Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-650/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və lizinq obyektinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinq müqaviləsi, müqaviləyə xitam verilməsi, pul tələbi, lizinq obyektinə dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X10 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh arasında ##.##.2023-cü il tarixli, ***/** nömrəli X5 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə Əlavə 2-də qeyd olunmuş və ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq alan bu müqavilənin imzalanmasından sonra lizinq verənin satıcı ilə bağladığı müqavilə üzrə alıcının hüquq və öhdəliklərini, o cümlədən əmlakın saxlanılması, istifadəsi, təmiri, sahibliyi, habelə satıcıya qarşı tələblərin irəli sürülməsi üzrə hüquq və öhdəliklərini qəbul edir. 1.3-cü bəndinə əsasən lizinq verən lizinq alanla əmlakın qiymətini, təslim müddətlərini və alqı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. 3.1-ci bəndinə əsasən 53000 manat lizinq məbləği tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra lizinq alan tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlində (Əlavə 1) göstərilən qaydada və müddətlərdə ödənilir. 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqavilənin * saylı Əlavəsi) göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, o, hər gecikdiriimiş gün üçün lizinq haqqının 0,2%-i miqdarında cərimə faizi ödəyəcək. 15.1-ci bəndinə əsasən lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın məhv edilmə, itirilmə, korlanma, talanma, vaxtından əvvəl sıradan çıxma, quraşdırılma və ya istifadə zamanı buraxılan səhvlər və istismarı zamanı yol verilən risklərə görə məsuliyyət onun üzərində olacaq, bu cür hallar ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək. Bu cür halların baş verməsi lizinq alanı ödəniş öhdəliklərindən azad etmir. 21.1-ci bəndinə əsasən lizinq verən azı iki dəfə lizinq ödənişlərini cədvəl üzrə ödəməkdən yayınarsa və ya lizinq predmetini işlək vəziyyətdə saxlamırsa, lizinq alan müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
2. ##.##.2023-cü il tarixli, ***/** nömrəli X5 müqaviləsinə * saylı əlavəyə əsasən Cavabdeh tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə ##.##.2026-cı il tarixinə qədər 73858,08 manat (hər ay 2051,62 manat olmaqla) məbləğində vəsait ödənilməsi barədə Cavabdeh tərəfindən öhdəlik götürülmüşdür. Əlavə tərəfindən imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2023-cü il tarixli, ***/** nömrəli X5 müqaviləsinə * saylı əlavədə lizinq predmeti olan X2 minik markalı, buraxılış ili 2017-ci il, ban nömrəsi SALRA2BN7HA041958, rəngi: ağ avtomobilə dair məlumatlar qeyd olunmuşdur. Əlavə tərəflərin imzaları və “xxxx” ASCnin möhürü ilə təsdiq edilmişdir.
4. ##.##.2023-cü il tarixli təhvil-təslim aktında qeyd eidlmişdir ki, aşağıda imza edənlər, “Satıcı” X4, “Lizinq verən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti, direktor Xıdırlı Fəhmin İlqar oğlu və “Lizinq alan” Cavabdeh ***/** saylı ## ####### 2023-cü il il tarixli X5 müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar bu aktı tərtib etdilər ondan ötrü ki, satıcıya məxsus və qeyd olunan müqavilənin 1-ci bəndində nəzərdə tutulan avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün lizinq alana təhvil verilmiş, lizinq alan isə onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. Bu akt 3 eyni hüquqi qüvvəyə malik olan nüsxədən tərtib və təsdiq edilir. Tərəflərin hər birində müvafiq olaraq aktın bir nüsxəsi saxlanılır. Akt tərəflərin imzası və lizinq verənin möühürü ilə təsdiq edilmişdir.
5. ##.##.2025-ci il tarixli, ***-***/** nömrəli nəqliyyat vasitəsinin təhvil-təsliminə dair aktda qeyd edilmişdir ki, aşağıda imza edənlər, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında imzalanmış ***/** saylı, ##.##.2023- cü il tarixli X5 müqaviləsi üzrə lizinq alana verilmiş X2 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, ağ rəngli nəqliyyat vasitəsinin təhvil təslimini apardılar. Təhvil-təslim zamanı nəqliyyat vasitəsində çatışmazlıq aşkar edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin mühərrikii çıxarılmış vəziyyətdə və detal şəklində sökülmüş olaraq nəqliyyat vasitəsinin arxa yük yerində aşkar edilmişdir.
6. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh Cavabdeh ##.##.2023- cü il tarixli, ***/** nömrəli X5 müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə qədər borcu 17597 manat əsas borc, 9930,54 manat lizinq mükafatı, 6323,14 manat cərimə olmaqla, cəmi 33820,68 manat, dəymiş maddi zərər 20190 manat olmaqla, ümumilikdə 54010 manat təşkil edir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli, ****/** nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək borcun və dəymiş zərərin 3 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ZA****/FS nömrəli rəydə qeyd edilmişdir ki, müqayisə üsulu ilə aparılan təhlil və hesablamalara əsasən məlum olmuşdur ki, 2017-ci il buraxılışdan, X2 minik markalı nəqliyyat vasitəsinin ## #### 2025-ci il tarixinə real bazar dəyəri 51000 manat təşkil edir.
10. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, CVN/F **-***/** saylı mütəxəssis rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan “X2 minik” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddia olunan dəymiş zərərin məbləği 18280 manat (ehtiyat hissələrinin cəmi: 16350 manat + əmək haqqı cəmi 1930 manat) təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***/** saylı kredit müqaviləsinin şərtləri üzrə ##.##.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu əsas borc üzrə 17559,12 manat (ödəniş cədvəli üzrə 23473,43 manat əsas borc üzrə ödəməli olduğu məbləğ - 5914,31 faktiki ödədiyi məbləğ), mükafat borcu üzrə isə 8987,22 manat (ödəniş cədvəli üzrə 15507,45 manat mükafat borcu üzrə ödəməli olduğu məbləğ - 6520,23 faktiki ödədiyi məbləğ) olmaqla, ümumilikdə 26546,34 manat məbləğində müəyyən edilir. O cümlədən: ##.##.2025-ci il tarixə (sualda soruşulan tarixə); əsas borc üzrə 17559,12 manat; faiz borcu üzrə 8987,22 manat. Qeyd edilir ki, iş materiallarında ##.##.2023-cü il tarixli 126/23-saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış ## ####### 2023-cü il tarixli, ***/** saylı X5 müqaviləsinə xitam verilməsi, ## ####### 2023-cü il tarixli, 126/23 daxili lizinqi müqaviləsi üzrə lizinq predmetinin təhvil verildiyi tarixə, ## ### 2025-ci il tarixinə 17597 manat əsas borc, 9930,54 manat lizinq mükafatı, 6323 manat cərimə olmaqla, cəmi 33820,68 manat borcun və 20190 manat dəymiş zərərin, 253 manat dövlət rüsumunun əvəzinin lizinq alan Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış ## ####### 2023-cü il tarixli, ***/** saylı X5 Müqaviləsinə əsasən “X2 Minik” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 73858 (əsas lizinq məbləği 53000 manat və lizinq mükafatı 20858) manata 36 aylıq müddətinə illik 23 %-lə lizinq alanın istifadəsinə verilmişdir. Lakin bir müddət sonra lizinq alan müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçıraraq, uzun müddətdə ödəniş qrafiki üzrə gecikməyə düşmüşdür. Bundan əlavə, lizinq predmeti olan nəqliyyat vasitəsi yararsız hala salınmışdır. Bundan sonra tərəflərin qarşılıqlı razılığı ilə nəqliyyat vasitələrinin təmiri servisində ## ### 2025-ci il tarixində lizinq predmeti olan nəqliyyat vasitəsi lizinq verənə qaytarılmışdır. Təhvil-təslim zamanı nəqliyyat vasitəsində çatışmazlıq aşkar edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin mühərriki çıxarılmış vəziyyətdə və detal şəklində sökülmüş olaraq nəqliyyat vasitəsinin arxa yük yerində aşkar edilmişdir. Bu səbəbdən lizinq verənin sifarişi ilə müstəqil qiymətləndirici ekspert tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və ona cəmi 20190 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. Nəqliyyat vasitəsi lizinq alanda olan müddətdə, yəni ## ####### 2023-cü il tarixindən - təhvil tarixinədək, yəni ## ### 2025-ci il tarixinədək onun tərəfindən əsas borc üzrə 6520 manat, lizinq mükafatı üzrə 5822,05 manat, cərimə borcu üzrə isə 92,26 manat ödəniş icra edilmişdir. ## ### 2025-ci il tarixinə lizinq alanın lizinq verənə ## ####### 2023- cü il tarixli, ***/** saylı X5 müqaviləsi üzrə 17597 manat əsas borcu, 9930,54 manat lizinq mükafatı, 6323 manat cərimə borcu olmaqla, cəmi 33820,68 manat borcu yaranmışdır. Həmçinin lizinq alan tərəfindən müqavilə üzrə öhdəliklər dəfələrlə pozulduğundan artıq qeyd edilən müqavilənin xitamı zərurəti də yaranmışdır. Bu səbəbdən də, ## ###### 2025-ci il tarixində lizinq alana lizinq verən tərəfindən müqavilənin xitamına dair bildiriş göndərilmişdir. 3.1-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməlidir. 11.1-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0.5% cərimə ödəyir. 7-ci bəndinə əsasən lizinq alan müqavilə müddətində lizinq obyektinin salamatlılığının qorunmasına görə özü birbaşa məsuliyyət daşıyır 15.1-ci bəndinə əsasən lizinq alan əmlakın məhv olması, zədələnməsi, sıradan çıxması nəticəsində dəymiş zərəri lizinq verənə ödəyəcəkdir; 21.1-ci maddəyə əsasən lizinq verən azı iki dəfə lizinq ödənişlərini cədvəl üzrə ödəməkdən yayınarsa və ya lizinq predmetini işlək vəziyyətdə saxlamırsa, lizinq alan müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 421.2, 430.1, 442, 445.1, 449.1, 747.1, 748-1.5, 748-1.8, 748-2.1, 748-7.1, 748-1.10.1, 748-1.12.1, 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ## ####### 2023-cü il tarixli, ***/** saylı X5 müqaviləsinə xitam verilməsi, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə 17559 manat əsas borc, 8987,22 manat lizinq mükafatı, 800 manat cərimə, 18280 manat dəymiş zərər, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 212,90 manat olmaqla, ümumilikdə 45839,12 manat məbləğində pul vəsaitinin iddiaçı “LevelLeasing” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması,iddia tələbininqalan hissədə t əmin edilməməsi,ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 168,90 manatı cavabdeh Cavabdeh, 31,10 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 253,30 manatının cavabdeh Cavabdeh, 46,70 manatının isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ01350100000000002944, SWIFT BIK: IBAZAZ2X, hesab: AZ471BAZ35090019444176788205) köçürülməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı hazırkı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli, ***/** saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi təşkil edir. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 21.1-ci bəndinə əsasən lizinq verən azı iki dəfə lizinq ödənişlərini cədvəl üzrə ödəməkdən yayınarsa və ya lizinq predmetini işlək vəziyyətdə saxlamırsa lizinq alan müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişləri etməmiş, ödənişləri gecikdirmişdir. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi və lizinq obyektlərinin qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edib ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ####### 2023-cü il tarixli, ***/** saylı daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməlidir. İddia tələbinin digər hissəsini ## ####### 2023-cü il tarixli, 126/23 daxili lizinqi müqaviləsinə üzrə lizinq predmetinin təhvil verildiyi tarixə, ## ### 2025-ci il tarixinə 17597 manat əsas borcu, 9930,54 manat lizinq mükafatının cavabdehdən tutulması təşkil edib. Məhkəmə maddi hüquq normalarının tələblərini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edib ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixə 17559 manat əsas borc, 8987,22 manat lizinq mükafatı iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır. İddia tələbinin digər hissəsini 6323 manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edib. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edib ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqavilənin * saylı Əlavəsi) göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, o, hər gecikdiriimiş gün üçün lizinq haqqının 0,2%-i miqdarında cərimə faizi ödəyəcəkdir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edib ki, cərimə məbləği azaldılaraq, 800 manat müəyyənləşdirilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən 20190 manat dəymiş zərərin Qəhrəmanov Rəşid Surxay oğlundan tutulması təşkil edib. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 15.1-ci bəndinə əsasən lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın məhv edilmə, itirilmə, korlanma, talanma, vaxtından əvvəl sıradan çıxma, quraşdırılma və ya istifadə zamanı buraxılan səhvlər və istismarı zamanı yol verilən risklərə görə məsuliyyət onun üzərində olacaq, bu cür hallar ilə əlaqədar lizinq verənin ziyanlarım ödəyəcəkdir. Qeyd edilən hal ilə əlaqədar məhkəmə tərəfindən lizinq obyektinə dəymiş zərərin müəyyənedilməsi ilə əlaqədar ekspertiza təyin edilmiş və ekspert tərəfindən müvafiq rəy məhkəməyə daxil olmuş və rəydə qeyd edilmişdir ki, “X2 minik” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nqəliyyat vasitəsinə iddia olunan dəymiş zərərin məbləği 18280 manat (ehtiyat hissələrinin cəmi: 16350 manat + əmək haqqı cəmi 1930 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı lizinq obyektinə dəymiş zərəri tələb etməkdə haqlıdır. Məhkəmə maddi hüquq normalarının tələblərini, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, CVN/F **-***/** saylı mütəxəssis rəyini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edib ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli, cavabdeh Cavabdeh 18280 (manat dəymiş zərər iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Eləcə də iddiaçı ödənilmiş 253 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edib ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 212,90 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 168,90 manatı cavabdeh Cavabdeh, 31,10 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) köçürülməlidir. Həmçinin iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun 253,30 manatı cavabdeh Cavabdeh, 46,70 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ01350100000000002944, SWIFT BIK: IBAZAZ2X, hesab: AZ471BAZ35090019444176788205) köçürülməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 467, 462.1, 747.1, 748-1.12.4, 748-11, 748-1.5, 748-1.8, 748-1.12.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşlərin qüsurlarla icra edilməsi öhdəliyin icra edilməməsi deməkdir. Hazırki halda öhdəlik iddiaçı tərəfindən pozulmuşdur. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Hesab edir ki, məhkəmə hazırki normanı əsassız olaraq tətbiq etmişdir. Belə ki, müqavilə məhz iddiaçının təqsirindən əmələ gəldiyindən lizinq müqaviləsinin ləğv eilməsinə heç bir zərurət olmamışdır. Müqavilə normalarının kim və nə səbəbdən pozulduğu düzgün müəyyən edilməmişdir. Lizinq predmetinin qüsurları barədə iddiaçı tərəfindən cavabdehə heç bir məlumat verilməmişdir. Ona görə də cavabdeh lizinq ödənişlərinin etməkdə çətinliklərə düşmüşdür. Bakı Kommersiya Məhkəməsi hazırki iş üzrə işdə olan sübutlara düzgün hüquqi qiymət verə bilmədiyindən qanuni və əsaslı qətnamə qəbul edə bilməmişdir. Məhkəmə lizinq ödənişləri, lizinq mükafatı və zərərin tutulmasında haqlı olmamışdır. Belə ki, müqavilə üzrə müəyyən edilmiş öhdəlik ilk növbədə lizinq təşkilatı tərəfindən pozulmuşdur. Lizinq təşkilatı lizinq alana yararsız və keyfiyyətsiz avtomobil vermişdir. Həmin qüsurlar barədə şirkət məlumat verməsə də sonradan avtomobilin nasaz olduğu bəlli olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə iclasının daha əvvəl (##.##.2026-cı il tarixdə) təyin edildiyini nəzərə alaraq nümayəndənin başqa məhkəmədə daha sonra təyin edilmiş məhkəmə iclasında iştirak etməsini üzürlü hal kimi nəzər almamış və hazırkı Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-1.8-ci lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. -748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. -748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -748-11.1-ci maddəsinə görə lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: -748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; -748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; -748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; -748-11.1.4. lizinq verənin mükafatının məbləği; -748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; -748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı;
18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldilməsini, nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC (lizinq verən) ilə cavabdeh Cavabdeh (lizinq alan) arasında ##.##.2023-cü il tarixli, ***/** nömrəli X5 müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə X2 minik markalı, buraxılış ili 2017-ci il, ban nömrəsi isə SALRA2BN7HA041958 olan avtomobil lizinqə verilmişdir. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. ##.##.2025-ci il tarixdə lizinq obyekti olan avtomobil cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, bundan sonra iddiaçı cavabdehə bildiriş göndərməklə lizinq müqaviləsinə xitam verilməsi barədə iradəsini qarşı tərəfə çatdırmaqla müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı lizinq müqaviləsinə xitam verilməsini və həmin müqavilə üzrə əsas borcun, dəbbə pulunun və lizinq obyektinə dəymiş zərərin cavabdehdən tutulmasını xahiş edir.
22. ## ####### 2023-cü il tarixli, ***/** saylı X5 müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı əvvəla qeyd edilir ki, iş materialları ilə mübahisəli müqavilənin 21-ci bəndi və Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi ilə nəzərdə tutulmuş xitam əsaslarının mövcudluğu, o cümlədən cavabdehin lizinq ödənişlərini dəfələrlə gecikdirməsi və ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi müəyyən edildiyindən, belə olan halda isə iddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olduğundan məhkəmə müqaviləni ləğv edilmiş hesab etməkdə haqlı olmuşdur.
23. Digər tərəfdən iş materiallarına əlavə edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə cavabdehin lizinq ödənişlərini vaxtında və tam şəkildə ödəməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi və nəticədə lizinq müqaviləsi üzrə borcunun yarandığı öz təsdiqini tapır.
15. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətində lizinq verən olan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq alan olan cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir.
16. Bununla yanaşı o da vurğulanmalıdır ki, lizinq obyekti olan avtomobil yalnız ##.##.2025-ci il tarixədək cavabdehin istifadəsində olduğundan lizinq ödənişləri üzrə borc məhz həmin tarixə hesablanmalıdır.
17. Lizinq ödənişləri üzrə orcun məbləğinə gəldikdə qeyd edilməlidir ki, lizinq müqaviləsi üzrə borcun məbləği cavabdeh tərəfindən mübahisələndirildiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə mübahisəli lizinq müqaviləsi üzrə Cavabdeh əsas borcunun 17.559,12 manat, mükafat borcunun isə 8.987,22 manat olduğu, ümumilikdə borc məbləğinin 26.546,34 manat təşkil etdiyi müəyyən edilmişdir.
18. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehdən tutulmalı olan əsas borcun və lizinq mükafatının ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
19. İddianın dəymiş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, lizinq obyekti olan avtomobilin mübahisəli hüquq münasibətlərində lizinq alan qismində çıxış edən cavabdeh Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi zamanı tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, avtonəqliyyat vasitəsi (lizinq predmeti) “Lizinq alan” Cavabdeh təhvil verilərkən lizinq predmeti üzrə hər hansı qüsur və çatışmazlıq müəyyən edilməmiş, nəqliyyat vasitəsinin tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğun olmuşdur. Digər tərəfdən, ##.##.2025-ci il tarixli təhviltəslim aktından görünür ki, nəqliyyat vasitəsində çatışmazlıqlar olmuş, mühərrik çıxarılmış vəziyyətdə və detal şəklində sökülmüş halda nəqliyyat vasitəsinin arxa yük yerində aşkar edilmişdir. Odur ki, lizinq alanın istifadəsində olduğu dövrdə avtomobilə zərər vurulması iş materialları ilə öz təsdiqini tapır. Əksinə, cavabdehin ona təhvil verilərkən avtomobilin yararsız vəziyyətdə olması barədə arqumentləri hər hansı faktiki əsaslara söykənmir.
20. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci və 748- 7.1-ci maddələrinin tələblərinə, eləcə də mübahisəli lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlər və istismarı zamanı yol verilən risklərə görə məsuliyyət onun üzərində olacaq və bu cür hallarla əlaqədar lizinq verənin zərərini ödəyəcəkdir.
21. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilən normalarına və müqavilə şərtlərinə əsasən, hazırkı halda avtomobilə dəymiş zərərə görə lizinq alan məsuliyyət daşımalıdır.
22. Dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məqsədilə işə baxan məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə “X2” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 18.280 manat, o cümlədən ehtiyat hissələrinin dəyəri 16.350 manat və əmək haqqı 1.930 manat olmaqla müəyyən edilmişdir. Həmin rəyin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
23. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehdən avtomobilə dəymiş zərərin əvəzi olaraq 18.280 manat tutulması barədə də əsaslı nəticəyə gəlmişdir.
24. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli müqavilə üzrə lizinq ödənişlərinin gecikdirilməsinə görə cavabdehdən tutulacaq dəbbə pulu məbləğini 800 manat məbləğində müəyyənləşdirərkən hər iki tərəfin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, eləcə də əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Digər şəxslərin davranışının zərərin yaranmasına və artmasına təsirinin nəzərə alınmalı olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının və ya üçüncü şəxslərin hərəkətlərinin avtomobilə dəymiş zərərin yaranmasına və artmasına təsir etməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə, ##.##.2023-cü il tarixli təhvil-təslim aktından avtomobilin cavabdehə saz və işlək vəziyyətdə təhvil verildiyi görünür.
26. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Fərrux Qasımov
Ziya Şirinov