının sübutlarına əsaslanaraq birtərəfli nəticə çıxarmış, cavabdehin mövqeyini lazımi qaydada nəzərə almamışdır. Nəticədə, müəyyən edilmiş faktiki hallarla gəlinmiş nəticələr arasında uyğunluq pozulmuş və qətnamə işin real vəziyyətini əks etdirməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş, lakin iş üçün mühüm əhəmiyyət kəsb edən yeni sübutlar mövcuddur. Cavabdehin malların geri qaytarılması ilə bağlı müraciətlərini və bu istiqamətdə gördüyü tədbirləri təsdiq edən yazışmalar göstərir ki, o, öhdəliklərini yerinə yetirməyə çalışmış, lakin iddiaçının imtinası buna mane olmuşdur. Bu sübutlar cavabdehin prosesdə iştirak imkanının olmaması səbəbindən təqdim edilməmişdir. Eyni zamanda, malların realizə olunmadığını və satış məqsədilə qəbul edildiyini təsdiq edən uçot sənədləri və digər materiallar tərəflər arasında münasibətlərin vasitəçilik xarakterli olduğunu göstərir. Həmçinin, müqavilənin faktiki icrasını əks etdirən əlavə yazışmalar və iddiaçının malları geri qəbul etməkdən imtina etdiyini sübut edən sənədlər də mövcuddur. Bu sübutlar cavabdehdən asılı olmayan səbəblərə görə birinci instansiyada təqdim edilməmiş və onun müdafiə hüququ məhdudlaşdırılmışdır. Beləliklə, həmin sübutlar işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli olduğundan apellyasiya instansiyası tərəfindən qəbul edilərək araşdırılmalıdır.
- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Lakin, iş üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ## ### 2026-cı il tarixli maliyyə arayışı təqdim etmiş və həmin maliyyə arayışında göstərilmişdir ki, alıcı Cavabdeh (VÖEN: 5101595992) ilə satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdeh ümumi dəyəri 49549,8 (qırx doqquz min beş yüz qırx doqquz manat 80 qəpik) manat məbləğində məhsul satılmışdır. Alıcı tərəfindən müqavilə öhdəlikləri çərçivəsində satıcıya ümumilikdə 37669 (otuz yeddi min altı yüz altmış doqquz) manat məbləğində ödəniş edilmiş və əlavə olaraq 4989,9 (dörd min doqquz yüz səksən doqquz manat 90 qəpik) manat dəyərində məhsul qaytarılması həyata keçirilmişdir. Aparılmış hesablamalara əsasən, hal-hazırda alıcı Cavabdeh satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində borcu vardır.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iş üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tаrixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq qaytarılan mallar nəzərə alındığı halda, onun iddiaçıya əsas borcunun iddia ərizəsində qeyd edilən 23562,76 manat məbləğində deyil, təxminən 5000 manat məbləğində borcunun olması ilə əsaslandırdı.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi - qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN 5101595992) 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində əsas borc tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və işin konkret halları ilə müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN 5101595992) arasında bağlanmış ## #### 2024-cü il tarixli, ********** nömrəli Alqı-satqı müqaviləsi əsasında sonuncuya ümumilikdə 49549,8 manat dəyərində mal satılmış və həmin alqı-satqı üzrə malların dəyərinin müəyyən hissəsi Alıcı tərəfindən ödənilmədiyinə görə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci ildə cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 23562,76 manat məbləğində əsas borc, 161 manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 24073,76 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, həmin Qətnamədə cavabdeh Cavabdeh 23562,76 manat məbləğində əsas borcun, 300 manat məbləğində vəkil xidmət haqqının və 160,69 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Lakin, cavabdeh Cavabdeh həmin qətnamə ilə razılaşmayıb, hazırkı apellyasiya şikayəti ilə müraciət edib, Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsini tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayəti əsasında iş üzrə Şəki Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş ## ### 2026-cı il tarixli Maliyyə Arayışından görünür ki, tərəflər arasında bağlanmış ## #### 2024-cü il tarixli, ********** nömrəli Alqısatqı müqaviləsinin icrası üzrə cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixinə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə ## ###### 2008-ci il tarixli qərarında qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin özü tərəfindən rəsmi sənəd kimi tərtib edilərək, məhkəməyə təqdim olunan ## ### 2026-cı il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə cavabdeh Cavabdeh ödənilməmiş əsas borcu 23562,76 manat məbləğində deyil, 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğindədir. Bu halda isə cavabdeh Cavabdeh tutulmalı olan borcun miqdarı 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində müəyyən edilməlidir. Beləliklə də, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddiaçı İddiaçı MMC-nin “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN 5101595992) 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində əsas borc tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və əsas borcun tutulması ilə bağlı iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Eyni zamanda, Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla, cavabdehdən tutulmalı olan cəmi 6882 manat məbləğində borcun məbləğinə mütənasib olan dövlət rüsumunun məbləği, yəni iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 88,82 (səksən səkkiz manat 82 qəpik) manat hissəsi cavabdehə aid edilməli və eləcə də, cavabdehdən iddiaçının xeyrinə hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə 300 (üç yüz) manat məbləğində pul tutulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələbləri baxımından məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olsa da (maddə 119.1), məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almalıdır (maddə 121.1). Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh (VÖEN 5101595992) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN 5101595992) 6882 (altı min səkkiz yüz səksən iki) manat məbləğində əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş xidmət haqqına görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 88,82 (səksən səkkiz manat 82 qəpik) manat hissəsi olmaqla, cəmi 7270,82 (yeddi min iki yüz yetmiş manat 82 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.