Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-508/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. Satıcı qismində xxxx ASC ilə alıcı qismində Cavabdeh arasında ##.##.2023-cü il tarixli, O********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə sement (qalaq şəkildəkisələrdə) və/və ya (bundan sonra mal(lar) adlandınlacaq) kimi malların müqaviləyə əlavələrdə göstərilən növdə və miqdarda alqı-satqısı haqqındadır.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı bəyan edir ki, mallar aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi üçün alınır: quru qarışıq və suvaqların istehsalı, yol tikintisi, hörgü, suvaq, toxuma, abadlıq işləri və s. kimi inşaat işlərinin yerinə yetirilməsi.
3. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən alın keyfiyyəti AZS 411-2010 (EN 197-İT 2000) və/və ya AZS 531-2011 (QOST 22266-94) və/və ya QOST 10178-85 və/və ya QOST 16557- 2005 və/və ya AZS EN 13282-2:2021 standartlarının tələblərinə uyğundur.
4. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən Alıcı elektron qaimənin göndərilməsi Malın Alıcı tərəfindən alınması faktını təsdiq edir.
5. Həmin müqavilənin 2.10-cu maddəsinə əsasən Alıcı bu müqavilə üzrə ödənişi vaxtında etmirsə və satıcının alıcını bu barədə xəbərdar etdiyi vaxtdan 7 gün ərzində də ödənişi həyata keçirmirsə, satıcı bu müqavilə üzrə malların təchizatını tam ödəniş olunana kimi dayandıra və ya müqaviləyə xitam verə bilər.
6. Həmin müqavilənin 5.2.3-cü bəndinə əsasən müqavilədə göstərilən ödəniş müddətlərinə əməl edilmədikdə, satıcının borc üzrə gecikdirilən hər günə görə 0,1%-dək dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək hüququ vardır.
7. ##.##.2023-cü il tarixli, O********* nömrəli alqı-satqı müqaviləsinə edilən eyni tarixli * saylı Əlavədən görünür ki, Əlavədə göstərilən məhsullara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən və xxxx ASC-nin qiymət siyasətinə uyğun olaraq ## ###### 2023-ci il tarixindən ## ###### 2023-ci II tarixinə kimi göstərilən məhsullara qiymətlər aşağıdakı cədvəldə olduğu kimi müəyyən olunsun: 1.2. Qeyd edilən qiymətlər ƏDV xaric qiymətlərdir və həmin qiymətlərə əlavə 18% ƏDV tətbiq ediləcəkdir; 2.1-ci bəndində qeyd olunur ki, satıcının qiymət siyasətinə uyğun olaraq alıcı tərəfindən ## ###### 2023 - ## ###### 2023- cü il dövrü ərzində yuxarıdakı cədvəldə qeyd olunan qalaq məhsulların qiyməti üzərindən aylıq əlavə güzəştlər təqdim edilir: 2.2. Hər ayın sonunda tərəflər qeyd olunan məhsullar üzrə aylıq alınan həcmi yoxlayır və 2.* saylı bənddə qeyd olunan müvafiq güzəşti tətbiq edir. 2.3. Güzəşt məhsulun yalnız çatdırılma xaric qiymətinə şamil olunur.
8. ##.##.2023-cü il tarixli, EBDC seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4529,8501 manat (ƏDV daxil) təşkil edir.
9. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4500,1353 manat (ƏDV daxil) təşkil edir.
10. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4453,9124 manat (ƏDV daxil) təşkil edir.
11. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4533,1517 manat (ƏDV daxil) təşkil edir.
12. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4437,4042 manat (ƏDV daxil) təşkil edir.
13. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4536,4534 manat (ƏDV daxil) təşkil edir.
14. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yolasalınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4397,7845 manat (ƏDV daxil) təşkil edir.
15. ##.##.2023-cü il tarixli, EBDD seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4477,0238 manat (ƏDV daxil) təşkil edir.
16. ##.##.2023-cü il tarixli, EBDE seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4437,4042 manat (ƏDV daxil) təşkil edir.
17. . ##.##.2023-cü il tarixli, EBDE seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4480,3255 manat (ƏDV daxil) təşkil edir.
18. ##.##.2023-cü il tarixli, EBDE seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4202,9877 manat (ƏDV daxil) təşkil edir.
19. . ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96,5004 manat (ƏDV daxil) təşkil edir.
20. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 95,5092 manat (ƏDV daxil) təşkil edir.
21. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 97,2084 manat (ƏDV daxil) təşkil edir.
22. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 97,2792 manat (ƏDV daxil) təşkil edir.
23. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 95,1552 manat (ƏDV daxil) təşkil edir.
24. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 94,3056 manat (ƏDV daxil) təşkil edir.
25. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96,0048 manat (ƏDV daxil) təşkil edir.
26. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yolasalınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 95,1552 manat (ƏDV daxil) təşkil edir.
27. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96,0756 manat (ƏDV daxil) təşkil edir.
28. ##.##.2023-cü il tarixli, EBDH seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, xxxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 90,1284 manat (ƏDV daxil) təşkil edir.
29. İddiaçı tərəfindən iş materiallarına yük-nəqliyyat qaimələri adlı sənədlər əlavə edilmişdir.
30. xxxx ASC və Cavabdeh arasında imzalanmış ##.##.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixə xxxx ASC-yə 15939,54 manat borcunun olduğu qeyd edilmişdir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
31. xxxx ASC tərəfindən Cavabdeh göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, ##.##.2025-ci il tarixədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
32. İddiaçı İddiaçı (xxxx ASC) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı sement məhsullarına görə 13580 manat borc, borcun gecikdirilməsinə görə 12289,60 manat cərimə məbləği və dövlət rüsumu qismində ödənilmiş 168 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə xxxx ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, O********* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmış, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 13580 (on üç min beş yüz səksən) manat məbləğində olan hissəsini ödəməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh təhvil aldığı malların dəyərini ödəməmişdir. Cavabdehlə bağlanılmış ##.##.2024-cü il tarixli üzləşmə aktında cavabdeh həmin tarixə ümumi borcunun 15939,54 manat olduğunu etiraf etmişdir. Həmin tarixdən sonra cavabdeh 2360 manat ödəniş etmişdir. Hazırkı tarixdə əsas borcu 13580 manat təşkil edir. Müqavilənin 5.2.3-cü bəndində müqavilədə göstərilən ödəniş müddətlərinə əməl edilmədikdə, satıcının borc üzrə gecikdirilən hər günə görə 0,1%-dək dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək hüququ qeyd edilmişdir. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 12289,6 manat (on iki min iki yüz səksən doqquz manat altmış qəpik) təşkil edir. Cavabdehə pretenziya məktubu göndərib, borc məbləğinin ##.##.2025-ci il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir.
34. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi,cavabdeh Cavabdeh aldığı sement məhsullarına görə 13579,54 manat (on üç min beş yüz yetmiş doqquz manat əlli dörd qəpik) əsas borc, 700 (yeddi yüz) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,50 manat (doxsan iki manat əlli qəpik) olmaqla, ümumilikdə 14372,04 manat (on dörd min üç yüz yetmiş iki manat dörd qəpik) məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulməsi,iddia tələbi qalan hissədə təmin edilməsi qət edilmişdir.
35. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ilə əlaqəli qeyd edirəm ki, məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəfin iclasda üzrlü səbəbdən iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız və şişirdilmiş borcun hansı əsaslarla əmələ gəlməsinə heç bir əhəmiyyət verməmiş, iddiaçının tələb etdiyi borcun məbləğinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan mütəxəssis hesablanmasına istinad etməli, həmçinin, iddia tələbinin predimeti olan borcun hansı dövrdən hansı dövrədək yaranmasını, əsassız olaraq hesablanmış dəbbə və s. məbləği dəqiqləşdirməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə iclasında işitrak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
39. Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
43. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
44. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
46. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
47. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
48. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
49. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
50. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
57. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
58. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
59. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
60. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
61. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
62. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
67. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
68. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xxxx ASC ilə Cavabdeh arasında ##.##.2023cü il tarixli,
69. O********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
70. Məhkəmə kollegiyası cavabdehin iclasda üzrlü səbəbdən iştirak etməməsi dəlilə münasibətdə qeyd edir ki, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İş matereriallarına əsasən, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş cavabdehə məxsus elektron kabinetə əlavə edilmiş, bu halı cavabdeh apellasiya şikayətinin dəlillərində inkar etməmiş, yalnız üzrsüz səbəbdən iştirak edə bilmədiyini qeyd etmiş, lakin hansı üzrlü səbəblər olduğunu qeyd etməmişdir.
71. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtı-vaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir. Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.
72. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
73. Bu kontekstdə kollegiya qeyd edir ki, məhkəmə pozulmuş hüququnun bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Kollegiya vurğulamağı zəruri hesab edir, Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və Azərbaycan Respublikasının sahibkarların daşımalı olduğu riskləri onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz.
74. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.
75. Kollegiya apellyasiya şikayətinin iddiaçının tələb etdiyi borcun əsassız və ya şişirdilmiş olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan (müqavilə, yük-nəqliyyat qaimələri, elektron qaimələr, üzləşmə aktı) sənədlər borcun məbləğini, yaranma əsaslarını və hesablanma qaydasını təsdiq edir. Apellyator isə həmin hesablamaların yanlış olduğunu sübut edən hər hansı sənəd və ya alternativ hesab təqdim etməmiş, əksinə ##.##.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixə xxxx ASC-yə 15939,54 manat borcunun olduğu qəbul etmiş, üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
76. Mütəxəssis və ya ekspert hesablamasının aparılmasının zəruriliyi barədə dəlil də əsassızdır. Çünki iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edən mübahisəli hal mövcud olmamış, borcun hesablanması yazılı sənədlər və maliyyə göstəriciləri əsasında müəyyən edilmişdir. Bu səbəbdən məhkəmənin ekspertiza və ya mütəxəssis rəyinə müraciət etməməsi prosessual pozuntu hesab edilə bilməz.
77. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
78. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
79. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.