Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-527/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, KTA- KTT-**/**** №-li Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən ##.##.2025-ci il tarixədək yaranmış 2050,70 manat gecikdirilmiş əsas borc, 466,41 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 2517,11 manat borc məbləğinin, ##.##.2022-ci il tarixli, KTA-KTT-**/**** №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə qədər 2029,95 manat gecikdirilmiş əsas borc, 467,85 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 2497,80 manat borc məbləğinin və ##.##.2022-ci il tarixli KTA-KTT-**/**** №-li nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə qədər 6740,25 manat gecikdirilmiş əsas borc, 1553,33 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 8293,58 manat borc, yekunda isə 13 310 manat borc və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, KTA-KTT-**/**** nömrəli, ##.##.2022-ci il tarixli, KTAKTT-**/**** nömrəli və ##.##.2022-ci il tarixli, KTA-KTT**/**** nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 müqaviləsinə xitam verilməsi və 1 ədəd “Solis 26” markalı traktor, 1 ədəd “Solis Mini MB SLMBP-2” markalı kotan, 1 ədəd “Solis 3,5 X1” markalı rotavator,1 ədəd “Karaova KO45-630” markalı rotavator və 2 ədəd “Cansa Can-D.H.G.-48K” markalı malanın ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2022-ci il tarixli KTA-KTT-**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 2050,70 manat (iki min əlli manat yetmiş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, ##.##.2022-ci il tarixli KTA-KTT**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 2029,95 manat (iki min iyirmi doqquz manat doxsan beş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, ##.##.2022-ci il tarixli KTAKTT-**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 6740,25 manat (altı min yeddi yüz qırx manat iyirmi beş qəpik) əsas borc, 340 (üç yüz qırx) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110,90 manat (yüz on manat doxsan qəpik) manat olmaqla, ümumillikdə 11471,80 manat (on bir min dörd yüz yetmiş bir manat səksən qəpik) məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2022-ci il tarixli KTA-KTT-**/**** nömrəli, ##.##.2022-ci il tarixli KTA-KTT-22/9751 və ##.##.2022-ci il tarixli KTA-KTT**/**** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqavilələrinə xitam verilməsi, lizinq predmetini təşkil edən 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X1 markalı rotavator,1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa Can-D.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir . Qətnamədən Cavabdeh MMC-nin qanuni nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; MPMnin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur). Hazırda mümkünlüyü yoxlanılan şikayət isə sözügedən formaya uyğun tərtib olunmamış, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər MPM-ə * saylı Əlavədə nəzərdə tutulmuş qaydada əks etdirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna da uyğun deyildir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; iddiaçının nümayəndəsi verdiyi şikayətdə həmin tələblərə də riayət etməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Cavabdeh MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətində isə pozuntunun nədən ibarət olmasına, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin hansı maddi və prosessual hüquq normalarının pozulduğuna, pozuntunun nədən ibarət olmasına dair izah verilməmişdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin qanuni nümayəndəsinin şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-527/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-527/2026
12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver