Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-642/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Hakimlər sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında ##.##.2023-cü il tarixdə GIS-SM-***/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əsasən müqavilənin müvafiq əlavəsini təşkil edəcək qiymət razılaşma protokolunda, həmçinin sifariş vərəqəsində müəyyən olunan çeşiddə, miqdarda olan malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür; - 2.1-ci bəndinə əsasən satıcı malı alıcıya qiymət razılaşma protokolunda göstərilən müddət ərzində təhvil verir; - 3.1-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq malın dəyəri və ödəniş qaydası müvafiq qiymət razılaşma protokolunda əks olunmuşdur. Müvafiq qiymət razılaşma protokolunda əksi müəyyən olunmadığı təqdirdə, malın qiymətinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq bütün vergilər və məcburi ödənişlər daxildir; - 4.2-ci bəndinə əsasən alıcının malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəmək vəzifəsi vardır; - 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini tam icra etməyə və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, GIS-SM-***/** nömrəli alqısatqı müqaviləsinə ** nömrəli Əlavədən (qiymət razılaşdırılması haqqında) görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (1 ədəd beton boru 800-lük 422,72 manat, 1 ədəd beton boru 1000-lik 767,48 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2023-cü il tarixli, EBDL seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96973,27 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
4. ##.##.2023-cü il tarixli, EBDL seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 122324,52 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
5. ##.##.2023-cü il tarixli, EBDP seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 78512,13 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
6. ##.##.2023-cü il tarixli, EBDV seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 122797,41 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
7. ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 73678,44 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
8. ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24559,48 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi GIS-SM-***/** saylı, ##.##.2023-cü il tarixli müqavilə üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli hesabfaktura qeyd edilmişdir.
9. Iddiaçı tərəfindən İddiaçı MMC tərəfindən tərtib edilmiş, imzalar və İddiaçı MMCnin möhürü ilə təsdiq edilmiş qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir.
10. İddiaçı MMC tərəfindən tərtib edilmiş sistemdən çıxarışa əsasən İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına ümumi dəyəri 518845,25 manat olan mal satılmışdır. Həmin məbləğin 460607,31 manat hissəsi ödənilmiş, 58237,94 manat qalıq borc qalmışdır.
11. ##.##.2026-cı il tarixli hesabdan çıxarışa əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına ##.##.2023- ##.##.2024-cü il tarixləri arasında ümumilikdə 70271,28 manat ödəniş edilmişdir.
12. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 84745,76 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDL seriyalı, ****** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
13. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 25423,73 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDL seriyalı, ****** nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir.
14. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 75676,09 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDL seriyalı, ****** nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir.
15. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 66535,7 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDP seriyalı, ****** nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir.
16. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 33838,3 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDV seriyalı, ****** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
17. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 33898,3 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDV seriyalı, ****** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
18. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 36319,85 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDV seriyalı, ****** nömrəli elektron qaimə üzrə tam ödəniş qeyd edilmişdir.
19. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-nin bank hesabına 33898,3 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı kimi EBDW seriyalı, ****** nömrəli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
20. İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
21. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla 58237,94 manat məbləğində borcun, 2025-ci il dövr üzrə gecikdirilmiş günlərə görə borcun illik 5 faizini həcmində - yəni 2911,90 manat olmaqla, ümumilikdə 61149,84 manat məbləğində pulun və ödənilmiş 274 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış beton borunun alqısatqısı barədə ## #### 2023-cü il tarixli, GIS-SM-***/** nömrəli müqavilənin predmetinə əsasən İddiaçı MMC istehsal etdiyi müxtəlif ölçüdə olan beton boruları (800 və 1000 diametrlik ölçüdə) “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına satmağı, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı isə sözügedən müqavillənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə edilmiş ** nömrəli əlavədə (Qiymət razılaşdırma protokolu) göstərilənlərə uyğun olaraq malın dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə və sözügedən müqavillənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə edilmiş ** nömrəli əlavənin III bəndinə (Qiymət razılaşdırma protokolu) əsasən mallar təhvil verildikdən sonra 30 gün ərzində satıcının təqdim etdiyi elektron-qaimə və təhviltəslim aktı (beton borunu daşıyan sürücülərə verilmiş nömrəli qaimə faktura təhvil-təslim aktını əvəz edən sənəddir.) alıcıya göndərilir, alıcı tərəfdən mal qəbul edildikdən sonra malın dəyəri 1 ay ərzində satıcıya hissə-hissə ödənilməlidir. “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı İddiaçı MMC-nin Sumqayıt şəhərində yerləşən beton məmulatları zavodundan ümumilikdə 518842,36 manat məbləğində beton boru almış və aldığı beton borunun dəyəri olan pul məbləğindən 460604,42 manat məbləğində pulu İddiaçı MMC-yə ödəmişdir. Lakin ümumi məbləğdən qalmış 58237,94 manat qalıq məbləğ isə bu günədək İddiaçı MMC-yə ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun şəkildə tənzimlənməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəflər arasında bağlanmış beton borunun alqısatqısı barədə ## #### 2023-cü il tarixli, GIS-SM-***/** nömrəli müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozaraq, sifariş etdiyi beton borunu zamanında və qüsursuz şəkildə ona çatdırılmasına baxmayaraq, malın qalıq dəyərini ödəməkdən boyun qaçırmışdır. Cavabdehin bu hərəkətləri qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilir ki, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, yəni ödənişləri həyata keçirmədiyindən, İddiaçı MMC-nin maliyyə aktivlərinin debitor borclarında uzunmüddətli qalmasına səbəb olmuşdur. Pretenziya qaydasında cavabdehə rəsmi olaraq müraciət edilsə də, cavabdeh tərəfindən tələb təmin edilməmişdir.
23. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385, 442, 445.7-ci maddələrinə istinad olunmuşdur.
24. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
25. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından ƏDV daxil 58237,94 manat borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2911,90 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 273,45 manat olmaqla, ümumilikdə 61423,29 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
26. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, cavabdehə cəmi 518845,25 manatlıq beton boru satılmışdır. Iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən olunur ki, cavabdeh tərəfindən qismən ödənişlər edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş sistemdən çıxarışa əsasən İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına ümumi dəyəri 518845,25 manat olan mal satılmışdır. Həmin məbləğin 460607,31 manat hissəsi ödənilmiş, 58237,94 manat qalıq borc qalmışdır. Həmçinin qeyd olunmalıdır ki, qalıq borc ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli və ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimələr üzrə olmuşdur. Birinci qaimə üzrə qismən ödəniş olunmuş (##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 33898,3 manat, ƏDV-si ilə birlikdə 39999,94 manat ödənilmişdir), qalıq borc 33678,45, digər qaimə üzrə məbləğ isə 24559,48 manat (ƏDV daxil) təşkil etmişdir. Beləliklə qalıq borc ƏDV daxil 58237,94 manat (33678,46+24559,48=58237,94) olmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş, iddiaçı tərəfindən tələb edilən məbləğin ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
27. Məhkəmə iddia tələbinin 2025-ci il dövr üzrə gecikdirilmiş günlərə görə borcun illik 5%-i həcmində - yəni 2911,90 manat faiz borcunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, borc məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə də təmin edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2911,90 manat tutularaq iddiaçıya ödənilməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.7, 448.1, 567, 598.1 və 598.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
29. Həmin qətnamədən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcun mövcudluğunu təsdiq edən sübut kimi əsasən iddiaçının öz daxili uçot sistemi əsasında tərtib edilmiş çıxarışa istinad etmişdir. Halbuki həmin sənəd birtərəfli qaydada hazırlanmış sənəd olmaqla borcun mübahisəsiz şəkildə mövcudluğunu təsdiq edən sübut hesab edilə bilməz. Bundan əlavə, məhkəmə ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli elektron qaimələr üzrə malların faktiki olaraq cavabdeh tərəfindən qəbul edilməsini, həmin malların müqavilə şərtlərinə uyğun təhvil verilməsini və qəbul edilməsini təsdiq edən ilkin sənədləri araşdırmamışdır. Məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim olunmuş qaimə və hesabfakturaların qarşı tərəfdən qəbul olunmasını, təhvil-təslim aktlarının mövcudluğunu, malları qəbul etmiş şəxslərin səlahiyyətlərini və malların faktiki təyinat yerinə çatdırılmasını araşdırmamışdır. Bu hallar müəyyən edilmədən borcun mövcudluğu barədə nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığı barədə nəticəyə gələrkən elektron qaimələrin mövcudluğunu və onların təsdiq edilməsini borcun mövcudluğunu təsdiq edən əsas sübut kimi qiymətləndirmişdir. Lakin məhkəmənin bu yanaşması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, elektron qaimənin mövcud olması öz-özlüyündə malın faktiki olaraq cavabdehə təhvil verildiyini, cavabdeh tərəfindən qəbul edildiyini və nəticədə cavabdehin iddiaçı qarşısında mübahisəsiz borc öhdəliyinin yarandığını təsdiq etmir. Elektron qaimə-faktura əsasən vergi uçotu və vergi inzibatçılığı məqsədləri üçün istifadə olunan sənəddir və mülki hüquq münasibətləri çərçivəsində malların real təhvil verilməsini, xidmətlərin faktiki göstərilməsini və ya borcun mövcudluğunu müstəqil sübut edən sənəd kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, yalnız elektron qaimənin mövcud olması borcun mövcudluğunu təsdiq etmir. Borcun mövcudluğu üçün iddiaçı malların faktiki olaraq cavabdehə təhvil verildiyini, həmin malların cavabdehin səlahiyyətli şəxsləri tərəfindən qəbul edildiyini, təhvil-təslimin müqavilə şərtlərinə uyğun rəsmiləşdirildiyini və buna görə cavabdehin mübahisəsiz ödəniş öhdəliyinin yarandığını mötəbər sübutlarla təsdiq etməli idi. Lakin birinci instansiya məhkəməsi bu halları tam və hərtərəfli araşdırmadan, elektron qaimələrin mövcudluğunu borcun mövcudluğu üçün kifayət hesab etmiş, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarında olan sübutları tam araşdırmadan qalıq borcun mövcud olması qənaətinə gəlmişdir. Qətnamədə göstərilən 58.237,94 manat məbləğində borcun formalaşması yalnız iddiaçının təqdim etdiyi birtərəfli hesablamalara əsaslandırılmış, həmin məbləğin düzgünlüyü isə mötəbər və qarşılıqlı təsdiq olunmuş sənədlərlə sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə iş üzrə mühasibat sənədlərinin, üzləşmə aktlarının, qarşılıqlı hesablaşma vəziyyətinin və tərəflər arasında aparılmış ödənişlərin tam araşdırılmasını təmin etməmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarından irəli gəlmir və mövcud sübutlarla təsdiq olunmur. Belə olan halda məhkəmənin iddianın tam təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etiraz:
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı, izahatlar:
32. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
33. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasına etiraz etməyərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə görə alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiyməti satıcıya tam ödəməyə borcludur.
36. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. -1.3-cü maddəsinə əssən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. -24.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. -24.2-ci maddəsinə əsasən müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm də onun ayrı-ayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. -24.3-cü maddəsinə əsasən tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
37. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarının: -5.8-ci maddəsinə əsasən mübahisə tərəfləri yazılı ifadə olunmuş razılaşmada aralarında yaranan konkret mübahisənin hər hansı xarici ölkənin maddi hüququ əsasında həllini nəzərdə tutmuşlarsa, həmin ölkənin qanunu tətbiq edilməlidir (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi). -5.9-cu maddəsinə əsasən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. -5.10-cu maddəsinə əsasən tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
Apellyasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh xarici hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialıdır. Bu baxımdan, hazırkı mübahisə xarici elementli kommersiya mübahisəsidir. Odur ki, ilkin olaraq Azərbaycan Respublikası məhkəmələrinin mübahisəyə baxmaqda səlahiyyətli olubolmaması və tətbiq edilməli maddi hüquq normaları müəyyən edilməlidir.
44. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, GIS-SM-***/** nömrəli alqısatqı müqaviləsinin 8.3-cü bəndinə əsasən bu müqaviləyə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq olunur və müqavilə həmin qanunvericiliyə əsasən təfsir edilir. Bu şərt, ilk növbədə, tətbiq ediləcək maddi hüququn seçilməsini ifadə edir. Azərbaycan Respublikası məhkəmələrinin hazırkı mübahisəyə baxmaq üzrə beynəlxalq səlahiyyəti isə cavabdehin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialının olması, mübahisənin həmin filialın kommersiya fəaliyyəti çərçivəsində bağlanmış müqavilədən irəli gəlməsi və MPM-in 440.1-ci maddəsinin tələbləri ilə əsaslandırılır. Buna görə işə Azərbaycan Respublikası məhkəmələrində baxılması prosessual qanunvericiliyə uyğundur.
45. Tətbiq edilməli maddi hüquqa münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 1.3 və 24.1-ci maddələrinə görə xarici elementli mülki hüquqi münasibətlərdə tətbiq olunmalı hüquq tərəflərin aydın ifadə olunmuş razılığı əsasında müəyyən edilə bilər. Hazırkı halda tərəflər müqavilənin 8.3-cü bəndində Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqini razılaşdırdıqlarından, mübahisənin maddi-hüquqi qiymətləndirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsasında aparılmalıdır.
46. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2023-cü il tarixli, GIS-SM-***/** nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehə razılaşdırılmış dəyərdə mallar təqdim etsə də, təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya 58237,94 manat məbləğində borcunun yarandığını əsas göstərməklə həmin borcun cavabdehdən tutulmasını tələb edir.
47. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alıcı malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə borcludur. Iş üzrə cavabdeh tərəfindən ümumi dəyəri 518845,25 manat olan malın qəbul edilməsi və bunun müqabilində qismən - 460607,31 manat ödəniş edilməsi faktı sübuta yetirilmişdir. Qalıq borcun ödənilməməsi isə müqavilənin və qanunun pozulmasına səbəb olmuşdur.
48. Iş materiallarından müəyyən olur ki, müqavilə üzrə təqdim edilmiş elektron qaimələrin ümumi məbləği 518.845,25 manat təşkil edir. Cavabdehin ödənişləri iki qrup sənədlə təsdiq olunur: ##.##.2026-cı il tarixli hesabdan çıxarış üzrə 70.271,28 manat və “xxxx” ASC-nin ödəniş tapşırıqları üzrə ümumilikdə 390.336,03 manat. Beləliklə, iş materialları üzrə təsdiq olunmuş ödənişlərin ümumi məbləği 460.607,31 manatdır. Bu məbləğ təqdim edilmiş malların ümumi dəyərindən çıxıldıqda ödənilməmiş qalıq borc 58.237,94 manat (518.845,25 - 460.607,31 = 58.237,94) təşkil edir. Hesablaşma sənədlərinə əsasən həmin qalıq borc ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimə üzrə 33.678,46 manat və ##.##.2023-cü il tarixli, EBDW seriyalı, ****** nömrəli elektron qaimə üzrə 24.559,48 manat olmaqla formalaşmışdır.
49. Cavabdehin elektron qaimə-fakturanın yalnız vergi sənədi olması, malın real təhvil verilməsini və borcun yaranmasını müstəqil sübut etməməsi barədə dəlili ayrıca götürüldükdə müzakirə oluna bilən dəlildir. Lakin hazırkı işdə borcun mövcudluğu yalnız elektron qaimələrə əsaslandırılmamışdır. Elektron qaimələr tərəflər arasında bağlanmış müqavilə, müqavilənin ** nömrəli Əlavəsində qaimə-fakturanın təhvil-təslim aktını əvəz edən sənəd kimi razılaşdırılması, iddiaçının təqdim etdiyi qaimə-fakturalar, bank ödəniş tapşırıqları, ödənişlərin təyinatında konkret elektron qaimələrin göstərilməsi və cavabdehin həmin qaimələr üzrə qismən ödənişlər aparması ilə birlikdə qiymətləndirilməlidir. Bu sübutların məcmusu malın cavabdehə təqdim edildiyini və alıcının ödəniş öhdəliyinin yarandığını təsdiq edir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “borcun iddiaçının birtərəfli daxili uçot sənədinə əsasən müəyyən edilməsi” dəlilini də əsaslı hesab etmir. Həmin çıxarış borcu yaradan yeganə sübut kimi deyil, elektron qaimələr və ödəniş sənədləri ilə uzlaşan hesablaşma sənədi kimi qiymətləndirilir. Xüsusilə cavabdehin ödəniş tapşırıqlarında konkret qaimələrin nömrələrini göstərməsi həmin qaimələr üzrə yaranmış öhdəliyin cavabdeh tərəfindən faktiki tanındığını göstərir. Cavabdeh qaimələr üzrə malı qəbul etmədiyini, malın geri qaytarıldığını, qaimələrin ləğv edildiyini, ödənişlərin başqa öhdəliyə aid edilməli olduğunu və ya qalıq borcun ödənildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
51. Cavabdehin malları qəbul etmiş şəxslərin səlahiyyəti, malların təyinat yerinə çatdırılması və təhvil-təslim sənədlərinin mövcudluğu ilə bağlı ümumi xarakterli etirazları da işin nəticəsini dəyişmir. Tərəflər müqavilədə beton boruları daşıyan sürücülərə verilən nömrəli qaimə-fakturanın təhvil-təslim aktını əvəz etməsini əvvəlcədən razılaşdırmışlar. Kommersiya dövriyyəsində malın qəbulunu təmin edən şəxslərin müəyyən edilməsi alıcının təşkilati sferasına aid məsələdir; alıcı həmin şəxslərin səlahiyyətsiz olduğunu iddia edirsə, bunu konkret sübutlarla əsaslandırmalıdır. Hazırkı işdə isə cavabdeh nə birinci instansiyada iddiaya qarşı etiraz təqdim etmiş, nə də apellyasiya mərhələsində malların qəbul edilməməsini və ya qalıq borcun olmamasını təsdiq edən konkret sübut təqdim etmişdir. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri baxımından iddiaçının təqdim etdiyi sübutlar məcmu halda tələbin əsaslılığını təsdiq edir, cavabdehin mücərrəd etirazları isə həmin sübutları təkzib etmir.
52. Gecikdirilmiş vaxt üçün faizlərin tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin ** nömrəli Əlavəsində malın dəyərinin mal qəbul edildikdən sonra 1 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Qalıq borcun formalaşdığı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli qaimələr üzrə ödəniş müddəti 2024-cü ilin yanvar ayının sonunda başa çatmışdır. Buna görə cavabdehin 2025-ci il ərzində əsas borcu ödəməməsi pul öhdəliyinin icrasının gecikdirilməsi kimi qiymətləndirilməlidir.
53. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb edə bilər. Müqavilənin 6.1-ci bəndində də öhdəliyin lazımınca icra edilməməsinə görə məsuliyyətin qüvvədə olan qanunvericiliklə müəyyən edilən qaydada yaranması nəzərdə tutulmuşdur.
54. Iddiaçı faiz tələbini yalnız 2025-ci il dövrü ilə məhdudlaşdırmışdır. 58.237,94 manat əsas borca illik 5 faiz tətbiq edildikdə 2.911,90 manat faiz məbləği yaranır (58.237,94 × 5% = 2.911,897 manat). Bu hesablama iddia tələbinin hədlərinə, Mülki Məcəllənin 445.7ci maddəsinə və işdə müəyyən edilmiş gecikmə faktına uyğundur. Bu səbəbdən birinci instansiya məhkəməsi 2.911,90 manat faiz borcunun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsi işin müəyyən edilmiş hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Qətnamənin əsaslandırma hissəsində ödəniş məbləğinin göstərilməsi ilə bağlı arifmetik/texniki xarakterli ifadə dəqiqləşdirilməli olsa da, iş materialları üzrə ümumi qaimə məbləği, ödəniş sənədləri və qalıq borc hesablaması iddia tələbinin təmin edilməsinə dair yekun nəticəni dəyişdirmir. Apellyasiya şikayətində irəli sürülən dəlillər borcun mövcudluğunu təkzib edən sübutlarla təsdiqlənmədiyindən şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.