AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-460/2026 26.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, pul öhdəliyinin gecikdirilməsinə görə zərər, dəbbə pulu, çəkişmə və dispozitivlik prinsipləri, sübutetmənin predmeti, elektron qaimə, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə İmran qızının iştirakıilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında ##.##.2021-ci il tarixdə UNİT ***/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü beton istehsalat fəaliyyəti ilə məşğul olan alıcıya satmağı, alıcı isə malı alıb dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formadamüqaviləyəƏlavədəmüəyyənolunur.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (müqavilənin 4-cü bəndi daxilində) alıcıya təhvil verilir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiqedəbilər.
4. Müqavilənin 3.2-ci bəndinə əsasən, satıcı istisna hallarda, razılaşdırılmış kredit limiti çərçivəsindəalıcıyasonradanödəməşərtiiləmalburaxılışıhəyatakeçirəbilər.
5. Müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə faktura təqdim ediləntarixdən30təqvimgünündəngecolmayaqsatıcıyaödəməlidir.
6. Müqavilənin 4.1-ci və 4.4-cü bəndlərinə əsasən, malın çatdırılması Əlavədə qeyd edilən nəqliyyat növü, çatdırılma məntəqəsi və qiymətlərə uyğun həyata keçirilir. Alıcı daşınmaları sutkanın24saatıərzindəqəbuledirvəX2imzavəmöhürlətəsdiqedir.
7. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı bütün əməliyyatlara görə “xxxx”nı doldurur. Bu sənəd satıcı üçün müəyyən olunmuş malı nəqliyyat vasitəsi ilə yükləmək üçün xəbərdarlıqdır. “xxxx”müəssisəyəbirbaşa,telefonzəngivəyae-mailvasitəsiiləgöndərilir
8. Müqavilə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiqolunmuşdur.
9. Tərəflər müqaviləyə 1, 2, 3, 4 və * saylı Əlavələr ilə müqavilə üzrə satılacaq mallar və onlarınqiymətlərinirazılaşdırmışlar.
10. Satıcı tərəfindən alıcıya, ümumilikdə 672 565,62 manat məbləğində elektron qaimə göndərilmiş, alıcı tərəfindən ümumilikdə 501 194,97 manat satıcının bank hesabına, 90 215,07 manatonunƏDVhesabınaköçürülmüşdür.
11. ##.##.2023-cü il tarixdə İddiaçı MMC, Cavabdeh MMC və “Kontinental İnşaat” MMC arasında “Borcun ötürülməsi barədə” saziş tərtib olunmuş, sazişdə Cavabdeh MMC-nin İddiaçı MMC-nə ##.##.2024-cü il tarixinə qalan 81 155,58 manat məbləğində borcunun 59 000 manat hissəsinin “Kontinental İnşaat” MMC-yə ötürülməsi barədə razılıq əks etdirilmiş, lakin saziş CavabdehMMCtərəfindənimzavəmöhürlətəsdiqedilməmişdir.
12. ##.##.2025-ci il tarixli hesab üzrə çıxarışa görə, “Kontinental İnşaat” MMC 50 000 manatı İddiaçı MMC-nin bank hesabına, ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə 9000 manatı isəonundepozithesabınaköçürmüşdür.
13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə ##.##.2025-ci il tarixdə pretenziya məktubu göndərilmiş, UNİT ***/**** saylı ## #### 2021-ci il tarixli müqavilə üzrə yaranmış 17155,57 manat borcun (ƏDV daxil), öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 11 110,69 manat cərimənin 3 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıqolunmuşdur.
14. İddiaçı MMC ilə “xxxx” MMC arasında “Hüquq xidmətlərinin göstərilməsi barədə” ##.##.2025-ci il tarixli müqavilə bağlanmış, müqavilənin predmetini İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı müvafiq iddia tələbi üzrə xidmətlərin göstərilməsi təşkil etmiş, İddiaçı MMC tərəfindən“xxxx”MMC-nə##.##.2025-ciiltarixdə750manatödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, UNİT ***/**** saylı ## #### 2021-ci il tarixli müqavilə üzrə yaranmış 14 538,62 manat əsas borcun, 2616,96 manat ƏDV borcunun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 11 110,69 manat cərimənin, illik 5%-lə hesablanmış 1071 manatın, hüquqi xidmətə görə ödənilmiş 750 manat xidmət haqqının və dövlət rüsumunun əvəzi qismində 185 manatın cavabdehdən xeyrinə tutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
16. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında ## #### 2021-ci il tarixdə UNİT ***/**** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 672565,64 manat (ƏDV daxil) sement almışdır. Müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, satıcı (İddiaçı MMC) müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcını (Cavabdeh MMC) “mal” adlandıralacaq sement növləri ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən malı qəbul etməsini və dəyərini “Razılaşdırma Protokolu”nda (Əlavə 1), (Əlavə 2), (Əlavə 3), (Əlavə 4), (Əlavə 5) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öhdəsinə götürür. Lakin cavabdeh 2023-cü il üzrə satılmış iddiaya Əlavə cədvəldə qeyd edilən elektron qaimə fakturalar üzrə qalıq borcunu ödəməmişdir. Həmin məbləğdən ##.##.2025-ci il tarixinə qədər 655 410,04 manat ödəniş olmuşdur. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmiş, lakin iddiaçı tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmişdir. ##.##.2025 -ci il tarxinə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 17 155,57 manatdır (bu məbləğin 14 538,62 manatı əsas, 2616,95 manatı ƏDV borcudur). Tərəflər arasında bağlanmış ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 7.2.4-cü bəndinə əsasən hesablanmış cərimə məbləği 11 110,69 manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Müqavilə üzrə cavabdehə ##.##.2025-ciiltarixədək11110,69manatcəriməhesablanmışdır.
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsini məhkəməyəgöndərməmişdir.
18. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı tarixli qətnaməsi ilə iddia tələbinin təminolunmamasıqətedilmişdir.
19. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
Tərəflər arasında ##.##.2021-ci il tarixli UNİT ***/**** saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, bu müqavilə əsasında iddiaçı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü beton istehsalat fəaliyyəti ilə məşğul olan cavabdehə satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin ona olan borcu 17 155,58 manat (14 538,62 manat əsas + 2616,96 manat ƏDV) və 11 110,69 manat faiz olmaqla, cəmi 28 266,27 manat təşkil edir.
İddiaçı razılaşdırılmış malların cavabdehə təhvil verməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, yalnız elektron qaimə-fakturalara əsaslanmışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində gösrərilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların fiziki olaraq təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini təsdiq etmir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 389.1-ci, 442-ci, 576-cı,601.1-cimaddələrinə istinadetmişdir.
21. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, tərəflər arasında formalaşmış işgüzar münasibətlərin nəzərə alınmadığı, sübutlara düzgünqiymətverilmədiyiarqumentləriiləəsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahat
23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehisənümayəndəsiniməhkəməyəgöndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindənasılıolmayaraq,işgüzaradətsayılır.
25. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
26. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.
35. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.
36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütünəsaslımənafelərinəzərəalınır.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
40. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin427-cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdəhəyatakeçir.
41. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişmalınqaytarılmasınıtələbedəbilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
42. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxiliyerdəyişməsininrəsmiləşdirilməsinitəsdiqedənilkinuçotsənədidir.
43. Bənd 3.1. Vergi ödəyicisibu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanıelektron formada göndərir.Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanıelektronformadatərtibedərəktəsdiqedir.
44. Bənd 3.2. Elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmışelektronkabinetinəgöndərilir.
45. Bənd 3.3. Cari elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
46. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cuyarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.
50. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübutaehtiyacıyoxdur.
51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmirvəyenidənsübutedilmir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. Məhkəmə kollegiyasının mövqeyi
58. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasınayolaçmışdır.
59. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkiledirvəiddiaçıcavabdehətəhvilverdiyinibildirdiyimallarındəyərininödənilməsiniistəyir.
60. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasınıtələbetməkhüququverir.
61. İddiaçı, satdığı malları cavabdehə təhvil verdiyini, təqdim olunan qaimələrin və cavabdehin ödənişlərinin bu halı təsdiq etdiyini irəli sürmüş, cavabdeh isə nə iddiaçının göndərdiyi pretenziyayacavabvermiş,nəiddiatələbinəetirazetmişdir.
62. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunuiləmüəyyənolunur.
63. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdəhəminhallarişinmübahisəsizhallarınaaidedilir.
64. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınmasıbaşadüşülür.
65. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.
66. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-cimaddəsinintəsirialtınadüşənhallaraidedilir.
67. Hazırkı işdən görünür ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş və iddiaya qarşı etiraz verməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmiş, beləliklə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır.
68. Eyni zamanda qeyd olunmalıdır ki, tərəflər arsında bağlanmış ##.##.2021-ci il tarixli müqavilədə təhvil-təslim aktlarının tərtib olunması ilə bağlı şərt ümumiyyətlə nəzərdə tutulmamış, əksinə, iddiaçı müxtəlif tarixlərdə elektron qaimələri verdikdən sonra cavabdeh tərəfindən həmin qaimələrüzrəböyükməbləğlərdəödənişlərolunmuşdur.
69. Bu hal isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələrəsasındatənzimləndiyinitəsdiqedir.
70. Qeyd olunmalıdır ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar). Göründüyü kimi, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrıayrılıqdadeyil,birgə
71. qiymət verməlidirlər.
72. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətləmübahisələndirməmiş,qeydedilənlərəözetirazınıbildirməmişdir.
73. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının “müqavilə üzrə tərəfindən təchiz edilmiş malların dəyəri olan 17 155,58 manatın (14538, 62 manat əsas borc və 2616, 96 manatƏDVborcuolmaqla)cavabdehdənxeyrinətutulmasıtələbitəminedilməlidir.
74. Belə ki, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli elektron qaimələr üzrə ümumilikdə 14538,62 manat əsas borc cavabdeh tərəfindəniddiaçıyaödənilməmişdir.
75. İddiaçının “11110,69 manat cərimənin cavabdehdən tutulması” tələbini kollegiya qismənəsaslıhesabedir:
76. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbəpulununməbləğiniazaldabiləcəyinitəsbitetmişdir.
77. Bu kontekstdə kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, cavabdehin aldığı malların dəyərinin çox böyük hissəsini ödədiyini və qalıq borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçının məruz qaldığı maddi itkilərinəzərəalır.
78. İddiaçının “illik 5%-lə hesablanmış 1071 manatın cavabdehdən tutulması” tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 445.7-ci maddəsi (§ 35) nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdənsonrahərbirhaldaillik5faizödənilməsinitələbetməkhüququnamalikdir.
79. İşin hallarından görünür ki, cavabdehə ##.##.2023-cü tarixdə 4122,8 manat dəyərində, ##.##.2023-cü il tarixdə 3497,58 manat dəyərində, ##.##.2023-cü il tarixdə 3510,28 manat dəyərində, ##.##.2023-cü il tarixdə 3408,68 manat dəyərində e-qaimələr göndərilmiş, ödənilməyən14538,62manatəsasborcdaməhzhəminqaimələrəsasındayaranmışdır.
80. Müqavilənin 3.3-cü bəndinin tələbini nəzərə alan kollegiya hesab edir ki, ##.##.2023cü il tarixli qaimə üzrə 4122,8 manat borca ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixindək ötən dövr üçün 4,6 manat (4122,8 manat x 5% x 8 gün), ##.##.2023-cü il tarixli qaimənin ödənilməli olduğu ##.##.2023-cü il tarixindən etibarən cəmi 7720,38 manat borca ##.##.2023-cü il tarixinədək 36 manat (7720,38 manat x 5% x 1 ay 4 gün), ##.##.2023-cü il tarixli qaimənin ödənilməli olduğu ##.##.2023-cü il tarixindən etibarən cəmi 11230,66 manat borca ##.##.2023cü il tarixinədək 34,4 manat (11230,66 manat x 5% x 22 gün), ##.##.2023-cü il tarixli qaimənin ödənilməli olduğu ##.##.2023-cü il tarixindən iddianın məhkəməyə verildiyi ##.##.2025-ci il tarixinədək (2 il 15 gün) cəmi 14538,62 manat əsas borca 1484 manat (14538,62 x 5% = 727 manat (illik) x 2 il 15 gün = 1484 manat), ümumilikdə isə 1559 manat gecikmə faizi hesablana bilər;iddiaçıisəmüvafiqfaizi1071manatməbləğindətələbetmişdir.
81. Bu səbəblə kollegiya hesab edir ki, iddiaçının “illik 5%-lə hesablanmış 1071 manatın cavabdehdəntutulması”tələbidətəminolunmalıdır.
82. Kollegiya iddiaçının, “hüquqi xidmətə görə ödənilmiş 750 manat xidmət haqqının cavabdehdən tutulub ona ödənilməsi” tələbini də əsaslı hesab edir; belə ki, iddiaçının həmin xərci çəkdiyitəqdimolunmuşsübutlaöztəsdiqinitapır.
83. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının müvafiq hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbiqisməntəminedilsin. Cavabdeh MMC-dən malların dəyəri qismində 17155,58 manat (14538,62 manat əsas borc, 2616,96 manat ƏDV borcu olmaqla), 500 manat dəbbə pulu, öhdəliyin gecikdirilməsinə görə illik 5% hesabı ilə hesablanmış 1071 manat, 750 manat hüquqi yardıma görə ödənilmiş xərc və idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 140 manat dövlət rüsumu olmaqla 19616,58 (on doqquz min altı yüz on altı manat 58 qəpik) manat tutulub İddiaçı MMC-nin hesabınaödənilsin. İddiatələbiqalanhissədətəminolunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış)manatCavabdehMMC-dənalınıbİddiaçı MMC-nəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov