Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-500/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi, vəkil Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTI a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 162817,51 manat əsas borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 453 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
2. Cavabdeh tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
4. Cavabdeh ## #### 2026-cı il tarixində apellyasiya şikayəti və ərizə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 25 dekabr 2025-ci tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ## ###### 2026-cı il tarixində axşam saatlarında vəkilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsini xahiş etmiş, həmçinin qətnamənin göndəriş məktubunu təqdim edərək qətnamənin rəsmi qaydada ## ###### 2026-cı il tarixdə əldə edildiyini bildirmişdir. Bundan sonra 19 fevral 2026-cı il tarixdə hüquqi yardıma dair müqavilə bağlanaraq vəkil tərəfindən yuxarıda qeyd edilən qətnamədən apellyasiya şikayəti verilmiş, hətta həmin məktublara əsasən şikayətdə də qətnamənin rəsmi alınma tarixinin ## ###### 2026-cı il qeyd edilmişdir. Lakin apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadda qeyd edilmişdir ki, qətnamə elektron kabinetə ## ###### 2026-cı il tarixdə əlavə edilmişdir. Bu məlumatı cavabdehə bildirərək vəkilə dəqiq məlumat verilməsini xahiş etmişdir. Daha sonra cavabdehin müvafiq əməkdaşı onunla əlaqə yaradaraq yenidən öncədən vəkilə təqdim edilən bildirişlərə istinad edərək bildirişin göndərildiyi tarixin qətnamənin alındığı tarix hesab etdiyini qeyd etmişdir. Vəkil elektron kabinetə əlavə edilmədiyindən obyektiv olaraq qeyd olunanlar barəsində yalnız ## #### 2026-cı il tarixdə məlumatlı olmuşdur. Odur ki, cavabdehin əməkdaşı bildirişin tarixini qətnamənin əldə edilmə tarixi ilə əlaqələndirdiyindən, həqiqətən də bildirişlərin ## ###### 2025-ci il tarixə təsadüf etdiyini, həmin əməkdaşın öz rəhbərliyi tərəfindən intizam məsuliyyətinə cəlb edildiyini nəzərə alaraq Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə ərizə rədd edilmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ## ###### 2026-cı il tarixində cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir (şikayət vermə müddəti ## ###### 2026-cı il tarixdə bitmişdir). Lakin cavabdeh tərəfindən verilmiş birinci apellyasiya şikayəti ## ###### 2026-cı il tarixində, ikinci apellyasiya şikayəti ## #### 2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Beləliklə, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün birinci apellyasiya şikayəti üzrə 1 gün, ikinci dəfə verilən apellyasiya şikayəti üzrə 1 ay müddət ötürülmüşdür.
8. Müddətin bərpası barədə ərizəyə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayətinin verilmə müddəti cavabdehin vəkil ilə müqavilə bağlanması tarixindən deyil, qətnamənin rəsmi qaydada cavabdehə çatdırılması tarixindən hesablanır. Iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehin EMIS-də e-kabineti mövcuddur və qətnamə ## ###### 2026-cı il tarixində tərəflərin e-kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh isə vəkil ilə müqaviləni (orderin tarixi ## ###### 2026) qətnamə icraya yönəldikdən bir gün sonra bağlamışdır. Nəyə görə şikayətin qətnamə icraya yönəldilənək bir ay ərzində verilməməsi və ya vəkil ilə müqavilənin vaxtında bağlanmaması ərizədə əsaslandırılmamış və həmin əsaslara dair hər-hansı sübutlar təqdim edilməmişdir. Beləliklə, ərizədə qeyd edilənlər prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz
9. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## ##### 2026-cı tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilən prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin olunmasını xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
ŞIKAYƏTIN VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
b) Şikayətin dəlilləri
11. Şikayətin dəlilləri müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir.
c) Şikayətə qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
13. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Iş materiallarından aydın olur ki, məhkəmənin ## ###### 2025-ci il tarixli qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
17. Lakin cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə yerləşdirilmişdir.
18. Göründüyü kimi cavabdeh qətnamədən şikayət verilməsi üçün qanunverciliklə nəzərdə tutulan 1 ay müddəti ötürmüşdür.
19. Müddətin bərpası barədə ərizəyə münasibətdə məhkəmə kollegiyası bildirir ki, şikayətçinin müddətin bərpa edilməsi üçün əsas kimi istinad etdiyi hallar şikayətin verilməsi müddətinin buraxılmasının üzrlü səbəbdən baş verməsinə dəlalət etmir və belə olan halda buraxılmış prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil.
20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.