Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-405/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- *****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. “Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış evakuasiya xidmətlərinin göstərilməsi haqqında **/** nömrəli, ## #### 2024-cü il tarixli müqavilə imzalanmışdır.
2. Həmin müqavilənin 5.8-ci bəndinə Daşıyıcı tərəfindən Təhvil-təslim aktı göndərildikdən sonra Sifarişçiyə həmçinin elektron-qaimə təqdim olunur. Elektronqaimənin təqdim olunması Sifarişçinin xidmət haqqını ödəməsi üçün əsasdır.
3. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq.
4. Seriya MT2409 seriyalı, ******* nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.
5. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında ##.##.2024-cü il tarixli, ****** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri Heydər Əliyev prospektindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.
6. Seriya MT2409 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.
7. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında ##.##.2024-cü il tarixli, ****** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri X1 Şirvan Icra nümayəndəliyi, Qarabağ-Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.
8. Seriya MT2410 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 1500 manat, ƏDV daxil olmaqla 1770 manat dəyərində Cavabdeh MMCyə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.
9. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında ##.##.2024-cü il tarixli, ****** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri, X1, Şirvan Icra nümayəndəliyindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 1770 manat dəyərində beton yüklərinin daşınması həyata keçirilmişdir.
10. Seriya MT2411 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən cəmi 750 manat, ƏDV daxil olmaqla 885 manat dəyərində Cavabdeh MMC-yə məxsus yük daşıma xidməti həyata keçirilmişdir.
11. Daşıyıcı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında imzalanmış göstərilmiş xidmətlərin göstərilməsi haqqında ##.##.2024-cü il tarixli, ****** nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən, Şirvan şəhəri, X1, Şirvan Icra nümayəndəliyindən – Şuşa şəhərinə, ƏDV daxil olmaqla 885 manat dəyərində beton yükünün daşınması həyata keçirilmişdir.
12. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli, ***/** saylı Müqavilə üzrə 4425 manat məbləğində əsas borc, 2212,50 manat məbləğində cərimə-dəbbə pulu və gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat faiz borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
13. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli, ***/** saylı Müqavilə üzrə 4425 manat (3750 manat əsas borc + 675 ƏDV borcu) məbləğində əsas borcun, 2212,50 manat məbləğində cərimədəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat pulun və 99 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. Cavabdeh ## ###### 2025-ci il tarixində məhkəməyə etiraz göndərərək, borc məbləği ilə razı olmadıqlarını, borc məbləğinin əsassız olaraq şişirdildiyini və mütənasib olmayan dəbbə pulunun hesablandığını bildirirərək, işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə iddiaçının sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
14. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, ***/** saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Icraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilə üzrə 4425 manat (3750 manat əsas borc + 675 ƏDV borcu) məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Belə ki, cavabdehin iddiaçı İddiaçı MMC-yə olan borcu MT2411 seriya və ******** nömrəli, ##.##.2024 tarixli qaimə üzrə 885 manat, MT2409 seriya və ******** nömrəli, ##.##.2024 tarixli qaimə üzrə 885 manat, MT2409 seriya və ******** nömrəli, ##.##.2024 tarixli qaimə üzrə 885 manat, MT2410 seriya və ******** nömrəli, ##.##.2024 tarixli qaimə üzrə 1770 manat təşkil edir. Bu qaimələr üzrə borc məbləğinin cəmi isə 4425 manat (ƏDV daxil) təşkil edir. Bu qaimələr üzrə məbləğ xidmətin göstərilməsinə dair aktlarla təsdiqlənir. Həmin aktlar da məhkəmə sisteminə əlavə edilir. Bu əsasla tərəflərindən cavabdehə ##.##.2025-ci il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyi barədəpretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pulşirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, ##.##.2024-cü il tarixli, ***/** saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 18691,2 manat təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈50 %-i həcmində, yəni, cəmi 2212,50 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi ##.##.2024-cü il tarixli, ***/** nömrəli evakuasiya xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən 4425 (dörd min dörd yüz iyirmi beş) manat (3750 manat əsas, 675 man ƏDV) məbləğində əsas borc, 221,25 (iki yüz iyirmi bir manat 25 qəpik) manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 (iki yüz əlli altı manat 04 qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 69,02 (altmış doqquz manat 02 qəpik) manat olmaqla, ümumilikdə 4971,31 (dörd min doqquz yüz yetmiş bir manat 31 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- *****/**** saylı qətnaməsinin iddianın təmin edilməsi hissələrində ləğv edilməsi, iddia tələblərinin həmin hissələrdə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhvil təslim aktları və elektron qaimələr əsasında guya cavabdeh üçün 4425 manat məbləğində yük daşındığı qeyd olunmuşdur. Lakin, həmin sənədlərin cavabdeh tərəfindən imzalanması və möhürlənməsi faktı mübahisəlidir, bu sənədlərin hansı şəraitdə tərtib edildiyi və kim tərəfindən imzalandığı araşdırılmamış, malların faktiki olaraq cavabdehə təhvil verilməsi faktı sübuta yetirilməmişdir. Malların kim tərəfindən qəbul edildiyi, hansı obyektə, hansı anbar və ya tikinti sahəsinə təhvil verildiyi barədə hər hansı obyektiv sübut təqdim edilməmişdir. Malların daşınması, qəbul edilməsi və istifadəsi ilə bağlı logistika sənədləri, anbar çıxarışları və ya digər təsdiqedici sənədlər mövcud deyildir. Belə olan halda yalnız birtərəfli sənədlər əsasında bu qədər böyük məbləğdə borcun müəyyən edilməsi mülki prosessual hüququn sübutetmə prinsiplərinə ziddir. Mühasibatlıq ekspertizası keçirilməsi barədə qərar qəbul edib eqaimə və təhvil-təslim aktlarının həqiqətə uyğun olub-olmamasına dair dəlil və 17. məlumatlara sahib olmalı,xəttşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizalarını keçirərək üzləşdirmə aktındakı imzanın bizim təşkilatın direktoruna və möhürün bizim təşkilata aid olub-olmamasını araşdırmalı idi. Malların qiymətinin razılaşdırılması protokuluna və təhvil-təslim aktına mahiyyəti üzrə əsas sübut kimi istinad edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər.
19. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
27. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
28. Maddə 442. Ğhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Maddə 462.1.Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Maddə 850.1.Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
2. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
3. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
4. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
5. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
6. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. APELLYASIYA BAXIŞININ HƏDLƏRI
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
36. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Iddiaçı ilə cavabdeh təşkilat arasında ##.##.2024-cü il tarixli, ***/** saylı evakuasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilədə nəzərdə tutulmuş sifarişlər üzrə evakuasiya xidmətlərini göstərmişdir. Lakin cavabdeh tərəfindən göstərilmiş xidmətlərin dəyəri müqavilə öhdəliklərinə uyğun olaraq ödənilməmiş, bununla da cavabdehin iddiaçı qarşısında pul öhdəliyi yaranmış və həmin öhdəlik icra edilməmişdir.
39. Sözügedən müqavilənin 5.8-ci bəndinə əsasən, Daşıyıcı tərəfindən Təhvil-təslim aktı təqdim edildikdən sonra Sifarişçiyə elektron qaimə göndərilir və elektron qaimənin təqdim olunması Sifarişçinin xidmət haqqını ödəməsi üçün əsas hesab edilir. Beləliklə, tərəflər arasında ödəniş öhdəliyinin yaranması və icrası müqavilənin qeyd edilən müddəası ilə tənzimlənir.
40. Məkhəmə kollegiyası apellyasiya şikayətinin təhvil-təslim aktlarının və elektron qaimələrin etibarlılığına dair irəli sürülmüş iddialar subyektiv mülahizələrə əsaslanır və hər hansı mötəbər sübutla təsdiq olunmur. Sənədlərdə əks olunmuş imza və möhürlərin cavabdehə məxsus olmaması qeyd olunsada, bununla bağlı əsaslandırılmış hallar qeyd olunmamışdır.
41. Kollegiya eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, elektron məhkəmə sistemi vasitəsi ilə vəsatət ünvanlayaraq yalınz borcun məbləğini mübahisələndirmiş, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
42. Qeyd olunmalıdır ki, ##.##.2024, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü tarixlərdə təhvil-təslim sənədləri imzalanmış, o cümlədən həmin tarixdə elektron qaiməfakturalar tərtib edilmiş və fiziki olaraq imzalanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab43.fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
44. Kollegiya onu da qeyd edir ki, cavabdehin elektron-qaimələrin sonradan iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
45. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq əsas borc üzrə 4425 manat məbləğində əsas borc, 221,25 manat məbləğində cərimə-dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 256,04 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 69,02 manat olmaqla, ümumilikdə 4971,3 pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.