Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-690/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI açar sözlər: əsassız hesablanmış borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh IB-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Cavabdeh IB ilə iddiaçı1 arasında imzalanmış ##.##.2024-cü il tarixli, AMX-****/** saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin: 1-ci bəndinə əsasən Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 3.1-ci bəndinə əsasən qazın qiyməti Azərbaycan Respublikası Tarif şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər bir m3 üçün 0,22 manat məbləğində müəyyən edilmişdir.
3. Salyan RQII-nin nümayəndəsi və iddiaçı1 imzaları ilə təsdiq olunmuş ##.##.2024-cü il tarixli, **-**-**/* saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 5576 kub metr, hesablanmış qaz sərfinin məbləği 1226,72 manat təşkil edir. Aktda qeyd olunmuşdur ki, ##.##.2023-cü ilin sərfiyyatı götürülüb. Sayğac ##.##.2024-cü il tarixdə təmir olunub, işləməyib, abonentin qaz təminatı bərpa olunub.
4. Salyan RQII-nin nümayəndəsi və istehlakçının nümayəndəsi Qaraxanov Pərvizin imzaları ilə təsdiq olunmuş ##.##.2024-cü il tarixli, **-**-**/* saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 28217 kub metr, hesablanmış qaz sərfinin məbləği 6207,74 manat təşkil edir. Aktda qeyd olunmuşdur ki, 2022-ci ilin noyabr ayının sərfiyyatı götürülüb.
5. Salyan RQII-nin nümayəndəsi və istehlakçının nümayəndəsi Qaraxanov Pərvizin imzaları ilə təsdiq olunmuş ##.##.2025-ci il tarixli, **-**-**/* saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 40817 kub metr, hesablanmış qaz sərfinin məbləği 9769,55 manat təşkil edir. Aktda qeyd olunmuşdur ki, hesabat 2023-cü ilin yanvar ayına əsasən aparıldı.
6. Salyan RQII-nin nümayəndəsi və istehlakçının nümayəndəsi Hüseynov Qənbərin imzaları ilə təsdiq olunmuş ##.##.2025-ci il tarixli, **-**-**/** saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 36867 kub metr, hesablanmış qaz sərfinin məbləği 8848,02 manat təşkil edir. Aktda qeyd olunmuşdur ki, 2023-cü ilin yanvar ayının sərfiyyatı: 40817/31 gün x 28 gün=36867.
7. Salyan RQII-nin nümayəndəsi və istehlakçının nümayəndəsi Hüseynov Qənbərin imzaları ilə təsdiq olunmuş ##.##.2025-ci il tarixli, **-**-**/** saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 24300 kub metr, hesablanmış qaz sərfinin məbləği 5832 manat təşkil edir. Aktda qeyd olunmuşdur ki, hesabat 2024-cü ilin mart ayına əsasən aparıldı.
8. Salyan RQII-nin nümayəndəsi və istehlakçının nümayəndəsi Hüseynov Qənbərin imzaları ilə təsdiq olunmuş ##.##.2025-ci il tarixli, **-**-**/** saylı “qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktda qeyd olunmuşdur ki, müəssisədə sayğacsız, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun) hesabatlara əsasən hesablanmış qaz sərfinin miqdarı 3492 kub metr təşkil edir. Aktda qeyd olunmuşdur ki, hava temperaturu nəzərə alınaraq aprel ayı üçün hesabat 3492 kub metr hesablandı.
9. Abonentin saldosundan görünür ki, iddiaçı1 məxsus 235205400200020 abunə kodu üzrə son borc 17 721,33 manat təşkil edir.
10. “xxxx” Publik hüquqi şəxsin tabeliyindəki “xxxx” MMC-nin “Qaz sayğacının yoxlanılması haqqında” **** nömrəli protokolunda qeyd olunmuşdur ki, qaz sayğacı ##.##.2025-ci il tarixdə ******* nömrəli akta əsasən növbəti dövlət yoxlanılmasına qəbul edilmişdir. Qeyd: Sayğacın daxili çirkdir. Sayğaca hava vuruldu. Rotorlar kiplənib. Hava keçmir. Sayğac sərfiyyatı qeyd etmir. Mexaniki hissə barədə qeyd: Sayğac yuyuldu. Rotorlar fırlanır. Elektron hissə barədə qeyd: ##.##.2021-##.##.2025-ci il tarixlərini əhatə edən saatlıq arxivə əsasən mütləq təzyiq P=0.9934-3.7462 bar aralığında, korreksiya olunmuş maksimal qaz həcmi 91 kub metr, korreksiya olunmamış maksimal qaz həcmi isə 60 kub metr qeydə alınmışdır. Son sərfiyyat ##.##.2025-ci il tarixində qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vmt mexaniki göstəricisindən 34 kub metr çoxdur. Yoxlama zamanı elektron korrektor və impuls çevirici verilən impulsları qeyd edir. Korreksiya əmsalı: 0.9786. Yoxlama nəticəsi: istismara yararsız. (təmir olunmalıdır).
11. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin "22" dekabr 2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
12. Iddiaçı iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən əsassız hesablanmış 17721,33 manat məbləğində borcun *************** nömrəli abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, istixana Salyan rayonu, Qarabağlı kəndində yerləşir və sayğac qazla təmin olunmuşdur. 2024-cü ilin oktyabr ayınadək qazın dəyərinə görə borcu olmayıb. 2024-cü ilin oktyabr ayında cavabdehlə müqavilə bağlamış və istixanaya qaz açılmışdır. Istixanaya qaz açılan zaman cavabdehin nümayəndələri sayğacın işləmədiyini bildirdilər. O əkin əkdiyi üçün qaza tələbat böyük idi, ona görə də onlar qanunlara uyğun olaraq sayğac olmadan qaz verəcəklərini və hesabat aparacaqlarını bildirdilər. Bir sözlə 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayına qədər hər ay akt yazır və ödəyəcəyi pulu deyirdilər. O da ödənişlərini edirdi. 2025-ci ilin may ayında onun hesabına görə 11 000 manat borcu qalmalı idi. Ona görə də 11000 manatı hesabına ödədi və borc olmaması barədə arayış istədi. X1 Idarəsində ona 17721,33 manat borcun olduğunu bildirdilər. Araşdırandan sonra ona məlum oldu ki, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək, 7 ay müddətində ümumilikdə 42 221,33 manat məbləğində aktlar əsasında borc hesablanmışdır və o 24500 manat pul ödəmişdir. Salyan qaz idarəsi qaz sayğacının işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablamışdır. Mübahisələndirilən borcla bağlı məhkəmənin nəzərinə onu çatdırmaq istəyirik ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablamışdır. Borc məbləğinin aktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olmuşdur. Sözügedən aktlarla bağlı tərəfindən cavabdeh təşkilata müraciət edildikdə ona bildirmişlər ki, guya aktlar tərtib edilən aylarda istifadəsində olan qaz sayğacının işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək onun qaz hesabına işlənmişdir. Bundan başqa, aktlar əsasında hesablanmış borcun tərəfindən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəfindən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və aldadıldığı aydın oldu. Aktlar qaz sayğacı işləmədiyi üçün tərtib edilmişdir və qaydalara uyğun olaraq əvvəlki ilin müvafiq dövrünə görə hesablanır. Lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, cavabdeh onun hüquqi savadsızlığından və səlahiyyətlərindən istifadə edərək istədikləri qaydada və məbləğdə hesabat aparmışdır. Cavabdeh təşkilatın ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tətbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi, lakin tam qanunsuz tərzdə ona ümumilikdə 17721,33 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququnu hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur. Cavabdeh IB tərəfindən barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan isə görünür ki, Cavabdeh IB yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrindən qeydə alınmamışdır. Halbuki, yuxarıda sadalanan normalara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.
14. Cavabdeh tərəf məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus istixana 2022-ci ilin yanvar ayında qazlaşdırılmış, G-65 RVG EK- 220 markalı, ****** nömrəli qaz sayğacı quraşdırılmış və qazın hesabatı qeyd olunan sayğac vasitəsilə aparılmışdır. ##.##.2024-cü il tarixdə Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın ##.##.2024-cü ildə təmir olunub quraşdırılması, lakin işləməməsi müəyyən edilmiş, istixananın ##.##.2024- ##.##.2024-cü il tarixlərdə qaz istifadə etməsi, lakin sayğacın keçən qaz sərfini qeydə almaması müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, ##.##.2023-cü ilin sərfiyyatı götürülmüşdür. Iddiaçının istixanasının qaz sərfi ##.##.2023-cü il tarixdə 5576 m3 (1226,72 manat) olmuşdur. Iddiaçı akta imza etmişdir. ##.##.2024-cü il tarixdə Cavabdeh IBnin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, 2022-ci ilin noyabr ayının sərfiyyatı götürülməklə 28217 m3 (6207,74 manat) hesabat aparılmışdır. Iddiaçı akta imza etmişdir. 2024-cü ilin dekabr ayının sayğac oxuması zamanı Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, 43178 m3 (9499,16 manat) hesabat aparılmışdır. ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, 2023-cü ilin yanvar ayının sərfiyyatı götürülməklə 40817 m3 (9769,55 manat) hesabat aparılmışdır. Iddiaçı akta imza etmişdir. ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, 36867 m3 (8848,02 manat) hesabat aparılmışdır. Iddiaçı akta imza etmişdir. Hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 40817 m3 (yanvar ayının hesabatı) /31 gün (yanvar ayının gün sayı) x 28 gün (fevral ayında gün sayı) = 36867 m3 (8848,02 manat) ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, 2024-cü ilin mart ayının sərfiyyatı götürülməklə 24300 m3 (5832 manat) hesabat aparılmışdır. Iddiaçı akta imza etmişdir. ##.##.2025-ci il tarixdə Cavabdeh IB-nin Salyan RQII-nin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın işləməməsi müəyyən edilmiş, istixana sahibinin razılığı ilə “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akt tərtib edilmiş, hava temperaturu nəzərə alınmaqla 3492 m3 (838,08 manat) hesabat aparılmışdır. Iddiaçı akta imza etmişdir. Iddiaçının ##.##.2024-cü il tarixə qazdan istifadəyə görə borcu olmamışdır. 2024-cü ilin oktyabr-dekabr ayları ərzində 16933,62 manat məbləğində qaz sərf etmiş, dekabr ayında 7500 manat ödəniş etmiş, ##.##.2025-ci il tarixə 9433,62 manat borcu olmuşdur. 2025-ci ilin yanvar-aprel ayları ərzində 25287,71 manat məbləğində qaz sərf etmiş, ümumilikdə 17000 manat ödəniş etmiş, 8287,71 manat qalıq borcu olmuşdur. Iddiaçının ümumilikdə ##.##.2025-ci il tarixə 17721,33 manat borcu vardır. Qeyd olunan borc məbləğləri sayğac işləmədiyi üçün hər iki tərəfin razılığı ilə tərtib edilmiş aktlar əsasında hesablanaraq iddiaçının hesabına işlənmişdir. Iki tərəfli qaydada təsdiq edilmiş aktlar mücərrəd müqavilə xarakteri daşıyır və tərəflərin sərbəst iradə ifadələrinin birbaşa sübutudur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Iddiaçı iddia ərizəsində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh IB tərəfindən pozulmasını qeyd etmişdir. Bildirir ki, iddiaçının mübahisələndirdiyi borc qaz sayğacının işləməsi səbəbindən qarşılıqlı razılaşdırılmış qaz sərfinin dəyəridir, cərimə və ya itirilmiş qazın bərpası üçün hesablanmış borc deyildir. Iddiaçıya məxsus istixanada heç bir yoxlama keçirilməmiş və qaz sayğacının göstəricilərinin oxunması zamanı sayğacın işləməməsi qeydə alınmış, ötən ilin müvafiq dövrü nəzərə alınmaqla hesabat aparılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Cavabdeh IB-nin nümayəndələri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, borc 2024-cü ilin oktyabr ayından 7 ay müddətinə hesablanmışdır. Qeyd edilən akt sərfiyyatla bağlıdır. Akt ilkin olaraq, sayğacın işləməməsi ilə bağlı olmuşdur. Lakin sayğacın nə səbəblə çıxarılmasına dair məlumatı yoxdur. Abonent saldosunda olan məbləğlər şişirdilmiş məbləğlərdir. Məbləğlər isə əvvəlki aylara uyğun hesablanmamışdır. 2024cü ilin oktyabr, noyabr, 2025-ci ilin, yanvar-aprel ayları arasında hesablanmalar olmuşdur. Hesablamalar zamanı ## ####### 2023-cü ilin sərfiyyatı əsas olaraq götürülmüşdür. Noyabr ayı üçün 2022-ci ilin noyabr ayı əsas götürülmüşdür. 2024-cü ilin göstəricisi 2025-ci ilin göstərici olaraq götürülməli idi. Lakin 2023-cü ilin yanvar ayı sərfiyyat olaraq nəzərə alınmışdır. Məbləğlər həddindən artıq şişirdilmişdir. Problemli hesablanmalar aparılan aylar 2025-ci ilin yanvar, fevral və mart aylarıdır. 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək, 7 ay müddətində ümumilikdə 42221,33 manat məbləğində aktlar əsasında borc hesablanmışdır və iddiaçı 24500 manat pul ödəmişdir. Ödənişlər abonent saldosunda öz əksini tapır. 1226.72 manat oktyabr ayına hesablanmışdır. Noyabr ayına 2022-ci il üzrə hesablanmış borc 6207.74 manatdır. Yanvar ayı üçün, yəni 2023-cü ilin yanvar ayı əsas götürülmüşdür və 9433.62 manat hesablanmışdır. Fevral ayında 8848.02 manat, mart ayında 5832 manat, aprel ayında 3432 manat hesablanmışdır. Ümumilikdə 35000 manat üzrə 17000 manat mübahisələndirilir. 3 ay mübahisələndirilir, yəni 17000 manat. Cavabdeh tərəf 2024-cü ilin oktyabr ayından 7 ay müddətində 42 221,33 manat məbləğində borc hesablamış, o isə 24500 manat pul ödəmişdir. Iddiaçı tərəf sərfiyyatın olduğunu düşündüyündən akta imza çəkmişdir. Akt üzrə sərfiyyatın necə hesablandığını bilməmişdir. Hazırda iş araşdırıldıqda aydın olur ki, məbləğlər şişirdilmiş məbləğlərdir. Aktın olması sonradan iddiaçıya məlum olub. Aylıq sərfiyyata uyğun olaraq ödənişini həyata keçirmişdir. Iddiaçı aktları özü imzalamış olsa da, o hüquqlarını bilməmişdir. Aktlar e-sistemə əlavə edilib. 1 ay üzrə akt mövcud deyildir. Ekspert rəyi ilə razıdır və məhkəmə tərəfindən rəydə qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Hüquqlarını müdafiə etdiyi şəxs aktlara imza çəkərkən aktlarda qeyd edilən məbləğlə razı olmadığını bildirmişdir, lakin hansı səbəbdən aktları imzalaması barədə ona məlumat verməmişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, sayğac çıxarılan zaman ekran sönülü olduğundan göstərici olmayıb və yoxlanılan zaman aşkar edildi ki, sayğacın mexaniki göstəricisi 255895 m3, elektron göstərici isə 499348 m3 olmuşdur. Yoxlamanın rəyindən görünür ki, sayğac 2025-ci ilin yanvar ayının 21-nə kimi sərfiyyatı qeyd etmişdir, daha sonra qeyd etməmişdir. Daha sonra düzəliş olundu, oktyabr ayından yanvar ayının 21-nə kimi olan normativ silindi və sayğac göstəricisinə əsasən 24795,84 manat əlavə edildi. Düzəliş olunduqdan sonra abonent saldosunda borc yenidən artmışdır. Yoxlamanın nəticəsinə görə oktyabr, noyabr, dekabr aylarında sayğac işlək vəziyyətdə olmuşdur. 2024-cü ilin oktyabr ayından sonra nə elektron, nə də mexaniki göstərici qeydə alınmış, sayğac ümumiyyətlə işləməmişdir. Onun arxiv yaddaşına mütənasib olaraq qeydə alınmış qaz sərfiyyatına uyğun aktlar tərtib edilərək borc məbləği müəyyənləşdirilmişdir. Mövsüm nəzərə alınaraq qarşılıqlı razılıq əsasında tərəfə qaz verilmişdir. Hal-hazırda verilmiş laboratoriya rəyi əsasında abonentin hesabına 103316 kub 24795,84 manat dəyərində qaz sərfiyyatı əlavə edilmişdir. Sayğac yoxlaması keçirilən zaman sayğacın daxili yaddaşına əsasən qeydə alınmış qaz sərfiyyatıdır. Həmin dövrlərdə yaddaş görünmədiyi üçün aktlar tərtib edilmişdir. Daha sonra yaddaşda olan məbləğ müəyyən edilmişdir. Bu səbəbdən müəyyən məbləğdə əvəzləmələr aparılmış və 17721,33 manat borc məbləği yerindədir, silinməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na görə sayğac olmadıqda əvvəlki ayın göstəriciləri nəzərə alınmalı idi. Lakin müəssisə mövsümi xarakterli müəssisə olduğundan müvafiq dövrün hesabatları aparılmış, göstəricilər nəzərə alınmışdır. Lakin ekspert tərəfindən təqdim edilmiş rəydən görünür ki, 2025ci ildə 2024-cü ilin sərfiyyatı, 2024-cü ildə isə 2023-cü ilin sərfiyyatı qeydə alınmışdır. Hesab edir ki, sərfiyyata görə yazılmış borc məbləği tərəflər arasında aktla rəsmiləşdirilmişdir. Akt mücərrəd müqavilə xarakteri daşıyır və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirir. Aktlar iddiaçı və onun nümayəndələri tərəfindən imzalanmışdır. Aktların bir qismi üzrə ödənişlərin edilməsinin borcun etirafı kimi məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, hesablamalar Qazdan istifadə Qaydaları”-nın 6.5-1-ci bəndinə əsasən aparılıb. Obyektdə hər-hansı yoxlama keçirilməmişdir. Sayğacla təmin edilmişdir və tərəfin nümayəndəsi tərəfindən sənədlər imzalanmışdır. 2024-cü ilin 10-cu ayında məbləğ üzrə 2022-ci ilin noyabr ayı əsas götürülmüşdür. Çünki 2023-cü ilin noyabrı olmamışdır. 2024-cü ilin dekabrı üzrə 2022-ci ilin dekabrı hesablanmışdır. 2025-ci ildə nə səbəblə əvvəlki yox, ondan daha öncəki ilin göstəricilərinin götürülməsinə dair məlumatı yoxdur. Iş üzrə 11906.99 manat yaranmış fərqi 2024-cü ilin sərfiyyatıyla deyil, 2023-cü ilin sərfiyyatıyla hesablamışlar. Bu iş üzrə hesablanmalar aparıldıqda bu halda öncəki ilə istinad edildiməli idi. Iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, sayğac üzrə hesablamalar ondan öncəki illərə əsasən hesablanmışdır. Iş üzrə şişirdilmiş məbləğlər qeyd edilə bilməz. Bütün qeyd edilən məbləğlər sərfiyyat üzrə hesablanmışdır. 2025-ci ilin aprel ayında qeyd edilən sərfiyyat belə hallarda hansı temperaturda normal halda sərfiyyat olmalı idisə təxmini olaraq o dərəcəyə istinad edilir.
17. Birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq cavabdeh Cavabdeh IB tərəfindən iddiaçı iddiaçı1 hesablanmış 12744 (on iki min yeddi yüz qırx dörd) manat 83 (səksən üç) qəpik borc *************** nömrəli abonent kodundan silinməsi, ödənilmiş dövlət rüsumunun 128 (bir yüz iyirmi səkkiz) manat 24 (iyirmi dörd) qəpiyinin əvəzi cavabdeh Cavabdeh IB-dən tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Məhkəmə hazırkı iş üzrə qaz sayğacı olmadığı dövrdə qaz sərfiyyatının mövsumə uyğun olaraq əvvəlki ilin eyni ayına uyğun hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə mübahisələndirilən dövr üzrə cavabdeh tərəfindən hesablanmış sərfiyyatla bağlı aktlara iddiaçının imzalamasına münasibətdə qeyd edir ki, iddia istehlakçı olaraq təbii inhisar subyekti olan cavabdehə etimad göstərərək inanıb aktları imzalamış, müəyyən ödənişlər etmiş, lakin sonradan sərfiyyatın düzgün hesablanmadığını müəyyən etmişdir. Eyni zamanda iddiaçının qaz sərfiyyatının sayğac olmadığı müddətdə hansı qaydada hesablanmasını bilməməsi təbii haldır, lakin cavabdeh isə vəzifəsi olaraq bu hesabatı düzgün tərtib etməlidir. Buna görə də iddiaçının aktları imzalaması hesablanmış sərfiyyat məbləğlərini qəbul etməsi kimi qiymətləndirilməməlidir. Iş materiallarına əlavə olunmuş abonent saldosuna nəzər yetirdikdə görünür ki, 2024-cü ilin oktyabr (5576 m3-1226,72 manat), noyabr (28217 m3-6207,74 manat) dekabr (43718 m3-9499,16 manat) aylarında akt əsasında hesablanmış borclar əvvəlki ilin, 2023-cü ilin oktyabr (5576 m3-1226,72 manat) və dekabr (72115 m3- 15865,3 manat) (noyabr və dekabr ayının sərfiyyatı cəmlənib) aylarında hesablanmış borc məbləğindən azdır. Belə ki, 2024-cü ilin noyabr və dekabr ayları üzrə hesablanmış sərfiyyat göstəricilərinin cəmi (28217+43178=71395 m3) 2023cü ilin dekabr ayı üzrə hesablanmış sərfiyyat göstəricisindən (72115 m3) aşağıdır. Buna görə də həmin aylar üzrə hesablanmış sərfiyyat məbləği düzgün olduğundan həmin hissədə iddia təmin olunmamalıdır. Lakin, 2025-ci ilin yanvar (40817), fevral (36867 kub metr), mart (24300 kub metr) və aprel (3492 kub metr) ayları üzrə hesablanmış sərfiyyat göstəriciləri əvvəlki ilin, 2024- cü ilin yanvar (14242 kub metr), fevral (28149 kub metr), mart (9870 kub metr), aprel (1 kub metr) aylarının sərfiyyat göstəriciləri ilə uyğun gəlmir, tamamilə fərqlənir. 2025-ci ilin yanvar-aprel ayları ərzində hesablanmış sərfiyyatın hansı meyarla hesablandığı qeyrimüəyyəndir. Hətta 2024-cü ildən daha əvvəlki ilin, 2023cü ilin eyni aylarına nəzər yetirdikdə də, sərfiyyat uyğun gəlmir. Eyni zamanda cavabdehin nümayəndəsi də həmin sərfiyyatın necə hesablanmasına aydınlıq gətirə bilməmişdir. Odur ki, 2025-ci ilin yanvaraprel aylarının qaz sərfiyyatı əvvəlki 2024-cü ilin müvafiq aylarının sərfiyyatına uyğun hesablanmalıdır. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının ## ###### 2025-ci il tarixli qərarına əsasən, qeyri-əhali sektoru, xüsusilə sənaye və kənd təsərrüfatı sahələri üçün 1 kubmetr qazın tarifi 0,24 AZN müəyyən edilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb, yekun olaraq belə qənaətə gəlir ki, cavabdehin 2025-ci ilin yanvar, fevral, mart, aprel aylarına hesabladığı sərfiyyat məbləğlərinin cəmindən (9769,55+8848,08+5832+838,08=25287,71), yəni 25287,71 manatdan, 2024-cü ilin yanvar (14242 x 0,24=3418,08), fevral (28149 x 0,24=6755,76), mart (9870 x 0,24=2368,8), aprel (1 x 0,24) aylarının sərfiyyatı 2025-ci ilin müvafiq aylarına hesablanmaqla, həmin sərfiyyat məbləğlərinin cəmi (3418,08 + 6755,76+ 2368,8+0,24=12 542,88), yəni 12542,88 manat çıxılmaqla qalan 12744,83 manat məbləğində borc iddiaçı1 *************** nömrəli abonent kodundan silinməlidir. Bundan başqa, məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 128,24 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 26, 60.1-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 1.3, 4.1, 4.6, 4.8, 4.9, 5.4, 6.5-1.1, 6.6-cı bəndlərinə istinad etmişdir.
20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilib, iddia tələbinin tam rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı:
25. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla * nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
26. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.
27. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
28. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
29. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
30. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
31. Bənd 6.5-1.1. Istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır.
32. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır; cavabdeh isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).
44. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus obyekt istixana olmaqla, təbii qazdan istifadə həmin obyektin fəaliyyət xüsusiyyətlərinə görə mövsümi xarakter daşımışdır. Eyni zamanda, 2024-cü ilin oktyabr ayından etibarən qaz sayğacının işləməməsi müəyyən edilmiş və sonrakı dövr üzrə sərfiyyat sayğac göstəriciləri əsasında deyil, hesablama yolu ilə müəyyən olunmuşdur.
45. Mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacı Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), sayğacın olmadığı müddətdə qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
46. Lakin Kollegiya hesab edir ki, həmin qaydanın tətbiqi konkret istehlak obyektinin fəaliyyət xüsusiyyətlərindən və qaz istehlakının xarakterindən təcrid olunmuş şəkildə həyata keçirilə bilməz. Hazırkı halda obyektin istixana olması və qaz istehlakının mövsümi xarakter daşıması nəzərə alındıqda, payız ayındakı qaz sərfiyyatının qış aylarındakı qaz sərfiyyatına mexaniki qaydada tətbiq edilməsi obyektin real istehlak xüsusiyyətlərini əks etdirmir.
47. Belə ki, istixananın təbii qaz istehlakı bilavasitə mövsüm və hava şəraiti ilə əlaqədar olduğundan, oktyabr ayındakı orta gündəlik sərfiyyatın yanvar, fevral, mart və aprel aylarına eyni qaydada tətbiq edilməsi faktiki olaraq müxtəlif iqlim və istehsal şəraitində formalaşmış istehlak göstəricilərinin eyniləşdirilməsinə gətirib çıxarır. Bu isə istifadə edilməmiş qazın dəyərinin istehlakçının üzərinə qoyulması riskini yaradır.
48. Bu baxımdan, sayğac göstəriciləri əsasında faktiki sərfiyyatın müəyyən edilməsinin mümkün olmadığı şəraitdə, əvvəlki ilin eyni mövsümünə və müvafiq aylarına aid faktiki sərfiyyat göstəricilərinin müqayisə meyarı kimi qəbul edilməsi, Kollegiyanın qənaətinə görə, əvvəlki ayın göstəricisinin ilin bütün sonrakı mövsümi aylarına dəyişməz qaydada tətbiq edilməsinə nisbətən istehlakçının ehtimal olunan real qaz sərfiyyatını daha obyektiv əks etdirir.
49. Apellyasiya şikayətinin iddiaçının mübahisəli aktları imzalaması və həmin hesablamalar əsasında müəyyən ödənişlər etməsi barədə dəlilləri də qətnamənin ləğvinə əsas vermir.
50. Kollegiya qeyd edir ki, aktın istehlakçı tərəfindən imzalanması həmin aktın tərtib edilməsi faktını və onda əks olunmuş hallarla istehlakçının tanış olmasını təsdiq edə bilsə də, aktda aparılmış hesablamanın normativ tələblərə uyğunluğunun mübahisəsiz qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Eyni yanaşma iddiaçı tərəfindən həyata keçirilmiş qismən ödənişlərə də şamil edilməlidir.
51. Nəzərə alınmalıdır ki, istifadə edilmiş qazın həcminin və onun dəyərinin düzgün müəyyən edilməsi qaz paylayıcısının üzərinə düşən vəzifədir. Qaydalar qaz paylayıcısının istehlakçıya verilən qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmasını tələb edir. Buna görə istehlakçının hesablaşma sənədini və ya aktı imzalaması qaz paylayıcısını sərfiyyatı qanunvericiliyə uyğun və əsaslandırılmış şəkildə hesablamaq vəzifəsindən azad etmir.
52. Bu səbəbdən Kollegiya birinci instansiya məhkəməsinin 2025-ci ilin yanvar-aprel ayları üzrə əvvəlki ilin müvafiq aylarının faktiki sərfiyyat göstəricilərini nəzərə almaqla apardığı hesablamanı işin konkret halları baxımından əsaslı hesab edir və cavabdehin aktların imzalanması və ödənişlərin edilməsi barədə dəlillərinin həmin nəticəni təkzib etmədiyi qənaətinə gəlir.
53. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi halları və gəldiyi nəticəni təkzib etmir, maddi və prosessual hüquq normalarının qətnamənin ləğvinə səbəb ola biləcək pozuntusunu təsdiq etmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
55. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun Cavabdeh Istehsalat Birliyinə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.