Məhkəmə qərarları › İş №e-2-2(3-6)-703/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-703/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-703/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***-**** saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən xxxx sifarişçiyə telekommunikasiya xidmətlərini göstərir, sifarişçi isə xidmət müqabilində xxxxə xidmət haqqı ödəyir.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərə internet, kolokasiya və telekommunikasiya xidmətləri daxildir.

3. Müqavilənin 3.5-ci bəndinə əsasən xidmət üçün ödəniş xxxxin təqdim etdiyi hesab-faktura və elektron qaimə əsasında Sifarişçi tərəfindən 10 (on) iş günü ərzində edilməlidir.

4. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ***-**** saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə ** saylı qoşmaya əsasən xidmət səviyyəsi razılaşdırılmışdır.

5. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, ***-**** saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqaviləyə ** saylı qoşma imzalanmışdır.

6. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, MT2506 ******** nömrəli 944 manat məbləğində, ##.##.2025-ci il tarixli, MT2505 ******** nömrəli 3422 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixli, 3422 manat məbləğində, ##.##.2025-ci il tarixli 3422 manat məbləğində, ##.##.2025-ci il tarixli, 3422 manat məbləğində, ##.##.2025-ci il tarixli, 1652 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4366,01 manat (dörd min üç yüz altmış altmı manat 01 qəpik) manat və ödənilmiş 64 manat (altmış dörd) dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” ## ### 2023-cü il tarixli, ***-**** nömrəli müqaviləyə əsasən xxxx cavabdeh Cavabdeh MMC-yə telekommunikasiya xidmətlərini göstərməyi, cavabdeh isə göstərilmiş xidmətlərin müqabilində xidmət haqqı ödəmək öhdəliyini öz üzərinizə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və təqdim edilmiş hesablar üzrə 2025- ci ilin aprel və may ayları üçün xidmət haqlarını ödəməmişdir. Hal-hazırda yuxarıda göstərilən müqavilələr əsasında cavabdehin iddiaçıya 4366.01 manat (dörd min üç yüz altmış altmı manat 01 qəpik) ödənilməmiş borcu qalmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh MMCdən 4366,01 manat məbləğində pul, 64 manat dövlət rüsumu, ümumilikdə 4430,01 (dörd min dörd yüz otuz manat sıfır bir qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında ##.##.2023-cü il tarixli, ***-**** saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.

12. Cavabdeh Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək ## ### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pretenziya və iddia ərizəsində cavabdeh qismində “xxxx” ASC göstərilmişdir. Bu hal cavabdehdə elə təsəvvür yaratmışdır ki, onların portalına bu sənədlər səhvən gəlib. Nəticədə nə pretenziyaya cavab verə bilməmiş, nə də məhkəmənin ilk iclaslarında işitirak etməmişlər. Sonradan əlavə sənədlər yükləndikdən sonra, yəni baxış iclasında onlara məlum olmuşdur ki, iddiaçının iddiası məhz onlara qarşı olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

18. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...

Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında ##.##.2023cü il tarixində ***-**** saylı “Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir. Göstərilən xidmətə görə yaranmış borcun cavabdehdən tutulması məqsədi ilə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən qətnamə ilə iddia tələbi tam təmin edilmişdir. Hazırda cavabdeh həmin qətnamə mübahisələndirir.

27. Mülki Məcəllədə şəxslərin bağlaya biləcəkləri müqavilələrin dairəsi məhdudlaşdırılmamışdır. Mülki Məcəllənin xüsusi hissəsində bir sıra çox rast gəlinən müqavilə növləri üçün xüsusi tənzimləmə nəzərdə tutulsa da, bu, şəxslərin həmin müqavilələrdən başqa müqavilə bağlaya bilməyəcəyi anlamına gəlmir. Yetər ki, bu müqavilə Mülki Məcəlləyə zidd olmasın (maddə 390.1).

28. Qeyd edilən müqavilə Mülki Məcəllədə birbaşa nəzərdə tutulan müqavilələrdən olmasa da Mülki Məcəlləyə zidd deyildir və tərəflərin bu məzmunda müqavilə bağlamasına heç bir maneə yoxdur. Mülki Məcəllənin 389.3-cü maddəsinə uyğun olaraq tərəflərin bu müqavilədən irəli gələn öhdəliklərinə öhdəlik hüququnun ümumi müddəaları tətbiq edilir.

29. Müqavilələr tərəflər üçün qarşılıqlı öhdəliklər yaratmışdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş müqaviləni, elektron qaiməfakturaları

30. və digər yazılı sübutları araşdıraraq iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir.

31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən faktiki halları düzgün müəyyən etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş və tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

32. Hazırda cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, yaranmış borcun məbləğini və göstərilən/göstərilməyən hər hansı xidməti mübahisələndirməmişdir.

33. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddia ərizəsinin mətnində cavabdehin əvəzinə "xxxx" ASC-nin adı göstərildiyindən cavabdeh iddianın ona aid olmadığını hesab etmiş və məhkəmə iclasında iştirak etməmişdir.

34. Kollegiya həmin dəlili əsaslı hesab etmir.

35. Belə ki, iş materiallarında olan iddia ərizəsinin rekvizit hissəsində, məhkəmənin elektron informasiya sistemində, müqavilədə, elektron qaimə-fakturalarda və işə əlavə edilmiş digər sənədlərdə cavabdeh hüquqi şəxs kimi məhz Cavabdeh MMC göstərilmişdir. İddia ərizəsinin mətnində başqa hüquqi şəxsin adının qeyd edilməsi texniki xarakterli səhv olmaqla, cavabdehin düzgün eyniləşdirilməsinə mane olmamışdır. Bu halın texniki səhv olduğunu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də təsdiq etmişdir.

36. Cavabdeh həmin texniki səhvin onun müdafiə hüququnu hansı konkret formada məhdudlaşdırdığını və bunun işin nəticəsinə necə təsir göstərdiyini sübut edə bilməmişdir. Prosessual pozuntu yalnız o halda məhkəmə aktının ləğvi üçün əsas ola bilər ki, həmin pozuntu iş üzrə düzgün qərar qəbul edilməsinə təsir etmiş olsun. Hazırkı iş üzrə isə belə hal müəyyən edilmir.

37. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, məhkəmə ödənişlərin aparılıb-aparılmamasını tam araşdırmamışdır.

38. Məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı müqaviləni, xidmət göstərilməsini və borcun məbləğini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh isə borcun tam və ya qismən ödənilməsini təsdiq edən bank çıxarışlarını, ödəniş tapşırıqlarını və ya digər mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etmişdir.

40. Apellyasiya şikayətində yalnız "ödənişlərin araşdırılmaması" göstərilmiş, lakin həmin dəlili təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Halbuki, məhkəmə tərəfin təqdim etmədiyi sübutları onun əvəzinə toplamaq və ya ehtimal olunan halları araşdırmaq vəzifəsi daşımır. Məhkəmə çəkişmə və dispozitivlik prinsiplərinə uyğun olaraq yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında hüquqi qiymətləndirmə aparır.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

43. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar