Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-520/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı2 Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: şikayətin formasına əməl olunmaması, apellyasiyanın qeyri-mümkün hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Qocayev Tural Şəmsi oğlundan və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Musayeva Aytac Elşən qızının katibliyi ilə iddiaçı2 Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından Cavabdeh qanuni nümayəndəsi tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat
1. iddiaçı2 Anonim Şirketinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, 11 073,26 manat məbləğində əsas borc, 1993,19 manat məbləğində ƏDV borcu olmaqla ümumilkdə 13 066, 45 manat borcun, 1107 manat cərimənin və 133 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin # ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır.
3. Həmin qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.
4. ## ###### 2026-cı il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət də məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat
5. Bakı Apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh məhkəmənin sonuncu, yəni şikayətin geri qaytarılması barədə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini tələb etsə də, qərardadı hansı hissədə mübahisələndirdiyini, nəyə görə bu qərardadı düzgün hesab etmədiyinin konkret əsaslarını, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları şikayətində qeyd etməmiş, ümumiyyətlə şikayətin geri qaytarılması barədə qərardadın qanunsuz və əsassız olmasına dair heç bir əsaslandırma aparmamışdır.
7. Kollegiya həmçinin qeyd etmişdir ki, “şikayətin dəlilləri cavabdehin daha əvvəl iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardaddan vermiş olduğu şikayətin dəlilləri ilə eynilik təşkil edir. Həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən baxılmadan geri qaytarılmışdır. Cavabdeh həmin şikayətdə irəli sürdüyü dəlilləri eyni ilə hazırkı şikayətində də qeyd etməklə məhkəmənin geri qaytarma barədə qərardadını yox, dolayısı ilə iddia ərizəsinin icraata qəbul edilmə barədə qərardadını mübahisələndirmişdir. Hazırkı apellyasiya baxışının predmeti isə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad deyildir”.
Hazırkı apellyasiya icraatının başlanılmasına əsas verən məhkəmə aktı
8. Məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətin geri qaytarılması qərara alınmış, həmin qərardaddan verilən şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
10. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
11. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
12. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: .... 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar.
13. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
15. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir;
16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
18. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur); hazırda mümkünlüyü yoxlanılan şikayət isə sözügedən formaya uyğun tərtib olunmamış, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər MPMə * saylı Əlavədə nəzərdə tutulmuş qaydada əks etdirilməmişdir.
19. Digər tərəfdən cavabdeh şikayətdə təkrar olaraq iddia ərizəsinin icraata qəbul edilmə barədə qərardadını mübahisələndirmişdir. Hazırkı apellyasiya baxışının predmeti isə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad deyildir.
20. Buna görə də apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur, apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadıqda isə, şikayət qəbul olunmamış hesab edilir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-**/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadından Cavabdeh qanuni nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov