Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-782/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh1 Ələskər oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: distribütorluq müqaviləsi, pul tələbi, üzləşmə aktı) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, hakimlərdən ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh1 Ələskər oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. İddiaçı MMC (istehsalçı) və cavabdeh1 Ələskər oğlu (distribütor) arasında bağlanan ##.##.2024-cü il tarixli xxxx-027/24 nömrəli distribütorluq müqaviləsinin: - 1.1 və 1.2-ci bəndinə əsasən istehsalçı yem məhsullarını istehsal edir və satış üçün distribütora təqdim edir, distribütor istehsalçının təqdim etdiyi malları qəbul edir və satışını həyata keçirir. - 1.3-cü bəndinə əsasən, distribütor bu müqavilə üzrə istehsalçıdan aldığı malları yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Xızı, Xudat rayonları ərazisində topdan satış etməli və qabaqcadan yazılı razılıq olmadan yuxarıda qeyd olunan ərazilər istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazisində malları satmamalı, hər hansl formada realizə etməməlidir. - 3.2-ci bəndinə əsasən, distribütora illik satış hədəfinə uyğun olaraq aylıq satış hədəfləri istehsalçı tərəfindən hər ay təyin olunur və aylıq satış hədəfin miqdarı distribütora bildirilir. - 3.5-ci bəndinə əsasən, əsas debitor limit məbləği 2024-cü il ərzində 300 000 manat təşkil edir. Debitor limit məbləği ilin sonu sıfırlanmalıdır. - 3.6-cı bəndinə əsasən ay ərzində əsas debitor limit məbləğindən əlavə yaranan borc, borcun yaranma tarixindən etibarən 7 təqvim günü ərzində elektron qaimə əsasında tam ödəniləcəkdir. - 3.8-ci bəndinə əsasən, hər ayın sonunda alınmış mallar və ödənişin vəziyyəti ilə bağlı üzləşmə aktı tərtib olunacaqdır.
2. İddiaçı MMC (istehsalçı) və cavabdeh1 Ələskər oğlu (distribütor) arasında bağlanan ##.##.2025-ci il tarixli əlavə razılaşmaya əsasən ##.##.2024-cü il tarixli xxxx- 027/24 nömrəli distribütorluq müqaviləsinin müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır və həmin tarix distribüterin öhdəliklərinin son icra müddəti olaraq təyin edilmişdir. Əlavə razılaşmanın: - 2.1-ci bəndinə əsasən, 2025-ci ilin mart ayının 20-dək ilkin olaraq ən azı 40.000 manat ödəniş edilməlidir. - 2.2-ci bəndinə əsasən, 40.000 manat ödənişdən sonra, qalıq 311.052,00 manat borc 9 hissəyə bölünməklə, ##.##.2025-ci il tarixdən başlayaraq 6 ay ərzində, hər ayın sonuncu iş günü ayda 30.000 manat, bundan sonrakı qalıq borc isə 2025-ci ilin oktyabr, noyabr və dekabr ayları arasında bərabər hissələrə bölünməklə ödəniləcəkdir. - 2.3-cü bəndinə əsasən, 300000 manat əsas limit qalığı ##.##.2025-ci il tarixədək sıfırlanmalıdır.
3. İddiaçı MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC və cavabdeh1 Ələskər oğlu arasında aparılmış hesablaşmalar üzrə ##.##.2025-ci il tarixə cavabdeh1 Ələskər oğlunun borcu 346889.38 manat təşkil edir.
4. İddiaçı MMC və cavabdeh1 Ələskər oğlu arasında bağlanan hüquqi şəxsin imzası və möhürü, fiziki şəxsin imzası ilə təsdiq olunan ##.##.2025-ci il tarixli **** saylı üzləşmə aktından görünür ki, ##.##.2025-ci il tarixi üçün cavabdeh1 Ələskər oğlunun borcu 389201.65 manat təşkil edir. ##.##.2025-ci il tarixli *** saylı üzləşmə aktından görünür ki, ##.##.2025-ci il tarixi üçün cavabdeh1 Ələskər oğlunun borcu 372590.17 manat təşkil edir.
5. İddiaçı MMC və cavabdeh1 Ələskər oğlu arasında bağlanan hüquqi şəxsin imzası və möhürü, fiziki şəxsin imzası ilə təsdiq olunan ##.##.2025-ci il tarixli **** nömrəli (sonuncu) qarşılıqlı üzləşmə aktından görünür ki, ##.##.2025-ci il tarixi üçün cavabdeh1 Ələskər oğlunun borcu 346889.38 manat təşkil edir. Üzləşmə aktında əl yazısı ilə əlavə olaraq qeyd olunmuşdur ki, 52850 manat Seymur Siyəzən olan borca cavabdeh şəxs Şahiddır, mal onun göstərişi ilə verilmişdir.
6. Iş üzrə şahid qismində cəlb edilmiş Şahid ##.##.2026-cı il tarixdə məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, 2025-ci ildə Siyəzən şəhərində sahibkar olan Seymur adlı şəxsə 52850 manat məbləğində malın verilməsini cavabdeh1 Ələskər oğluna o göstəriş vermişdir.
7. ##.##.2026-cı il tarixli kassa mədaxil orderindən görünür ki, cavabdeh1 Ələskər oğlu tərəfindən 35000 manat ödəniş olunmuşdur.
8. Iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, başlanğıc borc məbləği 346889 manat təşkil etmişdir. Daha sonra cavabdeh1 tərəfindən 20000 manat, Tural adlı şəxs tərəfindən 15000 manat ödəniş həyata keçirilmişdir. Qalan borclular üzrə məbləğ aşağıdakı kimidir: Nuhbala 16285 manat, Elçin 43091 manat, Əfqan 11600 manat, Tural 20439 manat, ümumilikdə 91415 manat. Beləliklə qalan borc məbləği 346889-35000 91415=220474 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh1 Ələskər oğlu və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh1 Ələskər oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli xxxx-027/24№-li distribütorluq və cavabdeh3 arasında bağlanmış ZM/xxxx-***/** №-li ##.##.2024-cü il tarixli Zaminlik müqavilələrinə əsasən, cavabdehlər cavabdeh1 Ələskər oğlu və cavabdeh3 müştərək qaydada 346.889,38 manat əsas, 10.000,00 manat gecikdirməyə görə dəbbə pulu olmaqla cəmi 356.889,38 manat borcun və ödənilmiş 647,00 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh1 Ələskər oğlu ilə İddiaçı MMC arasında ##.##.2024-cü il tarixli xxxx-027/24 saylı distribütorluq müqaviləsi bağlanmışdır. Eyni zamanda Distribütorluq müqaviləsinin təminatı olaraq, cavabdeh3 ilə ZM /xxxx-027/24 saylı ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, zamin kreditor ilə borclu arasında bağlanmış distribütorluq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Distribütorluq müqavilənin 1.1 ci və 1.2-ci bəndlərinə əsasən, Istehsalçı (İddiaçı MMC) yem məhsullarını istehsal edib satış üçün Distribütora (cavabdeh1 Ələskər oğluna) təqdim etməyi, distribütor isə istehsalçının təqdim etdiyi malları qəbul edib satışını təşkil etməyi öhdəsinə götürmüşdür. Müqavilənin digər şərtlərinə əsasən, 2024-cü il üçün Distribütora 300.000,00 manat məbləğdə debitor limit müəyyən edilmişdir. Limit məbləği ilin sonuna, yəni ## ###### 2024-cü il tarixdə sıfırlanmalı və həmin məbləğdən əlavə yaranan borc, borcun yaranma tarixindən etibarən 7 təqvim qünü ərzində tam ödənilməli idi. Lakin, ödənişlə bağlı müqavilə öhdəlikləri cavabdeh1 Ələskər oğlu tərəfindən yerinə yetirilməmiş və ilin sonuna olan 351.052,00 manat borc ödənilməmişdir. Bundan başqa, tərəflər arasında distribütorluq müqaviləsinə ##.##.2025-ci il tarixli Əlavə razılaşma bağlanmışdır. Əlavə razılaşmaya əsasən, cavabdeh1 Ələskər oğlu aşağıdakılar barədə öhdəlik götürmüşdür: 1. 2025-ci ilin mart ayının 20-dək ilkin olaraq ən azı 40.000 manat ödəniş edilməsi; 2. 40.000 manat ödənişdən sonra, qalıq 311.052,00 manat borcun 9 hissəyə bölünməklə, ##.##.2025-ci il tarixdən başlayaraq 6 ay ərzində, hər ayın sonuncu iş günü ayda 30.000 manat, bundan sonrakı qalıq borcun isə 2025-ci ilin oktyabr, noyabr və dekabr ayları arasında bərabər hissələrlə ödəniş etməklə borcun tam bağlanması. Cavabdeh adı çəkilən əlavə razılaşmanın da şərtlərini pozmuş, ödənişləri vaxtında və tam şəkildə həyata keçirməmişdir. Sonuncu, ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktından da göründüyü kimi, cavabdeh1 Ələskər oğlunun İddiaçı MMC-yə ##.##.2025-ci il tarixə 389.201,65 manat, ##.##.2025-ci il tarixə isə 346.889,38 manat ödənilməmiş borcu qalmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qərardadı ilə cavabdeh cavabdeh3 dair hissədə iş üzrə icraata xitam verilmişdir.
12. Daha sonra iddiaçının qanuni təmsilçisi Ruhin Məmmədov məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək İddiaçı MMC ilə cavabdeh1 Ələskər oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli AS-***/** №-li alqı-satqı müqaviləsinə əsasən 220.474,00 manat borcun və ödənilmiş 647,00 manat dövlət rüsumunun əvəzinin cavabdeh cavabdeh1 Ələskər oğlundan tutularaq iddiaçı İddiaçı MMC yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə EMIS vasitəsi ilə təqdim etdiyi ərizədə göstərilmişdir ki, sonuncu məhkəmə baxışında da ifadə etdiyi kimi, iddiaçı tərəfindən irəli sürülən 52.850 manat borc məbləği cavabdeh1 deyil, Şahid məxsus borcdur və cavabdehə heç bir aidiyyəti yoxdur. Tural adlı müştəridə (Xaçmaz) olan 35.439 manat, Əfqan adlı müştəridə olan 11.600 manat, Elçin adlı müştəridə (Siyəzən) olan 43.091 manat, Nuhbala adlı müştəridə olan 16285 manat şirkətə təhvil verilmişdir. Həmin borclar iddiaçı şirkətin özü tərəfindən yığılacaqdır və cavabdehə aidiyyəti yoxdur. Həmçinin məhkəmə gedişatı mərhələsində cavabdeh tərəfindən ödəniş edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 Ələskər oğlundan 167624 manat borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 457,62 manat pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, tərəflər arasında bağlanan sonuncu (##.##.2025-ci il tarixli) üzləşmə aktından görünür ki, borc məbləği 346889,38 manat göstərilsə də, cavabdeh1 tərəfindən akt “52850 manat borca görə cavabdeh şəxsin Şahid olması, malın onun göstərişi ilə verilməsi” qeydi aparılmaqla imzalanmışdır. Göstərilən hal isə belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh həmin aktı imzalayarkən 52850 manat məbləği qəbul etməmişdir. Bundan əlavə həmin borcun araşdırılması məqsədi ilə əvvəl İddiaçı MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində çalışan Şahid iş üzrə şahid qismində cəlb olunmuşdur. Şahid ##.##.2026-cı il tarixdə məhkəməyə telegramla müraciət edərək bildirmişdir ki, 2025-ci ildə Siyəzən şəhərində sahibkar olan Seymur adlı şəxsə 52850 manat məbləğində malın verilməsini cavabdeh1 Ələskər oğluna o göstəriş vermişdir. Beləliklə, 52850 manat borc məbləğinin cavabdeh cavabdeh1 aidiyyəti iş materialları ilə sübuta yetirilə bilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 398.1, 399.1, 425.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 81, 89.3, 107, 119.1, 217.1, 218.3 və 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Həmin qətnamədən cavabdeh cavabdeh1 Ələskər oğlu apellyasiya şikayəti verərək, qətnamənin 82632 manatlıq hissəsi istisna olmaqla, digər hissədə ləğv edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutları birtərəfli qiymətləndirmiş, Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin və Mülki Məcəllənin fundamental prinsiplərini tamamilə rədd etmişdir. Tərəflər arasında bağlanmış distribütorluq müqaviləsinin formal xarakterindən asılı olmayaraq, reallıqda şikayətçi cavabdeh1 Ələskər oğlu malları fiziki olaraq təhvil almamış, sadəcə sub-müştərilərlə münasibətdə vasitəçilik funksiyasını yerinə yetirmişdir. Həmçinin tərəflərin faktiki fəaliyyəti də sübut edir ki, mallar İddiaçı MMC tərəfindən birbaşa müştərilərə daşınmış və çatdırılmışdır. Sözügedən sub-müştərilərin (Tural, Əfqan, Elçin, Nuhbala və s.) bir çoxu hazırda birbaşa olaraq iddiaçı şirkətlə işləyir, mal dövriyyəsini davam etdirir və öz borclarını birbaşa şirkətin özü ilə rəsmiləşdirirlər. Belə ki, iddia tələbinə daxil edilmiş Tural adlı müştəridə (Xaçmaz) olan 35.439 manat, Əfqan adlı müştəridə olan 11.600 manat, Elçin adlı müştəridə (Siyəzən) olan 43.091 manat, Nuhbala adlı müştəridə olan 16.285 manat şirkətə təhvil verilmişdir. Həmin borclar iddiaçı şirkətin özü tərəfindən yığılacaqdır və cavabdehə heç bir aidiyyəti yoxdur. Həmçinin ##.##.2026-cı il tarixli kassa mədaxil orderindən görünür ki, məhkəmə prosesləri davam etdiyi müddət daxilində cavabdeh1 Ələskər oğlu tərəfindən iddiaçıya 35.000 manat həcmində ödəniş olunmuşdur. Lakin iddia ərizəsində tələb edilən məbləğdən bu məbləğlər çıxılmamışdır. Cavabdehə faktiki olaraq təslim edilməyən malların borcunun Mülki Məcəllənin öhdəlik prinsiplərinə zidd olaraq ondan tələb edilməsi nəinki hüquqi, hər bir cəhətdən absurddur. Həmçinin cavabdeh1 Ələskər oğlu müqavilə münasibətlərində hər zaman vicdanlı tərəf kimi çıxış etmiş və öz real öhdəliyini inkar etməmişdir. Işin real hallarına uyğun olaraq, cavabdehin şəxsən qəbul etdiyi və məsuliyyət daşıdığı borc hissəsi yalnız 82.632 manat təşkil edir. Məhkəmənin müəyyən etdiyi 167.624 manatlıq borcun qalan hissəsi şikayətçiyə deyil, birbaşa iddiaçı şirkətin öz müştərilərinə aid olan və iddiaçının özü tərəfindən birbaşa yığılmalı olan debitor borclardır. İddiaçı MMC-nin məhkəməyə ilkin olaraq 346.889,38 manat həcmində əsassız, uydurma və heç bir iqtisadi mühasibat əsası olmayan iddia irəli sürməsi, tərəflərindən təqdim edilən kəskin və təkzibolunmaz prosessual etirazlar qarşısında isə geri çəkilərək bu rəqəmi 220.474 manata endirməyə məcbur olması qarşı tərəfin maliyyə intizamsızlığının və məhkəməni çaşdırmaq niyyətinin bariz sübutudur. Bu süni "borc oyunları" iddiaçının ilkin maliyyə tələblərinin fərziyyələrdən ibarət olduğunu, qeyri-dəqiq və qərəzli xarakter daşıdığını açıq-aşkar ortaya çıxarır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin imperativ tələbinə görə, hər bir tərəf öz iddialarını mötəbər sübutlarla sübut etməyə borcludur. Lakin iddiaçı şirkət, cavabdeh cavabdeh1 Ələskər oğlunun vicdanlılıq prinsipi çərçivəsində aksept etdiyi 82.632 manatlıq real borc hissəsindən kənarda qalan məbləğlər üzrə hər hansı bir malın rəsmən təslim edildiyini təsdiq edən heç bir ilkin mühasibat sənədi, elektron qaimə-faktura və ya qanunauyğun tərtib edilmiş təhvil-təslim aktı təqdim edə bilməmişdir. Hətta iddiaçı maddi sübutların yoxluğu faktını proses gedişatında belə etiraf etmişdir. Hüquqi təməli və maddi sübutu olmayan, birtərəfli və subyektiv mühasibat qeydlərinin birinci instansiya məhkəməsi tərəfindən əsas götürülməsi MPM-in 217.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Iddia edilən qondarma borca daxil edilmiş və Siyəzən rayonundakı müştəriyə aid olan təxminən 52.850 manat civarındakı borc öhdəliyinin cavabdeh cavabdeh1 Ələskər oğluna aid edilməsi mülki münasibətlər çərçivəsində öhdəliklər hüququnun fundamental prinsiplərinə tamamilə ziddir. Iş materialları və iddiaçının faktiki etirafları ilə təsdiq edilmişdir ki, sözügedən mal-materiallar iddiaçı şirkətin keçmiş direktoru Maşalah Tağıyevin birbaşa, müstəqil göstərişi və rəsmi sifarişi əsasında həmin üçüncü şəxsə (Seymura) aparılıb təslim edilmişdir. Bu borcun şikayətçinin subyektiv məsuliyyət dairəsindən tamamilə kənar olduğu, sonradan keçmiş direktor Maşalah Tağıyevin vəkilinin də iştirak etdiyi rəsmi iclasda iddiaçı şirkət tərəfindən rəsmi, qeyd-şərtsiz şəkildə qəbul və etiraf olunmuşdur. Bu etiraf fonunda, realıqda iddiaçı şirkətin rəhbərliyinin şəxsi göstərişlərindən və risklərindən yaranmış debitor borcların şikayətçinin üzərinə öhdəlik kimi yüklənməsi aşkar şəkildə hüquqi sui-istifadədir və rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Iddiaçı İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindan hər hansı maddi və prosessual hüquq normasının tələbi pozulmamışdır, odur ki, şikayət təmin edilməməlidir. Əvvəla, İddiaçı MMC ilə cavabdeh1 Əlaskar oğlu arasında iki müqavilə – ##.##.2024-cü il tarixli xxxx-027/24 nömrəli Distribütorluq müqaviləsi və ##.##.2025-ci il tarixli AS-***/** nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Ilkin olaraq, cavabdehin iddiaçıya Distribütorluq müqaviləsi üzrə borcu yaranmış, sonradan həmin borc tam şəkildə ödənilmişdir. Iddiaçı isə Distribütorluq müqaviləsi üzrə deyil, Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərdən yaranmış borcla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Distribütorluq müqaviləsi üzrə iddiaçıya olan borcunu ödəsə də, bir neçə öz müştərisinin ona borcu qalmış, satdığı malların pulunun bir hissəsini həmin şəxslərdən geri ala bilməmişdir. Bu halları, habelə iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əməkdaşlıq münasibətlərini nəzərə alaraq, iddiaçı cavabdehə güzəştə gedərək, həmin vaxta qədər cavabdehin Distribütorluq müqaviləsi üzrə ona borclu qalan bir neçə müştərisindən ödənilməli olan vəsaitlərin yığılmasını öz üzərinə götürmüş və həmin məbləğləri cavabdehin Alqı-satqı müqaviləsi üzrə olan borcundan çıxmışdır. Halbuki, Distribütorluq müqaviləsinin şərtlərinə əsasən, borcun ödənilməməsinə görə bütün məsuliyyət, malların hansı müştərilərə və ya kimin tələbi, tapşırığı və ya xahişi ilə verilməsindən asılı olmayaraq, distribütorun üzərinə düşürdü. Həmin şəxslərin ümumi borcu 91.415 manat təşkil etmişdir: Nuhbala – 16.285 manat, Elçin – 43.091 manat, Əfqan – 11.600 manat, Tural – 20.439 manat. Bundan başqa, cavabdeh tərəfindən məhkəmə baxışı zamanı 35.000 manat ödəniş edildiyi nəzərə alınaraq, iddia tələbinin məbləği aşağıdakı qaydada hesablanmışdır: 346.889 – 35.000 – 91.415 = 220.474 manat. Beləliklə, iddia tələbinin məbləği 220.474 manat həcmində saxlanılmışdır. Göründüyü kimi, məhkəmə prosesi dövründə ödənilmiş vəsaitlər, habelə bundan sonra iddiaçının özü tərəfindən cavabdehin borclularından tutulacaq məbləğlər iddia tələbinin məbləğindən çıxılmışdır. Cavabdehin özü də bu halları bildiyi halda, apellyasiya şikayətində qeyd olunanların əksini iddia etməsi təəccüb doğurur. Bundan başqa, təəccüb və təəssüf doğuran hal ondan ibarətdir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının cavabdehə güzəştlər etməsinə baxmayaraq, cavabdeh apellyasiya şikayətində bunları İddiaçı MMC-nin məhkəməyə ilkin olaraq 346.889,38 manat həcmində əsassız, uydurma, heç bir ilkin mühasibat sənədi olmayan iddia irəli sürməsi, tərəfimizdən kəskin təkzib olunmaz prosessual etirazlar qarşısında isə geri çəkilərək bu rəqəmi 220.474 manata məcbur olması qarşı maliyyə imkansızlığının məhkəməni çaşdırmaq niyyətinin” ifadəsi kimi təqdim etmişdir. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar həqiqəti əks etdirmir, işi yubatmaq və məhkəmə qərarının icrasını qəsdən gecikdirmək məqsədini daşıyır.
Apellyasiya baxışı, izahatlar:
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1 və 598.2-ci maddələrinə əsasən, alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməli, hissə-hissə ödəniş nəzərdə tutulmadıqda isə verilmiş əşyanın qiymətini satıcıya tam ödəməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən 82632 manatlıq hissə istisna olmaqla, digər hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları və tərəflərin izahatları ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Iş materiallarından görünür ki, tərəflər arasında əvvəlcə ##.##.2024-cü il tarixli xxxx-027/24 nömrəli distribütorluq müqaviləsi, daha sonra ##.##.2025-ci il tarixli əlavə razılaşma və ##.##.2025-ci il tarixli AS-***/** nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Iddiaçı birinci instansiya məhkəməsində tələbin məbləğini 220.474 manata azaltmış və həmin tələbi məhz ##.##.2025-ci il tarixli alğı-satqı müqaviləsi ilə əlaqələndirmişdir. Buna görə hazırkı mübahisədə borcun hüquqi əsasının qiymətləndirilməsi yalnız distribütorluq müqaviləsinin şərtləri ilə məhdudlaşdırıla bilməz; alğı-satqı müqaviləsi, tərəflərin sonrakı hesablaşmaları, üzləşmə aktları və edilmiş ödənişlər birlikdə qiymətləndirilməlidir. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli **** nömrəli sonuncu qarşılıqlı üzləşmə aktında ##.##.2025-ci il tarixinə cavabdehin iddiaçıya 346.889,38 manat borcu göstərilmiş və cavabdeh aktı imzalayarkən yalnız 52.850 manat məbləğində borca dair xüsusi qeyd aparmışdır.
29. Apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdehin faktiki olaraq malları qəbul edən alıcı deyil, sub-müştərilərlə münasibətdə vasitəçi olması və malların iddiaçı tərəfindən birbaşa həmin şəxslərə çatdırılmasıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının apellyasiya şikayətinə etirazında distribütorluq müqaviləsi üzrə borcun sonradan tam ödənildiyi, hazırkı tələbin isə ##.##.2025-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn qalıq borca aid olduğu göstərilmişdir. Buna görə cavabdehin distribütorluq münasibətlərində faktiki funksiyasına dair dəlil hazırkı pul tələbinin mövcudluğunu özlüyündə aradan qaldırmır; həlledici məsələ azaldılmış tələb üzrə qalıq borcun alğı-satqı münasibətləri və hesablaşma sənədləri ilə təsdiq olunub-olunmamasıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktı tərəflər arasında davam edən müqavilə münasibətləri dövründə tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış ikitərəfli hesablaşma sənədidir. Həmin akt borcun yaranmasının bütün ilkin sənədlərini əvəz edən və qabaqcadan müəyyən edilmiş qüvvəyə malik sübut kimi deyil, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bununla belə, cavabdehin aktda ümumi borc qalığını imzası ilə təsdiqləməsi və yalnız 52.850 manat barədə ayrıca qeyd aparması, qalan məbləğə münasibətdə hesablaşmanın nəticəsini qəbul etdiyinə dair mühüm sübut əhəmiyyəti daşıyır.
31. Cavabdehin ayrı-ayrı müştərilərdən alacaqlarının qalması onun iddiaçı qarşısında yaranmış öhdəliyini avtomatik aradan qaldırmır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı Tural, Əfqan, Elçin və Nuhbala adlı şəxslərdən yığılmasını öz üzərinə götürdüyü borcları cavabdehin üzərində saxlamamış, həmin məbləğləri azaldılmış iddia tələbindən çıxmışdır. Buna görə bu üçüncü şəxslərə aid borcların cavabdehdən ikinci dəfə tələb edilməsi barədə apellyasiya dəlili iş materialları ilə təsdiq olunmur.
32. Belə ki, Nuhbala adlı şəxsdə olan 16.285 manat, Elçin adlı şəxsdə olan 43.091 manat, Əfqan adlı şəxsdə olan 11.600 manat, Tural adlı şəxsdə ilkin 35.439 manat borcdan 15.000 manat ödəniş çıxıldıqdan sonra qalan 20.439 manat, habelə cavabdeh tərəfindən ödənilmiş 35.000 manat ümumi borc qalığından çıxılmışdır. Nəticədə ##.##.2025-ci il tarixli üzləşmə aktında göstərilmiş 346.889 manat məbləğdən 91.415 manat üçüncü şəxslər üzrə borc və 35.000 manat ödəniş çıxılmaqla iddia tələbi 220.474 manata endirilmişdir (346.889 - 91.415 - 35.000 = 220.474). Bu hesablama apellyasiya şikayətində göstərilən üçüncü şəxslərin borclarının artıq iddia tələbində nəzərə alınmadığını göstərir.
33. Cavabdeh 82.632 manat məbləğində borcu qəbul edir, 167.624 manat məbləğində tutulmuş borcun bundan artıq hissəsini isə mübahisələndirir. Lakin ##.##.2025-ci il tarixli üzləşmə aktını imzalayarkən cavabdeh ümumi borc qalığına münasibətdə yalnız 52.850 manat barədə xüsusi qeyd aparmış, qalan məbləğə dair başqa istisna və ya etiraz göstərməmişdir. Birinci instansiya məhkəməsi həmin 52.850 manatlıq qeydi Şahid ##.##.2026-cı il tarixli teleqramdakı izahatı ilə birlikdə qiymətləndirərək bu məbləği cavabdehin borcundan çıxmışdır.
34. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Üzləşmə aktındakı qeyd və Şahid izahatı birlikdə qiymətləndirildikdə 52.850 manat məbləğində məhsulun verilməsinin cavabdehin müstəqil sifarişi ilə deyil, Şahid göstərişi ilə həyata keçirildiyi təsdiqlənir. Bu səbəbdən həmin məbləğin cavabdehə aid edilməməsi əsaslıdır və azaldılmış 220.474 manat tələb məbləğindən çıxılmalıdır.
35. Beləliklə, 220.474 manat azaldılmış tələb məbləğindən 52.850 manat çıxıldıqda 167.624 manat qalıq borc yaranır. Cavabdehin yalnız 82.632 manat borcu qəbul etməsi qalan 84.992 manatın mövcud olmadığını özlüyündə sübut etmir. Həmin 84.992 manatın ödənildiyini, iddiaçı tərəfindən yığılması qəbul edilmiş üçüncü şəxs borclarına daxil olduğunu və ya başqa hüquqi əsasla cavabdehin öhdəliyindən çıxarıldığını təsdiq edən ayrıca mötəbər sübut təqdim edilməmişdir.
36. Apellyasiya şikayətində iddiaçının borcun yaranmasını təsdiq edən ilkin mühasibat sənədləri, elektron qaimə-fakturalar və təhvil-təslim sənədlərini tam həcmdə təqdim etmədiyi bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil ayrıca deyil, işdə olan bütün sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir.
37. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə borcun yaranmasını ilkin olaraq sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı işdə iddiaçı bunu yalnız birtərəfli maliyyə arayışı ilə deyil, tərəflərin bağladıqları müqavilələr, əlavə razılaşma, müxtəlif tarixli qarşılıqlı üzləşmə aktları, cavabdehin 35.000 manat ödənişi, onun borcun 82.632 manat hissəsini qəbul etməsi və xüsusilə ##.##.2025-ci il tarixli ikitərəfli üzləşmə aktı ilə əsaslandırmışdır. Bu sübutlar məcmu halda iddiaçının ilkin sübutetmə yükünü yerinə yetirdiyini göstərir. Bundan sonra aktda qəbul edilmiş qalıq məbləğin ödənildiyini və ya konkret hissələrinin cavabdehə aid olmadığını təsdiq edən halları sübut etmək vəzifəsi həmin hallara istinad edən cavabdehin üzərinə düşür. Iş materiallarında isə 52.850 manatlıq xüsusi qeyd və artıq iddia tələbindən çıxılmış 91.415 manatlıq üçüncü şəxs borclarından başqa, 167.624 manat qalıq məbləğin daha da azaldılmasını əsaslandıran mötəbər sübut yoxdur.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin əsaslandırmasında distribütorluq münasibətlərinə daha geniş istinad edilsə də, iddiaçının azaldılmış tələbi ##.##.2025-ci il tarixli alğı-satqı müqaviləsi ilə əlaqələndirdiyindən mübahisəli borcun hüquqi əsası həmin müqavilə və onunla bağlı hesablaşma sənədləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Apellyasiya instansiyası tam hüquqlu məhkəmə kimi işdə olan sübutları bu qaydada qiymətləndirərək müəyyən edir ki, 220.474 manat azaldılmış tələb məbləğindən əsaslı olaraq 52.850 manat çıxıldıqdan sonra 167.624 manat qalıq borcun mövcudluğu sübutlar məcmusu ilə təsdiqlənir. Birinci instansiya məhkəməsinin müqavilə münasibətinin hüquqi əsasını əsaslandırmasındakı qeyd edilən natamamlıq nəticənin düzgünlüyünə təsir etmədiyindən, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas yoxdur. Buna görə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdeh cavabdeh1 Ələskər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.