Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-593/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. “xxxx” MMC ilə Cavabdeh MMC arasında ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada satıcı (iddiaçı) müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1- ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq qiymət razılaşma protokolunda (bundan sonra protokol) müəyyənləşdirilir. 2.2-ci bəndinə əsasən, malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad, qüvvədə olan standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və Protokola uyğun miqdarda, çeşiddə və müddətdə təhvil vermək (2.2.1), bu müqavilə üzrə mala aid olan sənədləri, zəmanət talonlarını Malın təhvil verilməsi ilə eyni vaxtda alıcıya təhvil vermək (2.2.2), X1 imza və möhürü ilə təsdiq olunan qaiməfaktura əsasında təhvil vermək satıcının vəzifəsidir (2.2.3). 2.4-cü bəndinə əsasən, malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcıya tam və vaxtında ödəmək (2.4.1), bu müqavilə ilə müəyyən edilən Malı tərəflərin imza və möhürü ilə təsdiq olunan qaiməfaktura əsasında qəbul etmək (2.4.2) alıcının vəzifəsidir. 3.1-ci bəndinə əsasən, malın qiyməti protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu Azərbaycan Manatı ilə həyata keçirilir. 3.2-ci bəndinə əsasən, mala görə ödəniş alıcı tərəfindən hesab fakturaya əsasən qiymət razılaşma protokolunda qeyd olunan müddətdə həyata keçirilir. 3.5-ci bəndinə əsasən, ödəniş alıcıya mallar və xidmətlər təhvil verilmədən öncə satıcıya bank hesabına köçürmə yolu ilə ödənilir. 4.3-cü bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində Satıcıya dəbbə pulu ödəyir. 6.1-ci bəndinə əsasən, mal aşağıdakılar üzrə satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul olunmuş hesab edilir: 6.1.1. keyfiyyətinə görə - zahiri yoxlama əsasında; 6.1.2. miqdarına görə - fakt əsasında, təhvil-təslim zamanı. 9.1-ci bəndinə əsasən, bu müqavilə aşağıdakı hallarda ləğv edilə bilər: a) müqavilədə göstərilən fors-major hallarında; b) tərəflərin qarşılıqlı razılığı ilə; c) qanunvericilikdə nəzərdə tutulmuş hallarda; d) hər hansı tərəf digər tərəfə istədiyi ləğv etmə tarixinə azı 30 gün qalmış yazılı bildiriş verməklə bu müqavilənin müddəti ərzində istənilən vaxt xitam vermək hüququna malikdir.
2. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 11667,84 manat (Seriya: EBAQ Nömrə: 260526, tarix: ##.##.2020), 10090,53 manat (Seriya: EBAR Nömrə: 374962, tarix: ##.##.2020), 116,82 manat (Seriya: EBBK Nömrə: 482063, tarix: ##.##.2021), 640 manat (Seriya: EBBO Nömrə: 617456, tarix: ##.##.2021), 100,3 manat (Seriya: EBBS Nömrə: 158460, tarix: ##.##.2022), 3274,94 manat (Seriya: EBBT Nömrə: 738446, tarix: ##.##.2022) olmaqla, ümumilikdə 25890,43 manat məbləğində elektron qaimələr göndərilmişdir.
3. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC-yə məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə müəyyən ödənişlər həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. Iddiaçı tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh Cavabdeh MMC-dən 16421,22 manat əsas və 5000 manat cərimənin və ödənilmiş 154,27 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ofis avadanlıqları satıcı tərəfindən alıcıya satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək yaranmış 16421 manat 22 qəpik (ƏDV daxil) məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. Məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflərlə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Bu müddətin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən hər hansı biri digər tərəfə bu müqavilənin ləğv etmək niyyəti barədə yazılı şəkildə xəbərdar etmədikdə, bu müqavilə avtomatik surətdə eyni şərtlərlə hər dəfə 1 il müddətinə uzadılır. Bu müqavilənin qüvvədə olma müddətinin başa çatması tərəfləri icra edilməmiş öhdəliklərinin icrasından azad etmir. Göründüyü kimi tərəflər arasındakı müqavilə münasibətləri hazırda da davam etməkdədir. Həmçinin, müqavilənin 4.3-cü bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə alıcı hər gecikdirilən gün üçün ödəniləcək məbləğin 0,1 faizi həcmində satıcıya dəbbə pulu ödəyir. Alıcı satıcıya ola borcu qismən ödəmiş, 2022-ci ildən etibarən isə göndərilmiş elektron qaimələr üzrə heç bir pul məbləği ödəməmişdir, ona görə də hazırki günə - ##.##.2025-ci il tarixə təxminən 5000 manat dəbbə pulu məbləğində borcu yaranmışdır. Iddiaçı 154,27 manat dövlət rüsumu da ödəmişdir.
6. Iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 399.1, 421.1, 421.2, 421.3, 442, 445.1, 445.2.1, 445.2.2, 567-ci maddələri göstərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 2198,6 manat əsas və 110 manat cərimə olmaqla, cəmi 2308,6 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 134 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Işin mübahisəsiz hallarından da görünüb ki, tərəflər arasında ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən də iddiaçının əsas öhdəliyi bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının (cavabdehin) mülkiyyətinə vermək, cavabdehin əsas öhdəliyi isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş qaydada satıcıya ödəmək təşkil etmişdir. Müqavilənin 2.2.3-cü bəndində də görünür ki, X1 imza və möhürü ilə təsdiq olunan qaiməfaktura əsasında təhvil vermək satıcının vəzifəsidir. Məhkəmə qeyd edib ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu tərəflərinin hüquq və öhdəliklərinin icrasına bir başa müəyyən edə bilər. Tərəflər arasında bağlanmış Müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulmuş həmin şərt də, malların cavabdehə təhvil verilməsini bir başa müəyyən edən şərtlərdəndir. Iddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, cavabdehə satdığını iddia etdiyi malların bir hissəsinin təhvil verilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı sonradan məhkəməyə təqdim etdiyi ərizəsində, habelə mhkəmə iclasında verdiyi izahatlarında 5 ədəd elektron qaimə üzrə (EBAR 374962, EBBK 482063, EBBO 617456, EBBS 158460, EBBT 738446) 14222,59 manat (ƏDV daxil) məbləğində malın iddiaçıya verildiyini bildirsə də, həmin elektron qaimələr üzrə malların Müqavilənin 2.2.3-cü bəndində göstərilən qaydada, yəni malın təhvil verilməsi barədə tərəflərin imza və möhürü ilə təsdiq olunan qaiməfakturaları məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçının vəkili və nümayəndəsi malların elekton qaimə-faktura ilə təhvil verilməsini, əvvəl təhvil verilən mallarında da bu qaydada ödəilməsini və bu halın tərəflər arasında formalaşmış işgüzar adətə çevrildiyini bildirərir. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edib ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünüb ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların fiziki olaraq təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini təsdiq etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edib ki, 5 ədəd elektron qaimə üzrə (EBAR 374962, EBBK 482063, EBBO 617456, EBBS 158460, EBBT 738446) cavabdehə təhvil verilməsi iddia edilən 14222,59 manat məbləğində malın təhvil verilməsinə dair hər iki tərəfin imza və möhürü ilə təsdiq olunan qaimə-fakturalar məhkəməyə təqdim edilmədiyindən iddia yalnız EBAQ ****** nömrəli elektron qaimə üzrə ödənilməyən 2198,6 manat pulun iddiaçıdan tələb edilməsi hissəsində təmin edilməlidir. Belə ki, işdən də göründüyü ki, cavabdehə 11667.84 manat (ƏDV daxil) məbləğində pulun ödənilməsi barədə EBAQ ****** nömrəli elektron qaimə göndərilmiş, həmin vəsatindən 7689,40 manat əsas və 1779:84 manat ƏDV olmaqla, cəmi 9469,24 manat ödənilmişdir. Məhkəmə qeyd edib ki, 11667.84 manat dəyərində malın cavabdehə təhvil verilməsi barədə də iddiaçı məhkəməyə sübut təqdim etməsə də, cavabdeh həmin qaimə üzrə ƏDV-ni tam, əsas borcu isə qismən ödəməklə 11667.84 manat dəyərində malı iddiaçıdan aldığını nümayiş etdirmişdir. Məhkəmə hesab edib ki, bu halda iddiaçı malın təhvil verilməsini sübut etmək vəzifəsindən azad olur. Məhkəmə hesab edib ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edib ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edib ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 110 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edib. Məhkəmə hesab edib ki, iddia müqavilənin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikinci şərt isə müqavilənin birtərəfli qaydada pozulması ilə bağlıdır. Hazırki mübahisə üzrə birinci şərt, yəni müqavilənin ləği barədə tərəflər arasında razılaşma mğvcud deyil. Ikinci şərt müqavilənin bir tərəfli qaydada pozulmasını nəzərdə tutur. Bu zaman müqavilənin digər tərəfinin onu əhəmiyyətli dərəcədə pozması sübuta yetirilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilib ki, tərəflər arasında bağlanılmış Müqavilənin ləğv edilməsi üçün şərh edilən əsaslardan hər hansı biri mövcud deyil. Bundan başqa, iddiaçı göndərdiyi pritenziya məktubunda ödəniş edilmədiyi halda müqavilənin ləğv edilməsi təklifini cavabdehə yazılı olaraq bildirmişdir. Bu hal iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğvi kimi anlaşılır ki, bu zaman ləğv edilmiş müqavilənin yenidən ləğvi barədə iddia irəli sürməyə lüzum qalmır. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu ödənilmiş tələblərin həcminə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
9. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 442, 462.1, 467, 567, 601.1-ci maddələrinə istinad etmişdir.
10. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin təmin olunmayan hissəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilir ki, 5 ədəd elektron qaimə üzrə (EBAR 374962, EBBK 482063, EBBO 617456, EBBS 158460,EBBT 738446) cavabdehə təhvil verilməsi iddia edilən 14222,59 manat məbləğində malın təhvil verilməsinə dair hər iki tərəfin imza və möhürü ilə təsdiq olunan qaimə-fakturalar məhkəməyə təqdim edilmədiyindən iddia yalnız EBAQ****** nömrəli elektron qaimə üzrə ödənilməyən 2198,6 manat pulun iddiaçıdan tələb edilməsi hissəsində təmin edilməlidir. Belə ki, işdən də göründüyü ki, cavabdehə 11667.84 manat (ƏDV daxil) məbləğində pulun ödənilməsi barədə EBAQ****** nömrəli elektron qaimə göndərilmiş, həmin vəsatindən 7689,40 manat əsas və 1779:84 manat ƏDV olmaqla, cəmi 9469,24 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, 11667.84 manat dəyərində malın cavabdehə təhvil verilməsi barədə də iddiaçı məhkəməyə sübut təqdim etməsə də, cavabdeh həmin qaimə üzrə ƏDV-ni tam, əsas borcu isə qismən ödəməklə 11667.84 manat dəyərində malı iddiaçıdan aldığını nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, bu halda iddiaçı malın təhvil verilməsini sübut etmək vəzifəsindən azad olur (səhifə 7, bənd 33, 34). Qeyd edir ki, məhkəmənin iddianı yalnız 1 elektron qaimə üzrə təmin etməsi əsassızdır. Belə ki, birincisi pulun cavabdeh tərəfindən iddiaçıya qismən ödənilməsini məhkəməyə təqdim edilmiş bank hesabından çıxarış da təsdiq edir. Çıxarışdan göründüyü kimi müxtəlif tarixlərdə hazırki alqı-satqı müqaviləsi üzrə müxtəlif məbləğlərdə pul iddiaçının bank hesabına köçürülmüşdür. Bu bir daha təsdiq edir ki, tərəflər arasında formalaşmış biznes əlaqələri mövcud olmuşdur. Ikincisi, yalnız 1 e-qaimə üzrə (EBAQ 260526) cavabdeh tərəfindən ödənişin qismən ödənilməsi borc məbləğinin məhz həmin qaimə üzrə etiraf edilməsi deyil, ümumi borc üzrə etiraf edilməsini bir daha təsdiq etmiş olur. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş 5 ədəd eqaimə üzrə (EBAR 374962, EBBK 482063, EBBO 617456, EBBS 158460, EBBT738446) ödənilməsi nəzərdə tutulmuş 14222,59 manat (ƏDV daxil) məbləğində pul cavabdeh tərəfindən iddiaçıya indiyə kimi ödənilməmişdir. Yalnız 1 e-qaimə üzrə (EBAQ 260526) ödənilməsi nəzərdə tutulmuş 11667.84 manat (ƏDV daxil) məbləğində puldan 7689.40 manat əsas borcdan, 1779.84 manat isə ƏDV məbləği ödənilmişdir(bildiriş əlavə edilir). Beləliklə, EBAQ ****** nömrəli e-qaimə üzrə cavabdehin iddiaçıya 2198,6 manat məbləğində borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya cəmi borcu 16421,19 manat (14222,59 + 2198,6) təşkil edir. Lakin birinci instansiya məhkəməsi qeyd ediləni nəzərə almamış və cavabdehin yalnız 1 qaimə üzrə ƏDV-ni tam, əsas borcu isə qismən ödəməsini yalnız həmin qaimə üzrə borcun etiraf edilməsi kimi qələmə vermişdir. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən təmin olunduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qətnamənin əsas borcun tutulmasının rədd edilməsi hissəsində və dolayısı ilə həmin tələbin hansı hissədə təmin edilməsindən asılı olan dəbbə pulu tələbinin rədd edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı əsas borc və dəbbə pulu tələbinə dair iddianın rədd edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən- əsas borcun tutulmasına dair qətnamənin rədd edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 14.222,62 manat əsas borc tutulmalı, dəbbə pulu tələbinə dair hissədə və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində qətnamə dəyişdirilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxx” MMC (satıcı) ilə cavabdeh Cavabdeh MMC (alıcı) arasında ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı sifariş edilmiş malları alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən tərəfindən cavabdehə mallar təqdim edildiyini, lakin həmin malların dəyərinin ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 16421,22 manat məbləğində borcun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
21. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
22. Göründüyü kimi iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğunu, həmin müqavilə çərçivəsində tərəfindən cavabdehə malların təqdim edilməsini və həmin mallara görə 16421,22 manat məbləğində borcun yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iclaslarda iştirak etməmiş, məhkəməyə iddiaya qarşı etiraz ünvanlamamış, yəni iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları hər hansı formada mübahisələndirməmişdir.
23. Buna baxmayaraq birinci instansiya məhkəməsi elektron qaimələr üzrə malların cavabdehə təqdim edilməsini işin mübahisəli hal kimi qəbul etməklə elektron qaimələrin özüözlüyündə həmin halın müəyyən edilməsi üçün kifayət etməməsi barədə nəticəyə gəlmişdir.
24. Bununla yanaşı birinci instansiya məhkəməsi 5 ədəd elektron qaimənin həmin elektron qaimələrdə göstərilən malların təqdim edilməsi faktının sübuta yetirilməsi üçün kifayət etməsi barədə qənaətə gələrkən tərəflər arasında dəyəri ödənilmiş mallar üzrə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş qaimə-fakturaların məhkəməyə təqdim edilmədiyini, göstərilən halın isə tərəflərin real münasibətlərində müqavilənin 2.4-cü bəndinin tələblərinə riayət etmədiklərinə dəlalət etməsini, əksinə mübahisəli alqı-satqı müqaviləsi üzrə formalaşmış işgüzar münasibətlərinə əsasən malların təqdim edilməsinin elektron qaimələrə göndərilməklə rəsmiləşdirilməsini və həmin qaimələr üzrə ödənişlərin edilməsi kimi faktları nəzərə almamışdır.
25. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iş materiallarında olan sübutların məcmusu ilə məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə tərəflərin arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğu və həmin müqavilə üzrə hazırda ödənilməsi tələb edilən 16421,22 manat məbləğində malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktları öz təsdiqini tapır. Odur ki, kolegiya cavabdehin həmin malların dəyərindən hər hansı ödəniş etməsini təsdiq edən sübutları təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulmasına dair iddianın rədd edilmiş hissəsində qətnamə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
26. Dəbbə pulu tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırkı qətnamə ilə iddia 16.421,22 manat məbləğində əsas borcun tutulması hissəsində tam təmin edildiyindən, əsas borca mütənasib olaraq dəbbə pulunun tutulması hissəsində də qətnamə dəyişdirilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci və 467-ci maddələrinin tələbləri nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunun məbləği 800 manat müəyyən edilməlidir.
27. Buna müvafiq olaraq qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməlidir. Iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 154,27 manat dövlət rüsumunun əvəzi olaraq 124 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
28. Apellyasiya şikayətinin qismən təmin edildiyini nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş 78 manat dövlət rüsumunun 62 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qismən - əsas borcun tutulmasına dair iddianın rədd edilmiş hissəsində - ləğv edilsin, həmin hissədə iddia təmin edilsin, cavabdeh Cavabdeh MMC-dən 14.222,62 manat mənləğində əsas borc tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. Dəbbə pulu və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində qətnamə dəyişdirilsin. Cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulacaq dəbbə pulu məbləği 800 manat, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul vəsaiti isə 124 manat məbləğində müəyyən edilsin, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 78 manat dövlət rüsumunun 62 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov