Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-60/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdeh ləğvetmə prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, Iddiaçı İddiaçı; Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları “X8 Kompleksi” MMC (alıcı) direktor X7 şəxsində, “xxxx” MMC-nin X12 və emalı məntəqəsinin (tədarükçü) müdiri X9 şəxsində və yaşıl tütün istehsalçısı İddiaçı (fermer) şəxsində “2019-cu il mövsümü üzrə yaşıl tütünün alğı-satqısına dair ##.##.2019-cu il tarixli müqavilə bağlanmışdır. 2.1.1-ci bəndinə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini həyata keçirir və hər hektardan 13 tondan az olmamaqla yaşıl tütün istehsal edib “alıcı”ya təhvil verir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və ##.##.2019-cu il tarixədək qüvvədədir. Tütün bitkisinin becərilməsi üçün “xxxx” QSC BOKT, “xxxx” MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X12 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənov (tədarükçü), İddiaçı iştirakı ilə ##.##.2019-cu il tarixli TM-***/** nömrəli Kredit müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq “xxxx” QSC və borc alan İddiaçı ##.##.2019-cu il tarixədək 14300 manat kredit verilməsi barədə razılaşmışlar. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü Qax rayonu, Qaxbaş və Qan inqiloy kəndləri ərazisində 8,55 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “Yaşıl tütün yarpağı.Texniki şərtlər.” OST- 46 151- 84 standartının tələblərinə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci bəndinin “k” yarımbəndinə görə borcalan tütün istehsalı üzrə bütün aqro-texniki qaydalara ciddi riayət etmək və bir hektardan minimum 15 ton məhsul istehsal etməyə nail olmaq öhdəliyini daşıyır. Həmin müqavilənin 2.4-cü bəndin d. bəndinə əsasən Müqavilə üzrə Alıcı olan “xxxx” Borcalana (iddiaçıya) təqdim etdiyi texnika, kamera, ştil və yaxud toxum, kimyəvi preparatların, mineral gübrələrin dəyərini və daşınma xərclərini tədarük zamanı əvəzləşdirmək vəzifəsi qeyd edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standarta əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsinə əsasən iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “7137,99 manat əsas borc, 922,01 manat faiz borcunun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Kompleksi” MMC ilə bağlanmış ## ###### 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən, cavabdehin verdiyi toxum əsasında 9,15 ha torpaq sahəsində tütün yetişdirməyi öhdəsinə götürmüş, cavabdeh isə yetişdirilmiş tütünü almağı öz öhdəsinə götürmüşdür. Tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına 2500-3000 (iki min beş yüz – üç min) manat arası vəsait tələb olunduğundan, ## #### 2019-cu il tarixdə “xxxx” QSC (borc verən), “X10 Kompleksi”xxxx” MMC-nin tabeliyində fəaliyyət göstərən X12 və Emalı Məntəqəsi və onunla (borc alan) TM-***/** nömrəli kredit müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq 9,15 ha torpaq sahəsinə tütün əkməyi üçün “xxxx” QSC (borc verən) mənə (borc alan) 14300 (on dörd min üç yüz) manat kredit vermişdir. Götürülmüş kreditdən sonra, cavabdeh ona yalnız 9,15 ha torpaq sahəsində tütün yetişdirilməsi üçün “GL-939” sortunun toxumunun ştillərini optimal müddətdə əkməyimə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəkildə vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Cavabdeh tərəfindən yenidən dəyəri onun tərəfimdən ödənilməklə “GL9-39” sortunun toxumu verilmiş, lakin, həmin toxum da optimal müddətdə əkməyinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəkildə vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona dəyəri özü tərəfindən ödənilməklə hazır cücərdilmiş ştillər verilmiş, lakin, həmin ştillərin də əksəriyyəti bitməmiş və yaxud boyu az artmışdır ki, nəticədə, hər hektardan ən azı 13 (on üç) ton (9,15 ha torpaq sahəsindən cəmi 118 ton (13x9,15)) məsul götürməli olduğu halda, ümumilikdə 9,15 ha torpaq sahəsindən təqribən 30 (otuz) ton tütün yığıb “X10 Kompleksi” MMC-yə tütün vermişdir. Həmin tütünün dəyəri isə təqribən 7500 (yeddi min beş yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona və digər zərərçəkmiş şəxslərə ünvanlanmış ## ###### 2020-ci il tarixli, **/**-**-**-*** nömrəli məktubda “GL939” və “NG 291” Dövlət Reyestri”ndə qeydiyyatda olmayan Amerika Birləşmiş ştatları mənşəli toxum olması bildirilmişdir. Keyfiyyətsiz tütün toxumu verilməsi səbəbindən o hər hektardan götürməli olduğu ən azı 13 (on üç) ton tütündən məhrum olmuşdur ki, bunun da ümumi dəyəri 29500 (iyirmi doqquz beş yüz) manat təşkil edir. Baş verənlərin nəticəsi olaraq, o, “xxxx” QSC ilə aralarında bağlanmış “Kredit müqaviləsi”nə əsasən götürdüyü krediti ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) edilmişdir. Nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 22000 (iyirmi iki min) manat maddi ziyan dəymişdir. Həmçinin digər zərərçəkmiş şəxslər X17, X3, X4, X5 və X21 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vurduğu ziyanın əvəzinin ödənilməsi barədə iddia üzrə yekunda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iddiaçı bildirmişdir ki, ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh MMC-yə müraciət etsə də, sonuncu onun müraciətini cavablandırmamışdır. Baş verənlərin nəticəsi olaraq, o, götürdüyü krediti ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) hesablanmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona əldən çıxmış fayda kimi 22000 manat maddi ziyan dəymişdir. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı dəymiş ziyanın əvəzi olaraq 22000 (iyirmi iki min) manat pulu Cavabdeh MMC-dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Iddiaçının bildirdiyi və etiraza qoşma kimi əlavə etdikləri fayldan da görünür ki, tərəflər arasında müqavilə 2019-cu ilin ## ###### tarixində imzalansa da o, iddia ərizəsini məhkəməyə 2025-ci ilin dekabr ayının 24-də təqdim etmişdir. Nəticə etibarilə qanunvericiliyin iddia müddəti ilə bağlı tələbləri pozulmuş və iddia ərizəsi iddia müddəti buraxılmaqla məhkəməyə təqdim edilmişdir. MM-nin 377.1-ci maddəsinə əsasən: “Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cari iş üzrə tütün toxumu 2019-cu ildə alınmış; məhsul 2019-cu il mövsümündə becərilmiş; məhsulun uğursuz olduğunu elə həmin il faktiki olaraq bilinmişdir. MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli sərəncamına əsasən, “X10 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin ##.##.2021-ci il tarixli sərəncamına əsasən, “X10 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, “xxxx” ASC “X10 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X10 Kompleksi” MMC ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X10 Kompleksi” MMC-nin hüquqi varisi “xxxx” MMC olmuşdur. “xxxx” MMC-nin təsisçisinin ##.##.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və ##.##.2024-cü il tarixdə “xxxx” MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC “xxxx” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMC ləğvetmə prosesindədir. Məhkəmə iclasında iddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və cavabdehin hərəkətləri nəticəsində ağır maddi duruma düşdüyün, nəticədə ağır xəstəliyə düçar olmuş ailə üzvlərinə köməklik edə bilmədiyini bildirdi. Ona verilən toxum keyfiyyətsiz olmuş və nəticədə ziyan dəymişdir. Digər zərərçəkənlərin məhkəmədə iddiası uğurlu olandan sonra o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüququnun pozulduğunu bildiyi an da qeyd edilən iddianın təmin edən və yekunda Ali Məhkəmdə qüvvədə qalan məhkəmə qərarıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazına uyğun izahat verərək iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: M.Hüseynov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti ##.##.2019-cu il tarixədək bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası müddəti qeyd edilən müddətlərlə üst-üstə düşür. Iddiaçı tərəf cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, artıq əkilmiş tütün ştillərinin bitiş vermədiyi və məhsuldarlıq əldə etmədiyi vaxtdan bilmişdir. Qeyd edilən müddətdən də başlayaraq iddia müddətinin axımı başlamış, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373, 373.2, 375.1. 375.2, 377.1, 385, 386, 567, 581, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, toxumun keyfiyyətsiz olmasını bildiyi gündən hüquqlarının pozulduğunu bilmişdir. Buna qədər məhsulun yetişməməsini, toxumun keyfiyyətsiz olması ilə əlaqələndirə bilməzdi. Ümumiyyətlə 1 ha torpaqdan lazımi keyfiyyətdə tütün məhsulunu ala bilməməsinin hansı səbəbdən baş verməsi ona aydın deyildir. Buna görə də, cavabdeh Müəssisədən aldığı krediti etirazsız ödəməli olmuşuq. Iddiaçı hazırkı tələblə ##.##.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. O, hüquqlarının pozulduğunu iddia ərizəsinə əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsinin qanuni qüvvəsini aldığı gündən yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından sonra bilmişdir. Çünki həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra əmin olmuşdur ki, cavabdehin ona keyfiyyətsiz toxum verməsini nəticəsində ona və eyni zamanda digər fermerlərə maddi ziyan dəymişdir. Iddiasının uğurlu olacağını bilmiş və bu səbəbdən məhkəməyə gec müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bildirir ki, birinci instansiya məhkəməsi ondan əvvəl məhkəməyə müraciət edən zərər çəkmiş fermerlərin eyni cavabdehə qarşı ziyan tələbiylə bağlı iddia ərizələrini qismən olsa belə təmin etmişdir. Halbuki, o ##.##.2024-cü il tarixdən sonra toxumun keyfiyyətsiz olduğunu və cavabdeh tərəfindən ona maddi zərər vurulduğunu bilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə 2019-cu ildə bağlanmışdır. Toxumda həmin ildə əkilmiş lakin, keyfiyyətsiz olduğundan məhsul verməmişdir. Məcbur olub başqa yerdən yeni toxum alaraq əkmişdir. Digər şəxslərin işi üzrə Ali Məhkəmənin qərarından sonra bilmişdir ki, ona verilmiş toxum keyfiyyətsiz olmuşdur. Suala cavab olaraq bildirdi ki, 2019cu ildə məhsulun olmadığını bilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayındəsi X1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, toxumların keyfiyyətsiz olmasını qəbul edir. Lakin, iddiaçı tərəf iddia müddətini faktiki olaraq ötürmüşdür. Odur ki, nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1. maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir.
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətləri dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir.
22. Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir. Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin akkreditasiya edilmiş sınaq laboratoriyalarında və ya akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparılır. Dövlət standartlarının tələblərinə cavab verən toxumlara akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir.
24. Azərbaycan Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: rayonlaşmamış sortların; sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; sort qarışığı olan toxumların.
26. Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir. Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda istifadə oluna bilər: beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə; müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən; seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə.
30. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
“Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Azərbaycan Respublikasında yalnız patentləşmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri istehsalatda istifadə edilə bilər. Satılan bitki materialları və damazlıq ehtiyatları müvafiq dövlət orqanları tərəfindən keyfiyyət sertifikatları ilə təchiz olunmalıdır. Sertifikat dövlət reyestrinə daxil edilmiş və rayonlaşdırılmış seleksiya nailiyyətlərinə verilir.
28. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanın tərəfindən müəyyən edilir.
33. Hüquqi və fiziki şəxslər tərəfindən: istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsi; istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adı verilməsi; istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub onların arasında çaşqınlıq yaradılması; lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsi; istehlakçını bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılması; seleksiya nailiyyətlərinin sertifikatsız satılması; dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılması; qanunvericiliyin yerinə yetirilməsi üçün saxta sənədlər hazırlanması, saxta sənədlərin hazırlanmasına göstəriş verilməsi və qanunvericiliyə zidd olan digər fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə səbəb olur. Seleksiya nailiyyətləri haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, iddiaçı tərəf iddiasında tütünün yetişdirilməsi zamanı cavabdeh tərəfindən ona ziyan vurulduğunu, ona qeydiyyatda olmayan və keyfiyyətsiz toxum sortu verildiyini bildirmiş, cavabdeh tərəf isə nə etirazlarında nədəki məhkəmədə verdiyi izahatında həmin halları mübahisələndirməmiş və etiraz etməmişdir. Göründüyü kimi, tərəf həmin halların baş verdiyini qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında da tərəf toxumların keyfiyyətsiz olduğunu qəbul etmişdir. Cavabdeh tərəfin yuxarıda sadalanan halların baş verməsini mübahisələndirməyərək qəbul etsədə, yeganə etiraz etdiyi məqam iş üzrə iddia müddətinin keçməsi halı olmuşdur. Bu səbəbdəndə tərəf məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya şikayətinin yeganə dəlili iddia müddətinin ötürülməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlıda ilkin olaraq qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.). Bununla yanaşı “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Iddia müddətinin məqsədi ilə bağlı Avropa Insan Hüquqları Məhkəməsi “Stanyo Belçikaya qarşı iş” üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Insan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş” üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il # ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Iş materiallarından müəyyən edilir ki, “X8 Kompleksi” MMC (alıcı) direktor X7 şəxsində, “xxxx” MMC-nin X12 və emalı məntəqəsinin (tədarükçü) müdiri X9 şəxsində və yaşıl tütün istehsalçısı İddiaçı (fermer) şəxsində “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair ##.##.2019-cu il tarixli müqavilə bağlanmışdır. 2.1.1-ci bəndinə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini həyata keçirir və hər hektardan 13 tondan az olmamaqla yaşıl tütün istehsal edib “alıcı”ya təhvil verir. Həmin Müqavilənin 7.3-cü bəndinə görə isə, müqavilə imzalandığı andan qüvvəyə minir və ##.##.2019-cu il tarixədək qüvvədədir. Göründüyü kimi, “X8 Kompleksi” MMC, “xxxx” MMC-nin X12 və emalı məntəqəsi və istehsalçı İddiaçı arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair ##.##.2019-cu il tarixli müqavilənin ##.##.2019-cu il tarixədək qüvvədə olmuşdur. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəf ona verilmiş toxumu 2019-cu ildə əkib becərmiş lakin, keyfiyyətli məhsul və yüksək məhsuldarlıq əldə etməmişdir. Kollegiya apellyatorun dəlilinə münasibət bildirərək daha sonra qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, iddiaçı tərəf şikayətində hər nəqədər iddia müddətini ötürmədiyini bildirsədə, yenə özü birinci instansiya məhkəməsində izahat verərək həyat yoldaşının və özünün xəstəliyi səbəbindən məhkəməyə müraciət edə bilmədiyini bildirmişdir (iş v. 88). Bundan başqa, iddiaçı tərəf yenə birinci instansiya məhkəməsində veridiyi izahatında şirkətə müraciət etdiyini lakin, şirkət tərəfindən ona məhkəməyə müraciət etməməsi bildirilmişdir (iş v. 88). Göründüyü kimi, iddiaçı tərəf həmin dövrdə də hüquqların pozulduğunu bilmişdir. Məhkəmə kollegiyası iddia müddətinin ötürməsini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı qeyd edir ki, müddətlərin başlanması və qurtarmasını Mülki Məcəllənin 368 və 369-cu maddələri ilə müəyyən edilmişdir. Cavabdehin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan qaldıraraq hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmişdir. Məhkəmə kollegiyası bir daha bildirir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə vəzifəsi onun üzərinə düşməsinə baxmayaraq müddətin ötürülməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqların bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması ilə bağlı ümumi qaydanın müəyyən olunduğu 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır. Həmçinin Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). Öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur. Beləliklə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il olmaqla (Mülki Məcəllənin 373.2-ci maddəsi) həmin müddətin axımı öhdəliyin icra müddətinin şərtlərindən asılı olaraq Mülki Məcəllənin 377-ci maddəsində müəyyən olunan andan başlanır. Iş materiallarından isə müəyyən edilir ki, iddiaçı tərəf artıq 2019-cu ildə lazımi miqdarda və keyfiyyətdə məhsul əldə etmədiyini bilmiş və hətta özünün izahatında da bildirdiyi kimi, bununla bağlı şirkətə müraciətdə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müddət axımının Ali Məhkəmənin qərarından sonra hesablanması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, apellyatorun həmin dəlili iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Eyni zamanda, iddia müddətinin axımının dayandırılması üçün qanunvericilikdə konkret əsaslar qeyd edilmişdir. Iddiaçının irəli sürdüyü faktlar iddia müddətinin axımının dayandırılmasına da səbəb deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin başqa iddiaçıların tələblərinin təmin edildiyi halda onun iddiasının təmin edilməməsinin ədalətsiz olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hər bir işin özünə məxsus xüsusiyyəti vardır. Olabilsinki həmin işdə iddiaçılar müddəti ötürməmişlər (qətnamələrin tarixlərinə baxanda bu halın olması müəyyən edilir) və ya qarşı tərəf müddətin tətbiqinə dair ərizə verməyə bilər. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qətnamə hazırki işdə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Odur ki, şikayətin həmin dəlillərini də əsaslı hesab edilə bilməz. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tərəflər arasında məhz alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin tələblər üzrə isə iddia müddəti 3 il müəyyən edilmişdir. Iddiaçı tərəf isə məhkəməyə 2023-cü ildə müraciət etməli olduğu halda ancaq, ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.