Məhkəmə qərarları › İş №e-2-2(3-6)-664/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-664/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-664/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pulun tutulması, iddia müddəti) hakimlər Mahmudova Təranə Nəriman qızından (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında ##.##.2021-ci il tarixli **/**-** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimentdə keyfiyyətdə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən alıcının sifarişinə uyğun olaraq satıcı tərəfindən təslim edilən malların dəyəri təqdim edilən qaimə-fakturanın əsasında 30 təqvim günü müddətində satıcının bankdakı hesabına və ya satıcı tərəfindən imza və möhürü ilə təsdiq edilmiş zəmanət məktubu əsasında qeyd edilən bank hesabına köçürülür.

2. ##.##.2021-ci il tarixli malların alqı-satqı müqaviləsinə * saylı Əlavə ilə təsdiq edilən X1 ilə tərəflər malın adı, ölçü vahidi, miqdarı və qiyməti barədə razılığa gəlmişlər.

3. Müqavilə və ona əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 86.677,24 manat olan ##.##.2021-ci il tarixində EBBF ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBF ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBF ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBF ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBF ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBG ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBG ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBG ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBG ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBH ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBH ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBJ ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBJ ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBJ ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBJ ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBJ ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBK ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBL ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBM ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBN ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBN ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBO ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBP ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBP ****** nömrəli, ##.##.2021-ci il tarixində EBBP ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBP ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBQ ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBQ ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBQ ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBS ****** nömrəli, ##.##.2022-ci il tarixində EBBS ****** nömrəli eqaimələr göndərilimişdir.

5. Bank hesabından çıxarışa əsasən CSCRXX**************** nömrəli sənəd üzrə EBBF 294795 və EBBF ****** nömrəli qaimələrin bir hissəsi üçün 5,350.00 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBF 294801 (qalan hissə), EBBF 294792 və EBBF ****** nömrəli qaimələrin bir hissəsi üçün 7,000.00 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBF 621675 (qalan hissə), EBBF 854284, EBBF 139887, 887938, 887997 və EBBH ****** nömrəli qaimələr üçün 15,678.00 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBG 918528, EBBH 816731, EBBJ 466915, 467200 və EBBI ****** nömrəli qaimələrin bir hissəsi üçün 5,033.46 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBI 467009 (qalan hissə) və EBBJ ****** nömrəli qaimənin bir hissəsi üçün 4,000.00 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBJ 733544 (qalan hissə), 733553, EBBK 465339, 463951, 464296, 885341, 885343, 885353 və EBBL ****** nömrəli qaimələrin bir hissəsi üçün 20,013.32 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBL 213787 (qalan hissə), 213791 və EBBL ****** nömrəli qaimələrin bir hissəsi üçün 7,528.35 AZN; CSCRXX**************** nömrəli sənəd üzrə EBBF 294801 (qalan hissə) nömrəli qaimə üçün 2,000.00 AZN olmaqla, cəmi 66,603.13 AZN məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20.074,11 manat, ödənişin gecikdirilməsinə görə gecikdirilmiş hər təqvim günü üçün sifariş edilmiş Malların dəyərinin 0,3 % həcmində dəbbə pulu 5.400 manat, cəmi 25.474.11 manat və 167 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, bağlanmış malların alqı-satqısına dair ## #### 2021-ci il tarixli, **/**-** saylı müqaviləyə əsasən Cavabdeh MMC-yə verilən mallara görə 86.677.24 manat məbləğində pulun 2023-cü ilin may ayına qədər 66.603.13 manat ödənilsədə, qalan 20.074.11 manat məbləğində pul ödənilməmişdir. Cavabdeh həmin pulu müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

11. Bakı Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tərəbi qismən təmin edilmiş, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.074 (iyirmi min yetmiş dörd) manat 11 (on bir) qəpik, cərimə borcu üzrə 1.000 (bir min) manat olmaqla, ümumilikdə 21.074 (iyirmi bir min yetmiş dörd) manat 11 (on bir) qəpik məbləğində pul “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 (bir yüz əlli üç) manat 22 (iyirmi iki) qəpik məbləğində pul “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

13. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 20.074,11 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. Eyni zamanda məhkəmə hesab etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 1.000 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

15. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1, 467, 567, 600.4-cü maddələrinə istinad etmişdir.

16. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Məhkəmə iş üçün əhəmiyyət kəsb edən faktları araşdırmadığını, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilmədiyini irəli sürmüş və qeyd etmişdir ki, son bank ödənişi ##.##.2022-ci il tarixində aparılmış və 3 illik iddia müddəti ##.##.2025-ci il tarixində bitmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahat

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

25. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər..

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

46. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

47. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

48. Işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2021-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, həmin müqavilə çərçivəsində cavabdehə ümumilikdə 86.677,24 manat dəyərində mallar təhvil verilmişdir. Cavabdeh malların təhvil verilməsi faktını mübahisələndirməmişdir.

49. Bank hesabından çıxarışla müəyyən olunur ki, cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə 66.603,13 manat ödəniş edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh qalan məbləğin nağd qaydada ödənildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

50. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməyən borca münasibətdə pulun tutulması barədə iddia əsaslı hesab edilə bilər.

51. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılmasında iştirakı lazımi qaydada təmin edilməmişdir. Belə ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olsa da, sistemdə onun elektron poçt ünvanı və mobil telefon nömrəsi qeydə alınmadığından, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın cavabdehə elektron qaydada çatdırılması iş materialları ilə təsdiq olunmur.

52. Bu səbəbdən cavabdeh birinci instansiya məhkəməsində işə baxılmasından faktiki olaraq məlumatlı olmamış və iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanından məhrum olmuşdur. Buna görə də cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı təqdim etməsi obyektiv səbəblərlə əsaslandırıldığından, ərizənin apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilərək qiymətləndirilməsi əsaslıdır.

53. Iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, sonuncu qaimə ##.##.2022-ci il tarixində təqdim edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, təhvil verilmiş malların dəyəri qaimə-faktura təqdim edildiyi tarixdən 30 gün müddətində ödənilməli idi. Beləliklə, sonuncu qaimə üzrə ödəniş müddəti ##.##.2022-ci il tarixində başa çatmış və həmin tarixdən iddia müddətinin axımı başlanmışdır.

54. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabından çıxarışlar təqdim edilsə də, həmin çıxarışlardan ödənişlərin aparıldığı tarixləri müəyyən etmək mümkün olmur. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya ##.##.2022-ci il tarixindən sonra cavabdeh tərəfindən borcun etirafını ifadə edən ödənişlərin həyata keçirildiyini və bununla da iddia müddətinin axımının kəsildiyini təsdiq edən sübutların, o cümlədən ödəniş tarixlərini əks etdirən bank hesabından çıxarışların təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı belə sübutları məhkəməyə təqdim etməmişdir.

55. Beləliklə, iş materiallarında iddia müddətinin axımının başlanmasından sonra onun kəsilməsinə səbəb olan halın mövcudluğunu təsdiq edən sübut müəyyən edilmir. Bu səbəbdən ##.##.2022-ci il tarixdən iddia müddətinin axımı başlanmışdır.

56. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdehlərin pul məbləğinin ödənilməsi öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yaranmışdır.

57. Bu baxımdan, kollegiya hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müəyyən olunan 3 illik iddia müddəti tətbiq edilməlidir.

58. Iddiaçı isə hazırkı iddia ilə məhkəməyə yalnız ##.##.2025-ci il tarixində müraciət edərək 3 illik iddia müddətini ötürmüşdür.

59. Iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

60. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş üçillik iddia müddətini ötürdüyündən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməlidir.

61. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən şikayət vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 (səksən beş) manat pul vəsaiti İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar