Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1008/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 369 050 manat əsas məbləğ, 21000 manat ƏDV məbləği və ödənilmiş 680,05 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı cavabdeh Cavabdeh MMC-nin formal olaraq direktoru olan Qanuni nümayəndə ##.##.2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı əməliyyatları həyata keçirilsə də, Qanuni nümayəndə formal olaraq hüquqi şəxsin direktoru olduğundan proseslərdən xəbərdar olmamışdır. Qanuni nümayəndə cavabdeh Cavabdeh MMC-nin formal olaraq təsisçisi və direktoru olduğuna görə onda MMC-yə məxsus nə möhür, nə də ki “Asan İmza” olmuşdur. Möhür və “Asan İmza” Cavabdeh MMC-yə faktiki rəhbərliyi həyata keçirən şəxsdə, yəni X1 olmuşdur. Bu səbəbdən Qanuni nümayəndə “Asan İmza” vasitəsilə elektron məhkəmə sisteminə daxil ola bilməmiş və MMC ilə bağlı bütün məhkəmə işlərindən və məhkəmə aktlarından xəbərsiz olmuşdur. ## #### 2026-cı il tarixdə Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən telefon əlaqəsi saxlanılaraq icra şöbəsinə dəvət edilən Qanuni nümayəndə məhkəmə aktı ilə “icraata başlamaq haqqında” qərarı vasitəsilə tanş olmuşdur. Qərarla tanış olan zaman 390 050 manat pulun artıq Qanuni nümayəndə tərəfindən ödənilməsinin tələb olunduğunun şahidi olmuş, faktiki rəhbər vəzifəsinin funksiyalarını həyata keçirən şəxs də məsuliyyətdən boyun qaçıraraq heç bir köməklik göstərməmişdir. Qanuni nümayəndə düşmüş olduğu çətin vəziyyətdən çıxış yolu tapmaq məqsədilə və hüquqi savadı olmadığına görə sözügedən kommersiya işi ilə əlaqədar vəkillə hüquqi yardıma dair müqavilə bağlamaq zərurəti yaranmış, lakin Cavabdeh MMC-yə məxsus möhür və “Asan İmza” onda olmadığı üçün onların yenidən bərpa olunması ilə bağlı işlərə başlamış, ##.##.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, 18-ci polis şöbəsinə Cavabdeh MMC-yə məxsus möhürün və “Asan İmza”nm itirilməsi barədə ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən eyni məzmunda ##.##.2026-cı il tarixli M**** nömrəli arayış Qanuni nümayəndə təqdim edilmiş, həmin arayış əsasında Qanuni nümayəndə Cavabdeh MMC-nin adına yeni möhür əldə etmişdir. Bundan sonra isə elektron məhkəmə sistemindən istifadə edə bilmək və Cavabdeh MMC-nin bütün məhkəmə işləri ilə tanış ola bilmək üçün ##.##.2026-cı il tarixdə “Asan Xidmət” mərkəzində “Asan İmza” tətbiqi üçün sertifikat aktivləşdirilmişdir. Həmin gündən başlayaraq məhkəmə işləri ilə tanış olmuş və e-2-2(113)- ****/**** nömrəli kommersiya işindən apellyasiya şikayəti vermək ilə əlaqədar Cavabdeh MMC-nin adından ##.##.2026-cı il tarixdə vəkil ilə hüquqi yardıma dair müqavilə bağlamışdır. Bu səbəbdən Qanuni nümayəndə e- *-*(***)-****/**** nömrəli qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmiş, indi isə apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı buraxılmış prosessual müddətin bərpası ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, qərardadın ləğv edilməsi və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətin buraxılması hüquqdan suiistifadənin və ya laqeyd münasibətin nəticəsi deyil, cavabdehin iradəsindən asılı olmayan faktiki və hüquqi maneələrin nəticəsi olmuşdur. Məhkəmənin bu halları nəzərə almaması, yalnız formal direktor statusuna əsaslanaraq cavabdehin guya istənilən vaxt apellyasiya şikayəti vermək imkanına malik olması barədə nəticəyə gəlməsi Mülki Məcəllənin və Konstitusiyanın təsbit olunmuş ədalət, vicdanlılıq və ağlabatanlıq prinsiplərinin, həmçinin hər kəsin nməhkəmədə müdafiə prinsiplərinin mahiyyətinə uyğun deyildir. Əks yanaşma hüquqi şəxsin faktiki idarə edilməsini həyata keçirən şəxsin qanuni nümayəndənin hüquqlarını həyata keçirmək imkanından məhrum etməsinə baxmayaraq, həmin qanuni nümayəndənin prosessual hüquqlarını itirməsi ilə nəticələnər ki, bu da hüququn məqsədinə, mülki qanunvericiliyin əsas prinsiplərinə və məhkəməyə çıxış hüququnun effektiv təmin olunması tələbinə ziddir. Buna görə də iş üzrə müəyyən edilmiş faktiki hallar göstərir ki, cavabdehin apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim edə bilməməsi onun iradəsindən asılı olmayan obyektiv maneələrlə şərtlənmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Faktiki hallar və hüquqi dəyərləndirmə: -İş materialları ilə müəyyən edilir ki, ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnamə xəbərnaməli məktubla cavabdehin hüquqi ünvanına göndərilmiş və həmin ünvanda cavabdehin etibarnaməli nümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilərək xəbərnaməyə imza edilmişdir. Odur ki, MPM-in 135.3-cü maddəsinə əsasən qətnamə cavabdehə rəsmi çatdırılmış hesab edilmir. Cavabdeh tərəfindən isə həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və müddətin son günü qeyri-iş gününə düşdüyündən sonraki iş günü olan ##.##.2026-cı il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və apellyasiya şikayətində istinad olunan hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik üzürlü halların dairəsini dəqiq müəyyən etməsə də, ərizəçidən obyektiv və sübuta yetirilə bilən hallara istinad edilməsi tələb olunur. Hazırkı halda isə, hüquqi şəxsin direktoru olan şəxsin şirkətin möhürünün və “Asan İmza”sının faktiki olaraq digər şəxsdə olması onun qanunla müəyyən edilmiş prosessual müddətlərə riayət etməsi vəzifəsini aradan qaldırmır. Cavabdehin məhkəmə proseslərindən xəbərsiz olması və hüquqi yardım almaq üçün sonradan vəkilə müraciət etməsi də apellyasiya müddətinin üzrlü səbəbdən buraxıldığına dəlalət etmir. Beləliklə, göstərilən hallar cavabdehin prosessual hüquqlarının vaxtında həyata keçirilməsi üçün sonuncunun iradəsindən asılı olmayan obyektiv maneə olmadığından prosessual müddətin bərpası üçün əsas vermir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1008/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1008/2026
03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver