Məhkəmə qərarları › İş №e-2-2(3-6)-487/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-487/2026

26.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧e-2-2(3-6)-487/2026 26.05.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs İzafəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanuni qüvvəyə minmiş məhkəmə aktı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəməḑFəxrəddiņoğlundaņibarəţtərkibdə,̧ Musayeva̧AytaçElşəņqızınıņkatibliyi, maraqlı̧şəxşMaraqlı̧şəxşİzafəddiņoğlunuņnümayəndəsi̧(vəkili)̧Vəkiļiştirakı̧ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs İzafəddin oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni̧qəbuļetdi: İşin halları

1. Maraqlı şəxs İzafəddin oğlu ##.##.1969-cu il tarixdə Azərbaycan Respublikasının Quba̧rayonunuņVəl-vələ̧kəndində̧doğulmuşdur,̧ünvaņ1̧ünvanında̧qeydiyyatdadır.

2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs İzafəddin oğlu “Təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona ##.##.2023-cü il tarixdə̧**********̧nömrəli̧VÖEŅverilmişdir.

3. Vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixinə vergi ödəyicisi olan Maraqlı şəxs İzafəddin oğlunun İcbari Tibbi Sığorta Fonduna 15,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 95,74 manat, dövlət büdcəsinə 5466,56 manat məbləğində (o cümlədən vergilər üzrə 4462,5 manat, faizlər üzrə 1004,06 manat) olmaqla ümumilikdə 5577,6 manat borcunun yarandığı hesablanmış, borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə ##.##.2024-cü il tarixli 2450021207360300, ##.##.2024-cü il tarixli 2450021207361000, ##.##.2024-cü̧iļtarixli̧****************̧nömrəli̧bildirişləŗgöndərilmişdir.

4. Maraqlı şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış ## ###### 2023-cü il tarixli məktubda onun adına ********** saylı VÖEN-in tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alındığı bildirilmişdir, halbuki heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, vergi ödəyicisi̧barədə̧vergi̧orqanına̧müraciəţetməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Maraqlı şəxs İzafəddin oğlunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və onun 1506576022 dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv̧olunması̧qərara̧alınmışdır.̧

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati̧Məhkəməsiniņ##̧######̧2024-cü̧iļtarixli̧qərarı̧dəyişdirilmədəņsaxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi İnzibati̧kollegiyasınıņ2025-ci̧iļ##̧######̧tarixli̧qərarı̧dəyişdirilmədəņsaxlanılmışdır.

8. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli qərarına izah verilməsi barədə həmin məhkəməyə müraciət etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsiniņ##.##.2026-cı̧iļtarixli̧qərardadı̧ilə̧dəyişdirilmədəņsaxlanılmışdır.

10. Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli qərarı hazırkı dövrədək icra olunmamışdır və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata görə, maraqlı şəxsin adına qeydiyyata alınan ********** saylı VÖEN hazırda da aktivdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Maraqlı şəxs İzafəddin oğlunun dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix – ##.##.1969-cu il, Azərbaycan Respublikası, Quba rayonunun Vəl-vələ kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi –*******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti̧məhdudlaşdırılması̧barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.

12. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs İzafəddin oğlunun (VÖEN: 1506576022) İcbari Tibbi Sığorta Fonduna 15,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 95,74 manat, dövlət büdcəsinə 5466,56 manat məbləğində (o cümlədən vergilər üzrə 4462,5 manat, faizlər üzrə 1004,06 manat) olmaqla ümumilikdə 5577,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixli 2450021207360300, ##.##.2024-cü il tarixli 2450021207361000, ##.##.2024-cü il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borçməbləğini̧ödəməmişdir.

13. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı̧olmadaņkeçirilməsini̧xahiş̧etmişdir.

14. Maraqlı şəxsin nümayəndəsi (vəkili) “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizəyə etiraz təqdim edərək göstərmişdir ki, qeyd edilən vergi borcunun yaranmasına əsas İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunsuz olaraq Maraqlı şəxs İzafəddin oğlunun vergi ödəyicisi kimi uçota alınaraq VÖEN (1506576022) verilməsi nəticəsində ##.##.2024-cü il tarixli **************** saylı "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar və ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli "cari vergilərin hesablanması barədə bildiriş”ə əsasən əsassız hesablamalar aparması olmuşdur. Vergi orqanı Maraqlı şəxs İzafəddin oğlunun vergi ödəyicisi kimi uçota alınmasına əsas olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, adında çox sayda avtonəqliyyat vasitələrinin olduğunu göstərmişdir. Maraqlı şəxs İzafəddin oğlu uzun illərdir ki, ailəsi ilə birlikdə Almaniyada yaşayır. Bu səbəbdən onun Azərbaycan Respublikası ərazisində sahibkarlıq faəliyyəti ilə məşğul olması qeyri-mümkündür. Bununla bağlı Maraqlı şəxs İzafəddin oğlu tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçı Maraqlı şəxs İzafəddin oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının 1506576022 dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2025- ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə ##.##.2025-ci il tarixində icra edilməsi üçün göndərilmişdir. Göründüyü kimi, ümumiyyətlə, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər. Hazırkı vergi borcunun hesablanmasına əsas olan vergi orqanının hərəkətlərinin məhkəmə tərəfindən qanunsuz hesab edilməsinə dair preyudisial əhəmiyyətli məhkəmə qərarları olduğundan ərizəçinin ərizəsi qanunsuz və əsassızdır. Odur ki qeyd edilənləri nəzərə alaraq ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinin rədd edilməsi barədə̧qətnamə̧qəbuļedilməsi̧zəruridir.

15. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin təmiņolunmaması̧qəţedilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlı şəxsin vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınması qanunsuz hesab edilmiş, vergi uçotunun ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarının icra olunması hazırki mərhələdə təsdiqlənməsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə VÖEN ləğv olunduğundan maraqlı şəxsin vergi ödəyicisi kimi dövlət büdcəsinə və müvafiq fondlara hər hansı borcundan söhbət gedə bilməz. Belə ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, 71-ci, 73cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü, 16.1.1-ci, 23.1.15-3-cü, 77.3-cü, 78.1-ci, Mülki Prosessual Məcəllənin 355-5.1-ci, 355-7.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2017ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

18. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, subyektiv yanaşma sərgilədiyini, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlara preyudisial əhəmiyyət versə də, həmin qərarların predmetini düzgün müəyyən etmədiyini, inzibati məhkəmələrin maraqlı şəxsin yalnız vergi ödəyicisi kimi uçota alınmasının qanuniliyi məsələsini araşdırdıqlarını və vergi öhdəliyinin mövcudluğuna, hesablanmış vergilərin əsaslılığına və ya dövlət üdcəsinə borcun olub-olmadığına qiymət vermədiklərini, maraqlı şəxsin VÖEN-iņhələ̧də̧aktiv̧vəziyyətdə̧olduğunu̧nəzərə̧almadığını̧irəli̧sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Maraqlı şəxsin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazla bənzər məzmunda olan etirazda şikayətin əsassız olduğu bildirilməklə, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Apellyasiya baxışı, izahat

20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi̧(vəkili)̧isə̧şikayətiņəsassız̧olduğunu̧bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə̧və̧vaxtında̧ödəməķhəŗkəsiņborcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

22. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə̧sanksiyalarını̧və̧digəŗməcburi̧ödənişləri̧ödəməķ(16.1.1).

23. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧üçüņməhkəməyə̧müraciəţetməķhüququ̧vardır.

24. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi̧ilə̧vergi̧nəzarətini̧həyata̧keçirirlər.

25. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində̧ödənilməsinə̧daiŗvergi̧ödəyicisinə̧bildiriş̧göndərir.

26. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında krediţvə ya elektron puļtəşkilatına̧və̧ya̧banķəməliyyatları̧aparaņşəxsə̧icra̧sənədi̧olaņsərəncam̧verir.̧

27. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur.

28. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

29. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir.

30. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda,̧habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda̧vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.̧Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında̧vergi̧ödəyicisiniņəmlakınıņsiyahıya̧alınmasını̧həyata̧keçirə̧bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə̧onları̧xəbərdaŗedir,̧onlarıņprosessuaļhüquqlarınıņhəyata̧keçməsinə̧köməķgöstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

33. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında̧qəbuļedir.

34. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.

36. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə̧məhkəməyə̧müraciəţetməķhüququna̧malikdir.

37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya̧məhkəməsiniņqətnamədə̧göstərilmiş̧nəticələriniņişiņhallarına̧uyğuņgəlməməsi.̧

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya̧şikayətində̧göstərilməyəņəsaslarla̧da̧ləğv̧edə̧və̧dəyişdirə̧bilər.̧ İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.̧

42. Belə ki, vergi orqanı məhkəməyə müraciət edərkən vergi ödəyicisi qismində qeydə aldığı maraqlı şəxsin ##.##.2026-cı il tarixinə İcbari Tibbi Sığorta Fonduna 15,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 95,74 manat, dövlət büdcəsinə 5466,56 manat məbləğində (o cümlədən vergilər üzrə 4462,5 manat, faizlər üzrə 1004,06 manat) olmaqla ümumilikdə 5577,6 manat borcunun olduğunu irəli sürmüş, məhkəmə isə marqlı şəxsin vergi ödəyicisi kimi qeydə alınmasının qanunsuz olduğunun qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsbit olunduğunu müəyyəņetmişdir.

43. Başqa sözlə, Maraqlı şəxs İzafəddin oğlu vergi ödəyicisi hesab oluna bilməz - ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş institutun isə məhz̧“vergi̧ödəyicisi”nə̧münasibətdə̧tətbiq̧olunması̧mümkündür.̧

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya̧şikayətiniņdəlilləri̧qətnaməniņləğvi̧üçüņəsaşdeyildir.̧̧̧

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini̧rəhbəŗtutaraq̧məhkəmə̧kollegiyası

QƏT ETDİ:

Apellyasiya̧şikayəti̧təmiņedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar