Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-706/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: gəlirlərin bölüşdürülməsi barədə müqavilə, iddia müddəti) hakimlər X23 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X7 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı iddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə, nümayəndəsi X18 iştirakları ilə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2xxxx26-cı il tarixli, e-2-2(113)- *****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. iddiaçı1 ilə cavabdeh Cavabdeh MMC arasında ## ######## 2xxxx2xxxx-ci il tarixli "Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə" müqavilə bağlanmışdır. Müqavilənin: 2.1-ci bəndinə əsasən sahib Satıcıya mağazanı əmtəə nişanı adı altında işlətməyə, idarə etməyə, X28 satmağa və fəaliyyətdən gəlir əldə etməyə icazə verir və Satıcı mağazanın bu müqavilənin şərtlərinə uyğun olaraq işlətməyi, idarə etməyi malları Sahibdən almağı və müştərilərə satmağı və fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən tərəflər fəaliyyətindən əldə edilən gəliri Müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürürlər. 2.6-ci bəndinə əsasən müqavilədə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, bu Müqavilə tərəflər arasında ortaqlıq, agentlik, təmsilçilik və sair kimi münasibətlər yaratmır və hər bir tərəf digər tərəfə münasibətdə müstəqil tərəfdir və bazar iştirakçısıdır və heç bir tərəf digər tərəfin adından çıxış edə və onun adından hər hansı öhdəlik götürə və ya məsuliyyət daşıya bilməz. 2.7-ci bəndinə əsasən X16 tərəfindən ona Müqaviləyə müvafiq olaraq satılan mallardan başqa hər hansı digər mallar sata bilməz. 5.1-ci bəndinə əsasən, Sahib malları Satıcıya topdansatış qiymətlərlə satır və Satıcı malları topdan, alış qiymətlərlə Sahibdən alır; 5.4-ci bəndinə görə, Satıcı satış qiymətini yalnız Sahibin fikrini aldıqdan sonra müəyyən edə bilər, ancaq hər bir halda Satıcı satış qiyməti ilə bağlı Sahibin fikrinə zidd qərar verməməlidir; 5.5-ci bəndinə əsasən, Satıcı Sahibin əvvəlcədən yazılı razılığı olmadan hər hansı malı topdan, nisyə və ya hissə-hissə ödəniş əsasında sata bilməz; 5.7-ci bəndinə əsasən Satıcı * saylı Əlavəsində göstərilən minimum satış hədəflərə nail olmalıdır. Müqavilənin * saylı Əlavəsində göstərilməyən minimum X21 arasında yazılı şəkildə razılaşdırılmalıdır. Sahib aşağıdakı hallarda X24 bağlı Müqaviləyə Satıcı qarşısında heç bir məsuliyyət və öhdəlik olmadan birtərəfli qaydada xitam verə bilər: X13 Hədəfə nail olmadıqda, və ya, Müqavilənin * saylı Əlavəsində göstərilməyən X14 haqqında Sahib tərəfindən Satıcıya təklif verildiyi gündən 1xxxx (on) gün ərzində X19 Hədəfi barədə razılığa gələ bilmədikdə, 6.1-ci bəndinə əsasən satıcı Sahibə Sahibin bu Müqavilə üzrə Satıcı ilə əməkdaşlıq etməsi üçün Sahibin Gəlirini bu Müqaviləyə müvafiq olaraq ödəməlidir. 6.2-ci bəndinə əsasən fəaliyyətdən əldə edilən nağd gəlirlər aşağıda göstərilən qaydada toplanmalı və Hesaba köçürülməlidir: (a) X1 Günü bitdikdən sonunda Satıcı həmin X3 üzrə bütün Kassalar üzrə aparılan satışdan əldə edilən pul məbləğlərinin cəmini müəyyən edəcək (o cümlədən Kassanın müvafiq funksiyasından istifadə edərək Sahibin barəsində göstəriş verdiyi qaydada müəyyən edəcəkdir) (bundan sonra “X4”) və X4 məbləği barədə növbəti günün saat 1xxxx:xxxxxxxx-dan gec olmayaraq yazılı şəkildə Sahibə məlumat verəcəkdir. (b) Sahib öz X25 Gəlirinin toplandığı günün növbəti günü və bu mümkün olmadıqda digər günlərdə X4 Satıcıdan təhvil alacaqdır. Bu zaman Azərbaycan qanunvericiliyinin tələb etdiyi qaydada müvafiq sənədlər, ciddi hesabat balnkarı və xüsusi təhvil-təslim sənədi (“X8 Aktı”) tərtib ediləcək, imzalayacaq və möhürlər ilə təsdiq ediləcəklər. (c) Sahibin mülahizəsinə və seçiminə əsasən Satıcının bəzi xərclərinin ödənilməsi məqsədi ilə Satıcı Sahibin müəyyən etdiyi məbləğdə X4 bir hissəsini Mağazada və Kassada saxlaya bilər. X2 Nağd Gəlirinin hər hansı hissəsinin Mağazada saxlanması barədə bu bəndə müvafiq olaraq məlumat verməzsə, X5 Gəlirinin hamısının Sahibin Nümayəndəsinə təhvil verilməsini təmin etməlidir. 11.6-cı bəndinə əsasən Satıcı gündəlik kassada satışı həyata keçirilən malların satış dəyərinin məbləğini mütləq şəkildə inkassoya tam olaraq (1xxxxxxxx%) təhvil verməlidir. Ay sonunda Sahib ilə Satıcı arasında hesablaşma zamanı Satıcı tərəfindən aylıq dövriyyə məbləğindən az məbləğ inkasso edilmiş olarsa Satıcı dövriyyənin 2% mislində cərimə ediləcəkdir. Bu hal təkrarlanarsa, bu müqaviləyə Sahib tərəfndən xitam veriləcəkdir. Müqavilənin 14.1-ci bəndinə əsasən bu X2xxxx Tarixində qüvvəyə minir və, Müqavilənin müddəalarına uyğun olaraq daha əvvəl ləvğ olunmayınca, 1xxxx (on) il müddətinə qüvvədə qalacaqdır.
2. iddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış ## ######## 2xxxx2xxxx-ci il tarixli, *M-**** nömrəli "Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə" müqaviləyə * saylı Əlavə imzalanmışdır.
3. * saylı Əlavənin: 1-ci bəndinə əsasən son açılış tarixi ##.##.2xxxx2xxxx-ci il olaraq müəyyən edilmişdir. 2-ci bəndinə əsasən marja 1% həcmində müəyyən edilir. 3-cü bəndinə əsasən ümumi aylıq dövriyyənin 12%-i dəyərində sahib tərəfindən satıcıya qazanc kimi ödəmə edilir. Ümumi dövriyyənin qalan məbləği isə sahibin gəliri kimi hesablanır. 4-cü bəndinə əsasən Satıcı Gündəlik kassada satışı həyata keçirilən malların satış dəyərinin məbləğini mütləq şəkildə inkassoya tam olaraq (1xxxxxxxx%) təhvil verməlidir. Ay sonunda Sahib ilə Satıcı arasında hesablaşma zamanı Satıcı tərəfindən aylıq dövriyyə məbləğindən az məbləğ inkasso edilmiş olarsa Satıcı dövriyyənin 2 %(iki faiz) mislində cərimə ediləcəkdir. Bu hal təkrarlanarsa, bu müqaviləyə Sahib tərəfindən xitam veriləcəkdir. 5-ci bəndinə əsasən Satıcı tərəfindən topdan satış edilərsə həmin malların topdan satış məbləğinin * saylı əlavənin 3. Bəndində qeyd edilən qazanc %-i satıcıya ödənilmir. Əlavə olaraq həmin Topdan satışa görə Sahibə dəyən zərər Satıcıdan tutulur.
4. Cavabdeh MMC ilə sahibkar iddiaçı1 arasında imzalanmış ##.##.2xxxx2xxxx-ci il tarixli qarşılıqlı üzləşmə aktına əsasən ##.##.2xxxx2xxxx-ci il tarixə “X6 (Franchising)” mağazasının sahibkarına Cavabdeh MMC-nin 3751 manat məbləğində borcu var.
5. Cavabdeh MMC ilə iddiaçı1 arasında imzalanmış ##.##.2xxxx22-ci il tarixli, ##.##.2xxxx22-ci il tarixli, ##.##.2xxxx22-ci il tarixli, ##.##.2xxxx22-ci il tarixli, ##.##.2xxxx22ci il tarixli qarşılqlı üzləşmə aktlarına əsasən tərəflərin bir-birinə borclarının olmadığı müəyyən edilmişdir.
6. Iddiaçı Cavabdeh MMC-nin cavabdeh iddiaçı1 qarşı “borc tələbi” barəsində iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin ##.##.2xxxx25-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh iddiaçı1 597xxxx7 (əlli doqquz min yeddi yüz yeddi) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 269 (iki yüz altmış doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh MMC-ya ödənilməsi qət edilmişdir.
7. X11 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2xxxx23-cü mart ayından başlayaraq cavabdeh şirkətdə işləyib. O, işə başladığı anda iddiaçıya məxsus market bağlı idi, çünki iddiaçı ilə münasibətlər 2xxxx22-ci ilin dekabr ayında bitmişdir. O, problemli müştərilərlə işləyən şəxs olduğuna görə bir neçə dəfə iddiaçı və atası ilə görüşdə olub. Onlar iddiaçının atası ilə Imişli rayonunda 2xxxx23-cü il tarixində görüşdülər və atası razılaşdı ki, endirim edilsə iddiaçı tərəf borcu ödəyəcəkdi. Avqust ayından sonra isə iddiaçı tərəf telefon danışıqlıqlarına geridönüş etməmişdir.
8. X17 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, onun Cavabdeh MMC ilə ayrıca müqaviləsi olmuşdur. 1 il müddətinə cavabdehlə rahat çalışıb, 1 il müddətdən sonra problemlər başlandı, mallar vaxtında götürülmədi, pul kəsrləri yarandı. Dəfələrlə cavabdeh şirkətin rəhbərliyi ilə görüşüb borcla bağlı problemləri bildirdi. Iddiaçı iddiaçı1 da eynilə, özünün bildirdiyinə görə, Cavabdeh MMC ilə bu cür problemləri yaşamışdır. Və onun özünün bildirdiyinə görə 12% məbləğində qazancı MMC-dən almamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Iddiaçı iddiaçı1 iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən mənə ödəməli olduğu 113.296 manat qazanc məbləği olan pulun və ödənilmiş 4xxxx4 manat dövlət rüsumunun alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Cavabdeh MMC ilə onun arasında ##.##.2xxxx2xxxx-ci il tarixdə “biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” notarial müqavilə bağlanmışdır. Cavabdeh təşkilatın ona qarşı Şirvan Kommersiya məhkəməsində qaldırmış olduğu iddia ərizəsindən göründüyü kimi işlədiyi dövrdə cavabdeh tərəfindən 1xxxxxxxx3842 manat məbləğində mal göndərilmiş, onun tərəfindən 944135 manat məbləğində ödəniş olunmuşdur. Nəticədə (cavabdehin bildirdiyinə görə) onun cavabdehə 597xxxx7 manat məbləğində borcu qalmışdır. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2xxxx25-ci il tarixli,e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bu səbəbdən də həmin mübahisəli hissədə göstərilmiş 597xxxx7 manatı ümumi gəlirə aid etməyərək, iddia tələbində həmin məbləği göstərməyib. Cavabdehlə aralarında bağlanılmış müqavilənin * X12 Bölməsinin 3-cü bəndində - Sahibin Gəliri: Bölməsində göstərilmişdir ki: ümumi aylıq dövriyyənin 12 (on iki) faizi dəyərində Sahib tərəfindən Satıcıya qazanc kimi ödəmə edilir. Ümumi dövriyyənin qalan məbləği isə Sahibin gəliri kimi hesablanır. Nəzərə çatdırır ki, cavabdeh Cavabdeh MMC ilə müqavilə əsasında işlədiyi müddətdə cavabdehə ona göndərilmiş mal müqabilində 944136 manat məbləğində ödəniş (sahibin gəliri) etmiş olsa da bu günədək cavabdeh tərəfindən həmin gəlirin 12 faizi məbləğində, yəni 113.296 manat məbləğində qazanc kimi ona ödəmə edilməmişdir.
11. Cavabdeh Cavabdeh MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia üzrə Mülki Məcəllədə nəzərdə tutulan 3 illik iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. Belə ki, ##.##.2xxxx22-ci ildə mağaza bağlanmışdır. Iddia isə ##.## 2xxxx25-ci ildə verilmişdir. Ona görə də iddia müddətini tətbiq edərək iddianı rədd etməyinizi xahiş edir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ## ######## 2xxxx2xxxx-ci il tarixindəki müqavilə 1xxxx il müddətinə bağlanılmışdır. Müqavilə pozulmuş olsa idi, 3 illik iddia müddəti tətbiq olunardı. Borcla əlaqədar cavabdeh tərəfə 3 il müddətini ötürmədən pretenziya məktubu göndəriblər. Ona görə də hesab edir ki, iddia müddətini ötürməyiblər, cavabdehin ərizəsi əsassızdır. Iddiaçının mala görə olan borcunun bu işə aiddiyyatı yoxdur, bununla bağlı yekun məhkəmə qətnaməsi də vardır. 12 faiz məbləğində qazancın borca heç bir aiddiyyatı yoxdur. Vergidən alınan sənəddə borcdan bütün tutulmalar görsənir, lakin həmin 12 faiz məbləğində görsənmir. Iddiaçı tərəfə cavabdeh tərəfindən 944.135 manat mal satılmış və ona müvafiq pulları qaytarılmışdır. Həmin pula münasibətdə 12 faiz qazanc məbləği olan 113.296 manatı və 4xxxx4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tutulmasını xahiş edir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə aralarında olan müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus marketi tamamilə ərzaq malları ilə təmin etməli idi. Iddiaçı cavabdehin təyin etdiyi qiymətlə malları satıb qazancın 12 faizini özünə götürüb, yerdə qalan qiyməti isə cavabdehə verməli idi. Iddiaçıya 13xxxx842 manat məbləğində mal verilmiş və kassa satışı 949714 manat olmuşdur. Cavabdeh malları iddiaçıya təhvil verdikdən sonra tərəf 12 faiz üzərinə qoyduqdan sonra satmalı və onun xxxx,5 faiz hissəsi isə Cavabdeh MMC-yə ödənilməli idi. 1733xxxx8 manat məbləğdən 1136xxxx2 manat məbləğində şəxsin qazancı olmuşdur. Məhkəməyə qədər olan dövrdə münasibətlər bu formada tənzimlənmiş və iddiaçı tərəfindən heç bir şikayət edilməmişdir. Bundan əlavə, iddiaçı və cavabdeh arasında ##.##.2xxxx22-ci il tarixində münasibətlər bitmişdir. Iddia isə ##.##.2xxxx25-ci məhkəməyə təqdim olunmuşdur. Ona görə də tələbə iddia müddəti də tətbiq olunmalıdır. Iddia tələbi əsassızdır, rədd olunmasını və tələbə iddia müddətinin tətbiq olunmasını xahiş edir.
14. Bakı Kommersiya Məhkəməsi ##.##.2xxxx26-cI il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə iddia ərizəsini əsassız hesab etmişdir. Qeyd etmişdir ki, tərəflər arasında münasibətlər ##.##.2xxxx2xxxx-ci il tarixindən ##.##.2xxxx22-ci il tarixinə kimi davam etmişdir. Iddiaçı isə bu cür tələb ilə yalnız ##.##.2xxxx25-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmənin sualına “əgər iddiaçı olaraq iddiaçı1 həqiqətən də müqavilə münasibətləri davam edən dövrdə (yəni təxminən 2 il 3 ay) heç bir qazanc əldə etməmişdirsə, nəyə görə/hansı maraq naminə bu cür münasibəti davam etdirmiş, cavabdehə məxsus malların satışını həyata keçirmişdir” sualına hər-hansı əsaslı və məntiqli cavab verə bilməmişdir, nə də ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən öncəki illərə aid iddiaçının cavabdehə illik 12% qazancın ödənişi ilə bağlı müraciətlərini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, Şirvan Kommersiya Məhkəməsində işə baxılan zaman həmin işdə cavabdeh qismində çıxış edən iddiaçı1 özünun məhkəməyə təqdim etdiyi və hazırda isə Cavabdeh MMC-nin bu işə əlavə etdiyi qarşılıqlı üzləşmə aktlarından görünür ki, müqavilə tərəflərinin bir-birinə hər-hansı borclarının olmaması təsdiq edilmişdir. Həmin sənədlərə münasibətdə isə cavabdeh bildirmişdir ki, hər ayın sonu Cavabdeh MMC tərəfindən qarşılıqlı üzləşdirmə aktları tərtib olunurdu və iddiaçı1 göndərilirdi, iddiaçı1 aktı təsdiq edib elektron qaydada MMC-yə qaytarırdı. Iddiaçının nümayəndəsi (atası) bir iclasda aktlarda olan imzanın iddiaçı1 aid olduğunu təsdiq etmiş, sonuncu iclasda isə inkar etmişdir. Ziddiyatlı məqam da ondan ibarətdir ki, əgər borcların üzləşdirilməsi barədə aktlarda imza iddiaçı1 aid deyil idisə, o zaman nəyə görə iddiaçı1 özünün cavabdeh olduğu Şirvan Kommersiya Məhkəməsindəki işə həmin sənədləri sübut qismində təqdim etmiş və tərəflərin bir-birinə olan borcların “xxxx” manat olduğunu göstərməyə çalışmış, lakin özünun iddiaçı olaraq MMC-yə qarşı pul tələbi ilə müraciət etdiyi işdə həmin sübutları təqdim etməmiş, MMC tərəfindən təqdim ediləndən sonra isə (son iclasda) inkar etmişdir.
16. Beləliklə, tərəflərin izahatları, iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, tərəflər arasında işğuzar münasibətlər elə formalaşmışdır ki, iddiaçı satışdan 12% gəliri özü götürüb, digər məbləği MMC-yə ödəyirdi. Əksini (2 il 3 ay ərzində ödənişlərin aparılmaması barədə iddiaçının cavabdehə müraciətlərinin olması, pulun ödənilməməsinə görə müqavilənin onun tərəfindən pozulması halları və s.) iddiaçı sübuta yetirə və məhkəmədə daxili inamı (heç bir gəlir əldə edilmədiyi/ödənilmədiyi halda iki ildən artıq müddət ərzində cavabdehin mallarının satışını həyata keçirmək və gəliri tələb etməməklə hərəkətsiz qalmaq, yalnız 2xxxx25-ci il tarixində məhkəmədə iddia qaldırmaq borcun mövcüdluğu məsələsində inandırıcı ola bilməz) yarada bilməmişdir. Belə olduğu halda, iddia, əsassızlığına görə rədd edilməlidir.
17. Lakin, iddiaçı həqiqətən də müqavilə üzrə 12% gəliri əldə etmədiyini məhkəmədə sübut etmiş olseydi belə, yenə də iddia təmin edilə bilməzdi.
18. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini (borcun mövcüdluğu təsdiq edilmədiyi və ümumiyyətlə tələb etmə müddəti keçdiyi üçün) mümkün saymamışdır. Ona görə ki, iddiaçı, 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
20. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında mübahisəli müqavilə ## ######## 2xxxx2xxxx-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə üzrə faktiki münasbətlərin ## ###### 2xxxx22-ci il tarixində bitməsi işin mübahisəsiz halıdır. 3 illik iddia müddəti ##.##.2xxxx25-ci il tarixində başa çatdığı halda, iddiaçı iddia ərizəsi ilə (2xxxx2xxxx-2xxxx22ci illər üzrə 12% gəlir məbləğinə dair) ##.##.2xxxx25-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
22. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 375.2, 378, 38xxxx.1, 385.1, 39xxxx.1, 427.3, 442, 443.1, 448.1, 723, 724.1, 725.1, 727, 731.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2xxxxxxxx7-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» ## ###### 2xxxxxxxx1-ci il tarixli qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə ## #### 2xxxxxxxx9-cu il tarixli qərarına istinad etmişdir.
23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2xxxx26-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və qeyd etmişdir ki, “tərəflər arasında ##.##.2xxxx2xxxx-ci il tarixdə bağlanmış “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə 1xxxx il müddətinə bağlanmış, müqavilənin müddəti bitməmiş və müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətlərin ##.##.2xxxx22ci il tarixdə başa çatmasını əsas götürərək iddia müddətinin keçməsi barədə gəldiyi nəticəni düzgün deyil. Münasibətlərin ##.##.2xxxx22-ci ildə bitdiyi qəbul edilsə belə, cavabdehə ##.##.2xxxx25-ci il tarixdə pretenziya göndərildiyindən, iddia müddətinin axımı dayandırılmışdır. Həmçinin, müqaviləyə * saylı Əlavənin şərtlərinə əsasən ümumi aylıq dövriyyənin 12 faizi həcmində qazanc iddiaçıya ödənilməli olduğu halda, cavabdeh həmin ödənişlərin həyata keçirildiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, ##.##.2xxxx2xxxx–##.##.2xxxx22-ci illər üzrə kassa satış dövriyyəsi və əldə edilmiş gəlirlər müəyyən edilmiş, lakin həmin dövriyyənin 12 faizi həcmində ona çatmalı qazancın ödənilməsi barədə hər hansı məlumat olmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinə qarşı etiraz
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahat
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdehə isə işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
28. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
32. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
35. Maddə 379.1. Iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; 379.1.7. ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziya verildikdə.
36. Maddə 38xxxx.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Maddə 38xxxx.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
38. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 723. Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
42. Maddə 725.1. Françayz alan françayzinqin həyata keçirilməsi sisteminə qoyduğu zəhmət nəzərə alınmaqla hesablanan muzd ödəməli və vicdanlı sahibkar kimi fəaliyyət göstərməli, müqavilənin məqsədi ilə bilavasitə bağlı olan hallarda françayz verənin və ya onun göstərdiyi şəxslərin vasitəsilə xidmətlər qəbul etməli və mallar əldə etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2xxxx11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ mövcuddur.
54. Belə ki, tərəflər arasında ##.##.2xxxx2xxxx-ci il tarixdə “Biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə bağlanmış, həmin müqaviləyə * saylı Əlavənin 3cü bəndində ümumi aylıq dövriyyənin 12 faizinin Sahib tərəfindən Satıcıya qazanc kimi ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri iddiaçıya müqavilədə nəzərdə tutulmuş qazancın ödənilməsini cavabdehdən tələb etmək hüququ vermişdir.
55. Bu baxımdan, iddiaçının müvafiq məbləğin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmək üçün əsas yoxdur. Lakin subyektiv hüququn mövcudluğu həmin hüquqdan irəli gələn tələbin müddətsiz olaraq həyata keçirilə bilməsi anlamına gəlmir. Pozulmuş subyektiv hüququn məhkəmə müdafiəsi qanunla müəyyən edilmiş iddia müddəti daxilində həyata keçirilməlidir.
56. Kollegiya qeyd edir ki, müqavilənin 1xxxx il müddətinə bağlanması və qüvvədə olması iddia müddətinin axımının başlanmaması üçün əsas deyil. Hazırkı tələb müqavilənin qüvvədə olub-olmaması ilə deyil, müqavilədən irəli gələn konkret pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Buna görə də iddia müddətinin başlanğıcı müqavilənin ümumi qüvvədəolma müddəti ilə deyil, iddiaçının müvafiq ödənişi tələb etmək hüququnun yarandığı və həmin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtla müəyyən edilməlidir (§ 34).
57. Tərəflər arasındakı faktiki münasibətlərin ##.##.2xxxx22-ci il tarixində başa çatdığı mübahisəsiz olduğundan, iddiaçı həmin tarixədək yaranmış və onun iddiasına görə ödənilməmiş qazanc məbləğlərinin mövcudluğunu və bununla da hüququnun pozulduğunu ən geci həmin tarixdə bilməli idi.
58. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, tərəflər arasındakı faktiki münasibətlərin ##.##.2xxxx22-ci il tarixində başa çatdığı nəzərə alındıqda, həmin münasibətlərdən irəli gələn tələb üzrə üçillik iddia müddəti ##.##.2xxxx25-ci il tarixində başa çatmış, iddiaçı isə hazırkı iddia ərizəsi ilə yalnız ##.##.2xxxx25-ci il tarixində, yəni iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
59. Iddiaçının ##.##.2xxxx25-ci il tarixində cavabdehə pretenziya göndərməsinə dair dəlili də iddia müddətinin ötürülməsi ilə bağlı nəticəni dəyişdirmir. Belə ki, qanunvericilikdə iddia müddətinin axımının dayandırılması və kəsilməsi üçün konkret əsaslar müəyyən edilmişdir (§ 35,36). Kreditorun borcluya pretenziya göndərməsi özlüyündə iddia müddətinin axımını nə dayandıran, nə də kəsən hal kimi nəzərdə tutulmuşdur.
60. Iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 4xxxx5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2xxxx26-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.