Məhkəmə qərarları › İş №e-2-2(3-6)-670/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-670/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2-2(3-6)-670/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icra edilməməsi, icraata xitam verilmə əsasları) Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya Kollegiyası hakimlәr Mahmudova Tәranә Nәriman qızının sәdrliyi vә mәruzәsi ilә, hakimlәr X1 vә Şirinov Ziya Allahverdi oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Mәhәrrәmova Günel Elman qızının katibliyi ilә iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tәlәbinә dair iş üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn işә açıq mәhkәmә iclasında baxdı. Işin halları

1. “xxxx” ASC ilә cavabdeh arasında bağlanmış “xxxx” ASC-yә mәxsus soyuducu kameranın lizinqә verilmәsi barәdә ## ###### 2017-ci il tarixli, **-LA/** nömrәli müqavilәyә әsasәn lizinq verәn bu müqavilәnin tәrkib hissәsi sayılan * nömrәli әlavәdә göstәrilәn dәyәri 1.202.400 manat, tutumu 1500 ton olan soyuducu kamera üçün avadanlıqları quraşdıraraq dәyәri lizinq ödәniş qrafikindә (* nömrәli әlavә) göstәrilәn müddәtdә vә hәcmdә ödәnildikdәn vә müvafiq sәnәdlәşmә aparıldıqdan sonra lizinq alanın mülkiyyәtinә verilmәsi şәrti ilә 8 il müddәtә lizinqә verir. Avadanlıq Xaçmaz rayonu әrazisindә quraşdırılır. Müqavilәnin: 1.2-ci bәndinә әsasәn lizinq alan avadanlığın dәyәrindәn 60120 manat mәblәği әvvәlcәdәn lizinq verәnә ödәyir, qalan mәblәği isә ödәniş qrafikindә göstәrilәn müddәtdәn gec olmayaraq ödәmәyi öhdәsinә götürür. Əvvәlcәdәn ödәnilmiş mәblәğ lizinq verәn tәrәfindәn heç bir halda geri qaytarılmır. 3.1-ci bәndinә әsasәn texnika üzәrindә müstәsna mülkiyyәt hüququ onun dәyәri lizinq alan tәrәfindәn tam ödәnilәnәdәk lizinq verәnә mәxsusdur. 4.1-ci bәndinә әsasәn lizinq alan bu müqavilәnin Əlavә 2-dә göstәrilәn ödәniş qrafikinә uyğun olaraq ödәnişlәri hәyata keçirir. 4.2-ci bәndinә әsasәn lizinq alan ödәniş qrafikinә uyğun olaraq iki dәfәdәn artıq ödәnişi yerinә yetirmәzsә lizinq verәn lizinq alandan borc mәblәği vә gecikdirilәn hәr günә görә gecikdirilmiş mәblәğin 0,1 faizi hәcmindә cәrimә tәlәb edir. Müqavilәyә әlavә edilmiş * nömrәli ## ###### 2017-ci il tarixli **-LA/** nömrәli lizinq müqavilәsinin 4.1-ci bәndinin ödәniş qrafikinә әsasәn cavabdeh tәrәfindәn 2017- 2025-ci illәrin aylar üzrә ödәnilmәli mәblәğlәri әksini tapmışdır.

2. “xxxx” ASC-yә mәxsus Xaçmaz rayonu әrazisindә quraşdırılmış tutumu 1500 ton olan soyuducu kamera avadanlığının lizinq alana tәhvil verilmәsi barәdә ## ###### 2017-ci il tarixli aktdan görünür ki, “xxxx” ASC-nin ****/ü nömrәli ## ###### 2017-ci il tarixli әmrinin icrası olaraq Xaçmaz rayonunun Hülovlü kәndi әrazisindә tutumu 1500 ton olan soyuducu kamera avadanlığı saz vәziyyәtdә cavabdehә tәhvil verilmişdir.

3. Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qәtnamәsinә әsasәn cavabdehdәn ## ###### 2017-ci il tarixli, **-LA/** nömrәli müqavilәyә әsasәn ##.##.2023-cü ilә olan 773797 manat әsas borc, 25000 manat dәbbә pulu, 400 manat mediasiyaya dair xәrc, 500 manat hüquqi yardıma görә xәrc, ümumilikdә 798797 manat mәblәğindә pul tutularaq iddiaçıya ödәnilmәlidir.

4. Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qәtnamәsinә әsasәn cavabdehdәn ## ###### 2017-ci il tarixli, **-LA/** nömrәli müqavilәyә әsasәn ##.##.2023-cü il tarixdәn ##.##.2023-cü il tarixә qәdәr olan dövr üzrә 184238 manat әsas borc, 9000 manat dәbbә pulu, 500 manat hüquqi yardıma görә xәrc tutularaq iddiaçıya ödәnilmәlidir.

5. Iddiaçı tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli maliyyә arayışından görünür ki, ##.##.2017-ci il tarixli **-LA/** nömrәli müqavilәyә әsasәn cavabdehin gecikdirilmiş әsas borcu 184245 manat, o cümlәdәn gecikdirilmiş borcu 147390 manat, cәrimә borcu 28888,35 manat, cәmi 213133,35 manat tәşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh cavabdeh1 qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn ##.##.2017-ci il tarixli “06-LA/17” nömrәli müqavilә üzrә 184 245 (bir yüz sәksәn dörd min iki yüz qırx beş manat 00 qәpik) manat qalıq borc, 28 888,35 (iyirmi sәkkiz min sәkkiz yüz sәksәn sәkkiz manat 35 qәpik) manat cәrimә borcu olmaqla, cәmi 213 133,35 (iki yüz on üç min bir yüz otuz üç manat 35 qәpik) manat borcun vә hüquqi yardım üçün ödәnilmiş 576,28 manat (beş yüz yetmiş altı manat 28 qәpik) pul vәsaitinin iddiaçının xeyrinә tutulması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

7. Iddia әrizәsi onunla әsaslandırılmışdır ki, “xxxx” ASC (sonradan “xxxx”) ilә cavabdeh1 arasında ##.##.2017-ci il tarixli “06-LA/17” nömrәli kәnd tәsәrrüfatı texnikalarının lizinqә verilmәsi barәdә müqavilә bağlanmışdır. Müqavilәyә әsasәn lizinq verәn “xxxx” ASC tәrәfindәn kәnd tәsәrrüfatı texnikaları Lizinq alan cavabdeh1 lizinqә vermişdir. Müqavilә şәrtlәrinә әsasәn Lizinq alan ödәniş qrafiki üzrә lizinq mәblәğini ödәmәyi öhdәsinә götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilә üzrә öhdәliyini pozaraq ödәniş qrafiki üzrә ödәnişlәri icra etmәmişdir. Nәticәdә cavabdeh cavabdeh1 ##.##.2017-ci il tarixli “06- LA/17” nömrәli müqavilә üzrә ##.##.2025-ci il tarixinә 184 245 (bir yüz sәksәn dörd min iki yüz qırx beş manat 00 qәpik) manat qalıq borc, 28 888,35 (iyirmi sәkkiz min sәkkiz yüz sәksәn sәkkiz manat 35 qәpik) manat cәrimә borcu olmaqla, cәmi 213 133,35 (iki yüz on üç min bir yüz otuz üç manat 35 qәpik) manat borcu yaranmışdır. Cavabdehә öhdәliklәrin yerinә yetirilmәsi barәdә dәfәlәrlә edilmiş xәbәrdarlıqlara baxmayaraq borclu tәrәfindәn ödәnişlәr yerinә yetirilmәmişdir. Tәrәflәr arasında bağlanmış müqavilәlәrin 4.2-ci maddәsinә görә lizinq alan ödәniş qrafikinә uygun olaraq bir dәfәdәn artıq ödәnişlәri yerinә yetirmәzsә lizinq verәn lizinq alandan gecikdirilәn hәr bir günә görә gecikdirilmiş mәblәğin 0,1 faizi hәcmindә cәrimә tәlәb etmәk hüququna malikdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 40.2-ci maddәsinә әsasәn tәrәflәr öz aralarında saziş ilә mübahisәli işin әrazi aidiyyәtini dәyişdirә bilәr. Tәrәflәr arasında bağlanmış müqavilәnin 8ci bәndinә әsasәn müqavilәnin yerinә yetirilmәmәsi nәticәsindә meydana çıxmış bütün mübahisә vә fikir ayrılıqlarının hәlli danışıqlar yolu ilә mümkün olmadıqda, tәrәflәr Lizinq verәnin yerlәşdiyi әrazi üzrә aidiyyatı mәhkәmәlәrә müraciәt edә bilәrlәr. “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin fәaliyyәtinin tәnzimlәnmәsi ilә bağlı bәzi tәdbirlәr haqqında Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrәli fәrmanına әsasәn Azәrbaycan Respublikası Kәnd Tәsәrrüfatı Nazirliyinin tabeliyindәki “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin adı dәyişdirilәrәk “xxxx” Açıq Sәhmdar Cәmiyyәti (bundan sonra – Cәmiyyәt) adlandırılmış, “xxxx” Açıq Sәhmdar Cәmiyyәtinin kәnd tәsәrrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemlәri dәsti vә avadanlığının, damazlıq heyvanların kәnd tәsәrrüfatı istehsalçılarına lizinq yolu ilә satılmasına dair qüvvәdә olan lizinq müqavilәlәri üzrә hüquq vә öhdәliklәri Azәrbaycan Respublikasının Kәnd Tәsәrrüfatı Nazirliyi yanında Aqrar Kredit vә Inkişaf Agentliyinә (bundan sonra Agentlik) keçmişdir. “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikası Qanununun 9.1.14-cü maddәsinә әsasәn mәhkәmәyә verilәn iddia әrizәlәri vә bütün növ şikayәtlәr üzrә büdcә tәşkilatları vә bәlәdiyyәlәr dövlәt rüsumunu ödәmәkdәn azaddır. Hazırkı iş üzrә hüquqi yardım göstәrilmәsi, iddia tәlәblәrinin irәli sürülmәsi vә mәhkәmәdә müdafiә edilmәsi üçün İddiaçı ilә “xxxx” MMC arasında hüquq xidmәtlәrinin satınalınması müqavilәsi bağlanmışdır. Hәmin müqavilәyә әsasәn hәr bir iş üzrә hüquqi yardım xidmәtinin qiymәti 576,28 manat müәyyәn edilmişdir. Hәmin mәblәğ dә cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәlidir.

8. Cavabdeh iddia tәlәbinә dair yazılı etiraz tәqdim edәrәk, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğu üçün iş üzrә icraata xitam verilmәsi barәdә qәrardad qәbul olunmasını xahiş etmişdir.

9. Ərizә onunla әsaslandırılmışdır ki, iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh1 (bundan sonra cavabdeh) qarşı “pul tәlәbi barәdә” iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk ##.##.2017-cI il tarixli **-LA/** nömrәli müqavilә üzrә 184245 (yüz sәksәn dörd min iki yüz qırx beş) manat qalıq borcun vә hesablanmış 28888,35 (iyirmi sәkkiz min sәkkiz yüz sәksәn sәkkizx manat otuz beş qәpik) manat cәrimә borcunun, hüquqi yardımla bağlı 576,28 (beş yüz yetmiş altı manat iyirmi sәkkiz qәpik) manat, pul vәsaitinin cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara әsasәn hesab edirik ki, iddia qanunsuz vә әsassızdır: Iddiaçı eyni predmet barәsindә vә eyni әsaslar üzrә cavabdehә qarşı әvvәllәr bir neçә dәfә iddia qaldırmış vә hәmin işlәr müvafiq qәtnamәlәr iddiaçının özü tәrәfindәn mәhkәmәyә tәqdim edilmişdir. Eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğu üçün iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina edilmәli idi. Belә ki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 153.2.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi .... olarsa hakim iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina edir. Hәmin Mәcәllәnin 153.3-cü maddәsinә görә, hakim әrizәni qәbul etmәkdәn imtina barәdә әsaslandırılmış qәrardad çıxarır. Işә mәhkәmә qaydasında vә ya mülki mәhkәmә icraatı qaydasında baxılmalı deyildirsә, iddiaçının hansı orqana vә ya mәhkәmәyә müraciәt etmәli olmasını orada göstәrir. Hәmin Mәcәllәnin 153.4-cü maddәsinә әsasәn, әrizәni qәbul etmәkdәn imtina haqqında qәrardad әrizәyә әlavә olunmuş bütün sәnәdlәrlә birlikdә әrizәçiyә rәsmi qaydada verilmәlidir. Hәmin Mәcәllәnin 153.5-ci maddәsinә әsasәn, әrizәni qәbul etmәkdәn imtina edilmәsi әrizәçiyә hәmin cavabdehә qarşı, hәmin predmet barәsindә vә hәmin әsaslarla yenidәn iddia qaldırmağa mane olur. Eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduqdan sonra eyni tәrәflәr arasında eyni әsaslar üzrә iddia әrizәsinin icraata qәbul edilmәsi vә hәmin işә mahiyyәti üzrә baxılması, başqa sözlә, әqdә әsaslanan tәlәb üzrә mәhkәmә aktının qәbul edildiyi nәzәrә alınmadan eyni tәlәbin icraata qәbul edilmәsi vә baxılması hüquqi müәyyәnlik prinsipinә ziddir. Belә ki, pul mәblәğinin tәlәbi barәdә işә baxan mәhkәmә mübahisәni mahiyyәti üzrә hәll edәrkәn iddianın әsaslı olub-olmadığını müәyyәn etmәk üçün ilk növbәdә bu tәlәbin әsasını tәşkil edәn lizinq müqavilәsinin bağlanıb-bağlanmadığını müәyyәn etmәk vәzifәsi daşıyır vә hәmin vәzifәni yerinә yetirmәklә tәlәbin qanuni vә әsaslı olmasına hüquqi qiymәt verir. Ona görә dә bu mübahisәyә artıq baxıldıqdan sonra yenidәn eyni tәlәbin irәli sürülmәsi vә hәmin tәlәbә mahiyyәti üzrә baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyil. Konstitusiya Mәhkәmәsi Plenumunun C.Ismayılzadәnin şikayәti üzrә ## ###### 2007-ci il tarixli vә G.Ismayılzadәnin şikayәti üzrә ## ###### 2016-cı il tarixli qәrarlarında qeyd olunub ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktı özündә mübahisәlәndirilәn maddi hüququn, yaxud belә hüquqa әsaslanan faktın mövcud olub-olmamasını qәti surәtdә müәyyәnlәşdirir vә sәlahiyyәtli şәxsin tәlәbi ilә hәr hansı qeyd-şәrt qoyulmadan onların hәyata keçirilmәsini ehtiva edir. Mәhz bu baxımdan 2 prosessual qanunvericilikdә nәzәrdә tutulmuş bütün müdafiә vasitәlәri istifadә edildikdәn sonra qanuni qüvvәyә minmiş mәhkәmә aktı tәkzibolunmazlıq, müstәsnalıq vә mәcburilik kimi hüquqi xassәlәrә malikdir. Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin presedent tәcrübәsindә “Insan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında” Konvensiyanın 6-cı maddәsinin tәlәblәri baxımından “res judicata” prinsipinә hörmәt edilmәsini ehtiva edәn qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının bir qayda olaraq dәyişdirilmәdәn saxlanılmasını nәzәrdә tutan preyudisiallıq vә qanunun aliliyinin fundamental aspektlәrindәn olan hüquqi müәyyәnlik prinsiplәrinin tәmin edilmәsinә xüsusi önәm verilmiş, yalnız mәhkәmә sәhvlәrinin düzәldilmәsi vә işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn hallar aşkar olunduqda belә qәrarlara yuxarı instansiya mәhkәmәsi tәrәfindәn yenidәn baxılmasının mümkünlüyü әks olunub (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrә 2009-cu il ## #### tarixli, Kondraşov vә digәrlәri Rusiya Federasiyasına qarşı iş üzrә 2009-cu il # ###### tarixli qәrarlar). Hüququn aliliyinin әsas aspektlәrindәn biri olan hüquqi müәyyәnlik prinsipi digәrlәri ilә yanaşı tәlәb edir ki, mәhkәmәlәr tәrәfindәn tamamilә hәll edilmiş iş üzrә qәbul olunan yekun qәrar şübhә doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrә 1999-cu il ## ####### tarixli qәrar). Hüquqi müәyyәnlik, “res judicata” prinsipinә hörmәti (bir dәfә hәll edilmiş işә tәkrar baxılmanın yolverilmәzliyini) nәzәrdә tutur. Prinsip onu әks etdirir ki, tәrәflәrdәn heç biri yalnız işә tәkrar baxılması vә yeni qәrara nail olmaq mәqsәdilә yekun, qanuni qüvvәyә minmiş qәrara yenidәn baxılmasını tәlәb edә bilmәz. Işә yenidәn baxılması üzrә yuxarı mәhkәmә instansiyasının sәlahiyyәti işә mahiyyәti üzrә yenidәn baxmaq mәqsәdi ilә deyil, mәhkәmә sәhvlәrini, әdalәt mühakimәsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq mәqsәdilә hәyata keçirilmәsidir. Yenidәn baxma şikayәtin gizli forması hesab edilә, eyni zamanda, bir mәsәlәyә dair iki yanaşmanın mövcud olması yenidәn baxma üçün әsas ola bilmәz. Xüsusilә vurğulanmalıdır ki, әqdә әsaslanan iddialara baxılması ilә bağlı yuxarıda ifadә edilmiş hüquqi mövqe әdalәtli mәhkәmә hüququ ilә uyğunsuzluq yaratmır. Belә ki, әqdlә bağlı hәr hansı mübahisәyә baxıldıqda qarşı tәrәfin etiraz irәli sürmәk, etiraz vә dәlillәri әsassız olaraq nәzәrә alınmadıqda isә qәbul edilmiş mәhkәmә aktından şikayәt vermәk hüquqları vardır. Mülki prosessual qanunvericiliyin qeyd edilәn tәlәblәri baxımından belә qәnaәt hasil olur ki, әqdә әsaslanan iddiaya artıq baxılıb qәrar qәbul edildiyi halda, işdә iştirak etmiş şәxslәr tәrәfindәn yenidәn eyni tәlәbin irәli sürülmәsi vә ona baxılması yolverilmәzdir. Ona görә dә, verilmiş iddia әrizәsinin qәbulundan Mülki Prosessual Mәcәllәnin 153.2.2-ci maddәsinә әsasәn imtina olunmalıdır. Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. Hәmin Mәcәllәnin 262.1-ci maddәsinә görә, iş üzrә icraata xitam verilmәsi barәdә mәhkәmә qәrardad çıxarır. Hәmin Mәcәllәnin 262.4-cü maddәsinә әsasәn, işin icraatına xitam verildikdә, eyni tәrәflәr arasında, eyni predmet haqqında vә eyni әsaslar üzrә mübahisә barәsindә mәhkәmәyә müraciәt edilmәsinә yol verilmir. Göründüyü kimi, Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsi iş üzrә icraata xitam verilmәsi üçün eyni tәrәflәr arasında, eyni tәlәb deyil, mәhz eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olmasını yetәrli hesab edir. Odur ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduğu üçün iş üzrә icraata xitam verilmәlidir.

10. Mәhkәmә iclasında iddiaçının nümayәndәsi vә vәkili Vәkil iddia әrizәsini müdafiә edib onun mәzmununa uyğun izahat verәrәk iddianın tәmin edilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Əlavә olaraq bildirmişdir ki, hazırda tәlәb edilәn borc lizinq müqavilәsi üzrә qalıq borcdur. Tәlәb etdiklәri borca daha әvvәlki mübahisәlәr üzrә qәbul edilmiş mәhkәmә qәtnamәlәri ilә tutulması qәt edilmiş borclar daxil deyildir. Hәmin qәtnamәlәr üzrә dә cavabdeh tәrәfindәn hәr hansı ödәniş edilmәmişdir.

11. Cavabdehә mәhkәmә iclasının yeri vә vaxtı barәdә rәsmi qaydada mәlumat verilmәsinә baxmayaraq mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin sәbәblәri barәdә mәhkәmәyә mәlumat tәqdim etmәmişdir. Mәhkәmә iclasının cavabdehin iştirakı olmadan keçirilmәsi mümkün hesab edilmişdir.

12. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәtnamәsi ilә iddia әrizәsi qismәn tәmin edilmiş, cavabdeh cavabdeh1 184245 manat әsas borc, 8500 manat dәbbә pulu, 576,28 manat hüquqi yardıma görә xәrc, ümumilikdә 193321,28 (bir yüz doxsan üç min üç yüz iyirmi bir manat iyirmi sәkkiz qәpik) manat mәblәğindә pul tutularaq iddiaçı İddiaçı ödәnilmәsi, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi, cavabdeh cavabdeh1 482,74 (dörd yüz sәksәn iki manat yetmiş dörd qәpik) manat dövlәt rüsumu tutularaq dövlәt büdcәsinә ödәnilmәsi, cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş “iş üzrә icraata xitam verilmәsi” barәdә vәsatәtin tәmin edilmәmәsi qәt edilmişdir.

13. Mәhkәmә gәldiyi nәticәni aşağıda göstәrildiyi kimi әsaslandırmışdır:

 Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında ## ###### 2017-ci il tarixli **-LA/** nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir.  Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə ödənilməli olan ümumi məbləğ 1202400 manat təşkil edir. Müqavilənin müddəti ##.##.2025-ci il tarixdə başa çatmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya cəmi 60120 manat vəsait ödənilmiş, həmin müqavilə üzrə ##.##.2023-cü ilə olan 773797 manat əsas borcun tutulması Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövr üzrə 184238 manat əsas borcun tutulması isə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət edilmiş, həmin qətnamələr qanuni qüvvəyə minmişdir.  Iddiaçı hazırda həmin müqavilə üzrə qalıq 184245 manat əsas borcun (1202400 manat - 60120 manat - 773797 manat - 184238 manat) tutulmasını tələb etməklə haqlıdır.  Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış ## ###### 2017-ci il tarixli **-LA/** nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.  Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.  Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 28888,35 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.  Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.  Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 8500 manat məbləğində müəyyən edilməlidir.  Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 184245 manat əsas borc və 8500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.  Məhkəmə cavabdeh tərəfindən verilmiş “iş üzrə icraata xitam verilməsi” barədə vəsatəti əsassız hesab edir.  Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, lizinq müqaviləsi üzrə ödənilməli olan ümumi məbləğ 1202400 manat təşkil edir. Müqavilənin müddəti ##.##.2025-ci il tarixdə başa çatmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya cəmi 60120 manat vəsait ödənilmiş, həmin müqavilə üzrə ##.##.2023-cü ilə olan 773797 manat əsas borcun tutulması Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövr üzrə 184238 manat əsas borcun tutulması isə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə qət edilmişdir.  Iddiaçı hazırda ##.##.2023-cü il tarixdən müqavilə müddətinin sonuna qədər olan borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.  Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, hazırda iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsas olmadığından cavabdeh tərəfindən verilmiş “iş üzrə icraata xitam verilməsi” barədə vəsatət təmin edilməməlidir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 482,74 (dörd yüz səksən iki manat yetmiş dörd qəpik) manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

14. Gәldiyi nәticәnin hüquqi әsaslandırması zamanı mәhkәmә, Mülki Mәcәllәnin 386.1, 398.1, 399.1, 442, 462.1, 467, 747.1, 748-1.1-ci maddәlәrinә istinad etmişdir.

15. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәtnamәsindәn cavabdeh apellyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilmәsini, iş üzrә icraata xitam verilmәsini xahiş etmiş, şikayәtini iddia әrizәsinә yazılı etirazın mәzmununa uyğun әsaslandıraraq, iş üzrә icraat zamanı hәrtәrәfli, tam vә obyektiv araşdırma aparılmadığını vә hәqiqәtin müәyyәn edilmәdiyini irәli sürmüşdür.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tәrәflәrә mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumat verilmәsinә baxmayaraq mәhkәmә iclasında nümayәndәlәrinin iştirakını tәmin etmәmişdirlәr.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddә 385.1-ci maddәsinә әsasәn müvafiq olaraq öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır.

18. Maddә 386.1-ci maddәsinә әsasәn öhdәliyin zәrәr vurulması, әsassız varlanma vә ya bu Mәcәllәdә nәzәrdә tutulmuş digәr әsaslar nәticәsindә әmәlә gәlmәsi halları istisna olmaqla, öhdәliyin әmәlә gәlmәsi üçün onun iştirakçıları arasında müqavilә olmalıdır.

19. Maddә 398.1. Müqavilәnin icrası tәrәflәrin razılaşması ilә müәyyәnlәşdirilmiş qiymәt üzrә ödәnilir.

20. Maddә 425.1-ci maddәsinә әsasәn öz hüquqlarını hәyata keçirәrkәn vә vәzifәlәrini icra edәrkәn tәrәflәrdәn hәr biri vicdanlılığın tәlәb etdiyi tәrzdә, yәni şәrtlәşdirilmiş vaxtda vә yerdә lazımi şәkildә, öhdәliyin şәrtlәrinә vә bu Mәcәllәnin tәlәblәrinә müvafiq surәtdә, belә şәrtlәr vә tәlәblәr olmadıqda isә işgüzar adәtlәrә vә ya adәtәn irәli sürülәn digәr tәlәblәrә müvafiq surәtdә hәrәkәt etmәlidir.

21. Maddә 442. Öhdәliyin icra edilmәmәsi dedikdә onun pozulması vә ya lazımınca icra edilmәmәsi (vaxtında icra edilmәmәsi, mallarda, işlәrdә vә xidmәtlәrdә qüsurlarla vә ya öhdәliyin mәzmunu ilә müәyyәnlәşdirilmiş digәr şәrtlәri pozmaqla icra edilmәsi) başa düşülür.

22. Maddә 747.1. Lizinq müqavilәsinә görә lizinq verәn müәyyәn әşyanı müqavilә ilә şәrtlәşdirilmiş müәyyәn haqla, müәyyәn müddәtә vә digәr şәrtlәrlә (lizinq alana әmlakı satın almaq hüququnun verilmәsi dә daxil olmaqla) lizinq alanın istifadәsinә vermәyә borcludur. Lizinq alan müәyyәnlәşdirilmiş dövriliklә muzd ödәmәyә borcludur.

23. Maddә 748-1.1. Lizinq verәn lizinq obyekti olan әmlakı lizinq alana lizinq müqavilәsinin şәrtlәrinә vә hәmin әmlakın tәyinatına uyğun halda (vәziyyәtdә) tәqdim etmәlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

25. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.

26. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

27. Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır.

28. Maddә 261.0.2. Eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir.

29. Maddә 372.2. Yeni sübutlar vә yeni tәlәblәr apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn o halda qәbul edilir ki, işdә iştirak edәn şәxslәr hәmin sübutların vә tәlәblәrin birinci instansiya mәhkәmәsindә tәqdim edilmәsinin onlardan asılı olmayan sәbәblәrә görә mümkün olmadığını әsaslandırsın.

30. 372.6. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun barәsindә açıq vә ya dolayısı ilә mübahisә edilәn hissәsi üzrә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır.

31. Maddә 385. Mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi; 385.1.2. mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi; 385.1.4. birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi.

32. Maddә 385.2. Birinci instansiya mәhkәmәsinin faktlar nöqteyi-nәzәrindәn qanuni vә әsaslı olan vә mahiyyәti üzrә düzgün olan qәtnamәsi yalnız formal mülahizәlәrә görә lәğv edilә bilmәz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının tәtbiqinin düzgünlüyünü apellyasiya şikayәtinin dәlillәrindәn asılı olmayaraq yoxlayır (Mülki Prosessual Mәcәllәnin 372.6-cı vә 372.7-ci maddәlәri).

34. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372-ci maddәsinin apellyasiya baxışının hәdlәri barәdә müddәalarının hәmin Mәcәllәnin 372.1 vә 372.7-ci maddәlәrinin tәlәblәri baxımından şәrh edilmәsinә dair” ## ### 2011-ci il tarixli qәrarında göstәrilmişdir ki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1-ci maddәsinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi hәmin Mәcәllәnin 372.6-cı maddәsindә nәzәrdә tutulduğu hallarda birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını mübahisәlәndirilәn hissәsindә apellyasiya şikayәtinin dәlillәri hәcmindә yoxlayır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.1 vә 372.7-ci maddәlәrinә uyğun olaraq apellyasiya instansiyası mәhkәmәsi maddi hüquq normalarına riayәt edilmәsini birinci instansiya mәhkәmәsinin qәtnamәsinin mübahisәlәndirilәn hissәsindә yoxlayır. Bu hәdlәrdә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hüquqi mövqeyinә aid dәlillәrdәn asılı deyil vә qәtnamәni maddi hüquq normasının pozulması ilә әlaqәdar apellyasiya şikayәtindә göstәrilmәyәn әsaslarla da lәğv edә vә dәyişdirә bilәr.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Mәhkәmә kollegiyası iş materiallarını vә apellyasiya şikayәtinin dәlillәrini birlikdә araşdıraraq hesab edir ki, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin faktiki hallarına vә tәtbiq edilmiş maddi-prosessual hüquq normalarına uyğundur.

36. Belә ki, Mülki Prosessual Mәcәllәnin 261.0.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olduqda mәhkәmә iş üzrә icraata xitam verir. Hәmin normanın tәtbiqi üçün eyni vaxtda üç şәrtin – tәrәflәrin, predmetin vә iddianın әsaslarının tam eyniliyi müәyyәn edilmәlidir. Bu şәrtlәrdәn hәr hansı birinin mövcud olmaması hәmin normanın tәtbiqini istisna edir.

37. Iş materiallarından görünür ki, iddiaçının istinad etdiyi әvvәlki mәhkәmә işi üzrә cavabdehdәn lizinq müqavilәsi üzrә müәyyәn dövr әrzindә (##.##.2023-cü ilә olan; ##.##.2023-cü il tarixdәn ##.##.2024-cü il tarixә qәdәr olan) yaranmış borcun tutulması tәlәbi irәli sürülmüş, hәmin tәlәbә mahiyyәti üzrә baxılaraq qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi qәbul edilmişdir. Hazırkı iddia isә hәmin müqavilә üzrә әvvәlki mәhkәmә araşdırmasının әhatә etmәdiyi sonrakı dövr (##.##.2024-cü il tarixdәn müqavilә müddәtinin sonuna qәdәr olan) üçün hesablanmış borcun tutulmasına dair irәli sürülmüşdür.

38. Mübahisәnin hüquqi әsası eyni müqavilәdәn irәli gәlsә dә, iddianın faktiki әsası әvvәlki işdәn fәrqlәnir. Çünki hazırkı tәlәb әvvәlki qәtnamә qәbul edildikdәn sonra davam edәn müqavilә münasibәtlәrindәn irәli gәlәn, sonrakı dövr üzrә formalaşmış öhdәliklәrin icra edilmәmәsinә әsaslanır. Bu sәbәbdәn hazırkı mübahisә әvvәlki işdә araşdırılmış faktiki halların tәkrar qiymәtlәndirilmәsi deyil, yeni dövr üzrә yaranmış hüquq münasibәtlәrindәn irәli gәlәn müstәqil tәlәbdir.

39. Qanuni qüvvәyә minmiş mәhkәmә aktının preyudisial qüvvәsi yalnız hәmin iş üzrә müәyyәn edilmiş faktlara vә hәll edilmiş tәlәbә şamil edilir. Bu prinsip eyni hüquq münasibәtindәn irәli gәlәn, lakin sonradan yaranmış yeni öhdәliklәr üzrә yeni iddia irәli sürülmәsini istisna etmir. Əks yanaşma kreditorun müqavilә qüvvәdә olduğu müddәtdә sonradan yaranan borcların mәhkәmә müdafiәsi hüququnu әsassız mәhdudlaşdırmış olardı.

40. Odur ki, hazırkı iş üzrә әvvәlki işlә eyni tәrәflәr iştirak etsә dә, iddianın faktiki әsasları vә tәlәbin aid olduğu dövr eyni olmadığından MPM-in 261.0.2-ci maddәsinin tәtbiqi üçün zәruri olan “eyni predmet vә eyni әsaslar” meyarları mövcud deyildir. Buna görә dә birinci instansiya mәhkәmәsi iş üzrә icraata xitam verilmәsindәn imtina etmәkdә haqlı olmuşdur.

41. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayәtindә әsas borcun mәblәğini mübahisәlәndirmәmiş, yalnız hәmin tәlәbin әvvәlki mәhkәmә qәtnamәsi ilә hәll edildiyini vә bu sәbәbdәn iş üzrә icraata xitam verilmәli olduğunu irәli sürmüşdür. Bu baxımdan, kollegiya әsas borcun hesablanmasının düzgünlüyü vә mәblәği ilә bağlı әlavә araşdırma aparılmasına zәrurәt görmür vә mübahisәni yalnız apellyasiya şikayәtinin dәlillәri çәrçivәsindә qiymәtlәndirir. Belәliklә kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayәtlәrindә irәli sürdüklәri yalnız formal mülahizәlәrdir; birinci instansiya mәhkәmәsinin faktlar nöqteyinәzәrindәn

42. qanuni, әsaslı vә mahiyyәti üzrә düzgün olan qәtnamәsi yalnız formal mülahizәlәrә görә lәğv edilә bilmәz.

43. Mülki Prosessual Mәcәllәnin 119.1-ci maddәsinin tәlәblәrinә әsasәn mәhkәmә xәrclәrinә dair mәsәlәyә dә qiymәt vermәyin zәruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayәti vermәk üçün ödәnilmiş dövlәt rüsumunun mәblәği apellyatorun özünә aid olunmalıdır. Nәzәrә alınmalıdır ki, mәhkәmә xәrclәrinin bölüşdürülmәsi mәsәlәsi prosessual qanunvericiliklә tәnzimlәndiyindәn, bununla bağlı qәrar qәbul edәrkәn mәhkәmә, müvafiq tәlәbin olub-olmamasına bağlı deyildir.

44. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 382, 384, 392, 393 vә 405-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-****/**** nömrәli kommersiya mübahisәsi üzrә ##.##.2026-cı il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumu apellyatorun özünә aid edilsin. Qәtnamәdәn onun tәrәflәrә rәsmi qaydada tәqdim edildiyi (elektron kabinetә yerlәşdirildiyi) gündәn 2 (iki) ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar