Məhkəmə qərarları › İş №e-2-2(3-6)-557/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-557/2026

16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-557/2026 16.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin cavabdeh Allahyarlı Cavid Əliyar oğluna qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: daxili maliyyə lizinqi müqaviləsi, lizinq ödənişləri, lizinq obyektinin qalıq dəyəri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və AbdullayevElşənUğuroğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları

1. X2 (satıcı), “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC (lizinq verən) və Cavabdeh (lizinq alan) arasında ##.##.2022-ci il tarixdə İF/06048 nömrəli “Lizinq obyektinin alqı-satqı müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq satıcı lizinq alan tərəfindən seçilmiş və müqavilədə təsvir edilən “Toyota Aurion” minik markalı, ** AX *** dövlət nömrə nişanlı, 2008-ci il buraxılışlı, qara metalik rəngdə olan nəqliyyat vasitəsini lizinq verənə satmağı, lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə etməyi və razılaşdırılmış məbləği satıcıyaödəməyiöhdələrinəgötürmüşlər.

2. Lizinq verən müqavilənin ayrılmaz hissəsi hesab olunan * saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edərək muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi vəlizinqödənişlərinihəyatakeçirməyiöhdələrinəgötürmüşlər.

3. Müqavilənin 1.3-cü bəndində təsbit olunmuşdur ki, tərəflər nəqliyyat vasitəsinin qiymətini23000manatməbləğindəmüəyyənedirlər.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən, əmlakın təhvil-təslim verilməsi anına qədər onun oğurlanması, itirilməsi, məhv olunması və zədələnməsi riskini satıcı, təhvil verəndən sonra isə lizinq alan daşıyır. Lizinq verən heç bir halda əmlakın keyfiyyətinə, onda yarana biləcək çatışmazlıqvəəmlaklabağlırisklərəməsuliyyətdaşımır.

5. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin 2.2-ci bəndində göstərilmiş qaydada əmlakıAlıcı-LizinqverəniniştirakıiləLizinqalanatəhvilverməksatıcınınvəzifəsidir.

6. Müqavilənin 3.4-cü bəndinə əsasən, satıcı bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə, alıcı-lizinq verənin birinci tələbi ilə öhdəliklərin icrasının hər gecikdirilmiş günü üçün alıcı-lizinq verənə əmlakın bu müqavilənin 1.3-cü bəndində göstərilənqiymətin0,1faizhəcmindəpenyaödəməyiözöhdəsinəgötürür.

7. Müqavilənin 3.5-ci bəndinə əsasən, bu müqavilənin 3.2-ci bəndində gösətirlən gecikmə 10 və daha artıq təqvim günü təşkil edərsə, alıcı-lizinq verən bu müqaviləni dərhal bir tərəfli qaydada ləğv edərək bu müqavilənin 3.4-cü bəndinə uyğun hesablanmış penyanm ödənilməsini tələbedəbilər.

8. Müqavilənin 4.1-ci bəndinə əsasən, alınan əmlakın dəyərini həmin əmlak satıcı tərəfindən Alıcı-lizinq verənin iştirakı ilə lizinq alana təhvil veriləndən sonra 30 iş günü ərzində satıcınıntəqdimetdiyibankhesabaödəməkalıcı-lizinqverəninvəzifələridir.

9. Müqavilətərəflərinimzasıvəlizinqverəninmöhürüilətəsdiqedilmişdir.

10. IF/***** nömrəli ##.##.2022-ci il tarixli nömrəli daxili lizinq müqaviləsinə * saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, lizinq alan Cavabdeh müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi ##.##.2023-ci ildir) ##.##.2023-cü ildən başlayaraq ##.##.2025ci ilədək (daxil olmaqla) hər ay 824,47 manat olmaqla cəmi 29 680,86 lizinq ödənişlərini “Bank OlmayanKreditTəşkilatıİDK”MMC-yəödəməliidi.

11. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir.

12. ## #### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən, IF/***** nömrəli ##.##.2022-ci il nömrəli daxili lizinq müqaviləsində göstərilən lizinq predmeti olan 1 ədəd “Toyota Aurion MİNİK” markalı**AX***dövlətnömrənişanlıavtomobillizinqalanatəhvilverilmişdir.

13. ##.##.2023-cü il tarixdə tərtib edilmiş müstəqil ekspert (X3 VÖEN – 1600714912) rəyinə (qüsur aktına) əsasən, “Toyota Aurion MİNİK” markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği ehtiyat hissələrinə tələb olunan xərc 4116 manat və işçilik xərcləri1360manatolmaqlacəmi5476manattəşkiledir.

14. ##.##.2023-cü il tarixli ***/** nömrəli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktına əsasən, qeyd edilən tarixə “Toyota Aurion MİNİK” markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 5476 manat, həmin avtomobilin real dəyəri 20 000 manat təşkil etmiş və avtomobilin qalıq hissəsinin dəyəri 14 000 manatməbləğindəmüəyyənolunmuşdur.

15. ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən, daxili lizinq müqaviləsi üzrə Cavabdeh əsas borcu 17 414,77 manat, müqavilə müddəti bitənədək faiz borcu 4701,98 manat, müqavilə müddəti bitənədək cərimə borcu 120,67 manat olmaqla, ümumi borcu 22 237,42 manat təşkiledir.

16. ##.##.2023-cü il tarixli digər maliyyə arayışına əsasən, daxili lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra Cavabdeh əsas borcu 8237,42 manat olmaqlacəmiborcu8237,42manattəşkiledir.

17. ##.##.2023-cü il tarixli ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh ##.##.2023-cü ildə 825 manat, ##.##.2023-cü ildə 820 manat olmaqla cəmi 1645 manat ödəniş etmiş və ##.##.2023-cüiləborc6598,40manattəşkiledir.

18. ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən, daxili lizinq müqaviləsi üzrə Cavabdeh ## #### 2023-cü ilədək əsas borcu 17 414,77 manat, müqavilə müddəti bitənədək faiz borcu 2612,21 manat, müqavilə müddəti bitənədək cərimə borcu 120,67 manat olmaqla, ümumi borcu20147,65manattəşkiledir.

Birinci instansiya məhkəməsindəki birinci icraat və qəbul olunmuş məhkəmə aktı

19. “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli İF/06048 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 8237,42 manat borcun və ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında ##.##.2022-ci il tarixli İF/06048 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmış, müqaviləyə əsasən “Toyota Aurion MİNİK” markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmişdir. İki ay ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilmir. Lizinq obyekti tərəflərindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə qəzaya uğramış avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 14 000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdehin ##.##.2022-ci il tarixli İF/06048 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə ##.##.2023-cü il tarixinə olan əsas borcu 17 414,77 manat, faiz borcu 4701,98 manat, cərimə borcu 120,67 manat, cəmi 22 237,42 manat təşkil edir. Cavabdehin halhazırda (22 237,42 – 14 000) 8237,42 manat borcu vardır. Qanunvericiliyin tələbinə görə mübahisənin mediasiya qaydasında həlli mümkün olmamış, cavabdeh İMS-də iştirak etmədiyi üçünİMS-daiştirakedilməməsibarədəarayıştərtibedilmişdir.

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş vəgəlməməsininsəbəbləribarədəməhkəməyəməlumatverməmişdir.

22. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehiniştirakıolmadanqiyabiicraatqaydasındabaxılmasınımümkünhesabetmişdir.

23. Birinci instansiya məhkəməsinin ## ###### 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinintəminedilməsiqətolunmuşdur.

24. Məhkəmənin ## ###### 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə əsasında verilən icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmiş, Yasamal rayon icra şöbəsinin icra məmuru tərəfindən ## #### 2024cüiltarixliicraatabaşlamaqhaqqındaqərarqəbuledilmişdir.

Birinci instansiya məhkəməsindəki ikinci icraat və qəbul olunmuş məhkəmə aktı

25. Cavabdeh ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmiş, məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı ilə ##.##.2023-cü il tarixli qiyabi qətnamənin ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.

26. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə verərək, 21749,81 manatdan avtomobilin qalıq hissəsinin dəyəri 14 000 manat çıxıldıqdan sonra qalan 7749,81 manatın və mediasiya xərci olaraq 100 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddianın rədd olunmasını xahiş etmişdir.

28. Məhkəmənin ## ######## 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir.

29. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən toplanmış məlumatlar və aparılmış təhlil əsasında ##.##.2023-cü il tarixli AKT-***/** saylı qiymətləndirmə aktı nəzərə alınmaqla “Toyota Aurion” markalı ** AX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün dəyişdirilməsi tələb olunan ehtiyat hissələrinin və görülmüş işlərin (xidmətlərin) dəyəri yuvarlaq hesabla təxminən4796 manat məbləğindəmüəyyənolunmuşdur.

30. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 6545,81 (altı min beş yüz qırx beş manat səksən bir qəpik) manat məbləğində əsas borcun, 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutularaq “BankOlmayan Kredit Təşkilatı İDK” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsiqətolunmuşdur.

31. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC (lizinq verən) ilə cavabdeh Cavabdeh (lizinq alan) (satıcı X2) arasında Ilizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən "Bank Olmayan Kredit Təşkilatı İDK” MMC müqavilə üzrə öhdəliklərini icra edərək lizinq obyekti olan Toyota Aurion MİNİK markalı ** AX *** dövlət nömrə nişanlı avtomobili lizinq alan Cavabdeh təhvil verilsə də, lizinq alan IF/***** nömrəli ##.##.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir.

 Göründüyü kimi lizinq alan Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən "Bank Olmayan Kredit Təşkilatı İDK” MMC Mülki Məcəllənin 748-1. 12-ci maddəsinin tələblərinə əsasən müqaviləni birtərəfli qaydada ləğv etməklə lizinq ödənişlərinin ödənilməsini, eləcə müqavilədə nəzərdə tutulmuş penyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

 Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə cəmi 1645 manat məbləğində pul vəsaiti (1-ci və 2-ci ay üçün lizinq ödənişləri) ödənilmiş və müqavilə üzrə ödənilməsi nəzərdə tutulmuş əsas məbləğin qalan hissəsi, müqavilə müddəti bitənədək faiz borcu, dəbbə pulu, idda ərizəsinə dəqiqləşmədən göründüyü kimi cəmi 21749.81 manat məbləğində borc ödənilməmiş qalmışdır.

 Hazırkı halda iddiaçı "Bank Olmayan Kredit Təşkilatı İDK” MMC hazırkı iddia ərizəsində lizinq ödənişləri üzrə əsas borcun, mükafatın və dəbbə pulunun ödənilməsinə dair tələbi irəli sürərkən onun mülkiyyətində qalmış lizinq əmlakının qalıq dəyərini nəzərə almış və ümumi borc məbləğindən lizinq obyektinin qalıq dəyərini çıxaraq, ümumi bor olan 21749.81 manatdan avtomobilin qalıq hissəsinin dəyəri 14000 manat cıxaraq 7749.81 manat pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyində avtomobilə dəyən zərərin 4796 manat müəyyən edilməsi nəzərə alınaraq, avtomobilin qalıq dəyəri (20000(avtomobilin dəyəri)- 4796=15204)15204 manat müəyyən edilməli, və cavabdehin borcu olan 21749.81 manatdan avtomobilin qalıq dəyəri olan 15204 manat çıxılaraq(21749.81 manat - 15204 manat = 6545.81) cavabdehdən iddiaçının xeyrinə 6545.81 manat məbləğində borc tutulmalı, iddia qismən təmin edilməlidir.

32. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 443.7-ci, 448.1-ci, 747.1-ci, 748-7.1-ci,maddələrinəistinadetmişdir.

33. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki; “....İddiaçı “Toyota Aurion” markalı ** AX *** dövlət qeydiyyat nişanlı avtomaşını ## #### 2025ci il tarixdə təhvil aldığını qeyd edir. Bu barədə yalnız nümayəndə tərəfindən yazılmış akt göstərilir. Həmin aktda avtomaşının hansı vəziyyətə götürüldüyü qeyd edilmir. Yalnız bir ay sonra yenidən akt tərtib olunur və avtomaşında qəza olduğunu göstərirlər. Bir ay ərzində iddiaçı tərəf özü də bu qəzanı törədə bilərdi. Həmin avtomaşının qəza törətməsi ilə bağlı hansısa məlumat yoxdur. Ancaq görünən odur ki, avtomaşının daxili təmiri barədə aktda qeyd olunur. İstənilən avtomaşında daxili təmir aparıla bilir. Bunun cavabdeh tərəfindən törədildiyi və təmirə səbəbin cavabdehin olması barədə hər hansı bir məlumat yoxdur. Həmin mütəxəssis rəyində yazılmış qiymətlər müstəqil mütəxəssis tərəfindən tam şişirdilmiş qiymətlərdir. Mütəxəssis görmədiyi avtomaşına rəy vermişdir. Həmin rəydə göstərilənlərin hazırki mübahisəli avvtomaşına aid olması müəyyən olunmur. Əgər avtomaşın götürülərkən qəzalı vəziyyətdə olması barədə tərəflər arasında akt tərtib olunsaydı onda zərər tutula bilərdi. Lizinq tərəfinin təqdim etdiyi sənədlərin sübutların əsası yoxdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, foto şəkillərdən də göründüyü kimi avtomaşın saz vəziyyətdədir. İddiaçının nümayəndəsi avtomaşının təmir edilmədiyini və lizinq müqaviləsinə əsasən başqa şəxsə verildiyini bildirdi. Həmin müqavilədən görünür ki, avtomaşın saz vəziyyətdə 3-cü şəxsə lizinqə verilmişdir Bu o, deməkdir ki, avtomaşın saz vəziyyyətdə olmuş, saz vəziyyətdə də başqa şəxsə verilmişdir. Ümumiyyətlə foto şəkillərin həmin avtomaşına aid olması müəyyən olunmur. Avtomaşın həmişə saz vəziyyətdə olmuş və iddiaçının nümayəndəsi tərəfindən zorakılıq ilə götürülmüşdür. Halbuki, həmin avtomaşını götürməyə onun icazəsi və ixtiyarı yox idi. Ona həmin sələhiyyət verilməmişdir. Bununla bağlı heç bir sənəddə təqdim edilməmişdir. Avtomaşının nəzərdətutulmuşaylığıtamödənilmişdir.Odurki,iddiatələbitamrəddolunmalıdır.” Apellyasiya şikayətinə qarşı etiraz

34. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı

35. İşə baxılmasının vaxtə (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri)məhkəməyəgəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

40. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtinməzmunununbuMəcəllədəgöstərildiyihallaristisnatəşkiledir.

41. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.

42. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkənümidetməyəhaqqıçatanlardanxeylidərəcədəməhrumolur.

43. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxmasışəraitindəyişməsinəbərabərtutulur.

44. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formadabağlanır.

45. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqdairəlisürəbilər.

46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

47. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alanmüəyyənləşdirilmişdövrilikləmuzdödəməyəborcludur.

48. Maddə 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəayoxdursa,lizinqalanınlizinqpredmetiniəldəetməyəixtiyarıçatır.

49. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinqverənəondanaldığıvəziyyətdə(halda)qaytarmalıdır.

50. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinqverəninmülkiyyətidir.

51. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıqödəmirsə.

52. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinqobyektininfaktikiqəbuluanındanlizinqalandaşıyır.

53. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmişdigərxərclərnəzərəalınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

58. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

Apellyasiya baxışının həddi

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

61. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiyabaxışınınpredmetideyildir.

Məhkəmə kollegiyasının mövqeyi

62. Kollegiya mübahisələndirilən hissə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərinqarşılıqlımünasibətləriüzrədüzgünnəticəyəgəlmişdir.

63. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

64. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

65. Tərəflər arasında bağlanmış müqavilədən və mülki qanunvericiliyin tələblərindən aydın şəkildə görünür ki, lizinq alan öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduqda müqavilənin məhkəmədənkənarqaydadaləğvedilməsimüəyyənediləbilər.

66. Bu xüsusatda kollegiya qeyd edir ki, qanunvericinin bu tənzimləmə ilə güdmək istədiyi məqsəd məhz lizinq alanlar tərəfindən müqavilə üzrə sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir.

67. Cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, lizinq müqaviləsinin birtərəfli ləğvi üçünəsaslaryaranmışdır.

68. Kollegiya məhkəmənin ##.##.2022-ci il tarixli İF/06048 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq borcunun məbləğini hesablayarkən lizinq obyektinin qalıq dəyərinin nəzərə alınmalıolmasıiləbağlıyanaşmasıilədərazılaşır.

69. Belə ki, lizinq obyektinin qalıq dəyərinin 15 204 manat (20000 (avtomobilin dəyəri)- 4796=15 204) müəyyən edildiyi, cavabdehin ##.##.2022-ci il tarixli İF/06048 saylı müqavilə üzrə yekun borcunun 21749,81 manat təşkil etdiyi nəzərə alındıqda, 21749,81 – 15 204= 6545,81 manatcavabdehdəniddiaçınınxeyrinətutulmalıdır.

70. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanunivəəsaslıqətnaməqəbuledildiyinəgörəqətnamədəyişdirilmədənsaxlanılmalıdır.

71. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlıdeyildir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünəaidolunsun. Qətnamədənkassasiyaşikayətiveriləbilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar