Məhkəmə qərarları › İş №e-2-2(3-6)-717/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-717/2026

04.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-717/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh1 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi” barədə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh1 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. cavabdeh1 ##.##.2024-cü il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət etmiş və ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında olan daşınmaz əmlakı almaq niyyətindədir. Əmlakı 410000 manat qiymətinə satıcı ilə razılaşdırmışdır. Bununla bağlı 279990 manat vəsaitə ehtiyacı var. Həmin vəsaitin ABŞ dolları məzənnəsi ilə uçotunun aparılmasına etiraz etmir. Bu vəsaitin ona lizinq şərtləri ilə tərəflərindən maliyyələşdirilməsini xahiş edir. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa, öz sahibkarlıq fəaliyyətindən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılacaqdır.

2. Eyni zamanda, ##.##.2024-cü il tarixdə cavabdeh1 İddiaçı MMC –yə digər bir ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın əldə edilməsi məqsədilə tərəfindən əmlakın satıcısına əvvəlcədən 130010 manat məbləğdə avans ödəniş ödənilmişdir. Hal-hazırda həmin əmlakı lizinq vasitəsilə əldə etmək niyyətindədir. Bu məqsədlə, lizinq predmetinin alqı-satqı dəyərinin avans olmadan ödənilməsinə razılıq vermələrini xahiş edir. Alqı-satqı əməliyyatı rəsmiləşdirildikdən sonra əvvəlcədən satıcıya ödəmiş olduğu avans məbləğini ondan almağı və İddiaçı MMC-nin hesabına avans ödəniş kimi köçürməyi öz öhdəsinə götürür. Ödənişlərin vaxtında yerinə yetirilməsinə zəmanət verir.

3. ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30, Yeni qaydalarla: AZ1007, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 213,9 kv.m-dən ibarət mənzilə (bundan sonra – Mənzil) dair İddiaçı MMC ilə X2 arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Rövşən Hüseynov Mənzili 410000 manata İddiaçı MMC-yə satmışdır.

4. ##.##.2024-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh1 arasında mənzilə dair notarial qaydada təsdiq edilməklə, D*** nömrəli daşınmaz əmlakın lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Lizinq verən satıcıdan əldə edəcəyi Mənzili Lizinq alanın (cavabdehin) istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini - lizinq ödənışıni lizinq vərənə ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinə edilmiş Əlavəyə əsasən aylıq ödəniş 6206 manat (yekun 215572 manat) müəyyən edilmişdir. Lizinq müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Lizinq müqaviləsinin: 1.2-ci bəndinə görə Lizinq alann ilkin maliyyə öhdəliyi 164 700 ABŞ Dolları müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan * saylı əlavənin tərtibi metodikasına uyğun otaraq hesablanacaq məbləğdə ödənilir; 1.2-cü bəndinə görə bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir; 3.1-ci bəndinə əsasən hesablaşma qaydasım aks etdirən lizinq ödənşiərinin qrafiki bu Müqavilənin ayrılmaz hissəsi otan * saylı əlavəsində göstərilir; 4.2.1 və 4.2.2-ci bəndlərinə görə Liznq alan bu müqavilənin tərkib hissəsi olan * saylı Əlavadə göstərilən ilkin ödəniş məbləğini 3 iş günü ərzində Lizinq alanın hesabına ödəmək və lizinq predmetini Lizinq verəndən qəbul etmək, yalnız təyinatı üzrə və yalnız Azərbaycan Respublikası ərazisində istifadə etmək öhdəliyi daşıyır; 6.1-ci bəndinə əsasən Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektin mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: ....6.1.4. Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmırsə; 6.2-ci bəndinə görə Lizinq alan pul məbləğlərinin və lizinq obyektnin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbini aldığı gündən 3 iş günü ərzində lizinq obyektini Lizinq verənin tələbində göstərilən yerdə qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir.

5. Lizinq obyekti olan Mənzil ##.##.2024-cü il tarixdə cavabdeh1 təhvil verilmiş, bu barədə tərəflər arasında * nömrəli Əlavə - Təhvil-təslim aktı imzalanmışdır.

6. Mənzilə dair İddiaçı MMC-nin mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: 1124176518), cavabdeh1 xeyrinə Mənzilə dair yüklülüyə dair qeydiyyat isə ##.##.2025-ci il tarixdə (qeydiyyat nömrəsi: 1125013271) dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı İddiaçı MMC cavabdeh cavabdeh1 ilə aralarında bağlanmış ##.##.2024cü il 7.tarixli, D186 X1 müqaviləsinin ləğv edilməsi (lizinq və alqı-satqı müqavilələrinin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), lizinq obyekti olan əmlak üzərində cavabdehin adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi və dənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında ##.##.2024-cü il tarixli, D186 X1 müqaviləsi bağlanmış və lizinq predmeti Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak olan, lizinq məbləği 164 700 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmiş, cavabdehin xeyrinə lizinqlə yüklü edilmişdir. Cavabdeh tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmiş, bu günə qədər ümumilikdə 43 442 ABŞ dolları ekvivalentində ödəniş etməli olsa da, müqavilə bağlandığı tarixdən cəmi 5 364 ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Hazırda D186 X1 müqaviləsi üzrə 178 455 ABŞ dolları ekvivalentində əsas məbləğdən və 24 705 ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 203 160 ABŞ dolları ekvivalentində borc mövcuddur. Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.8-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024- cü il tarixli, D186 X1 müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan mənzilin- Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təhvil verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində cavabdeh cavabdeh1 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. MM-nin 386.1-ci maddəsində də öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən edilmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. İş mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında Lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, lizinq obyekti olan Mənzil cavabdehinistifadəsinə və sahibliyinə verilmiş, Mənzil sonuncu tərəfindən qəbul edilməklə, lizinq ödənişləri də qismən ödənilmşdir. Mülki Məcəllənin 747ci maddəsində verilən anlayışdan da görünür ki, lizinq əmlakın icarəyə verilməsinin elə bir xüsusi qaydasını nəzərdə tutur ki, bu zaman lizinq verən özünə məxsus, yaxud başqa şəxslərdən əldə etdiyi (cəlb etdiyi) əmlakı müqavilə əsasında müəyyən haqla və müəyyən müddətə lizinq alanın istifadəsinə, müqavilə ilə müəyyən edilmiş haqq ödənildikdən sonra isə onu mülkiyyət hüququ ilə lizinq alana verməyi öhdəsinə götürür. Qeyd edilən müddəaya görə, lizinq verənin əsas öhdəliyi lizinq obyektini müqavilə şərtlərinə (müddət, haqq və s.) uyğun olaraq lizinq alanın istifadəsinə və saibliyinə vermək, lizinq alanın əsas öhdəliyi isə aldığı lizinq obyektindən istifadə haqqını müəyyənləşdirilmiş dövr ərzində lizinq verənə ödməkdən ibarətdir. Mülki Məcəllənin 747.1-ci maddəsinin mənasından o da müəyyən edilir ki, lizinq verənin öhdəliyinin icrası lizinq müqaviləsinin bağlandığı andan, lizinq alanın öhdəliyinin icrası isə lizinq obyektinin ona təhvil verildiyi andan başlayır. İddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli lizinq müqaviləsi, eləcə də həmin müqaviləyə edilmiş əlavələrə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixli lizinqi müqaviləsi ilə verilməli olan və yuxarıda ətraflı təsviri verilmiş Mənzili cavabdeh tərəfindən qəbul edilmiş, bununla də iddiaçı müqavilə şərtlərinə uyğun olaraq öhdəliyini tam yerinə yetirmişdir. İddiaçı tərəfindən öhədəliyini tam yerinə yetirməsi həm də onunla təsdiq edilir ki, Mənzilin təhvil verilməsinə dair tərəflər arasında ##.##.2024-cü il tarixdə Təhvil-təslim aktı imzalanmışdır. Lakin cavabdeh Lizinq müqaviləsi üzrə təhvil aldığı lizinq obyektinə görə aylıq liznq ödənişlərini və ona hesablanmış faziləri vaxtında ödəməmişdir. Məhkəmə qeyd edib ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar, buna görə onları vaxtında icra etməyə borcludurlar. Cavabdeh də iddiaçı ilə aralarında azad iradə ifadələrinin təzahürü nəticəsində bağlanmış lizinqi müqaviləsi ilə lizinq ödənişlərinin vaxtında ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyini icra etməyə borclu olsa da, ödənişləri vaxtında etməməklə onu pozmuşdur. Məhkəmə qeyd edib ki, cavabdeh lizinq obyektini alaraq ondan istifadə etmək hüququna malik olmaqla bərabər, eyni zamanda həmin müqavilə ilə müəyyən edilmiş müddət və dövrlərlə lizinq haqqını və ona hesablanmış faizlər formasında lizinq ödənişlərini ödəməklə bağlı öhdəliyə malik olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh lizinq müqaviləsi əsasında liznq obyektini təhvil alaraq istifadə etməklə, bu hüququndan istifadə etmiş, lakin lizinq haqqını, onahesablanmış faizləri tam ödəməməklə öhdəliyini pozmuşdur. Cavabdehin həmin öhdəliyini pozması isə həm Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində, həm də Lizinq müqaviləsinin 6.1.4-cü bəndində müəyyən edilmiş müqaviləni ləğv edilməsini tələb etməsi hüquqndan istifadə etməyə imkan verir. Ona görə də məhkəmə Lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbini əsaslı hesab edib. Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikinci şərt isə müqavilənin tərəflərdən birinin tələbi ilə pozulması ilə bağlıdır. Hazırki mübahisə üzrə birinci şərt, yəni müqavilənin ləğvi barədə tərəflər arasında əvvəlcədən hər hansı bir razılaşma mövcud olmaması işin mübahisəsiz halıdır. İkinci şərt müqavilənin təfərlərdən birinin bu barədə tələb ilə sürməklə pozulmasını nəzərdə tutur. Bu zaman müqavilənin digər tərəfnin onun əhəmiyyətli dərəcədə pozması sübuta yetirilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tələbi irəli sürən tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Yəni, cavabdeh tərəfindən lizinq ödənişinin (əsas və faiz) vaxtında icra edilməməsi ilə iddiaçı müqavilə balayarkən aylıq əldə edəcəyinə ümud etməyə haqqı çatdığı gəlirdən məhrum olmuşdur. Bu hal isə ona müqavilənin ləğvi barədə tələblə çıxış etməyə imkan verir. Həmçinin, məhkəmə hesab edib ki, iddia tələbi lizinq obyektinin saz və işlək vəziyyətdə geri qaytarılması hissəsində də təmin edilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının bu tələbinin uğurlu olması cavabedhin lizinq müqaviləsində nəzərdə tutulan öz öhdəliyini necə icra etməsindən asılıdır. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən, xüsusilə müqavilə üzrə lizin ödənişlərini uzun müddətdir (ardıcıl iki aydan çox) ödəməməklə öhdəliyini pozması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arayışda qeyd edilmişdir ki, cavabdeh tərəfindən öhdəliklər lazimi qaydada yerinə yetirilməmiş, bu günə qədər ümumilikdə 43 442 ABŞ dolları ekvivalentində ödəniş etməli olsa da, müqavilə bağlandığı tarixdən cəmi 5 364 ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Hazırda D186 X1 müqaviləsi üzrə 178 455 ABŞ dolları ekvivalentində əsas məbləğdən və 24 705 ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 203 160 ABŞ dolları ekvivalentində borc mövcuddur. Mülki Məcəllənin 748-1.12-ci maddəsində Lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq hüquqna malik olması nəzərdə tutlmuşdur ki, onlardan biri də lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqın müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsi ilə bağlıdır (maddə 748-1.12.4). Eyni zamanda, tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 21-ci bəndində lizinq obyektinin geri alınmasının şərtləri nəzərdə tutulmuşdur. Bu şərtlərdən biri də Lizinq alanın lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi ilə bağlıdır (Lizinq müqaviləsinin 6.1.4-cü bəndi). Məhkəmə hesab edib ki, tərəflər arasında bağlanmış Lizinq müqaviləsi ləğv edildyindən iddia tələbləri digər hissələrdə - Mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehin adına qeydiyyata alınmış lizinqin dövlət qeydiyyatı da ləğv edilməldir. Belə ki, hər iki tələb birinci, yəni müqavilənin ləğvi tələbindən asılıdır, tərəflər arasında bağlanmış Lizinq müqaviləsi ləğv edildiyi halda Mənzilin iddiaçıda qalması, habelə onun cavabdehin xeyrinə yüklülükdə qalmasına heç bir zərurət qalmır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 389.1, 421.1, 421.2, 442, 747.1, 748-1.1, 748-1.8, 748-1.12, 748-1.12.4, 748-10.4, 748- 10.6-cı maddələrinə istinad etmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə və baxılmamış saxlanılası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Bundan sonra cavabdeh apellyasiya şikayətinə əlavə verərək boşaldılması tələb edilən mənzildə cavabdehlə yanaşı 2006-cı ildən başlayaraq, 20 ildir ki, onunla yaşayan – həyat yoldaşı Nənəş Heydərovanın, oğlu - Taleh Heydərovun cavabdeh kimi iddia ərizəsində qeyd edilməməsinin nəzərə alınmasını; iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini, ##.##.2024 tarixli lizinq müqaviləsi üzrə cavabdeh1 cavabdehə ##.##.2025 tarixə borcunun olub-olmaması, olduğu halda nə qədər təşkil etməsi, ##.##.2025 tarixli arayışdakı rəqəmlərin real olub-olmaması müəyyən edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzil üzərində lizinq şirkətinin sərəncam hüququ və ya reyestrdə qeydə alınan hüququ olmadığı üçün lizinq şirkəti onu ##.##.2024 tarixdə lizinqə verə bilməzdi. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sözügedən mənzil barəsində ##.##.2024 tarixli lizinq müqaviləsinin bağlanmasına və notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu müqavilə etibarsızdır. Etibarsızlığın daha dəhşətli və gülünc doğuran başqa əlaməti ondan ibarətdir ki, lizinq müqaviləsi ümumiyyətlə mənzilə dair alqı-satqı müqaviləsindən əvvəl bağlanıb. Tarixlər eyni olsa da, müqavilədəki şəkillərdə saatlar görünür. Çünki ##.##.2024 tarixli lizinq müqaviləsində onu imzalayan şəxslərin fotoşəklinin saat 17:08 və 17:08 çəkildiyi, ##.##.2024 tarixli alqı-satqımüqaviləsində isə onu imzalayan şəxslərin fotoşəklinin saat 17:13 və 17:23 çəkildiyi görünür. Bu fotoşəkillərdən bəlli olur ki, alqı-satqı müqaviləsi daha sonra bağlanıb. Məhkəmə bu məqama qiymət verməli idi ki, alqı-satqı və lizinq müqaviləsi eyni gündə, eyni saatda bağlana bilərmi və ya lizinq müqaviləsi alqı-satqımüqaviləsindən əvvəl bağlana bilərdimi? Lizinq müqaviləsinin 1.1 bəndində də bu haqda yazılıb. Orada qeyd edilir ki, Lizinq şirkəti satıcıdan əldə edəcəyi mənzili cavabdeh1 lizinqə verir. Bu bənddə etiraf edilir ki, mənzilə dair alqı-satqı müqaviləsi hələ bağlanmayıb. Bağlansaydı alqı-satqı müqaviləsinin tarixi, nömrəsi, müqavilənin özünə istinad olunardı. Belə bir istinad yoxdur, əksinə əldə edəcəyi sözü ilə etiraf var. Lizinq şirkəti mənzilə dair alqı-satqı müqaviləsi bağlamadan, ona dair lizinq müqaviləsi bağlamış, mənzili lizinqə vermişdir. Səbəblər bəllidir: lizinq şirkəti cavabdeh1 130000 manatı (xidmət haqqı adı ilə vicdansızcasına 15400 manat pulu da) almalı idi ki, üzərinə 279000 manat (əslində bundan az qoyub) əlavə etməklə, mənzilə dair alqı-satqı müqaviləsi bağlasın. Bu lizinq müqaviləsi necə etibarlı sayıla bilər? İddiaçının ##.##.2024 tarixli lizinq müqaviləsini bağlamağa ümumiyyətlə hüququ, ixtiyarı olmamış, o ünvan 2 ünvanındakı mənzili lizinqə verə bilməzdi. MM 747-1.2 maddəsinə əsasən yalnız aşağıdakı əşyalar lizinq obyekti ola bilər: a) Lizinq müqaviləsinə əsasən cəlb edilmiş əşyalar; b)Lizinq şirkətinə məxsus maliyyə vəsaiti hesabına əldə edilmiş əşyalar; c) Lizinq şirkətinin mülkiyyətində olan əşyalar. 3)Sözügedən mənzil lizinq müqaviləsinə əsasən cəlb edilməyib (yəni bu mənzillə bağlı 3 tərəfli (satıcı, lizinq verən, lizinq alan) lizinq müqaviləsi bağlanmayıb), mənzil lizinq şirkətinə məxsus maliyyə vəsaiti hesabına əldə edilməyib 3.1) Mənzil ##.##.2024 tarixdə ümumiyyətlə lizinq şirkəti tərəfindən əldə edilməmişdi, yalnız kağız üzərində alqı-satqımüqaviləsi bağlanmışdı 3.2) Mənzil üçün ödənilməli 410000 manat vəsaitin 130000 manat hissəsi lizinq alan tərəfindən verilmişdi, yəni lizinq şirkəti mənzili öz vəsaiti hesabına yox, həmçinin lizinq alanın vəsaiti hesabına əldə etmişdir; 4) MM 747-1.2 maddəsində sadalalan 3 elementin hər hansı biri mövcud olmadığı halda əşya və ya mənzil lizinqə verilə bilməzdi, lizinq şirkəti bəhər götürə və ya lizinq ödəniş ala bilməzdi. 5) Lizinq şirkətinin lizinq alanın vəsaiti hesabına mənzil alıb, lizinq alanın özünə lizinqə verməsi lizinq institutunun mahiyyətinə ziddir. Belə müqavilə etibarlı sayıla bilməz. İddiaçının cavabdehə ünvanladığı ##.##.2025 tarixli pretenziyada qeyd edilmişdir: “Yaranmış borc məbləğini 3 gün ərzində ödəməyinizi, əks halda İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini tələb edir. Borc ödənilmədiyi tədqirdə D*** saylı Lizinq müqaviləsinin ləğvi, borc məbləğinin tutulması və əmlakın geri tələbi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.” Pretenziyada müqavilənin ləğvi təklifi yoxdur. Müqavilədə yalnız xəbərdarlıq var ki, ödəniş edilməsə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcək. Müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi haqda xəbərdarlıq MM 423.2 maddəsində nəzərdə tutulan müqavilənin ləğvi təklifi deyil və məzmunda müraciət pretenziya qaydasına əməl edilmə sayılmır 5) Başqa tərəfdənsə ##.##.2025 tarixli pretenziyada hər hansı müddət təyin edilməyib (ləğvlə bağlı) 6) Müddət göstərilmədiyi halda MM 423.2 maddəsinə əsasən bu müddət 30 gün olmalıdır. 7) Buna baxmayaraq iddiaçı ##.##.2025 tarixli pretenziya məktubunun tarixindən 18 gün sonra ##.##.2025 tarixdə artıq məhkəməyə müraciət edib. 8) MM 423.2 maddəsinin tələblərinə əməl edilməməsi müqavilənin ləğv edilməsi barədə iddianın rədd edilməsi üçün əsasdır. Lakin bu qətnamə iddiaçının həmin tələblərə əməl etməklə yenidən məhkəməyə müraciət etmək imkanını istisna etmir. O yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər1)Lizinq alan sözügedən mənzilin alışı üçün 130000 manat vəsait lizinq müqaviləsinin bağlanması ilə paralel ödənilib. Bu vəsaitlə bağlı lizinq müqaviləsində 1 cümlə də olsun yazılmayıb, yazılmayıb ki, lizinq alan ilkin ödəniş edəcək. 2) Halbuki müqavilənin 1.2 maddəsində 164700 ABŞ dolları vəsaitin lizinqə veriləcəyi müqavilədə dəqiq əks edilib. 3)Yəni, 130000 manat vəsait lizinq müqaviləsi ilə verilən 164000 ABŞ dollarına aid deyil. 4)Bu halda müqavilə ləğv edilirsə, həmin vəsait niyə iddiaçıda qalmalıdır? 5) Həmin vəsait MM 748-1.10 maddəsinə qeyd edilən və lizinq verənin razılığı ilə aparılan yaxşılaşdırmadır, müqavilə ləğv edilirsə qaytarılmalı idi. 6) Eyni zamanda müqavilənin 5.1 bəndində qeyd edilən və xidmət haqqı adı ilə vicdansıcasına cavabdehdən alınan 15400 manat vəsait qaytarılmalı idi 7) Xidmət haqqı adı ilə cavabdehdən həmin vəsait müqavilə günücə - ##.##.2024 tarixdə cavabdehdən alınıb. Bu vəsait də MM 748-1.10 maddəsinə əsasən cavabdehə qaytarıilmalı idi.) Mülki qanunvericiliyin qeyd edilən müddəasından dəqiq müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına ödənilən 130000 manat vəsait lizinq ödənişi deyil. Eyni zamanda xidmət haqqı adı ilə vicdansızcasına alınan 15400 manat lizinq ödənişi deyil. 2) Bu halda həmin vəsaitlər müqavilə ləğv edilirsə qaytarılmalı idi. 1) ##.##.2024 tarixli alqısatqımüqaviləsi manatla bağlansa da və müqavilə üzrə 279000 manat vəsaiti lizinq şirkəti satıcıya manatla ödəsə də, eyni tarixli lizinq müqaviləsi dollarla bağlanmışdır. 2) Lizinq şirkətini nə vadar edirdi ki, müqaviləni dollarla bağlasın, axı o lizinq alana dollarla borc pul vəsaiti verməyib, axı lizinq müqaviləsi bankın dollarla verdiyi kredit müqaviləsi deyil. Məgər Azərbaycanın öz valyutası yoxdur? 1) Mülki Məcəllənin qeyd edilən müddəalarına əsasən sözügedən mənzilə dair bağlanmış ##.##.2024 tarixli alqı-satqı müqaviləsi lizinq şirkətinə yalnız sahiblik və istifadə hüququ vermişdir; 2) ##.##.2024 tarixli alqı-satqı müqaviləsi 5 gün sonra, ##.##.2024 tarixdə dövlət qeydiyyatına alınmış və əmlaka dair lizinq şirkətinin adına ##.##.2024 tarixli, ********** saylı çıxarış verilmişdir; 3) Mənzil üzərində lizinq şirkətinin sərəncam hüququ yalnız ##.##.2024 tarixdə (qeydiyyat tarixindən) əmələ gəlmişdir, bu tarixə kimi lizinq şirkətinin mənzilə dair sərəncam əqdi, o cümlədən lizinq müqaviləsi bağlamaq hüququ yox idi.

15. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, 1) Mənzil üzərində lizinq şirkətinin sərəncam hüququ və ya reyestrdə qeydə alınan hüququ olmadığı üçün lizinq şirkəti onu ##.##.2024 tarixdə lizinqə verə bilməzdi. 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sözügedən mənzil barəsində ##.##.2024 tarixli lizinq müqaviləsinin bağlanmasına və notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu müqavilə etibarsızdır. 3 ) Etibarsızlığın daha bir əlaməti ondan ibarətdir ki, lizinq müqaviləsi ümumiyyətlə mənzilə dair alqı-satqı müqaviləsindən əvvəl bağlanıb. Tarixlər eyni olsa da, müqavilədəki şəkillərdə saatlar görünür. Çünki ##.##.2024 tarixli lizinq müqaviləsində onu imzalayan şəxslərin fotoşəklinin saat 17:08 və 17:08 çəkildiyi, ##.##.2024 tarixli alqı-satqı müqaviləsində isə onu imzalayan şəxslərin fotoşəklinin saat 17:13 və 17:23 çəkildiyi görünür. Bu fotoşəkillərdən bəlli olur ki, alqı-satqı müqaviləsi daha sonra bağlanıb. Məhkəmə bu məqama qiymət verməli idi ki, alqı-satqı və lizinq müqaviləs eyni gündə, eyni saatda bağlana bilərmi və ya lizinq müqaviləsi alqı-satqımüqaviləsindən əvvəl bağlana bilərdimi? 4) Lizinq müqaviləsinin 1.1 bəndində də bu haqda yazılıb. Orada qeyd edilir ki, lizinq şirkəti satıcıdan əldə edəcəyi mənzili cavabdeh1 lizinqə verir. Bu bənddə etiraf edilir ki, mənzilə dair alqı-satqı müqaviləsi hələ bağlanmayıb. Bağlansaydı alqı-satqımüqaviləsinin tarixi, nömrəsi, müqavilənin özünə istinad olunardı. Belə bir istinad yoxdur, əksinə əldə edəcəyi sözü ilə etiraf var. 5) Lizinq şirkəti mənzilə dair alqısatqımüqaviləsi bağlamadan, ona dair lizinq müqaviləsi bağlamış, mənzili lizinqə vermişdir. Səbəblər bəllidir: lizinq şirkəti cavabdeh1 130000 manatı(xidmət haqqı adı ilə vicdansızcasına 15400 manat pulu da almalı idi ki, üzərinə 279000 manat (əslində bundan az qoyub) əlavə etməklə, mənzilə dair alqı-satqımüqaviləsi bağlasın. 6) Bu lizinq müqaviləsi necə etibarlı sayıla bilər? 7) İddiaçının ##.##.2024 tarixli lizinq müqaviləsini bağlamağa ümumiyyətlə hüququ, ixtiyarı olmamış o ünvan 2 ünvanındakı mənzili lizinqə verə bilməzdi. 8) MM 747-1.2 maddəsinə əsasən yalnız aşağıdakı əşyalar lizinq obyekti ola bilər: a) Lizinq müqaviləsinə əsasən cəlb edilmiş əşyalar; b)Lizinq şirkətinə məxsus maliyyə vəsaiti hesabına əldə edilmiş əşyalar; c)Lizinq şirkətinin mülkiyyətində olan əşyalar. 9) Sözügedən mənzil lizinq müqaviləsinə əsasən cəlb edilməyib (yəni bu mənzillə bağlı 3 tərəfli (satıcı, lizinq verən, lizinq alan) lizinq müqaviləsi bağlanmayıb), mənzil lizinq şirkətinə məxsus maliyyə vəsaiti hesabına əldə edilməyib 9.1) Mənzil ##.##.2024 tarixdə ümumiyyətlə lizinq şirkəti tərəfindən əldə edilməmişdi, yalnız kağız üzərində alqısatqımüqaviləsi bağlanmışdı 9.2) Mənzil üçün ödənilməli 410000 manat vəsaitin 130000 manat hissəsi lizinq alan tərəfindən verilmişdi, yəni lizinq şirkəti mənzili öz vəsaiti hesabına yox, həmçinin lizinq alanın vəsaiti hesabına əldə etmişdi; 10) MM 747-1.2 maddəsində sadalalan 3 elementin hər hansı biri mövcud olmadığı halda əşya və ya mənzil lizinqə verilə bilməzdi, lizinq şirkəti bəhər götürə və ya lizinq ödəniş ala bilməzdi. 11) Lizinq şirkətinin lizinq alanın vəsaiti hesabına mənzil alıb, lizinq alanın özünə lizinqə verməsi lizinq institutunun mahiyyətinə ziddir. Belə müqavilə etibarlı sayıla bilməz. 12) İddiaçının cavabdehə ünvanladığı ##.##.2025 tarixli pretenziyada qeyd edilmişdir: “Yaranmış borc məbləğini 3 gün ərzində ödəməyinizi, əks halda İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini tələb edirik. Borc ödənilmədiyi tədqirdə D*** saylı Lizinq müqaviləsinin ləğvi, borc məbləğinin tutulması və əmlakın geri tələbi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.” 13) Pretenziyada müqavilənin ləğvi təklifi yoxdur. 14) Müqavilədə yalnız xəbərdarlıq var ki, ödəniş edilməsə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcək. 15) Müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi haqda xəbərdarlıq Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan müqavilənin ləğvi təklifi deyil və məzmunda müraciət pretenziya qaydasına əməl edilmə sayılmır 16) Başqa tərəfdənsə ##.##.2025 tarixli pretenziyada hər hansımüddət təyin edilməyib (ləğvlə bağlı) 17) Müddət göstərilmədiyi halda Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən bu müddət 30 gün olmalıdır. 18) Buna baxmayaraq iddiaçı ##.##.2025 tarixli pretenziya məktubunun tarixindən 18 gün sonra ##.##.2025 tarixdə artıq məhkəməyə müraciə edib. 19) Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müqavilənin ləğv edilməsi barədə iddianın rədd edilməsi üçün əsaszdır. Lakin bu qətnamə iddiaçının həmin tələblərə əməl etməklə yenidən məhkəməyə müraciət etmək imkanını istisna etmir. O yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. 20) Lizinq alan sözügedən mənzilin alışı üçün 130.000 manat vəsait lizinq müqaviləsinin bağlanması ilə paralel ödənilib. Bu vəsaitlə bağlı lizinq müqaviləsində 1 cümlə də olsun yazılmayıb, yazılmayıb ki, lizinq alan ilkin ödəniş edəcək. 21) Halbuki müqavilənin 1.2 maddəsində 164700 ABŞ dolları vəsaitin lizinqə veriləcəyi müqavilədə dəqiq əks edilib. 22) Yəni, 130.000 manat vəsait lizinq müqaviləsi ilə verilən 164000 ABŞ dollarına aid deyil. 23) Bu halda müqavilə ləğv edilirsə, həmin vəsait niyə iddiaçıda qalmalıdır? 24) Həmin vəsait Mülki Məcəllənin 748-1.10 maddəsinə qeyd edilən və lizinq verənin razılığı ilə aparılan yaxşılaşdırmadır, müqavilə ləğv edilirsə qaytarılmalı idi. 25 ) Eyni zamanda müqavilənin 5.1 bəndində qeyd edilən və xidmət haqqı adı ilə vicdansıcasına cavabdehdən alınan 15400 manat vəsait qaytarılmalı idi. 26) Xidmət haqqı adı ilə cavabdehdən həmin vəsait müqavilə günücə - ##.##.2024 tarixdə cavabdehdən alınıb. Bu vəsait də Mülki Məcəllənin 748-1.10 maddəsinə əsasən cavabdehə qaytarıilmalı idi. 27 ) Mülki qanunvericiliyin qeyd edilən müddəasından dəqiq müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına ödənilən 130.000 manat vəsait lizinq ödənişi deyil. Eyni zamanda xidmət haqqı adı ilə vicdansızcasına alınan 15400 manat lizinq ödənişi deyil. 28) Bu halda həmin vəsaitlər müqavilə ləğv edilirsə qaytarılmalı idi. 29) ##.##.2024 tarixli alqı-satqımüqaviləsi manatla bağlansa da və müqavilə üzrə 279.000 manat vəsaiti lizinq şirkəti satıcıya manatla ödəsə də, eyni tarixli lizinq müqaviləsi dollarla bağlanmışdır. 30) Lizinq şirkətini nə vadar edirdi ki, müqaviləni dollarla bağlasın, axı o lizinq alana dollarla borc pul vəsaiti verməyib, axı lizinq müqaviləsi bankın dollarla verdiyi kredit müqaviləsi deyil. Məgər Azərbaycanın öz valyutası yoxdur? 31) Mülki Məcəllənin qeyd edilən müddəalarına əsasən sözügedən mənzilə dair bağlanmış ##.##.2024 tarixli alqısatqımüqaviləsi lizinq şirkətinə yalnız sahiblik və istifadə hüququ vermişdir; 32) ##.##.2024 tarixli alqı-satqımüqaviləsi 5 gün sonra, ##.##.2024 tarixdə dövlət qeydiyyatına alınmış və əmlaka dair lizinq şirkətinin adına ##.##.2024 tarixli, ********** saylı çıxarış verilmişdir; 33) Mənzil üzərində lizinq şirkətinin sərəncam hüququ yalnız ##.##.2024 tarixdə (qeydiyyat tarixindən) əmələ gəlmişdir, bu tarixə kimi lizinq şirkətinin mənzilə dair sərəncam əqdi, o cümlədən lizinq müqaviləsi bağlamaq hüququ yox idi. 34) İddiaçının cavabdehə ünvanladığı ##.##.2025 tarixli pretenziyada qeyd edilmişdir: “Yaranmış borc məbləğini 3 gün ərzində ödəməyinizi, əks halda İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, məhəllə 990, ev 97, mənzil 30 Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini tələb edirik. Borc ödənilmədiyi tədqirdə D*** saylı Lizinq müqaviləsinin ləğvi, borc məbləğinin tutulması və əmlakın geri tələbi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.” 35) Pretenziyada müqavilənin ləğvi təklifi yoxdur. 36) Müqavilədə yalnız xəbərdarlıq var ki, ödəniş edilməsə müqavilənin ləğvi ilə bağlıməhkəməyə müraciət ediləcək. 37) Müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi haqda xəbərdarlıq Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan müqavilənin ləğvi təklifi deyil və məzmunda müraciət pretenziya qaydasına əməl edilmə sayılmır 38) Başqa tərəfdənsə ##.##.2025 tarixli pretenziyada hər hansı müddət təyin edilməyib (ləğvlə bağlı) 39) Müddət göstərilmədiyi halda MM 423.2 maddəsinə əsasən bu müddət 30 gün olmalıdır. 40) Buna baxmayaraq iddiaçı ##.##.2025 tarixli pretenziya məktubunun tarixindən 18 gün sonra ##.##.2025 tarixdə artıq məhkəməyə müraciə edib. 41) MPM-nin 152 maddəsinə əsasən məhkəmə iddia ərizəsini icraata qəbul etməməli, geri qaytarmalı idi. Apellyasiya şikayətində qeyd edilənlərdən savayı kollegiyanın diqqətinə aşağıdakıları çatdırır: 1 ) İddiaçı ##.##.2024 tarixli lizinq müqaviləsinin ləğvi tələbini həmin müqavilə üzrə borcun olması ilə əsaslandırır. Borcun olması ilə bağlı kommersiya işinin materiallarına yalnız iddiaçının direktorunun imzaladığı ##.##.2025 tarixli arayış var. Həmin arayışda qeyd edilir ki, hazırda D186 X1 müqaviləsi üzrə 178.455 ABŞ dolları ekvivalentində əsas məbləğdən (lizinq mükafatı daxil olmaqla) və 24.705 ABŞ dolları ekvivalentində hesablanmış cərimə məbləği olmaqla, cəmi 203.160 ABŞ dolları ekvivalentində borc mövcuddur. 2) Lakin iddiaçı bu “borcu” məhkəmədə cavabdehdən tələb etməmişdir. Səbəblər aydın deyil. Cavabdeh tərəf olaraq hesab edirik ki, həmin “borcu” tələb etməməyin səbəbi borcun həddən artıq şişirdilməsi, əslində həmin məbləğdə olmamasıdır. 3) Birinci instansiya məhkəməsi isə hazırda mübahisələndirilən ##.##.2026 tarixli qətnaməsinin 43-cü bəndində borcun 203.160 ABŞ dolları ekvivalentində olmasını müəyyən etmişdir. Maraqlı orasıdır ki, 1-ci instansiya məhkəməsi arayışda qeyd edilən 24 705 ABŞ dolları cəriməni olduğu kimi mötəbər saymışdır. Sual yaranır: məhkəmə iddiaçının öz xeyrinə verdiyi cavabdehin hüquqlarını məhdudlaşdıran ##.##.2025 tarixli arayışdakı rəqəmləri hər hansı ekspertiza keçirmədən necə mötəbər sayıb? Axı iddiaçı hazırda həmin vəsaiti cavabdehdən tələb etməsə belə, gələcəkdə cavabdehdən tələb etmək imkanı və hüququ yaranır. Çünki məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar başqa işə baxılarkən sübut edilmir (MPM maddə 2.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir). 4) Digər tərəfdənsə müqavilənin ləğvinin əsasını borcun olması təşkil edirsə, borcun dəqiq nə qədər olması bəlli olmalıdır. İddiaçının əsassız arayışı ilə borc müəyyən edilməməlidir. Madam ki, müqavilənin ləğvinin əsasını borcun olması təşkil edirsə, 1-ci instansiya məhkəməsi borcun məbləğini müəyyən etməli, bununla bağlı ekspertiza keçirməli idi. 5) Bununla yanaşı iddiaçının boşaldılmasını tələb etdiyi mənzildə cavabdehlə yanaşı 2006-cı ildən başlayaraq, 20 ildir ki, onun ailə üzvləri – həyat yoldaşı Nənəş Heydərova, oğlu - Taleh Heydərov da yaşayır. Həmin şəxslər iddia ərizəsində qeyd edilməyib. Belə olan halda cavabdeh1 mənzili tək necə boşalda bilər? Belə çıxır ki, ailə üzvləri qalacaq, özü isə qətnaməyə əsasən mənzildən çıxacaq. 6) Bu səbəbdən hesab edir ki, iddia ərizəsi məhkəməyə verilməzdən əvvəl pretenziya qaydasına əməl edilməməklə yanaşı, cavabdehin ailə üzvləri birgə cavabdeh kimi qeyd ərizədə edilməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apellyant iddia edir ki, ##.##.2024-cü il tarixdə lizinq şirkətinin mənzil üzərində sərəncam hüququ olmadığı üçün lizinq müqaviləsi etibarsızdır və lizinq müqaviləsi alqı-satqı müqaviləsindən bir neçə dəqiqə əvvəl imzalanmışdır. Müqavilənin 1.1-ci bəndində dəqiq göstərilmişdir ki, lizinq şirkəti satıcıdan əldə edəcəyi mənzili lizinqə verir. Bu, beynəlxalq və yerli lizinq praktikasında standart qaydadır. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi eyni gündə (##.##.2024) notarial qaydada təsdiq edilmiş vahid bir kommersiya əməliyyatının tərkib hissəsidir. Əmlak üzərində mülkiyyət hüququ isə ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ əqdin notariat qaydasında təsdiq edildiyi andan (yəni ##.##.2024) yaranır. Bu səbəbdən lizinq müqaviləsinin bağlanması tamamilə qanunauyğundur. Apellyant iddia edir ki, mənzilin dəyərinin 130.000 manat hissəsi onun tərəfindən ödənildiyi üçün lizinq şirkəti mənzili öz vəsaiti hesabına almamışdır və bu lizinq institutuna ziddir. Cavabdeh özü ##.##.2024-cü il tarixli ərizəsi ilə şirkətə müraciət edərək, mənzili 410,000 manata satıcı ilə razılaşdırdığını, 130.010 manat avans ödədiyini və qalan 279,990 manatın lizinq şərtləri ilə maliyyələşdirilməsini xahiş etmişdir. Bu, lizinq alanın ilkin ödəniş (avans) iştirakı ilə həyata keçirilən klassik lizinq əməliyyatıdır. MM-nin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən cəlb edilmiş və ya özünə məxsus vəsait hesabına əldə etdiyi əşyanı lizinqə verir. Şirkət mənzilin qalıq dəyərini tam maliyyələşdirmiş və mülkiyyət hüququnu əldə etmişdir. Cavabdehin bu dəlili hüquqi əsassızdır. Apellyant iddia edir ki, ##.##.2025-ci il tarixli pretenziyada müqavilənin ləğvi təklifi yoxdur, sadəcə xəbərdarlıq var və 30 günlük müddət gözlənilmədən 18 gün sonra məhkəməyə müraciət edilmişdir. Cavabdehə göndərilmiş ##.##.2025-ci il tarixli rəsmi bildirişdə (pretenziyada) borcun 3 gün ərzində ödənilməsi, əks halda müqavilənin ləğv ediləcəyi və əmlakın boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi açıq şəkildə bildirilmişdir. MM-nin 748-1.12.4-cü maddəsinə və tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 6.1.4-cü bəndinə əsasən, lizinq alan ödənişləri ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, lizinq verənin müqaviləni mübahisəsiz qaydada vaxtından əvvəl ləğv etmək və obyekti geri almaq hüququ vardır. Bu xüsusi norma olduğundan, MM-nin 423.2-ci maddəsindəki ümumi 30 günlük müddət bu hala şamil edilmir və və MPM 152.1.6-cı maddəsinin tətbiqinə əsas yoxdur. Apellyant iddia edir ki, müqavilə ləğv edilirsə, onun ödəmiş olduğu 130.000 manat avans və 15,400 manat xidmət haqqı MM-nin 748-1.10-cu maddəsinə (yaxşılaşdırmalar) əsasən ona qaytarılmalıdır. Etiraz: Bu iddia hüquqi cəhətdən tamamilə əsassızdır. MM-nin 748-1.10-cu maddəsi lizinq obyektinə edilmiş maddi-fiziki yaxşılaşdırmalara (təmir, yenidənqurma və s.) aiddir. 130.000 manat isə cavabdehin satıcıya birbaşa ödədiyi avans olub, lizinq predmetinin alınması üçün ilkin ödəniş kimi rəsmiləşdirilmişdir. 15.400 manat xidmət haqqı ödənilməsinə dair iddia isə cavabdeh tərəfindən irəli sürülmüş bir fərziyyədir və bu barədə hər hansı sübut təqdim edilməmişdir. Hazırda (##.##.2026-ci il tarixinə) onun lizinq şirkətinə 287.255 ABŞ dolları məbləğində borcu mövcuddur. Müqaviləni pozan tərəf kimi cavabdehin hər hansı kompensasiya tələb etmək hüququ yoxdur. Çünki müqavilə bağlandığı andan etibarən 1 il 7 ay ərzində cavabdeh cəmi 5 364 ABŞ dolları ekvivalentində ödəniş etmişdir. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsində bu barədə heç bir qarşılıqlı iddia qaldırmamışdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən, birinci instansiyada irəli sürülməyən və müstəqil tələb xarakteri daşıyan maddi tələblər birbaşa apellyasiya mərhələsində irəli sürülə bilməz. Apellyant iddia edir ki, lizinq müqaviləsinin dollarla bağlanması Mülki Məcəllənin 439.1-ci maddəsinə ziddir. Etiraz: Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, pul öhdəliyinin xarici valyuta ekvivalentində müəyyən edilməsinə yol verilir. Cavabdeh özü ##.##.2024-cü il tarixli ərizəsində vəsaitin ABŞ dolları məzənnəsi ilə uçotunun aparılmasına yazılı razılıq vermişdir. Müqavilə tərəflərin sərbəst iradəsi ilə bağlanmışdır (Mülki Məcəllənin 390-ci maddə - Müqavilə azadlığı). Kommersiya Məhkəməsi işin faktiki hallarını hərtərəfli və obyektiv araşdırmış, qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya mərhələsində əsassız bəhanələrlə məhkəmə prosesini uzatmaqla, ədalət mühakiməsinin səmərəliliyinə mane olur. Nəticə olaraq, apellyasiya şikayətində irəli sürülən bütün dəlillər birinci instansiya məhkəməsində araşdırılmış və onlara düzgün hüquqi qiymət verilmişdir. Şikayət işin həllini uzatmaq və qanuni qüvvəyə minəcək məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıyır. Bu isə banklardan aldığı kredit vəsaitlərinin hesabına lizinq fəaliyyətini həyata keçirən Şirkəti böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarır. Hazırda məhkəmə mübahisələrinin məqsədli şəkildə uzadılması borcun günbəgün artmasına (buna səbəb bankın şirkətə əlavə dəbbə pulu hesablamasıdır) səbəb olur. Bu da məhkəmə mübahisəsi yekunlaşdıqdan əmlakın qiymətinin borcu bağlamağa kifayət etməyəcəyi ehtimalını yaradır.

17. Etirazın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385, 386, 421, 747, 748-1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinə əlavəyə etiraz onunla əsaslandırlmışdır ki, məhkəməmühasibatlıq

18. ekspertizasının təyin edilməsi vəsatəti barədə cavabdeh tərəf borcun məbləğinin şişirdildiyini iddia edərək ekspertiza təyin edilməsini istəyir. Bu vəsatət hüquqi və faktiki cəhətdən əsassızdır. Birincisi, müqavilənin ləğvinin əsas səbəbi borcun konkret riyazi məbləği deyil, cavabdehin lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi faktıdır. Bu, Azərbaycan RespublikasI Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində və tərəflər arasında bağlanmış müqavilənin 6.1.4-cü bəndində nəzərdə tutulmuş müstəqil ləğvetmə əsasıdır. Cavabdeh tərəf birinci instansiya məhkəməsində borcun mövcudluğu faktını özü təkzib etməmiş, yalnız məbləği ilə bağlı mücərrəd iddialar səsləndirmişdir. Əgər cavabdeh borcun məbləği ilə razı deyildisə, öz əks-hesablamasını təqdim etməli və ya vaxtında ekspertiza təyin edilməsi barədə vəsatət qaldırmalı idi. Lakin cavabdeh bunu etməmişdir. Indi, apellyasiya mərhələsində bu məsələni qaldırmaq yalnız prosesi uzatmaq məqsədi daşıyır. Cavabdeh ##.##.2024-cü il tarixdən bu günə qədər keçən 1 il 9 ay ərzində cəmi 4 dəfə, özü də natamam və əhəmiyyətsiz məbləğdə ödəniş etmişdir. Aylıq öhdəliyin 6206 manat olduğu halda, edilən ödənişlər bu öhdəliyin heç bir hissəsini qarşılamır. Lizinq alan bu günə qədər ümumilikdə 130.326 ABŞ dolları ekvivalentində ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 5.364 ABŞ dolları ekvivalentində ödəniş edilmişdir. Həmçinin bu dövr ərzində ödənişlər edib öhdəliyini yerinə yetirmək üçün heç bir niyyəti olmamış, cavabdeh tərəfindən bu istiqamətdə hər hansı addım atılmamışdır. Bu faktlar prinsipcə aşkardır və onun müəyyən edilməsi üçün heç bir xüsusi biliyə və ya ekspertizaya ehtiyac yoxdur. Bank hesabından çıxarışlar bu faktı birmənalı şəkildə təsdiq edir. Cavabdehin məqsədi borcun məbləğini mübahisələndirmək deyil, sadəcə olaraq işə əlavə bir neçə ay da davam edəcək ekspertiza proseduru daxil etməklə prosesi uzatmaq və mülkiyyətlərində olan əmlakdan haqsız istifade müddətini artırmaqdır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi yalnız müstəsna hallarda yeni sübutların, cümlədən ekspertiza rəyinin alınmasına qərar verə bilər. Bunun üçün tərəf həmin sübutu və ya vəsatəti birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin səbəblərini əsaslandırmalıdır. Cavabdeh tərəf birinci instansiya məhkəməsində aylarla davam edən proses zamanı belə bir vəsatət qaldırmaq üçün hər cür imkanı olduğu halda, bunu etməmişdir. Bu vəsatətin yalnız apellyasiya mərhələsinde Ο verilməsi onun işin həllini uzatmaq niyyətindən xəbər verir və prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir. Cavabdehin ailə üzvlərinin işə cəlb edilməməsi iddiası barədə: Apellyant mənzildə onunla birgə yaşayan ailə üzvlərinin (həyat yoldaşı və oğlu) işə cavabdeh qismində cəlb edilmədiyini qeyd edərək, qətnamənin icrasının qeyrimümkünlüyünə işarə edir. Bu arqument də hüquqi məntiqdən tamamilə kənardır. İddiaçı MMC ilə yalnız cavabdeh1 arasında lizinq müqaviləsi bağlanmışdır. O, öhdəliyin yeganə tərəfidir. Onun ailə üzvlərinin şirkətləri ilə heç bir müqavilə münasibəti yoxdur. Həmin şəxslərin mənzildə yaşamaq hüququ müstəqil bir hüquq deyil, yalnız cavabdehin (lizinq alanın) müqavilədən irəli gələn istifadə hüququndan törəyən bir hüquqdur. Əsas hüquq (cavabdehin istifadə hüququ) müqavilənin ləğvi ilə xitam olunduğu üçün, ondan törəyən bütün digər hüquqlar da avtomatik olaraq xitam olunur. Mənzilin boşaldılması tələbi müqavilənin tərəfi olan cavabdehə qarşı yönəlib və bu, onunla birlikdə yaşayan və heç bir hüquqi əsası olmayan bütün şəxslərin də mənzili tərk etməsi öhdəliyini yaradır. Əks təqdirdə, istənilən borclu ailə üzvlərini bəhanə edərək məhkəmə qətnamələrinin icrasından boyun qaçıra bilərdi ki, bu da absurd olardı. 3. Avans məbləği barədə: Cavabdeh özü ##.##.2024-cü il tarixli ərizələri ilə şirkətə müraciət edərək, mənzilin ümumi dəyərinin 410.000 manat olduğunu, bu məbləğin bir hissəsini (130.010 manat) özü ödədiyini və yerdə qalan 279.990 manatın lizinq yolu ilə maliyyələşdirilməsini xahiş etmişdir. Lizinq müqaviləsi məhz maliyyələşdirdiyi bu məbləğə (ABŞ dolları ekvivalenti ilə) aiddir. Lizinq alanın öz vəsaiti hesabına etdiyi ilkin ödənişin lizinq müqaviləsində ayrıca göstərilməməsi onu etibarsız etmir. Əksinə, bu, lizinq əməliyyatının strukturunu təsdiq edir: lizinq alan layihədə öz iştirak payını (avans) ödəyir, lizinq şirkəti isə qalıq dəyəri maliyyələşdirir. Cavabdeh indi özünün qurduğu və yazılı şəkildə razılaşdığı bir sxemi öz xeyrinə təhrif etməyə çalışır. Nəticə olaraq, cavabdeh tərəfin apellyasiya şikayətinə təqdim etdiyi "əlavə” heç bir yeni, əhəmiyyətli və hüquqi cəhətdən tutarlı dəlil və ya arqument ehtiva etmir. Bu, birinci instansiya məhkəməsində dəfələrlə səsləndirilən və məhkəmənin qətnaməsində öz hüquqi qiymətini almış əsassız iddiaların təkrarından və prosesi uzatmağa yönəlmiş yeni vəsatətlərdən ibarətdir. Birinci instansiya məhkəməsi işin bütün hallarını hərtərəfli araşdırmış, tərəflərin dəlillərinə, o cümlədən cavabdehin öhdəliyini kobud şəkildə pozması faktına düzgün hüquqi qiymət verərək tam qanuni və əsaslandırılmış qətnamə qəbul etmişdir. (MM 748-1.12.4) Bu, xüsusi normadır və müqavilənin ləğvi üçün imperativ əsas müəyyən edir. İş materialları və bank çıxarışları ilə tam sübuta yetirilir ki, cavabdeh ödənişləri nəinki iki dəfə, hətta onlarla dəfə ardıcıl olaraq ödəməmişdir. Bu şəraitdə borcun dəqiq məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin etmək lüzumsuz olmaqla yanaşı, qanunun tələbinə də ziddir. Qanunverici ləğvetmə hüququnu borcun məbləği ilə deyil, öhdəliyin pozulması faktının ardıcıllığı ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin 44-cü bəndində bu normaya düzgün istinad etmişdir. Cavabdeh borcun məbləğinin düzgün hesablanmadığını iddia edirsə, özünün alternativ hesablamasını və ya bunu təsdiq edən hər hansı ilkin sübutu təqdim etməli idi. Lakin cavabdeh tərəf heç bir əkssübut təqdim etmədən, yalnız mücərrəd iddia əsasında məhkəmədən onun üçün sübut toplamasını (ekspertiza təyin etməsini) istəyir. Bu, sübutetmə vəzifəsinin pozulmasıdır və belə bir vəsatət təmin edilə bilməz. Lizinq müqaviləsinin tərəfləri İddiaçı MMC və cavabdeh1dur. Onun ailə üzvləri müqavilənin tərəfi deyil və onların mənzildə yaşamaq hüququ cavabdehin istifadə hüququndan asılıdır. Mülkiyyətçi olaraq, müqavilə ləğv edildikdən sonra əmlakımızın qanunsuz istifadədən azad edilməsini tələb etmək hüququmuz vardır. Cavabdehin ailə üzvlərinin işə cəlb edilməsi üçün heç bir prosessual və ya maddi hüquqi əsas mövcud deyil. İşin nəticəsinin qəsdən uzadılmasına yönəlmiş hərəkətlər prosessual sui-istifadə hesab edilir. Cavabdehin apellyasiya mərhələsində, iş üzrə yekun qərarın qəbul ediləcəyi ərəfədə heç bir əsası olmayan vəsatətlər (ekspertiza, yeni cavabdehlərin cəlb edilməsi, iclasın təxirə salınması) qaldırması məhz bu mebsepe xidmət edir. Məhkəmə bu cür cəhdlərin qarşısını almalı və işə əsassız müdaxilələrə imkan verməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi tam qanuni və ədalətlidir və onun dəyişdirilmədən saxlanılması ədalət mühakiməsinin səmərəliliyi prinsipinin təminatı olardı.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında cavabdeh, eləcə də cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdiriləmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur -747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747- 5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir -748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. - 748-1.8-ci lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. -748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. -748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. -748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. -748-5-ci maddəsinə görə lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.

21. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

22. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilməsini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC (lizinq verən) ilə cavabdeh cavabdeh1 (lizinq alan) arasında ##.##.2024-cü il tarixli D*** nömrəli daşınmaz əmlakın lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil versə də, cavabdeh lizinq ödənişlərini icra etməkdən yayınmışdır. Hazırda iddiaçı cavabdehin lizinq ödənişlərini vaxtında və tam ödəməməsini əsas götürərək, D*** saylı lizinq müqaviləsinin ləğv edilməsini, lizinq yüklülüyünün qeydiyyatının ləğvini, mənzilin boşaldılaraq ona qaytarılmasını tələb edir.

26. Kollegiya ilk növbədə apellyasiya şikayətində irəli sürülən lizinq müqaviləsinin etibarsızlığı barədə dəlilə münasibətdə qeyd edir ki, cavabdeh sözügedən dəlilini lizinq müqaviləsinin alqı-satqı müqaviləsindən təxminən bir saat əvvəl notariat qaydasında təsdiq edilməsi, belə olan halda lizinq müqaviləsi bağlanarkən iddiaçının lizinq obyekti olan mənzilə dair sərəncam vermək hüququn olmaması və ümumiyyətlə həmin mənzil üzərində hər hansı hüquqa malik olmaması ilə əsaslandırmışdır.

27. Bununla bağlı iş materiallarından müəyyən edilir ki, hər iki müqavilə eyni tarixdə, eyni notariat ofisində və qısa zaman fərqi ilə notariat qaydasında təsdiq edilmişdir.

28. Qeyd edilməlidir ki, Mülki Məcəllənin lizinq müqaviləsi bağlanması qaydalarını müəyyən edən 747.2-ci və 747-5.1-ci maddələrinin sistemli təhlili belə qənaətə gəlməyə əsas verir ki, lizinq müqaviləsi yalnız lizinq alanın mülkiyyətində olan əşya ilə bağlı deyil, lizinq alanın tələbatına uyğun olaraq lizinq verən tərəfindən gələcəkdə əldə ediləcək əşya ilə bağlı da bağlanıla bilər. Bu zaman lizinq əməliyyatı lizinq alan, lizinq verən və satıcı arasında üçtərəfli müqavilə bağlanmaqla və ya iki müqavilənin - lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqısatqı müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilə bilər.

29. Göründüyü kimi qanunverici lizinq əməliyyatının tərkib hissələri olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsinin bağlanması ardıcıllığını müəyyən etməməklə yanaşı lizinq müqavilənin gələcəkdə əldə ediləcək əmlak barədə bağlanması imkanını tanımışdır. Odur ki, ##.##.2024-cü ildə lizinq müqaviləsinin alqı-satqı müqaviləsindən əvvəl bağlanması faktı həmin müqavilənin qanunun tələblərini pozmaqla bağlanmış etibarsız əqd olmasına dəlalət etmir.

30. İddia tələbinin bir hissəsini təşkil edən ##.##.2024-cü il tarixli D*** nömrəli daşınmaz əmlakın lizinq müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı əvvəla qeyd edilir ki, mübahisəli müqavilənin 6.1.4-cü bəndi və Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi ilə nəzərdə tutulmuş müqavilənin ləğvi üçün əsas olan hallar, o cümlədən cavabdehin lizinq ödənişlərini dəfələrlə gecikdirməsi və ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi müəyyən edildiyindən, eləcə də iddiaçı mənzilin boşaldılması barədə xəbərdarlıq məktubu göndərməklə müqavilənin ləğv edilməsi barədə iradəsini cavabdehə çatdırdığından məhkəmə müqavilənin ləğv edilmiş hesab etməsi və lizinq obyekti olan mənzilin boşaldılmalı olması barədə haqlı nəticəyə gəlmişdir.

31. Bu hissədə cavabdehin arqumentinə münasibətdə qeyd edilir ki, mübahisəli lizinq müqaviləsinin xitamı məhz istinad edilən xüsusi norma əsasında birtərəfli qaydada həyata keçirildiyindən MM-in 423.2-ci maddəsində nəzərdə tutulan ləğv təklifi prosedurunun tətbiq edilməsi tələb edilmir.

32. Məhkəmə tərəfindən lizinq müqaviləsi üzrə borcun iddiaçının təqdim etdiyi sənədlər əsasında müəyyən edilməsi və borc məbləğinin müəyyən etmək üçün ekspertizanın keçirilməsinin zəruriliyi barədə iddiaçının dəlillərinə münasibətdə isə kollegiya əvvəla qeyd edir ki, lizinq müqaviləsi üzrə qalıq borcun hesablanması mühasibatlıq sahəsində xüsusi bilik tələb etmir, həmin borcu adi riyazi hesablama ilə müəyyən etmək mümkündür. İkincisi, iddiaçı tərəf cavabdeh tərəfindən cəmi lizinq ödənişləri üzrə 9120 manat (5364,7 ABŞ dolları) məbləğində ödənişlərini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmiş, cavabdeh tərəfindən isə həmin çıxarışda əks edilməyən hər hansı ödəniş etməsini sübuta yetirə bilməmişdir. Belə olan halda iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmaması barədə cavabdehin dəlilləri formal mülahizə kimi dəyərləndirilir.

33. O da qeyd edilməlidir ki, lizinq müqaviləsinin ləğv edilməsi həmin müqavilə əsasında yaranmış lizinq obyektinin lizinq alanın xeyrinə yüklülüyünə xitam verilməsinə səbəb olduğundan lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi hissəsində də iddia əsaslıdır.

34. Mənzilin alqı-satqı müqaviləsi bağlayarkən 130.000 manat məbləğində pul vəsaitinn onun tərəfindən ödənilməsi, eləcə də lizinq şirkətinə 15.400 manat xidmət haqqı ödəməsi, lizinq müqaviləsi ləğv edildiyi halda həmin pul vəsaitinin iddiaçıda qalması üçün əsas olmaması barədə arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, istinad edilən hallar iddiaçının müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması əsası ilə müqavilənin ləğv etmək və lizinq obyekti olan mənzilin geri qaytarılmasını tələb etmək hüququnu aradan qaldırmır. Odur ki, cavabdeh tərəfindən qeyd olunan vəsaitlərin qaytarılması barədə ayrıca tələb irəli sürülmədiyindən kollegiya həmin halların hazırkı iş çərçivəsində araşdırılmasını mümkün hesab etmir.

35. Mənzildə yaşayan şəxslərin birgə cavabdeh kimi işə cəlb edilməli olması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, hazırkı iddia lizinq müqaviləsinə əsaslanaraq irəli sürülməklə iddianın predmetini müqavilənin ləğv edilməsi, lizinq obyektinin lizinq alan tərəfindən geri qaytarılması tələbləri təşkil etdiyindən, mənzildə digər yaşayan şəxslər isə lizinq münasibətlərində iştirak etmədiyindən və lizinq müqaviləsi üzrə öhdəlik daşımadıqlarından həmin şəxslərin işə cəlb edilməsi zərurətinin mövcudluğu müəyyən edilmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar