Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-412/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı1 cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 17721,33 manat məbləğində borcun *************** nömrəli abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İB tərəfindən iddiaçı iddiaçı1 hesablanmış 12744 (on iki min yeddi yüz qırx dörd) manat 83 (səksən üç) qəpik borcun *************** nömrəli abonent kodundan silinməsi, ödənilmiş dövlət rüsumunun 128 (bir yüz iyirmi səkkiz) manat 24 (iyirmi dörd) qəpiyinin əvəzinin cavabdeh “Azəriqaz” İB-dən tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
74.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2-ci maddənin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən şikayətin geri qaytarılması əsaslarından biri şikayətin imzalanmaması və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmasıdır.
8. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş şikayətdən görünür ki, iddiaçı tərəfindən verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayətini iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fizuli qızı imzalamışdır. Lakin iş materiallarında iddiaçı iddiaçı1 tərəfindən Nümayəndə adına verilmiş və “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş yalnız ## #### 2025-ci il tarixli etibarnamə mövcuddur ki, həmin etibarnamənin qüvvəsi ## ###### 2026-cı il tarixdə başa çatmışdır.
10. Hazırki şikayət isə ##.##.2026-cı il tarixdə Nümayəndə Fizuli qızının AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur.
11. Lakin apellyasiya şikayətinə iddiaçı adından nümayəndənin adına verilmiş yeni etibarnamə əlavə edilməmişdir.
12. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
13. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.