Məhkəmə qərarları › İş №e-2-2(3-10)-66/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-66/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-66/2026 20.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən e t d i: Ilkin iddia üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların xeyrinə 516234,66 manat pulun və iddia ərizəsinə görə ödənilən dövlət rüsumunun (807 azn) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanan müqavilənin 6.1- ci bəndinə əsasən sifarişçi müqaviləyə və tələbatına əsasən hesablanmış malların dəyərini müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini təmin etməlidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən köçürmə yolu ilə qaimə əsasında 15 gün ərzində həyata keçirilir. Təqdim etdikləri ****** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaiməfaktura üzrə yaranan borc öhdəliyi müqavilə üzrə 15 təqvim günü ərzində ödənməli idi. Lakin, hazırki tələblərindən də göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetriməmişdir. Bu səbəbdən onlara külli miqdarda ziyan dəymişdir. Cavabdeh öz öhdəliyini yerinə yetirməməsi səbəbi ilə qeyd olunan borc məbləği üzrə hər ay gecikdirilmiş günə görə dəbbə pulu və əldən çıxmış faydanı ödəməlidir. Hesab edir ki, hazırda borc məbləği üzrə dəbbə pulu da cavabdehdən tutularaq onlara ödənilməlidir. Həmçinin, əgər müqavilə üzrə borclu tərəfindən ödəniş yerinə yetirilsə idi, onlar bu puldan vaxtında istifadə edə və əlavə gəlir əldə edə bilərdilər. Belə ki, şirkət üzrə yeni avadanlıqlar əldə edə və onları sataraq və ya icarəyə verərək qat-qat artıq qazanc əldə oluna bilərdi. Bu səbəblə əldən çıxmış fayda və maliyyə itkisi olaraq ortalama banklarda olan depozit faizini (8%) nəzərə alaraq, bu günədək hesablanmaqla cəmi 82597 manat vəsaitin tutulması zəruridir. Qeyd olunanlara əsasən iddia tələbi üzrə 516234,66 manat əsas borcun, 807 manat dövlət rüsumunun, dəbbə pulu olaraq 38562,73 manatın, gecikdirilmiş günə görə 51623 manat faiz borcunun və 82597 manat əldən çıxmış faydanın cavabdehdən tutulması xahiş edilmişdir. Bundan başqa əlavə olaraq qeyd olunur ki, iddia tələbi 516234,66 manat əsas borc, dəbbə pulu olaraq 38562,73 manat, gecikdirilmiş günə görə 51623 manat faiz borcu və 82597 manat əldən çıxmış fayda olmaqla, ümumi tələb 689.017,39 manat təşkil edir. Ödənilməli olan rüsum məbləği 979,02 manat, tərəflərindən ödənilmiş ilkin rüsum məbləği 807 manat, hazırda ödənilməli olan məbləğ 172,02 manat təşkil edir. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh QSC arasında ****/** nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə tibbi avadanlıqlar və məhsulları cavabdehə verməli idilər və cavabdeh təhvil-təslim aktına əsasən icra etdikləri öhdəliyin müqabilində 15 gün müddətində xidmətlərini ödəməli idi. Müqavilə predmeti olan mallar tərəflərindən tam və keyfiyyətli şəkildə təhvil verilmişdir. Bu fakt ##.##.2024-cü il tarixli təhvil-təslim aktı və təqdim olunmuş e-qaimə fakturalar ilə təsdiqlənmişdir. Amma, cavabdeh bu günədək öhdəliyini icra etməmiş və bununla da fəaliyyətlərinə zərər vurur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində 516234.66 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə şifahi qaydada müraciət etməklərinə baxmayaraq cavabdeh onlarla heç bir formada razılığa gəlmədiyində tərəflərindən Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 4.3, 149.2.4-cü maddələrinə əsasən ##.##.2025-ci il tarixində 1755082991570480 № üzrə Vergilər Nazirliyinin elektron sistemi vasitəsilə cavabdehə pretenziya göndəriblər, bundan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən ##.##.2025-ci ildə iddia ərizəsinin bir nüsxəsini cavabdehə göndəriblər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158 və 445-ci maddələrinə əsasən Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və ##.##.2025-ci il tarixli qərardad ilə cavabdehin Kapital Bank ASC-dəki bank hesablarına müvəqqəti həbs qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmişdir və ##.##.2025-ci il tarixində Şəki Icra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmışdır. Cavabdehlə aralarında müqavilə bağlanmışdır, cavabdehə malların təhvil verməklərinə dair təhvil-təslim aktı imzalanmışdır, cavabdeh bu günədək pul öhdəliklərini qərəzli şəkildə icra etməmişdir, cavabdeh hesablarında milyonlarla pul vəsaitinin olmasına baxmayaraq öhdəliyini icra etmir, cavabdehə pretenziya və iddia ərizəsinin bir nüsxəsini təqdim ediblər. Cavabdeh müvəqqəti təminat tədbiri ilə bağlı şikayətində özü etiraf etmişdir ki, kifayət qədər pul vəsaiti və 100-dən çox nəqliyyat vasitəsi, texnikası mövcuddur, yalnız 10-nun dəyəri belə iddia tələbindən artıqdır. Belə imkanlara malik olduğu halda öhdəliyini qəsdən icra etməməsi cavabdehin qanuna, mənəviyyata və biznes qaydalarına zidd davranışını sübut edir. Göstərilənlərdən görünür ki, iddia təmin edilməlidir. Həmçinin, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Umbakı Penitensiar Kompleksi cəlb edilməklə aktın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti onlara qarşı iddia qaldırıb 516000 manat tələb edirlər. Həmin tələb müqavilə, əlavəsi və təhvil-təslim aktı ilə əsaslandırılmışdır. ##.##.2024-cü il tarixli tərəflər arasında təsdiqlənmiş iddiaçı tərəfindən göstərilmiş təhvil-təslim aktı etibarsızdır. Onlar həmin əmlakı təhvil almayıblar. Həmin əmlaklar cəzakəçmə müəssisəsinə təhvil verilib. Bu səbəbdən həmin pulu onlar ödəməli deyildir. Odur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, ilk iddia tələbi qismən təmin edilərək, cavabdeh cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən 516234,66 manat borc, illik 5 faizlə hesablanmış 30113,68 manat olmaqla cəmi 546348,34 manat pul vəsaiti və 836,35 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra, işə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəməyə barışıq sazişi göndərərək təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında razılaşdırılmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında ## ### 2026-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Hazırki işdən isə görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimidir:

1. X1 tərəflər arasında səlahiyyətli şəxslərin imzası və möhürü ilə təsdiq edilərək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilsin.

2. Cavabdeh QSC-nin İddiaçı MMC qarşısında ümumi borcu ədv daxil 516.234 (beş yüz on altı min iki yüz otuz dörd) manat 66 qəpik təşkil edir. Borclu tərəf həmin borcu aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür: 2.1. Barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində ümumi borcdan ədv xaric 200.000 (iki yüz min) manat; 2.2. Bu Sazişin 2.1-ci bəndində qeyd olunan məbləğ ödənildiyi gündən sonra 1 (bir) ay ərzində əlavə ədv xaric 20.000 (iyirmi min) manat; 2.3. Növbəti ödənişlər aşağıdakı cədvələ uyğun; Ödəmə müddəti Ödəniş məbləği Müvafiq sətirdəki (manatla) ödəmədən sonra

1. 2026-cı ilin avqust ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 197.487 (ədv xaric)

2. 2026-cı ilin sentyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 177.487 (ədv xaric)

3. 2026-cı ilin oktyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 157.487 (ədv xaric)

4. 2026-cı ilin noyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 137.487 (ədv xaric)

5. 2026-cı ilin dekabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 117.487 (ədv xaric)

6. 2027-ci ilin yanvar ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 97.487 (ədv xaric)

7. 2027-ci ilin fevral ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 77.487 (ədv xaric)

8. 2027-ci ilin mart ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 57.487 (ədv xaric)

9. 2027-ci ilin aprel ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 37.487 (ədv xaric)

10. 2027-ci ilin may ayının 5-dək (5- i də daxil) 20.000 (ədv xaric) 17.487 (ədv xaric)

11. 2027-ci ilin iyun ayının 5-dək (5-i də daxil) 17.487 (ədv xaric) 0

3. Borclu tərəf bu Sazişlə borcun mövcudluğunu, məbləğini və öhdəliyini tam şəkildə etiraf edir və gələcəkdə həmin borcla bağlı hər hansı etiraz irəli sürməyəcəyini qəbul edir.

4. Tətbiq edilmiş təminat tədbirləri tam həcmdə qüvvədə qalır və onların ləğvi və ya azaldılması yalnız İddiaçı MMC-nin yazılı razılığı əsasında mümkündür.

5. Borclu tərəfindən ödənilən hər bir məbləğ həcmində təminat tədbiri (bank hesabları üzərinə qoyulmuş həbs, blok və digər məhdudiyyətlər) mərhələli qaydada azaldılır. Qalan borc məbləği tam ödənilənədək təminat tədbirləri həmin məbləğ həcmində qüvvədə saxlanılır. Təminat tədbirlərinin tam ləğvi yalnız borcun tam həcmdə ödənilməsindən sonra mümkündür.

6. Borclu tərəfindən həyata keçirilən hər hansı qismən ödəniş borcun tam bağlanması kimi şərh edilə bilməz və İddiaçı MMC-nin qalan borc üzrə tələb hüququnu məhdudlaşdırmır.

7. Borclu tərəfindən bu Sazişdə nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsi müddətinin pozulması, ödənişin gecikdirilməsi, natamam icrası və ya öhdəliyin hər hansı şəkildə pozulması halında İddiaçı MMC əlavə xəbərdarlıq etmədən: - qalan bütün borcun dərhal ödənilməsini tələb etmək; - təminat tədbirlərinin tam tətbiqinin davam etdirilməsini tələb etmək; - məcburi icra tədbirlərinə başlamaq; - məhkəmə və icra orqanlarına müraciət etmək hüququna malikdir.

8. Ödəniş müddətinin pozulduğu hər gün üçün borclu tərəf gecikdirilmiş məbləğin 0.1%-i həcmində dəbbə pulu ödəməyi qəbul edir.

9. Bu Saziş üzrə bütün ödənişlər yalnız bank köçürməsi qaydasında həyata keçirilir. Ödəniş yalnız vəsaitin İddiaçı MMC-nin bank hesabına faktiki daxil olduğu tarixdən icra edilmiş hesab olunur.

10. Təminat tədbirində olan məhdudiyyət yalnız İddiaçı MMC-yə edilmiş ödənişlər üzrə, ödənilmiş məbləğ həcmində vəsaitə münasibətdə aradan qaldırıla bilər.

11. Bu Saziş üzrə tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən və borc tam ödənildikdən sonra onların bir-birinə hər hansı maliyyə tələbi qalmır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, barışıq sazişinin qeyd edilən şərtlərindən göründüyü kimi, barışıq sazişinin bağlanması qanuna zidd deyildir və həmin saziş prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hər iki tərəfin mənafeyinə uyğundur. Bundan başqa, iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında ## ### 2026-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, aparılmış təqdiqatın dəyəri 300 (100+200) manat pulun 150 manatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən, 150 manat isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:1700326621, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumları isə tərəflərin özlərinə aid edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 261, 263-264, 361-364, 400, 402, 403, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı

Qərara a l d ı:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Umbakı Penitensiar Kompleksi cəlb edilməklə “təhvil-təslim aktının etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında ## ### 2026-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. X1 tərəflər arasında səlahiyyətli şəxslərin imzası və möhürü ilə təsdiq edilərək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilsin.

2. Cavabdeh QSC-nin İddiaçı MMC qarşısında ümumi borcu ədv daxil 516.234 (beş yüz on altı min iki yüz otuz dörd) manat 66 qəpik təşkil edir. Borclu tərəf həmin borcu aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür: 2.1. Barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində ümumi borcdan ədv xaric 200.000 (iki yüz min) manat; 2.2. Bu Sazişin 2.1-ci bəndində qeyd olunan məbləğ ödənildiyi gündən sonra 1 (bir) ay ərzində əlavə ədv xaric 20.000 (iyirmi min) manat; 2.3. Növbəti ödənişlər aşağıdakı cədvələ uyğun:

Ödəmə müddəti Ödəniş məbləği Müvafiq sətirdəki (manatla) ödəmədən sonra

1. 2026-cı ilin avqust ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 197.487 (ədv xaric)

2. 2026-cı ilin sentyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 177.487 (ədv xaric)

3. 2026-cı ilin oktyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 157.487 (ədv xaric)

4. 2026-cı ilin noyabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 137.487 (ədv xaric)

5. 2026-cı ilin dekabr ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 117.487 (ədv xaric)

6. 2027-ci ilin yanvar ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 97.487 (ədv xaric)

7. 2027-ci ilin fevral ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 77.487 (ədv xaric)

8. 2027-ci ilin mart ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 57.487 (ədv xaric)

9. 2027-ci ilin aprel ayının 5-dək (5-i də daxil) 20.000 (ədv xaric) 37.487 (ədv xaric)

10. 2027-ci ilin may ayının 5-dək (5- i də daxil) 20.000 (ədv xaric) 17.487 (ədv xaric)

11. 2027-ci ilin iyun ayının 5-dək (5-i də daxil) 17.487(ədv xaric) 0

3. Borclu tərəf bu Sazişlə borcun mövcudluğunu, məbləğini və öhdəliyini tam şəkildə etiraf edir və gələcəkdə həmin borcla bağlı hər hansı etiraz irəli sürməyəcəyini qəbul edir.

4. Tətbiq edilmiş təminat tədbirləri tam həcmdə qüvvədə qalır və onların ləğvi və ya azaldılması yalnız İddiaçı MMC-nin yazılı razılığı əsasında mümkündür.

5. Borclu tərəfindən ödənilən hər bir məbləğ həcmində təminat tədbiri (bank hesabları üzərinə qoyulmuş həbs, blok və digər məhdudiyyətlər) mərhələli qaydada azaldılır. Qalan borc məbləği tam ödənilənədək təminat tədbirləri həmin məbləğ həcmində qüvvədə saxlanılır. Təminat tədbirlərinin tam ləğvi yalnız borcun tam həcmdə ödənilməsindən sonra mümkündür.

6. Borclu tərəfindən həyata keçirilən hər hansı qismən ödəniş borcun tam bağlanması kimi şərh edilə bilməz və İddiaçı MMC-nin qalan borc üzrə tələb hüququnu məhdudlaşdırmır.

7. Borclu tərəfindən bu Sazişdə nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsi müddətinin pozulması, ödənişin gecikdirilməsi, natamam icrası və ya öhdəliyin hər hansı şəkildə pozulması halında İddiaçı MMC əlavə xəbərdarlıq etmədən: - qalan bütün borcun dərhal ödənilməsini tələb etmək; - təminat tədbirlərinin tam tətbiqinin davam etdirilməsini tələb etmək; - məcburi icra tədbirlərinə başlamaq; - məhkəmə və icra orqanlarına müraciət etmək hüququna malikdir.

8. Ödəniş müddətinin pozulduğu hər gün üçün borclu tərəf gecikdirilmiş məbləğin 0.1%-i həcmində dəbbə pulu ödəməyi qəbul edir.

9. Bu Saziş üzrə bütün ödənişlər yalnız bank köçürməsi qaydasında həyata keçirilir. Ödəniş yalnız vəsaitin İddiaçı MMC-nin bank hesabına faktiki daxil olduğu tarixdən icra edilmiş hesab olunur.

10. Təminat tədbirində olan məhdudiyyət yalnız İddiaçı MMC-yə edilmiş ödənişlər üzrə, ödənilmiş məbləğ həcmində vəsaitə münasibətdə aradan qaldırıla bilər.

11. Bu Saziş üzrə tərəflər öz öhdəliklərini tam yerinə yetirdikdən və borc tam ödənildikdən sonra onların bir-birinə hər hansı maliyyə tələbi qalmır. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilsin. Aparılmış təqdiqatın dəyəri 300 (100+200) manat pulun 150 manatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən, 150 manat isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:1700326621, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar