Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-739/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və lizinq obyektinin qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: lizinq müqaviləsi, müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və lizinq obyektinin qaytarılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı cavabdeh tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını – 1 ədəd “Abollo TY-DM165 165 Drum Mower” markalı otbiçən və 1 ədəd “X1 600 L” markalı qollu dərman çiləyicini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
2. Müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 5168,33 manat, avans məbləği (lizinq ödənişlərinin ümumi məbləğinə daxildir) 1515,6 manat razılaşdırılmış, müqaviləyə ** nömrəli əlavə olan ödəniş cədvəli ilə qalıq ümumi məbləği 3297,52 manat ödənişlərin ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək edilməsi şərtləşdirilmişdir.
3. ##.##.2024- cü il tarixli KTA-KTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə adıçəkilən lizinq obyektləri ##.##.2024-cü il tarixli təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən təhvil alınmışdır.
4. ##.##.2020 – ##.##.2026-cı il tarixlərini əhatə edən hesabdan çıxarışa əsasən, cavabdeh tərəfindən qrafik üzrə cəmi 159 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli KTA- KTT-**/***** saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən ##.##.2026-cı il tarixə 1809,5 manat əsas borc, 564,45 manat cərimə borcu olmaqla cəmi 2373,95 manat məbləğində pulun və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, 1 ədəd “Abollo TY-DM165 165 Drum Mower” markalı otbiçən və 1 ədəd “X1 600 L” markalı qollu dərman çiləyicinin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024cü il6.tarixli KTA-KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “Abollo TY-DM165 165 Drum Mower” markalı otbiçən və 1 ədəd “X1 600 L” markalı qollu dərman çiləyici cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 7578 manat təşkil etmişdir. Həmin məbləğin 2764,88 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 1515,60 manat məbləğində ilkin ödəniş iddiaçıya ödənilmişdir. Eyni zamanda cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə ##.##.2025-ci il tarixinə ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 1534,70 manat gecikdirilmiş əsas borc yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin ##.##.2025-ci il tarixinə qədər ##.##.2024cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 389,70 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə ##.##.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh Cavabdeh iddiaçı qarşısında ##.##.2024-cü il tarixli KTA- KTT-**/***** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən ##.##.2026-cı il tarixə 1809,5 manat əsas borc, 564,45 manat cərimə borcu olmaqla cəmi 2373,95 manat öhdəliyi vardır.
7. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 445, 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
8. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixli ***/**-EC/PL nömrəli qiymətləndirmə hesabatından görünür ki, 1 ədəd “Abollo TY-DM165 165 Drum Mower” markalı otbiçənin bazar dəyəri diyircəkli yastıqlarının dəyişilməli olduğu nəzərə alınmaqla 1000 manat və 1 ədəd “X1 600 L” markalı qollu dərman çiləyicinin bazar dəyəri 1150 manat təşkil edir. Həmçinin görünür ki, “Abollo TY-DM165 165 Drum Mower” markalı otbiçənin diyircəkli yastıqları dəyişilməlidir, əmlakın bazar dəyəri isə qeyd olunan hal nəzərə alınaraq müəyyən olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) aşağıdakılar qət edilmişdir: - İddia qismən təmin edilsin; - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli KTAKTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 988,52 manat əsas borc, 60 manat cərimə olmaqla ümumilikdə 1048,52 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin; - ##.##.2024-cü il tarixli KTAKTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2023-cü il olan, “Abollo TY-DM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040087, dəyəri 1000 manat olan 1 ədəd otbiçən, buraxılış ili 2022-ci il olan, “X1 600 L” markalı, şassi nömrəsi 368, dəyəri 1150 manat olan 1 ədəd qollu dərman çiləyici cavabdeh Cavabdeh alınaraq saz və işlək vəziyyətdə (“Abollo TY- DM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040087, dəyəri 1000 manat olan 1 ədəd otbiçənin diyircəkli yastıqlarının saz və işlək vəziyyətdə olmadığı nəzərə alınaraq həmin detal istisna olmaqla) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin; - Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin; - İddia qalan hissədə təmin edilməsin; - Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,81 manat, ekspertiza xərcinin əvəzi olaraq 150 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilərkən lizinq obyektlərinin qaytarılmadığını bildirmiş, bu səbəbdən də lizinq obyektlərinin qaytarılması tələbini və lizinq müqavilələrinə xitam verilməsi tələbini də irəli sürmüşdür. Belə olan halda iddiaçı tərəfindən müvafiq iddia ərizəsinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə cavabdehə göndərildiyi andan iddiaçı tərəfindən müqavilənin ləğvi üzrə iradənin ifadə edildiyi görünür. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli KTA-KTT**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi ##.##.2025-ci il tarixdən birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir.
11. Məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli KTAKTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə buraxılış ili 2023-cü il olan, “Abollo TY-DM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040087, dəyəri 1000 manat olan 1 ədəd otbiçən, buraxılış ili 2022-ci il olan, “X1 600 L” markalı, şassi nömrəsi 368, dəyəri 1150 manat olan 1 ədəd qollu dərman çiləyici cavabdeh Cavabdeh alınaraq saz və işlək vəziyyətdə (“Abollo TYDM165 165 Drum Mower” markalı, şassi nömrəsi 03040087, dəyəri 1000 manat olan 1 ədəd otbiçənin diyircəkli yastıqlarının saz və işlək vəziyyətdə olmadığı nəzərə alınaraq həmin detal istisna olmaqla) iddiaçı İddiaçı ASC-yə verilməli, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.
12. Məhkəmə ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə tutulmalı pul məbləğinə münasibətdə hesab etmişdir ki, a lizinq məbləğinin 3297,52 manat (avans ödənişi və digər ödənişlər çıxılmaqla ödəniş qrafiki ilə razılaşdırılan məbləğ) təşkil etdiyi, lizinq obyektinin qalıq dəyərinin 2150 manat müəyyən edildiyi, əsas məbləğdən 159 manat ödənildiyi nəzərə alındığında cavabdehin ##.##.2024cü il tarixli KTA-KTT-**/***** nömrəli üzrə yekun borcu 988,52 (lizinq məbləği: 3297,52 – ödənişlərin cəmi: 159 manat – lizinq obyektinin qalıq dəyəri: 2150 manat) manat təşkil edir.
13. Məhkəmə hesab etmişdir ki, iddia lizinq müqaviləsi üzrə pulun tutulması hissəsində qismən təmin edilməli, ##.##.2024-cü il tarixli KTA-KTT-**/***** nömrəli müqavilə üzrə 988,52 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Cərimə tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də lizinq müqaviləsi üzrə sonuncu ödənişin ##.##.2024-cü il tarixdə edilməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Belə olduqda cərimənin tutulması tələbi qismən təmin edilməli, 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.
15. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1809,5 manat məbləğ cavabdehin keçmiş dövr üzrə artıq yaranmış gecikmə borcudur. Qalıq borcu əvəzinə əmlakların geri qaytarılmasını tələb edilir. Lakin məhkəmə əmlakın cari dəyərinə uyğun olaraq mövcud gecikdirilmiş borcu əvəzləşdirib və qalan borc əvəzinə əmlakın qaytarılmasını qət etmişdir. Həmçinin, məhkəmə əmlakların icra zamanı qaytarılarkən saz və işlək vəziyyətdə olmaması halını nəzərə almamışdır. Məhkəmə lizinq alanın əmlakdan faktiki istifadə etdiyi keçmiş dövrə aid yaranmış və gecikdirilmiş borcunu əmlakın cari qalıq dəyəri ilə əvəzləşdirərək qanunu yanlış tətbiq etmişdir. Əmlakın qaytarılması yalnız gələcək borcun (qalıq borcun) kompensasiyasıdır, keçmiş dövr üzrə icra edilməmiş öhdəliyi silmir. Məhkəmə dəbbə pulunun tənasübsüz olmasını sübut edən konkret meyarlar göstərmədən 564,45 AZN cəriməni 60 AZN-ə qədər əsassız azaltmışdır. Məhkəmə yalnız əmlakın "mövcud olmaması" halını qiymətləndirmiş, onun fiziki olaraq mövcud olub, lakin texniki cəhətdən yararsız/işlək olmayan vəziyyətdə qaytarılması ehtimalını nəzərə almamışdır. Lizinq obyektinin aqrar təyinatlı olması səbəbindən onun sürətlə amortizasiya olunması və təkrar bazarda satış imkanlarının məhdudluğu xüsusi vurğulanmalıdır. Məhkəmə lizinq predmetinin cavabdehin istifadəsində qaldığı konkret dövrü və həmin dövr üçün qrafik üzrə yaranmış icrası gecikdirilmiş maliyyə öhdəliyinin müstəqil mahiyyətini aydınlaşdırmamışdır. Qalıq dəyərinin tutulması məntiqi yalnız gələcək əsas borc məbləğinə tətbiq edilməli olduğu halda, məhkəmə bunu gecikdirilmiş icra borcundan çıxmaqla faktiki halları yanlış qiymətləndirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.
19. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...
Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). ...
Maddə 747-3. Lizinqin formaları 747-3.1. Lizinqin bu Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. 747-3.2. Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. ...
Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. ... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. ... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. ...
Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli KTA- KTT-**/***** nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, lizinq obyektləri cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə dövri ödənişləri lazımi qaydada həyata keçirməmişdir. Müqavilə üzrə lizinq ödənişlərinin ümumi məbləği 5168,33 manat, avans 1515,60 manat, ödəniş cədvəli üzrə qalan məbləğ isə 3297,52 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən avansdan əlavə cəmi 159 manat ödəniş edilmişdir.
27. Kollegiya qeyd edir ki, müqavilənin lizinq alanın təqsiri üzündən vaxtından əvvəl xitam verilməsi lizinq verənə müqavilə üzrə nəzərdə tutulmuş bütün ödənişləri lizinq obyektinin geri qaytarılmasının nəticələrini nəzərə almadan tələb etmək hüququ vermir.
28. Belə ki, Mülki Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.
29. Bu normanın məqsədi müqavilənin vaxtından əvvəl ləğvi nəticəsində lizinq verəni müqavilə lazımi qaydada icra edilmiş olsaydı əldə edəcəyi iqtisadi vəziyyətdən daha əlverişli vəziyyətə gətirməmək, başqa sözlə, onun eyni iqtisadi dəyəri həm pul tələbi, həm də geri qaytarılan lizinq obyekti vasitəsilə iki dəfə əldə etməsinin qarşısını almaqdır.
30. Bu baxımdan apellyasiya şikayətinin qalıq dəyərin yalnız müqavilənin gələcək dövrünə aid ödənişlərdən çıxılmalı olması, müqavilənin ləğvinədək yaranmış borca isə təsir etməməsi barədə dəlili Mülki Məcəllənin 750-ci maddəsinin məzmununa uyğun deyildir. Həmin norma qalıq dəyərin nəzərə alınmasını borcun yaranma vaxtından asılı vəziyyətə salmır, əksinə, müqavilənin vaxtından əvvəl xitamı nəticəsində lizinq verənin yekun tələbinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.
31. Hazırkı halda lizinq obyektləri lizinq verənə qaytarıldığından onların dəyəri yenidən iddiaçının əmlakına daxil olur. Buna görə də həmin dəyər nəzərə alınmadan cavabdehdən müqavilə üzrə pul öhdəliyinin tam həcmdə tutulması MM-in 750-ci maddəsində nəzərdə tutulan qaydaya uyğun olmazdı.
32. İşdə olan qiymətləndirmə hesabatına əsasən otbiçənin bazar dəyəri 1000 manat, dərman çiləyicisinin bazar dəyəri isə 1150 manat, yəni lizinq obyektlərinin ümumi qalıq bazar dəyəri 2150 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 3297,52 manat ödəniş məbləğindən cavabdehin ödədiyi 159 manatı və lizinq obyektlərinin 2150 manat qalıq dəyərini çıxaraq yekun əsas borcu 988,52 manat müəyyən etmişdir.
33. Cəriməyə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsi dəbbə pulunun tutulmasına imkan versə də, həmin Məcəllənin 467-ci maddəsi işin hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını mümkün edir. Birinci instansiya məhkəməsi öhdəliyin pozulma dərəcəsini, ödənişləri, tərəflərin davranışını nəzərə alaraq 564,45 manat cəriməni 60 manat müəyyən etmişdir. Bu yanaşma Mülki Məcəllənin 467-ci maddəsinin məqsədinə uyğundur.
34. Kollegiya lizinq obyektlərinin saz və işlək vəziyyətdə qaytarılmaması ehtimalına dair dəlilə münasibət bildirirək qeyd edir ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən müqaviləyə xitam verildikdən sonra lizinq alan obyekti normal köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmalıdır. Eyni zamanda Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən əmlakın korlanması, məhv edilməsi və vaxtından əvvəl sıradan çıxması ilə bağlı risk, müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun faktiki qəbulundan etibarən lizinq alanın üzərinə düşür.
35. Apellyasiya şikayətinin dəlilləri əsas etibarilə birinci instansiya məhkəməsinin sübutlara və tətbiq edilmiş maddi hüquq normalarına verdiyi hüquqi qiymətlə razılaşmamaqdan ibarət olmuşdur. Qeyd olunan hallar qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
36. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
38. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.