Məhkəmə qərarları › İş №e-2-2(3-6)-602/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-602/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-602/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, iddiaçı “UNi"xxxx" MMC-nin cavabdeh Cavabdeh MMC-yə alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. “UNi"xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış ## ###### 2023-cü il tarixli UNİT **/**** nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə əsasında satıcı, hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə "Mal" adlandırılacaq ehtiyyat hissələrini alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 2.4-cü bəndinə əsasən ödəniş, Alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada Satıcının Bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. 2.6-cı bəndinə əsasən Bu Müqavilənin 2.4-cü maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini Malı əldə etdikdən sonra elektron qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. 4.1-ci bəndinə əsasən malın adı,çeşidi,kəmiyyəti, qlyməti hər sifarişdə satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-faktura əsasında müəyyən olunur. 6.1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq Malı vaxtı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək; 6.1.4-cü bəndinə əsasən ödəniş bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən gecikdirildiyi hər gün üçün ödənilməyən borcdan 0.5% qədər cərimə və bundan yaranan administrativ xərcləri ödəmək alıcının öhdəlikləridir. 10.1-ci bəndinə əsasən bu müqavilə ##.##.2023-ci il tarixində qüvvəyə minir və ##.##.2023-cü il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında yazılı xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur.

2. ##.##.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış ## ###### 2023-ci il tarixli UNİT **/**** saylı müqaviləyə əsasən dəyəri 11960.50 manat (Ədv daxil) ehtiyyat hisəsi və ləvazimatlar almışdır. Aldığı mala görə ##.##.2023-cü ildən ##.##.2025-ci il tarixi də daxil olmaqla olan müddət ərzində İddiaçı MMC-yə ödəniş etməmişdir. Müştərinin İddiaçı MMC-yə cəmi faizsiz borcu 11960.50 manat Ədv daxildir. Bu borcun əsas məbləği 10135.83 AZN, Ədv məbləği isə 1824.67 manat təşkil edir. Belə ki, əlavə olaraq müqavilənin 6.14-cü bəndinə əsasən 29387.71 faiz borcu olmaqla, cəmi 41348.21 manat borcu mövcuddur.

3. Hər iki tərəfin imzaları təsdiq olunmuş 2023-cü ilin dekabr ayı üzrə olan təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 3631,80 manat, 2024-cü ilin yanvar ayı üzrə olan təhvil-təslim aktına əsasən 3143,50 manat, 2024-cü ilin fevral ayına olan akta əsasən 2664,80 manat dəyərində mallar təhvil verilmişdir.

4. Təhvil verilmiş mallar üzrə ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə EBDX seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 249,50 manat, EBDY seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 939,80 manat, EEDW seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 94 manat, EBDY seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 109 manat, EBDY seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 493,50 manat, EBDY seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 266,90 manat, EBDY seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 1707,40 manat, MT2403 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 150.00 manat, EBDX seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 124 manat, EBDX seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 13 manat, MT2403 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 48 manat, EBEA seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 350 manat, MT2403 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 635.00 manat, EBDZ seriyalı, ****** nömrəli, ##.##.2024- cü il tarixli, dəyəri 274 manat, MT2401 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 84.99 manat, EBEA seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 218,50 manat, EBDZ seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 132 manat, EBDX seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 1221,80 manat, EBDX seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 627,70 manat, EBDW seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 39 manat, MT2403 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli, dəyəri 59.99 manat, EBDW seriyalı, ****** nömrəli, ##.##.2024- cü il tarixli, dəyəri 822,50 manat, MT2403 seriyalı, ******** nömrəli, ##.##.2024cü il tarixli, dəyəri 755.90 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında ## ######## 2025-ci il tarixli müqavilənin 3.2-ci bəndinə əsasən xidmət haqqının məbləği tərəflərin razılığına əsasən Bakı Kommersiya Məhkəməsi üçün 600 manat, Bakı Apellyasiya Məhkəməsi üçün 500 manat, Azərbaycan Respublikası Ali Məhkəməsi üçün 300 manat, Icra Şöbəsi üçün 300 manat müəyyən olunur. ******* nömrəli ödəniş tapşırığına əsasən ınU"xxxx" MMC tərəfindən “xxxx” MMCnin hesabına 600 manat pul köçürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

5. Iddiaçı UNI"xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli UNİT **/**** nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 11960,60 manat məbləğində ƏDV daxil borcun, eyni zamanda borc öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 5000 manat cərimənin, illik 5% hesablanmış 1196 manat faiz borcunun, hüquqi xidmətə görə ödənilmiş 600 manat xidmət haqqının və 149 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən cavabdeh “xxxx” MMC arasında ## ###### 2023- cü il tarixli UNİT **/**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, satıcı bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və alıcını “mal” adlandıralacaq ehtiyyat hissələri ilə təchiz etməsini öz öhdəsinə götürür. İddiaçı MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən “xxxx” MMC arasında bağlanmış ## ###### 2022-ci il tarixli UNİT **/**** nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış malın ödənilməmiş qalıq dəyəri 11960,50 manat ƏDV ilə birlikdə olmuşdur. İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, İddiaçı MMC tərəfindən hüquqi şəxs kimi fəaliyyət göstərən “xxxx” MMC-yə satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir, təhvil-təslim aktı ilə mallar cavabdehə təhvil verilmişdir. Lakin ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixə qədər alıcı tərəfindən 11960,50 manat ƏDV daxil vəsait “xxxx” MMC-yə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət olunsa da hələ bugünkü günə qədər heç bir ödəniş olunmamışdır. Uni xxxx” MMC ilə hüquqi şəxs kimi fəaliyyət göstərən “xxxx” MMC arasında bağlanmış ## ###### 2023- cü il tarixli UNİT **/**** saylı müqavilənin 2.7 bəndinə əsasən Alıcı aldığı malın dəyərini Malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 7 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Əks halda eyni bu müqavilənin 6.1.4-bəndinə əsasən Alıcı ödənişi bu müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmədiyi təqdirdə hər gün üçün ödənilməyən borcdan 0.5% qədər cəriməni və bundan yaranan administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cavabdehə 17.09.205-ci il tarixədək 29.387,71 manat cərimə hesablanmışdır. Həmin cərimə məbləğinin 5000 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illlik 5% yəni cəmisi 1196 manat (11.960x5%x2il=598mx2=1.196) hesablanmış faiz pulunun cavabdehdən tutulmasını xahiş edir. Bundan əlavə hazırkı mübahisənin həll edilməsi və borcunun alınması üçün “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış hüquqi xidmətlər görülməsi barədə müqaviləyə əsasən ödənilmiş 600 manat hüquqi xidmət haqqı da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq hüquqi yardımın göstərilməsi ilə bağlı göstərilmiş xidmətlərə iddia ərizəsinin yazılması, pretenziyanın çatdırılması, iddia ərizəsi və sübutların e-sistemə əlavə edilməsi kimi xidmətlərin daxil olduğunu bildirmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, müqavilə üzrə 11962 manat ƏDV daxil əsas borcu və ödənilmiş dövlət rüsumu olaraq 149 manat məbləği qəbul edir. İddia tələbinin digər hissəsi, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclər əsassızdır və öz təsdiqini tapmır. Belə ki, şirkətin əsas iş yeri üzrə nümayəndəsi hüquqşünas olaraq məhkəmə iclasında özü şəxsən iştirak edir. Tərəflər arasında olan mübahisə, tərtib edilən iddia ərizəsi xüsusi qəliz bir məsələ deyildir. Hesab edir ki, bunun üçün əlavə xidmətlərin göstərilməsi və buna əlavə ödəniş edilməsinə zərurət yoxdur. Cərimə, illik 5% məbləği və hüquqi yardımın göstərilməsi üçün qeyd edilən məbləği qəbul etmir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh MMC-dən əsas borc üzrə 11960 (on bir min doqquz yüz altmış) manat 60 (altmış) qəpik, əsas borca illik 5% ilə hesablanmış 1196 (bir min bir yüz doxsan altı) manat vəsait, cərimə borcu üzrə 598 (beş yüz doxsan səkkiz) manat olmaqla, cəmi 13754 (on üç min yeddi yüz əlli dörd) manat 60 (altmış) qəpik borc, hüquqi xidmətlərə görə 300 (üç yüz) manat, ödənilmiş 131 (bir yüz otuz bir) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı MMCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Cavabdеh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquqi xidmət haqqı kimi tələb edilən 600 manat məbləğin 300 manat hissəsini təmin etmişdir. Həmin məbləğin təmin edilmiş hissəsi də əsaslı və ağlabatan hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddia ərizəsi E-Məhkəmə sistemi vasitəsilə iddiaçının özü tərəfindən təqdim edilmiş və həmin ərizə iddiaçı tərəfindən şəxsən imzalanmışdır. Bu hal iddia ərizəsinin hər hansı hüquqi şirkət və ya nümayəndə tərəfindən hazırlanmasını təsdiq etmir. Yalnız hüquqi xidmət müqaviləsinin mövcudluğu iddia ərizəsinin məhz həmin şirkət tərəfindən hazırlanmasını sübut edən hal kimi qəbul edilə bilməz. Bu səbəbdən hüquqi yardım xərci kimi tələb olunan və məhkəmə tərəfindən qismən təmin edilən 300 manat məbləğ də əsaslı və sübutlarla təsdiq olunmuş hesab edilə bilməz. İddia ərizəsində göstərilən əsas borc məbləği şişirdilmiş, düzgün hesablanmamış və faktiki vəziyyəti əks etdirmir. Əsas borc məbləği yanlış hesablandığından, həmin məbləğ əsasında hesablanmış illik 5% faiz və cərimə məbləği də düzgün müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən təqdim olunmuş hesablamaların yenidən yoxlanılması və düzgün müəyyən edilməsi zəruridir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları d) Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Cavabdeh ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, üzrlü səbəbin nədən ibarət olmasına dair hər hansı sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

14. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

16. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

17. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

18. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

20. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

21. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

22. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

29. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materillarına əsasən “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış ## ###### 2023-ci il tarixli UNİT **/**** saylı alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ödəniş edilməmişdir.

34. Məhkəmə kollegiyası apellyaisya şikayətinin borcun məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil Vəkil müqavilə üzrə 11962 manat ƏDV daxil əsas borcu və ödənilmiş dövlət rüsumu olaraq 149 manat məbləği qəbul etdiklərini, iddia tələbinin digər hissəsi, hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərclərin əsassız olmasını və öz təsdiqini tapmadığını bildimişdir.

35. Göründüyü cavabdehin səlahiyyətli nümayəndəsi borcun məbləğini etarf etmiş, yalnız hüquqi yardımla bağlı hissəni qəbul etməmişdir. Lakin sonradan borcun məbləğinin düzgün hesablandığını bildirməsi vicdanlılıq prinsipinə ziddir.

36. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında imzalanmış malların təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mallar təhvil verilmiş, cavabdeh isə qəbul etdiyini imzası ilə təsdiq etmişdir.

38. Həmçinin cavabdeh borcu hansı hissədə qəbul etmədiyini qeyd etməməmiş, həmçinin hər hansı ödəniş etməsinə dair heç bir sübut iş materillarına əlavə etməmişdir.

39. Məhkəmə kollegiyası hüquqi xidmət haqqının təmin edilmiş hissəsinin əsaslı olmaması, iddia ərizəsinin E-Məhkəmə sistemi vasitəsilə iddiaçının özü tərəfindən təqdim edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli müqavilə bağlanmış, həmin xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən müvafiq maliyyə sənədləri məhkəməyə təqdim edilmişdir.

40. Apellyasiya şikayətində iddia ərizəsinin E-Məhkəmə sistemi vasitəsilə iddiaçının özü tərəfindən təqdim olunmasına və ərizənin onun tərəfindən imzalanmasına istinad edilərək hüquqi xidmət göstərilmədiyi iddia olunsa da, həmin hal özlüyündə hüquqi yardımın göstərilmədiyini təsdiq etmir. İddia ərizəsinin elektron qaydada şəxsən təqdim edilməsi və ya imzalanması hüquqi məsləhətin verilməsini, prosessual sənədlərin hazırlanmasında hüquqi dəstəyin göstərilməsini və digər hüquqi xidmətlərin həyata keçirilməsini istisna edən hal deyildir.

41. Hüquqi yardım xərclərinin ödənilməsi üçün həmin xidmətlərin mütləq qaydada nümayəndə tərəfindən məhkəməyə təqdimat verilməsi və ya prosessual sənədlərin onun adından imzalanması tələb olunmur. Əhəmiyyət kəsb edən hal hüquqi xidmətin faktiki göstərilməsi və bunun müvafiq sübutlarla təsdiq edilməsidir.

42. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları qiymətləndirərək hüquqi yardım xərclərinin yalnız bir hissəsini ağlabatan hesab etmiş və həmin hissənin tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə məhkəmənin bu qənaətinin əsassız olduğunu təsdiq edən hər hansı mötəbər sübutlarla təsdiqini tapmır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı əsas borc məbləği cavabdeh tərəfindən etiraf olunduğundan hesablanmış illik 5% faiz və cərimə məbləğinin düzgün müəyyən edilməməsi dəlili əsaslı hesab edilmə bilməz.

44. Kollegiya işin halları, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 500 (beş yüz manat) məbləğində cərimənin tutulmasını ədalətli və ağlabatan hesab edir.

45. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

46. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar