Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-74/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair və iddiaçı Cavabdeh cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borc) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Işin halları Qaz paylayıcısı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh istehlakçı Cavabdeh arasında ##.##.2023-cü il tarixli AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Cavabdeh məxsus *************** saylı abonentin saldosundan görünür ki, cavabdehin ##.##.2026-cı il tarixə iddiaçıya ödənilməmiş 84713,34 manat məbləğində qaz borcu yaranmışdır. ##.##.2025-ci il tarixli aktdan görünür ki, cavabdeh Cavabdeh məxsus qeyri-yaşayış sahəsində (tütün qurutma məntəqəsi) olan qaz sayğacı üzrə qaz təchizatı, mövcud olan 57701,02 manat debitor borca görə dayandırılmışdır. Həmin akt qaz paylayıcısı İddiaçı Istehsalat Birliyinin əməkdaşları tərəfindən imzalanmışdır. Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 25870,7 manat borc və 200 manat mediasiya xərcinin tutularaq iddiaçı İddiaçı IB-yə ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış, həmçinin icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 36930.32 manat məbləğində əsas borcun və 200.79 manat manat ödənilmiş rüsum xərcləri, 37131.11 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Istehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 40493.84 manat məbləğində əsas borcun və 211.48 manat manat ödənilmiş rüsum xərcləri, 40705.32 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Istehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı IB-nin Zaqatala Regional qaz istismarı Idarəsinin xidməti ərazisi olan Qax rayonunda yerləşən və f/ş Cavabdeh istifadəsində olan qeyriyaşayış sahəsi (VÖEN:4300150422) müvafiq qaydada qazlaşdırılmaqla *************** saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə ##.##.2023-cü il tarixli AMX-****/** saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri qismən ödənildiyindən istehlakçının *************** saylı saylı qaz hesabında 57701.02 manat həcmində olmuşdur. Belə ki, göstərilən borc qeyri yaşayış sahəsində istismarda olan G250 markalı ****** nömrəli sayğacın 531257 m mexaniki və 556087 m elektron göstəricisi ilə yaranmışdır. Bildirir ki, bundan əvvəl də Şəki Kommersiya Məhkəməsi Cavabdeh 25870.70 manat əsas borcun və rüsum xərclərinin ödənilməsinə dair ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** saylı qətnamə çıxarmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən qismən 5100 manat ödəniş edilmiş və icra sənədi üzrə 20770.70 manat qalıq borc mövcuddur. Ona görə də hazırda cavabdehin qaz hesabında yaranmış 57701.02 manat borcun 20770.70 manat hissəsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan həmin icra sənədinin təsir dairəsinə düşməyən 36930.32 manat borcun tutulmasına dair yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Bundan əlavə tərəflər arasında bir neçə dəfə debitor borcun hissə-hissə ödənilməsi haqqında razılaşma protkolları imzalansa da cavabdeh buna əməl etməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı, sonuncu dəfə isə ##.##.2025-ci il tarixli ** nömrəli xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh tələbi icra etməmişdir. Bununla əlaqədar olaraq Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qaz təminatı borcun ödənilməməsi səbəbli ##.##.2025-ci il tarixdə qaynaq vasitəsilə dayandırılmışdır. Lakin bununla belə təkrar həmin ünvana baxış keçirərkən Cavabdeh qaz paylayıcısının qanuni tələblərinə əməl etməyərək özbaşına olaraq qazın verilişini bərpa etdiyi aşkar olunmuş və bununla bağlı müvafiq ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə cavabdeh Cavabdeh sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında **************** saylı ##.##.2025-ci il tarixli məktub göndərilsə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz IB tərəfindən Cavabdeh hesablanmış 58251,82 manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 264,76 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən *************** saylı abonent kodu olan özünə məxsus qeyri-yaşayış sahəsi (tütün qurutma sexi) fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi İddiaçı Istehsalat birliyi tərəfindən qazın alqı satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. Istifadə edilən təbii qazın dəyəri daim tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. 2024-cü ilin sonunadək istifadə etdiyi təbii qazın dəyərinin hesablanmasında qüsurların olmasını görməyib. Cavabdeh təşkilat tərəfindən 2023-cü ildən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində ümumilikdə 58251,82 manat borc hesablanmışdır. 2024-cü ilin dekabr ayından tərəfindən cavabdeh təşkilata dəfələrlə müraciətlər edilərək hesablanmış məbləğin həqiqətə uyğun olmadığını bildirsədə bizə hər dəfə müvafiq araşdırma aparıldığını və vəziyyətə uyğun tədbirlərin görüləcəyini bildirmişdilər. Lakin göründüyü kimi bugünədək cavabdeh təşkilat tərəfindən hər hansı araşdırma aparılmamış və bu azmış kimi ##.##.2025-ci il tarixdə təbii qazın verilməsi dayandırılmışdır. Cavabdeh təşkilatın gördüyü tədbir yalnız istixanaya qazın verilməsinin dayandırılması olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırda özünə məxsus qaz kəmərinin üzərində Elster G250 markalı, ****** nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacı cavabdeh tərəfindən guya təmir edildikdən sonra quraşdırılmışdır. Bütün problemlər də bundan sonra başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2022-ci il ərzində orta hesabla ay ərzində 5514,96 manat təbii qazdan istifadə edilir. Lakin növbəti illərdə, yəni 2023 və 2024-cü illərdə aylıq sərfiyyat iki dəfədən də artıq olmuşdur. Nümunə kimi bildirir ki, 2023-cü ilin avqust ayında 14574,94 manat, sentyabr ayında isə 13979,02 manat qaz sərfinin dəyəri hesablanmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq qaz paylayıcısı məsələnin obyektiv araşdırılması əvəzinə ##.##.2025-ci il tarixdə qaz təchizatını dayandırmışdır. Bundan sonra 2025-ci ilin iyul ayında, yəni qaz təchizatı kəsili olduğu halda özünə 550,80 manat məbləğində borc hesablanmışdır. Bu axı tam absurtdur. Təbii qaz verilmədiyi halda necə borc hesablana bilər. Bu hal özlüyündə cavabdehin qanunsuz hərəkətlərinin sübutudur. Məlum olduğu kimi, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər, habelə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (bundan sonra - Qaydalar) və qazın alqı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) ilə tənzimlənir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq müvafiq qaz sayğacları quraşdırılmalıdır. Müqavilənin 2.1.11-ci yarımbəndilə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəymiş zərərin əvəzini ödəmək paylayıcının vəzifələrinə və 2.4.7-ci yarımbəndilə paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini paylayıcıdan tələb etmək istehlaçının hüquqlarına aid edilmişdir. Məhkəmənin diqqətini daha bir vacib məqama çəkmək istəyir ki, Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qanunverici qaz sayğacına görə məsuliyyəti fiziki şəxsə münasibətdə bütövlükdə cavabdeh təşkilatın üzərinə qoymuşdur. Hesab edir ki, *************** saylı abonent saldosu üzrə qazdan istifadəyə görə İddiaçı IB-yə yaranmış 58251,82 manat borc əsassız hesablanmış borcdur və yuxarıda qeyd olunan səbəblərdən həmin borc silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Iş üzrə məhkəməyə daxil olmuş ekspertiza rəyində də iddia tələbində göstərdiyi əsaslar öz təsdiqini tapmışdır. Iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi və X5 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentin 2024-cü ilin fevral ayının sonuna istehlak olunmuş təbii qaza görə 25870,70 manat borcu olmuşdur. Həmin borcun ödənilməsi barədə İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı tələbinə dair iş üzrə olan Şəki Kommersiya Məhkəməsi ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən bu günədək istehlaçkı cəmi 8090 manat ödəniş etmişdir. 2025-ci ilin iyul ayının sonuna 58251,82 manat istehlak olunmuş təbii qaza görə borc məbləği yaranmışdır. Həmin borcun 18270,70 manat hissəsi 2024-cü ilin fevral ayından məhkəmə qətnaməsi ilə təsdiq edilmiş borcun qalığı, 39981,12 manat hissəsi isə sayğac göstəricilərinə əsasən istehlak olunmuş qaza görə yaranmış borcdur. 2024-cü ilin fevral ayından ##.##.2025-ci il tarixədək olan müddətdə qaz sayğacının göstəricilərinə əsasən aparılmış hesabatdan əlavə heç bir sərfiyyat (itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış dəymiş ziyan, aparılmış sərfiyyat hesabatına düzəliş, sərfiyyat aşmaya görə hesabar, texnoloji itki və.s) hesabata əlavə edilməmişdir. Faktiki sayğac göstəriciləri ilə hesabatda qeyd edilən sayğac göstəriciləri uyğundur və təhrif olunma yoxdur. Cavabdeh məxsus ünvan 1ndə yerləşən 25461********** kodlu abonent hesabına qaz sayğacından istifadəyə görə hesablanmış 58251,82 manat borcun məbləği İddiaçı Istehsalat Birliyinin tərtib etdiyi sənədlərdə göstərilən məlumatları nəzərə almaqla qanunvericiliyn tələbinə uyğundur. Əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh məxsus ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinin (tütün qurutma məntəqəsi) *************** saylı abonent kodu üzrə hesablanmış 58251,82 manat borc məbləği qazdan artıq istifadəyə görə və yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləği deyil, qaz sayğacının göstəricilərinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış borc məbləğidir və Tariş Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli və ##.##.2024-cü il tarixli, ** nömrəli qərarlarına uyğun hesablanmışdır. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli (hakim: E.Hüseynova) ilə, iddia təmin edilərək cavabdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində borc və ödənilmiş 211,48 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiasının isə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslı olduğundan təmin edilməli, ##.##.2023-cü il tarixli AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən təbii qazdan istifadəyə görə yaranmış 40493,84 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, ona məxsus abonent hesabına yazılmış 58251,82 manat borc təbii qazdan istifadəyə görə yaranmış debitor borcudur. Həmin borc qaz təchizatçısı tərəfindən hər-hansı bir əlavə əsaslara görə hesablanmamış, istehlakçının istehlak etdiyi təbii qazın dəyərini təşkil edir. Bu hal iş materiallarında olan sənədlərlə (abonentin saldosu, akt və.s) öz təsdiqini tapmış, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi və X5 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də qeyd olunmuşdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385, 386, 442, 567, 600-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 12, 13 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək özünün verdiyi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, qazın dəyərinin hesablanmasında qüsurların olmuşdur. Bundan başqa, quraşdırılmış qaz sayğacı düzgün hesablama aparmamışdır. Həmçinin, 2023-2024-cü illər ərzində qaz sərfiyatı artıq hesablanmışdır. Eyni zamanda qaz dayandırıldıqdan sonra 550.80 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi işə baxan zaman borcun istifadə edilmiş qazın dəyəri (debit borc) yoxsa itirilmiş qazın bərpası üçün əsassız hesablanmış qaz borcu (akt borcu) olmasının müəyyən etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda.
“Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunu 12.1. Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir. 12.2. Qaz satıcıları bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər. 12.3. Istehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 12.4. Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 13.4. Istehlakçıların vəzifələri aşağıdakılardır: 13.4.1. bu Qanunun 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və bu Qanunun 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına, həmçinin bu Qanunun 5.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.4.2. qaz qurğularını onların texniki pasportlarında qeyd olunmuş tələblərə uyğun istismar etmək; 13.4.3. istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi “Azəriqaz" Istehsalat Birliyinin iddia tələbini təmin, digər iddia tələbini hazırda baxılan hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arsında mübahisə təbii qazdan istifadəyə görə (sayğac göstəricisinə əsasən hesablanmış) yaranmış borcun tutulması ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 36930.32 manat məbləğində əsas borcun və 200.79 manat manat ödənilmiş rüsum xərcləri, 37131.11 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Istehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh Rufət oğlundan təbii qazdan istifadəyə görə yaranmış 40493.84 manat məbləğində əsas borcun və 211.48 manat manat ödənilmiş rüsum xərcləri, 40705.32 manat borcun (pulun) məcburi, qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Istehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz IB tərəfindən Cavabdeh hesablanmış 58251,82 manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 264,76 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə “Azəriqaz" Istehsalat Birliyinin iddia tələbini təmin, digər iddia tələbi isə rədd edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin “Azəriqaz" Istehsalat Birliyinin iddia tələbinin təmin, özünün iddia tələbinin isə rədd edilməsi hissəsini mübahisələndirir. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qərardadı ilə, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Istehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə 25870.70 manat borcun silinməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin hazırda baxılan hissədə dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hazırda baxılan hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Qaz paylayıcısı İddiaçı Istehsalat Birliyi ilə cavabdeh istehlakçı Cavabdeh arasında ##.##.2023-cü il tarixli AMX-****/** nömrəli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Müqavilənin predmentinə əsasən qaz paylayıcısı, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə öz növbəsində aldığı qazın dəyərini qaz sayğacı göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Cavabdeh məxsus *************** saylı abonentin saldosundan görünür ki, cavabdehin ##.##.2026-cı il tarixə iddiaçıya ödənilməmiş 84713,34 manat məbləğində qaz borcu yaranmışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin qazın dəyərinin hesablanmasında qüsurların olması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, iş materiallarından istifadə edilmiş qazın dəyərinin hesablanmasında hər hansı qüsurların olması müəyyən edlmir. Eyni zamanda, apellyator belə bir qüsurların olduğunu bildirdiyi halda bununla bağlı məhkəməyə hər hansı mötəbər sənəd və ya dəlil təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Energetika Nazirliyi və X5 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentin 2024-cü ilin fevral ayının sonuna istehlak olunmuş təbii qaza görə 25870,70 manat borcu olmuşdur. Həmin borcun ödənilməsi barədə İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı tələbinə dair iş üzrə olan Şəki Kommersiya Məhkəməsi ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən bu günədək istehlaçkı cəmi 8090 manat ödəniş etmişdir. 2025ci ilin iyul ayının sonuna 58251,82 manat istehlak olunmuş təbii qaza görə borc məbləği yaranmışdır. Həmin borcun 18270,70 manat hissəsi 2024-cü ilin fevral ayından məhkəmə qətnaməsi ilə təsdiq edilmiş borcun qalığı, 39981,12 manat hissəsi isə sayğac göstəricilərinə əsasən istehlak olunmuş qaza görə yaranmış borcdur. 2024-cü ilin fevral ayından ##.##.2025-ci il tarixədək olan müddətdə qaz sayğacının göstəricilərinə əsasən aparılmış hesabatdan əlavə heç bir sərfiyyat (itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış dəymiş ziyan, aparılmış sərfiyyat hesabatına düzəliş, sərfiyyat aşmaya görə hesabar, texnoloji itki və.s) hesabata əlavə edilməmişdir. Faktiki sayğac göstəriciləri ilə hesabatda qeyd edilən sayğac göstəriciləri uyğundur və təhrif olunma yoxdur. Cavabdeh məxsus ünvan 1ndə yerləşən 25461********** kodlu abonent hesabına qaz sayğacından istifadəyə görə hesablanmış 58251,82 manat borcun məbləği İddiaçı Istehsalat Birliyinin tərtib etdiyi sənədlərdə göstərilən məlumatları nəzərə almaqla qanunvericiliyn tələbinə uyğundur. Əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh məxsus ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsinin (tütün qurutma məntəqəsi) *************** saylı abonent kodu üzrə hesablanmış 58251,82 manat borc məbləği qazdan artıq istifadəyə görə və yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləği deyil, qaz sayğacının göstəricilərinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış borc məbləğidir və Tariş Şurasının ##.##.2021-ci il tarixli, ** nömrəli və ##.##.2024-cü il tarixli, ** nömrəli qərarlarına uyğun hesablanmışdır. Göründüyü kimi, hazırda cavabdehdən tələb edilən məbləğ, artıq istifadəyə görə və yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinə görə hesablanmış borc məbləği deyil, qaz sayğacının göstəricilərinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış borc məbləğidir. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin quraşdırılmış qaz sayğacının düzgün hesablama aparmaması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində qaz sayğacının düzgün hesablama aparmadığını, düzgün işləmədiyini bildirsədə bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının düzgün hesablama aparmaması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2023-2024-cü illər ərzində qaz sərfiyatının artıq hesablanması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Şikayətdən görünür ki, apellyator qeyd edilən illər ərzində qaz sərfiyatının iki dəfədən artıq hesablandığını bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə apellyatorun şikayətində qeyd etdiyi illər üzrə olan borcun bir hissəsinə hüquqi qiymət verilmişdir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 25870,7 manat borc və 200 manat mediasiya xərcinin tutularaq iddiaçı İddiaçı IB-yə ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçının hazırda mübahisələndirdiyi borcun 25870.70 manat hissəsinə yəni, ##.##.2024-cü il tarixədək olan hissəsinə Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, 2023-cü il ərzində iddiaçı barəsində hər hansı akt da tərtib edilməmişdir. Məhkəmə kollegiyası şikayətin 2024-cü il və ondan sonra qaz sərfiyatının artıq hesablanması ilə bağlı dəlilinə münasibətdə isə bir daha qeyd edir ki, iş materiallarından qaz sərfiyyatının artıq hesablanması öz təsdiqini tapmır. Bundan başqa, alınmış mütəxəssis rəyindən də müəyyən edilir ki, faktiki sayğac göstəriciləri ilə hesabatda qeyd edilən sayğac göstəriciləri uyğundur və təhrif olunma yoxdur. Odur ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qaz dayandırıldıqdan sonra 550.80 manat borcun hesablanması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, doğrudan da Cavabdeh məxsus olan qaz sayğacı üzrə qaz təchizatı borca görə dayandırılmışdır. Belə ki, ##.##.2025-ci il tarixli aktdan görünür ki, cavabdeh Cavabdeh məxsus qeyri-yaşayış sahəsində (tütün qurutma məntəqəsi) olan qaz sayğacı üzrə qaz təchizatı, mövcud olan 57701,02 manat debitor borca görə dayandırılmışdır. Həmin akt qaz paylayıcısı İddiaçı Istehsalat Birliyinin əməkdaşları tərəfindən imzalanmışdır. Bununla yanaşı, iş materiallarından cavabdeh Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacın elektron sayğac olması müəyyən edilir. Bundan başqa, Cavabdeh məxsus *************** saylı abonentin saldosundan görünür ki, cavabdehin qeyd etdiyi dövrlər ərzində sayğacın həm elektron göstəricisi həmdə mexaniki göstəricisi üzrə yeni istifadə müəyyən edilmişdir. Yəni, cavabdehin mübahisləndirdiyi borc məbləğləri qeyd edildiyi dövrlərdə sayğacın həm elektron göstəricisində həmdə mexaniki göstəricisində rəqəmlərdə dəyişiklik qeydə alınmışdır. Bilindiyi kimidə, istifadə olmasa sayğac göstəricilərində dəyişiklik ola bilməz. Göründüyü kimi, qeyd edilən vaxtlarda qazın verilməsi dayandırılsada cavabdeh həmin sayğacdan faktiki olaraq istifadə etmişdir. Bu halda sayğacın həm elektron, həmdə mexaniki göstəricisində öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı tərfdə qazın verilməsinin dayandırılmasından sonra cavabdehin yenidən şəbəkəyə qoşulduğunu bildirmişdir. Həmçinin, cavabdehə məxsus sayğaca ikinci bir şəxsin qoşulması (qanuni və ya qanunsuz) müəyyən edilmədiyindən həmin istifadənin məhz cavabdeh tərəfindən edildiyi hesab olunur. Belə olan halda kollegiya hesab edir ki, qazın verilməsinin dayandırılmasına baxmayaraq cavabdeh müəyyən müddət sonra həmin sayğacdan istifadə etməyə davam etmişdir. Odur ki, şikayət həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun istifadə edilmiş qazın dəyəri (debit borc) yoxsa itirilmiş qazın bərpası üçün əsassız hesablanmış qaz borcu (akt borcu) olmasının müəyyən edilməməsi ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində iş üzrə ekspert rəyi alınmadığından borcun istifadə edilmiş qaz borcu yoxsa itirilmiş qazın bərpası üçün əsassız hesablanmış qaz borcu olmasının müəyyən edilmədiyini bildirmişdir. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, həm iş materiallarına əlavə edilmiş Cavabdeh məxsus *************** saylı abonentin saldosundan həmdə Azərbaycan Respublikası Energetika Nazirliyi və X5 Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırda cavabdehdən tələb edilən borc məbləği - itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış dəymiş ziyan, aparılmış sərfiyyat hesabatına düzəliş, sərfiyyat aşmaya görə hesabar, texnoloji itki və.s – ilə bağlı deyildir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıdan tələb edilən məbləğ yalnız qaz sayğacının göstəricilərinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış borc məbləğidir. Belə olan halda isə hər hansı əlavə ekspertizanın (mühasibatlıq və s.) keçirilməsi və ya digər rəy alınması məqsədəmüvafiq olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi olaraq bildirsə də, konkret olaraq pozuntunun nədən ibarət olması və hansı maddələrin pozulmasını göstərməmişdir. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən həm maddi həmdə prosessual normanın tələbləri pozulmamış və düzgün tətbiq edilmişdir. Bundan başaq, həm “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun həm “Qazdan istifadə Qaydaları”nın həmdə mülki qanunvericiliyin tələbinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla istehlakçı istehlak etdiyi qazın dəyərini tam şəkildə ödəməlidir. Hazırki işdən isə görünür ki, tələb edilməsinə baxmayaraq cavabdeh qaz sayğacının göstəricisinə əsasən istelak olunmuş qaz həcminə görə yaranmış (debitor) borcu ödəməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə hazırki nəticəyə gəlməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, hazırda baxılan hissəyə münasibətdə apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh (iddiaçı) Cavabdeh apellyasiya şikayəti hazırda baxılan hissədə təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi hazırda baxılan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.