Məhkəmə qərarları › İş №e-2-2(3-6)-621/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-621/2026

20.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-621/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X13 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3rşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı (təchizatçı) ilə cavabdeh (satınalan) arasında imzalanmış ***/**** nömrəli xidmətlər üzrə satınalma müqaviləsinə əsasən təchizatçı TƏBİB-in Tədbirlərinin təşkili və digər xidmətlərin satın alınmasını Qiymət cədvəli (VI Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər daxil 58646 (əlli səkkiz min altı yüz qırx altı manat) məbləğə və ##.##.2024-cü il tarixə qədər göstərməyi, satınalan təşkilat isə müqavilənin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə Təchizatçıya ödəməyi öhdəsinə götürür.

2. Həmin müqavilənin “Ümumi şərtlər” adlı birinci bölməsinin 27.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 (otuz) gün müddətində mümkün olmadıqda bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir.

3. Həmin müqavilənin “Xüsusi şərtlər” adlı ikinci bölməsinin 13.5-ci bəndinə əsasən ödənişin gecikməsinə görə dəbbə pulu faizi: satınalan təşkilat müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, Təchizatçı 10 (on) gün möhlət verir. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun (əsas borc məbləğinin) 0,1 %-i (faizi) məbləğində dəbbə pulu tətbiq edilə bilər.

4. Tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, ***/**** nömrəli TƏBİB-in Tədbirlərinin təşkili və digər xidmətlərin satın alınmasına dair müqaviləyə ** nömrəli əlavə ilə tərəflər müqavilə üzrə satın alınan xidmətləri və onların qiymətlərini razılaşdırmışlar.

5. . İddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli 4248 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli 2500 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli 32096 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2410 ******** nömrəli 1770 manat məbləğində, ##.##.2024-cüil tarixli MT2410 ******** nömrəli 11682 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli 8850 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli müraciətə baxılmanın nəticəsi haqqında məktubda qeyd olunmuşdur: “TƏBİB-in 2025-ci il “Aparatın saxlanması” üzrə büdcəsi ##.##.2025-ci il tarixindən təsdiqləndiyindən və müraciətinizdə qeyd etdiyiniz kreditor borcun ödənilməsi üçün ünvanladığımız maliyyələşmənin açılması üzrə sifariş cari tarixə təmin olunmadığından sözügedən borc ödənilməmişdir. TƏBİB-in bank hesabına maliyyə vəsaiti daxil olduqda ödəniş icra olunacaqdır”. 14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli müraciətə baxılmanın nəticəsi haqqında məktubda qeyd olunmuşdur: “Müraciətinizdə iddia etdiyiniz 5926.00 manatlıq borcla bağlı bildiririk ki, qeyd olunan məbləğdə xidmətin təhvil-təslim aktı, hesab-faktura və digər təsdiqləyici sənədlər ödəniş üçün bizə təqdim olunmamışdır, vergi portalı üzərindən 4248.00 manat məbləğində elektron qaimə ##.##.2024-cü il tarixində göndərilmiş və sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı MMC tərəfindən ödəniş üçün təqdim olunan sənədlər əsasında ödənişlər tam olaraq həyata keçirilmişdir”.

7. İş materiallarında olan *** nömrəli, ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 27200 manat, ##.##.2024-cü il tarixli, ***EDV nömrəli ödəniş tapşırığına əsasən 4896 manat, ##.##.2024-cü il tarixli, *** nömrəli ödəniş tapşırığına əsasən 11400 manat, ##.##.2024-cü il tarixli, ***EDV nömrəli ödəniş tapşırığına əsasən 2052 manat, ##.##.2025- ci il tarixli, ** nömrəli 7500 manat, ##.##.2025-ci il tarixli, **EDV nömrəli 1350 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

8. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş ##.##.2024- cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 32096 manat məbləğində işlər iddiaçı tərəfindən cavabehə təhvil verilmişdir.

9. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş ##.##.2024- cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 13452 manat məbləğində işlər iddiaçı tərəfindən cavabehə təhvil verilmişdir.

10. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş ##.##.2024- cü il tarixli təhvil-təslim aktına əsasən ümumilikdə 8850 manat məbləğində işlər iddiaçı tərəfindən cavabehə təhvil verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, ***/***** saylı Xidmətlər üzrə Satınalama müqaviləsi əsasında 4248 manat əsas borc, 376 gün gecikmə ilə hesablanan 1353.60 manat cərimə, yemək və digər xərclərə görə 756 manat, əlavə olaraq jurnalistlərə avtobusda verilən yeməyə görə ödənilən 900 manat, mənəvi ziyan olaraq 10000 manat, habelə ödənilən 143.19 manat, cəmi 17400,79 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə İddiaçı MMC ilə fiziki şəxs Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Publik Huquqi Şəxs arasında ***/***** saylı Xidmətlər üzrə Satınalama müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni İcraçı bu müqavilədə nəzərdə tutulmuş Xüsusi Şərtlərinin Əlavə 1-də qeyd edilən xidmətləri görməyi, Sifarişçi isə təşkilaqtçılıq üzrə görülmüş işlər üzrə müqavilə üzrə və tərtib edilmiş qaimələr üzrə ödənişlər etməyi İcraçıya öhdəsinə götürmüşdür. 023/2024-saylı Xidmətlər üzrə Satınalma müqaviləsinin 22.3-cü bəndinə əsasən Satınalan təşkilat müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələriaparmasa, Təchizatçı ödənilməsi gecikdirilmiş məbləğlərə görə Müqavilənin xüsusi şərtlərinin 16-ci hissəsi ilə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. 22.3-cü bəndinə əsasən Satınalam təşkilat ödənişləri (o cümlədən avans ödənişləri) müqavilənin ümümi şərtlərinin 13.1-ci bəndi üzrə müəyyən olunmuş müddətdə Müqavilənin xüsusi şərtlərinin 10-cu hissəsi ilə göstərilmiş qaydada aparmasa, Təhçizatçı ödəməsi gecikmiş məbləğlərə görə Müqavilənin xüsusi şərtlərinin 16-cı hissəsi ilə müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edilə bilər. TƏBİB Publik Hüquqi şəxsə iddiaçı xxxx MMC tərəfindən MT saylı 12419793saylı e qaime TƏBİB-ə ## ###### 2024-cü il tarixdə göndərilmişdir. Qaimə vurulduğu andan 15 gün müddətində qaimə göndərilən tərəf təsdiq etməlidir. Təsdiqlənmədiyi təqdirdə isə sistem tərəfindən təsdiq edilmiş hesab edilir. ## ###### 2024-cü il tarixindən 376 gün gecikmə ilə qarşı tərəf qaimə üzrə görülmüş işlərin ödənişinietmir. Satınalan şirkət TƏBİB Publik Hüquqi şəxs ##.##.2024-cü il tarixli, ***/***** saylı Xidmətlər üzrə Satınalama müqaviləsüizrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin 22.3, 22.4, müqavilənin xüsusi şərtlərinin 13.1, 13.5, 22.1, 22.2-ci bəndələrini həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeydolunan normalarını pozmuşdur. Hazirki müqavilənin Xüsusi Şərtlərinin 13.1-ci bəndlərinə əsasən Təhçizatçı tərəfindən ödəniş sənədləri ( hesab faktura, elektron qaime faktura, təhvil təslim akti) təqdim edildikdən sonra 15 gün bank günü ərzində ödəmənietməlidir. Həmin müqavilənin 13.5-ci bəndinə əsasən Satınalama şirkəti 15 gün ərzində müqavilənin xüsisi şərtlərinə qeyd edilən ödəmələri aparmasa Təhçizatçıya 10 (on) gün möhlət verir. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun 0.1 faiziməbləğdə dəbbə pulu tətbiq edilə bilər. Hal hazirda ## ###### 2024-cü il tarixdən indiyə qədər cavabdehin 376 gün gün gecikmə ilə hesablanan1353.60(üç yüzaltmış yeddi, iyirmi qəpik) cərimə borcu mövcuddur. Qarşı tərəfə ## ### 2025-ci il tarixdə pretenziya məktubu təqdim edilmişdir. Lakin tərəf 72 saat ərzində heç bir addım atmamışdır. Daha sonra elektron pretenziya məktubu göndərilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində heç bir addım atılmamışdır.

13. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) (hazırda Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) # ####### 2024-cü il tarixli, AİBNDX/SQ-9886/2024 nömrəli qərarı ilə təsdiq edilmiş yekun protokola əsasən, Dövlət satınalmalarının vahid internet portalında keçirilmiş ***** nömrəli satınalma proseduru üzrə tədbirlərin təşkili və digər xidmətlərin satın alınması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən kotirovka sorğusu metodu ilə satınalma keçirilmişdir. Həmin satınalma prosedura üzrə qiymətləndirmənin nəticələrinə əsasən İddiaçı MMC (İddiaçı) qalib elan edilmişdir. Bununla əlaqədar olaraq, TƏBİB tərəfindən AİBNDX-yə göndərilmiş materiallara baxılarkən İddiaçı ilə bütün vergilər daxil 58.646,00 AZN (əlli səkkiz min altı yüz qırx altı manat sıfır qəpik) məbləğində satınalma müqaviləsinin bağlanmasına əsas verən, tədbirlərin təşkili və digər xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu metodu ilə keçirilmiş satınalmanın nəticəsi barədə yekun protokolun təsdiq olunmasının məqsədəmüvafiq hesab edildiyi müəyyən edilmişdir. Bu əsasla da TƏBİB və İddiaçı arasında nümunəvi forması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş ***/**** nömrəli, ##.##.2024-cü il tarixli “Xidmətlər üzrə satınalma Müqaviləsi” (Müqavilə) bağlanmışdır. Həmin müqavilənin III fəsli ilə müqavilənin xüsusi şərtləri, ##.##.2024-cü il tarixli * nömrəli əlavəsi ilə isə Qiymət cədvəli təsdiq edilmişdir. Qiymət cədvəlinə əsasən Müqavilə dəyərini vergi daxil olmaqla ehtiva edən 7 xidmət üzrə xidmətlərin spesifikasiyası və qiymətləri müəyyən edilmişdir. Belə ki, Qiymət cədvəlinə əsasən müqavilə üzrə nəzərdə tutulan xidmətlər aşağıdakılardan ibarət olmuşdur: Qiymət cədvəlinin 1. Bəndi: Media brifinqləri, təqdimat mərasimləri və konfransların təşkili. Bu xidmət il ərzində keçiriləcək media brifinqi, təqdimat mərasimləri və konfranslar çərçivəsində iştirakçılar üçün kofe fasiləsinin təşkilini ehtiva edir. Hər tədbir üzrə 200 nəfərlik kofe fasiləsinin təşkil edilməsi nəzərdə tutulmuşdur. Kofe fasiləsi İsveç masası formatında təşkil olunmalı və çay, kofe, qazlı və qazsız su, üç növ meyvə şirəsi, dörd növ şirniyyat və üç növ duzlu qəlyanaltını əhatə etməlidir. Bu xidmət üzrə 3 tədbirin təşkili nəzərdə tutulmuşdur. Miqdar: 3 ədəd. Qiymət (1 ədəd üzrə): 3,600 manat. Cəmi: 10,800 manat. Qiymət cədvəlinin 2. Bəndi: TƏBİB-in 2024-2026-cı illər üzrə Strategiyası çərçivəsində təqdimat tədbirinin təşkili. Bu xidmət TƏBİB-in Strategiyasının * nömrəli strateji hədəfinin 2.6-cı bəndi (təcili və təxirəsalınmaz tibbi xidmətlərin təkmilləşdirilməsi) üzrə həyata keçirilən layihənin təqdimatı məqsədilə təşkil ediləcək tədbiri əhatə edir. TədbirinBakı şəhərində 1-ci zonada yerləşən, zal və foyesində 200 nəfər qonağın yerləşməsi mümkün olan, həmçinin qonaq sayına uyğun parklanma sahəsinə malik məkanlarda keçirilməsi nəzərdə tutulur. Məkan müvafiq texniki avadanlıqlarla - səs sistemi (3 ədəd simsiz və 5 ədəd stolüstü mikrofon), sinxron tərcümə avadanlığı və tərcüməçi, prezidium masası, tribuna və proyektor ilə təmin edilməlidir. Bundan əlavə, tədbir iştirakçıları üçün 200 nəfərlik salamlama kofesi təşkil olunmalı, kofe fasiləsi çay, kofe, su və dörd növ şirniyyatdan ibarət olmaqla İsveç masası formatında təqdim edilməlidir. Bu xidmət üzrə 1 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Miqdar: 1 ədəd. Qiymət: 9,900 manat. Cəmi: 9,900 manat. Qiymət cədvəlinin

3. Bəndi: Jurnalist və bloqerlər üçün media-turun təşkili. TƏBİB-in 2024- 2026-cı illər üzrə Kommunikasiya Strategiyasının 4.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin icrası məqsədilə jurnalist və bloqerlər üçün media-turun təşkil edilməsi planlaşdırılmışdır. Media-tur çərçivəsində sentyabr ayında Qəbələ Rayon Mərkəzi Xəstəxanasına səfər təşkil edilməli və Bakı-Qəbələ-Bakı marşrutu üzrə gediş və dönüş təmin edilməlidir. Bu məqsədlə 45 nəfərlik iştirakçı heyətinin daşınması üçün 1 ədəd iritutumlu və komfortlu nəqliyyat vasitəsi (Neoplan tipli avtobus) ayrılması nəzərdə tutulmuşdur. Bu xidmət üzrə 1 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Miqdar: 1 ədəd. Qiymət: 1,500 manat. Cəmi: 1,500 manat. Qiymət cədvəlinin 4. Bəndi: “SİZ 2024” - Səhiyyə İdarəçiləri Zirvəsinin təşkili. 18 dekabr tarixində keçirilməsi planlaşdırılan Səhiyyə İdarəçiləri Zirvəsinin təşkilinə dair xidmətlər geniş texniki və təşkilati təminatı əhatə edir. Bu xidmət çərçivəsində tədbirin keçirilməsi üçün Bakı şəhərində yerləşən, 400 nəfərlik zal və foyeyə malik, qonaq sayına uyğun parklanma sahəsi olan, həmçinin təşkilati heyət və xüsusi qonaqlar üçün ayrıca görüş və qidalanma zonaları təqdim edə bilən 5 ulduzlu hotelin təmin edilməsi nəzərdə tutulur. Tədbirin texniki təminatı kimi 9x3 metr ölçüdə LED ekranın quraşdırılması, 6x4 metr ölçülü podiumun qurulması, tam səs sistemi və mikrofon avadanlıqları, 200 nəfər üçün sinxron tərcümə avadanlığı və iki peşəkar tərcüməçi, digital tribuna, Davos formatlı müzakirə tumba və kresloları, təqdimat üçün kliker, həmçinin 3x6 metr ölçüdə fotozona üçün brandwall hazırlanması və quraşdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, tədbir iştirakçıları üçün 400 nəfərlik salamlama kofe süfrəsi təşkil olunmalı və burada çay, kofe, qazlı və qazsız su, dörd növ şirniyyat İsveç masası formatında təqdim edilməlidir. Bu xidmət üzrə 1 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Miqdar: 1 ədəd. Qiymət: 20,000 manat. Cəmi: 20,000 manat. Qiymət cədvəlinin 5. Bəndi: Jurnalist və bloqerlər üçün təlimin təşkili. TƏBİB-in Kommunikasiya Strategiyasının 4.1 -ci bəndinə uyğun olaraq jurnalist və bloqerlər üçün 1 günlük təlim proqramının təşkili nəzərdə tutulmuşdur. Təlim Bakı şəhərində yerləşən, 150 nəfərlik iştirakçını qəbul edə bilən və müvafiq texniki şəraitə malik 5 ulduzlu hotelin təlim zalında keçirilməlidir. Təlim zamanı zallar səs sistemi, proyektor, 5 ədəd flipçart, markerlər, iştirakçı sayına uyğun stol və stullar, qeyd kağızları və qələmlərlə təmin olunmalıdır. İştirakçılar üçün iki dəfə, hər biri 150 nəfərlik olmaqla çay və kofe fasiləsi təşkil edilməlidir. Təlim proqramının həyata keçirilməsi üçün iki ekspert-təlimçi cəlb edilməlidir; onlardan biri media və kommunikasiya sahəsində, digəri isə tibb sahəsində ixtisaslaşmış və hər iki sahə üzrə minimum 5 illik təcrübəyə malik olmalıdır. Təlim məkanında həmçinin 3x6 metr ölçülü brandwall və 1 ədəd rollap yerləşdirilməsi nəzərdə tutulur. Bu xidmət üzrə 1 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Miqdar: 1 ədəd Qiymət: 7,500 manat Cəm: 7,500 manat. Beləliklə, Müqavilə üzrə göstərilməsi nəzərdə tutulmuş 7 xidmətin ümumi dəyəri 49 700 manat, həmin məbləğə 18 faiz ƏDV (8 946 manat) əlavə olunmaqla müqavilə üzrə yekun məbləğ 58 646 manat təşkil edir. Bildiririk ki, iddiaçının dəlil qismində məhkəməyə təqdim etdiyi və tərəflər arasında rəsmi elektron poçtünvanları vasitəsilə aparılmış yazışmaların məzmunundan göründüyü kimi, tərəflər müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin icrası ilə bağlı müəyyən dəyişikliklər və əvəzləşdirmələr barədə qarşılıqlı müzakirələr aparmışlar. Belə ki, ##.##.2024-cü il tarixində TƏBİB tərəfindən iddiaçıya ünvanlanmış müraciətə əsasən, qiymət cədvəlinin 4-cü bəndinə uyğun olaraq ## ###### 2024-cü il tarixində TƏBİB-in təşkilatçılığı ilə keçiriləcək “SİZ2024” tədbiri üçün X2-in Nizami zalının sifariş verilməsi xahiş edilmişdir. Həmin müraciətə əlavə olunmuş qiymət cədvəlinin 4-cü bəndində nəzərdə tutulmuş xidmətlər siyahısına aşağıdakı dəyişikliklərin edilməsi təklif olunmuşdur: Çıxarılan xidmətlər: sinxron tərcümə avadanlığı və tərcüməçi xidmətləri. Əvəzləşdirilən xidmətlər: ekranlı davos tumbalarının sadə davos tumbaları ilə əvəz olunması (tədbirin brendinqinin vinil material vasitəsilə tumbalar üzərinə çap olunması daxil olmaqla). Həcmi və dəyəri azaldılan xidmətlər: tədbirin ümumi iştirakçı sayının 400 nəfərdən 250 nəfərə (+10 nəfər) endirilməsi; LED ekranın ölçüsünün 8x3 metr həddinə qədər azaldılması; brandwall-un (6 m x 3 m, dərinlik 45 sm) metal konstruksiyasının sifarişçi tərəfdən təmin ediləcəyinin nəzərə alınması. Xidmətlərin digər xidmətlər hesabına kompensasiya edilməsi: Qiymət cədvəlinin 1-ci bəndində nəzərdə tutulmuş 200 nəfərlik kofe fasiləsinin 1 ədədinin (ƏDV daxil 4248.00 AZN), eləcə də Qiymət cədvəlinin 2-ci bəndində tədbirin təşkilindən artıq qalan 100 nəfərlik kofe fasiləsinə ayrılmış büdcənin (1000 AZN) həmin tədbirin büdcəsinə əlavə olunması xahiş edilmişdir. Bununla əlaqədar olaraq ##.##.2024-cü il tarixində iddiaçı tərəfindən TƏBİB-in qeyd olunan müraciətinə cavab olaraq göndərilmiş elektron məktubda iddiaçı öz rəsmi mövqeyini bildirmişdir. İddiaçının qeyd etdiyi kimi, dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri hesab olunan “COP29” konfransının noyabr ayında Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar olaraq əvvəlcədən planlaşdırılmış bir sıra yerli və beynəlxalq tədbirlərin tarixləri dekabr ayına dəyişdirilmişdir. Bu səbəbdən tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş məkanların rezervasiyasında ciddi sıxlıq yaranmış və yaranmış vəziyyətə uyğun olaraq qiymətlərdə artım müşahidə olunmuşdur. Bununla belə, iddiaçı tərəfindən bildirilmişdir ki, TƏBİB-in təşkilatçılığı ilə keçiriləcək “SİZ2024” tədbirinin tender təklifi zamanı göstərildiyi kimi ## ###### 2024- cü il tarixində Bakı şəhərinin 1-ci zonasında yerləşən 5 ulduzlu X6 Hotel-in “Tağıyev 2” konfrans zalında keçirilməsi mümkündür. Eyni zamanda iddiaçı tərəfindən qeyd edilmişdir ki, mövcud təklifin (ümumi dəyəri mənfəət və bütün vergilər daxil olmaqla 20 000,00 AZN) TƏBİB-in müraciətində göstərildiyi kimi 5 ulduzlu X2-in Nizami zalı ilə əvəz edilməsi (netto, yəni mənfəətsiz hesabla) təxminən 50% və ya 12 500,00 AZN məbləğində bahalaşmaya səbəb olur. İddiaçı qeyd etmişdir ki, zərərlə fəaliyyət göstərmək hər hansı biznes subyektinin iqtisadi maraqlarına uyğun hesab edilə bilməz. Bundan əlavə, TƏBİB tərəfindən təklif edilən texniki dəyişikliklərin ümumi bahalaşma məbləğinin yalnız kiçik bir hissəsini kompensasiya edə biləcəyi vurğulanmışdır. Həmçinin tədbirin ümumi iştirakçı sayının 400 nəfərdən 250 nəfərə (+10 nəfər) endirilməsinin mövcud şəraitdə qiymətə təsir etmədiyi qeyd edilmişdir. Bunun səbəbi kimi isə otel tərəfindən yaranmış vəziyyət nəzərə alınaraq dekabr ayı üçün minimum 25 000,00 AZN (netto) məbləğində depozit (ödəniş) tələb olunması göstərilmişdir. İddiaçının mövqeyinə görə, müraciət dəyərləndirilərkən tərəflər arasında mövcud olan uzunmüddətli əməkdaşlıq münasibətləri də nəzərə alınmışdır. Bu baxımdan TƏBİB tərəfindən təklif olunan bütün əvəzləşmələr və ixtisarlar qüvvədə saxlanılmaqla, tədbirin keçirilmə yerinin X2-in Nizami zalına dəyişdirilməsinin mümkün olması üçün qiymət cədvəlinin 1-ci maddəsində nəzərdə tutulmuş 200 nəfərlik kofe fasiləsinin növbəti iki ədədi üzrə iştirakçı sayının hər tədbir üzrə 100 nəfər saxlanılması zəruri hesab edilmişdir. Bu şərt daxilində, tender müsabiqəsi zamanı onsuz da ən aşağı qiymət təklifini təqdim etmiş İddiaçı MMC tərəfindən heç bir mənfəət əldə edilmədən, yalnız tərəflər arasında mövcud əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə “SİZ2024” tədbirinin keçirilmə yerinin X2-in Nizami zalına dəyişdirilməsinin çətin də olsa təmin edilə biləcəyi qeyd olunmuşdur. Yuxarıda göstərilən rəsmi yazışmaların məzmunundan aydın olur ki, müqavilə üzrə xidmətlərin icrası ilə bağlı təklif edilən dəyişikliklər tərəflər arasında müzakirə edilmiş və iddiaçı tərəfindən bu dəyişikliklərə münasibət bildirilməklə onların həyata keçirilməsi müəyyən şərtlərlə qəbul edilmişdir. Xüsusilə, ##.##.2024-cü il tarixli elektron məktubda iddiaçı tərəfindən mövcud bazar şəraiti, qiymət dəyişiklikləri və tədbirin keçirilmə məkanının dəyişdirilməsi ilə bağlı iqtisadi əsaslandırmalar təqdim olunmaqla, təklif edilən dəyişikliklərin həyata keçirilməsinin mümkünlüyü müəyyən şərtlərlə ifadə edilmişdir. Bu isə iddiaçının müqavilə üzrə dəyişikliklərə münasibətdə aydın iradə ifadəsi nümayiş etdirdiyini və həmin dəyişikliklərin tərəflər arasında razılaşdırılması prosesində iştirak etdiyini göstərir. Mülki hüququn ümumi prinsiplərinə uyğun olaraq, tərəfin öz davranışı və yazılı mövqeyi ilə müəyyən razılıq ifadə etməsi sonradan həmin razılığı inkar etməsi üçün əsas yarada bilməz. İddiaçının qeyd olunan yazışmalardakı mövqeyi və sonrakı davranışı göstərir ki, o, müqavilə üzrə dəyişikliklərin mümkünlüyünü qəbul etmiş və onların həyata keçirilməsi üçün konkret şərtlər irəli sürmüşdür. Bu isə hüquqi baxımdan müqavilə münasibətlərində dəyişikliklərin iddiaçının iradə ifadəsi və qarşılıqlı razılıq əsasında formalaşdığını təsdiq edir. Beləliklə, iddiaçının sonradan həmin dəyişiklikləri mübahisələndirməsi mülki hüquqda qəbul edilmiş vicdanlılıq prinsipi ilə uzlaşmır, həmçinin tərəflər arasında aparılmış rəsmi yazışmaların məzmunu ilə ziddiyyət təşkil edir. Bu səbəbdən, təqdim edilmiş elektron yazışmalar iddiaçının müqavilə üzrə dəyişiklikləri qəbul etdiyini və bu dəyişikliklərin tərəflərin qarşılıqlı razılığı əsasında formalaşdığını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən göstərilmiş bütün xidmətlərin əvəzinin ödənilməsi haqqında: tərəflər arasında bağlanmış müqavilənin III fəsli - Xüsusi şərtlərin 10-cu bəndinə əsasən, təchizatçı tərəfindən ödəniş sənədləri (hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktı) təqdim edildikdən sonra ödənişlər 15 (on beş) bank günü ərzində həyata keçirilməli və müqavilə üzrə ödəmələr Azərbaycan manatı ilə aparılmalıdır. Müqaviləyə əsasən, iddiaçı bütün əvəzləşdirmələri nəzərə alaraq qiymət cədvəlində nəzərdə tutulmuş 7 xidmətdən 6-sını icra etmişdir. Bununla əlaqədar olaraq, TƏBİB-ə müqavilənin Xüsusi şərtlərinin 10-cu bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (hesab-faktura, elektron qaimə- faktura və təhvil-təslim aktı) əsasında TƏBİB tərəfindən iddiaçıya ümumilikdə göstərilən xidmətlərin əvəzi olaraq 54 398 AZN ödənilmişdir. Qiymət cədvəlinin 1-ci bəndində nəzərdə tutulmuş xidmətlərin 1 ədədi göstərilmədiyi üçün (ƏDV-siz 3 600 AZN; ƏDV daxil: 4 248 AZN) TƏBİB tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Hazırda iddiaçı məhkəmədə məhz həmin xidmətin əvəzini tələb etsə də, məhkəməyə sözügedən xidmətlərin göstərilməsini təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Bunu səbəbinin isə həmin xidmətlərin ümumiyyətlə göstərilməməsi və heç bir digər xidmətlərlə əvəzləşdirilməsi barədə razılığın olmamasıdır. Qeyd edirik ki, tərəflər arasında 3 ədəd təsdiq edilmiş təhvil-təslim aktı mövcuddur: ##.##.2024-cü il tarixli təhvil aktı ilə xidmətlər Qiymət cədvəlinin 2-ci və 3-cü bəndlərinə əsasən müəyyən edilmiş və ##.##.2024-cü il tarixində əvəzi ödənilmişdir (ƏDV daxil: 13 452 AZN). ##.##.2024-cü il tarixli təhvil aktı ilə Qiymət cədvəlinin 1-ci bəndindəki 2 xidmət (3 xidmətdən 2-si) və 4-cü bəndindəki xidmət təhvil alınmışdır. Həmin xidmətlər ##.##.2024-##.##.2024-cü il tarixlərində aparılmış • yazışmalara əsasən əvəzləşdirilmiş və bu təhvil aktı ilə rəsmiləşdirilmişdir. Bu təhvil aktı üzrə ##.##.2024-cü il tarixində ödənişlər ödənilmişdir (ƏDV daxil: 32 096 AZN). ##.##.2024-cü il tarixli təhvil aktı ilə qiymət cədvəlinin 5-ci bəndində nəzərdə tutulmuş xidmət təhvil alınmış və icra edilmişdir. Əvəzi ##.##.2025-ci il tarixində ödənilmişdir (ƏDV daxil: 8 850 AZN). İstinad edilən qaimənin qeyri-iş günü göndərilməsi haqqında: İddiaçı öz iddialarını TƏBİB-ə ünvanladığı elektron qaimə-fakturaya istinadən irəli sürməkdədir. Lakin qeyd edirik ki, sözügedən qaimə İddiaçı ilə tam hesablaşdıqdan sonra və ilin son günü olan qeyri-iş günündə elektron vergi sisteminə yerləşdirilmişdir. Qaimənin göndərilmə tarixi ##.##.2024cü il, saat 10:59 olmuşdur ki, bu tarix iş günü hesab edilməyən Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Bundan əlavə, 1 və # ###### 2025-ci il də bayram günləri olduğundan iş günü hesab edilməmişdir. # ###### 2025- ci il tarixi isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il, *** nömrəli “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, ## ###### 2024-cü il istirahət günü ilə əvəz edilmiş və qeyri-iş günü hesab edilmişdir. 4 və # ###### 2025-ci il şənbə və bazar günlərinə təsadüf etdiyindən, beş günlük iş rejimində çalışan TƏBİB əməkdaşları üçün qeyri-iş günü hesab edilmişdir. Nəticədə, qaimənin göndərildiyi gün də daxil olmaqla 6 ardıcıl qeyri-iş günü yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarf’nm 3.3 və 3.4-cü maddələrinə əsasən, cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində düzəliş üçün qaytarıla bilər. Qaimə qəbuledən tərəfindən təsdiq edilmədikdə, proqram təminatı tərəfindən avtomatik təsdiqlənir. Beləliklə də, qaimənin göndərildiyi və düzəliş üçün nəzərdə tutulan müddən qeyri-iş günlərinə və istirahət günlərinə təsadüf etdiyindən sözügedən qaimə sistem tərəfindən avtomatik təsdiq edilmiş, TƏBİB tərəfindən ləğv olunması mümkün olmamışdır. İddiaçının TƏBİBə ünvanldığı ##.##.2025, ##.##.2025 və ##.##.2026 tarixli rəsmi müraciətlərinə cavab olaraq TƏBİB tərəfindən müvafiq olaraq ##.##.2025, ##.##.2026 və ##.##.2026 tarixli cavab məktublarda qaimə qeyri-iş günündə göndərilməsi səbəbindən ləğv edilə bilmədiyi və sistem tərəfindən avtomatik təsdiqləndiyi bildirilmişdir. Eyni zamanda İddiaçıya ödənişlərin göstərilən xidmətlər üzrə tam həyata keçirildiyi, onun tərəfindən təqdim edilən sənədlərin yalnız birtərəfli (iddiaçı tərəfindən) təsdiq edildiyi İddiaçının diqqətinə çatıdırlmışdır. Bütün bunlar isə sözügedən elektron qaiməfakturanın Məhkəmədə xidmətlərin təhvili və göstərilməsi ilə bağlı iddiaçının iddialarını təsdiq edən dəlil kimi qiymətləndirilə bilməməsini və İddiaçının iddialarının əsassız olmasını təsdiq edir. Qeyd edirik ki, İddiaçının digər tələbləri tamamilə əsassız və absurddur. Belə ki, iddiaçı tərəfindən tələb olunan yemək və digər xərclərə görə 756 AZN və əlavə olaraq jurnalistlər üçün avtobusda nəzərdə tutulan 900 AZN yemək xərcləri ilə bağlı tələbləri heç bir halda əsaslandırılmamış və dəlillərlə təsdiqlənməmişdir. Bu tələblər ümumiyyətlə bizə tam olaraq aydın deyil və məhkəmədə İddiaçının nümayəndəsinin şifahi çıxışı zamanı da əsaslandırıla bilməmişdir. Bundan əlavə, Qəbələ rayonuna media turla bağlı xidmətlər Qiymət cədvəlinin 3- cü bəndində nəzərə tutulmuşdur. Qeyd edirik ki, sözügedən Xidmətin göstərilməsindən öncə, ##.##.2024-cü il tarixində TƏBİB tərəfindən İddiaçıya rəsmi müraciət göndərilmiş, xidmətin şərtləri bir daha dəqiqləşdirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixində Qəbələ RMX-də media tur təşkil olunacağı, Avtobusun yola düşmə saatı və məntəqəsi barədə məlumatın İddiaçıya qarşıdan gələn günlərdə təqdim olunacağı bildirilmiş və Qəbələdə nahar yeməyi üçün nəzərdə tutulan restoranı İddiaçının təyin etməsi və əvvəlcədən TƏBİB-ə məlumat verilməsi xahiş edilmişdir. İddiaçının direktoru tərəfindən ##.##.2024-cü il tarixində göndərilən elektron poçt cavabında bildirilmişdir ki, Satınalma müqaviləsində nəzərdə tutulmuş xidmətlər sifariş əsasında təmin ediləcək və Qəbələdə nahar yeməyi üçün restoran təyin edilərək əvvəlcədən TƏBİB-ə məlumat veriləcəkdir. Lakin İddiaçı tərəfindən hər hansı əlavə tələblər TƏBİBə bildirilməmişdir, hər hansı xidmətin gösətirlməsi zamanı əlavə xərclərin yarandığı və ya yarana biləcəyi üçün xidmətlərin göstərilməsindən imtina edilməmişdir. Xidmətlər heç bir pretenziya irəli sürülmədən İddiaçı tərəfindən icra edilmiş və Sözügedən xidmətlərin göstərilməsi ##.##.2024-cü il tarixli təhvil aktı ilə təsdiqlənmiş və ##.##.2024-cü il tarixində ödənişi həyata keçirilmişdir (ƏDVsiz: 1500 AZN; ƏDV daxil: 1770 AZN). Bu əsasla hazırda İddiaçının bu kimi tələb irəli sürməsi təmamilə əsassız və qanunsuzdur. Bundan əlavə, İddiaçı 10 000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etmişdir. Lakin qeyd etmək lazımdır ki, İddiaçı bu tələbini heç bir əsas və dəlillə sübut etməmişdir. Ümumiyyətlə, İddiaçı hüquqi şəxs olduğundan onun mənəvi ziyanla üzləşməsi yalnız işgüzar nüfuzuna hər hansı formada xələl gəlməsi halında mümkündür. Lakin TƏBİB və onun əməkdaşlarının hər hansı hərəkət və ya hərəkətsizlikləri nəticəsində İddiaçının işgüzar nüfuzuna heç bir zərər dəyməmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən sifariş daxil olduqca 7 tədbir keçirilməsi planlaşdırmış, lakin müqavilə üzrə 7 tədbir keçirilməmiş, həmin il cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən cəmi 4 tədbir keçirilmişdir. İlk tədbir Bakı Biznes Mərkəzində keçirilmiş, həmin tədbirin keçirilməsi aktlaşdırılmış, tədbirə görə iddiaçıya 9900 manat ödənilmiş, ikinci tədbir Bakı- Qəbələ-Bakıya media-turun təşkili olmuş, həmin tədbir baş tutmuş, aktlaşdırılmış, iddiaçıya 1500 manat ödənilmiş, 3-cü tədbir isə onların istəyi ilə Fairmont otelində keçirilmiş, iddiaçı sifarişin yerinin dəyişdirilməsi ilə bağlı əlavə xərclər yaranacağını bildirmiş, 25000 manat depozit ödənilməli olduğunu göstərmiş, qiymət artımına razılıq verilmiş, həmin tədbirlə bağlı müqavilədə nəzərdə tutulmuş 20000 manatdan əlavə, müqavilə əlavəsində nəzərdə tutulmuş 3 ədəd media brifinq tədbirlərindən ikisi keçirilmədiyi halda, keçirilmiş kimi aktlaşdırılmış, həmin tədbirlər üçün nəzərdə tutulmuş ödənişlər də (3600 manat * 2 ədəd) hazırkı tədbirlə bağlı iddiaçıya ödənilmişdir. Bu səbəbdən iddiaçının həmin tədbirlə bağlı zərərə uğraması barədə dəlili əsassızdır. Belə ki, Fairmont otelində keçirilmiş tədbirlə bağlı son nəticədə cavabdeh iddiaçıya ümumilikdə 20000 manat və 7200 manat olmaqla 27200 manat vəsait ödəmişdir. Daha sonra müqavilə üzrə sonuncu tədbir Park İnn Hoteldə keçirilmiş, həmin tədbirin keçirilməsi də aktlaşdırılmış, iddiaçıya 7500 manat vəsait ödənilmişdir. Müqavilə üzrə iddiaçı tərəfindən başqa hər hansı tədbir keçirilməmişdir. Müqavilənin əlavəsində nəzərdə tutulsa da, 3 ədəd media brifinq keçirilməmiş, ümumiyyətlə bununla bağlı iddiaçıya hər hansı sifariş verilməmişdir, iddiaçı hazırda ödənilməsini tələb etdiyi tədbirin ümumiyyətlə keçirilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli müraciətdə göstərilmiş vəsaitin ödəniləcəyi ilə bağlı vədə münasibətdəbildirir ki, təqdim etdiyi ödəniş tapşırıqlarından görünür ki, iddiaçıya sonuncu ödəniş 2025-ci ilin mart ayında edilmişdir. İddiaçının digər tələbləri də əsassızdır.

17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf məhkəməyə həmin tədbirin ümumiyyətlə cavabdeh tərəfindən sifariş verildiyini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmiş, məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi ümumiyyətlə həmin tədbirin hansı tarixdə və harada keçirildiyini bildirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 4248 manat əsas borcun ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir . Cavabdehin ##.##.2024-cü il tarixli müqavilə üzrə iddiaçı qarşısında icra edilməli olan hər hansı öhdəliyinin qalması müəyyən edilmədiyindən iddiaçının həmin tələbi də əsassızdır və təmin edilməməlidir. İddia tələbinin üçüncü, ##.##.2024-cü il tarixli müqavilə üzrə icra edilmiş əlavə sifarişlərlə bağlı 756 manat və 900 manat vəsaitin tələb edilməsi hissəsində də əsassız hesab etmişdir. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin tələblə bağlı ümumiyyətlə hər hansı sübut təqdim edə bilməmiş, bununla da sübutetmə vəzifəsini icra edə bilməmişdir. İddia tətləbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

19. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli ***/***** saylı xidmət müqaviləsi bağlanmış, həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən xidmətlər faktiki icra olunmuşdur. Dəfələrlə izah formasında və həmçinin elektron qaimənin cavabdeh tərəfindən təsdiq edildiyini bildirsək də və həmçinin Təbibin rəsmisinin səs yazılarını və whatssap yazışmalarını məhkəmə prosessində hakim və cavabdeh tərəf dinləsə də Təbibin borcu olmaması barədə qərara gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

22. Etriaz onunla əsaslandırlımışdır ki, apellyasiya şikayətində əsasən sübutların qiymətləndirilməməsinə, elektron qaimənin hüquqi qüvvəsinə və təqdim edilmiş sənədlərin nəzərə alınmamasına istinad etsə də, şikayətdə göstərilən arqumentlərin heç biri əsaslı deyildir . Müqaviləyə əsasən, iddiaçı bütün əvəzləşdirmələri nəzərə alaraq qiymət cədvəlində nəzərdə tutulmuş 7 xidmətdən 6-sını icra etmişdir. Bununla əlaqədar olaraq, TƏBİB-ə müqavilənin Xüsusi şərtlərinin 10-cu bəndinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (hesab-faktura, elektron qaimə-faktura və təhvil- təslim aktı) əsasında TƏBİB tərəfindən iddiaçıya ümumilikdə göstərilən xidmətlərin əvəzi olaraq 54 398 AZN ödənilmişdir.Qiymət cədvəlinin 1-ci bəndində nəzərdə tutulmuş xidmətlərin 1 ədədi göstərilmədiyi üçün (ƏDV-siz 3 600 AZN; ƏDV daxil: 4 248 AZN) TƏBİB tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəməyə sözügedən xidmətlərin göstərilməsini təsdiq edən heç bir sənəd təqdim edə bilmir. Bunu səbəbinin isə həmin xidmətlərin ümumiyyətlə göstərilməməsi və heç bir digər xidmətlərlə əvəzləşdirilməsi barədə razılığın olmamasıdır. İddiaçı öz iddialarını TƏBİB-ə ünvanladığı elektron qaimə-fakturaya istinadən irəli sürməkdədir. Qaimənin göndərilmə tarixi ##.##.2024-cü il olmuşdur ki, bu tarix iş günü hesab edilməyən bayarm günü olmuşdur. qaimənin göndərildiyi və düzəliş üçün nəzərdə tutulan müddən qeyri-iş günlərinə və istirahət günlərinə təsadüf etdiyindən sözügedən qaimə sistem tərəfindən avtomatik təsdiq edilmiş, TƏBİB tərəfindən ləğv olunması mümkün olmamışdır. iddiaçı tərəfindən tələb olunan yemək və digər xərclərə görə 756 AZN və əlavə olaraq jurnalistlər üçün avtobusda nəzərdə tutulan 900 AZN yemək xərcləri ilə bağlı tələbləri heç bir halda əsaslandırılmamış və dəlillərlə təsdiqlənməmişdir. ##.##.2024-cü il tarixində Qəbələ RMX-də media tur təşkil olunacağı, Avtobusun yola düşmə saatı və məntəqəsi barədə məlumatın İddiaçıya qarşıdan gələn günlərdə təqdim olunacağı bildirilmiş və Qəbələdə nahar yeməyi üçün nəzərdə tutulan restoranı İddiaçının təyin etməsi və əvvəlcədən TƏBİB-ə məlumat verilməsi xahiş edilmişdir. İddiaçının direktoru tərəfindən ##.##.2024-cü il tarixində göndərilən elektron poçt cavabında bildirilmişdir ki, Satınalma müqaviləsində nəzərdə tutulmuş xidmətlər sifariş əsasında təmin ediləcək və Qəbələdə nahar yeməyi üçün restoran təyin edilərək əvvəlcədən TƏBİB-ə məlumat veriləcəkdir. Lakin İddiaçı tərəfindən hər hansı əlavə tələblər TƏBİB-ə bildirilməmişdir, hər hansı xidmətin gösətirlməsi zamanı əlavə xərclərin yarandığı və ya yarana biləcəyi üçün xidmətlərin göstərilməsindən imtina edilməmişdir. Xidmətlər heç bir pretenziya irəli sürülmədən İddiaçı tərəfindən icra edilmiş və Sözügedən xidmətlərin göstərilməsi ##.##.2024-cü il tarixli təhvil aktı ilə təsdiqlənmiş və ##.##.2024-cü il tarixində ödənişi həyata keçirilmişdir (ƏDV-siz: 1500 AZN; ƏDV daxil: 1770 AZN).

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etriazı müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

28. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

30. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

31. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0# ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” 32.

33. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

34. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

35. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

36. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

37. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

41. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli, ***/**** nömrəli TƏBİB-in Tədbirlərinin təşkili və digər xidmətlərin satın alınmasına dair müqaviləyə ** nömrəli əlavə ilə tərəflər müqavilə üzrə satın alınan xidmətləri və onların qiymətlərini razılaşdırmışlar.

42. Hazırda iddiaçı 4248 manat əsas borcun ödənilməsi; 376 gün gecikmə ilə hesablanan 1353,60 manat dəbbə pulunun ödənilməsi; əlavə sifarişlərlə bağlı 756 manat və 900 manat ödənilməsi; mənəvi ziyanın əvəzi qismində 10000 manat pulun tutulmasını tələb edir.

43. Məhkəmə kollegiyası 4248 manat əsas borcun ödənilməsi ilə bağlı bildirir ki, iş materillarına əlavə edilmiş ##.##.2024-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən 4248 manatın ödənilməsi tələb olunmuş, cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir.

44. Cavabdehin etirazında ##.##.2024-cü il tarixli mübahisələndirilən e-qaimənin iş günü hesab edilməyən bayram günündə göndərilməsi və həmin e-qaiməyə düzəliş edilməsi üçün nəzərdə tutulmuş müddətin qeyri-iş günlərinə təsadüf etməsi səbəbindən e-qaimənin sistem tərəfindən avtomatik təsdiq edildiyi və bu səbəbdən onun ləğv edilməsinin mümkün olmadığı bildirilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən e-qaimənin hüquqi nəticələrinin aradan qaldırılmasını istisna etmir. E-qaimənin göndərilməsi və ona düzəliş edilməsi üçün müəyyən edilmiş müddətlərin qeyri-iş günlərinə təsadüf etməsi həmin müddətlərin sonunun qanunvericiliklə müəyyən edilmiş qaydada növbəti iş gününə keçirilməsi məsələsini doğurur. Bu baxımdan, qeyriiş günlərinin mövcudluğu cavabdehin istinad etdiyi kimi vergi ödəyicisinin hüquqlarının avtomatik olaraq məhdudlaşdırılması və e-qaimənin məzmununun mübahisəsiz qəbul edilməsi üçün əsas hesab edilə bilməz.

45. Həmçinin kollegiya qeyd edir ki, mübahisələndirilən e-qaimə iş günü hesab edilməyən bayram günü təqdim olunsada, ondan sonra növbəti 5 gün qeyri-iş günlərinə təsadüf etsədə cavabdehin növbəti iş günü e-qaiməni mübahisələndirmək imkanı mövcud olmuşdur.

46. Belə ki, MPM-in 129-cu maddəsinin məzmunundan aydın olur ki, prosessual müddətin son günü qeyri-iş gününə təsadüf etdikdə, müddətin bitmə günü həmin gündən sonrakı ilk iş günü hesab olunur. Eyni zamanda, yerinə yetirilməsi üçün müəyyən müddət nəzərdə tutulmuş prosessual hərəkət həmin müddətin son günü saat 24:00-dək həyata keçirilə bilər.

47. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

48. Sonuncu xidmətin müqavilə çərçivəsində faktiki olaraq tam icra olunması, iş materiallarına əlavə edilmiş TƏBİB-in əməkdaşının səs yazıları və whatssap yazışmaları ilə də təsdiq olunur. Belə ki, sonuncu ##.##.2024-cü il tarixli mübahisələndirilən e-qaimə göndərildikdən sonrakı ayın yəni- yanvar ayının 31-nə kimi qalan ödənişlərin rəhbərliklə danışdıqdan sonra ödənəcəyi cavabdeh rəsmisi tərəfindən bir neçə dəfə səs yazıları və yazışmalarda təkrarlanır.

49. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası iddia tələbini ##.##.2024-cü il tarixli eqaimə üzrə ödənilməmiş 4248 manat pulun cavabdehdən tutulması hisəsində əsaslı hesab edir.

50. İddiaçının “1353.60 manat cərimənin cavabdehdən tutulması” tələbini kollegiya qismən əsaslı hesab edir:

51. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

52. Bu kontekstdə kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, cavabdehin göstərilən xidmətlərin dəyərinin böyük hissəsini ödədiyini nəzərə alır.

53. Məhkəmə kollegiyası iddia tələbini digər hissələrdə əsassız hesab edir.

54. Belə ki, iddia tələbinin yemək və digər xərclərə görə 756 manat, əlavə olaraq jurnalistlərə avtobusda verilən yeməyə görə ödənilən 900 manatın cavabdehdən tutulması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı qeyd olunan xərclərlə bağlı hər hansı sübut təqdim etməmişdir.

55. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin

56. aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

57. İddia tələbinin digər hissəsini mənəvi ziyanın əvəzi qismində 10000 manat pulun tutulması təşkil edir.

58. Kollegiya hesab edir ki, iddia tətəbi bu hissədədə əsassızdır.

59. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

60. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ** nömrəli, ##.##.2025-ci il tarixli Qərarında qeyd edilir ki, “... Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması isə yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər”

61. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər.

62. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsmunun 50 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsmunun 13 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumlarının qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı MMC tərəfindən verilimiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli , e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı MMC-nin cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3rşı iddiası qismən təmin edilsin. Cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 ##.##.2024- cü il tarixli, ***/***** saylı Xidmətlər üzrə Satınalama müqaviləsi əsasında 4248 manat əsas borc, 400 manat cərimə omaqla ümumilikdə 4648 (dörd min altı yüz qırx səkkiz) manat pul tutularaq iddiaçı İddiaçı MMC -ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İdda ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 212 manat dövlət rüsmunun 15 manatı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 tutularaq iddiaçı İddiaçı MMC-ə aid ödənilsin, dövlət rüsumu qalan hissədə apellyatorun özünə aid edilsin. Qətnamədən iddiaçı İddiaçı MMC tərəfindən rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar