Məhkəmə qərarları › İş №e-2-2(3-6)-746/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-746/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-746/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC-dən 46867 avro əsas, 2343 avro cərimə, illik 5% nisbətində 1757,51 avro olmaqla, ümumilikdə 50967,51 avro (ödəniş günü AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 190,96 manat hissəsi tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 435,04 manat hissəsi İddiaçı MMCyə aid edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, cavabdeh məhkəmənin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsini rəsmi qaydada ## ##### 2026-cı il tarixdə almış, lakin apellyasiya şikayətini ## ### 2026-cı il tarixədək verməli olduğu halda, ## ### 2026-cı il tarixdə verməklə, qanunla müəyyən edilmiş müddəti ötürmüş, müddətin üzürlü səbəblərdən ötürülməsi barədə sübutlarını əlavə etməklə, müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh qərardaddan şikayət vərərək, onun ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki şikayətə əlavə edilən elektron məhkəmə kabinetinin "Bildirişlərim" bölməsindən çıxarışdan açıq-aşkar görünür ki, qətnamə elektron kabinetə ## ##### 2026-cı il tarixdə yerləşdirilmişdir. Məhkəmənin nəyə əsaslanaraq qətnamənin ## ##### 2026-cı il tarixdə kabinetdə yerləşdirildiyini bildirməsi onlara məlum deyildir. Bundan başqa, əlavə edilən çıxarışdan görünür ki, hazırki mübahisələndirilən qərardad barədə məlumat da rəsmi qaydada təqdim edilməmişdir. Hazırki iş üzrə alınmış sonuncu bildiriş ##.##.2026-cı il tarixdə qərardadın çıxarılması barədə olmuşdur. Qərardadın mövcudluğu barədə məlumatı təsadüf nəticəsində iş materiallarına baxış keçirərkən əldə etmişlər. Bu ilin mart ayında elektron məhkəmə sisteminin yenilənməsindən sonra hamıya məlumdur ki, bildirişlərin çatdırılmasında problemlər yaşanır. Yenilənmədən sonra yaranmış qüsurların nəticəsində vaxtında verilmiş apellyasiya şikayəti məhkəmə tərəfindən müddət ötürülməsi əsası ilə geri qaytarılır. Bu onların prosessual hüquqlarının kobud şəkildə pozulmasıdır. Məsələnin aydınlaşdırılması üçün Məhkəmə Hüquq Şurasına sorğu göndərilmiş və qətnamənin onların elektron kabinetdə hansı tarixdə yerləşdirilməsi barədə arayış verilməsini gözləyirlər. Cavabdeh MMC-nin qeyd edilən qərardaddan verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən ## #### 2026-cı il tarixli qərardadı ## ##### 2026-cı il tarixdə cavabdehin nümayəndəsi-vəkili vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Şikayətə əlavə edilmiş çıxarışdan isə görünür ki, vəkilin elektron kabinetinə yuxarıda qeyd edilən ## #### 2026-cı il tarixli qətnamənin kabinetə yerləşdirilməsi barədə bildiriş ## ##### 2026-cı il tarixdə, saat 18:51-də daxil olmuşdur. Bundan əlavə şikayətdə qeyd edilən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına ünvanlanmış sorğuya cavab məktubundan (## #### 2026-cı il) görünür ki, bu və digər iş üzrə məhkəmə aktları ## ##### 2026-cı il tarixdə vəkil1 “Elektron Məhkəmə” informasiya sistemindəki kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi-vəkilinin tərəfindən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına ünvanlanmış müraciətə cavab məktubu və vəkil1 “Elektron Məhkəmə” informasiya sistemindəki kabineti ilə iş materialları arasında ziddiyyətli məqamlar mövcuddur. Belə olduqda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsi apellyatorun təqdim etdiyi dəlillər araşdırılmaqla qərardad qəbul edilməlidir. Kollegiya bundan əlavə şikayətin mümkünlük məsələsini yoxlayarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri baxımından apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləğinin dəqiq müəyyən edilməsini zəruri hesab edir. Hazırki halda kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır, odur ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və verilmiş apellyasiya şikayətinin mümkünlüyü yenidən yoxlanılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar