Məhkəmə qərarları › İş №e-2-2(3-6)-813/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-813/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-813/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Elşən Uğur oğlu Abdullayevin məruzəsi ilə, hakimlər X2 və X6 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdehə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: 1.İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.606,49 manat pul vəsaitinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ üzrə 5.142,55 manat, 287,25 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 60.506 manat 49 qəpik məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 5.142 manat 55 qəpik məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 287 manat 25 qəpik məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin təmin edilən hissədə ləğv edərək, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, İş apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmışdır.

5. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır

6. Qeyd edilən qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən yenidən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti ilkin olaraq Bakı Kommersiya Məhkəməsi tərəfindən yoxlanılaraq heç bir nöqsan, çatışmazlıq olmadığı müəyyən edilməklə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, bundan sonra apellyasiya instansiyası şikayətin mümkünlüyünü yoxlayaraq büdcə təşkilatı olan cavabdeh “Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ tərəfindən verilmiş şikayətə görə dövlət rüsumunun ödənilməli olduğu qənaətinə gələrək qəbul etdiyi ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadla işi apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Bakı Kommersiya Məhkəməsi də apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadla cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan şikayət vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*-*(*-*)-***/**** nömrəli qərardadı elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixində təqdim olunmuşdur. Şikayət təmin olunmadığından dövlət rüsumunu ödəyərək yenidən apellyasiya şikayəti ilə müraciət etmək zərurəti yaranmışdır. Lakin qanunvericilikdə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən ötürmüşlər. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi şikayət üzrə dövlət rüsumunun ödənilib-ödənilməməsi məsələsi üzrə mübahisə yarandığından məsələyə məhkəmə tərəfindən baxılıb məhkəmə aktı qəbul edilənə kimi yenidən apellyasiya şikayəti ilə müraciət olunmamışdır. Hazırda həmin məsələ həll olunduğundan apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün buraxılmış prosessual müddət bərpa edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması qərara alınmışdır.

10. Hazırda cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı qanunvericiliyin tələbini pozmaqla qəbul edilmişdir, yəni buraxılmış müddət üzrlü olmasına baxmayaraq qərəzli olaraq bərpa olunmamışdır. Qanunvericiliyin tələbləri pozulduğundan həmin qərardad ləğv edilməli və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlər və digər iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilməlidir.

12. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2006-cı il tarixli qərarı: Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

16. İş üzrə gəlinən nəticəni mübahisələndirən cavabdehin şikayətinin dəlilləri qətnamədən ilk dəfə vaxtında apellyasiya şikayəti verdiyini, şikayətə verməyə görə dövlət rüsumu ödənilməsi məsələsinə aydınlıq gətirilməsini gözlənildiyindən müddətin ötdüyündən ibarətdir.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin şikayətinin dəlillərinə əsasən prosessual müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilə bilməz.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən ilkin olaraq təqdim edilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə qeyrimümkün hesab edilmişdir. Cavabdeh tərəf qeyd edilmiş qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulsa da, bu qərardaddan kassasiya şikayəti verməmişdir. Yəni, cavabdeh tərəf Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadında qeyd etmiş olduğu, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi mövqeyi ilə razı olmuşdur. Ancaq buna baxmayaraq cavabdeh tərəf, yeni apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermək əvəzinə, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı birinci instansiya Məhkəməsi tərəfindən formal tələblərə əməl edilməsini gözləmiş, bundan sonra Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli apellyasiya şikayətinin geri qaytarılması qərardadından şikayət vermiş və bu qərardad da, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış və qərardad tərəflərin elektron kabinetinə ##.##.2026 il tarixdə yerləşdirilmişdir.

19. Cavabdeh tərəf bu halda da, ikinci apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni hər hansı bir üzürlü səbəb olmadan ##.##.2026-cı il tarixdə vermişdir.

20. Göstərilən hallar cavabdehin prosessual hüquqlarından lazımi qaydada və vaxtında istifadə etmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası üçün qanunla nəzərdə tutulmuş üzürlü səbəblər mövcud deyildir.

21. Beləlilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə cavabdehin ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

22. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar