Məhkəmə qərarları › İş №e-2-2(3-10)-73/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-73/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-73/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (Açar sözlər: öhdəliyin icra edilməməsi, alğı-satqı) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında ##.##.2025-ci il tarixli **** nömrəli “bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini (bundan sonra mal adlandırılacaq) malı satır. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddəti əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqaviləyə edilmiş əlavə razılaşma müqavilənin ayrılmaz hissəsidir, "alıcı" və satıcı" tərəfindən imzalanaraq möhürlənir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, miqdarı, ödəmə müddəti və şərti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.3-cü bəndinə əsasən mallar xarıcı ölkələrdən valyuta ilə alındığı üçün qiymətlər ABŞ dolları ilə hesablanır. Ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə olan ABŞ dollarının məzənnəsinə uyğun olaraq hesablanıb manatla aparılır. Ödəmə vaxtında aparılmadığında gecikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə hesablanacaq. Müqavilənin 3.1.1-ci bəndinə əsasən "satıcı” müqavilə imzalandıqdan sonra malları alıcıya əlava razılaşma əsasında müəyyən edilmiş müddətdə təhvil verir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən alınmış malların dəyəri əlavə razılaşmada göstərilən müddətdə ödənməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı malı alıcıya müəyyən olunmuş müddətdə və eyni zamanda nəzərdə tutulmuş qablaşması, keyfiyyətinə görə istehsalçının texniki şərtlər və texniki təqdimatı əsasında təhvil verir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında ##.##.2025-ci il tarixli **** nömrəli müqaviləyə ##.##.2025-ci il tarixdə imzalanmış AK****************** nömrəli əlavədən görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdehə satılmalı olan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” məhsullarının cəmi dəyəri 27000 ABŞ dolları təşkil etmişdir. Həmin əlavənin 2.1-ci bəndinə əsasən mallar alıcının sifarişinə əsasən təhvil verilir. 3.1-ci bəndinə əsasən malın dəyəri 30 gün müddətinə ödənilməlidir. 3.2-ci bəndinə əsasən ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə olan ABŞ dolları məzənnəsinə uyğun olaraq hesablanıb manatla aparılır. Ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə pulu hesablanacaq. Həmin əlavə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında rəsmiləşdirilmiş ##.##.2025-ci il tarixli AK****************** nömrəli malların təhvil-qəbul aktından görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdehə satılmalı olan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” məhsulları, CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Həmin akt iddiaçı və cavabdeh şirkətin nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə göndərilmiş ******** nömrəli ##.##.2025-ci il tarixli elektron qaimədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilən malların adı və qiyməti öz əksini tapmışdır. Həmin malların ümumi dəyərinin 45900 manat təşkil etdiyi qeyd edilmişdir. CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin sertifikatlar üzrə mütəxəssisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli A-N ** nömrəli arayışda qeyd edilmişdir ki, 2025-ci ilin oktyabr ayına olan məlumata əsasən, "Metatolle oil 25 L" Avropa Ittifaqının bitki mühafizə vasitələri bazasında qeydiyyatdan keçməyib və istifadəyə icazə verilmiş maddələr siyahısına daxil edilməyib. Bu isə o deməkdir ki, bu preparatın AI ərazisində kənd təsərrüfatında istifadəsi qadağandır. Bu vasitə ilə işlənmiş məhsullar AI-yə ixrac zamanı tələblərə uyğun deyil. Azərbaycan Respublikasının X5 Kollegiyasının ##.##.2021-ci il tarixli, ** nömrəli “bir sıra pestisidlərin qadağan edilməsi barədə” qərarında mövcud olan siyahıda və həmin qərarda əks olunan siyahıya əlavə olaraq tərtib edilən ##.##.2022-ci il tarixli **/**** nömrəli məlumtlarında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” adlı məhsullar (bitki mühafizəsi üçün dərman preparatı) qadağan olunan pestisidlər (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratlar, göbələklər, alaq otları və gəmiricilərlə mübarizə aparmaq, həmçinin məhsuldarlığı artırmaq üçün istifadə olunan kimyəvi və ya bioloji maddələr) sırasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının X5 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**/*-******/**** nömrəli məlumatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na uyğun olaraq pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş, dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Agentliyə rəsmi müraciət etməlidirlər. Müraciətdə sözügedən Türkiyə Respublikası “X1 San. ve Tic. A.Ş.”nin istehsalı olan “Metatolle Oil” əmtəə nişanlı pestisid ölkə ərazisində 2022-ci il ## ######## tarixində ****** nömrəli şəhadətnamə ilə qeydiyyata alınaraq ölkəyə idxalına icazə verilmiş preparatlar siyahısına salınmışdır. ******* nömrəli mənşə şəhadətnaməsindən görünür ki, “Metatolle Oil” 25 lt əmtəə nişanlı pestisid, Türkiyə Respublikası “X1 San. ve Tic. A.Ş.” şirkəti tərəfindən idxal edilməklə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikasının X5 “pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələri dövlət qeydiyyatı haqqında” ****** nömrəli ##.##.2022-ci il tarixli şəhadətnaməsindən görünür ki, Türkiyə Respublikasından ixrac edilmiş “Metatolle Oil” əmtəə nişanlı pestisid 5 il müddətinə **** nömrəli dövlət qeydiyyatına alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Ikin iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” QSC-nin arasında bağlanmış # ###### 2025-ci il tarixli, **** saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “xxxx” QSC “xxxx” MMC-yə olan əsas borc 27213.6 manat, dəbbə borcu 3346,83 manat, ümumilikdə 30560,43 manat pul məbləğinin alınaraq “xxxx” MMC-nin bank hesabına, (YapıKredi Bank Azerbaijan JSC 9900009021 509987 KABAAZ22 AZ51NABZ01350100000000012944 AGROKIMYA MMC ********** AZ47KABA00000000000000005509) ödənilməsi və “xxxx” MMC tərəfindən ödənilmiş 183 manat dövlət rüsumunun cavabdeh “xxxx” QSC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, GLOBALG.A.P sertifikatlaşdırılmasının uğursuzluğu nəticəsində ümumilikdə dəymiş (əldən çıxmış gəliri minimum 10% dək götürməklə) 30 000 manat dəyərində zərərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" QSC-yə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” QSC arasında “bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” # ###### 2025- ci il tarixli, **** saylı müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” QSC-yə “xxxx” verilmişdir. Verilmiş mallar əsasında MMC-yə əlavə razılaşmalara əsasən malın ödənişi (mal alındıqca) tərəf mal aldıqdan sonra 30 gün müddətinə ödənilir. Lakin bu günə kimi cavabdeh tərəf borcun ödənişi tam həyata keçirilməmişdir. Göstərilən borc vaxtında ödənilmədiyindən “xxxx” QSC müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliyi pozmuşdur. “xxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, “xxxx” QSC - nin “xxxx” MMC-yə olan borcu 27213.6 manat (16008 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Bununla bağlı cavabdehə # ###### 2025-ci il tarixli, **** saylı müqavilədən irəli gələn öhdəliyin pozulması və “xxxx” MMC-yə borcun ödənilməsi ilə bağlı ## #### 2025-cü il tarixli, *** saylı xəbərdarlıq məktubu cavabdehin hüquqi ünvanına göndərilmişdir. Cavabdehin şəxsi kabinetinə pretenziya yerləşdirilmişdir. Cavabdeh bu günə kimi bu pretenziyaya münasibət bildirməmişdir. # ###### 2025-ci il tarixli, **** saylı müqavilənin 4.3cü və əlavə razılaşma əsasən ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə ödəməlidir. # ###### 2024-ci il tarixdən # ###### 2025-ci il tarixədək olan dəbbə borcu 3346,83 manat təşkil edir (27213.6 manat x 0,1%=27,21 manat; 123 gün(4 ay) x 27.21 manat=3346,83 manat). Beləliklə, cavabdeh “xxxx” QSC -nin # ###### 2025ci il tarixli, **** saylı müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı “xxxx” MMC-yə olan əsas borcu 27213.6 manat, dəbbə borcu 3346,83 manat ümumilikdə, 30560,43 manat təşkil edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə “xxxx” QSC arasında “bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” # ###### 2025- ci il tarixli, **** saylı müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” QSC-yə “xxxx” verilmişdir. Verilmiş mallar əsasında MMC-yə əlavə razılaşmalara əsasən malın ödənişi (mal alındıqca) tərəf mal aldıqdan sonra 30 gün müddətinə ödənilir. Lakin bu günə kimi cavabdeh tərəf borcun ödənişi tam həyata keçirilməmişdir. Göstərilən borc vaxtında ödənilmədiyindən “xxxx” QSC müqavilənin 4.3-cü bəndində göstərilən öhdəliyi pozmuşdur. “xxxx” MMC malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq həyata keçirilir. Belə ki, “xxxx” QSC - nin “xxxx” MMC-yə olan borcu 27213.6 manat (16008 ABŞ dolları) məbləğində müəyyən edilmişdir. Bununla bağlı cavabdehə # ###### 2025-ci il tarixli, **** saylı müqavilədən irəli gələn öhdəliyin pozulması və “xxxx” MMC-yə borcun ödənilməsi ilə bağlı ## #### 2025-cü il tarixli, *** saylı xəbərdarlıq məktubu cavabdehin hüquqi ünvanına göndərilmişdir. Cavabdehin şəxsi kabinetinə pretenziya yerləşdirilmişdir. Cavabdeh bu günə kimi bu pretenziyaya münasibət bildirməmişdir. # ###### 2025-ci il tarixli, **** saylı müqavilənin 4.3cü və əlavə razılaşma əsasən ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə ödəməlidir. # ###### 2024-ci il tarixdən # ###### 2025-ci il tarixədək olan dəbbə borcu 3346,83 manat təşkil edir (27213.6 manat x 0,1%=27,21 manat; 123 gün(4 ay) x 27.21 manat=3346,83 manat). Beləliklə, cavabdeh “xxxx” QSC -nin # ###### 2025ci il tarixli, **** saylı müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı “xxxx” MMC-yə olan əsas borcu 27213.6 manat, dəbbə borcu 3346,83 manat ümumilikdə, 30560,43 manat təşkil edir. "xxxx" QSC 2025-ci ildə Avropa bazarına nar ixracını həyata keçirmək üçün GLOBALG.A.P sertifikatlaşdırılması prosesindən keçmək məqsədilə ## #### 2025-ci il tarixində "xxxx" MMC-dən bitki mühafizə vasitələri əldə etmişdir. AK****************** saylı malların təhvil-qəbul aktına əsasən, onlara aşağıdakı məhsullar satılmışdır: PW02 01( )GK–005 pepe Metaiolle Oil (25 L) – 1 ədəd (məbləğ: .000 USD), ümumi ödəniş 27000 USD. Aparılmış sertifikatlaşdırma yoxlamaları zamanı müəyyən olunmuşdur ki, "Metaiolle Oil" adlı məhsul GLOBALG.A.P və Avropa Ittifaqı standartlarına uyğun gəlmir. Onun aktiv maddəsi, tərkibi və mənşəyi barədə rəsmi, sertifikatlı məlumat mövcud deyil, məhsul Avropa pestisid reyestrində qeydiyyatda deyil və istifadəsi nəticəsində sertifikat almaq mümkün olmamışdır. Bu səbəbdən GLOBALG.A.P sertifikatlaşdırılması uğursuz nəticələnmiş, nar meyvələrinin Avropa bazarına ixracı rədd edilmiş, bu uğursuzluq nəticəsində "xxxx" QSC-nin 200000 kq məhsulu (nar) ixrac edə bilməməsi ilə nəticələnmişdir. Halbuki nar məhsulunun Avropa bazarında 1 kq üçün 1,5 avro satış qiyməti ilə razılaşdırılmışdır. 200000 kq məhsulun ixracının qarşısının alınması nəticəsində şirkət 300000 avro dəyərində faktiki satışından əldə olunacaq 10-30%-ni təşkil edən kommersiya gəlirindən məhrum olmuşdur. Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh "xxxx"-a iddiaçı "xxxx" MMC tərəfindən bitki mühafizə vasitələri məcburi satılmamışdır. Tərəf alacağı məhsulu əvvəlcədən dəqiqləşdirməli sonradan onu alıb-almaması barədə qərar qəbul etməli idi. Bundan sonra müaviləni imzalayaraq üzərinə öhdəlik götürməli idi. Lakin cavabdeh tərəf məsələ ilə bağlı "xxxx" MMC-yə bu günə qədər müraciət etməmiş və yalnız "xxxx" MMC müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi ilə bağlı məhkəməyə iddia tələbi təqdim etdikdən sonra öz etirazını bildirmişdir. Bu etiraz isə əsassızdır. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış # ###### 2025-ci il tarixli, **** saylı müqavilədə tərəflərin öhdəliyi açıqaydın qeyd edilmiş və MMC tərəfindən göstərilən öhdəlik icra edilmiş, cavabdeh tərəfindən isə öhdəliyin icrası ilə bağlı müqaviləyə göstərilən bəndlərə aid olmayan etiraz irəli sürülmüşdür. Cavabdehin istinad etdiyi ## ####### 2025-ci il tarixli, A-N** saylı arayışı “xxxx" QSC-nin sertifikatlar üzrə mütəxəssisi Ramina Mehdiyeva tərtib etmişdir. Məhkəməyə təqdim edilən hər-hansı bir arayış, rəy və digər ekspert sənədləri həmin qurumun, ekspertin səlahiyyətli olması barədə lisenziyası və ya digər müvafiq icazə sənədi olmalıdır. Lakin göründüyü kimi cavabdeh məhkəməyə özünün əməkdaşının hazırladığı və MMC-nin iddia tələbinə aid olmayan bir arayış təqdim etmişdir. Iddiaçı "xxxx" ММС "МЕТAÍOLLE Oll." adı məhsulu Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq ölkəyə gətirir. Sonradan Azərbaycan Respublikasi X5 Kollegiyasinin 2021-ci il, 31 avqust tarixli 24 nömrali Qərarına Azərbaycan Respublikasi X5 Kollegiyasinin ## ###### 2022-ci il tarixli, ** saylı Qərarı ilə dəyişiklik edilmişdir. Həmin Qərarla təsdiq edilmiş Azərbaycan Respublikasinda tətbiqi qadağan edilmiş təsiredici maddələrin siyahısına 192-238-ci hissələr (adda təsiredici maddədən) əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının X5 Kollegiyasının "Bir sıra pestisidlərin tətbiqinin qadağan edilməsi barədə" ** saylı, ## ###### 2021-ci il tarixli Qərarın 1-ci bəndində göstərilir ki, "Tərkibində bu Qərarın əlavəsindəki siyahıda göstərilmiş təsiredici maddələr olan pestisidlərin tətbiqi tamamilə qadağan edilmişdir. Azərbaycan Respublikası X5 Kollegiyasının ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarına əlavədə Azərbaycan Respublikasıında tətbiqinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin siyahısında isə "METAÍOLLE OIL" adı məhsul mövcud deyildir. Azərbaycan Respublikasının X5 **/**** saylı, ## ###### 2022-ci il tarixli sahibkar subyektlərinə X5 2021-ci il tarixli Kollegiya Qərarı ilə 238 adda təsiredici maddədən hazırlanmış pestisidlərin ölkə ərazisində tətbiqi qadağan edilməsi ilə bağlı müraciət də ünvanlamışdır. Eyni zamanda Azərbaycan Respublikasının X5 tərəfindən "METATOLLE OIL" adlı məhsula "Pestisidlərin, Bioloji prepeteların və Aqrokimyəvi maddələrin Dövlət Qeydiyyatı haqqında ****** saylı X7 verilmişdir. Bildirmək istəyir ki, "xxxx" MMC respublikaya gətirdiyi "bitki mühafizə vasitələri" qüvvədə olan qanunvericilik əsasında gətirilərək hüquqi və fiziki şəxslər arasında bağlanmış müqavilə əsasında realizə olunur. Qeyd edilənlərdən çıxış edərək bildirir ki, cavabdeh CavabdehƏhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətin qarşılıqlı iddia tələbi əsassız və qanunsuzdur. Bu baxımdan iddiaçı "xxxx" MMC-nın iddia tələbinin təmin edilməsi və CavabdehƏhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətin qarşılıqlı iddia tələbi təmin edilməyərək rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq cavabdeh CavabdehƏhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətin qarşılıqlı iddia tələbinin rədd edilməsini və "xxxx" MMC-nın iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “xxxx” MMC ilə “xxxx” QSC arasında bitki mühafizə vasitələrinin satışına dair # ###### 2025-ci il tarixli, müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” QS -yə “xxxx” verilmişdir. Verilmiş mallar əsasında MMC-yə əlavə razılaşmalara əsasən malın ödənişi tərəf mal aldıqdan sonra 30 gün müddətinə ödənilir. Lakin bu günə kimi cavabdeh tərəfindən borcun ödənişi tam həyata keçirilməmişdir. Bununla bağlı cavabdehə # ###### 2025-ci il tarixli, müqavilədən irəli gələn öhdəliyin pozulması və “xxxx” MMCyə borcun ödənilməsi ilə bağlı ## #### 2025-cü il tarixli, xəbərdarlıq məktubu cavabdehin hüquqi ünvanına göndərilmişdir. Cavabdehin şəxsi kabinetinə pretenziya yerləşdirilmişdir. Cavabdeh bu günə kimi bu pretenziyaya münasibət bildirməmişdir. Eyni zamanda pretenziyada göstəriblər ki, əgər əsas borc ödənilərsə dəbbə borcu tələb edilməyəcək, lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədi. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” QSC-nin arasında bağlanmış # ###### 2025-ci il tarixli, müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “xxxx” QSC “xxxx” MMC-yə olan əsas borc 27213.6 manat, dəbbə borcu 3346 manat 83 qəpik ümumilikdə 30560,43 manat pul məbləğinin, həmçinin “xxxx” MMC tərəfindən ödənilmış 183 manat dövlət rüsumunun cavabdeh “xxxx” QSCdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, ilk iddia tələbi qismən təmin edilərək, cavabdeh “CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətindən 27213,6 manat əsas borc, 1360,68 manat dəbbə borcu olmaqla cəmi 28574,28 manat pul vəsaiti və 175,72 manat ödənilmiş dövlət rüsumuna görə pul tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Iddiaçı alqı-satqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları (bitki mühafizəsi üçün dərman məhsulları) cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan təhvil-təslim aktı, qaimələr və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və borcun 27213,60 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki,ilkin iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia cərimə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, qarşlıqlı iddiaçı ona dərman preparatının Avropa Ittifaqı standartlarına cavab vermədiyini, dövlət qeydiyyatına alınmadığını iddia edərək maddi ziyan dəydiyini bildirsə də, bu hal iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, Türkiyə Respublikası “X1 San. ve Tic. A.Ş.”nin istehsalı olan “Metatolle Oil” əmtəə nişanlı pestisid ölkə ərazisində 2022-ci il ## ######## tarixində ****** nömrəli şəhadətnamə ilə q X5 tərəfindən qeydiyyata alınaraq ölkəyə idxalına icazə verilmiş preparatlar siyahısına salınmışdır. Nəticədə məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılan “Metatolle Oil” əmtəə nişanlı dərman preparatının dövlət qeydiyyatına alınmaması, qarşılıqlı iddia üzrə iddiaçının həmin məhsulun istifadəsi nəticəsində istehsal etdikləri məhsulların (nar) satılmaması səbəbi ilə gəlirdən məhrum olması və ona maddi ziyan dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389, 442, 445, 448, 567, 600, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh “CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi isə “Metatolle Oil” məhsulunun Azərbaycanda dövlət qeydiyyatının (002843saylı şəhadətnamə) olmasını əsas götürərək qarşılıqlı iddia tələbini rədd etmişdir. Lakin bu yanaşma səhvdir, məhsulun Azərbaycanda qeydiyyatı onun Avropa Ittifaqı pestisid standartlarına uyğunluğunu heç bir halda təmin etmir. “xxxx” MMC “xxxx” QSC-yə məhsulun GLOBALG.A.P sertifikatlaşdırılması üçün yararlı olmadığını əvvəlcədən bildirməmişdir. Bu isə MM-in 442 və 581.1-ci maddələri baxımından öhdəliyin lazımınca icra edilməməsidir. Belə olan halda ilkin iddianın əsas borcu (27213,6 manat) hissəsinə münasibətdə də etirazı mövcuddur: “xxxx” MMC-nin təhvil verdiyi malın keyfiyyətsizliyi üzündən “xxxx” QSC həm gəlirindən məhrum olmuş, həm də GLOBALG.A.P prosesi üçün çəkdiyi xərclər itkiyə çevrilmişdir. Həmçinin, dəbbə borcu hissəsindən isə belə nəticə çıxır ki, borcun gecikdirilməsinin əsas səbəbi “xxxx” MMC-nin keyfiyyətsiz mal təhvil verməsi, bunun nəticəsində “xxxx” QSC-nin ağır maliyyə itkisinə məruz qalmasıdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin # ###### 2021-ci il taixli, ** nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin, qarşılıqlı iddia tələbini isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, ikin iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” QSC-nin arasında bağlanmış # ###### 2025-ci il tarixli, **** saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “xxxx” QSC “xxxx” MMCyə olan əsas borc 27213.6 manat, dəbbə borcu 3346,83 manat, ümumilikdə 30560,43 manat pul məbləğinin alınaraq “xxxx” MMC-nin bank hesabına, (YapıKredi Bank Azerbaijan JSC 9900009021 509987 KABAAZ22 AZ51NABZ01350100000000012944 AGROKIMYA MMC ********** AZ47KABA00000000000000005509) ödənilməsi və “xxxx” MMC tərəfindən ödənilmiş 183 manat dövlət rüsumunun cavabdeh “xxxx” QSC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı iddiaçı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, GLOBALG.A.P sertifikatlaşdırılmasının uğursuzluğu nəticəsində ümumilikdə dəymiş (əldən çıxmış gəliri minimum 10% dək götürməklə) 30 000 manat dəyərində zərərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" QSC-yə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütünlükdə yəni, ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin alğısatqı müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsi onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə vermişdir. Cavabdeh isə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Hazırki işdən müəyyən edilir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında ##.##.2025-ci il tarixli **** nömrəli “bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini (bundan sonra mal adlandırılacaq) malı satır. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddəti əlavə razılaşma ilə müəyyən olunur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında ##.##.2025-ci il tarixli **** nömrəli müqaviləyə ##.##.2025-ci il tarixdə imzalanmış AK****************** nömrəli əlavədən görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdehə satılmalı olan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” məhsullarının cəmi dəyəri 27000 ABŞ dolları təşkil etmişdir. Həmin əlavənin 2.1-ci bəndinə əsasən mallar alıcının sifarişinə əsasən təhvil verilir. 3.1-ci bəndinə əsasən malın dəyəri 30 gün müddətinə ödənilməlidir. 3.2-ci bəndinə əsasən ödəniş Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə gününə olan ABŞ dolları məzənnəsinə uyğun olaraq hesablanıb manatla aparılır. Ödəmə vaxtında aparılmadığında geçikdirilən hər gün üçün ödənilməyən məbləğin 0,1% dəbbə pulu hesablanacaq. Həmin əlavə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında rəsmiləşdirilmiş ##.##.2025-ci il tarixli AK****************** nömrəli malların təhvil-qəbul aktından görünür ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdehə satılmalı olan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” məhsulları, CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Həmin akt iddiaçı və cavabdeh şirkətin nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə göndərilmiş ******** nömrəli ##.##.2025-ci il tarixli elektron qaimədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə verilən malların adı və qiyməti öz əksini tapmışdır. Həmin malların ümumi dəyərinin 45900 manat təşkil etdiyi qeyd edilmişdir. Kollegiya daha sonra qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilə üzrə nəzərdə tutulmuş malları (bitki mühafizəsi üçün dərman məhsulları) cavabdehə təhvil vermişdir. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və borcun 27213,60 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan qaimələr, təhvil-təslim aktı və digər öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin, qarşılıqlı iddia tələbini isə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin satıcının keyfiyyətli məhsul verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, apellyator şikayətində satıcı tərəfində ona keyfiyyətsiz məhsul verməsini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, cavabdeh tərəf hazırda ona satılmış məhsulun keyfiyyətsiz olduğunu bildirsədə, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxtda qədər həmin halı mübahisələndirməmişdir. Yəni, hal-hazırda cavabdeh məhsulun keyfiyyətsiz olduğunu bildirsədə bugünədək iddiaçı tərəfə bununla bağlı hər hansı etiraz bildirməmişdir. Qanunvericiliyin tələbinə görə isə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə - alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsi, qüsur əhəmiyyətli olduqda isə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və ya əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hazırki işdə isə görünür ki, cavabdeh tərəf nəinki yuxarıda qeyd edilən tələblərlə, hətta iddiaçıya malın keyfiyyəti ilə bağlı hərhansı etiraz belə bildirməmiş əksinə, ona verilmiş malların dəyərinin bir hissəsini ödəmişdir. Bundan başqa, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3cü maddəsinə əsasən, istehsalatda sınaqdan keçirmək, dövlət qeydiyyatına almaq və elmi tədqiqat işlərində istifadə etmək məqsədilə xarici ölkələrdən gətirilən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 206-cı il 2 avqust tarixli, *** nömrəli Fərmanının 2.4-cü yarımbəndinə əsasən, həmin Qanunun 20.3-cü maddəsində müvafiq icra hakimiyyəti dedikdə Azərbaycan Respublikası X5 nəzərdə tutulur. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X5 Kollegiyasının ##.##.2021ci il tarixli, ** nömrəli “bir sıra pestisidlərin qadağan edilməsi barədə” qərarında isə, mövcud olan siyahıda və həmin qərarda əks olunan siyahıya əlavə olaraq tərtib edilən ##.##.2022-ci il tarixli **/**** nömrəli məlumtlarında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” adlı məhsullar (bitki mühafizəsi üçün dərman preparatı) qadağan olunan pestisidlər (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratlar, göbələklər, alaq otları və gəmiricilərlə mübarizə aparmaq, həmçinin məhsuldarlığı artırmaq üçün istifadə olunan kimyəvi və ya bioloji maddələr) sırasında aşkar edilməmişdir. Azərbaycan Respublikasının X5 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**/*-******/**** nömrəli məlumatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na uyğun olaraq pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş, dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Agentliyə rəsmi müraciət etməlidirlər. Müraciətdə sözügedən Türkiyə Respublikası “X1 San. ve Tic. A.Ş.”nin istehsalı olan “Metatolle Oil” əmtəə nişanlı pestisid ölkə ərazisində 2022-ci il ## ######## tarixində ****** nömrəli şəhadətnamə ilə qeydiyyata alınaraq ölkəyə idxalına icazə verilmiş preparatlar siyahısına salınmışdır. Azərbaycan Respublikasının X5 “pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələri dövlət qeydiyyatı haqqında” ****** nömrəli ##.##.2022-ci il tarixli şəhadətnaməsindən görünür ki, Türkiyə Respublikasından ixrac edilmiş “Metatolle Oil” əmtəə nişanlı pestisid 5 il müddətinə **** nömrəli dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, apellyator şikayətində malların keyfiyyətsiz olduğunu bildirsədə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, Azərbaycan Respublikası X5 Kollegiyasının ## ###### 2021-ci il tarixli, ** nömrəli Qərarına əlavədə Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin siyahısında "METAÍOLLE OIL" adı məhsul mövcud deyildir. Bel olan halda məhkəmə hesab edir ki, qeyd edilən məhsul Azərbaycan Respublikasına daxil olan zaman müvafiq yoxlamadan keçmiş və onun satışı və ya istifadəsi qadağan edilməmiş hətta, 2022-ci ildə 5 illik əmtəə nişanı ilə qeydiyyata alınmışdır. Odur ki, şikayətin həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəbbə pulunun tutulmasının qanunsuz olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, gecikdirilən əsas borc məbləğinə hər gün üçün 0.1% dəbbə pulu hesablanır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Yuxarıdan qeyd edilən maddələrdən müəyyən edilir ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə qeyd edilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir ## #### 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Işdən göründüyü kimi, iddiаçı cаvаbdehdən ümumilikdə 3346.83 manat məbləğində cərimə (dəbbə pulu) ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir və 1360,68 manat məbləğində cərimə borcunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğundur. Belə ki, birinci instansiya məhkəməsinin hazırda tutduğu cərimə məbləği təmin olunan əsas borcun 5%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, Mülki Məcəllənin 467ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə satılmış məhsulun GLOBALG.A.P və Avropa Ittifaqı standartlarına uyğun olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, tərəflər arasında müqavilə Azərbaycan Respublikasında bağlanmış və məhsul alıcıyada həmin yerdə təhvil verilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X5 Kollegiyasının ##.##.2021-ci il tarixli, ** nömrəli “bir sıra pestisidlərin qadağan edilməsi barədə” qərarında mövcud olan siyahıda və həmin qərarda əks olunan siyahıya əlavə olaraq tərtib edilən ##.##.2022-ci il tarixli **/**** nömrəli məlumtlarında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə satılan “BORDO-MIX 20WP 10KG” və “METATOLLE OIL 25L” adlı məhsullar (bitki mühafizəsi üçün dərman preparatı) qadağan olunan pestisidlər (kənd təsərrüfatı bitkilərinə zərər verən həşəratlar, göbələklər, alaq otları və gəmiricilərlə mübarizə aparmaq, həmçinin məhsuldarlığı artırmaq üçün istifadə olunan kimyəvi və ya bioloji maddələr) sırasında aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının X5 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**/*-******/**** nömrəli məlumatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na uyğun olaraq pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalı, idxalı, ixracı, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasında və xarici ölkələrdə istehsal edilmiş, dövlət qeydiyyatına alınmamış pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün Agentliyə rəsmi müraciət etməlidirlər. Müraciətdə sözügedən Türkiyə Respublikası “X1 San. ve Tic. A.Ş.”nin istehsalı olan “Metatolle Oil” əmtəə nişanlı pestisid ölkə ərazisində 2022-ci il ## ######## tarixində ****** nömrəli şəhadətnamə ilə qeydiyyata alınaraq ölkəyə idxalına icazə verilmiş preparatlar siyahısına salınmışdır. Bundan başqa, Azərbaycan Respublikasının X5 “pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələri dövlət qeydiyyatı haqqında” ****** nömrəli ##.##.2022-ci il tarixli şəhadətnaməsindən görünür ki, Türkiyə Respublikasından ixrac edilmiş “Metatolle Oil” əmtəə nişanlı pestisid 5 il müddətinə **** nömrəli dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məhsulun Azərbaycan Respublikasında satışına və istifadəsinə heç bir qadağa olmamışdır. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə cavabdehə satılmış "Metaiolle Oil" adlı məhsulun GLOBALG.A.P və ya Avropa Ittifaqı standartlarına uyğun gəlməli olması ilə bağlı hər hansı qeyd-şərt olmamış və iddiaçı (satıcı) tərəfin də üzrərinə belə öhdəlik götürməsi iş materiallarından müəyyən edilmir. Əksinə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "Metaiolle Oil" adlı məhsulun Azərbaycan Respublikasına idxal edilməsinə, satılmasına və istifadə edilməsi müvafiq razılıq olmuşdur. Göründüyü kimi, həmin məhsulun keyfiyyətli olması Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən təsdiq edilmişdir. Belə ki, əgər məhsul keyfiyyətsiz, zərərli və ya saxta olardısa onun idxalına, satışına və ya istifadəsinə Azərbaycan Respublikasında müvafiq icazə verilməzdi. Kollegiya hesab edir ki, əgər cavabdeh tərəf ancaq GLOBALG.A.P və ya Avropa Ittifaqı standartlarına uyğun məhsul almaq istəyirdisə onda, bazarı düzgün araşdırmalı və həmin standartlara cavab verən məhsul tapmalı idi. Hazırki halda isə, iddiaçının qeyd edilən standartlarına cavab verən məhsulun cavabdehə verməsi kimi öhdəliyi olmamışdır. Kollegiya bildirir ki, iddiaçının satdığı mal aşkar olmuş və cavabdehdə sərbəst şəkildə və heç bir təzyiq altında olmadan müqavilə bağlamışdır. Kollegiya daha sonra bildirir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarı). Bundan başqa, cavabdeh tərəfindən aldığı malların dəyərini qismən ödəməsi müəyyən edilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, həmin məhsulun zərərli, keyfiyyətsiz və ya saxta olmasıda öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışın nəzərə nəzərə alınmaması ilə bağlıda qeyd edir ki, həmin arayış cavabdeh tərəfindən hazırlanmışdır. Bundan başqa, hətta məhsul doğrudan da hər hansı xarici dövlətdə olan standartlara cavab verməsədə müqavilə Azərbaycan Respublikasında bağlanmış və həmin məhsulun idxalı, satışı və istifadəsi Azərbaycan Respublikasında qadağan edilməmişdir. Tərəflər isə müvafiq razılığa gələrək məhz həmin məhsulun alğı-satqısı barədə müqavilə bağlamışlar. Bu səbəbdən birinci instansiya məhkəməsi arayışı haqlı olaraq nəzərə almamışdır. Ən vacibi isə, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli “bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” müqavilədə satılan məhsulların Avropa pestiti reyestrində qeydiyyatda olması ilə bağlı hər hansı qeyd-şərt olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfin satdığı məhsulun GLOBALG.A.P və ya Avropa Ittifaqı standartlarına cavab verməli olması ilə bağlı hər hansı qeyd-şərt olmadığından, xüsusəndə həmin məhsulun Azərbaycan Respublikasına idxalı, satışı və istifadəsi qadağan edilmədiyindən, məhsulun keyfiyyətsizliyi, saxtalığı və ya zərərliliyi sübuta yetirilmədiyindən və cavabdehində öz sərbəst iradə bəyanı ilə qeyd edilən məhsulun alınması barədə müqavilə bağladığından şikayətin dəliləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin kommersiya gəlirindən məhrum olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində məhsula GLOBALG.A.P və Avropa Ittifaqı sertifikatı ala bilmədiyindən 10-30% kommersiya gəlirindən məhrum olduğunu bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibət bildirərək bir daha qeyd edir ki, cavabdehin sertifikat ala bilməməsi ilə bağlı iddiaçı tərəfin hər hansı bir cavabdehlik daşımamışdır. Bundan başqa, cavabdeh tərəf zərərə düşdüyünü bildirsədə bununla bağlı məhkəməyə hər hansı mötəbər sənəd və ya sübut təqdim etməmişdir. Belə ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, zərərlə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ:

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) CavabdehƏhmədov adına “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar