Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-432/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbinə” dair ilkin, iddiaçı "xxxx"xxxx“ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nə qarşı “saziş və zəmanət razılaşmasının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nin cavabdehlər "xxxx" MMC-yə və cavabdeh1 qarşı pul tələbinə dair ilkin, cavabdehlər "xxxx" MMC-nin və cavabdeh1 “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nə qarşı saziş və zəmanət razılaşmasının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə satıcı istehsal etdiyi malı (bundan sonra Mallar adlandırılacaq) Alıcıya təhvil verməyi, Alıcı isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq bu malları qəbul etməyi və onların haqqını ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən Malların kəmiyyəti, keyfiyyəti, çeşidi və qiyməti Tərəflər arasında razılaşdırılır və bu Müqaviləyə əlavə edilmiş spesifikasiyalarla müəyyən edilir və Müqavilənin ayrılmaz hissəsi hesab olunur (## ###### 2024-cü il tarixli *** nömrəli qaimə-fakturaya əsasən); 1.3-cü bəndinə əsasən Satıcı malı Moskvadakı anbardan götürmək şərti ilə Müqaviləyə uyğun olaraq Alıcıya çatdırır. Alıcıya təhvil verilmiş malların miqdarı Müqavilədə göstərilən kəmiyyətə uyğun gəlmədikdə və ya mal keyfiyyətsiz olduqda, Alıcının Satıcıya təqdim etdiyi bütün tələbləri əks etdirən Şəhadətnamə verilir; 1.1-ci bəndinin (c) yarım bəndinə əsasən "Çatdırılma" dedikdə, Müqavilənin, Qiymət protokolunun və/ və ya Sifarişin şərtlərinə əsasən hər iki Tərəfin imzaladığı qaimə-faktura Ilə rəsmiləşdirilən malların bu müqaviləyə uyğun olaraq satıcı tərəfindən çatdırılması və alıcı tərəfindən qəbul edilməsi başa düşülür. 2.3 və 2.4-cü bəndlərinə əsasən, Müqavilə ilə müəyyən edilmiş müddətlərdə malı Alıcıya təhvil vermək və Müqavilə ilə müəyyən edilmiş keyfiyyətdə, kəmiyyətdə və çeşiddə malların olmasını təmin etmək Satıcının (cavabdehin) vəzifəsidir; 2.8-ci bəndinə əsasən, Satıcı Müqavilənin şərtlərini pozaraq, Müqavilədə göstəriləndən az miqdarda və ya çeşiddə Mal tədarük edərsə, Alıcı çatışmayan Malların miqdarının tədarükünü tələb edə bilər və ya Satıcı tədarük olunan Maldan imtina edərsə və Mallara görə ödəniş etməkdən imtina edərsə və qiymət artıq ödənilərsə Alıcı ödənilmiş məbləği geri tələb edə bilər; 3-cü (3.1, 3.2 və 3.3) bəndinə əsasən, müqaviləyə uyğun qiymətlər Moskvadan öz ixrac şərtləri ilə etibarlıdır. Müqavilənin ümumi məbləği Mərkəzi Bankın ödəniş tarixinə olan məzənnəsi əsasında ƏDV istisna olmaqla 180.790 ABŞ dolları və ya 7.214.627 türk lirəsi təşkil edir. Qiymətlər sabitdir və Müqavilənin müddəti ərzində dəyişdirilə bilməz; 4-cü bəndinə (4.1-4.5) əsasən malların satış qiyməti bu Müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura və spesifikasiyalara əsasən müəyyən edilir. Alıcı Müqaviləyə uyğun olaraq aşağıdakı ödənişləri həyata keçirməlidir: Müqavilə imzalandıqdan sonra 5% (dizayn işinin ödənişi); 55% - layihələndirmə işləri başa çatdıqdan sonra 5 iş günü ərzində; 20% avadanlıqların istehsalı başa çatdıqdan sonra 5 iş günü ərzində; və 20% - avadanlıqların çatdırılmasından sonra 5 iş günü ərzində. Müqavilə üzrə Alıcı tərəfindən ödənilmiş məbləğ Satıcının bank hesabına mədaxil edildikdə ödəniş öhdəliyi yerinə yetirilmiş hesab olunur. Ödənişlər ABŞ dolları və ya türk lirəsi ilə həyata keçiriləcək. Alıcı ödənişi vaxtında həyata keçirmədikdə, Alıcı hər gecikdirilmiş gün üçün malın ödənilməmiş dəyərinin 0,1%-i miqdarında cərimə ödəməlidir; 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən, mallar Moskvadakı anbardan inkassasiya üçün çatdırılacaq. Mallar 120 iş günü ərzində istehsal olunacaq. 9-cu bəndinə əsasən müqavilə üzrə və ya onunla əlaqədar yarana biləcək bütün mübahisələr və ya ziddiyətlər danışıqlar yolu ilə həll edilir. Tərəflər razılığa gələ bilmədikdə, mübahisə ilə bağlı Azərbaycan Iqtisad Məhkəməsinə müraciət etməlidirlər. Hər iki Tərəf bu qərara əməl etməyə borcludur.
2. ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 9023,73 ABŞ dolları, ##.##.2024cü il tarixli ödəniş tapşırığına əsasən 99347,58 ABŞ dolları və ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 1214297,73 TRY məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür.
3. “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixdə “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında Saziş” imzalanmışdır. Saziş hər iki tərəfdən imzalanmaqla, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Həmin Sazişin: 1-4-cü bəndlərinə görə ##.##.2024-cü il tarixli № *** Alqı-satqı Müqaviləsi (bundan sonra - Müqavilə) ## ###### 2024-cü ildən etibarən ləğv edilmişdir. Müqavilənin ləğv edildiyi tarixə Satıcının istehsal etdiyi məhsulları (Məhsulu) Alıcının mülkiyyətinə təhvil vermək öhdəlikləri icra edilməmişdir. Müqavilənin ləğv edildiyi tarixə Alıcı Satıcıya 144.632,50 (yüz qırx dörd min altı yüz otuz iki ABŞ dolları 50 sent) məbləğində ödəniş etmişdir. Satıcı Müqavilə üzrə ödənilmiş 144.632,50 ABŞ dolları məbləğini bu Sazişin 8- ci bəndində göstərilən rekvizitlərə uyğun olaraq Alıcının hesabına köçürmə yolu ilə aşağıdakı qaydada geri qaytarmağı öhdəsinə götürür: 4.1. ## ###### 2025-ci ilədək-20 000 (iyirmi min) ABŞ dolları; 4.2. ## ###### 2025-ci ilədək - 40 000 (qırx min) ABŞ dolları; 4.3. ## #### 2025-ci ilədək - 84 632,50 (səksən dörd min altı yüz otuz iki ABŞ dolları 50 sent) ABŞ dolları. 5 və 6-cı bəndlərinə görə Tərəflər bu Sazişi imzaladığı andan etibarən, Müqavilə üzrə Satıcının Alıcıya ödənişin qaytarılması öhdəliyindən başqa, bir-birlərinə qarşı hər hansı maliyyə və ya digər tələblərə malik deyillər. Satıcı, bu Sazişin 4-cü bəndində müəyyən edilmiş qaydada Müqavilə üzrə ödənişi geri qaytarmaq öhdəliyini, 144 632,50 (yüz qırx dörd min altı yüz otuz iki ABŞ dolları 50 sent) məbləğin tam həcmdə Alıcının bu Sazişin 8-ci bəndində göstərilən hesabına daxil olduğu andan etibarən yerinə yetirilmiş hesab olunur.
4. “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında “ ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə” ##.##.2024-cü il tarixli Zəmanət Razılaşması imzalanmışdır. Zəmanət Razılaşması hər üç tərəfdən imzalanmış və hüquqi şəxlərin möhürləri ilə təsdiq edilmişdir. Zəmanət Razılaşmasının: 1.1-ci bəndinə görə Bu Müqaviləyə əsasən, Zəmanətçi, Kreditor ilə Borclu arasında ##.##.2024-cü il tarixli № *** Alqı-satqı Müqaviləsi (bundan sonra - Müqavilə) üzrə Borclunun Kreditor tərəfindən ödənilmiş məbləği qaytarmaq öhdəliklərinin icrasına görə məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin Müqavilə üzrə Borclu Satıcı qismində çıxış etmişdir və bu öhdəliklər ##.##.2024-cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişə uyğun olaraq müəyyən edilmişdir; 1.2 və 1.3-cü bəndlərinə görə Zəmanətçinin bu Müqavilə üzrə məsuliyyətinin həcmi Müqavilə üzrə ödənilmiş 144 632,50 (yüz qırx dörd min altı yüz otuz iki ABŞ dolları 50 sent) ABŞ dolları məbləği ilə məhdudlaşır. Zəmanətçi Müqavilənin, habelə ##.##.2024- cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişin şərtlərinin ona məlum və aydın olduğunu təsdiq edir; 2-ci bəndinə (2.1 – 2.3) görə X1 üzrə Zəmanətçinin məsuliyyətinin əsası. Kreditor ilə Borclu arasında ##.##.2024-cü il tarixli № *** Alqı-satqı Müqaviləsinə uyğun olaraq ödənilmiş məbləğin qaytarılması üzrə Borclunun öhdəliklərini ##.##.2024-cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişə əsasən icra etməməsidir. Borclu tərəfindən ##.##.2024-cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişə uyğun olaraq ödənilmiş məbləğin qaytarılmasının gecikdirilməsi halında, Zəmanətçi və Borclunun Kreditor qarşısında məsuliyyəti birgə (solidar) hesab olunur. Zəmanətçi Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır, o cümlədən, Zəmanət ilə təmin olunmuş öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış Kreditorun faizlərinin və digər zərərlərinin ödənilməsinə görə. 5.1.1-ci bəndinə əsasən hüquqlarının pozulduğunu hesab edən tərəf digər tərəfə yazılı iddia ərizəsi göndərməyə borcludur. Iddia ərizəsi maraqlı tərəfin tələblərini və onların əsaslandırlılmasını, digər tərəfin pozduğu qanunvericilik normalarına və Müqavilə şərtlərinə istinad etməklə əks etdirməlidir. Iddia ərizəsinə orada göstərilmiş halları tədiq edən nüsxələri əlavə etməlidir. 5.1.2-ci bəndinə əsasən Iddia əizəsini alan tərəf onu nəzərdən keçirməyə və iddia ərizəsinin alındığı gündən etibarən 10 gün müddətində digər tərəfə yazılı əsaslandırılmış cavab göndərməyə borcludur. 5.1.3-cü bəndinə əsasən maraqlı tərəf iddia ərizəsinin göndərildiyi gündən etibarən 20 gün keçdikdən sonra mübahisəni məhkəməyə verə bilər.
5. ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx"xxxx“ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nə 500 ABŞ dolları məbləğində pul qaytarılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat: Ilk iddia ilə bağlı:
6. Iddiaçı ##.##.2024-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi üzrə 144.132,50 ABŞ dolları məbləğində borcun, 24.502,53 manat məbləğində cərimənin, 3.357.00 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2250 manat məbləğində pulun, sənədlərin tərcüməsi ilə bağlı ödənilmiş 115 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 562,88 manat dövlət rüsumunun, cəmi 144.132,50 ABŞ dollarının və 30787,41 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Iddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, "ESS Dış Ticaret inşaat Lojistik Sanayi ve Ticaret Limited Şirketi” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, Satıcı bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə malı Alıcıya təhvil verməyi, Alıcı isə həmin malı qəbul edib onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, satıcı, Moskva şəhərindəki anbardan malları müqavilə şərtlərinə uyğun olaraq, ##.##.2024-cü il tarixli *** saylı qaiməyə əsasən alıcıya təhvil verməyi, alıcı isə müqavilədə göstərilən miqdarda malı qəbul etməzsə, satıcı yalnız faktiki qəbul olunmuş malların miqdarı qədər öhdəlik daşımasına dair razılıq əldə olunmuşdur. Bu zaman alıcı tərəfindən satıcıya təqdim edilən bütün tələblər müqaviləyə əlavə ediləcək aktda əks olunmalı idi. Müqavilənin ümumi dəyəri 180.790 ABŞ dolları təşkil edir ki, bu da 7.214.627 Türk Lirəsinə bərabərdir. X2 rəsmi məzənnəsinə əsasən aparılır. Bu məbləğ ƏDV nəzərə alınmadan göstərilmişdir. Müqaviləyə uyğun olaraq ödənişləri aşağıdakı qaydada həyata keçirir: 5% ödəniş - müqavilə imzalandıqdan sonra; 55 % ödəniş - dizayn işinin tamamlanmasından sonra; 20% ödəniş - avadanlığın istehsalının başa çatmasından sonra; 20% ödəniş - avadanlıq göndərildikdən sonra 5 iş günü ərzində. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən alıcı tərəfindən Müqavilə çərçivəsində edilən bütün ödənişlər Satıcının bank hesabına daxil olduqdan sonra icra edilmiş hesab olunur. Həmin Müqavilənin 4.4-cü maddəsinə əsasən ödənişlər ABŞ dolları və ya Türkiyə lirəsi ilə həyata keçirilə bilər. Həmin Müqavilənin 4.5-ci maddəsinə əsasən əgər alıcı ödənişi vaxtında etməzsə, hər gecikmiş gün üçün ödənilməmiş malın dəyərinin 0,1%-i həcmində cərimə ödəməlidir. Müqavilə şərtlərinə əsasən "ESS Dış Ticaret inşaat Lojistik Sanayi ve Ticaret Limited Şirketi" alıcı kimi üzərinə düşən öhdəlikləri icra edərək qeyd olunan məbləği tam şəkildə qarşı tərəfə ödəsə də, "xxxx" MMC satıcı kimi müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, malları təhvil verməmişdir. Daha sonra tərəflər arasında "xxxx" MMC öz öhdəliyini icra etmədiyi üçün ##.##.2024-cü il tarixində alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında saziş bağlanmışdır. Həmin sazişin 4-cü bəndində müqavilə üzrə ödənilmiş 144.632,50 ABŞ dolları pulun tam geri qaytarılması şərtləri nəzərdə tutulsa da, "xxxx" MMCtərərfindən qeyd olunan borc məbləğindən hazırki vaxtadək cəmi 500 ABŞ dolları ödənilmişdir. Nəticədə, müqavilə öhdəlikləri üzrə "xxxx" MMC-nin "ESS Dış Ticaret inşaat Lojistik Sanayi ve Ticaret Limited Şirketinə" 144 132,50 ABŞ dolları məbləğində qaytarılmamış və ödənilməmiş borcu vardır. Bundan əlavə ##.##.2024-cü il tarixində ##.##.2024-cü il tarixli № *** alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin qaytarılması haqqında Zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən X1 üzrə zəmanətçinin məsuliyyətinin əsası, kreditor ilə Borclu arasında ##.##.2024-cü il tarixli *** nömrəli Alqısatqı mçüqaviləsinə uyğun olaraq ödənilmiş məbləğin qaytarılması Borclunun öhdəliklərini ##.##.2024-cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişə əsasən icra etməməsidir. Həmin müqavilənin şərtlərinə əsasən ##.##.2024-cü il tarixli Müqavilənin ləğvi haqqında Sazişə uyğun olaraq ödənilmiş məbləğin qaytarılmasının gecikdirilməsi halında Zəmanətçi və Borclunun Kreditor qarşısında məsuliyyəti birgə (solidar) hesab olunur. Zəmanətçi kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır, o cümlədn zəmanət ilə təmin olunmuş öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış Kreditroun faizlərinin və digər zərərlərinin ödənilməsinə görə. Zəmanətçi tərəfindən Kreditorun tələbinin yerinə yetirilməməsi müddəti pozulduqda, Sonuncu hər gecikdirilmiş gün üçün tələb olunan məbləğin 0,01%-i miqdarında cərimənin ödənilməsini tələb etmək hüququna malikdir. Cavabdeh üzərinə düşən əsas öhdəliyi - məhsulların təhvil verilməsini yerinə yetirməmişdir. Nəticədə iddiaçı həmin məhsullardan istifadə etmək, onları satışa çıxarmaq və real gəlir əldə etmək imkanından məhrum olmuşdur. Əldə edilə bilməyən bu gəlir sırf cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində yaranmışdır. Qeyd edilməlidir ki, iddiaçı məhsulların satışı üzrə konkret bazar qiymətlərini və kommersiya planlarını nəzərə alaraq, həmin mallardan müəyyən dərəcədə stabil və təmin olunmuş qazanc götürmək imkanına malik idi. Cavabdehin qanunsuz hərəkəti nəticəsində bu gəlirin əldə olunmaması Mülki Məcəlləyə uyğun olaraq “əldən çıxmış fayda” kimi qiymətləndirilməli və bu zərərin tam məbləğdə cavabdehdən tutulması tələb olunur.
8. Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri Iddia ərizəsinə qarşı cavabdehlərin vəkili və nümayəndəsi yazılı etirazında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tələblərini iddiaçı ilk günlərdən pozmuşdur. Müqavilənin 3cü bəndinə əsasən müqavilənin ümumi dəyəri 180.790 ABŞ dolları və ya 7.214.627 Türkiyə lirəsi təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər aşağıdakı qaydada həyata keçirilməli idi: 5%-müqavilə imzalanadan sonra (dizayn işinin ödənişi); 55%-layihələndirmə işləri başa çatandan sonra 5 iş günü ərzində; 20%-avadanlıqların istehsalı başa çatandan sonra 5 iş günü ərzində; və 20%- avadanlıqların çatdırılmasınan sonra 5 iş günü ərzində. Müqavilənin 5.1-ci bəndinə əsasən avadanlıq 120 gün (yəni 4 aya, ## ### 2024-cü il tarixədək) ərzində hazır olmalı idi. 5% ilkin, yəni 9040 ABŞ dollarının ödənilməsindən ötəri ##.##.2024-cü il tarixdə iddiaçıya ödəniş tapşırığı təqdim edilsədə o, onu ## ###### 2024-cü il tarixdə icra edərək 9023,73 ABŞ dolları ödəniş etmişdir, halbu ki artıq ##.##.2024-cü ilə tarixə layihələndirmə işləri başa çatandan sonra ##.##.2024-cü il tarixdə iddiaçıya təqdim olunmuş, lakin o, müqavilədə nəzərədə tutulan 55%-i, yəni 99.434,50 ABŞ dolları vəsaiti 5 iş günü ərzində ödəmək əvəzinə iki ay yarım gecikdirərək, yalnız ##.##.2024-cü il tarixdə 99.347,58 ABŞ ödədi. Belə gecikmələr olduğundan öz vəsaitləri hesabına mal-material alıb avadanlıqların istehsalını 2024-cü ilin may ayının sonunda başa çatdırıblar. Buna baxmayaraq iddiaçı yenə müqavilə şərtlərini pozaraq avadanlıqların istehsalı başa çatandan sonra 5 iş günü ərzində 20%-ni ödənişini gecikdirdi ki bununla da müqavilədə nəzərdə tutulan 120 gün ərzində avadanlığın təhvil verilməsi bəndi məhz onun tərəfindən pozuldu, növbəti (avadanlığın istehsalının başa çatmasından sonra) 20% ödənişi yalnız ##.##.2024-cü il tarixdə 1.214.297,73 TRY ( Türkiyə lirəsi) ilə ödəmişdir. ##.##.2024-cü il tarixli RF Mərkəzi Bankın məzənnəsi ilə (1-ABŞ dolları=0,02931 TRY), yəni 1.214.297.73x0,02931=35.591,06 ABŞ dolları təşkil edir. Deməli, cavabdeh ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (9023,73+99.347,58 +35591,06=143.962,37) cəmi 143.962,37 ABŞ dolları ödəniş etmişdir ki bu da müqavilə şərtlərinə görə (79,6% faiz) 144,632,50 ABŞ təşkil etməmişdir. Iddiaçı Türkiyədə yerləşdiyindən və ödənişlər Türkiyədən baş tutduğundan malların Moskvaya göndərilməsi mümkün olmayaçağını anlayandan sonra bildirdi ki, mal üçün Azərbaycan ərazisində müştəri tapılıb satılandan sonra dəyəri onun hesabına ödənilsin. Lakin mal halhazıra kimi satılmayıb anbardadır. Yəni, iddiaçı müqavilə şərtlərini özü pozmuşdur lakin ola biləcək zərərdən boyun qaçırmaq üçün cavabdehə qarşı fırıldaqçılığa əl atmışdır ki bu da qarşılıqlı iddia ərizəsində öz əksini tapmışdır. Qarşılıqlı iddia ilə bağlı:
9. Cavabdeh “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi VeTicaret Limited Şirketi” ilə “xxxx” MMC arasına bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ##.##.2024-cü il tarixli Sazişin və ##.##.2024- cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə ##.##.2024-cü il tarixli Zəmanət Razılaşmasının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi” ilə “xxxx” MMC arasına alqı-satqı müqaviləsi Bakı şəhərində bağlanmışdır. Müqavilə bağlanan zaman rus və ingilisi dilini bilən tərcüməçinin xidmətindən istifadə olunmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri 180.790 ABŞ dolları və ya 7.214.627 Türkiyə lirəsi təşkil edir. Müqavilənin 4.2-ci bəndində ödəniş qaydası nəzərdə tutulmuşdur. Müqavilənin 5.1-ci bəndinə əsasən avadanlıq 120 gün (yəni 4 aya, ## ### 2024-cü il tarixədək) ərzində hazır olmalı idi. Iddiaçı müqavilə bağlanan gündən müntəzəm olaraq müqavilə şərtlərini pozmuş, müqavilədə nəzərədə tutulan 55% ödənişi 5 iş günü ərzində ödəmək əvəzinə iki ay yarım gecikdirərək yalnız ##.##.2024-cü il tarixdə ödəmişdir. Belə gecikmələr olduğundan öz vəsaitləri hesabına mal-material alıb avadanlıqların istehsalını 2024-cü ilin may ayının sonunda başa çatdırdılar. Buna baxmayaraq cavabdeh yenə müqavilə şərtlərini pozaraq avadanlıqların istehsalı başa çatandan sonra 5 iş günü ərzində 20%-in ödənişini gecikdirdi ki bununlada müqavilədə nəzərdə tutulan 120 gün ərzində avadanlığın təhvil verilməsi bəndi məhz onun tərəfindən pozuldu. Ödənişlərin gecikdirilməsini cavabdeh onunla izah edirdi ki, o beynəlxalq sanksiya altına düşüb və s. kimi bəhanələr gətirirdi. Cavabdehin dediklərinə inanaraq ona qarşı humanist yanaşıb alqısatqı müqaviləsinin 4.5-ci bəndində nəzərdə tutulan “Alıcı ödənişi vaxtında həyata keçirmədikdə, Alıcı hər gecikdirilmiş gün üçün malın ödənilməmiş dəyərinin 0,1%-i miqdarında cərimə ödəməlidir” bəndinə əsasən bir tədbir görülməmişdir, çünki cavabdeh avadanlığın istehsalının tam başa çatmasının şahidi olduğundan sonra 1.214.297.73x0,0293 TRY və ya 35.591,06 ABŞ dollarını ##.##.2024-cü il tarixdə ödəmişdir. Müqaviləyə əsasən mallar Moskvadakı anbardan inkassasiya üçün çatdırılacaq. Malların Alıcıya və ya onun təyin edilmiş alıcısına çatdırılması ilə bütün risklər və hüquqlar Satıçıdan Alıcıya keçir. Müqavilə üzrə tərəf, yəni cavabdeh Türkiyədə yerləşdiyindən və ödənişlər Türkiyədən baş tutduğundan malların Moskvaya göndərilməsi mümkün olmayaçağını anlayan cavabdeh fırıldaqçılığa əl atmış və nümayəndəsini ##.##.2024-cü il tarixdə Bakıya iddiaçının yanına göndərərək yalnız rus dilində hazırlanmış hər biri bir nüxsədən ibarət iki sənədi imzalamağı xahiş etmiş və mala Azərbaycanda müştəri taparaq satılmasını və satışdan əldə edilən məbləği geri qaytarılmasını istəmişdir. Əgər satılmasa öz daxili imkanları və xərci hesabına Azərbaycandan çıxaracağına iddiaçını inandırmışdır. Cavabdeh nümayəndənin istəyinə uyğun rus dilində tərtib olunduğu üçün məzmununu tam anlamadığı (tərcüməçinin olmadığı şəraitdə) lakin bu iki sənəd mal satılandan sonra pulunun geri qaytarılmasına dair olduğunu bildirdiyinə görə sənədləri restoranda imzalamışdır. Nümayəndə dərhal geriyə Türkiyəyə qayıtmişdır. Xeyli vaxt keçəndən sonra iddiaçı cavabdehlə əlaqə saxlayıb maddi sıxıntı keçirdiyindən 1500- 2000 ABŞ dolları ona köməklik etməsini istəmiş, cavabdeh isə cəmi 500 ABŞ dollara gücü çatdığını bildirərək ##.##.2025-ci il tarixdə iddiaçının hesabına köçürmüşdür. Mal satılmır deyə nə vaxt gəlib aparacağını soruşanda iddiaçı maddi sıxıntı olduğuna görə hələ ki apara bilməyəcəyini və yenədə malın tez bir zamanda satılmasını xahiş etmişdir. Lakin mal hal-hazıra kimi satılmayıb cavabdehin anbardadır. Vəkil şəxsi kabinet vasitəsi ilə ## ###### 2024-cü il tarixli saziş və ## ###### 2024-cü il tarixli zəmanət razılaşması ilə ## ###### 2025-ci il tarixdə tanış olandan sonra bəlli olmuşdur ki, faktiki olaraq cavabdeh aldanmış və alqı-satqı müqaviləsindəki kimi üç dildə, rus, türk və ingilis dilində deyil, yalnız rus dilində tərtib olunmuş, məzmunun nədən ibarət olmasını tam anlamadan, nümayəndənin dediklərinə inanıb saziş və zəmanət razılaşmasını imzalamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bununla da, iddiaçı 1980-ci il Vyana konvensiyasının tələblərini, beynəlxalq kommersiya müqavilələrinin əsas şərtlərindən biri olan dil seçimi (bütün tərəflərin rahat danışdığı və anladığı bir dil olamlıdır) tələbini pozmuşdur. Həmin konvensiyanın tələblərinə görə beynəlxalq kommersiya müqaviləsi fərqli dillərdə hazırlanıbsa, versiyalardan birinin "əsas" və ya "dominant" olaraq təyin edilməsi vacibdir. Bu, hər hansı bir şərtin fərqli şərh edilməsi zamanı hansı versiyanın hüquqi qüvvəyə malik olacağını müəyyənləşdirir. Müqavilədə qeyd edilən mübahisələrin həlli qaydaları da dil seçiminə təsir göstərə bilər. Məsələn, beynəlxalq arbitrajda ingilis dilindən istifadə geniş yayılmışdır, ingilis dilindən istifadə beynəlxalq kommersiya müqavilələrində standart praktikadır, lakin tərəflər əməkdaşlıq çərçivəsində istənilən başqa bir dili seçməkdə sərbəstdirlər. Ən önəmlisi, bütün tərəflərin müqavilənin məzmununu tam başa düşməsi və dil məsələsində razılığa gəlməsidir. Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir. Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ## ###### 2024-cü il tarixli, *** nömrəli alqısatqı müqaviləsi üzrə 144132,50 ABŞ dolları əsas borcun, 5000 manat cərimənin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 115 manat xərcin və ödənilmiş dövlət rüsumunun 517 manat hissəsinin “xxxx“ MMC-dən tutularaq “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 71 manat hissəsinin “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh1 və “xxxx” MMCnin özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. MM-nin 386.1-ci maddəsində öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən edilmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Işin mübahisəsiz halıdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyinin icarsı anı müqavilədə başqa qayda nəzərdə tutulmatıbsa, onun bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyinin icrası məqamı, müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyinin icrası məqamı isə əşya (mal) ona təhvil verildikdən sonra (stamdat şərt) yaranır (lakin tərəflər arasında əşyanın dəyərinin əvvəlcədən ödənilməsi barədə razılaşdırlmış şərt də bəzərdə tutula bilər). Işin faktiki hallarından da görünüb ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsində tərəflər arasındakı müqavilə qiyməti, ödəniş qaydası və şərtləri, malın çatdırılması əsasları və qaydası ilə bağlı hüquqi məsələlər tənzimlənmişdir. ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə görə onun ümumi məbləği Mərkəzi Bankın ödəniş tarixinə olan məzənnəsi əsasında ƏDV istisna olmaqla 180.790 ABŞ dolları və ya 7.214.627 türk lirəsi təşkil edir. Müqavilənin 4-cü bəndindən görünüb ki, Alıcı (iddiaçı) Müqaviləyə uyğun olaraq onu imzaladıqdan sonra 5% (dizayn işinin ödənişi); 55% - layihələndirmə işləri başa çatıqdan sonra 5 iş günü ərzində; 20% - avadanlıqların istehsalı başa çatdıqdan sonra 5 iş günü ərzində və 20% - avadanlıqların çatdırılmasından sonra 5 iş günü ərzində. Iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən də görünüb ki, 9023,73 ABŞ dolları məbləğində pul ##.##.2024cü il tarixdə, 99347,58 ABŞ dolları məbləğində pul ##.##.2024-cü il tarixdə, və 1214297,73 TRY məbləğində pul isə ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. Həmçinin, iddiaçı tərəfindən pulun ödənilməsi “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixdə “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında Saziş”lə də təsdiq edilmişdir. Həmin Sazişdən də aydın şəkildə görünüb ki, müqavilənin ləğv edildiyi tarixə, yəni ##.##.2024-cü tarixə iddiaçının cavabdehə 144.632,50 ABŞ dolları məbləğində ödəniş etdiyini həmin Sazişi imzalayan hüquqi şəxslərin nümayəndələri kimi hazırkı mübahisə üzrə tərəflər qəbul etmişlər. Işin şərh edilən halalrından da görünüb ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq ödənişləri etməklə öhdəliyini icra etmişdir. Cavabdeh həm ilkin iddia ərizəsinə etirazında, həm də qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən ödənişlərin gecikmələrlə edildiyini, bununla da müqavilə şərtlərinin sonuncu tərəfindən pozulduğunu iddia etsə də, buna görə iddiaçıya hər hansı etirazını bildirməsi, habelə həmin əsasla müqaviləni ləğv etmək istəyini iddiaçıya bildirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, gecikmələrə baxmayaraq öz vəsaiti hesabına malların istehsalını həyata keçirdiyini (hərçənd bununla da bağlı sübut mövcud deyil) bildirməklə aralarında bağlanmış müqavilənin davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, müqavilədə malların çatdırılması üçün müəyyən edilmiş müddətdə, habelə ondan sonra da malların çatdırılaraq iddiaçıya təhvil verilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən göründüyü kimi, (5.1-ci bəndi) əsasən, mallar Moskvadakı anbardan inkassasiya üçün çatdırılacaq. Mallar 120 iş günü ərzində istehsal olunacaq.Bundan sonra tərəflər arasında iki hüquqi sənəd - “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixdə “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında Saziş” və “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə” ##.##.2024-cü il tarixdə Zəmanət Razılaşması imzalanmışdır. Həm sözü gedən Saziş, həm də Zəmanət Razılaşması ilə tərəflər ##.##.2024-cü il tarixədək malların iddiaçıya təhvil verilməməsini təsdiq etmişlər, cavabdehlər isə iddiaçı tərəfindən ödənilmiş 144 632,50 ABŞ dolları məbləğində pulun hissə-hissə olmaqla - ## ###### 2025-ci ilədək 20 000 ABŞ dolları, ## ###### 2025-ci ilədək 40 000 ABŞ dolları, ## #### 2025-ci ilədək 84 632,50 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarılması barədə öhdəlik götürmüş, lakin bu öhdəliklərini də tam icra etməyərək 500 ABŞ dolları hissəsini qaytarmaqla öhədliklərini yerinə yetirməmişlər. Məhkəmə qeyd edib ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). Iradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar və onları icra etmək vəzifəsini daşıyırlar. Cavabdehlər tərəflər arasındakı müqaviləni, heç şübhəsiz ki, müqavilə azadlığı şəraitində bağlamış, onun şərtlərini şüurlu olaraq müəyyən etmiş, bu zaman onun icrası ilə bağlı riskləri görmüş, imkanları daxilində iradi olaraq qiymətləndirmək qabiliyyətinə malik olmuşdur. Güman ki, öhdəliyinin icrası müddətinin müqavilənin qüvvəyə mindiyi tarixdən 120 gün müddətində müəyyən edilməsi də, məhz müqavilənin icarsı ilə bağlı risklərini qiymətlənsirilməsindən irəli gəlmişdir. Cavabdeh iddiaçı tərəfindən, iddia etdiyi kimi ödənişlərin gecikdirilməsini belə gördüyü halda, buna görə heç bir irad bildirməmiş və etiraz etməmişdir. Əks halda cavabdehin müqavilənin icrasından bir tərəfli qaydada imtina etmək və müqaviləyə xitam vermək hüququ var idi, çünki həqiqətən ödənişin vaxtında verilməməsi faktı mövcud idisə, cavabdeh bunu iddiaçı tərəfindən müqavilənin əhəmiyyətli pozuntusu kimi qiymətləndirə bilərdi. Cavabdeh isə müəyyən edilmiş müddət ərzində malları iddiaçıya təhvil verməməklə, habelə bundan sonra ödənişin geri qaytarılması barədə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edib ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edib ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Lakin tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 5000 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir. Məhkəmə hesab edib ki, ilkin iddia tələbi məhkəmə xərcləri və sənədlərin tərcüməsi üçün ödənilmiş pulun qaytarılması hissəsində də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərclər qismində dövlət rüsumu, sənədlərin tərcüməsi üçün notariat xərci və peşəkar hüquqi xidmətdən istifadə edərək pul ödəmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edib ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Məhkəmə hesab edib ki, ilkin iddia əldən çıxmış faydanın tələb edilməsi hissəsində təmin edilməməldir. Belə ki, iddiaçı həmin tələbini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edib ki, qarşılıqlı iddia əsassızdır. Cavabdehlər “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə "xxxx" MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında Saziş”in və “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə” ##.##.2024-cü il tarixli Zəmanət Razılaşmasının etibarsız hesab edilməsini iddia edir və dəlilini onunla əsaslandırır ki, iddiaçı 1980-ci il Vyana konvensiyasının tələblərini, beynəlxalq kommersiya müqavilələrinin əsas şərtlərindən biri olan dil seçimi (bütün tərəflərin rahat danışdığı və anladığı bir dil olamhdır) tələbini pozmuş, alqı-satqı müqaviləsi 3 dildə - rus, türk və ingilis dillərində tərtib edildiyi halda Saziş və Zəmanət Razılaşması yalnız rus dilində tərtib edilmiş, nümayəndə vasitəsi ilə göndərilmiş,m restoranda cavabdehə mətni ilə tanış olmadan imzalatdırılmışdır. AR Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında göstərmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. AR Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi mövqeyə uyğun olaraq məhkəmə hesab edib ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış Sazişin və Zəmanət Razılaşmasının bağlanarkən etibarlılıq şərtlərinə əməl edilib-edilməməsinin yoxlanılması zəruridir. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, əqdin etibarsız olması üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, əqdin etibarsız olmasının ən vacib şərtlərindən biri də onun iradə ifadəsinə uyğun bağlanmamasıdır. Müqavilənin iradə ifadəsinə uyğun olmaması iki formada təzahür edə bilər: iradə ifadəsinin ümumiyyətlə olmaması (məsələn, fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı əqd), yaxud iradə ifadəsinin qüsurli (zədəli) olması (məsələn, məcbur etmə, yaxud aldadılma nəticəsidə bağlanan əqd). Bu baxımdan iradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, onu arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Bütün bu əlamətlərin mövcud olmaması, hər hansı birinin arzu edilməməsi, yaxud bu əlamətlərin daxilən deyil, yalnız zahirən görüntü ilə ifadə edilməsi ilə (iradə ifadəsinin qüsurlu olması) bağlanmış əqd etibarsız əqd olacaqdır. Iddiaçı müqaviləni aldadılma nəticəsində imzalanmasını iddia edir və dəlilini yuxarəda da qeyd edildiyi kimi, sonradan bağlanmış Saziş və Zəmanət Razılaşmasının rus dilində tərtib olunması və onların mətni ilə tanış olmaması ilə izah edir. Cavabdehlərin vəkili və nümayəndəsi hər iki sənədi imzlalayan cavabdeh1 rus dilini tam bilməməsini qeyd etsə də, məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdeh1 uzun illərdir Rusiya Federsiyasında yaşayır və orada da ticarətlə məşğul olur. Belə olan halda, onun rus dilini bilməməsi barədə gətirilən dəlil ağlabatan hesab edilə bilməz. Bundan başqa, cavabdehlərin vəkili və nümayəndəsi Saziş və Zəmanət Razılaşmasının cavabdeh1 tərəfindən resoranda imzlanmasını bildirməsi onu deməyə əsas verir ki, sonuncunun həmin sənədlərin mətnini oxumağa kifayət qədər vaxtı və imkanı olmuşdur. Məhkəmə qeyd edib ki, aldatma nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin digər tərəfə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 337.2-ci maddəsində birbaşa göstərilməsə də, qanun müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığna səbəb olan halları sübut etmək yükünü qoymuşdur. ddiaçı yuxarıda qeyd edilən dəlilləri əsasında aldadıldığını bildirsə də, onları təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, iş materiallarından olan sübutlar isə, əksinə iddiaçının dəlillərini tamamilə rədd edilməsinə kifayət qədər əsas verir. Digər bir tərəfdən, Saziş və Zəmanət Razılaşmasından sonra həmin sənədlər əsasında müəyyən edilmiş hissəvi ödənişdən 500 ABŞ dolları məbləğində pulun iddiaçıya göndərilməsi cavabdehlərin Saziş və Zəmanət Razılaşmasını öz iradələri ilə imzaladıqlarını, onun mətni ilə tanış olduqlarını və məzmunu və şərtləri ilə tanış olduqlarını bir daha deməyə əsas verir. Odur ki, qarşılıqlı iddia təmin edilə bilməz.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 334.1, 339.2, 354.1, 354.2, 372.1, 373.4, 375.2, 377.1, 385.1, 386.1, 442, 462.1, 576, 568.1, 575.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMC və cavabdeh1 ayrı-ayrılıqda eyniməzmunlu apellyasiya şikayətləri verərək qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMC-nin və cavabdeh1 apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, qətnamənin 3.1-ci bəndində göstərilən ... “Müqavilənin ləğv edildiyi tarixə Satıcının istehsal etdiyi məhsulları (Məhsulu) Alıcının mülkiyyətinə təhvil vermək öhdəlikləri icra edilməmişdir” kimi göstərilməsi həqiqəti əks etdirmir. Belə ki, bir yandan 44-cü bəndə ##.##.2024-cü il tarixli, *** saylı alqısatqımüqaviləsində istinad edilərək qeyd olunur ki, ##.##.2024-cü il tarixli, *** saylı alqısatqımüqaviləsində istinad edilərək qeyd olunur ki, “Müqaviləyə uyğun olaraq onu imzaladıqdansonra 5% (dizayn işinin ödənişi); 55% - layihələndirmə işləri başa çatıqdan sonra 5 iş günü ərzində; 20% - avadanlıqların istehsalı başa çatdıqdan sonra 5 iş günü ərzində və 20% - avadanlıqların çatdırılmasından sonra 5 iş günü ərzində ilkin iddiaçı ödənişlər etməli idi, həmin Müqavilənin 5.1-ci bəndinə əsasənavadanlıq 120 gün (yəni 4 aya, ## ### 2024-cü il tarixədək) ərzində hazır olmalı idi. Lakin ilkin iddiaçı müqavilə şərtlərinin kobud şəkildə pozaraq ödənişləri vaxtında etmədiyi üçün qarşılıqlı iddiaçını pis maliyyə vəziyyətinə salmışdır. Layihələndirmə işləri ## ###### 2024-cü il tarixdə cavabdehə göndərilsə də o, müqavilədə nəzərədə tutulan 55%-i, yəni 99.434,50 ABŞ dolları vəsaiti 5 iş günü ərzində ödəmək əvəzinə iki ay yarım gecikdirərək yalnız ##.##.2024-cü il tarixdə 99.347,58 ABŞ ödəmişdir. Belə gecikmələr olduğundan ilkin iddiaçı cavabdeh öz vəsaiti hesabına malmaterial alıb avadanlıqların istehsalını 2024-cü ilin may ayının sonunda başa çatdırmışdır. Buna baxmayaraq cavabdeh yenə müqavilə şərtlərini pozaraq avadanlıqların istehsalı başa çatandan sonra 5 iş günü ərzində 20%-in ödənişini gecikdirdi ki, bununla da müqavilədə nəzərdə tutulan 120 gün ərzində avadanlığın təhvil verilməsi bəndi məhz onun tərəfindən pozulmuşdur. Ödənişlərin gecikdirilməsini cavabdeh onunla izah etmişdir ki, o beynəlxalq sanksiya altına düşüb və s. kimi bəhanələr gətirirmişdir. Beləliklə, cavabdeh növbəti (avadanlığın istehsalının başa çatmasından sonra) 20% ödənişi yalnız ## ######## 2024-cü il tarixdə 1.214.297.73 TRY (Türkiyə lirəsi) ilə ödəmişdir. ##.##.2024-cü il tarixli RF Mərkəzi Bankının məzənnəsi ilə (1-ABŞ dolları=0,02931 TRY), yəni 1.214.297.73×0,02931=35.591,06 ABŞ dolları təşkil edir. Deməli, cavabdeh ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (9023,73+99.347,58 +35591,06=143.962,37) cəmi 143.962,37 ABŞ dolları ödəniş etmişdir ki, bu da müqavilə şərtlərinə görə ( 79,6% faiz) 144,632, 50 ABŞ təşkil etməmişdir. Bundan başqa müqavilənin 5.1-ci bəndinə əsasən mallar Moskvadakı anbardan inkassasiya üçün çatdırılacaq. Müqavilənin 5.3-cü bəndinə əsasən malların alıcıya və ya onuntəyin edilmiş alıcısına çatdırılması ilə bütün risklər və hüquqlar satıçıdan alıcıya keçir. Müqavilə üzrə tərəf, yəni cavabdeh Türkiyədə yerləşdiyindən və ödənişlər Türkiyədən baş tutduğundan malların Moskvaya göndərilməsi mümkün olmayacağını anlayan cavabdeh fırıldaqçılığa əl atmış və nümayəndəsini ##.##.2024- cü il tarixdə Bakıya iddiaçının yanına göndərərək yalnız rus dilində hazırlanmış hər biri bir nüsxədən ibarət iki sənədi imzalamağı xahiş etmiş və mala Azərbaycanda müştəri taparaq satılmasını və satışdan əldə edilən məbləği geri qaytarılmasını istəmişdir. Əgər satılmasa öz daxili imkanları və xərci hesabına Azərbaycandan çıxaracağına iddiaçını inandırmışdır. Iddiaçı cavabdehin nümayəndəsini qarşılayıb onu bir qonaq kimi restorana aparmış və orada nümayəndənin istəyinə uyğun rus dilində tərtib olunduğu üçün məzmununu tam anlamadığı (tərcüməçinin olmadığı şəraitdə) halda, bu iki sənəd mal satılandan sonra pulunun geri qaytarılmasına dair olduğunu bildirdiyinə görə sənədləri restoranda olarkən imzalamışdır. Nümayəndə dərhal geriyə Türkiyəyə qayıtmışdır. Xeyli vaxt keçəndən sonra iddiaçı cavabdehlə əlaqə saxlayıb maddi sıxıntı keçirdiyindən 1500-2000 ABŞ dolları ona köməklik etməsini istəmişdir. Iddiaçı isə cəmi 500 ABŞ dollara gücü çatdığını bildirərək ##.##.2025-ci il tarixdə cavabdehin hesabına köçürmüşdür. Mal satılmır deyə nə vaxt gəlib aparacağını soruşanda cavabdeh maddi sıxıntı olduğuna görə hələ ki, apara bilməyəcəyini və yenə də malın tez bir zamanda satılmasını xahiş etmişdir. Lakin mal halhazıra kimi satılmayıb iddiaçının anbardadır. Vəkil şəxsi kabinet vasitəsi ilə ilkin iddia üzrə iddiaçının təqdim etdiyi ## ###### 2024-cü il tarixli saziş və ## ###### 2024-cü il tarixli zəmanət razılaşması ilə ## ###### 2025- ci il tarixdə tanış olandan sonra bəlli olmuşdur ki faktiki olaraq ilkin iddia üzrə cavabdeh aldanmış və ## ###### 2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsində ki kimi üç dildə, rus, türk və ingilis dilində deyil, yalnız rus dilində tərtib olunmuş, məzmunun nədən ibarət olmasını tam anlamadan, nümayəndənin dediklərinə inanıb saziş və zəmanət razılaşmasını imzalamışdır. O ki, qaldı tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ## ###### 2024-cü il tarixli Saziş və ## ###### 2024- cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə ## ###### 2024-cü il tarixli Zəmanət Razılaşmasına həmin saziş və zənamən razılaşması aşağıdakı qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığına görə etibarsız hesab edilməlidirlər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bununla da qarşılıqlı iddia üzrə cavabdeh 1980ci il Vyana konvensiyasının tələblərini, beynəlxalq kommersiya müqavilələrinin əsas şərtlərindən biri olan dil seçimi (bütün tərəflərin rahat danışdığı və anladığı bir dil olamlıdır) tələbini pozmuşdur. Həmin konvensiyanın tələblərinə görə beynəlxalq kommersiya müqaviləsi fərqli dillərdə hazırlanıbsa, versiyalardan birinin "əsas" və ya "dominant" olaraq təyin edilməsi vacibdir. Bu, hər hansı bir şərtin fərqli şərh edilməsi zamanı hansı versiyanın hüquqi qüvvəyə malik olacağını müəyyənləşdirir. Müqavilədə qeyd edilən mübahisələrin həlli qaydaları da dil seçiminə təsir göstərə bilər. Məsələn, beynəlxalq arbitrajda ingilis dilindən istifadə geniş yayılmışdır, ingilis dilindən istifadə beynəlxalq kommersiya müqavilələrində standart praktikadır, lakin tərəflər əməkdaşlıq çərçivəsində istənilən başqa bir dili seçməkdə sərbəstdirlər. Ən önəmlisi, bütün tərəflərin müqavilənin məzmununu tam başa düşməsi və dil məsələsində razılığa gəlməsidir. Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir. Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası mövcuddur. Həmin qərara görə görə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar). Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığından etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ## ###### 2024-cü il tarixli Saziş və ## ###### 2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması barədə ## ###### 2024-cü il tarixli Zəmanət Razılaşmasına dair tərəflər arasında hansı dildən istifadə edilməsi qabaqcadan razılaşdırılmamış, ilkin iddia üzrə cavabdehin məlumatı olmadan Saziş və Zəmanət razılaşması Istanbulda ilkin iddia üzrə iddiaçı tərəfindən tərtib olunaraq Bakıya gətirilib və iki saat ərzində restoranda aldatma yolu ilə imzlatdırılıb dərhal geri Istanbula aparılmışdır. Bir ildən sonra isə tərəfi fakt qabağında qoymuşdur. Sifariş olunmuş mallar bu gündə ambardadır razılaşdırılmış kimi gəlib təhvil alıb Istanbula apara bilərlər. Ilkin iddia üzrə iddiaçı cavabdehlə əlaqə saxlayıb maddi sıxıntı keçirdiyindən 1500-2000 ABŞ dollarına köməklik etməsini istəmişdir. Iddiaçı isə cəmi 500 ABŞ dollara gücü çatdığını bildirərək ##.##.2025-ci il tarixdə cavabdehin hesabına köçürmüşdür. Mal satılmır deyə nə vaxt gəlib aparacağını soruşanda Ilkin iddia üzrə iddiaçımaddi sıxıntı olduğuna görə hələ ki apara bilməyəcəyini və yenədə malın tez bir zamanda satılmasını xahiş etmişdir. Lakin mal hal-hazıra kimi satılmayaraq ambarda saxlanılmasını məhkəmə aydınlaşdırmamışdır. Sifariş olunmuş mallar qarşılıqlı iddia üzrə iddiaçının ambarlatındadır. Həmin malların ölçüsü və təyinatı yalnız Sifarişçiyə yarayır, belə ki bu kimi sifarişlər fərdi xarakter daşıyır. Bu hazır olmuş malların satılması çox çətindir. Deməli qarşılıqlı iddia üzrə iddiaçı həmin malların tamamlanmasına 40 000 ABŞ dolları civarında şəxsi məsrəfləri bir zərər üstə gəl ilkin iddia üzrə iddiaçının tələb etdiyi 144132,50 ABŞ dolları əsas borc, 5000 manat cərimə, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 115 manat xərc və ödənilmiş dövlət rüsumunun 517 manat hissəsi faktiki olaraq qarşılıqlı iddia üzrə iddiaçını tam müflis vəziyyətinə gətirib çıxaracağını məhkəmə nəzərə almamışdır. lkin iddia üzrə iddiaçı faktiki olaraq cavabdehi aldatmışdır, qabaqcadan razılaşdırılmadan qəfildən Bakı şəhərinə gələrək fırıldaqçılıq yolu ilə rus dilində bir nüsxədə tərtib olunmuş Saziş və Zəmanət Razılaşmasını cavabdehin sərxoş olmasından sui-istifadə edərək restoranda imzaladıb dərhal geri dönməsi işin həqiqi hallarıdır. Ilkin iddia üzrə iddiaçı biləndə ki, Azərbaycanda istehsal olunan mallar yalnız müqavilə üzrə tərəf olan, bank vasitəsi ilə pul köçürülən ölkəyə, ( Moskvaya yox ) məhz Türkiyəyə göndərə bilinər, o cavabdehi dolayı yollarla aldataraq ondan hazır olan avandanlığın pulunu geri tələb etmək niyyətinə düşmüşdür. Ilkin iddia üzrə cavabdeh birinci səfər idi ki xarici şirjkətlə belə müqavilə bağlayırdı buna görə bu kimi məsələlərdə səriştəsiz idi. Ilkin iddia üzrə iddiaçı isə ROSKOSMOS-un nümayəndəsi ki Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibəyə görə beynəlxalq sanksiyalar altında fəaliyyət göstərə bilmədikləri üçün Istanbulda firma təsis edərək fəaliyyət göstərmək və saksiyalardan yayınmaq məqsədi ilə bu kimi sxem qurmuşdur. Anlayanda ki bu sxem işlək deyil özü zərər çəkməmək istəmiş cavabdehi isə pis vəziyyətə-müflis olmasına rəvac vermişdir.
17. Ilkin iddiaçı, qarşılıqlı cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Ticaret Limited Şirketi” ilə “xxxx”MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin 4.5-ci maddəsinə əsasən əgər alıcı ödənişi vaxtında etməzsə, hər gecikmiş gün üçün ödənilməmiş malın dəyərinin 0,1%-i həcmində cərimə ödəməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunan hesablamada, cavabdehin əslində daha uzun müddət gecikdiyi halda, cərimə yalnız 100 gün üzrə hesablanmış və bunun nəticəsində tələb olunan məbləğ 245,025.25 × 0,001 × 100 ≈ 24,502.53 manat səviyyəsində müəyyən edilmişdir. Başqa sözlə, iddiaçı müqavilənin 4.5-ci maddəsinə uyğun olaraq cəriməni daha çox günlərə vurmaqla daha böyük məbləğ tələb edə bilərdi, lakin məhkəməyə təqdim olunan məbləğ xeyli güzəşt edilmiş və azaldılmış məbləğdir, yəni cavabdehə münasibətdə daha yüngül məsuliyyət tətbiq edilmişdir. Buna baxmayaraq, məhkəmənin “cərimə şişirdilib” qənaəti, müqavilə şərtləri və təqdim edilmiş məbləğlə uzlaşmır, çünki iddiaçı yalnız 100 gün üzrə cərimə tələb etməklə həm hüquqi şərtlərə əməl etmiş, həm də cavabdeh üçün güzəşt etmişdir. Məhkəmə dəbbə pulunu azaldarkən tərəflərin müqavilə sərbəstliyi prinsipini və iddiaçının faktiki olaraq öz xoşu ilə tələbini minimuma endirməsini (yalnız 100 gün) nəzərə almamışdır. Iddiaçı tərəfindən tətbiq edilən 0,1% dərəcəsi bazar praktikasında standart qəbul edilir və cavabdeh müqaviləni imzalayarkən bu riskləri könüllü qəbuletmişdir. Dəbbə pulunun artıq iddiaçı tərəfindən könüllü azaldıldığı bir halda, məhkəmənin onu bir daha azaltması hüquqi müəyyənlik prinsipini pozur. Iddiaçı tərəfxoş niyyət nümayiş etdirərək, cavabdehin faktiki gecikmə müddətinin daha çox olmasına baxmayaraq, cəriməni cəmi 100 gün üzrə məhdudlaşdırmışdır. Bu, mahiyyət etibarilə iddiaçının öz hüququndan cavabdehin xeyrinə qismən imtina etməsi və məsuliyyəti minimuma endirməsidir. Belə bir şəraitdə məhkəmənin artıq azaldılmış məbləği yenidən “yüksək” hesab etməsi hüquqi-müəyyənlik prinsipinə ziddir. Çünki qanunvericilik dəbbə pulunun azaldılmasını onun aşkar ədalətsiz və qeyrimütənasib olduğu hallarda nəzərdə tutur, halbuki cari işdə məbləğ iddiaçı tərəfindən artıq ən ağlabatan həddə endirilmişdir. Bundan başqa qeyd edir ki, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən öhdəlik tam və vaxtında icra edilmiş, yəni ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh üzərinə düşən əsas öhdəliyi – məhsulların təhvil verilməsini yerinə yetirməmişdir. Nəticədə iddiaçı həmin məhsullardan istifadə etmək, onlarısatışa çıxarmaq və real gəlir əldə etmək imkanından məhrum olmuşdur. Əldə edilə bilməyən bu gəlir sırf cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində yaranmışdır. Qeyd edilməlidir ki, iddiaçı məhsulların satışı üzrə konkret bazar qiymətlərini və kommersiya planlarını nəzərə alaraq, həmin mallardan müəyyən dərəcədə stabil və təmin olunmuş qazanc götürmək imkanına malik idi. Cavabdehin qanunsuz hərəkəti nəticəsində bu gəlirin əldə olunmaması Mülki Məcəlləyə uyğun olaraq “əldən çıxmış fayda” kimi qiymətləndirilməlidir və bu zərərin tam məbləğdə cavabdehdən tutulması tələb olunur. Ancaqməhkəmənin ilkin iddianın əldən çıxmış faydanın tələb edilməsi hissəsində təmin edilməməsi barədə gəldiyi nəticə əsassızdır və işin faktiki halları ilə uzlaşmır. Belə ki, məhkəmə iddiaçının bu tələbi üzrə sübut təqdim etmədiyini qeyd etsə də, işin mahiyyəti nəzərə alınmadan belə qənaətə gəlmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən malların dəyəri əvvəlcədən ödənildiyindən, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində iddiaçı həmin malları bazarda realizə etmək və kommersiya fəaliyyətindən gəlir əldə etmək imkanını itirmişdir. Normal mülki dövriyyə şəraitində həmin mallar iddiaçıya təhvil verilmiş olsaydı, iddiaçı onları satışa çıxarmaqla müvafiq gəlirəldə edə bilərdi. Beləliklə,cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində iddiaçı yalnız ödədiyi vəsaitdən deyil, eyni zamanda həmin malların realizəsindən əldə edə biləcəyi gəlirdən də məhrum olmuşdur ki, bu hal mülki qanunvericiliyə uyğun olaraq əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Bu səbəbdənməhkəmənin iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbini sübuta yetirilməmiş hesab etməsi işin faktiki halları və tərəflər arasındakı hüquqimünasibətlərin mahiyyəti ilə uzlaşmır. Birinci instansiya məhkəməsinin “əldən çıxmış faydanın sübut olunmaması” barədə qənaəti maddi hüquq normalarının yanlış təfsiridir. Nəzərə alınmalıdır ki, iddiaçı kommersiya qurumudur və onun fəaliyyətinin əsas məqsədi mənfəətəldə etməkdir. Müqavilə predmeti olan malların dəyəri qabaqcadan ödənildiyi halda, cavabdehin malları təhvil verməməsi iddiaçının həmin vəsaiti dondurmuş, onu dövriyyədən çıxarmış və malın satışından əldə olunacaq marjanı itirməsinə səbəb olmuşdur. Malların faktiki olaraq iddiaçının ixtiyarına verilmədiyi bir şəraitdə, onların gələcək satışı ilə bağlı konkret müqavilələrin tələb olunması hüquqi məntiqə sığmır. Çünki malı əlində olmayan sahibkarın onu üçüncü şəxslərə satması barədə öhdəlik götürməsi qeyri-mümkündür. Iddiaçının əldən çıxmış faydanı ayrıca sübutlarla təsdiq etməsinin mümkün olmaması işin mahiyyətindən irəli gəlir. Belə ki, iddiaçı mübahisə predmeti olan malları cavabdehdən faktiki olaraq təhvil almamışdır. Mallar iddiaçıya təhvil verilmədiyi halda, onların satışını həyata keçirmək və bu satışdan konkret gəlir əldə etmək də mümkün olmamışdır. Bu səbəbdən iddiaçıdan həmin malları realizə etməsi və əldə edəcəyi gəliri konkret satış sənədləri ilə sübutetməsi tələb oluna bilməz. Çünki mallar iddiaçıya təhvil verilmədiyindən onların satışının və həmin satışdan gəlirin formalaşmasının özü də baş verməmişdir. Belə olan halda iddiaçının gəlirəldə edə bilməməsi birbaşa cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi ilə əlaqədardır və bu hal əldən çıxmış faydanın mövcudluğunu istisna etmir. Işin mahiyyətindən irəli gəlir ki, iddiaçının gəlirdən məhrum olması birbaşa və müstəsna olaraq cavabdehin müqavilə pozuntusu ilə səbəbli əlaqədədir. Əgər cavabdeh malları vaxtında təhvil versəydi, iddiaçı həmin malların realizəsi nəticəsində bazar qiymətlərinə uyğun mənfəətəldə edəcəkdi. Məhkəmə tərəfindən bu tələbin rədd edilməsi, cavabdehin qanunsuz hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya dəymiş real iqtisadi zərərin kompensasiyasız qalmasına və cavabdehin öz hüquqazidd hərəkətindən mənfəət götürməsinə şərait yaradır. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edirlər ki, məhkəmədə “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi” hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri20saylı Vəkil Bürosu ilə ## ###### 2025-ci il tarixli, ** saylı hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 2225 manat ödəniş olunmuşdur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, ilkin iddia tələbi məhkəmə xərcləri və sənədlərin tərcüməsi üçün ödənilmiş pulun qaytarılması hissəsində də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrəyaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərclər qismində dövlət rüsumu, sənədlərin tərcüməsi üçün notariat xərci və peşəkar hüquqi xidmətdən istifadə edərək pul ödəmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur.” Buna baxmayaraq, qətnamədə ## ###### 2024-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi üzrə 144,132.50 ABŞ dolları əsas borc, 5,000 manat cərimə, hüquqi yardım üçün ödənilmiş115 manatxərc və ödənilmiş dövlət rüsumunun 517 manat hissəsi “xxxx“ MMC-dən tutularaq “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”ninxeyrinə ödənilməsi qət edilmişdidr. Iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli, ** saylı hüquqi yardım haqqında müqavilə və 2,225 manat məbləğində ödəniş qəbzi aşkar sübut vasitəsi olduğu halda, məhkəmə qətnamədə cəmi 115 manat məbləğindəxərcin tutulmasına qərar vermişdir. Bu hal MPM-nin 88-ci maddəsinin (sübutların qiymətləndirilməsi) tələblərinin kobud şəkildə pozulmasıdır və məhkəmənin özünün müəyyən etdiyi faktiki hallarla gəldiyi nəticə arasında aşkar ziddiyyət yaradır. Beləliklə, iddiaçının tələb etdiyi məbləğ yalnız əslində çəkdiyi və hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün məcburi olan xərcləri əhatə edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq şişirdilmiş və ya əsassız hesab edilə bilməz. Başqa sözlə, iddiaçı hüquqi yardım müqaviləsi bağlayaraq məcburi xərclərə düşmüşdür və cavabdeh öz öhdəliklərini vaxtında yerinə yetirsəydi, bu xərclər meydana çıxmazdı, buna görə də məbləğ tam əsaslı və qanuni hesab olunur. Həmçinin qeyd edilməlidir ki, hüquqi yardım göstərilməsi haqqında 21avqust 2025-ci il tarixli, ** saylı müqavilə, eləcə də həmin müqavilə üzrə 2,225 manat məbləğində ödənişin həyata keçirilməsini təsdiq edən ödəniş qəbziməhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Bu sənədləriddiaçının hüquqlarının müdafiəsi üçün peşəkar hüquqi xidmətə müraciət etdiyini və bununla bağlı real xərclər çəkdiyini açıq şəkildə təsdiq edir. Belə olan halda, həmin xərclərin mövcudluğu və məbləği iş materialları ilə sübuta yetirildiyi halda qətnamədə bu məbləğin nəzərə alınmaması iş üzrə təqdim olunmuş sübutların tam və düzgün qiymətləndirilmədiyini göstərir. Məhkəmənin bu məbləği demək olar ki, 20 dəfə azaldaraq 115 manat həddində müəyyən etməsi (və ya tərcümə xərci ilə eyniləşdirməsi) faktiki olaraq iddiaçının peşəkar hüquqi yardım almaq hüququnun iqtisadi baxımdan məhdudlaşdırılmasıdır. 144 min dollardan artıq iddia tələbi olan beynəlxalq xarakterli bir işdə 115 AZN vəkil xərcinin müəyyən edilməsi “ağlabatanlıq” meyarlarına və mövcud məhkəmə təcrübəsinə tamamilə ziddir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən şikayətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.
20. Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:
21. Mülki Məcəllənin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[792] -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. - 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. -25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; 25.1.6. podrat müqaviləsində - podratçının; 25.1.13. zaminlik müqaviləsində - zaminin.
23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. -440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Ilkin iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni - ilkin iddianın rədd edildiyi hissədə, ilkin cavabdeh, qarşılıqlı iddiaçılar isə ilkin iddianın təmin edildiyi, qarşılıqlı iddianın isə rədd edildiyi hissədə mübahisələndirmişlər. Odur ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar olan "xxxx" MMC və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, qətnamə qismən - əsas borcun, dəbbə pulunun və məhkəmə xərclərinin, o cümlədən vəkil xərclərin tutulması hissəsində- ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.
28. Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
29. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi cavabdeh "xxxx" MMC ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” arasında bağlanılmış “alqı-satqı müqaviləsi”ndən, eyni tərəflər arasında bağlanmış həmin müqavilənin ləğv edilməsi barədə sazişdən və həmin sazişin təminatı olaraq cavabdeh1 ilə bağlanmış zəmanət razılaşmasından (zaminlik müqaviləsindən) irəli gələn tələbdir. Tərəflər “alqı-satqı müqaviləsində” mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində baxıla biləcəyi barədə razılığa gəlmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişdə həmin sazişin sözügedən müqavilənin tərkib hissəsi olmasını göstərmiş, eləcə də zəmanət razılaşmasında mübahisələrə zaminin (cavabdeh1) olduğu yerin məhkəməsində baxılacağı barədə razılaşmışlar. Digər tərəfdən iş üzrə cavabdehlər Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC və Azərbaycan Respublikasının vətəndaşı olan və yaşayış yeri üzrə AR ərazisində qeydiyyatda olan cavabdeh1dur. Odur ki, kollegiya hesab edir ki, MPM-in 443.0.1 və 450.1-ci maddəsinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər.
30. Mübahisəyə tətbiq edilməli olan hüquqa münasibətdə kollegiya qeyd edir ki, tərəflər mübahisəli müqavilələrdən irəli gələn mübahisələrə hansı hüququn tətbiqi barədə razılığa gəlməmişlər. Belə olan halda “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 25.1-ci maddəsinin tələblərinə əsasən əsasən mübahisəyə cavabdehlərin (mübahisəli hüquq münasibətlərində satıcı, podratçı və zaminin) olduğu yerin, yəni AR-in qanunvericiliyi tətbiq edilməlidir.
31. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə ilkin cavabdeh "xxxx" MMC arasında ##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ilkin iddiaçı ilkin cavabdeh "xxxx" MMC-nin sifarişinə əsasən malları (avadanlıqları) təqdim etməyi, ilkin cavabdeh isə təqdim edilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə ilkin iddiaçı tərəfindən ilkin cavabdehə 144.632,50 ABŞ dolları məbləğində avans ödənilsə də, cavabdeh tərəfindən sifariş edilmiş mallar müqavilədə nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Bundan sonra ilkin iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” ilə ilkin cavabdeh "xxxx" MMC arasında ##.##.2024-cü il tarixdə “##.##.2024-cü il tarixli, *** saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında saziş” imzalanmış və həmin sazişə əsasən tərəflər aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı razılaşmış və ilkin cavabdeh həmin müqavilə üzrə ödənilmiş 144.632,50 ABŞ dolları məbləğində avansın ilkin iddiaçıya hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. Eynitarixli zaminlik müqaviləsinə əsasən digər ilkin cavabdeh cavabdeh1 həmin saziş üzrə ilkin cavabdeh "xxxx" MM-nin avansı qaytarmaq öhdəliyinə zamin durmuşdur. Hazırda ilkin iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə saziş üzrə qaytarılmalı olan 144.632,50 ABŞ dolları məbləğindən yalnız 500 ABŞ dollarının qaytarıldığını əsas göstərərək 144.632,50 ABŞ dolları məbləğində pulun, həmin pulun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun, eləcə də ilkin cavabdehlər tərəfindən öhdəliklərin pozulması nəticəsində ona əldən çıxmış fayda formasında dəymiş zərərin cavabdehlərdən tutulmasını tələb edir. Ilkin cavabdehlər isə qarşılıqlı iddia irəli sürərək alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişinin və zaminlik müqaviləsinin (zəmanət razılaşmasının) etibarsız sayılmasını və ilkin iddianın rədd edilməsini tələb edir.
32. Kollegiya qeyd edir ki, ilkin iddianın nəticəsi qarşılıqlı iddia üzrə məhkəmənin gəldiyi nəticədən asılı olduğundan ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirilməlidir.
33. Qeyd edilməlidir ki, qarşılıqlı iddiaçılar alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişinin və zaminlik müqaviləsinin (zəmanət razılaşmasının) etibarsız hesab edilməsinə dair tələblərini həmin razılaşmalar bağlanarkən rus dilində tərtib edilmiş müqavilələrin məzmununu anlamamaları, yəni müqavilənin məzmunu barədə aldadılması ilə əsaslandırmış, lakin istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, eləcə də kommersiya hüquqi şəxsi və həmin hüquqi şəxsin rəhbəri vəzifəsini icra edən fiziki şəxs, yəni mülki dövriyyənin professional iştirakçıları olduqları halda məzmununu anlamadıqlarını iddia etdikləri müqavilələri təsdiq etmələrinin səbəblərini ağlabatan və inandırıcı şəkildə izah edə bilməmişlər.
34. Bundan əlavə ilkin cavabdeh "xxxx" MMC-nin həmin saziş əsasında 500 ABŞ dolları məbləğində pulu ilkin iddiaçıya qaytarması, yəni razılaşma üzrə öhdəliklərinin bir hissəsinin icra etməsi də sazişin məzmunu barədə məlumatlı olmasını və həmin sazişlə razılaşmasını təsdiqləyir. Belə olan halda ilkin cavabdehlərin öz hərəkətləri ilə qəbul etdikləri sazişin etibarlılığını sonradan aldadılması əsası ilə mübahisələndirməsi estoppel prinsipinin tələblərinə də ziddir.
35. Odur ki, kollegiya hesab edir ki, qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
36. Ilkin iddiaya gəldikdə kollegiya ilk növbədə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə hüquqi qiymət verərək qeyd edir ki, sözügedən müqavilənin predmetini iddiaçının sifarişi əsasında layihələndirilməli və hazırlanmalı olan avadanlıqların cavabdehə çatdırılması daxil edildiyindən həmin müqavilə podrat və alqı-satqı müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir.
37. Bununla bağlı kollegiya müqavilə üzrə layihələndirmə işlərinin başa çatdırılması və belə olan halda ən azı görülmüş işlərin dəyərinin ona ödənilməli olması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə qeyd edilməlidir ki, birincisi, cavabdeh müqavilə üzrə hər hansı işlərin yerinə yetirilməsini sübuta yetirə bilməmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış sazişlə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi tərəflərin razılığı ilə ləğv edilmiş, bununla da həmin müqavilə üzrə tərəflərin qarşılıqlı öhdəliklərinə xitam verilməklə yanaşı ilkin cavabdehin 144.632,50 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarılması dair yeni öhdəliyi yaranmışdır. Belə olan halda isə cavabdeh həmin sazişdən irəli gələn tələbə qarşı əvvəlki müqavilədən irəli gələn etirazları irəli sürməkdə haqlı deyil.
38. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin ləğvi barədə sazişlə ilkin cavabdeh "xxxx" MMC 144.632,50 ABŞ dolları məbləğində pulu qaytarmaq öhdəliyini öz üzərinə götürdüyündən, eləcə də zaminlik müqaviləsinə əsasən digər cavabdeh cavabdeh1 həmin öhdəliyə zamin durduğundan iddiaçı hər iki cavabdehə qarşı həmin pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır.
39. Eyni zamanda iddiaçı və cavabdehlər arasında bağlanmış üçtərəfli zaminlik müqaviləsində saziş üzrə 144.632,50 ABŞ dolları məbləğində pulun ödənilməsi öhdəliyinin icrasının gecikdirilməsinə görə kreditorun dəbbə pulu tələb etmək hüququna malik olması, eləcə də əsas borclunun və zaminin əsas öhdəliyin icrasına görə eyni həcmdə birgə məsuliyyət daşıması nəzərdə tutulduğundan ilkin iddiaçı ilkin cavabdehlərdən müştərək qaydada dəbbə pulunun da tutulmasını tələb etmək hüququna malikdir. Eyni zamanda kollegiya kreditor və borclunun əsaslı mənafelərini, eləcə də razılaşmada müəyyən edilmiş dəbbə pulu hesablanması qaydasını (hər gün üçün 0,01 %, yəni 1 il üçün 3,65%) və öhdəliyin icrasının gecikdirildiyi müddəti (iddia verilən tarixə 20.000 ABŞ dolları üzrə təxminən 8 ay, 40000 ABŞ dolları üzrə təxminən 7 ay, 84100 ABŞ dolları üzrə təxminən 6 ay gecikdirmə olmuşdur) nəzərə almaqla birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 5000 manat məbləğində dəbbə pulu məbləğini mütənasib hesab edir.
1. Iddianın əldən çıxmış fayda hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 21, 443.4-cü maddələrinin məzmunundan göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
40. Iş materiallarından isə görünür ki, hazırkı işdə ilkin iddiaçı ilkin cavabdehlərin müqavilə üzrə öhdəliklərini pozmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir
41. Vəkil xərclərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 56.051,59 türk lirəsi məbləğində pul vəsaiti köçürülmüşdür. Həmçinin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, qətnamənin qəbul edildiyi tarixə (##.##.2026-cı il) 1 türk lirəsinin Azərbaycan manatı qarşısında məzənnəsi 0,0369 manat təşkil etmişdir. Yəni hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin hazırkı manat ekvivalenti 2.068,30 manat təşkil edir.
42. Hüquqi yardım xərclərinin məbləğinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, MPM-in hüquqi yardım xərclərinin tutulması qaydasını tənzimləyən 121-ci maddəsi udan tərəfin hüquqi yardıma çəkdiyi xərclərin tam həcmdə deyil, ağlabatan məbləğdə qarşı tərəfdən tutulması imkanını nəzərdə tutur. Hüquqi yardım xərclərinin ağlabatanlığı qiymətləndirilən kateqoriya olmaqla, hər bir konkret halda işin diqqətəlayiq halları, o cümlədən iddianın qiyməti, işin mürəkkəblik dərəcəsi, işə məhkəmədə baxılma müddəti, çəkilmiş xərclərin zəruriliyi, mümkün ezamiyyə xərcləri, eləcə də tərəflərin mənafeləri arasında ədalətli balans nəzərə alınmaqla müəyyən edilir.
43. Kollegiya hazırkı iş üzrə mübahisənin xarici elementli olmasını, iş üzrə həm ilkin, həm də qarşılıqlı iddianın mövcudluğunu, bu səbəbdən vəkilin hər iki tələb üzrə ayrıca hüquqi yardım göstərməli olmasını, ilkin iddianın əsas hissədə təmin edilməsini və alqı-satqı müqaviləsi üzrə cavabdehlərdən tutulmalı məbləğin 144.132,50 ABŞ dolları təşkil etməsini, tərəflər arasında uzunmüddətli məhkəmə çəkişməsinin mövcudluğunu, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hüquqi yardım xərclərinin 2.000 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir.
44. Odur ki, hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 2.000 manat məbləğində xərc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
45. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində müqavilənin ləğv edilməsi barədə saziş və zaminlik müqaviləsinə əsasən hər iki cavabdehin mübahisəli borcun ödənilməsi barədə öhdəlik götürməsi, lakin öhdəliklərini icra etməmələri müəyyən edilsə və ödənilmiş pulun geri qaytarılması hissəsində iddianın tam təmin edilməsi, dəbbə pulu tələbinə dair hissəsində isə dəbbə pulunun məbləğinin azaldılaraq 5000 manat məbləğində müəyyən edilməli olması barədə qənaətə gəlindiyi göstərilsə də, qətnamənin nəticə hissəsində əsas borc və dəbbə pulu məbləğinin yalnız cavabdeh "xxxx" MMC-dən tutulması qət edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissədə vəkil xidmətlərinə dair hissədə də iddianı əsaslı hesab etsə də, nəticə hissəsində yalnız sənədlərin tərcüməsinə görə tutulması tələb edilən məbləği (115 manat) tutmuşdur.
46. Belə olan halda, kollegiya qətnamənin əsaslandırıcı hissəsində iş üzrə müəyyən edilmiş hallarına verdiyi hüquqi qiymət və məhkəmənin gəldiyi qənaətlərlə qətnamənin nəticə hissəsi arasında ziddiyyətlərin mövcudluğunu MPM-in 217, 220.4, 220.5-ci, 385.1.4-cü maddələrinin pozuntusu kimi qiymətləndirir və hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, ilkin iddianın əsas məbləğinin, eləcə də dəbbə pulunun tutulması hissələrində, eləcə də məhkəmə xərclərin bölüşdürülməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, ## ###### 2024-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi üzrə 144132,50 ABŞ dolları əsas borc, 5000 manat cərimə, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2.000 manat xərc, sənədlərin tərcüməsi ilə bağlı ödənilmiş 115 manat pulun əvəzi və ödənilmiş dövlət rüsumunun 517 manat hissəsinin əvəzi cavabdeh1 və “xxxx“ MMC-dən müştərək qaydada tutularaq “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nin xeyrinə ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 71 manat hissəsi “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nə aid edilməlidir.
47. Iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat məbləğində pul vəsaiti cavabdehlər cavabdeh1 və “xxxx“ MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
48. Ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMC və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər yuxarıda göstərilənlərə görə əsassızdır və mübahisələndirilən (iddianın təmin edilmiş) hissəsində düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, həmin şikayətlər təmin edilməməlidir. Həmin apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ilkin cavabdehlər, qarşılıqlı iddiaçılar "xxxx" MMC və cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qismən – ilkin iddianın əsas borc, dəbbə pulu tələblərinə dair hissəsində və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində - ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılsın. Əsas borc və dəbbə pulu tələblərinə dair hissədə ilkin iddia qismən təmin edilsin. Ilkin cavabdehlər cavabdeh1 və “xxxx“ MMC-dən müştərək qaydada 144132,50 ABŞ dolları əsas borc, 5000 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2.000 manat xərcin, sənədlərin tərcüməsi ilə bağlı ödənilmiş 115 manat pulun və ödənilmiş dövlət rüsumunun 517 manat hissəsinin əvəzi tutularaq ilkin iddiaçı “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nin xeyrinə ödənilsin, dəbbə puluna dair iddia qalan hissədə rədd edilsin. Ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 71 manat hissəsi “ESS Dış Ticaret Inşaat Lojistiki Sanayi Ve Ticaret Limited Şirketi”nə aid edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ilkin iddiaçı, qarşılıqlı cavabdeh “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti” tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat ilkin cavabdeh, qarşılıqlı iddiaçılar cavabdeh1 və “xxxx“ MMC-dən müştərək qaydada tutularaq ilkin iddiaçı, qarşılıqlı cavabdeh “ESS Dış Ticaret Inşaat Lojistik Sanayi ve Limited Şirkəti”nə ödənilsin. Ilkin cavabdehlər, qarşılıqlı iddiaçılar "xxxx" MMC və cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üçün ödənilmiş rüsumlar müvafiq olaraq "xxxx" MMC və cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov