Məhkəmə qərarları › İş №e-2-2(3-6)-516/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-516/2026

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-516/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı və malgöndərmə müqaviləsi, elektron qaimə, işgüzar adətlər, sübutetmə, yazılı sübutlar, sübutun mötəbərliliyi,dəbbə pulu) hakimlər X10 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil3, cavabdeh cavabdeh1 və onun nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə iştirakları ilə iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı MMC ilə cavabdeh2 MMC arasında ## ###### 2022-ci il tarixli **/** saylı Alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasan Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında aynca razılaşdırılacaq və bu Müqaviləyə əlavə olunacaq. 1.2-ci bəndinə əsasən malların Alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacaq. 1.3-cü bəndinə əsasən alıcı, bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərkən müstəqildir və Təchizatçı, Alıcının bu Müqavilə imzalanan ana qədər üçüncü şəxslər qarşısında yaranmış və bu Müqavilə imzalandıqdan sonra yarana biləcək maliyyə və digər öhdəliklərinə görə məsuliyyət daşımır. 1.4-cü bəndinə əsasən sifariş dəyəri 10.000$ ( on min USD) olduqda, ödəniş malların Alıcının anbarına göndərildiyi gündən 90 (doxsan) gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdannda avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir, ödəniş bank vasitəsilə Təchizatçının bu Müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq edəcəkdir. 1.5-ci bəndinə əsasən qiymətlərə ƏDV daxildir. ƏDV köçürülməsi Alıcının ƏDV depozit hesabından Təchizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təchizatçı ƏDV ödəyicisidir. 1.6-cı bəndinə əsasən Mallara mülkiyyət hüququ və Mallarla əlaqədar olan bütün risklər Mallar Alıcıya bu Müqavilənin 1.2-ci maddəində qeyd edilmiş şərtlərə uyğun qaydada təhvil verildikdən sonra Təchizatçıdan Alıcıya keçir. 2.1-ci bəndinə əsasən təchizatçının hüquqları: 2.1.1-ci bəndinə əsasən bu Müqavilə qüvvədə olduğu müddət ərzində, öz şəxsi mülahizəsinə görə istənilən zaman Alıcının satış ərazisi və iş şəraitini mütəmadi olaraq nəzərdən keçirmək, aşkar etdiyi qüsurların aradan qaldırılmasını Alıcıdan tələb etmək və Malların satışı və müştərilərə göstərilən xidmətlərlə bağlı Alıcıya tövsiyə və məsləhətlər vermək; 2.1.2-ci bəndinə əsasən malların Alıcıya alqı-satqı Müqaviləsi əsasında və ya hər hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək, dəyişmək və ya ləğv etmək; 2.1.3-cü bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədikdə, bu haqda Alıcıya rəsmi xəbərdarlıq məktubu verməklə Alıcı ilə bu Müqavilə çərçivəsində əməkdaşlığın istənilən mərhələsində onu dayandırmaq və onun Təchizatçı ilə tam hesablaşmasını tələb etmək. 2.2-ci bəndinə əsasən təchizatçının öhdəlikləri: 2.2.1-ci bəndinə əsasən alıcının sifarişlərini qəbul etmək və onların icrasının mümkünlüyü barədə 5 (beş) iş günü ərzində ona məlumat vermək. 2.2.2-ci bəndinə əsasən malı Alıcıya həmin mala (əşyaya) aid ləvazimatı və ya sənədləri (zəmanət sənədi və s.) ilə birlikdə vermək. 2.3-cü bəndinə əsasən alıcının hüquqları: 2.3.1-ci bəndinə əsasən satışa çıxarılmış Mallar, onların keyfiyyət göstəriciləri və əsas xüsusiyyətləri haqqında Təchizatçıdan məlumat almaq; 2.3.2-ci bəndinə əsasən malları əvvəlcədən sifariş etmək və sifarişinin yerinə yetrilib yetirilə bilməyəcəyi barədə bu Müqavilənin 2.2.1-ci maddəsində təsbit edilmiş müddət ərzində Təchizatçıdan məlumat almaq; 2.4-cü bəndinə əsasən alıcının öhdəlikləri: 2.4.1-ci bəndinə əsasən təchizatçını bu Müqavilə çərçivəsində özünün Satış Ərazisi və satışların həyata keçiriləcəyi məkanı ilə tanış etmək və Təchizatçının tələbi ilə bu barədə ona müfəssəl məlumat vermək; malların satışının təşkili, pərakəndə qiymət müəyyən edilməsinə dair və müştərilərə göstərilən xidmətlərlə bağlı Təchizatçının tövsiyə və məsləhətlərinə əməl etmək; 2.4.2-ci bəndinə əsasən bu Müqavilə şənlərinin yerinə yetirilməsi ilə bağlı baş vermiş və ya gözlənilən dəyişikliklər haqqında Təchizatçıya 48 (qırx səkkiz) saat ərzində məlumat vermək; 2.4.3-cü bəndinə əsasən müştərilərin istək və tələbləri barədə Təchizatçıya mütəmadi məlumat vermək;

2. İddiaçı MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ## ###### 2022-cü il tarixli **/** saylı müqavilə üzrə cavabdeh2 MMC-yə satılan cəmi malın dəyəri 764846,31 manat, ƏDV dəyəri 116671,47 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 312371,44 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 56226,86 manat, ödənilmiş cəmi borc 368598,30 manat, ödənilməyən əsas borc 335803,40 manat, ƏDV borcu 60444,61 manat, cərimə borcu 730681,33 manat, cəmi borc 1126929,34 manat təşkil edir.

3. İddiaçı MMC tərəfindən cavabdeh2 MMC-yə göndərilən EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 168759,24 manat, EBCG seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 95613,25 manat, EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 56887 manat, EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 74987,82 manat, EBCB seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 0,67 manat, EBCB seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 75872,64 manat, EBCC seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 224397,65 manat, EBCC seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə ƏDV daxil cəmi məbləğ 68328,04 manat təşkil etmişdir (eqaimələr üzrə cəmi məbləğ 764.846,31 manat). Elektron qaimələrin hər birinin əsası qismində ## ###### 2022-cü il tarixli **/** saylı müqavilə göstərilmişdir.

4. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli göndərilən qaimələrin və edilmiş ödənişlərin siyahısından görünür ki, cavabdeh2 MMC tərəfindən EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 56887 manat məbləğində, EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 168759,24 manat məbləğində, EBCG seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 95613,25 manat məbləğində, EBCI seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli elektron qaimə üzrə 74987,82 manat məbləğində borclar qalmışdır, qalan bütün e-qaimələr üzrə tam ödənişlərin edildiyi qeyd edilmişdir.

5. Iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh2 MMC tərəfindən iddiaçının hesabına ##.##.2022-ci il tarixdə 75872,64 manat, ##.##.2022-ci il tarixində 107000 manat, ##.##.2022-ci il tarixində 19980 manat, ##.##.2023-cü il tarixində 73029,78 manat və 68328,04 manat məbləğ köçürülmüş, ödənişin təyinatı olaraq EBCB seriyalı ****** nömrəli, EBCC seriyalı ****** nömrəli və EBCC seriyalı ****** nömrəli elektron qaimələrə istinad olunmuşdur.

6. Köçürmələrin aparılması haqqında bildirişə əsasən cavabdeh2 MMC tərəfindən iddiaçının ƏDV hesabına ##.##.2022-ci il tarixində 24387,84 manat məbləğində ödəniş edilmişdir.

7. Elnur Atakişili tərəfindən elektron ünvan 1 elektron poçt ünvanı vasitəsi ilə cavabdehə göndərilən ## ###### 2023-cü il tarixli e-mail və ona əlavə olunmuş sənəddən görünür ki, ##.##.2023-cü il tarixə cavabdeh2 MMC-yə satılmış malın dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil edir.

8. Cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) elektron ünvan 1 elektron poçt ünvanı tərəfindən elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilən e-mail və ona əlavə olunan sənəd video qeydiyyatına alınmışdır.

9. Işəgötürən İddiaçı MMC və işçi X4 arasında bağlanan ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi ##.##.2021-ci il tarixdən İddiaçı MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə ##.##.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrə əsasən “AR ƏM-nin 68.2.”a”-tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2025-ci il tarixində xitam verilmişdir.

10. AR DIN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, cavabdeh1 izahatında göstərmişdir ki, Marvel şirkətindən elektronik mallar alıb satdığını, qardaşı Rauf Qarayevin adına təsis etdiyi və Raufun direktoru olduğu “xxxx» MMC şirkətinin adından da "xxxx” MMC-dən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb, dəyərinin 540.000 manat hissəsini ödəmiş, 240.000 manat isə "xxxx" MMC-yə borclu qalmışdır. Beləliklə, onun İddiaçı MMC-yə 1.860.000 manat borcu qalmışdır. "xxxx” MMC-nin direktoru olan qardaşı Raufdan da etibarnamə alıb onun adından bütün əməliyyatları onun özü tək həyata keçirmişdir. Hazırda "xxxx” MMC-nin İddiaçı MMC-yə 95.613 manat borcu qaldığını bildirir.

11. AR DIN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X4 ifadəsində göstərmişdir ki, Rauf Qarayev «xxxx»MMC yaratdığını bildirərək ## ###### 2022-ci il tarixdə onunla həmin şirkət arasında 3-cü alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə əsasında elektron qaimə ilə cavabdeh1 ##.##.2024-cü il tarixədək «xxxx»MMC-yə 764.846.31 manat dəyərində elektirik məişət avadanlığı dəyərinin 30 faizini ödəmək şərti ilə satmışdır. cavabdeh1 həmin şirkətə nisyə aldığı malların dəyərinin 368.598.30 manatını ödəmiş, 396.248.01 manatını ödəməyibdir.

12. AR DIN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının ## ######## 2024-cü il tarixli *- **-**/*-*/****/**** nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış «xxxx» MMC (təchizatçı) ilə cavabdeh2 MMC (Alıcı) arasında bağlanmış ##.##.2022-ci il tarixli, **/** saylı müqavilə üzrə tərtib edilmiş EQF-ra əsasən 2022-ci il üçün 321,259,48 manat (272.253,80 AZN əsas, 49.005,68 AZN ƏDV) məbləğində malların təqdim edildiyi müəyyən edilir (təhvil-təslim aktlar yoxdur). Lakin qeyd edilir ki, ##.##.2024-cü il tarixli audit aktında cavabdeh2 MMC tərəfindən «xxxx» MMC-nin bank hesabına 344.210,46 manat və ƏDV üzrə 24.387,84 manat məbləğində ödəniş aparılması göstərllsədə, tədqiqi hissədə qeyd edildiyi kimi həmin ödənişləri özündə əks etdirən sənədlər (bank, xəzinə sənədləri (hesabatdan çıxarışlar, kassa mədaxil orderləri) və depozit hesabatından çıxarış) iş materiallarında mövcud olmadığından aparılan ödənişləri müəyyən etmək mümkün olmadı.

13. AR DIN-nin ## ### 2025-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, hazırki cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, “xxxx» MMC-nin direktoru işləmiş X5, həmçinin həmin şirkətin satış təmsilçisi X4 ilə cavabdeh1 arasında mülki xarakterli biznes münasibətləri olmuşdur. Eyni zamanda həmin münasibətlər tərəflər arasında müqavilə bağlanaraq rəsmiləşdirilməklə aparılmışdır. Yəni, Elnur Atakişili, daha sonra Raif Abdullayev təmsil etdikləri "xxxx" MMC ilə cavabdeh1 faktiki idarə etdiyi arvadı, fiziki şəxs X14 adına olan VÖEN, daha sonra cavabdeh1 özünün adına olan «xxxx» MMC və qardaşı Rauf Qarayevin adına olan cavabdeh2 MMC ilə rəsmi müqavilə bağlayaraq “xxxx» MMC-nin xarici ölkələrdən idxal etdikləri müxtəlif elektirik məişət və digər avadanlıqlarını rəsmi qaydada dəyərinin 30 faizini əvvəlcədən ödəmək, qalan dəyərinin isə müəyyən vaxt, yəni əvvəl 30, daha sonra 120 günədək ödəmək şərti ilə sahibkar cavabdeh1 nisyə olaraq satmışlar. cavabdeh1 isə “xxxx» MMC-dən nisyə aldığı malları və özünün həmin şəxslərdən ayrılıqda xarici ölkələrdən sifariş edib gətizdirdiyi malları Bakı şəhərində və Respublikanın rayonlarında yerləşən mağazalara nisyə və nağd formada öz qazancını da nəzərə almaqla malların dəyərindən baha qiymətə öz işçiləri vasitəsilə satmışdır. cavabdeh1 “xxxx» MMC-nin satış təmsilçisi Elnur Atakişilidən mütəmadi olaraq 2021-ci ilin avqust ayından 2023-cü ilin may ayınadək olan müddətdə rəsmi qaydada dəyərinin 20-30 faizini əvvəlcədən ödəməklə nisyə olaraq elektirik məişət avadanlığı alıb satışını təşkil etmişdir. Həmin müddətdə cavabdeh1 “xxxx» MMC-nin bank hesabına və Elnur Atakişiliyə şəxsən aldığı əmlakların dəyərinin bir hissəsini ödəmişdir. Bundan başqa cavabdeh1, qardaşı Rauf Qarayevin adına təssis etdiyi və sonuncunun direktoru olduğu “xxxx» MMC şirkətinin adından da “xxxx" MMC-dən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik-məişət avadanlıqları alıb, dəyərinin 540.000 manat hissəsini ödədiyini, 240.000 manat hissəsini isə "xxxx” MMC-yə borclu qaldığını, beləliklə, onun “xxxx" MMC-yə aldığı nisyə mallara görə ümumilikdə 1.860.000 manat borcu qaldığını göstərmişdir.

14. AR DIN Bakı Şəhər Baş Polis Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir.

15. X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından 2025-ci ilin aprel-may ayına qədər İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. cavabdeh1lə şirkət olaraq 2021-ci ilin sentyabr ayında müddətli müqavilə bağlamışlar. 2023-cü ildən etibarən aralarında ödənişlərlə bağlı problemlər yaşandı. Müddətli ödəniş şərtləri olmuşdur. Rafiq bəy dövriyyəsini şişirtməmək üçün nağd ödənişlər də edirdi. Yəni həm köçürmə yolu ilə, həm də nağd ödəniş olunurdu. cavabdeh1 ona, yəni kassaya nağd ödənişlər edirdi, o da ödənişləri aparıb bank vasitəsilə İddiaçı MMC-nin hesabına mədaxil edirdi. Banka o da, digər əməkdaşlar da pulu aparırdı. Onlar VÖEN-i və elektron qaimənin nömrəsini yaxınlaşıb banka verirmişlər, bank da iddiaçı şirkətin hesabına mədaxil edirdi. Bank tərəfindən verilən mədaxil çeklərini də iddaçı şirkətə təqdim edirmişlər. cavabdeh1 məxsus bütün şirkətlərlə bu cür işləyiblər. cavabdeh1 gah hesabında sərəncam olduğunu bildirdiyi üçün və rəsmi dövriyyəsini şişirtmək istəmədiyi üçün ödənişlərin bir hissəsini nağd qaydada edirdi. Nağd qaydada olunan ödənişləri həmin qaiməyə vururdular, ona görə də qaimə açıq qalmırdı. Anbar tərəfindən olunan təhvil-təslim aktları iddiaçı şirkətin özündə mövcud olmalıdır. cavabdeh1 məhkəməyə təqdim etdiyi e-mail ilə göndərilən faylın redaktə olunmuş forması onda mövcuddur. cavabdeh1 vaxtında ödənişlər etdiyi üçün Şirkətin güvənini qazandığı üçün ona borcu ola-ola mallar verilirdi. Cavabdeh cavabdeh1 tərəfindən birdəfəlik yalnız 140.000 manat məbləğində ödəniş edilmişdir. Digər əməkdaş olan Məmmədov Natiq və onun tərəfindən cavabdeh2 MMC, “xxxx” MMC və Qarayeva Sevda adına olan qaimələr üzrə ödənişi banka ediblər. Şirkət ona bildirdikdə o, təcili olaraq cavabdeh1 10.000 manat və s. pullar almışdır. cavabdeh1 tərəfindən ona verilən pullar elə həmin gün, ən geci səhərisi gün iddiaçı şirkətə çatdırılırdı. Cavabdeh ödənişləri hissə-hissə edirdi, şirkət isə pulları özündə saxlayıb qaimələri məbləğ tamamlandıqda birdəfəllik bağlayırdı. Onlar pulları “xxxx” vasitəsilə edirdilər. xxxx hesabı iddiaçı şirkətə məxsus idi. cavabdeh1 ödənişlərini Kapitalbank vasitəsilə edirdi. 2023-cü ilin mart ayından başlayaraq cavabdehlə problemləri yaranmağa başlamışdır. cavabdeh1 ona şəxsən özünün də borcu vardır. O, cavabdeh2 MMC-nin təsisçi deyil, əksini sübut etmək üçün sənədlər təqdim edilməlidir. Onun iddiaçı şirkətdə vəzifəsi əsasən cavabdehin ödənişinin vaxtını xatırlatmaq idi. cavabdeh1 son götürülən malların ödənişini etməmişdir. Ödənişlərdən məsul olan xüsusi şəxs yox idi şirkətdə. Axırıncı kəsilən qaimələrdən heç bir nağd ödəniş cavabdeh tərəfindən olunmamışdır. Cavabdeh cavabdeh1 2023 və ya 2024cü ilin ###### ##-nə qədər olan tarixdə 140.000 manat məbləğində iddiaçının kassasına pul təqdim etdi və iddiaçı tərəfindən cavabdehin köhnə borcu silindi. 30 faiz avans ödənişi olmadan da cavabdehə mal verilirdi. Qardaşının adına avans ödənişi almadan mal vermişlər. Rafiq bəy birinci istintaq dövründə borcunu qəbul edirdi, sonradan mövqeyini dəyişmişdir. Cavabdeh tərəfindən heç vaxt 480.000 manat məbləğində birdəfəlik ödəniş olunmamışdır. Onun 480.000 manatın verildiyindən məlumatı yoxdur. O, cavabdeh1 göndərdiyi videonu təsdiq edir. 95.000 manat ayrı, 300.000 manat ayrı borcu vardır. Biz məhsulları daxildə 2 hissəyə bölmüşlər. Biri elektrik məişət avadanlıqları və instrument məlumatları. cavabdeh1 e-mail göndərəndə xxxxa aid iki cədvəl var idi. Bugünə cavabdeh2 MMC-nin borcu iddiaçı tərəfindən son təqdim olunmuş videodakı cədvəldəki kimidir. Cavabdeh cavabdeh1 bugünə 396247 manat məbləğində iddiaçı şirkətə borcu vardır. Həmin videogörüntüdəki cədvəli, yəni e-maili nə vaxt göndərdiyini bilmir, onu korporativ maildən göndərmişdir. E-mailə onun girişi olmadığı üçün nə vaxt göndərilibçatdığını bilmir. O, sadəcə ümumi borcu əks olunan cədvəli cavabdeh cavabdeh1 həm Whatsapp üzərindən, həm də mail üzərindən göndərmişdir. Cavabdeh cavabdeh1 bildirdiyi cavabdeh2 MMC-nin 95.000 manat borcun olması yalan məlumatdır, MMC-nin iddiaçıya 396247 manat borcu qalıb.

16. “xxxx” ASC sorğuya cavab olaraq ## ###### 2026-cı il tarixli məktubunda qeyd etmişdir ki, cavabdeh2 MMC-nin hesabında ##.##.2022-ci il tarix üzrə 146.000 ( bir yüz qırx altı min,000) manat məbləğində köçürmə aşkar olunmamışdır.

17. “xxxx” ASC sorğuya cavab olaraq ## ###### 2026-cı il tarixli məktubunda qeyd etmişdir ki, ##.##.2022-ci il tarixindən sonra İddiaçı MMC-nin hesabına, cavabdeh2 MMC tərəfindən köçürülürən (hesabatlarda görə bildiyimiz) və ya hesaba nağd olaraq mədaxil edilən vəsaitin məbləği 344 210.46 AZN təşkil edir. Bundan əlavə, sorğuda qeyd edilən AZ**RBTA******************** saylı hesab “Kaspian” filialının kassa (AZM) hesabıdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 335 803,40 manat əsas borc, 60 444,61 ƏDV borcu, 730 681,33 manat cərimə borcu olmaqla, cəmi 1126929,34 manat borcunun və 1422,86 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə Сavabdeh cavabdeh2 MMC arasında ## ###### 2022-cü il tarixli **/** saylı Alqı-satqı müqaviləsi (“Müqavilə”) (Əlavə 1) imzalanmışdır. Müqaviləyə əsasən Satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən Malları Alıcıya satır, Alıcı isə bu malların alışını həyata keçirir. Müqavilə imzalandığı gündən Iddiaçı Cavabdehə cəmi dəyəri 764 846,31 manat (648 174,84 manat əsas və 116 671,47 manat ƏDV) olan Malların satışını icra etmişdi. Cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 312 371,44 manat, ƏDV borcundan 56 226,86 manat olmaqla, cəmi 368 598,30 manat ödəniş edilmişdir. Gördüyünüz kimi, cavabdeh 60 gündən çoxdur ki, Müqavilə üzrə ödənişləri icra etmir. Cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə ## #### 2025-ci il tarixinə (335 803,40 manat əsas borc, 60 444,61 ƏDV borcu, 730 681,33 manat cərimə borcu olmaqla), cəmi 1 126 929,34 manat borcu vardır. (Əlavə 2 və 3) Tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsinin 1.4-cü maddəsinə əsasən, Alıcı tərəfindən gecikdirilən ödənişə görə Təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənə qədər cərimə tətbiq ediləcəkdir. Iddiaçı tərəfindən Cavabdehə borcun tam ödənilməsi üçün dəfələrlə pretenziya (mediasiya təklifi) göndərilmiş (Əlavə 4), həmçinin borcun tam bağlanması üçün dəfələrlə ona şifahi qaydada xəbərdarlıq edilmişdir. Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məhkəməyə təqdim edilməsi ilə baglı xərcləri çəkmişdi (Əlavə 5) Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır.

20. Iddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh cavabdeh2 MMC-ə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh1 başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh1 başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.

22. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli **/** saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” MMC-nin xeyrinə 335 803,40 manat əsas borc, 60 444,61 manat ƏDV borcu, 730 681,33 manat cərimə borcu olmaqla, cəmi 1 126 929,34 manat borcunun və 1 422,86 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh cavabdeh1 məhkəməyə saxta sənəd təqdim etməsi nəzərə alınaraq haqqında xüsusi qərardad çıxarılmasını xahiş edir.

24. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı şirkətin özündə qanunsuzluqlar olmuşdur və qeyri-rəsmi proseslər həyata keçirilmişdir, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

25. Məhkəmə hazırlıq iclasında (##.##.2025-ci il tarixli iclas) iştirak edən cavabdeh cavabdeh2 MMC-nin direktoru X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, şirkət sinif yoldaşına məxsus olub və onun adına işlər görülüb. Heç bir alğı-satqı münasibətindən və digər əməliyyatlardan xəbəri yoxdur. Cavabdeh qismində qardaşı cavabdeh1 cəlb olunmasını xahiş etdi.

26. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh1 bildirmişdir ki, cavabdeh2 MMC-nin 77 faizi Rauf Abdullayev və Elnur Atakişiyev arasında bölünmüş, 33 faizi isə ona məxsusdur. Müqavilə üzrə malları qarşı tərəfin işçisi Yəhya adlı şəxs təhvil vermişdir, anbardarı isə təhvil almışdır. Müqaviləni şəxsən özü imzalamışdır, cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir. X3 bu əməliyyatların heç birində iştirak etməmiş, rolu olmamışdır. 8 qaimə üzrə müəyyən ödənişlər etmiş, 95613 manat məbləğində borcu qalmışdır. cavabdeh2 MMC-nin adından satışları o həyata keçirmişdir. Ödənişlər həm nağd qayda da, həm də köçürmə yolu ilə həyata keçirilmişdir. Qarşı tərəf ödənişləri təhrif etmişdir. Qarşı tərəfin təqdim etdikləri sənədlər içərəsində 146.000 manat ödənişlə bağlı heç bir sənəd yoxdur. ## ###### 2022-ci il tarixli qəbz məhkəməyə təqdim olunmamışdır. Həmçinin iddiaçı tərəfindən cəmi 2 təhvil-təslim aktı təqdim olunmuşdur, digər təhvil-təslim aktları yoxdur. Müqavilə bağlandıqdan sonra 480.000 manat məbləğində pul ödənmişdir. Iddiaçı gömrükdən mal çıxartmaq üçün, vergi ödənişləri üçün ondan rəsmi və qeyri-rəsmi pul tələb edirdi. Ona 595.000 manat məbləğində mal təhvil verilib və mübahisələndirilmir. Iddiaçı ilə bütün münasibətlər sentyabr ayına kimi olmuşdur, sentyabr ayından sonra o, infakt keçirdiyi üçün xəstəxanada olub, bunu Raif Abdullayev və Elnur Atakişili sübut edə bilər. Bütün bunlara baxmayaraq iddiaçı o tarixdən sonra olan elekron qaimələri də təqdim etmişdir. Onun sifarişlərini təsdiq edən e-mail yazışmaları da iddiaçı tərəfindən təqdim olunmamışdır. Iddiaçı şirkətin əməkdaşı olan Elnur Atakişili tərəfindən ona göndərilən e-mail məktubundan da görünür ki, cavabdeh2 MMC-nin “xxxx” MMC-yə 95613 manat məbləğində borcu mövcuddur, borcu yalnız həmin məbləğdə qəbul edir.

27. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

28. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh1 əməllərində cinayət tərkibinin (sübut qismində məhkəməyə təqdim edilmiş sənədin saxtalaşdırılması) əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

30. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh2 MMC-dən ƏDV daxil 95613,25 manat əsas borc, 4780 manat dəbbə pulu olmaqla, cəmi 100.393,25 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 390 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

31. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış ## ###### 2022-cü il tarixli **/** saylı Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Təchizatçı tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir, Alıcı öz növbəsində Tərəflərin bu Müqaviləyə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını Təchizatçı təqdim edəcək, həmçinin Tərəflərin qarşılıqlı razılığı əsasında malın Alıcıya çatdırılmasını və ya Təchizatçının sərəncamında olan anbardan Alıcıya təhvil verilməsini Təchizatçı həyata keçirəcək. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Iddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 08 elektron qaimə göndərilmişdir. Iddiaçı hazırda cavabdehə 764846,31 manat dəyərində mal satıldığına, malların bir hissəsinin dəyərinin ödənilmədiyinə istinad edərək 335803,40 manat əsas borc, 60444,61 manat ƏDV borcu və 730681,33 manat hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh cavabdeh2 MMC-nin qanuni təmsilçisi məhkəmə hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, alqı-satqı müqaviləsindən məlumatı olmayıb, şirkətin adından işləri onun qardaşı cavabdeh1 icra etdiyi üçün onu cavabdeh qismində işə cəlb edilməsini xahiş etdi. Digər cavabdeh cavabdeh1 isə bildirdi ki, həqiqətən də alınan mallara görə cavabdeh2 MMC-nin iddiaçı şirkətə borcu qalıb, lakin iddiada göstərilən məbləğ qədər deyil, cəmi 95613,25 manat qalıb, həmin hissədə iddianı qəbul edir.  Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ## ###### 2022-cü il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və bu müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər.  Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (95613,25 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır.  Cavabdehin AR DIN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi “xxxx» MMC şirkətinin adından da "xxxx” MMC-dən 780.000 manat dəyərində dəyərinin 30 faizini əvvəlcədən ödəmək şərti ilə nisyə elektrik məişət avadanlığı alıb, dəyərinin 540.000 manat hissəsini ödəmiş, 240.000 manat isə "xxxx" MMCyə borclu qaldığını bildirir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçının tələb etdiyi 8 qaimə üzrə borc məbləği üzrə həm nağd, həmdə köçürmə yolu ilə ödədiyini və 95613 manat borcun qaldığını bildirmişdir.  Bundan əlavə iddiaçının əvvəl işçisi olmuş Elnur Atakişili tərəfindən ##.##.2023cü il tarixdə elektron poçt ünvanı vasitəsi cavabdeh cavabdeh1 göndərilən sənəddə ##.##.2023-cü il tarixə cavabdeh2 MMC-yə satılmış malın dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail elektron ünvan 1 elektron poçt ünvanından elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları və iddiaçının nümayəndəsinin izahatı, bundan əlavə Elnur Atakişilinin şahid ifadəsi ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən İddiaçı MMC və işçi X4 arasında bağlanan ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi ##.##.2021-ci il tarixdən xxxx MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır və əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verilmişdir. Atakişili Elnurun hazırkı mübahisəli dövr ərzində iddiaçı şirkətin rəsmi işçisi olması işin mübahisəsiz halıdır.  Beləliklə iddiaçı şəxsən, nümayəndəsi vasitəsi ilə cavabdehə (cavabdeh2 MMCnin adından malları qəbul edib, realizə edən cavabdeh1) elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 95613,25 manat təşkil etdiyini göstərmişdir. Lakin, iddiaçı və şahid qismində dəvət olunan X4 həmin məbləğə və həmin borc məbləğinin əks olunduğu cədvələ etiraz etdilər.  X4 iddiaçı şirkətin pərakəndə ticarət üzrə satış nümayəndəsi olaraq cavabdeh2 MMC-nin qalıq borcu ilə bağlı e-mailın cavabdeh1 göndərilməsini etiraf etmişdir. Sadəcə E.Atakişili bildirdi ki, həmin e-mail vasitəsi ilə cavabdeh1a cavabdeh2 MMC-nin qalıq borcu ilə bağlı bir cədvəl deyil, iki cədvəl göndərib (malların növlərinə uyğun olaraq iki hissəyə bölüb), bir cədvəldə borc 95613,25 manat göstərilib, digər cədvəldə əlavə olaraq 300.000 borc öz əksini tapıb. Və buna dair flaş-kartda izahlı cədvəl iddiaçının nümayəndəsinə təqdim edib, iddiaçının nümayəndəsi də məhkəməyə təqdim etmişdir.  Iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən flaş-kart məhkəmə iclasında tətqiq edilmişdir. Həmin kartda olan görüntüdə exell-cədvəl öz əksini tapmışdır. Lakin, həmin cədvəlin (cavabdeh2 MMC-nin borcunu iki hissədən ibarət olması) Elnur Atakişili tərəfindən e-mail vasitəsi ilə cavabdeh1 göndərilməsi müəyyən edilmir. Iddiaçının nümayəndəsinə və şahid qismində ifadəsi alınmış E.Atakişiliyə məhz email yazışmasının (ələxsus da cavabdeh1 məhkəməyə təqdim etdiyi e-mail yazışmasından fərqlənən) məhkəməyə təqdim edilməsi təklif edilsə də, məhkəməyə təqdim etməmişdilər. Belə olan halda isə iddiaçının və şahidin bildirdiyi kimi cavabdeh MMC-nin borcunun daha çox olması öz təsdiqini tapmamışdır.  Bir vacib məqam da ondan ibarətdir ki, baxmayaraq ki, şahid (iddiaçı şirkətin əvvəllər rəsmi işçisi olan Elnur Atakişili ) bildirir ki, MMC-yə satılan mallar növlərinə görə iki hissədən ibarət olmuşdur və qalıq borc məbləğlərini də bir e-mail məktubu ilə, iki cədvəl olaraq göndərmişdir, lakin bu ifadədə də ziddiyatlı məqamlar ortaya çıxır. Belə ki, cavabdeh1 məhkəməyə təqdim etdiyi (ona e-mail üzərindən gələn cədvəldə) ##.##.2023-cü il tarixə cavabdeh2 MMC-yə satılmış malın cəmi dəyəri 764846,31 manat, ödəniş 669234,24 manat, qalıq borc 95613,25 manat təşkil etdiyi qeyd olunmuşdur. Iddiaçının nümayəndəsinin və şahidin verdiyi ifadəsinin doğruluq ehtimalı belə əsas götürülsə, yenə də ziddyatlı izahatları üzə çıxmış olur. Belə ki, Elnur Atakişili tərəfindən cavabdeh1 göndərilən cədvəldə cəmi satılan malların dəyəri (764846,31 manat) ilə iddiaçı tərəfindən cavabdeh şirkətə göndərilən eqaimələrin cəmi dəyəri ilə (764.846,31 manat) tamamilə üst-üstə düşür. Əgər şahidin dediyi kimi borc məbləğini əks etdirən başqa növdə olan mallara görə də ikinci borc cədvəli də həmin e-mail üzərində göndərilmişdirsə (borc məbləği iki hissəyə bölünmüşdürsə), o zaman ən azı göndərilən e-qaimələrin məbləği iki qat daha çox olmalı idi, bu da iş materialları ilə hər-hansı formada müəyyən edilmir. Iddiaçı tərəfindən cavabdehə satılmış mallara dair cəmi 764846,31 manatlıq eqaimələr göndərilib, onların belə təhvil-təslim aktları məhkəməyə təqdim edilməmişdir.  Qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.  Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 764846,31 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil-qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir.  Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı dəqiq müəyyən etmək mümkün olmamışdır.  Lakin, iş materiallarında olan çoxsaylı sənədlər əsasında o müəyyən edildi ki, tərəflər arasında hesablaşmalar yalnız köçürmə yolu ilə deyil, nağd qaydada da həyata keçirilmişdir, həm malların ilkin ödənişi olaraq 20-30%, həm də malların dəyəri olaraq pul vəsaitinin. Bu həmçinin iddiaçının təqdim etdiyi “göndərilən eqaimələrin və ödənişlərin siyahısına dair cədvəldən” belə görünür. Belə ki, məhz iddiaçının təqdim etdiyi həmin cədvəldə göstərilən hər bir e-qaimə üzrə ayrıayrılıqda ödənişlər (belə başa düşülür ki, nağd qaydada edilmişdir) ilə bank hesabından çıxarışda göstərilən ödənişlərdən fərqlənir (bank hesabından çıxarışda göstərilən ödənilən e-qaimələr ilə iddiaçının cədvəlində göstərilən ödənilən eqaimələrin nömrələri və məbləğləri fərqlidir). E-qaimələrə münasibətdə isə cavabdeh Q.Rafiq bildirdi ki, 2022-ci ilin sentyabr ayından etibarən göndərilən eqaimələrdən məlumatı olmamış və malları qəbul etməmişdir.  Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli cavabdeh cavabdeh2 MMC-dən iddiaçın xeyrinə 95613,25 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. cavabdeh2 MMC-nin cəmi bir dəfə məhkəmə hazırlıq iclasında iştirak edən direktorunun “alqısatqı müqaviləsindən heç bir məlumatının olmaması, cavabdeh qismində cavabdeh1 olması” etiraz arqumentinə dair məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə direktor tərəfindən imzalanmamış olsa belə, həmin müqavilədə cavabdeh2 MMC-nin möhürü mövcüddur və MMC-nin adına iddiaçı şirkət tərəfindən göndərilən e-qaimələr etiraz edilərək ləğv edilməsi üçün geri qaytarılmamışdır, bütün e-qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən əgər cavabdeh1 (MMC-nin direktorunun doğma qardaşı) cavabdeh2 MMC-nin adından hərəkətləri 0qanunsuz və şirkətin xəbəri olmadan həyata keçirmiş olseydi, MMC tərəfindən şirkət daxili araşdırma və hüquqmühafizə orqanlarına müraciətlər edilərək hüquq müstəvisində araşdırmanın aparılmasını, cavabdeh2 MMC-nin zərərçəkmiş şəxs qismində tanınmasını və cavabdeh1 əməllərinə görə cəzalandırılmasını tələb edə bilərdi, lakin bu kimi hallar iş materialları ilə öz təsdiqi tapmır.  Bundan əlavə, möhür məsələsinə məhkəmə onu da qeyd edir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.  Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, məhkəmə qənaəti belədir ki, hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.  Beləliklə, bütün yuxarıda qeyd edilənləri və iddiaçı ilə alqı-satqı müqaviləsi cavabdeh1 ilə deyil, cavabdeh2 MMC ilə bağlandığı üçün, iddia əsas borc hissəsində yalnız MMC-yə münasibətdə və qismən olaraq ƏDV daxil 95613,25 manat (iddiaçı şirkətin rəsmi işçisi olmuş Elnur Atakişi tərəfindən göndərilən emaildə göstərilən qalıq borc) həddində təmin edilməlidir.  Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.  Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (ƏDV daxil cəmi 95613,25 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdeh MMC-dən tutulacaq dəbbə pulu azaldılaraq 4780 manat məbləğində müəyyən edilməlidir.  Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1422,86 manat dövlət rüsumu ödənilmişdir.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 390 manat məbləğində pul vəsaiti cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

32. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 181.2, 386.1, 398.1, 399.1, 442, 567, 570.2, 577.2, 600.2, 600.4, 601.1, 627.1, -ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir.

33. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və şikayətində qeyd etmişdir ki, Qeyd edildiyi kimi iddiaçı İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərin (elektron qaimələr, audit rəyi, cavabdeh1 Yasamal RPI-nin IŞ-də verdiyi ifadə, özünün yazdığı iltizam, Bakışəhər BPI-də verdiyi ifadə, cinayət işi üzrə icraata xitam qərarında zərərçəkmiş və şahid ifadələri, o cümlədən X4 ifadəsi, cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizə və sənədlər, bank vasitəsi ilə aparılan köçürmələr) olmasına baxmayaraq, birinci instansiya məhkəməsi sübutları düzgün tətqiq etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh cavabdeh1 Yasamal rayon Polis Idarəsində ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də "xxxx” MMC-dən 780.000 manat dəyərində mal alıb 540.000 manat hissəsini ödəmiş, 240.000 manat hissəsini isə borclu qaldığını bildirmişdir. cavabdeh1 Bakı şəhər BPI-də verdiyi ifadə cavabdeh1 İddiaçı MMC-dən 764846.31 manat məbləğində mal almış, aldığı malın 368598.30 manatını ödəmiş, qalan 396,248.01 manat hissəsini isə ödəməmişdir. Həmçinin cavabdeh1 öz əli ilə iltizam yazaraq İddiaçı MMC-dən aldığı 1200000 (bir milyon iki yüz min) ABŞ dolları dəyərində malların pulunu bir il ərzində tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür (cavabdeh1 1200000 ABŞ dolları borcu olması barədə yazdığı iltizamı qeyd edərkən, öz adına təsis etdiyi “xxxx” MMC, qardaşının adına cavabdeh2 MMC və fərdi sahibkar kimi arvadı X15 adına təsis etdiyi 3 hüquqi şəxsi nəzərdə tutmuşdur). Cavabdeh cavabdeh1 məhkəməyə təqdim etdiyi Elnur Atakişili tərəfindən “excel” formasında olan iki hesabatı redaktə edib bir hesabat formasında mal dövriyyəsinə uyğun olaraq tam dəyişdirmişdir. Bunu məhkəməyə təqdim etdiyi 146.000 manat məbləğində saxta ödəniş qəbzi ilə də müəyyən etmək mümkündür.

Apellyasiya şikayətinə qarşı etiraz

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

35. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

36. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

38. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

39. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

50. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

51. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

52. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

53. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

54. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

55. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

56. Maddə 629.1. Tərəflər göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində malların ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə tutduqda və bu partiyaların göndərilməsi müddətləri (göndərmə dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə, mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, bərabər partiyalar ilə aybaay göndərilməlidir.

57. Maddə 629.2. Göndərmə müqaviləsində göndərmə dövrləri ilə yanaşı malların göndərilməsi cədvəli də (on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə bilər.

58. Maddə 629.3. Mallar alıcının razılığı ilə vaxtından qabaq göndərilə bilər. Vaxtından qabaq göndərilmiş və alıcı tərəfindən qəbul edilmiş mallar növbəti dövrdə göndərilməli olan malların miqdarına daxil edilir.

59. Maddə 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

60. Maddə 630.2. Göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir).

61. Maddə 630.3. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə göndərmə dövrünün çatmasına ən geci otuz gün qalmış verilməlidir.

62. Maddə 630.4. Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının verilməməsi ilə əlaqədar dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

63. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

64. Maddə 631.2. Müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.

65. Maddə 631.3. Göndərmə müqaviləsində alıcının (mal alanın) malları mal göndərənin olduğu yerdə alması (malların seçilməsi) nəzərdə tutula bilər. Əgər müqavilədə malların seçilməsi müddəti nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malları onların hazır olduğu barədə mal göndərəndən bildiriş aldıqdan sonra ağlabatan müddətdə seçməlidir.

66. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

67. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

68. Maddə 637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, komplektə daxil olan sonuncu hissə yollandıqdan (seçildikdən) sonra ödəyir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

69. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

70. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

71. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

72. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

73. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaiməfaktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

79. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

80. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir

81. Maddə 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

82. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

83. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

84. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

85. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

86. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

88. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmiş, cavabdeh isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

89. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

90. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı və malgöndərmə ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyini bildirdiyi malların dəyərinin ödənilməsini istəyir.

91. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

92. Iddiaçı, cavabdehə cəmi dəyəri 764.846,31 manat (648.171,84 manat əsas və 116.671,47 manat ƏDV) olan malları satdığını, cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 312.371,44 manat, ƏDV borcundan 56.226,86 manat olmaqla, cəmi 368.598,30 manat ödəniş edildiyini iddia etmiş, cavabdeh isə iddiaçıya köçürmə və nağd şəkildə ödəniş etdiyini, cəmi 95.613,25 manat borcu qaldığını, Elnur Atakişili tərəfindən göndərilən e-mailin bu faktı təsdiq etdiyini irəli sürmüşdür.

93. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.

94. Işin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.

95. Işin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.

96. Işin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPMmaddəsinin təsiri altına düşən hallar aid edilir. 97. in 81-ci

98. Hazırkı işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 8 elektron qaimə əsasında mallar təqdim edilmiş, həmin elektron qaimələr üzrə göndərilən qaimələrlə bağlı iddiaçıya heç bir etirazı olmamış, qaimələr geri qaytarılmamış, düzəlişə göndərilməmişdir; əksinə bu qaimələrin bir hissəsi üzrə ödənişlər bank köçürmələri ilə həyata keçirilmişdir.

99. cavabdeh1 tərəfindən təqdim edilmiş elektron qaimələrdən bir qismi üzrə ödəniş edilməsi ona dəlalət edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsinin elektron qaimələrin göndərilməsi yolu ilə rəsmiləşdirilməsinə dair işgüzar münasibət formalaşmışdır. Cavabdeh isə qəbul etdiyi qaimələr üzrə malların təqdim edilməsinin fərqli qaydada həyata keçirilməsini, o cümlədən həmin qaimələrin hazırda tanımadığı iddia etdiyi şəxslər tərəfindən deyil, başqa şəxslər tərəfindən fiziki olaraq imzalandığını sübuta yetirə bilməmişdir.

100. Bu baxımdan, öhdəliyin yaranması və malların təqdim edilməsi faktı iş üzrə mübahisəsiz hal kimi qəbul edilmə; elektron qaimələrdə göstərilmiş məbləğdə malların ona təqdim edilməməsi barədə cavabdeh cavabdeh1 dəlilləri formal mülahizə kimi dəyərləndirilməlidir.

101. Kollegiya təqdim edilmiş mallara görə qalıq borc məbləğinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi sübutları formal şəkildə qiymətləndirmiş, onların qarşılıqlı əlaqəsini və məcmu təsirini nəzərə almamışdır.

102. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən əsas sübutlar elektron qaimələr, bank köçürmələri üzrə ödəniş sənədləri, ##.##.2023-cü il tarixli elektron yazışma, audit rəyi və cavabdehin cinayət işinin istintaqı zamanı verdiyi izahatlardan ibarətdir.

103. Bu sübutlar qarşılıqlı şəkildə qiymətləndirildikdə cavabdehin müqavilə üzrə əhəmiyyətli məbləğdə borcunun mövcudluğu təsdiq olunur. Xüsusilə, audit rəyi üzrə müəyyən edilmiş 396.248,01 manat qalıq borc maliyyə dövriyyəsinin peşəkar yoxlanışı nəticəsində formalaşmış və iş materialları ilə ziddiyyət təşkil etməyən sübutdur.

104. Cavabdehin istinad etdiyi ##.##.2023-cü il tarixli elektron yazışma isə iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən cavabdehə göndərilmiş olsa da, birincisi, həmin sənədin cavabdehin təqdim etdiyi məzmunda olmasının həqiqiliyini müəyyən etmək mümkün olmamışdır (cavabdeh bunu sübut edə bilməmişdir), digər tərəfdən həmin yazışma ilkin uçot sənədlərinə və qaimə dövriyyəsinə əsaslanmır və sonradan aparılmış audit yoxlamasının nəticələrinə uyğun gəlmir, habelə maliyyə dövriyyəsinin tam balansını əks etdirmir.

105. Bu səbəblə həmin yazışma borcun yekun və dəyişməz həcmini müəyyən edən sübut kimi qəbul edilə bilməz və digər mötəbər sübutlarla birlikdə qiymətləndirilməlidir.

106. Bununla belə nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi həmin yazışmanın mövcudluğunu qəbul etmiş, lakin onun məzmununun redaktə edərək saxtalaşdırıldığını bildirmişdir.

107. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız cavabdehin etirafına əsaslanmaqla 95.613,25 manat məbləğini əsas götürməsi sübutların natamam qiymətləndirilməsinə əsaslandığından qanuni və əsaslı hesab oluna bilməz; elektron qaimələr üzrə ümumi dövriyyə, qismən icra edilmiş ödənişlər, audit rəyi, cavabdehin istintaq ifadələrindəki etiraf xarakterli məlumatlar və iddiaçının elektron yazışma ilə bağlı mövqeyi nəzərə alınmaqla, cavabdehlərin iddiaçıya olan 335.803,40 manat əsas, 60.444,61 manat ƏDV borcu müəyyən edilməlidir.

108. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli borcun yalnız cavabdeh2 MMC-dən tutulması, cavabdeh cavabdeh1 münasibətdə isə iddianın rədd edilməsi nəticəsinə gələrkən iş üzrə müəyyən edilmiş halları və təqdim olunmuş sübutları onların qarşılıqlı əlaqəsində tam qiymətləndirməmişdir.

109. Belə ki, tərəflər arasında alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsinə dair müqavilənin “xxxx” MMC ilə cavabdeh2 MMC arasında bağlanması özlüyündə cavabdeh1 mübahisəli hüquq münasibətlərindən kənar şəxs olması barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Iş materiallarından görünür ki, malların sifariş edilməsi, əldə olunması, sonrakı realizasiyası və tərəflər arasında hesablaşmaların aparılması ilə bağlı faktiki hərəkətlər bilavasitə cavabdeh1 tərəfindən həyata keçirilmiş, ödənişlərin bir hissəsi də onun tərəfindən nağd və köçürmə yolu ilə edilmişdir.

110. Bununla yanaşı, cavabdeh1 müxtəlif vaxtlarda verdiyi izahatlarında iddiaçı ilə mövcud olmuş münasibətləri, malların alınmasını və ödənişlərin həyata keçirilməsini inkar etməmiş, habelə borcun mövcudluğunu qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında da o, “borcumun olduğunu inkar etmirəm, mənim 95.613 manat borcum var” bildirməklə mübahisəli 95.613,25 manat məbləğində borcun mövcudluğunu və həmin borca münasibətini açıq şəkildə təsdiq etmişdir.

111. Iş materiallarında cavabdeh1 iddiaçıdan alınmış malların dəyərinin ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürməsinə dair məlumatların olması da nəzərə alınmalıdır (cinayət işi üzrə icraatda verilən izahatlar, e-mail yazışmaları və s.). Bu hallar onun yalnız cavabdeh2 MMC direktorunun qardaşı və ya şirkətin adından ayrı-ayrı texniki hərəkətləri həyata keçirən şəxs kimi çıxış etmədiyini, mübahisəli alqı-satqı və hesablaşma münasibətlərində bilavasitə iştirak etdiyini göstərir.

112. Digər tərəfdən, cavabdeh2 MMC-nin də mübahisəli borca görə məsuliyyəti istisna edilmir. Alqı-satqı müqaviləsi həmin hüquqi şəxslə bağlanmış, malların təqdim edilməsinə dair elektron qaimə-fakturalar cavabdeh2 MMC-nin adına rəsmiləşdirilmiş, həmin qaimələr qanunvericiliklə müəyyən edilmiş qaydada mübahisələndirilməmiş və ya düzəliş üçün geri qaytarılmamışdır. Buna görə də hüquqi şəxsin sonradan onun rəhbərinin müqavilədən xəbərsiz olması və faktiki hərəkətlərin cavabdeh1 tərəfindən həyata keçirilməsi barədə istinadı iddiaçı qarşısında yaranmış öhdəliyin icrasından azad olunması üçün əsas hesab edilə bilməz.

113. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh1 hərəkətlərinin cavabdeh2 MMC-nin iradəsindən kənar və qanunsuz həyata keçirildiyi iddia edilsə də, şirkət tərəfindən onun həmin hərəkətlərinə qarşı vaxtında etiraz edilməsi, bağlanmış əqdin və elektron qaimələrin mübahisələndirilməsi, yaxud onun şirkətin mənafeyinə zidd hərəkətlərinə görə məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

114. Beləliklə, müqavilənin cavabdeh2 MMC ilə bağlanması və elektron qaimələrin həmin hüquqi şəxsin adına rəsmiləşdirilməsi ilə yanaşı, cavabdeh1 mübahisəli münasibətlərin faktiki həyata keçirilməsində bilavasitə iştirakı, ödənişləri şəxsən həyata keçirməsi, alınmış mallar və hesablaşmalar barədə məlumatlı olması, borcun ödənilməsinə dair üzərinə öhdəlik götürməsi və nəhayət, məhkəmə iclasında 95.613,25 manat məbləğində borcun mövcudluğunu şəxsən etiraf etməsi ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməlidir.

115. Bu baxımdan, birinci instansiya məhkəməsinin yalnız alqı-satqı müqaviləsinin formal tərəfinin cavabdeh2 MMC olmasına istinad etməklə cavabdeh1 münasibətdə iddianı rədd etməsi işin faktiki hallarına və sübutların məcmusuna uyğun hesab edilə bilməz. Məhkəmə mübahisəli münasibətlərin yalnız formal rəsmiləşdirilməsini deyil, tərəflərin faktiki davranışını, öhdəliyin kim tərəfindən qəbul və icra edilməsini, habelə borcun sonradan kim tərəfindən etiraf edilməsini də nəzərə almalı idi.

116. Iddiaçının “730.681,33 manat cərimənin cavabdehdən tutulması” tələbini kollegiya qismən əsaslı hesab edir:

117. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

118. Bu kontekstdə kollegiya hesab edir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 15 000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, cavabdehin aldığı malların dəyərinin çox böyük hissəsini ödədiyini və qalıq borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçının məruz qaldığı maddi itkiləri nəzərə alır.

119. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının müvafiq hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası.

QƏT ETDI:

İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi qismən təmin edilsin. ##.##.2022-ci il tarixli **/** saylı müqavilə üzrə cavabdeh2 MMC və cavabdeh1 335.803,40 manat əsas, 60.444,61 manat ƏDV, 15 000 manat dəbbə pulu, idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 519,3 manat dövlət rüsumu olmaqla, cəmi 411.767,31 (dörd yüz on bir min yeddi yüz altmış yeddi manat otuz bir qəpik) manat tutulub İddiaçı MMC-nin hesabına ödənilsin. Iddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 247 (iki yüz qırx yeddi) manat cavabdeh2 MMC və cavabdeh1 alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar