Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-718/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icrası, pul) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə1 Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. xxxx İB (indiki adı İddiaçı MMC) (icraçı) ilə “xxxx” MMC (Sifarişçi) arasında imzalanmış ##.##.2017-ci il tarixli, KTX-** nömrəli “Rabitə kabellərinə texniki xidmət göstərilməsi üzrə” müqavilənin predmetindən görünür ki, bu müqavilə Sifarişçinin istifadəsində olan aşağıda göstərilən istiqamətlərdə çəkilmiş 3203 metr uzunluğunda 2 ədəd lifli optik kabellərinə BTRİB tərəfindən texniki xidmət göstərmək məqsədini daşıyır. 2.1-ci bəndə əsasən Bu müqavilə ##.##.2017-ci il tarixindən ##.##.2017-ci il tarixədək qüvvədə olacaqdır. 2.2-ci bəndə əsasən Əgər bu müqavilənin vaxtının qurtarmasına ən azı 1 (bir) ay qalmış heç bir tərəf müddətin pozulması haqqında digər tərəfə rəsmi bildiriş təqdim etməzsə, o zaman tərəflər arasında bağlanmış müqavilə əlavə 1 (bir) il müddətinə uzadılmış hesab olunur. 4.1-ci bəndə əsasən Xidmət haqqı sifarişçi tərəfindən aylıq və ya rüblük ödənilir. Xidmət haqqının məbləği 128,12 manat təşkil edir.
2. İddiaçı MMC (icraçı) ilə “xxxx” MMC (Sifarişçi) arasında imzalanmış ##.##.2017ci il tarixli, KKQ-*** №-li “Kabel-kanalizasiya qurğularından və hava rabitə xətləri üçün telefon dirəklərindən istifadə haqqında” müqavilənin predmetindən görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə edilən və Cəmiyyətin balansında olan texniki resurslardan (fiber-optik kabel liflərinin kabelkanalizasiya qurğularının (KKQ), telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) istifadə, o cümlədən rabitə-texniki xidmətlərin göstərilməsi təmin edilir. “xxxx” MMC Cəmiyyət tərəfindən göstərilən xidmətlərin qarşılığında Müqavilə (onun müvafiq “Əlavə”ləri) ilə razılaşdırılmış xidmət haqlarını (pul məbləğini) müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsini Müqavilənin 4.2.2-ci bəndinə əsasən öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilə hər iki tərəfin (bundan sonra “Tərəf” və “Tərəflər”) səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və möhürləndiyi andan etibarlıdır və 1 (bir) il müddətində qüvvədə olacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin müddətinin başa çatmasına 1 (bir) ay qalmış Tərəflərdən biri digər Tərəfə müqavilə müddətinin uzadılması və ya ləğv edilməsi haqda rəsmi müraciət etməzsə müqavilənin hüquqi qüvvəsi növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir və eyni zamanda bu qayda növbəti illər üzrə də müqavilə müddətinin uzadılmasına şamil edilir. Müqavilənin 3.4-cü bəndinə əsasən aylıq xidmət haqqının ödənilməsi tərəflərin qarşılıqlı razılığı əsasında hesabat ayından sonrakı ayın 15-nə kimi “İstifadəyə verən”in təqdim etdiyi vergi hesab faktura əsasında təmi edilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilə müddətinin istənilən dövründə 1 (bir) ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin vaxtından əvvəl xitam edilməsi “Sifarişçi”ni müqavilənin xitamınadək yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2017-ci il tarixli, KKQ-*** №-li “Kabel-kanalizasiya qurğularından və hava rabitə xətləri üçün telefon dirəklərindən istifadə haqqında” müqaviləyə * saylı Əlavədən görünür ki, ƏDV daxil aylıq istifadə haqqı 426,69 manat müəyyən olunmuş və * saylı Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.
4. "Atlant İnşaat" MMC (Sifarişçi) ilə "İPE GROUP" MMC (İcraçı) arasında ##.##.2023-cü ildə xidmət müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən İcraçı Sifarişçinin tapşırığına və Tərəflər arasında razılığa əsasən, bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 2-də adları və təsvirləri qeyd edilmiş Xidmətləri (bundan sonra, “Xidmət” və ya “Xidmətlər” adlandırılacaq) həmin Əlavədə razılaşdırılmış şərtlər yerinə yetirməyi, Sifarişçi isə həmin Xidmətlərin müqabilində bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X3 qeyd edilmiş Xidmət haqqını İcraçıya bu Müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə həyata keçiriləcək xidmətlərin növləri, həcmi, icrası qayda və şərtləri, həmçinin Müqavilə üzrə ödənişlərin məbləği bu Müqaviləyə Əlavələrlə tənzimlənir. Müqaviləyə ** saylı Əlavədə isə xidmətlərin yerləşdiyi yerin adı kimi “xxxx” MMC-nin adı qeyd edilmişdir.
5. xxxx MMC-nin (indiki adı İddiaçı MMC) ##.##.2022-ci il tarixli idarə, təşkilat və MMC-nin rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, ##.##.2022-ci il tarixdən yeni tarif qiymətlərinin qüvvəyə minəcəyi Cəmiyyətin xidmət göstərdiyi hüquqi şəxslərin diqqətinə çatdırılmışdır və bu barədə elan Cəmiyyətin veb-saytında yerləşdirilmişdir. Həmin hüquqi şəxslərin sırasında “xxxx” MMC-nin adı da vardır.
6. ##.##.2019-cu il tarixdən ##.##.2024-cü i tarixədək olan elektron qaimələrə əsasən ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək hər ay 554,81 manat məbləğində göstərilmiş xidmətin dəyəri İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ödənilməsi üçün təqdim edilmiş, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək hər ay 768,12 manat məbləğində göstərilmiş xidmətin dəyəri İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.
7. 11 və ## #### 2024-cü il tarixlərə aid olan hesabdan çıxarışlardan görünür ki, cavabdehin abunə borcu 10.754,14 manat təşkil edir.
8. ## #### 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 10.754,14 manat borcun ##.##.2024-cü il tarixədək ödənilməsi tələb edilmiş, əks təqdirdə xidmət müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir.
9. ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 10.754,14 manat borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. ## ######## 2019-cu il tarixindən ## ##### 2023-cü il tarixədək olan ödəniş tapşırığlarından və ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh “xxxx” MMC tərəfindən yuxarıda göstərilən elektron qaimələr üzrə iddiaçıya hər ay ödənişlər olunmuşdur. Xüsusilə 2022-ci ilin oktyabr ayında yeni tariflə(768.12 azn) 2 ay üçün 1536.24 manat, 2023-cü ilin yanvar ayında 3 ay üçün 2304.36 manat, 2023-cü ilin mart ayında 2 ay üçün 1536.24 manat, 2023-cü ilin aprelmart aylarında 1 ay üçün 768.65 manat ödəniş etmişdir. 2023-cü ilin may ayı daxil olmaqla 2024-cü ilin iyun ayı daxil olmaqla 14 ay üçün ödəniş edilməmiş və 2020-ci ilədək olan 0.46 manat borcla birlikdə, cəmi 10754.14 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” (hal-hazırda İddiaçı MMC və ya Cəmiyyət) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “xxxx” MMC və ya Sifarişçi) arasında bağlanmış ##.##.2017-ci il tarixli KKQ-*** nömrəli “Telekommunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cəmiyyət tərəfindən “xxxx” MMC-yə telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə edilən və Cəmiyyətin balansında olan texniki resurslardan (fiber-optik kabel liflərinin kabelkanalizasiya qurğularının (KKQ), telekommunikasiya xətlərinin quraşdırılmasında istifadə olunan dirəklər və digər bu növdən resurslar) istifadə, o cümlədən rabitətexniki xidmətlərin göstərilməsi təmin edilir. “xxxx” MMC Cəmiyyət tərəfindən göstərilən xidmətlərin qarşılığında Müqavilə (onun müvafiq “Əlavə”ləri) ilə razılaşdırılmış xidmət haqlarını (pul məbləğini) müəyyən edilmiş müddətdə və məbləğdə ödənilməsini Müqavilənin 4.2.2-ci bəndinə əsasən öhdəsinə götürmüşdür. Buna baxmayaraq, ## ### 2023-cü il tarixdən etibarən bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən cavabdehlə dəfələrlə şifahi əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmiş, borc ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. İddia tələbinin əsaslılığını təsdiq edən sənədlər tərəflər arasında bağlanmış xidmət müqaviləsi, borca dair maliyyə arayışı, xəbərdarlıq məktubu və müqavilənin xitam bildirişidir. Müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilə hər iki tərəfin (bundan sonra “Tərəf” və “Tərəflər”) səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və möhürləndiyi andan etibarlıdır və 1 (bir) il müddətində qüvvədə olacaqdır. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin müddətinin başa çatmasına 1 (bir) ay qalmış Tərəflərdən biri digər Tərəfə müqavilə müddətinin uzadılması və ya ləğv edilməsi haqda rəsmi müraciət etməzsə müqavilənin hüquqi qüvvəsi növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir və eyni zamanda bu qayda növbəti illər üzrə də müqavilə müddətinin uzadılmasına şamil edilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilə müddətinin istənilən dövründə 1 (bir) ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verilə bilər. Müqavilənin vaxtından əvvəl xitam edilməsi “Sifarişçi”ni müqavilənin xitamınadək yaranmış borcları ödəmək məsuliyyətindən azad etmir. “xxxx” MMC tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən Cəmiyyət tərəfindən ## #### 2024-cü il tarixli xəbərdarlıq bildirişi ilə yaranmış 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) manat xidmət haqqı borcunun ödənilməsi tələb edilsə də, “xxxx” MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmin xəbərdarlıq bildirişinə əsasən xidmət ##.##.2024-cü il tarixdə xitam veriləcəyi “xxxx” MMC-yə bildirilmişdir. Yaranmış borcun ödənilməsi üçün cavabdehə daha sonrakı dövrdə ##.##.2025-ci il tarixli və e-mehkeme sistemi vasitəsilə ##.##.2025-ci il tarixli pretenziya məktubları ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər-hansı bir addım atılmamışdır. “xxxx” MMCnin müqavilə üzrə ## ### 2023-cü il tarixdən hal-hazırkı tarixədək 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) manat borc öhdəliyi vardır.
8. Cavabdeh nümayəndəsi vasitəsilə elektron məhkəmə sisteminə yazılı etirazla müraciət edərək bildirmişdir ki, müqavilədə qeyd olunan kabellərin “İstifadəyə verən”in kabelkanalizasiya xətlərindən keçməklə cavabdehə həqiqətən xidmət göstərib göstərilməməsi məlum deyil. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.5-ci bəndində qeyd edilir ki: “İstifadəyə verən”in kabel-kanalizasiya qurğuları və rabitə dirəkləri vasitəsi ilə çəkilən kabellərə görə xidmət haqqı “İstifadəçi” kabelini “İstifadəyə verən”in kabel kanalizasiya qurğusunda çəkməyə başladığı gündən hesablanır və hesabatın aparılması üçün əsas tərəflərin birgə təsdiqlədikləri akt hesab olunur”. Yəni, müqavilə üzrə göstərildiyi iddia olunan xidmətin həqiqətən göstərilməsi, bunun üçün hesabat dövrünün başlanğıcı istifadəçiyə məxsus kabelin istifadəyə verənin kanalizasiya qurğusunda çəkilməyə başlanması və bu kabelin təyinat nöqtəsinə çatdırılmasını təsdiqlən akt ilə sübuta yetirilir. Belə bir akt isə tərəflər arasında imzalanmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunan sənədlər arasında belə bir sənəd mövcud deyildir. Bu da öz növbəsində müqavilədə qeyd olunan xidmətin real olaraq göstərilib-göstərilməməsini şübhə altına alır, reallıqda göstərilməyən xidmətə görə xidmət haqqı tələbi əsassızdır. Bundan başqa, müqavilənin 3.2-ci bəndinə əsasən, kabellərə görə aylıq xidmət haqqı kabelin uzunluğu, kabelin növü, diametri, çəkildiyi məntəqənin adı və tətbiqinə icazə verilmiş tarif əsasında hesablanır və müqaviləyə nömrələnmiş hər iki tərəfdən təsdiqlənmiş əlavə kimi daxil edilir. Həmin əlavə müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur. İş materiallarına baxılan zaman müqavilənin 1№li Əlavəsində iki müxtəlif parametrli kabellərə görə aylıq istifadə haqqı ƏDV daxil olmaqla ümumilikdə 426,69 manat olaraq müəyyən edilmiş və hər iki tərəfdən imzalanmışdır. Lakin iddiaçı tərəfindən “kabel kanalizasiya” və “kabellərə texniki xidmət haqqı” olaraq qeyd edilən iki xidmətə görə aylıq olaraq 768,12 manat borc hesablanaraq elektron qaimə göndərilmişdir. Bu məbləğin müqavilənin 1№-li əlavəsində razılaşdırılmış xidmət haqqından fərqli bir məbləğ olması, tərəflər arasında yeni bir əlavənin və ya müqaviləyə dəyişiklikliyin imzalanması ilə baş tutmalı idi. AR Mülki Məcəlləsinin 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Əgər müqavilədə razılaşdırılmış qiymətdən fərqli bir məbləğdə borc məbləği hesablanmışdırsa buna dair tərəflər arasında yazılı razılaşma (əlavə və s.) olmalı idi. İddiaçı isə belə bir sənəd məhkəməyə təqdim etməmişdir. Belə bir sənədin mövcud olmadığı halda iddiaçı təktərəfli olaraq müqavilənin qiymətində dəyişikliyi hansı əsasla hesablamışdır? Ümumiyyətlə, iddia ərizəsində sözügedən borc məbləğinin necə formalaşması, hansı tariflərə əsasən, aylıq nə qədər xidmət haqqı tələb olunması barədə təfərrüatlı məlumat qeyd edilməmişdir. İddiaçı tərəfindən bu borc ümumi bir formada hesablanaraq məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən 13 aylıq bir müddət üçün hesablanmış 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) manat məbləğində pulun necə, hansı tarif əsasında hesablanması, bu borc məbləğinin necə formalaşması barədə ətraflı arayış təqdim edilməsinə ehtiyac yaranmışdır. Eləcə də bu məbləğdə borcun hesablanmasına əsas olan sənədlərin təqdim olunması zəruridir. Müqavilənin 4.1.5-ci maddəsinə əsasən, hesablanmış xidmət haqqının müqavilənin müvafiq şərtlərinə uyğun ödənilməsini və xidmət haqqını 3(üç) aydan artıq müddətdə ödəmədiyi halda “İstifadəçi”dən kabellərinin kabel-kanalizasiya qurğularından çıxarılmasını tələb edir. Hazırkı işdə iddiaçı qeyd edir ki, tərəfimizdən xidmət haqqı 13 aylıq müddətində ödənilmədiyi üçün müqaviləyə bir tərəfli qaydada xitam vermişlər və bundan sonra pretenziya qaydasında borc məbləğinin tələb olunması və s. tələb edilmişdir. Buradan belə bir sual meydana çıxır ki, xidmət haqqının ödənilmədiyi dövr ərzində 3 (üç) aylıq müddət keçdikdən sonra iddiaçının cavabdehə qarşı hər hansı tələbi olmuşdurmu? Olmuşdursa buna dair hər hansı sübut varmı? İddiaçı tərəfindən belə bir tələb tərəfimizə təqdim edilməmişdir. Bu da onu göstərir ki, müqavilədə qeyd edilən xidmətlər əslində reallıqda heç göstərilməmiş, kağız üzərində mövcud olmuşdur. Müqaviləyə xitam verildikdən sonra həmin kabellərin aqibəti necə olmuşdur? Hazırda həmin kabellər hansı qurumun istifadəsindədir? Bu suallara cavab aydınlaşdırılmalıdır. Bütün bu qeyd edilənləri ümumiləşdirərək, məhkəmənin diqqətinə çatdırılır ki, müqavilə üzrə qeyd edilmiş xidmətlər əslində cavabdehə göstərilməmişdir. Xidmətin həqiqətən göstərilməsi, yəni kabellərin iddiaçıya məxsus kabelkanalizasiya xətlərində çəkilməsi hər iki tərəfdən imzalanmış akt ilə təsdiqini tapmalıdır. Belə bir akt isə məhkəməyə təqdim edilməmişdir, bu isə iddianın əsassız olduğunu göstərir. Həmçinin müqavilə üzrə razılaşdırılmış məbləğdən artıq aylıq xidmət haqqı nəyə əsasən hesablanması, yekun olaraq 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) manat məbləğində pulun necə formalaşması da qaranlıq qalan məqamlardandır. Ona görə də iş üzrə əhəmiyyət daşıyan məqamlara aydınlıq gətirilməsi üçün iddiaçı yuxarıda qeyd etdiyimiz məqamlara dair sübutları məhkəməyə təqdim etməlidir, hərçənd belə bir sübutların mövcud olması sual altındadır.
9. Cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Qarşılıqlı iddia Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qarşılıqlı iddia ərizəsindən görünür ki, icarəçi “xxxx” MMC ilə “xxxx” MMC arasında imzalanmış ##.##.2017-ci il tarixli müqavilənin * saylı əlavəsinə əsasən, aylıq xidmət haqqı 426,69 manat razılaşdırıldığı halda sonradan müxtəlif dövrlərdə bu qiymət cavabdeh tərəfindən birtərəfli qaydada artırılmış və buna müvafiq olaraq e-qaimələr göndərilmişdir. Mühasibatlığımız tərəfindən bu qiymət artımının müqavilə əsasında bas verdiyi zənn edilərək, əsassız olduğuna varmadan ödənişi verinə yetirilmiş, nəticədə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Yalnız hazırkı dövrdə müvafiq yoxlama apardıqdan sonra edilmiş ödənişlərin müqavilədə göstərilən məbləğdən artıq olaraq ödənildiyi aşkar edilmişdir. Hesab edirik ki, 8.368,72 (səkkiz min üç yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində artıq ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq müəssisəmizə ödənilməsinə dair qətnamə qəbul edilməlidir.
10. Daha sonra cavabdeh nümayəndəsi vasitəsilə elektron məhkəmə sisteminə 2ci dəfə yazılı etirazla müraciət edərək, İddiaçı MMC-nin “xxxx” MMCdən tələb etdiyi iddia məbləği 10.754,14 manat iddia məbləğini 1,665.56 manat hissədə baxılmamış saxlanılması, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, yazılı etirazı belə əsaslandırmışdır ki, İddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş hazırda icraatmızdadır. İddia ərizəsində qeyd edilir ki, iddiaçının hüquqi varisi olduğu “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC-nin arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə üzrə cavabdehin icra etmədiyi öhdəlikləri mövcuddur. Belə ki, iddia edilir ki, cavabdehin ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövr üçün müqavilə üzrə göstərilmiş xidmət müqabilində 10.754,14 (on min yeddi yüz əlli dörd manat, on dörd qəpik) borcu yaranmışdır. Aşağıda qeyd etdiyimiz xüsusatlara əsasən hesab edirik ki, iddia rədd edilməlidir: Belə ki, iddiaçı iddia ərizəsində ##.##.2027-ci il tarixli, KKQ-*** nömrəli “Telekomunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqaviləyə istinad edərək bildirmişdir ki, cavabdeh “xxxx” MMC sözügedən müqavilə üzrə öhdəliklərini icra etməmiş və ##.##.2023-cü il tarixindən etibarən hazırkı dövrədək 10.754,14 manat borc öhdəliyinin yaranmasını bildirmişdir. Bundan əlavə, iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə təqdim etdiyi pretenziya məktubunda da ##.##.2027-ci il tarixli müqaviləyə istinad edərək yuxarıda qeyd edilən məbləğin ödənilməsini tələb etmişdir. Məhkəmə proseslərinin gedişatmda məhkəmənin şifahi sorğusuna əsasən iddiaçı İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışda da tələb olunan iddia məbləğinin ##.##.2017-ci il tarixli müqaviləyə əsasən yarandığı qeyd edilir. Daha sonra sonuncu məhkəmə iclasında iddiaçı məhkəməyə ##.##.2017-ci il tarixli daha bir müqavilə təqdim edərək bildirmişdir ki, tərəflər arasında eyni zamanda ##.##.2017-ci il tarixli KTX-*** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə göstərilmiş xidmət müqabilində “xxxx” MMCnin “xxxx” MMC-yə ƏDV daxil olmaqla aylıq 128,12 manat istifadə haqqı üçün ödənişi nəzərdə tutulmuşdur. İddiaçı etirazında qeyd edir ki, hər iki müqavilə üzrə elektron qaimələr əvvəllər ayrı-ayrılıqda göndərilmiş, daha sonrakı tarixlərdə isə həmin məbləğlər eyni elektron qaimələrdə təqdim edilmişdir. Bu qayda ilə təqdim edilən elektron qaimələrdə əks olunan məbləğin 128,12 manat olan hissəsini ##.##.2017-ci il tarixli KTX-*** saylı müqavilə üzrə yaranmış borc, qalan hissəsini (əvvəlcə 426,69, ##.##.2019-cu il tarixindən sonra 554,81 manat) təşkil etmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, iddiaçının iddia etdiyi iddia məbləği 10.754,14 manatın 1,665.56 manat hissəsi ##.##.2017-ci il tarixli KTX-*** saylı müqavilə üzrə yaramnış borc məbləğidir. İddiaçı hazırkı iddia ərizəsi üzrə məhkəməyə müraciət etdiyi zaman iddianın əsası olaraq ##.##.2027-ci il tarixli, KKQ-*** nömrəli “Telekomunikasiya resurslarının istifadəyə verilməsi haqqında” müqaviləyə istinad etmişdir və borcun tamamilə həmin müqavilədən yarandığını bildirmişdir. Mübahisəni məhkəmə müstəvisinə qaldırmazdan əvvəl göndərilmiş pretenziya məktubunda da iddiaçı yalnız bir müqaviləyə (##.##.2027-ci il tarixli) istinad etmiş və həmin müqavilə üzrə yaranmış borcu tələb etmişdir. AR Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Belə olan halda iddia ərizəsinin əsasını təşkil etməyən və pretenziya qaydasında istinad edilməyən ##.##.2017-ci il tarixli KTX-026 müqavilə üzrə tələbin hazırkı məhkəmə icraatında tələb edilməsi əsassızdır. AR Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə baxılmamış saxlayır. Belə olan halda hesab edirik ki, məhkəmə, 10.754,14 manat təşkil edən iddia tələbinin 1,665.56 manat hissəsində iddianı baxılmamış saxlamalıdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş eqaimələrdən göründüyü kimi ##.##.2017-ci il tarixli müqavilə üzrə aylıq 640,00 (ƏDV daxil) manat borc hesablanmışdır (786,12-128,12=640,00). Halbuki sözügedən müqavilənin ** nömrəli Əlavəsində iki müxtəlif parametrli kabellərə görə aylıq istifadə haqqı ƏDV daxil 426,69 manat olaraq müəyyən edilmişdir və hər iki tərəfdən imzalanmışdır. Müqavilə ilə razılaşdırılmış məbləğdən fərqli bir məbləğin hesablanması və tələb edilməsi əsassızdır. AR Mülki Məcəlləsinin 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. AR Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin tələblərinə əsasən, əgər müqavilədə razılaşdırılmış qiymətdən fərqli bir məbləğdə borc məbləği hesablanmışdırsa, buna dair tərəflər arasında yazılı razılaşma (müqaviləyə əlavə s.) olmalı idi. İddiaçı tərəfindən isə belə bir sənədmüqavilə qiymətlərində dəyişiklik barədə qarşılıqlı razılaşma təqdim edilməmişdir. Belə bir sənəd mövcud olmadığı halda müqavilə ilə razılaşdırılmış məbləğdən fərqli məbləğin tələb olunması əsassızdır. İddiaçı tərəfindən müxtəlif idarə, təşkilat və MMClərin rəhbərliyinə ünvanlanmış “Tarif məbləğlərinə dəyişiklik edilməsi barədə” məktubun həqiqətən “xxxx” MMC-yə göndərilməsi və çatdırılması barədə sübut təqdim edilməmişdir. Digər tərəfdən, belə bir sübut olmuş olsaydı belə, yenə bu hal yuxarıda qeyd etdiyimiz müddəaların tələbinə əsasən, müqavilə üzrə razılaşdırılmış məbləğdən fərqli məbləğin tələb olunmasına əsas vermir. Bundan əlavə qeyd etmək lazımdır ki, hazırkı mübahisə üzrə xidmətlərin göstərildiyi “xxxx” yaşayış kompleksinin mülkiyyətçisi “Atlant İnşaat” MMC olmuş, müqavilə bağlanan dövrdə binada idarəçiliyi “xxxx” MMC həyata keçirmişdir. Lakin ##.##.2023-cü il tarixində “Atlant İnşaat” MMC ilə “İPE Group” MMC arasında imzalanmış xidmət müqaviləsinə əsasən, sözügedən yaşayış kompleksində idarəçilik sonuncuya həvalə edilmişdir (müqavilə əlavə edilir). Bu da “xxxx” MMCnin artıq həmin dövrdən binada fəaliyyət göstərmədiyi, idarəçilik həyata keçirmədiyi və hazırkı mübahisə üzrə xidmətlərdən faydalanmadığı anlamına gəlir. Belə olan halda, faktiki olaraq qəbul etmədiyi xidmətə görə borcun ödənilməsi “xxxx” MMC-dən tələb edilə bilməz.
11. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(***)-*****/**** nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın təmin edilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borca görə 10.754,14 (on min yeddi yüz əlli dörd manat on dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz iyirmi üç) manat tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə cavabdehin müqavilə üzrə qiymət dəyişiklikləri ilə bağlı yazılı razılaşmanın mövcud olmaması barədə hesab etmişdir ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli məktubla xidmət tariflərində dəyişiklik edilməsi barədə xidmət göstərilən hüquqi şəxslərə, o cümlədən cavabdehə məlumat verilmiş, eyni zamanda bu barədə iddiaçının rəsmi internet saytında elan yerləşdirilmişdir. Bundan əlavə, elektron qaimələrdən və ödəniş tapşırıqlarından görünür ki, cavabdeh uzun müddət yeni tariflər əsasında hesablanmış məbləğlər üzrə ödənişlər həyata keçirmişdir. Məlum olduğu kimi “xxxx” MMC Bakı şəhərində rabitə, internet xidmətləri üzrə inhisar subyekti olmuşdur və yüzlərlə idarə və təşkilata həmin xidmətləri göstərmişdir. Hər müqavilə tərəfi ilə ayrı-ayrılıqda müqaviləyə əlavə yazılı razılaşma bağlanması praktiki olmadığı kimi, cavabdehin ofertaya razılığı da tərəflər arasında formalaşmış işgüzar praktikaya uyğun olmuşdur. Belə ki, müqavilə üzrə qiymət 2022-ci ilin sentyabr ayınadək də bir neçə dəfə artırılmış və ödənişlər də həmin artıma uyğun aparılmışdır.
13. Məhkəmə cavabdehin həyata keçirilmiş ödənişlərin mühasibin səhvi nəticəsində baş verməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh “xxxx” MMC-nin fəaliyyəti çoxmənzilli binanın idarə edilməsindən ibarət olmuşdur və onun fəaliyyəti cəmi bir neçə kateqoriya (kommunal, texniki və.s xidmətlər) xidməti əhatə edir və bu qədər yüksək ödənişləri səhvən etməsi inandırıcı deyildir. Bundan başqa, hüquqi şəxsin maliyyə fəaliyyəti yalnız mühasib tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən də nəzarətdə saxlanılır. Belə olan halda, cavabdeh tətbiq edilən tariflərlə razı deyildisə, bu barədə iddiaçıya etiraz bildirmək, yeni tariflərin tətbiqinə münasibətini yazılı qaydada ifadə etmək və ya müqaviləyə xitam verilməsi təşəbbüsü ilə çıxış etmək imkanına malik olmuşdur.
14. Məhkəmə cavabdehin 2023-cü ilin aprel ayından etibarən yerləşdiyi binanın idarəçiliyindən çıxması və bu səbəbdən xidmətlərdən istifadə etməməsi barədə etirazının dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli müqavilə ilə binanın idarəçiliyinin başqa hüquqi şəxsə həvalə edildiyi göstərilsə də, həmin hal özlüyündə tərəflər arasında mövcud müqavilə münasibətlərinə avtomatik olaraq xitam verilməsi anlamına gəlmir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən müqaviləyə xitam verilməsi üçün digər tərəfə əvvəlcədən yazılı bildiriş təqdim edilməli idi. Cavabdeh tərəfindən isə xidmətlərin dayandırılması, müqaviləyə xitam verilməsi və ya artıq xidmətlərdən istifadə edilməməsi ilə bağlı iddiaçıya hər hansı yazılı müraciətin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmə cavabdehin iddia tələbinin 1.665,56 manat hissəsində baxılmamış saxlanılması barədə etirazının dəlillərini də əsassız hesab edərək göstərmişdir ki, hazırkı halda iddiaçı tərəfindən yeni və ya ayrıca tələb irəli sürülməmiş, yalnız tərəflər arasında formalaşmış vahid borc münasibəti üzrə yaranmış ümumi borcun tutulması tələb edilmişdir.
16. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin 1.665,56 manat hissəsində baxılmamış saxlanılması, qalan hissədə isə iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə iclaslarında qeyd etmişdir ki, hər iki müqavilə üzrə elektron qaimələr əvvəllər ayrı-ayrılıqda göndərilmiş, daha sonrakı tarixlərdə isə həmin məbləğlər eyni elektron qaimələrdə təqdim edilmişdir. Bu qayda ilə təqdim edilən elektron qaimələrdə əks olunan məbləğin 128,12 manat olan hissəsini ##.##.2017-ci il tarixli KTX-*** saylımüqavilə üzrə yaranmış borc, qalan hissəsini (əvvəlcə 426,69, ##.##.2019-cu il tarixindən sonra 554,81 manat) təşkil etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş e-qaimələrdən göründüyü kimi ##.##.2017-ci il tarixli müqavilə üzrə aylıq 640,00 (ƏDV daxil) manat borc hesablanmışdır (786,12- 128,12=640,00). Halbuki sözügedən müqavilənin * №-li Əlavəsində iki müxtəlif parametrli kabellərə görə aylıq istifadə haqqı ƏDV daxil 426,69 manat olaraq müəyyən edilmişdir və hər iki tərəfdən imzalanmışdır. Müqavilə ilə razılaşdırılmış məbləğdən fərqli bir məbləğin hesablanması və tələb edilməsi əsassızdır. AR Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin qeyd olunan normasının tələblərinə əsasən, əgər müqavilədə razılaşdırılmış qiymətdən fərqli bir məbləğdə borc məbləği hesablanmışdırsa, buna dair tərəflər arasında yazılırazılaşma (müqaviləyə əlavə s.) olmalı idi. İddiaçı tərəfindən isə belə bir sənəd-müqavilə qiymətlərində dəyişiklik barədə qarşılıqlı razılaşma təqdim edilməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi belə bir sənəd mövcud olmadığı halda müqavilə ilə razılaşdırılmış məbləğdən fərqli məbləğin tələb olunması əsassızdır. Bununla bağlıməhkəməyə yazılı surətdə əsaslandırılmış etirazımızı təqdim etsək də məhkəmənin mövqeyi fərqli olmuşdur. Belə ki məhkəmə qətnamənin 60-cı bəndində qeyd edir ki, müqavilə qiymətlərində dəyişikliyin hər iki tərəfdən yazılı olaraq bağlanmamasını işgüzar adətlərdən irəli gələrək iddiaçının xidmət göstərdiyi çoxsaylı şirkətlərlə də eyni qaydada tarif dəyişikliyi edilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, ##.##.2022-ci il tarixli məktubla iddiaçı tərəfindən xidmət tariflərində dəyişiklik edilməsi barədə xidmət göstərilən hüquqi şəxslərə, o cümlədən cavabdehə məlumat verilmiş, eyni zamanda bu barədə iddiaçının rəsmi internet saytında elan yerləşdirilmişdir. İddiaçı tərəfdən guya kontragentlərə məktubla müraciət edilərək tarif dəyişikliyi edilməsi barədə məlumatlandırılma iddia edilmişdir. Lakin iddiaçı tərəfindən müxtəlif idarə, təşkilat və MMC-lərin rəhbərliyinə ünvanlanmış “Tarif məbləğlərinə dəyişiklik edilməsi barədə” məktubun həqiqətən “xxxx” MMC-yə göndərilməsi və çatdırılması barədə sübut təqdim edilməmişdir. Digər tərəfdən, belə bir sübut olmuş olsaydı belə, yenə bu hal yuxarıda qeyd etdiyimiz müddəaların tələbinə əsasən, müqavilə üzrə razılaşdırılmış məbləğdən fərqli məbləğin tələb olunmasına əsas vermir. Eyni zamanda cavabdehin qiymət dəyişikliyinin olub-olmaması barədə iddiaçının rəsmi internet saytınımütəmadi izləmək kimi vəzifəsi də olmamışdır. Daha sonra məhkəmə qeyd edir ki, müqavilə üzrə qiymət 2022-ci ilin sentyabr ayınadək də bir neçə dəfə artırılmış və ödənişlər də həmin artıma uyğun aparılmışdır. Cavabdehin uzun müddət etiraz etmədən yeni tariflər üzrə ödənişlər etməsi onun tətbiq edilən qiymətlərdən məlumatlı olduğunu və həmin münasibətləri faktiki olaraq qəbul etdiyini göstərir. Bu baxımdan cavabdehin tarif dəyişikliklərindən xəbərsiz olması barədə dəlili inandırıcı hesab edilə bilməz. Bununla bağlı da bildirmək istərdik ki, cavabdeh “xxxx” MMC-nin uzun müddət dəyişiklik edilmiş məbləğdə ödəniş etməsi heç də dəyişikliklərdən xəbərdar olması kimi şərh edilməməlidir. Eyni zamanda müqavilə ilə razılaşdırılmış məbləğdən artıq ödənilmə iddiaçının əsassız varlanmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçının müqavilədən kənar ödənişlərin tələb edilməsi və bu tələbin məhkəmə tərəfindən təmin edilməsi əsassızdır. Bundan əlavə qeyd etmək lazımdır ki, hazırkımübahisə üzrə xidmətlərin göstərildiyi “xxxx” yaşayış kompleksinin mülkiyyətçisi “Atlant İnşaat” MMC olmuş, müqavilə bağlanan dövrdə binada idarəçiliyi “xxxx” MMC həyata keçirmişdir. Lakin ##.##.2023-cü il tarixində “Atlant İnşaat” MMC ilə “İPE Group” MMC arasında imzalanmış xidmət müqaviləsinə əsasən, sözügedən yaşayış kompleksində idarəçilik sonuncuya həvalə edilmişdir (müqavilə əlavə edilir). Bu da “xxxx” MMC-nin artıq həmin dövrdən binada fəaliyyət göstərmədiyi, idarəçilik həyata keçirmədiyi və hazırkı mübahisə üzrə xidmətlərdən faydalanmadığı“xxxx” MMC anlamına gəlir. Belə olan halda, faktiki olaraq qəbul etmədiyi xidmətə görə borcun ödənilməsi “xxxx” MMC-dən tələb edilə bilməz. Mübahisəni məhkəmə müstəvisinə qaldırmazdan əvvəl göndərilmiş pretenziya məktubunda da iddiaçı yalnız bir müqaviləyə (##.##.2027-ci il tarixli) istinad etmiş və həmin müqavilə üzrə yaranmış borcu tələb etmişdir. Belə olan halda iddia ərizəsinin əsasını təşkil etməyən və pretenziya qaydasında istinad edilməyən ##.##.2017-ci il tarixli KTX-026 müqavilə üzrə tələbin hazırkı məhkəmə icraatında tələb edilməsi əsassız olmuşdur. Lakin məhkəmə qətnamənin 66-cı bəndində qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi sonradan artırılmamış, məhkəməyə müraciət edilərkən cavabdehdən vahid borc məbləğinin tutulması tələb edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş pretenziya məktubunda da cavabdehdən yaranmış ümumi borcun ödənilməsi tələb edilmişdir. tərəflər arasında bağlanmış müqavilələr üzrə xidmət haqları sonrakı dövrlərdə vahid elektron qaimələr əsasında təqdim edilmiş və cavabdeh tərəfindən həmin qaydada ödənişlər həyata keçirilmişdir. Lakin hesab edirik ki, məhkəmənin göstərilən bəndlərdə gəldiyi qənaət əsassız olmuşdur. Çünki iddia predmetini təşkil edən pul məbləği - 10.754,14 manatın 1,665.56 manat hissəsi ##.##.2017-ci il tarixli KTX*** saylımüqavilə üzrə yaranmış borc məbləğidir. Pretenziya qaydasında ##.##.2017-ci il tarixli KTX-*** saylımüqavilə üzrə tələb olunmayan 1,665.56 manat məbləğində pulun hazırkı iş üzrə icraatda iddia tələbini təşkil etməsi əsassızdır və məhkəmənin bu barədə gəldiyi nəticə prosessual hüquq normasının pozulmasıdır. Uzun müddət vahid hesablaşma qaydasında icra edilən xidmət münasibətləri mövcud olmuş olsa belə tələbin 1,665.56 manat olan hissəsi iddianın əsasını təşkil etməyən ayrı bir müqavilədən yaranmışdır. Mübahisə üzrə xidmətlərin göstərildiyi “xxxx” yaşayış kompleksinin mülkiyyətçisi “Atlant İnşaat” MMC olmuş, müqavilə bağlanan dövrdə binada idarəçiliyi “xxxx” MMC həyata keçirmişdir. Lakin ##.##.2023-cü il tarixində “Atlant İnşaat” MMC ilə “İPE Group” MMC arasında imzalanmış xidmət müqaviləsinə əsasən, sözügedən yaşayış kompleksində idarəçilik sonuncuya həvalə edilmişdir. Bu da “xxxx” MMCnin artıq həmin dövrdən binada fəaliyyət göstərmədiyi, idarəçilik həyata keçirmədiyi və hazırkı mübahisə üzrə xidmətlərdən faydalanmadığı “xxxx” MMC anlamına gəlir. Belə olan halda, faktiki olaraq qəbul etmədiyi xidmətə görə borcun ödənilməsi “xxxx” MMC-dən tələb edilə bilməz. Müqavilə qiymətlərində dəyişiklik edilməsi barədə məsələ aydınlaşdırılarkən iddiaçı bildirmişdir ki, guya məktubla bütün tərəfdaşlara, o cümlədən cavabdehə də məlumat verilmişdir. Lakin həmin məktubun cavabdehə çatdırılması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehin qiymət dəyişikliyi barədə məlumatlandırılması sual altında qalmışdır və iddiaçı tərəfindən mötəbər sübutlarla sübuta yetirilməmişdir. Lakin məhkəmə bu halı nəzərə almayaraq cavabdehin məlumatlandırılması qənaətinə gəlmişdir ki, bu da əsassız olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onu müdafiə etməklə, şikayətin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. ... Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ...
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...
Maddə 398. Qiymət ... 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. ...
Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...
Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. ...
Maddə 409. Aksept ... 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. ...
Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. ...
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin hallarından göründüyü kimi, tərəflər arasında telekommunikasiya resurslarından istifadə və rabitə-texniki xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, bu münasibətlər əvvəlcə 2017-ci il tarixli texniki xidmət müqaviləsi, sonradan isə ##.##.2017-ci il tarixli kabel-kanalizasiya qurğularından istifadə haqqında müqavilə ilə tənzimlənmişdir.
28. Müqavilələr tərəflərin razılığı əsasında qüvvəyə minmiş və müddətin bitməsi ilə bağlı hər hansı bildiriş verilmədiyindən sonrakı illər üçün uzadılmışdır. İddiaçı tərəfindən cavabdehə telekommunikasiya infrastrukturu, o cümlədən kabel-kanalizasiya qurğularından istifadə və kabellərin texniki istismarı üzrə xidmətlər göstərilmiş, bu xidmətlərə görə aylıq ödənişlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavə ilə ilkin olaraq aylıq xidmət haqqı müəyyən edilsə də, sonrakı dövrlərdə tariflərdə dəyişiklik edilmiş və bu dəyişikliklər barədə cavabdeh də daxil olmaqla xidmət istifadəçilərinə məlumat verilmişdir. Elektron qaimələr əsasında müxtəlif dövrlərdə fərqli məbləğlər üzrə xidmət haqları hesablanmış, cavabdeh tərəfindən uzun müddət bu qaimələrə uyğun ödənişlər həyata keçirilmişdir. 2023-cü ilin may ayından etibarən cavabdeh tərəfindən xidmət haqlarının ödənilməsi dayandırılmış, bu səbəbdən borc yaranmışdır.
29. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar və pretenziya məktubları göndərilmiş, borcun ödənilmədiyi halda müqaviləyə xitam veriləcəyi bildirilmiş və 2024-cü ilin iyul ayında xidmət dayandırılmışdır. Maliyyə sənədləri və hesab çıxarışları ilə cavabdehin 10.754,14 manat məbləğində borcunun olduğu qeyd edilir. İddiaçının nümayəndələri məhkəmə iclaslarında izahat verərək cavabdehə məxsus kabellərin iddiaçıya məxsus kabel-kanalizasiya qurğularından keçdiyini, xidmətlərin faktiki olaraq göstərildiyini, ödənişlərin müəyyən dövrədək həyata keçirildiyini, sonradan isə cavabdeh tərəfindən ödənişlərin dayandırıldığını bildirmişlər. Həmçinin tarif dəyişikliklərinin ümumi qaydada elan edildiyini, əvvəlki dövrlərdə həmin tariflər üzrə ödənişlərin qəbul edildiyini və cavabdehin uzun müddət müqavilə üzrə öhdəliklərini icra etmədiyini qeyd etmişlər. Cavabdeh nümayəndəsi və vəkili isə izahatında xidmətlərin faktiki göstərilməsinin müqavilə ilə nəzərdə tutulan aktlarla təsdiqlənmədiyini, belə aktların mövcud olmadığını, bu səbəbdən xidmətin göstərilməsinin sübuta yetirilmədiyini bildirmişdir.
30. Mülki Məcəllədə şəxslərin bağlaya biləcəkləri müqavilələrin dairəsi məhdudlaşdırılmamışdır. Mülki Məcəllənin xüsusi hissəsində bir sıra çox rast gəlinən müqavilə növləri üçün xüsusi tənzimləmə nəzərdə tutulsa da, bu, şəxslərin həmin müqavilələrdən başqa müqavilə bağlaya bilməyəcəyi anlamına gəlmir. Yetər ki, bu müqavilə Mülki Məcəlləyə zidd olmasın (maddə 390.1).
31. Hazırkı iş üzrə qeyd edilən müqavilə Mülki Məcəllədə birbaşa nəzərdə tutulan müqavilələrdən olmasa da Mülki Məcəlləyə zidd deyildir və tərəflərin bu məzmunda müqavilə bağlamasına heç bir maneə yoxdur. Mülki Məcəllənin 389.3-cü maddəsinə uyğun olaraq tərəflərin bu müqavilədən irəli gələn öhdəliklərinə öhdəlik hüququnun ümumi müddəaları tətbiq edilir.
32. Müqavilənin qiymətə dair şərtinin həqiqi məzmunu Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilənin digər şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və müqavilə bağlandıqdan sonrakı davranışları ilə birlikdə müəyyən edilməlidir.
33. Cavabdeh apellyasiya şikayətində və iddiaya etirazında müqaviləyə qiymət dəyişikliyi barədə razılıqlarının olmadığını bildirir.
34. Kollegiya həmin dəlilə münasibət bildirirək qeyd edir ki, iş materialları ilə tərəflər arasında uzunmüddətli və davamlı xidmət münasibətlərinin mövcud olduğu, xidmətlər üzrə elektron qaimələrin cavabdehə təqdim edildiyi və cavabdehin həmin qaimələr əsasında ödənişlər həyata keçirdiyi müəyyən olunur.
35. Belə ki, elektron qaimələrdə KTX-026 müqaviləsi üzrə 128,12 manat, KKQ-035 müqaviləsi üzrə isə 426,69 manat olmaqla, ümumilikdə 554,81 manat hesablandığı görünür.
36. Tariflərin sonrakı dəyişikliklərindən sonra da cavabdeh elektron qaimələri qəbul etmiş, uzun müddət həmin qaimələrdə göstərilən yeni tariflər üzrə ödənişlər həyata keçirmiş, həmin dövrdə hesablamaların müqaviləyə uyğun olmaması barədə etiraz bildirməmiş və müqavilə münasibətlərini davam etdirmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixdəki Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, formal forma çatışmazlığına görə nəticəyə gəlməzdən əvvəl tərəfin sonrakı davranışları və vicdanlılığı araşdırılmalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış edərək qeyd edir ki, cavabdeh tərəfindən edilən ödənişlər müqavilənin dəyişdirilməsinin ayrıca forması kimi deyil, müqavilədə mövcud olan tarif mexanizminin tərəflər tərəfindən necə başa düşülüb icra edildiyini göstərən sonrakı davranış kimi qiymətləndirilməlidir.
39. Həmçinin 2023-cü ilin may ayına aid elektron qaimədə iki xidmət ayrıca göstərilmişdir (KTX-026 üzrə 128,12 manat, KKQ-035 üzrə isə artıq 640 manat, yekunda 768,12 manat hesablanıb).
40. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən ##.##.2022-ci il tarixli məktubla xidmət tariflərində dəyişiklik edilməsi barədə xidmət göstərilən hüquqi şəxslərə, o cümlədən cavabdehə məlumat verilmiş, eyni zamanda yeni tariflər barədə məlumat iddiaçının internet saytında yerləşdirilmişdir.
41. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında yeni tariflərlə ödənişlərin aparılmasını mühasibin səhvi olduğu qeyd etmişdir. Həmçinin artıq ödənilmiş vəsaitin geri qaytarılmasına dair yazılı müraciət etmədiklərini də bildirmişdir. Nəticə etibarı ilə mühasibin səhvən həmin tariflərlə ödənişlər aparması barədə cavabdeh tərəf hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin 1.665,56 manat hissəsinə münasibətdə məhkəməyəqədər nizamlama (pretenziya) qaydasına əməl edilməməsi barədə dəlilini də əsaslı hesab etmir.
43. Cavabdeh həmin hissənin ##.##.2017-ci il tarixli KTX-*** nömrəli müqavilədən irəli gəldiyini, lakin iddiaçının məhkəməyə qədər pretenziya məktubunda yalnız ##.##.2017ci il tarixli müqaviləyə istinad etdiyini göstərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən həmin hissədə iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
44. İş materiallarında olan pretenziyadan müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək rabitə xidmətlərindən istifadəyə görə yaranmış ümumilikdə 10.754,14 manat borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks halda həmin borcun tutulması məqsədilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Beləliklə, hazırkı iddianın predmetini təşkil edən pul tələbi məbləğ etibarilə məhkəməyə müraciətdən əvvəl bütövlükdə cavabdehə təqdim edilmiş və ona həmin tələbi könüllü qaydada icra etmək imkanı verilmişdir.
45. Pretenziyada tərəflər arasında bağlanmış KKQ-*** nömrəli müqaviləyə istinad edilmiş, tələb olunan məbləğin tərkibinə daxil olan KTX-*** nömrəli müqavilə ayrıca göstərilməmişdir. Lakin kollegiya hesab edir ki, hazırkı işin konkret hallarında bu hal pretenziya qaydasına əməl edilməməsi nəticəsinə gəlmək üçün kifayət etmir.
46. Belə ki, iş materiallarından tərəflərin KTX-026 və KKQ-*** nömrəli müqavilələrindən irəli gələn ödəniş münasibətlərini uzun müddət vahid hesablaşma mexanizmi çərçivəsində həyata keçirdikləri müəyyən olunur. Elektron qaimələrdə hər iki müqavilə üzrə xidmətlər ayrıca göstərilsə də, cavabdehə vahid yekun məbləğ təqdim edilmişdir. Məsələn, 2023-cü ilin may ayı üzrə elektron qaimədə KTX-026 müqaviləsi üzrə 128,12 manat, KKQ-035 müqaviləsi üzrə 640 manat olmaqla, cəmi 768,12 manat hesablanmışdır.
47. Bu baxımdan pretenziyada müqavilələrdən birinin nömrəsinin ayrıca göstərilməməsi tələb edilən pul məbləğinin cavabdehə bildirilməməsi kimi qiymətləndirilə bilməz. Əksinə, cavabdeh ona qarşı irəli sürülən pul tələbinin tam məbləği – 10.754,14 manat barədə məhkəməyə müraciətdən əvvəl məlumatlandırılmış, həmin məbləğin ödənilməsi üçün ona konkret müddət verilmişdir.
48. Bu hissədə kollegiya qeyd edir ki, pretenziya qaydasına riayət edilib-edilməməsi sənəddə müqavilənin rekvizitlərinin formal tamlığı ilə deyil, məhkəməyə verilmiş konkret tələbin məhkəmədən əvvəl borcluya onun mahiyyətini anlamağa və könüllü icra etməyə imkan verəcək dərəcədə təqdim olunub-olunmaması baxımından qiymətləndirilməlidir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, pretenziyada borcun tərkibinə daxil olan müqavilələrdən birinin ayrıca göstərilməməsi, tələb olunan pul məbləğinin bütövlükdə və dəqiq şəkildə cavabdehə bildirildiyi, həmin məbləğin ödənilməsi tələb edildiyi və tərəflərin hər iki müqavilə üzrə vahid hesablaşma praktikası mövcud olduğu halda, iddianın 1.665,56 manat hissəsində ərizənin baxılmamış saxlanılması üçün əsas mövcud deyil.
50. Cavabdehin 2023-cü ilin aprel ayından etibarən yerləşdiyi binanın idarəçiliyindən çıxması və bu səbəbdən xidmətlərdən istifadə etməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli müqavilə ilə binanın idarəçiliyinin başqa hüquqi şəxsə həvalə edildiyi göstərilsə də, həmin hal özlüyündə tərəflər arasında mövcud müqavilə münasibətlərinə xitam verilməsini ehtiva etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən müqaviləyə xitam verilməsi üçün digər tərəfə əvvəlcədən yazılı bildiriş təqdim edilməli idi.
51. Cavabdeh tərəfindən xidmətlərin dayandırılması, müqaviləyə xitam verilməsi və ya artıq xidmətlərdən istifadə edilməməsi ilə bağlı iddiaçıya hər hansı yazılı müraciətin edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
52. Halbuki, tərəflər arasında bağlanmış müqavilədə bir ay əvvəl yazılı bildirişlə müqaviləyə xitam mexanizmi nəzərdə tutulub.
53. Nəticədə, cavabdehin müqavilənin tərəfi olmaqdan çıxması, borcun başqa şəxsə keçirilməsinə kreditorun razılığı və ya ##.##.2023-cü ildən müqaviləyə qanun və müqavilədə nəzərdə tutulan qaydada xitam verilməsi sübut olunmur.
54. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları qarşılıqlı qiymətləndirərək müəyyən edir ki, tərəflər arasında müqavilə münasibətləri uzun müddət faktiki olaraq icra edilmiş, iddiaçı tərəfindən xidmətlər üzrə elektron qaimələr mütəmadi təqdim olunmuş, cavabdeh həmin qaimələr əsasında ödənişlər həyata keçirmiş, tariflər əvvəlki dövrlərdə də dəyişdirilmiş və cavabdeh dəyişdirilmiş tariflər üzrə hesablaşmaları davam etdirmişdir. Cavabdeh müqaviləyə xitam verdiyini, xidmətlərdən imtina etdiyini, tariflərin tətbiqinə həmin dövrdə etiraz etdiyini və ya müqavilə üzrə hüquq və öhdəliklərinin başqa şəxsə keçdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
55. Mülki Məcəllənin 404-cü maddəsinin mənasına görə müqavilənin məzmunu müəyyən edilərkən yalnız onun ayrı-ayrı ifadələrinin hərfi mənası deyil, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və sonrakı davranışları da nəzərə alınmalıdır. Bu səbəbdən cavabdehin uzun müddət yeni tariflər əsasında təqdim edilmiş elektron qaimələri qəbul etməsi və həmin tariflər üzrə ödənişlər həyata keçirməsi sadəcə borcun müəyyən hissəsinin ödənilməsi faktı deyil, eyni zamanda tərəflərin müqavilənin tarif mexanizmini faktiki olaraq necə tətbiq etdiklərini göstərən hüquqi əhəmiyyətli davranışdır.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.
57. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
58. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan artıq olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
59. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.