Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-495/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş kefiyyətiz mallar Müqavilədə qeyd edilən kefiyyətlimallarla əvəzedilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, təqdim edilmiş Optik Kabel FO 48 Markalı 100 km-lik kefıyyətiz mallar kefıyyətli mallarla əvəz edilməsinə dair cavabdeh Cavabdeh MMC üzərinə öhdəlik qoyulması barədə qətnamə xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddiaçı İddiaçı QSC-nin Cavabdeh Cavabdeh MMCyə qarşı iddia tələbi təmin edilməməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ümumilikdə 961232.65 manat məbləğində pul və dövlət rüsumununa görə ödənilmiş 1249.73 məbləğində pul cavabdeh Cavabdeh MMC-dəıı iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı QSC tərəfindən F048 rabitə kabeli üçün cavabdehə ödənilmiş 144.937,5 manat məbləğin, ƏDV üzrə ödənilmiş 8.088,75 manat məbləğin, həmin məbləğin əsasında əldən çıxmış faydaya görə 40.551,96 manat məbləğində pullun:İddiaçı QSC-yə dəymiş zərərə görə 882.056 manat məbləğin, dəyən zərərin nəticəsində əldən çıxmış faydaya görə 621.194,5 manat məbləğində pulun ,hüquqi xidmətin göstərilməsinə görə 1025 manat məbləğində vəkil haqqının ,ümumilikdə 1.697.853,71 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 1638.93 manat məbləğində pulun ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC-dən ilkin iddia üzrə iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən ##.##.2023-cü il tarixli alğısatqı müqaviləsi üzrə 144 937,5 (yüz qırx dörd min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində əsas borc, 8088,75 (səkkiz min səksən səkkiz manat yetmiş beş qəpik) manat əbləğində ƏDV borcu, 300 (üç yüz) manat məbləğində hüquqi xidmətə görə haqq və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 443,34 (dörd yüz qərx üç manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsi, qalan hissədə ilkin iddia rədd edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı QSCyə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı İddiaçı QSC qeyd edilən qətnamədən şikayət verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddianın tam təmin edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh MMC qeyd edilən qətnamədən şikayət verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ilkin iddia tələbinin qiyməti 1.696.828 manat, qarşılıqlı iddia tələbinin qiyməti isə (285.807,8+14.290.4) 300.098,2 manat təşkil edir. İlk iddianın təmin edilmiş hissəsinin isə (144.937,5+8088,75)=153.026,25 manat olduğunu nəzərə alaraq dövlət rüsmunun məbləği iddianın təmin olunmamış hissəsi olan (1.696.828 -153.026,25) 1.543.802 manata münasibətdə 780.95 manat təşkil edir. Lakin işdən görünür ki, ilkin iddia təltəbi üzrə iddiaçı İddiaçı QSC şikayət verərkən cəmi 400 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qarşılıqlı iddida üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi 300.098,2 manat , ilkin iddia tələbinin təmin olunan(153.026,25 ) hisəssinin təşkil etdiyini və Cavabdeh MMC tərəfindən hər iki iddia tələbinin mübahisələndirildiyini nəzərə alınaraq ödənilməli olan dövlət rüsumunu məbləği 371.56 manatdır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətlər geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-495/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-495/2026
08.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver