Məhkəmə qərarları › İş №e-2-2(3-6)-482/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-482/2026

14.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-482/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ismayılova Elnarə Məyiş qızının katibliyi, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Işin halları

1. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü saxlama və anbarlara yığma fəaliyyəti olan "xxxx" MMC (VÖEN: 1100410931) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş Idarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.

2. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olan "xxxx" MMC (VÖEN: 1303084841) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş Idarəsində qeydiyyatdadır, rəhbəri X3r.

3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin Idarə edilməsi Baş Idarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, icbari tibbi sığorta haqqları üzrə 229.32 manat və faizlər üzrə 9.02 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin Idarə edilməsi Baş Idarəsi tərəfindən “xxxx" MMC-yə ünvanlanan vergi borcun ödənilməsinə dair ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, vergilər üzrə 13185.01 manat, faizlər üzrə 3107.75 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin Idarə edilməsi Baş Idarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli işsizlikdən sığorta haqqı üzrə haqqları üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, işsizlikdən sığorta haqqı üzrə 57.30 manat, faizlər üzrə 2.27 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

6. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin Idarə edilməsi Baş Idarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1433.16 manat, faizlər üzrə 44.90 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8406,89 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1,74 manat, Işsizlikdən sığorta fonduna olan ,1 manat, Icbari Tibbi Sığorta Fonduna olan ,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix və yer - ## #### 1977- ci il, Azərbaycan, Bakı, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, seriya və nömrəsi AZE 15433296) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: 1100410931) dövlət büdcəsinə 8406,89 manat məbləğində (o cümlədən, vergilər üzrə 5950,79 manat, faizlər üzrə 2456,1 manat), "xxxx" MMC-nin (VÖEN: 1303084841) Icbari Tibbi Sığorta Fonduna ,47 manat, Işsizlikdən sığorta fonduna ,1 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,74 manat olmaqla, ümumilikdə 8409,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550022232259500##.##.2025-ci il tarixli 2550021895010800, ##.##.2025-ci il tarixli 2550021838219400, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

9. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs izahatında bildirdi ki, ödəniş aparılıb, borc azalıb, onun 7000 manatdan çox artıq ödəməsi vardır. DSMF-yə isə 4000 manatdan artıq borcu qalmışdır. Borcu ödəməyi üçün ona zaman lazımdır. Son iki ödəniş az məbləğ olub, ancaq dekabr ayında cəmi 5000-6000 manat arası ödəniş olub. Hazırda DSMF-yə 4200 manat borcu qalmışdır, vergi üzrə isə heç bir borcu yoxdur.

10. Maraqlı şəxs həmçinin ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə və hesabdan çıxarış təqdim edərək ərizənin rədd edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, ##.##.2026-cı il tarixinə cəmi ödənilməli borc 0.00 manat təşkil edir. Internet vergi idarəsindən çıxarışdan görünür ki, ##.##.2026-cı il tarixə “xxxx" MMC-nin (VÖEN: 1100410931) və "xxxx" MMC-nin (VÖEN: 1303084841) vergi borcunun müəyyən edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xxxx MMC tərəfindən dövlət büdcəsinin hesabına ##.##.2026-cı il tarixdə 31.50 manat,##.##.2026-cı il tarixdə 57.54 manat, ##.##.2026-cı il tarixdə 274 manat, ##.##.2026- cı il tarixdə 306.39 manat, ##.##.2026-cı il tarixdə 122.56 manat, ##.##.2026-cı il tarixdə 29.51 manat, ##.##.2026-cı il tarixdə 1738.26 manat, ##.##.2026-cı il tarixdə 51.06 manat, ##.##.2026-cı il tarixdə 10.31 manat, ##.##.2026-cı il tarixdə 70.62 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, borcun mövcud olubolmamasının araşdırılması məqsədi ilə vergi orqanı ilə əlaqə saxlanmış, ərizəçi vergi borcunun azadılma nəticəsində silinməsi, həmin azaldılmanın vergi orqanı tərəfindən təsdiqlənməməsi və ödənişlərə 60 iş günü ərzində münasibət bildiriləcəyini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilik yalnız mövcud vergi öhdəliyinin ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından isə maraqlı şəxsin borcunun olması faktı təsdiq edilməmişdir.

13. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, məhkəmə baxışı zamanı maraqlı şəxs tərəfindən ödənişlər edilmiş və sonradan borcun olmaması müəyyən edilmişdir. Lakin “xxxx”MMC tərəfindən 2025-ci ilin mənfəət vergisi üzrə cari bəyannamələr təqdim edilməklə hesablanmış vergi məbləği azaldılmışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi hesab vərəqəsindən çıxarışda "xxxx" MMC-nin ##.##.2026-cı il tarixdə azalma verdiyi, bununla yanaşı məhkəməyə təqdim edilmiş ərizəyə əsasən fiziki şəxsin dövlət büdcəsinə 8409,2 manat borcu olduğu halda cəmi 124,02 manat ödəniş etdiyi görünür. Həmin ödənişlər isə yalnız məhkəmə icraatı başlanıldıqdan sonra həyata keçirilmişdir ki, bu da maraqlı şəxsin öhdəliyin icrasına münasibətinin könüllü deyil, məcburi xarakter daşıdığını göstərir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim etməsi vergilərin yenidən hesablanmasını tələb etməsi o n u n hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Lakin təqdim olunmuş hesabat üzrə kameral vergi yoxlaması başa çatmamış ##.##.2026-cı il tarixli **************** nömrəli məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya kənarlaşmanı doğuran səbəbi izah edən məktub tələb olunmuşdur. ##.##.2025-ci il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyindən 15 gündən sonra SMS göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən yenə də təmin edilmədiyi üçün ##.##.2026-cı il tarixdə ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. “xxxx" MMC-nin əmlakının siyahıya alınması ha q q ınd a ##.##.2025-ci il tarixli **************** nömrəli qərar qəbul edilmiş, lakin vergi ödəyicisinin siyahıya alınmalı əmlakı müəyyən edilmədiyindən ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi.

17. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Konstitusiyasının:

18. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

19. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;

20. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

AR Vergi Məcəlləsi

21. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

22. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

23. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

24. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

25. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi

26. Həmin məcəllənin 9.3.-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

27. Həmin məcəllənin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

29. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu

30. 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Nəzərə alınmalıdır ki, bu qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

35. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

37. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista Italiyaya qarşı”, № *****/**, 2014-cü il # ###### tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № *****/**, 2013-cü il ## #### tarixli qərarı).

38. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

39. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, “nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir”.

40. Iş materiallarına əsasən, ##.##.2026-cı il tarixə cəmi ödənilməli borc 0.00, artıq ödəmə 7211.46 manat təşkil etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsinin rəsmi internet səhifəsindəki məlumata görə "xxxx" MMC-nin (VÖEN: 1100410931) 0.00 manat və "xxxx" MMC-nin (VÖEN: 1303084841) 243.12 manat borcu var.bu məbləğə görə maraqlı şəxsin hərəkət azadlığını məhdudlaşdırmaq mütənasib tədbir saylıla bilməz.

42. Digər tərəfdən nəzərə alınmalıdır ki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir1, həmçinin şəxsin hüquqlarını gələcəkdə yaranması ehtimal olunan borca görə məhdudlaşdırmaq müvafiq institutun mahiyyətinə uyğun deyildir.

43. Eyni zamanda qeyd olunmalıdır ki, əgər kameral yoxlama nəticəsində vergi ödəyicisinin vergi borcunun olduğu müəyyən olunarsa, hazırkı iş üzrə gəlinən nəticə vergi orqanının yenidən məhkəməyə müraciət etməsinə maneə törətmir.

44. Kollegiya bir daha qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Hətta sadəcə borcun mövcud olması belə, bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.

45. Maraqlı şəxs borcun aradan qaldırılması üçün ödənişlər etməsini nəzərə alaraq kollegiya hesab edir ki, onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin tətbiq olunması məqsədəmüvafiq deyil.

46. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməməli, ərizə təmin olunmamalıdır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

1 https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2022/3_283+17.05.2022.pdf , Paraqraf 33

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar