Məhkəmə qərarları › İş №e-2-2(3-10)-86/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-10)-86/2026

19.06.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2-2(3-10)-86/2026 19.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə QƏRARDADİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (məruzəçi hakim), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilmişdir (hakim Elnarə Hüseynova). Maraqlı şəxs Maraqlı şəxs ## ##### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmiş və həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan narazı qalan maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinə şikayət təqdim edərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, e-*-*(***)-****/**** nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindəki məlumat bazasında olan məlumatlardan görünür ki, ## ###### 2019-cu ildən maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır. - Iş üzrə ## ######## 2025-ci ildə maraqlı şəxs Maraqlı şəxs da iştirak etdiyi məhkəmə iclasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə ## ######## 2025-ci ildə yerləşdirilməklə, imzalanmışdır. - Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ## ######## 2025-ci ildə maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bununla bağlı ## ######## 2025-ci il tarixli məktubla rəsmi qaydada ona məlumat verilmişdir. - Maraqlı şəxs Maraqlı şəxs Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətini və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini ## ##### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə təqdim etmişdir. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an - elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an - elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ## ######## 2025-ci ildə maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş olsa da, o, həmin qətnamədən apellyasiya şikayətini və “apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini ## ##### 2026-cı ildə, yəni qətnamə ona təqdim edildiyindən təxminən 7 aydan artıq müddət keçdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, yuxarıda təsvir olunanlarla təsdiq olunur ki, maraqlı şəxs Maraqlı şəxs ## ######## 2025-ci ildə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ## ##### 2026-cı ildə apellyasiya şikayətini verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) aylıq müddəti) buraxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici Mülki-Prosessual Məcəllədə kifayət qədər böyük - bir aylıq müddət müəyyən etmiş (maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (maddə 133). Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki-Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə ## ######## 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından ## ###### 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, Insan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid Ismayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ###### 2007-ci il tarixli Qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə də, işin konkret halları ilə müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi - ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə maraqlı şəxs Maraqlı şəxs “Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti təmin etməməkdə haqlı olmuşdur. Çünki, maraqlı şəxs Maraqlı şəxs Şəki Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ## ##### 2026-cı il tarixində apellyasiya şikayəti verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) aylıq müddəti) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı isə məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar