Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-705/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: müqavilədən irəli gələn öhdəlik, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X8 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İcraçı qismində İddiaçı ilə sifarışçi qismində “xxxx” MMC arasında ##.##.2025ci il tarixli, ****/**/** nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək sifarişçiyə təhvil verməsini, sifarişçi isə icraçının təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icraçının həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı qanuni əsaslarla ona məxsus olan texnikaları istifadəyə verir, sifarişçi isə həmin texnikanı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilədə qeyd edilən texnikanın icarayə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə görüləcək işlərin və xidmətlərin təfərrüatlı həcmi, miqdarı və vahid qiymətləri onun ödənilməsi forması müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə qeyd edilmiş və istifadəyə qəbul etdiyi texnikanın 1 (bir) təqvim ayı müddətinə xidmət haqqı üçün aylıq 26 iş günü hesabı ilə icraçıya Əlavə 1-də qeyd edilən xidmət haqqını ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə üzrə işlərin yerinə yetirilməsi zamanı icraçı, tərəflərin müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək məbləğin miqdarında dəyişiklik etməli olduqda o, həmin işi icra etməzdən əwəl sifarişçi İlə razılaşdırılmalıdır. Sifarişçi ilə razılaşdırılmayan işlərin dəyəri ödənilmir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən icraçının faktiki olaraq yerinə yetirdiyi işlərin midarı və həcmi həmin işləri sübut edən təhvil-təslim aktlarında əks etdirilməlidir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər köçürmə yolu ilə avans şəklində həyata keçiriləcəkdir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş işlərin icraçı tərəfindən icra olunması üçün yanacaq ehtiyati, yemək və gecələmə xərcləri sifarişçi tərəfindən təqdim olunur.
2. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli xidmət müqaviləsinə ** nömrəli Əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (qeydiyyat nömrəli 90H 525 olan Komatsu D65 PX 15 markalı buldozer 1 aylıq 11500 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürlə təsdiq edilmişdir.
3. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli xidmət müqaviləsinə ** nömrəli Əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (qeydiyyat nömrəli 10BC 470 olan Caterpillar 336DL markalı ekskavator 1 aylıq 13500 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürlə təsdiq edilmişdir.
4. ** nömrəli təhvil-təslim aktına əsasən icraçı İddiaçı tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 5538,46 manat olan xidmətlər sifarışçi “xxxx” MMC-yə təhvil verilmişdir.
5. ** nömrəli təhvil-təslim aktına əsasən icraçı İddiaçı tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 25000 manat olan xidmətlər sifarışçi “xxxx” MMC-yə təhvil verilmişdir.
6. ** nömrəli təhvil-təslim aktına əsasən icraçı İddiaçı tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 21615,38 manat olan xidmətlər sifarışçi “xxxx” MMC-yə təhvil verilmişdir.
7. “xxxx” MMC-yə iyul ayı ərzində göstərilmiş xidmət aktından görünür ki, texnikalarla cavabdehə 5538,46 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Aktda sahə rəisi olaraq Cəlilov Elməddin qeyd olunmuşdur.
8. “xxxx” MMC-yə avqust ayı ərzində göstərilmiş xidmət aktından görünür ki, texnikalarla cavabdehə 25000 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Aktda sahə rəisi olaraq Cəlilov Elməddin qeyd olunmuşdur.
9. “xxxx” MMC-yə sentyabr ayı ərzində göstərilmiş xidmət aktından görünür ki, texnikalarla cavabdehə 21615,38 manat dəyərində xidmət göstərilmişdir. Akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Aktda sahə rəisi olaraq Cəlilov Elməddin qeyd olunmuşdur.
10. ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, biz aşağıda imza edənlər “xxxx” MMC-nin layihə rəhbəri Cəlilov Elməddin, “xxxx” MMC-nin sahə rəisi Fərəcov Vasif, “xxxx” MMC-nin sahə rəisi Şeydayev Sənan, “xxxx” MMC-də fəhlə İsmayılov Ruhi, İddiaçı operatoru Qasımov Yaşar tərtib etdilər ondan ötrü ki, qeydiyyat nömrəsi 90-H-525 olan KOMATSU D65PX 15 markali buldozer 2025-ci ilin 1-10 oktyabr tarixlərində 5 gün “xxxx” MMC üçün Ağsu, İsmayıllı və Göyçay rayon ərazilərində “Qazıməmməd-Qazax İ xətt magistral qaz kəmərinin 71-114-cü km hissəsinin yenidən quruluması” layihəsinin icrası zamanı istifadə edilmiş, müəyyən edilmiş tələblərə uyğun olaraq göstərilən ərazilərdə faktiki olaraq qüsursuz şəkildə xidmət göstərmişdir.
11. ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, biz aşağıda imza edənlər “xxxx” MMC-nin layihə rəhbəri Cəlilov Elməddin, “xxxx” MMC-nin sahə rəisi Fərəcov Vasif, “xxxx” MMC-nin sahə rəisi Şeydayev Sənan, “xxxx” MMC-nin gözətçisi Kərimov Əsgər, İddiaçı operatoru X1 aktı tərtib etdilər ondan ötrü ki, qeydiyyat nömrəsi **-BC-*** olan CATERPILLAR 336DL markalı ekskavator 2025-ci ilin 1-10 oktyabr tarixlərində 6 gün “xxxx” MMC üçün Ağsu, İsmayıllı və Göyçay rayon ərazilərində “Qazıməmməd-Qazax İ xətt magistral qaz kəmərinin 71-114-cü km hissəsinin yenidən quruluması” layihəsinin icrası zamanı istifadə edilmiş, müəyyən edilmiş tələblərə uyğun olaraq göstərilən ərazilərdə faktiki olaraq qüsursuz şəkildə xidmət göstərmişdir.
12. ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 3980,76 manat təşkil edir (2025-ci ilin iyul ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
13. ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 1557,69 manat təşkil edir (2025-ci ilin iyul ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
14. ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 11500 manat təşkil edir (2025-ci ilin avqust ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
15. ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 13500 manat təşkil edir (2025-ci ilin avqust ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
16. ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 9730,77 manat təşkil edir (2025-ci ilin sentyabr ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
17. ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 11884,62 manat təşkil edir (2025-ci ilin sentyabr ayı üzrə xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
18. ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 3115,38 manat təşkil edir (2025-ci ilin oktyabr ayı üzrə 6 gün üçün xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
19. ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı tərəfindən “xxxx” MMC-yə yola salınmış malların, göstərilmiş xidmətlərin və görülmüş işlərin ümumi dəyəri 2211,55 manat təşkil edir (2025-ci ilin oktyabr ayı üzrə 5 gün üçün xidmət haqqı). Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, ****/**/** nömrəli müqavilə qeyd edilmişdir.
20. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı AZ**AIIB******F************* nömrəli hesabına “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə MT2507 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 1500 manat, ##.##.2025-ci il tarixdə MT2507 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 2480,76 manat, ##.##.2025-ci il tarixdə MT2508 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
21. İddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2025-ci il ## #### tarixli ****/**/** nömrəli xidməti müqaviləyə əsasən ödənilməmiş ümumilikdə 48.499,99 manat məbləğində borc, məhkəməyə rüsum olaraq ödədiyi 237 (iki yüz otuz yeddi) manat, nümayəndəyə etibarnamə vermək üçün ödənilən 17,5 manat və vəkilə hüquqi yardıma görə ödənilən 1000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## #### 2025-ci il tarixli ****/**/** nömrəli xidməti müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən göstərilmiş xidmətləri təslim aldıqdan sonra onların dəyərinin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə çərçivəsində göstərilmiş 57480,75 manat (o cümlədən, təsdiqlənmiş qaimə: 52153,84 manat, hələ də gözləmədə qalan qaimə: 5326,91 manat) məbləğində xidmətlərin müqabilində “xxxx” MMC tərəfindən onun bank hesabına ümumilikdə 8980,76 manat vəsait köçürülmüş, nəticədə sifarişçinin ümumilikdə 48499,99 manat məbləğində borcu qalmışdır. Sözügedən müqavilənin 2.2.5-ci bəndinə uyğun olaraq dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, yaranmış borc cavabdeh tərəfindən helə ki, ödənilməmişdir. Cavabdehə elektron qaydada ##.##.2025-ci il tarixdə pretenziya rəsmi olaraq göndərilmiş və 10 gün müddət təyin edilmişdir. Lakin keçən 10 gün ərzində də heç bir nəticə əldə edilməmişdir.
23. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 425, 426, 427-ci maddələrinə istinad edilmişdir.
24. Cavabdeh iddiaya yazılı etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Fərman oğlu tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində irəli sürülmüş tələblərlə cavabdeh tərəf razı deyil və hesab edir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qəbul edilmir və hesab edilir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər hüquqi və faktiki sübutlarla təsdiq olunmur, yalnız fərziyyələrə və şəxsi qeydlərə əsaslanır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən: “Hər bir tərəf iddia və etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı iddia ərizəsində ## #### 2025-ci il tarixli ****/**/** nömrəli xidməti müqaviləyə istinad edərək guya müqavilə çərçivəsində 57480,75 manat məbləğində xidmət göstərdiyini və cavabdeh tərəfindən yalnız 8980,76 manat ödəniş edildiyini iddia edir. Lakin bu iddia həqiqəti əks etdirmir və təqdim olunan sübutlarla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlər tam şəkildə və müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirilməmişdir. Xidmətin yalnız müəyyən hissəsi faktiki olaraq icra edilmiş, qalan hissə isə ümumiyyətlə göstərilməmişdir. Cavabdeh tərəf tərəfindən edilmiş ödənişlər də yalnız faktiki icra olunmuş xidmətlərin həcminə uyğun olaraq həyata keçirilmişdir. İcra edilməmiş işlərə görə ödəniş edilməsi nə müqavilədən, nə də qanunvericilikdən irəli gəlir. İddiaçı öz iddiasını əsaslandırmaq üçün təhvil-təslim aktlarına istinad edir. Lakin həmin aktlar cavabdeh tərəfin səlahiyyətli şəxsi olan direktor tərəfindən imzalanmamışdır. Sənədlərdə direktorun canlı imzası əvəzinə faksimil imzadan istifadə edilmişdir. Halbuki tərəflər arasında faksimil imzanın hüquqi qüvvəyə malik olmasını nəzərdə tutan hər hansı razılaşma mövcud deyildir. Bu səbəbdən təqdim edilən aktlar hüquqi nəticə doğurmur və sübut kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçı tərəfindən xidmətlərin tam həcmi, xidmətlərin keyfiyyəti, müqavilə öhdəliklərinin tam icrası ilə bağlı heç bir obyektiv,mötəbər və qanuni sübut təqdim edilməmişdir. Qaimələrin tərtib olunması və ya birtərəfli sənədlər xidmətin faktiki icrasını sübut etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
25. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, “xxxx” MMC-də sahə rəisi kimi ##.##.2025- ci ildən ##.##.2025-ci il tarixinə qədər işləmişdir. İddiaçı orada tanımışdir. Sonra ona məlum olmuşdur ki, o, cavabdeh şirkətdə texnikaları olduğundan gəlib gedir. Orada çox texnika var idi, amma hansılarının İddiaçı aid olduğunu bilməmiş, amma eskalator və bulduzer İddiaçı məxsus idi. Oktyabrın ilk 10 günü ərzində qeyd etdiyi texnikalar sahədə işləyibdir. İddiaçı məxsus texnikalar orada olmasa idi, işlər başa çatdırıla bilməzdi. Çünki işə uyğun, yəni tələbata uyğunuydu. Tərtib olunan aktlarda reallıq nədirsə, o da yazılmışdır. Aktlardakı yazı və imza ona məxsusdur. Ağsu-Qaraməryəm istiqamətində işlər görülürdü. Layihə rəhbəri Elməddin müəllimlə Samir müəllim arasındakı münasibət barədə məlumatı yoxdur. Layihə rəhbəri həmin texnikaları qəbul edirdi, sonra da onlara təhvil verirdi ki, həmin texnikalarla işləyirdilər. Həmin texnikalara nəzarət onun səlahiyyətində idi. Orada işlədiyi müddətdə işlərin uzun müddətli dayandırılması məsələsi olmamışdır. 1 gündən artıq dayanma olmamışdır. Samir müəllimi əvvəldən tanımamışdır. 60 günə 43 km yol çəkilməli idi, lakin iş bitmədi tamamilə, sonradan işin qalan hissəsini başqa şirkət öz üzərinə götürmüşdür. Samir müəllimə məxsus texnikalardan ikisi barədə dəqiq məlumatı var, onlar barədə də aktda qeydiyyat aparılmışdır. Texnikaların orada hansı tarixdən işləməsi barədə məlumatı yoxdur. İşin icrasının təmin edilməsi onun işi olmuş, işlər də texnikalar vasitəsilə görülmüşdür. Sərəncamında olan texnikalar arasında qeyd edilən 2 texnika da var idi. Aylar üzrə hansı texnikalardan istifadə edilməsi barədə dəqiq məlumatı yoxdur.
26. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “xxxx” MMC-də işləmişdir. 2025-ci ilin avqust ayından oktybarın əvvəllərinə qədər davam etmişdir. Texnikalardan 1 bulduzer və 1 eskavator İddiaçı məxsus idi. Bulduzeri Yaşar, eskavatoru əvvəlcə kimin istifadə etdiyini unutmuşdur, lakin sonradan Elşən idarə edirdi. İş ərazisində işin dayandırılması yalnız yağışlı günlərdə, istirahət günlərdə olmuşdur. FHN-nın göstərişi ilə əlaqədar davamlı bir dayanma olmamışdır. O işə başlayanda texnikalar orada idi. O gördüyü müddətdə onlar da işləyirdi. Aktlarda qeyd edilən imza ona məxsusdur. İstirahətlə bağlı dayanma 2-3 gün, yağışlı günlərdə bəzən 4 gün davam edirdi. Aktların harada tərtib edildiyini bilmir, sadəcə ona gətirdilər ki, imza çəksin. İddiaçı başqa kimsə belə aktları ona təqdim etməmişdir. Oktyabrın sonu texnikalar oradan çıxmışdırsa, bununla bağlı nəsə deyə bilməz, amma oktyabrın əvvəli orada idi. Onun ordakı vəzifəsi işin gedişatına, qazıntıya, yolun hamarlanmasına və s.nəzarət idi. İşlərin görülməsi ilə əlaqədar işçilərə göstəriş də verirdi. Ağsu ərazisində 42 km-lik bir ərazilərdə işləyirdilər. Onları layihə rəhbərləri idarə edirdi. Fərid və Elməddin müəllim onlara göstəriş verirdi. Samir müəllim əraziyə gəlib-gedirdi. Onlara Samir müəllim nə isə demirdi. Bəybala müəllimi bir dəfə, Samir müəllimi 3-4 dəfə görmüşdür. Onu işə götürən Bəybala müəllimdir, onu da 1 dəfə görmüşdür. İşin dayandığı vaxtlar istisna olmaqla, həmişə orda olmuşdur. Həftə ərzində 5 günü, gündə 8 saat, bəzi hallarda 7 gün də işləmişdir. Həmin texnikalar həmin günlərdə işləyirdi. İmza çəkdiyi aktda həmin texnikaların ərazidə olub-olmaması barədə ona sual ünvanlanıb, o də həmin texnikaların orada olduğunu təsdiq edib imza çəkmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (Zeynəb Axundova) iddianın təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 48499,99 manat (qırx səkkiz min dörd yüz doxsan doqquz manat doxsan doqquz qəpik) borc, nümayəndəyə etibarnamə vermək üçün ödənilmiş 11,50 manat (on bir manat əlli qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 235,50 manat (iki yüz otuz beş manat əlli qəpik) və hüquqi yardım xərci olaraq 600 (altı yüz) manat olmaqla, ümumilikdə 49346,99 manat (qırx doqquz min üç yüz qırx altı manat doxsan doqquz qəpik) məbləğində pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.
28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təsdiq olunan 3 ədəd təhvil-təslim aktından müəyyən olunur ki, 2025-ci ilin iyul (5538,46 manat dəyərində), avqust (25000 manat dəyərində) və sentyabr (21615,38 manat dəyərində) ayları üzrə iddiaçıya məxsus texnikalar vasitəsilə cavabdehə xidmətlər göstərilmişdir. Eyni zamanda həmin təhvil təslim aktlarına uyğun olaraq cavabdehə ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli (iyul ayı üçün, 3980,76 manat məbləğli), ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli (iyul ayı üçün, 1557,69 manat məbləğli), ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli (avqust ayı üçün, 11500 manat məbləğli), ##.##.2025-ci il tarixli, MT2508 seriyalı, ******** nömrəli (avqust ayı üçün, 13500 manat məbləğli), ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli (sentyabr ayı üçün, 9730,77 manat məbləğli), ##.##.2025-ci il tarixli, MT2510 seriyalı, ******** nömrəli (sentyabr ayı üçün, 11884,62 manat məbləğli) elektron qaimələr göndərilmiş və həmin qaimələrdən bəziləri üzrə qismən ödəniş edilmişdir (##.##.2025-ci il tarixdə MT2507 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 1500 manat, ##.##.2025-ci il tarixdə MT2507 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 2480,76 manat, ##.##.2025-ci il tarixdə MT2508 seriyalı, ******** nömrəli elektron qaimə üzrə 5000 manat).
29. Həmin qaimələr üzrə ümumi məbləğ 52153,84 manat olmuş, həmin məbləğdən 8980,76 manat (1500+2480,76+5000=8980,76) ödənilmiş, qalıq məbləğ 43173,08 manat (52153,84-8980,76=43173,08) təşkil etmişdir. Eləcə də, iddiaçı tərəfindən cavabdehə 2025ci ilin oktyabr ayı üzrə ekskavatorla 6 gün, buldozerlə 5 gün xidmət göstərilməsi ilə bağlı 2 təsdiqlənməmiş elektron qaimə (##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli (məbləğ 3115,38 manat) və ##.##.2025-ci il tarixli, MT2511 seriyalı, ******** nömrəli (məbləğ 2211,55 manat) göndərilmişdir. Cavabdeh tərəf qəbul etməsə də, cavabdehə hər iki texnika ilə oktyabr ayının müvafiq olaraq 5, 6 günü ərzində ümumilikdə 5326,93 manat (3115,38+2211,55=5326,93) dəyərində xidmətlər göstərilmişdir. Həmin hal məhkəməyə təqdim olunmuş ##.##.2025-ci il tarixli 2 akt (həmin aktlar cavabdehin layihə rəhbəri, sahə rəisləri, fəhlə, gözətçi işləmiş şəxslər, iddiaçının operatorları tərəfindən imzalanmışdır. Eləcə də, aktları imzalamış və məhkəmə iclasında şahid qismində dindirilmiş sahə rəisləri Fərəcov Vasif və Şeydayev Sənan məhkəmə iclasında verdikləri ifadələrində həmin aktları özlərinin imzaladıqlarını və oktyabr ayının əvvəllərində texnikaların sahədə işlədiklərini təsdiq etmişlər. İddiaçının göstərilən günlər üçün göstərmədiyi xidmətin haqqını tələb etməsi qənaətinə gəlinməsi üçün əsaslar yoxdur. Cavabdehin nümayəndəsi hətta özlərinin təsdiq etdiyi aktlar üzrə də xidmətlərin göstərilməsini qəbul etməmişdir. Beləliklə, ödənilməmiş xidmət haqqının ümumilikdə məbləği 48500,01 manat (43173,08+5326,93=48500,01) təşkil edir.
30. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ##### 2026cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, podrat müqaviləsindən irəli gələn öhdəliklərin yaranması üçün əsas şərt işin faktiki icrası və sifarişçi tərəfindən qəbul edilməsidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podratçı işi icra etməli, sifarişçi isə həmin işi qəbul etdikdən sonra ödəniş etməlidir. Lakin, məhkəmə yalnız formal sənədlərə (akt və qaimələrə) istinad etmiş, lakin işin real icrasını və faktiki qəbulunu araşdırmamışdır. Belə ki, podrat münasibətlərində ödəniş öhdəliyi yalnız real icra və qəbul faktı sübuta yetirildikdə yaranır. İşin faktiki halları podrat müqaviləsinin bütün zəruri elementlərinin mövcudluğunu təsdiq etmir və işin həqiqətən görülməsi və sifarişçi tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir. MM-in 331.3-cü maddəsinə görə faksimile imzadan istifadə yalnız: qanunda və ya tərəflərin açıq razılaşmasında nəzərdə tutulduğu halda mümkündür. Hazırkı işdə isə belə razılaşmanın mövcudluğu sübut edilməmiş, faksimile imzanın istifadə qaydası müəyyən edilməmiş və imzanın kim tərəfindən tətbiq edildiyi araşdırılmamışdır. Hüquqi baxımdan razılaşma faktı sübut edilmədən faksimile imzanın etibarlı sayılması yolverilməzdir. Bu isə maddi hüquq normasının səhv tətbiqinə səbəb olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, iclasda ifadə verən şahidlərin ifadələrinə diqqət yetirildikdə, onların bir-biri ilə ziddiyət təşkil etdiyi və məsələ ilə bağlı kifayət qədər məlumatlı olmadıqları açıq şəkildə görünür. Şahidlərə verilən suallar və cavablar əsasında aydın olur ki, iddiaçı tərəfin təqdim etdiyi arqumentlər əsaslı deyil və işin faktiki vəziyyətini əks etdirmir. Göründüyü kimi, məhkəmə qərarının əsaslandırılması kifayət qədər dərin və konkret deyil. Bütün bunlara baxmayaraq, məhkəmə bu mühüm faktları araşdırmadan, yalnız iddiaçının birtərəfli və əsassız izahına istinad etməklə onun iddiasının əsaslı olduğu qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
34. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
36. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 331. Yazılı əqd 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... Maddə 441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...
Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, tərəflərin hüquq münasibətlərini müəyyən edən müqavilə şərtləri və işdə olan sübutların məcmusu ilə qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətinə hüquqi qiymət verilərkən müqavilənin yalnız adına deyil, onunla müəyyən edilmiş qarşılıqlı hüquq və vəzifələrin məzmununa əsaslanılmalıdır.
44. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında ##.##.2025-ci il tarixli ****/**/** nömrəli “xidmət müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edib sifarişçiyə təhvil verməyi, cavabdeh isə təhvil verilmiş işləri qəbul etməyi və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilənin 1.3-cü bəndində işlərin icrasının tərəflər arasında imzalanan təhvil-təslim aktları ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.2-ci bəndində isə istifadəyə qəbul edilən texnika üzrə aylıq xidmət haqqının ödənilməsi razılaşdırılmışdır.
45. Göstərilən müqavilə şərtlərindən aydın olur ki, iddiaçının öhdəliyi yalnız texnikanı cavabdehin istifadəsinə verməklə məhdudlaşmamış, həmin texnika və sürücülər vasitəsilə cavabdehin xeyrinə konkret işin yerinə yetirilməsini də əhatə etmişdir. Bu səbəbdən tərəflər arasında yaranmış münasibətin həlledici hissəsi müəyyən işin görülməsi və onun nəticəsinin sifarişçiyə təqdim edilməsindən ibarətdir. Belə münasibət öz hüquqi mahiyyətinə görə Mülki Məcəllənin podrat haqqında normalarının, ilk növbədə həmin Məcəllənin 752.1-ci maddəsinin tətbiq dairəsinə düşür.
46. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin şikayəti üzrə ## #### 2018-ci il tarixli Qərarında da podrat müqaviləsinin əsas xüsusiyyətinin podratçının sifarişçinin xeyrinə müəyyən işi görməsi olduğu, belə müqavilənin hüquqi məqsəd və nəticəyə yönəldiyi qeyd edilmişdir. Həmin hüquqi mövqeyə görə tərəflər hüquq və öhdəliklərini müqavilə ilə müəyyən etdikdə məhkəmə mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli və hər bir tərəfin öz öhdəliyini icra edib-etmədiyini hərtərəfli araşdırmalıdır.
47. Kollegiya müəyyən edir ki, müqavilədə texnikanın istifadəyə verilməsi elementləri olsa da, iddiaçı texnikanı təkcə cavabdehin sahibliyinə verməyib. Həm də öz sürücüləri və texnikası ilə faktiki işlərin yerinə yetirilməsi də öhdəliyin predmetinə daxildir. Bu isə münasibətin əsas xarakterini podrat istiqamətinə yönləndirir. Buna görə hazırkı mübahisədə iddiaçının pul tələb etmək hüququnun yaranıbyaranmaması
48. müəyyən edilərkən əsas cavablandırılmalı məsələ müqavilədə nəzərdə tutulmuş işlərin faktiki yerinə yetirilməsi və onların cavabdehin xeyrinə həyata keçirilməsi olub-olmamasıdır.
49. Belə ki, müqaviləyə edilmiş əlavələrlə 90H-525 dövlət qeydiyyat nişanlı Komatsu D65 PX 15 markalı buldozer üçün aylıq 11.500 manat, 10BC-470 dövlət qeydiyyat nişanlı Caterpillar 336DL markalı ekskavator üçün isə aylıq 13.500 manat xidmət haqqı müəyyən edilmiş və qiymətlərin razılaşdırılması hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
50. Bununla yanaşı, işdə olan qeydiyyat sənədləri ilə həmin texnikaların iddiaçıya məxsus olduğu müəyyən edilir.
51. Cavabdehin əsas etirazı xidmətlərin faktiki göstərilməsinin sübut olunmamasından ibarətdir.
52. Kollegiya həmin dəlili əsaslı hesab etmir.
53. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş 01, 02 və ** nömrəli təhvil-təslim aktlarında müvafiq olaraq 5.538,46 manat, 25.000 manat və 21.615,38 manat dəyərində xidmətlərin cavabdehə təhvil verilməsi göstərilmişdir. Bundan başqa, iyul, avqust və sentyabr ayları üzrə xidmət aktları cavabdehin imza və möhürü ilə təsdiqlənmiş, həmin sənədlərdə Cəlilov Elməddin sahə rəisi kimi göstərilmişdir.
54. Məhkəmədə şahid qismində dindirilmiş, cavabdeh şirkətdə sahə rəisi işləmiş Fərəcov Vasif iddiaçıya məxsus ekskavator və buldozerin iş sahəsində işlədiyini, həmin texnikalar olmadan işlərin başa çatdırılmasının mümkün olmadığını, aktlarda göstərilənlərin faktiki vəziyyətə uyğun olduğunu və aktlardakı yazı və imzanın ona məxsus olduğunu bildirmişdir.
55. Digər şahid Şeydayev Sənan da iddiaçıya məxsus bir buldozer və bir ekskavatorun iş sahəsində olduğunu və işlədiyini, aktdakı imzanın ona məxsus olduğunu, aktı imzalayarkən həmin texnikaların ərazidə olduğunu təsdiq etdiyini göstərmişdir.
56. Kollegiya qeyd edir ki, xidmətlərin göstərilməsi yalnız iddiaçının birtərəfli izahatı və ya elektron qaimələrlə deyil, həm də müqavilə, qiymət razılaşmaları, təhvil-təslim aktları, cavabdehin möhürü, cavabdehin işçilərinin ifadələri, texnikaların iddiaçıya məxsusluğunu təsdiq edən sənədlər və görülmüş işlərlə bağlı qismən ödəniş kimi bir-birini tamamlayan sübutlar məcmusu ilə təsdiqlənir.
57. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülmüş “birinci instansiya məhkəməsi yalnız formal sənədlərə əsaslanmışdır” dəlili iş materiallarının faktiki məzmununa uyğun gəlmir.
58. Bundan əlavə, kollegiya apellyasiya şikayətinin faksimil imza ilə bağlı dəlilinə ayrıca münasibət bildirilməsini zəruri hesab edir.
59. Cavabdeh Mülki Məcəllənin 331.3-cü maddəsinə istinad etməklə tərəflər arasında faksimil imzadan istifadəyə dair razılaşma olmadığından aktların hüquqi qüvvəyə malik olmadığını bildirir.
60. Kollegiya qeyd edir ki, həmin dəlilin qəbul edilməsi üçün mübahisəli aktların sübutetmə vasitəsi kimi yalnız faksimil imzaya əsaslandığı müəyyən edilməlidir. Hazırkı işdə isə belə hal mövcud deyildir. Həmçinin qeyd olunnmalıdır ki, aktın tərtib edilməsi zamanı faksimildən istifadə olunması qanunla qadağan edilməmişdir.
61. İşdən də görünür ki, aktlar cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə, aktlarda göstərilən xidmətlərin faktiki icrası həmin xidmətlərin həyata keçirildiyi ərazidə cavabdehin adından fəaliyyət göstərmiş şəxslərin ifadələri ilə də təsdiq edilir. Birinci instansiya məhkəməsi də məhz buna görə cavabdehin aktların direktor və ya səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına dair etirazını əsaslı hesab etməmişdir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Plenum qərarındakı hüquqi mövqeyində “müvafiq qaydada imzalanma” anlayışının şəxsi imza ilə yanaşı, mexaniki və ya digər surətçıxarma vasitələri ilə imzanın faksimilesindən və şəxsi imzanın digər analoqlarından istifadəni də ehtiva edə bilməsi qəbul edilmişdir. Bununla yanaşı, tərəfin iradəsinin aydın və sui-istifadəni istisna edən formada müəyyən olunması tələb edilir.
63. Bu baxımdan hazırkı mübahisədə həlledici məsələ akt üzərindəki imzanın texniki üsulu deyil, həmin sənədin və orada göstərilən təsərrüfat əməliyyatının cavabdehin iradəsi və faktiki davranışı ilə əlaqəsinin mövcud olub-olmamasıdır.
64. Cavabdeh aktlarda olan möhürün ona məxsus olmadığını bildirməmiş, möhürün saxta olmasına dair sübut təqdim etməmiş, möhürün onun iradəsindən kənar istifadə olunmasını təsdiq edən hər hansı məlumat göstərməmişdir. Əksinə, işdəki digər sübutlar texnikaların cavabdehin fəaliyyət sahəsində istifadə olunduğunu təsdiqləyir.
65. Qeyd olunanlara əsasn kollegiya hesab edir ki, faksimil imza barədə dəlil aktların digər sübutlarla birlikdə sübutetmə əhəmiyyətini aradan qaldırmır.
66. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının göstərdiyi xidmətlər müqabilində cavabdeh tərəfindən ümumilikdə 8.980,76 manat ödəniş edilmişdir. İş materiallarında iddiaçı tərəfindən göstərilən xidmətlərin ümumi məbləğinin 57.480,75 manat olduğu, həmin məbləğin 52.153,84 manatının təsdiqlənmiş qaimə, 5.326,91 manatının isə gözləmədə olan qaimə üzrə göstərildiyi qeyd edilmişdir.
67. Cavabdeh tərəf qəbul etməsə də, cavabdehə hər iki texnika ilə 2025-ci ilin oktyabr ayının müvafiq olaraq 5, 6 günü ərzində ümumilikdə 5326,93 manat (Buldozer: 5 gün*442,31=2211,55 manat. Ekskavator: 6 gün*519,23=3115,38. 3115,38+2211,55=5326,93) dəyərində xidmətlər göstərilmişdir. Həmin hal məhkəməyə təqdim olunmuş ##.##.2025-ci il tarixli 2 aktla təsdiq olunur. Həmin aktlar cavabdehin layihə rəhbəri, sahə rəisləri, fəhlə, gözətçi işləmiş şəxslər, iddiaçının operatorları tərəfindən imzalanmış, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur. Həmçinin işdə olan aylıq xidmət aktlarından görünür ki, buldozerin günlük istifadə haqqı 442,31 manat, ekskavatorun günlük istifadə haqqı isə 519,23 manat təşkil etmişdir.
68. Kollegiya nəzərə alır ki, qismən ödəniş faktı özlüyündə iddia edilən bütün borcun qeyd-şərtsiz etirafı kimi qiymətləndirilə bilməz. Bununla belə, həmin hal müqavilə münasibətlərinin və iddiaçı tərəfindən cavabdehin xeyrinə faktiki xidmət göstərilməsinin mövcudluğunu təsdiqləyən digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
69. Cavabdehin “heç bir xidmət göstərilməmişdir” xarakterli etirazı onun əvvəlki faktiki davranışı və işdə olan digər sübutlarla uzlaşmır.
70. Apellyasiya şikayətinin şahid ifadələrinin ziddiyyətli olması barədə dəlili də qətnamənin ləğvinə əsas vermir.
71. İşdən də görünür ki, şahidlər texnikaların sahədə olduğu bütün tarixlər və ayrı-ayrı aylar üzrə iş günlərinin dəqiq sayı barədə eyni məlumata malik olmasalar da bu, onların ifadələrinin əsas hissəsinin ziddiyyətli olması demək deyildir.
72. Əksinə, hər iki şahidin ifadəsi mübahisənin həlli üçün mühüm olan əsas faktlar üzrə üst-üstə düşür. Məsələn, iddiaçıya məxsus buldozer və ekskavator cavabdehin iş sahəsində olmuş, həmin texnikalardan faktiki istifadə edilmiş və şahidlər özlərinin iştirak etdikləri aktlardakı imzaları təsdiq etmişlər. Birinci instansiya məhkəməsi də aktları imzalayan Fərəcov Vasif və Şeydayev Sənanın bu halları təsdiqlədiyini müəyyən etmişdir.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri şikayət olunan qətnamənin ləğvini və iddianın rədd edilməsini zəruri edən maddi və ya prosessual hüquq pozuntusunun mövcudluğunu təsdiq etmir. Birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
75. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.