Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-579/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC və cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: dəymiş zərər, işgüzar adətlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC və cavabdeh1 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. İddiaçı (satıcı) ilə “xxxx” MMC-nin adından REF/****/**** saylı, ##.##.2022 tarixli etibarnamə əsasında çıxış edən “MKT-Ağcabədi” filialı (alıcı) arasında imzalanmış ## ###### 2023-cü il tarixli, ******** saylı “2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 2023-cü il mövsümü üzrə xampambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması. Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödəniləməsindən ibarətdir. 2.1.2-ci bəndinə əsasən satıcı 1.20 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara və ## ###### 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimat'ın tələblərinə əsasən Azərbaycan X14 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və Alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin ## ###### 2023-cü il tarixindən gec olmayaraq təhvil verilir. 2.1.3-cü bəndinə əsasən təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq Alıcı tərəfindən xam pambığın qurudulmasına çəkilən xərclər hazırkı müqavilənin avrılmaz hissəsini təşkil edən "Qiymətlərin razılaşdırma protokolunda” nniəvvən edilmiş qavdada qarşılıqlı hesablaşmalar aparılan zaman satıcı tərəfindən alıcıya ödəniləcək. 3.1-ci bəndə əsasən Alıcı Satıcının təhvil verdiyi xam pambığın dəyərini hazırki müqavilənin avrılmaz hissəsini təşkil edən "Qiymətlərin razılaşdırma protokolunda" müəvvən olunmuş satınalma qiymətlərinə uvgun olaraq alış tarixindən 15 (on beş) bank günü ərzində Satıcıya ödəməlidir. 6.5-ci bəndə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması üzrə məsuliyyət satıcının üzərində qalır.
2. 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 23 285 *** nömrəli müqaviləyə əlavə "Qiymətlərin razılaşdırma protokolu"nda qeyd olunmuşdur ki, "Satıcı" tərəfindən "Alıcı" ya təhvil verilən xam pambığın satınalma qiyməti: xam pambığın 1-ci növü üzrə 800 manat, 2-ci növü üzrə 780 manat, 3-cü növü üzrə 740 manat, 4-cü növü üzrə 700 manat, həmçinin Alıcı" tərəfindən "Satıcı" ya göstərilən aqrotexniki xidmətlərin qiymətləri, "Alıcı" tərəfindən xam pambığın qurudulması xidmətləri, Alıcı tərəfindən Satıcıya verilən bardan və fartukların satış qiymətləri razılaşdırılmışdır.
3. “xxxx” MMC-nin Idarə Heyətinin ** saylı, ##.##.2025-ci il tarixli Protokolu ilə İddiaçı (23 285 280), X2 (23 285 281) və X4 (23 285 131) məxsus, ümumilikdə 5 780,12 manat əsas, 2 333,43 manat cərimə və 141,13 manat rüsum borclarının proqram təminatından və balansdan silinməsi qərara alınmışdır.
4. ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən “xxxx” MMC-nin “MKT- Ağcabədi” Filialına ünvanlanmış ##.##.2022 tarixli, 23 285 131 müqavilə üzrə sifariş ərizəsində qeyd olunmuşdur ki, ## ###### 2023-cü il tarixli, ******** saylı "Xam pambığın alqı-satqısına və aqrotexniki xidmətlərin göstərilməsinə dair qarışıq Müqavilə"nin ayrılmaz tərkib hissəsi olan "Qiymətlərin razılaşdırma protokolu"nda göstərilən. aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin "xxxx" MMC tərəfindən göstərilməsini sizdən xahiş edirəm. Tərəfinizdən görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini öhdəmə götürürəm. Eyni zamanda, pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəmə götürürəm. Sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının (xam-pambıq) risklərdən qorunması məqsədi ilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş edirəm. Aqrar sığorta müqaviləsi üzrə tərəfinizdən ödənilmiş 23,42 manat məbləğində sığorta haqqını gələcəkdə xampambığın alqı-satqısı üzrə təhvil verəcəyim məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəmə götürürəm. Qəbul edirəm ki, bu sifariş ərizəsi sığorta müqaviləsi deyil və sığorta müqaviləsi sənədlər müvafiq sığorta qaydalarına uyğun olduqdan sonra bağlanılacaq.
5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2023-cü il tarixdə imzalanmış, ##.##.2023-cü il tarixli, 23 285 *** nömrəli müqavilə üzrə sifariş ərizəsindəki imzanın İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, AR ƏN MEM-in ## ###### 2026-cı il tarixli, */** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, “xxxx” MMC ilə İddiaçı adlarından olan ##.##.2023-cü il tarixli 23 285 *** nömrəli müqavilə üzrə ##.##.2023-cü il tarixli “Sifariş ərizəsi”ndə “İddiaçı” qrafası qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
6. ##.##.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, həqiqətən ## #### 2023-cü il tarixdə, saat 15:00 radələrində Ağcabədi rayonunun Qaraxanlı və Boyat kəndləri ərazisinə güclü dolu yağışı yağması nəticəsində xxxx MMC-nin Ağcabədi filialı ilə müqavilə əsasında pambıq əkmiş fermerlərin əkin sahələrinə ziyan dəyməsi ilə əlaqədar olaraq həmin sahələrə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, yuxarıda qeyd olunan 74.44 ha pambıq əkin sahəsindən 42 ha pambıq bitkisi tamamilə məhv olmuş yəni bütün bar orqanları tökülmüş yalnız torpaq səthindən 5-6-sının gövdə çubuğu qalmışdır. 20.76 ha ciddi ziyan dəymiş, yəni generativ orqan tökülmüş özünü bərpa etmək ehtimalı var. Qalan 11.68 ha isə sahənin müəyyən hissəsində bitkilərin yarpaqları bar orqanlarının düşməsi, boy nöqtəsinin qırılması müşahidə olunmuşdur ki, bu da qismən ziyanlıqdır. Burada aqrotexniki tədbirlər ardıcıl davam edərsə pambıq kolları özünü gecikmə ilə bərpa edəcəkdir.
7. "xxxx” ASC ilə İddiaçı arasında imzalanmış BS-******Ğ***-AS saylı X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsinə əsasən aqrar sığortaçı cavabdeh1 adından "xxxx" ASC, aqrar sığorta olunan, faydalanan şəxs, aqrar sığortalı İddiaçı, sığorta predmeti bu müqavilənin * nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları, sığorta məbləği ümumi sığorta məbləği 640 AZN, sığorta haqqı hər bir predmet üzrə müqavilənin ümumi sığorta haqqı 7.82 AZN təşkil edir.
8. BS-******Ğ***-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - Lazer, əkin sahəsi 0.2 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, sığorta məbləği 640 manat, sığorta haqqı 7.82 manat təşkil edir.
9. "xxxx” ASC ilə İddiaçı arasında imzalanmış BS-**********-AS saylı X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Şəhadətnaməsinə əsasən aqrar sığortaçı cavabdeh1 adından "xxxx" ASC, aqrar sığorta olunan, faydalanan şəxs, aqrar sığortalı İddiaçı, sığorta predmeti bu müqavilənin * nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları, ümumi sığorta məbləği 3200 AZN, sığorta haqqı 39.04 AZN təşkil edir.
10. BS-**********-AS saylı sığorta şəhadətnaməsinə * saylı Əlavəyə əsasən məhsulun adı Pambıq - Lazer, əkin sahəsi 1 ha, bir hektar sahənin sığorta dəyəri 3200 manat, sığorta məbləği 3200 manat, sığorta haqqı 39,04 manat təşkil edir.
11. X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Hadisəsinin Araşdırılması barədə müstəqil ekspertin rəyində qeyd olunmuşdur ki, (Sığorta müqaviləsinin nömrəsi BS- 2023036656-AS, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ##.##.2023-##.##.2023, hadisə tarixi 09.09.23-25.09.23) ##.##.2023 tarixində fermer İddiaçı ilə sığortalı pambıq sahəsinə gedildi. Ekspertiza zamanı məhsul yığıldığı müəyyən olunmuşdur. X6 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Hadisəsinin Araşdırılması barədə müstəqil ekspertin rəyində qeyd olunmuşdur ki, (Sığorta müqaviləsinin nömrəsi BS-2023036651-AS, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ##.##.2023-##.##.2023, hadisə tarixi 09.09.23- 25.09.23) ##.##.2023-cü il tarixində fermer İddiaçı ilə sığortalı pambıq sahəsinə gedildi. Ekspertiza zamanı məhsul yığıldığı müəyyən olunmuşdur.
12. cavabdeh1 tərəfindən İddiaçı ünvanlamış ##.##.2024-cü il tarixli “sığorta ödənişinin verilməsindən imtina edilməsi haqqında” məktubda qeyd olunmuşdur ki, Hadisə barədə məlumat verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydalarının 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən zərərin qiymətləndirilməsinin aparılmasının mümkün olmaması, sığortalanmış ərazidə bəyan ediimiş sığorta predmetinin biçildiyi təsbit edilərək təminat verilən risk nəticəsində zərər dəyməməsi müəyyən edilmişdir. Qaydaların 1.22.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən zərər dəymiş əmlakın idarəedici quruma təqdim edilməsi ilə bağlı bu Qaydaların 1.19.9-cu yarımbəndinə riayət edilməməsi idarəedici qurumu zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etdikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər.
13. X6 və bitkiçilik məhsullarının sığortası üzrə BS-20230376651-AS, BS-**********-AS saylı sığorta müqavilələri əsasında sığortalanan sahələrə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Fond tərəfindən Sizə sığorta ödənişlərinin verilməsindən imtina edilir.
14. AR ƏN MEM-in ## ###### 2026-cı il tarixli, */** nömrəli ekspert rəyində ekspertiza xərclərinə dair bildiriş hissəsindən görünür ki, aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir.
15. ##.##.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi ziyanın – 3668 manat 49 qəpik pulun və ödədiyi 57 manat dövlət rüsumunun cavabdehlər “xxxx” MMC (xxxx MMC) və cavabdeh1 hesabından tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-nin adından (indiki “xxxx” MMC) REF/****/**** saylı, ##.##.2022 tarixli etibarnamə əsasında çıxış edən “MKT- Ağcabədi” filialı ilə 1.20 ha torpaq sahəsində pambıq əkini üçün ## ###### 2023-cü il tarixdə ******** saylı “2023-cü il mövsümü üzrə xam pambığım alqısatqısına dair” Pambığın alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən 2023-cü il mövsümü üzrə xampambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin (yəni, aqranom məsləhətləri, kənd təsərüffatı texnikası ilə iddiaçının sahəsində aparılan aqrotexniki işlər, toxum, gübrə, pesitisidlərin və avans ödənişlərin verilməsi) cavabdeh tərəfindən iddiaçıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, iddiaçı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlükdə cavabdehə təhvil verilib satılması və cavabdeh tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur.
17. Həmçinin Müqavilə bağlanan zaman əkiləcək pambıq məhsulunun sığortalanması üçün iddiaçı tərəfindən aqrar sığorta üçün “Sifariş ərizəsi” cavabdehə verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən fermerlər tərəfindən sığorta üçün sifariş ərizəsi cavabdehə verilir, cavabdeh isə çiyid torpağa səpilən vaxtdan etibarən məhsulun sığortalanması prosesini həyata keçirməli idi. Iş materiallarına əlavə edilmiş xərclər cədvəlindən də görünür ki, iddiaçının sahəsində ##.##.2023-cü il tarixində çiyid səpini aparılmış, buna baxmayaraq cavabdeh şirkət səhlənkarlıq etmiş və iddiaçının məhsulunun sığortalanmasını ləngitmiş, bu barədə isə iddiaçıya heç bir məlumat verməmişdir.
18. ##.##.2023-cü il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndinə güclü dolu yağmış, nəticədə 26 nəfər fermerin pambıq məhsulu, eləcə də iddiaçının pambıq məhsulu tamamilə məhv olmuşdur. Bununla bağlı Ağcabədi DAIM-in və cavabdeh şirkətin əməkdaşları sahəyə baxış keçirmiş və akt tərtib olunmuşdur (aktın surəti əlavə olunub). Zərər çəkmiş şəxslərin siyahısı cədvəlindən də görünür ki, iddiaçının sahəsi məhv olmuşdur. Dolu yağma hadisəsindən sonra cavabdeh şirkətin filialına müraciət edən zaman iddiaçıya məlum olub ki, onun sahəsi hələ də sığortalanmayıb. ##.##.2023-cü il tarixdə iddiaçıya məxsus 1.20 hektar sahənin sığortalanması ilə bağlı digər cavabdeh “xxxx ASC-nin iddiaçının dolu vuraraq məhv olmuş pambıq məhsulunun elektron qaydada sığortalanmasını və iddiaçının üzərinə əlavə sığorta xərclərinin yazılmasını öyrənib. Əgər iddiaçı sığorta üçün müraciət etməmişdisə, niyə iddiaçının sahəsinin sığortalanması üçün sığorta şirkətinə ödəniş olunub və 25 iyun tarixində sığortalanıb və ya əgər iddiaçı gec müraciət etmişdirsə niyə olmayan məhsul (dolu vuraraq məhv olmuş məhsul) sığortalanıb, halbuki ##.##.2023-cü il tarixdə dolu vurmuş sahələrlə bağlı tərtib olunmuş aktda cavabdeh şirkətin əməkdaşları iştirak ediblər və iddiaçının sahəsinin dolu vuraraq məhsulun məhv olmasını təsdiqləyiblər. (##.##.2023-cü il tarixli akt əlavə olunub) Iddiaçının əkmiş olduğu pambıq məhsulunun vaxtında sığortalanması üçün ərizə verməsinə baxmayaraq cavabdeh “xxxx MMC-nin (xxxx MMC) səhlənkarlığı ucbatından vaxtında sığortaya verilməməsi nəticəsində sığortalanmaması, digər cavabdeh “Aqrar Sığortaçı”nın isə məhv olmuş məhsulu (olmayan məhsulu) sığortalaması hər iki cavabdeh şirkətin məsuliyyətsizliyini bir daha göstərmiş olur. “xxxx” ASC elektron qaydada yəni ##.##.2023- ##.##.2023-cü il tarixləri əhatə edən sığorta şəhadətnaməsi bağlamışdır. ##.##.2023-cü il tarixdə qeyd olunan pambıq sahəsinə dolu yağmış və nəticədə bütün məhsul zədələnib korlanmışdır. Pambıq sahəsinin sığortalanmasına baxmayaraq ora dəymiş zərər maddi olaraq iddiaçının adına xərc olaraq yazılmışdır. Sığorta edənin məsuliyyətsizliyi nəticəsində pambıq sahəsinə dəyən maddi ziyan ödənilməmişdir. Həmçinin, sığorta edənin məsuliyyətsizliyinə görə sığorta şəhadətnaməsinın bağlanma müddəti gecikmişdir. Iddiaçı müqavilənin şərtlərinə əsasən öz öhdəliklərini layiqincə yerinə yetirsə də, cavabdehlərin məsuliyyətsizliyi nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh “MKT-IK MMC (xxxx MMC) ilə iddiaçı arasında 1.20 hektar ərazidə pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. “Aqrar Sığortaçı”nın sənədlərindən də görünür ki, iddiaçının 1.20 hektar sahəsi bir hektar üzrə məhsuldarlıq 40 sentner olmaqla sığortalanıb. 1.20 hektar pambıq sahəsindən 40 sentnerlə 4800 kq məhsul verməli idi. Dəyəri isə şirkətin alış qiyməti 1 kq üçün 0.80 AZN və dövlət tərəfindən verilən 1 kq məhsul üçün 0.19 AZN subsidiya ödənişi nəzərə alınsa ümumi olaraq 1 kiloqram pambıq məhsulunun dəyəri 0.99 AZN təşkil edir. 4800 kiloqram pambıq məhsulu 0.99 AZN-dən 4752 manat təşkil edir. Cavabdeh “MKT-IK MMC tərəfindən isə iddiaçıya 1083.51 manatlıq mal verilib və aqrotexniki işlər görülüb, yəni iddiaçının borcu yaranıb. Iş materiallarından da göründüyü kimi iddiaçının 1.20 ha sahəsinin sığortalanması nəticəsində iddiaçı 1.20 hektar ərazidən 40 sentnerlə 4800 kq məhsul, yəni 4752 manat əldə etməli idi ki, bununda 1083.51 manatını cavabdehə olan borcunu bağlamalı idi və 3668.49 manat pul əldə etməli idi. Ancaq, cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində bu zərər iddiaçıya ödənilməyib. Dəymiş zərərin ödənilməsi ilə bağlı iddiaçının dəfələrlə şifahi müraciətlərinə və rəhbərliyinin qəbulunda olmasına baxmayaraq hələ də ödənməyib. Bu isə müqavilənin şərtlərinin kobud şəkildə pozulmasına səbəb olmuşdur.
19. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 390.1, 425.1, 427.3, 442-ci maddələrinə istinad olunmuşdur.
20. Cavabdeh cavabdeh1 məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsində qeyd etmişdir ki, sığortalı İddiaçı ilə Fondun adından "xxxx” ASC arasında BS- 2023036651-AS, BS-**********-AS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən sığortalanmış pambıq sahələrinə ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək müqavilənin "sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri, normadan artıq yağan qar yağıntıları) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2023-cü il tarixdə sığortalı tərəfindən Fondun “1651” Çağrı Mərkəzinə ona məxsus pambıq sahələrinə ##.##.2023-cü il tarixində dolu nəticəsində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən BS2023036651-AS və BS-**********-AS nömrəli sığorta müqavilələri üzrə ##.##.2023-cü il tarixində aparılan ekspertiza zamanı məhsulun yığıldığı aşkar edilmişdir. Müstəqil ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən zərərin qiymətləndirilməsinin aparılmasının mümkün olmaması, sığortalanmış ərazidə bəyan edilmiş sığorta predmetinin biçildiyi təsbit edilərək təminat verilən risk nəticəsində zərər dəyməsi müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən sığortalanmış sahədə məhsul biçildiyinə görə zərər müəyyən edilməmiş və Fondun 2024-cü il ## ##### tarixli **-*/*-Q-**-***/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Sığortalı ilə bağlanılmış sığorta müqavilələri üzrə sığortalanmış pambıq sahələrində məhsulun yığılması səbəbindən təminatdaxili zərərin aşkar edilməsi mümkün olmadığına görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
21. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən halları müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, sığorta münasibətləri formal olaraq onun üzərinə qoyulsa da, faktiki olaraq bütün sığortalanma işləri “xxxx” MMC tərəfindən həyata keçirilmiş, həmin şirkət sığorta müqavilələrini bağladıqdan sonra ödənişləri iddiaçıdan almışdır. Iddiaçı qeyd etmişdir ki, 2019-cu ildən etibarən “xxxx” MMC ilə müqavilə bağlamış və hər il onun adından sığorta müqavilələri məhz həmin şirkət tərəfindən rəsmiləşdirilmişdir. Iddiaçı göstərmişdir ki, sığorta hadisəsi ##.##.2023-cü il tarixdə baş vermişdir və hadisə sentyabr ayında deyil, məhz iyun ayında baş vermişdir. O, qarşı tərəfin iddiasına görə ##.##.2023-cü il tarixdə edilmiş müraciətə dair sifariş ərizəsindəki imzanın ona məxsus olmadığını bildirmiş, həmin ərizəni imzalamadığını və ümumiyyətlə hadisədən əvvəl belə bir ərizə təqdim etmədiyini qeyd etmişdir. Iddiaçı bildirmişdir ki, sığorta müqaviləsini bağlamaq üçün şəxsən müraciət etməmiş, bu məsələlər “xxxx” MMC-nin öhdəliyində olmuşdur. O, sığorta üçün ödənişin qarşı tərəfə verildiyini, lakin ərazinin yalnız hadisədən sonra sığortalandığını və bu səbəbdən sığorta ödənişini ala bilmədiyini qeyd etmişdir. Onun sözlərinə görə, qarşı tərəf sığortalanmanı vaxtında həyata keçirməmiş, ona verilən məlumata əsasən ərazi yalnız 25 iyun tarixində sığortalanmışdır. Iddiaçı həmçinin qeyd etmişdir ki, sığortalanma zamanı ərazinin neçə sentner məhsul üzrə sığortalandığını dəqiq bilmir. Iddiaçı bildirmişdir ki, hadisə baş verdikdən sonrakı gün “xxxx” MMC-nin nümayəndələri ilə birlikdə akt tərtib edilmiş və həmin aktda ümumi olaraq bütün ərazilər qeyd edilmişdir. O, tərəflər arasında razılığa əsasən sığorta müqaviləsinin bağlanmasının “xxxx” MMC-nin öhdəliyi olduğunu, lakin bu öhdəliyin yerinə yetirilmədiyini, nəticədə sığorta ödənişini ala bilmədiyini və ərazi vaxtında sığortalansaydı belə mübahisənin yaranmayacağını vurğulamışdır. Iddiaçı məhkəmədən 3668,49 manat məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etmiş, 1083,51 manat borcun silinməsi barədə məlumatının olduğunu bildirmişdir. O, göstərmişdir ki, qeyd olunan zərər əsasən alaq və əraziyə çəkilən xərclərlə bağlıdır. Iddiaçı öz torpaq sahəsinin 1,2 hektar olduğunu, əlavə olaraq 20 sot sahədə də pambıq əkdiyini bildirmişdir. Onun sözlərinə görə, orta məhsuldarlıq əvvəlki illərdə 35,9–37,8 sentner təşkil etmiş, ümumilikdə isə 1,2 hektar üzrə təxminən 40 sentner pambıq əldə olunması mümkün olmuşdur. Müqavilədə minimum 25 sentner məhsuldarlıq nəzərdə tutulsa da, daha yüksək məhsul əldə edilməsinin mümkünlüyü qeyd edilmişdir. Iddiaçı bildirmişdir ki, 2024-cü ildə həmin ərazidə pambıq əkmiş, 4,8 ton pambıq məhsulu əldə edərək satmışdır və bu barədə sənədləri məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, pambığı satan zaman müqavilə bağlamamış, məhsulu ondan alan şəxs pambığı onun adına deyil, öz adına rəsmiləşdirmişdir və həmin şəxs Ağdam rayon sakini olmuşdur. Iddiaçı əlavə olaraq bildirmişdir ki, hadisə ilə bağlı “xxxx” MMCyə məlumat vermişdir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclaslarında cavabdeh — əvvəlki adı “xxxx” MMC, sonradan adı dəyişdirilərək “xxxx” MMC olmuş hüquqi şəxsin nümayəndəsi X8 iddianı qəbul etmədiyini bildirmişdir. O, göstərmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.6-cı maddəsinə əsasən sığortalanma öhdəliyi birbaşa iddiaçının üzərinə düşür və bu səbəbdən cavabdeh tərəfindən hər hansı öhdəliyin pozulması baş verməmişdir. Nümayəndə qeyd etmişdir ki, oxşar məzmunlu iddialar digər məhkəmə icraatlarında da baxılmış və maddi zərərin ödənilməsi hissəsi təmin edilməmişdir. Nümayəndə izah etmişdir ki, fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçdikdən sonra əkin sahələri barədə məlumatları bəyan edir, həmin məlumatlar sığorta fonduna yönləndirilir və daha sonra fermerlər sifariş ərizəsini imzalayaraq təqdim edirlər. Bundan sonra məhsul təhvil verildikdə sığorta ödənişləri həyata keçirilir və bu qayda sifariş ərizəsində də öz əksini tapmışdır. O, qeyd etmişdir ki, sifariş ərizəsi ##.##.2023-cü il tarixdə təqdim olunmuş, ##.##.2023-cü il tarixdə baş vermiş təbii fəlakətdən sonra fermerlər kütləvi şəkildə müraciət etmişlər. Hadisədən əvvəl yalnız 4 fermer tərəfindən sifariş ərizəsi təqdim edilmiş, digər 22 fermer isə belə ərizə təqdim etməmişdir. Nümayəndə bildirmişdir ki, ümumilikdə 26 fermer olmuş, onların yalnız bir hissəsi vaxtında müraciət etmişdir. Digər fermerlər sonradan müraciət etdikdə, cavabdeh tərəfindən imkan daxilində onlara köməklik göstərilmiş və onların ərizələri əsasında sığorta fonduna müraciətlər edilmişdir. O, əlavə etmişdir ki, bütün hallarda fermerlərin adından müraciət edilməsi praktikası mövcud deyildir və bəzi hallarda fermerlər sığorta fonduna birbaşa özləri müraciət edirlər. Nümayəndə həmçinin bildirmişdir ki, müvafiq sahələrə baxış keçirilərkən məhsuldarlıq müəyyən edilir və bu göstəricilər fərqli olsa da, minimum 25 sentner məhsul götürülməsi tələb olunur ki, fermer fəaliyyətindən gəlir əldə edə bilsin. O, əvvəlki və sonrakı illərdə iddiaçının sahəsindən əldə edilən məhsulun həcmi barədə dəqiq məlumatının olmadığını qeyd etmişdir. Nümayəndə göstərmişdir ki, tərəflər arasında müqavilə 2020-ci ildə bağlanmış, 2021-ci ildə icrası həyata keçirilmişdir. Həmçinin o, qeyd edilmişdir ki, tərtib olunmuş aktda iddiaçıya aid torpaq sahəsinin tamamilə məhv olmuş sahələrə aid edildiyi göstərilmişdir. Bununla yanaşı, müqavilənin 6.5-ci maddəsinə əsasən sığorta müqaviləsinin bağlanılması öhdəliyinin iddiaçının üzərində olduğu, cavabdehin bu istiqamətdə müqavilə bağlama öhdəliyinin mövcud olmadığı bildirilmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclaslarında cavabdeh cavabdeh1 nümayəndəsi Məmmədova Ruxsarə izahatında bildirmişdir ki, sığorta münasibətləri üzrə bütün ödənişlər fonda “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) tərəfindən həyata keçirilir. O, qeyd etmişdir ki, əgər “xxxx” MMC bunun əksini iddia edirsə, bu barədə müvafiq sübutları təqdim etməlidir. Nümayəndə göstərmişdir ki, fondun sərəncamında olan sənədlərə əsasən sığorta hadisəsi 18 sentyabr tarixində baş vermiş, iddiaçı isə 03 noyabr tarixində müraciət etmişdir. Bu hadisə ilə bağlı iddiaçıya ## ##### 2024-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə rəsmi məktub göndərilmişdir. O, həmçinin bildirmişdir ki, iddiaçının fondla iki sığorta müqaviləsi mövcuddur, lakin ## #### 2023-cü il tarixdə baş verdiyi iddia edilən hadisə ilə bağlı fonda hər hansı müraciət qeydə alınmamışdır. Nümayəndə qeyd etmişdir ki, sığorta müqaviləsinin şərtlərinə əsasən sığortalı qismində iddiaçı — İddiaçı, faydalanan şəxs qismində isə həm iddiaçının özü, həm də “xxxx” MMC çıxış edir. Müqavilənin mühüm şərtlərinə əsasən, sığorta ödənişi həyata keçirilərkən, “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış xam pambığın alqı-satqısı müqaviləsi üzrə mövcud olan avans borcu məbləği həddində həmin şirkət faydalanan şəxs hesab olunur, zərərin borc məbləğini aşan hissəsi isə birbaşa iddiaçıya ödənilməlidir. Bu səbəbdən müqavilə üzrə iki faydalanan şəxs və bir sığortalı mövcuddur. Nümayəndə izah etmişdir ki, sifariş ərizəsi əsasında sığorta prosesləri fondla “xxxx” MMC tərəfindən aparılır. Vətəndaş müqavilə əsasında bu prosesin aparılmasını həmin şirkətə həvalə edir, sığorta ödənişləri də əsasən həmin şirkət tərəfindən edilir, lakin sığortalı şəxs kimi vətəndaşın özü çıxış edir. Onun sözlərinə görə, fonda edilən müraciətlər də əksər hallarda “xxxx” MMC tərəfindən təqdim olunur və bu, formalaşmış praktiki işgüzar adətlərə uyğundur. Eyni zamanda nümayəndə qeyd etmişdir ki, “xxxx” MMC fonda ödənişlər edir və sığorta ilə bağlı müraciətləri təqdim edir, lakin konkret ödənişlərin kimlərin adına edilməsi ilə bağlı siyahı təqdim olunmur və bu məsələ tərəflər arasında şifahi razılaşma əsasında müəyyən edilir. Fond tərəfindən faydalanan şəxs qismində həm vətəndaş, həm də “xxxx” MMC göstərilir. Nümayəndə əlavə etmişdir ki, subsidiya ödənişləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir. Sığorta praktikasına əsasən 1 hektar ərazi üçün 40 sentner məhsuldarlıq nəzərdə tutulur və sığorta müqaviləsi bağlandığı halda hər hektar üzrə bu göstərici əsas götürülür. Konkret halda müqavilə üzrə 1 hektar üçün 40 sentner məhsuldarlıq nəzərə alınmış və iddiaçı üzrə sığorta məbləği 3200 manat təşkil etmişdir. Həmçinin bu tip sığorta müqavilələrində 10% azadolma məbləği sığorta ödənişindən çıxılır. Bundan başqa, nümayəndə bildirmişdir ki, baş vermiş hadisədən sonra iddiaçı ilə sığorta müqaviləsi bağlanılmışdır. Eyni zamanda o qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən fonda edilən ödənişləri təsdiq edən sənədlər mövcuddur və zərurət olduqda məhkəməyə təqdim edilə bilər. Sonda o, özlərinə aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilmiş, cavabdeh “xxxx” MMC-dən 3456 (üç min dörd yüz əlli altı) manat dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun 74 (yetmiş dörd) manat 56 (əlli altı) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdеh “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X9, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.
25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları araşdıraraq müəyyən edir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Müqavilənin şərtlərinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması öhdəliyi formal olaraq iddiaçının üzərinə qoyulmuşdur. Müqavilə şərti formal olaraq qüvvədə qalsa da, tərəflərin sonrakı davranışları və formalaşmış praktika həmin öhdəliyin faktiki olaraq cavabdeh tərəfindən icra edildiyini göstərir. Lakin iş üzrə müəyyən olunur ki, tərəflər arasında formalaşmış münasibətlər çərçivəsində sığorta münasibətlərinin təşkili, o cümlədən sığorta fonduna müraciətlərin edilməsi və ödənişlərin həyata keçirilməsi faktiki olaraq cavabdeh tərəfindən icra edilmişdir. Bu hal iş materialları ilə, o cümlədən iddiaçının izahatları və cavabdeh1 nümayəndəsinin ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, konkret hüquq münasibətində tərəflər arasında formalaşmış işgüzar adət nəticəsində sığortalanmanın təşkili üzrə faktiki öhdəlik tam şəkildə cavabdehin üzərinə keçmişdir və cavabdeh bu öhdəliyi lazımi qaydada yerinə yetirməli idi. Iş materialları ilə həmçinin müəyyən olunur ki, sığorta hadisəsi ##.##.2023-cü il tarixdə baş vermiş, lakin sığorta müqaviləsi yalnız bundan sonra bağlanmışdır. Bu hal cavabdehin üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin mənasında öhdəliyin lazımınca icra edilməməsini göstərir. Məhkəmə sifariş ərizəsindəki imza ilə bağlı etiraza münasibətdə qeyd edir ki, məhkəmə- xətşünaslıq ekspertizasının rəyinə əsasən həmin imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Bu hal cavabdehin sığorta prosesini lazımi qaydada təşkil etmədiyini əlavə olaraq təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdehin sığortalanmanı vaxtında həyata keçirməməsi nəticəsində iddiaçı sığorta təminatından məhrum olmuş, nəticədə ona maddi ziyan dəymişdir və bu ziyan cavabdehin hərəkətsizliyi ilə birbaşa səbəbli əlaqədədir. Məhkəmə qeyd edir ki, sığortalanma vaxtında həyata keçirilsəydi, iddiaçı sığorta təminatı əldə edəcəkdi. Zərərin məbləği müəyyən edilərkən məhkəmə nəzərə alır ki, iddiaçının torpaq sahəsi 1,2 hektar olmuş, hər hektar üzrə 40 sentner məhsuldarlıq əsas götürülməklə ümumi sığorta təminatı 3840 manat təşkil edir. Bu göstəricilər sığorta sənədləri və tərəflərin izahatları ilə uyğunluq təşkil edir. Müqavilə şərtlərinə uyğun olaraq 10 faiz azadolma tətbiq edildikdən sonra ödənilməli məbləğ 3456 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyi təqsirli şəkildə pozması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən onun məsuliyyətinə səbəb olur. Bununla yanaşı, məhkəmə hesab edir ki, cavabdeh1 mübahisə üzrə cavabdeh qismində məsuliyyət daşıması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sığorta hadisəsi baş verən tarixdə tərəflər arasında qüvvədə olan sığorta müqaviləsi mövcud olmamışdır. Sığorta müqaviləsi yalnız ##.##.2023-cü il tarixdə bağlanmış və bu müqavilə ilə təminat yalnız həmin tarixdən sonrakı dövrə şamil edilmişdir. Bu səbəbdən fondun sığorta hadisəsi üzrə hər hansı öhdəliyi yaranmamışdır. Beləliklə, cavabdeh1 mübahisə üzrə lazımi cavabdeh hesab edilə bilməz, bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə 3456 (üç min dörd yüz əlli altı) manat məbləğində zərər tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, mütənasib olaraq iddia ərizəsinin verilməsi üçün ödənilmiş 74,56 manat dövlət rüsumunun əvəzi “xxxx” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənməlidir. Eyni zamanda məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat pul vəsaiti də cavabdeh “xxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 10, 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425, 442, 443.1, 443.2, 448.2-ci maddələrinə istinad etmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandıraraq, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiya şikayətinə yazılı qarşı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahat
29. Cavabdeh cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir.
30. Iddiaçıya və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 10. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
40. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
41. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz..
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və tətbiq edilməli hüquq normaları baxımından qanuni və əsaslı hesab edir (mübahisələndirilən hissədə).
51. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC (əvvəlki adı “xxxx” MMC) arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Müqavilənin şərtlərinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən sığortalanması öhdəliyi formal olaraq iddiaçının üzərinə qoyulsa da, tərəflər arasında formalaşmış münasibətlər, habelə sonrakı davranışlar həmin öhdəliyin faktiki olaraq cavabdeh tərəfindən icra edildiyini göstərir.
52. Belə ki, iş materiallarında olan sübutlar, tərəflərin izahatları və cavabdeh1 nümayəndəsinin ifadələri ilə müəyyən olunur ki, sığorta münasibətlərinin təşkili, sığorta fonduna müraciətlərin edilməsi və ödənişlərin həyata keçirilməsi əvvəlki dövrlərdə faktiki olaraq cavabdeh tərəfindən yerinə yetirilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin tərəflər arasında formalaşmış işgüzar adəti və onların sonrakı davranışlarını nəzərə almaqla müqavilə şərtlərini təfsir etməsi Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə uyğundur.
53. Kollegiya hesab edir ki, apellyatorun müqavilənin 6.5-ci bəndinə istinad etməklə sığortalanma üzrə bütün məsuliyyətin iddiaçının üzərinə düşdüyünə dair dəlili əsaslı hesab oluna bilməz. Çünki müqavilənin ayrı-ayrı müddəaları tərəflərin hüquq münasibətlərinin icrası zamanı formalaşdırdıqları faktiki davranışlardan təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Iş üzrə sübutlar məhz sığortanın təşkili üzrə faktiki öhdəliyin cavabdeh tərəfindən icra edildiyini təsdiq edir.
54. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu
1 Ali Məhkəmə, Iş № 2-2(102)-135/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, Iş № 2-2(102)-451/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.
55. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
56. Şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas yaratmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, sığorta hadisəsi ##.##.2023-cü il tarixdə baş vermiş, sığorta müqaviləsi bağlanması üçün sifariş ərizəsi isə yalnız bundan sonra göndərilmişdir. Bu hal cavabdehin üzərinə düşən öhdəliyin vaxtında yerinə yetirilmədiyini təsdiq edir və iddiaçının məhz həmin səbəbdən sığorta təminatından məhrum qalmasına dəlalət edir.
57. Kollegiya həmçinin nəzərə alır ki, apellyasiya şikayətində iş üzrə müəyyən edilmiş faktiki halları və birinci instansiya məhkəməsinin sübutlara verdiyi hüquqi qiyməti təkzib edən yeni və mötəbər sübutlar təqdim edilməmişdir. Şikayətdə göstərilən hallar əsasən iş üzrə artıq araşdırılmış və məhkəmə tərəfindən qiymətləndirilmiş xüsusatların təkrarı xarakteri daşıyır.
58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.
3 Ali Məhkəmə, Iş № 2-2(102)-73/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, Iş № 2-2(102)-54/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17