Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-821/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimlər X sədrliyi və məruzəsi ilə, X2 və XX2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. Iddiaçı tərəfindən cavabdehə ##.##.2023-cü il tarixli EBDU ****** nömrəli 1073,33 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 10733,28 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 22048,54 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 1963,52 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
2. ##.##.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 163,73 manat məbləğində (EBDU ****** nömrəli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
3. ##.##.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 1637,28 manat məbləğində (EBDV ****** nömrəli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
4. ##.##.2023-cü il tarixli ödəniş tapşırığına görə cavabdeh tərəfindən iddiaçıya 3363,34 manat məbləğində (EBDV ****** nömrəli, ##.##.2023-cü il tarixli e-qaiməyə əsasən) ödəniş edilmişdir.
5. Iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına ##.##.2023-cü il tarixdə 909,60 manat, ##.##.2023-cü il tarixdə 9096,00 manat, ##.##.2023-cü il tarixdə 9000,00 manat ödəniş olunmuşdur.
6. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Internet Vergi Idarəsi üzrə hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli, EBDV ****** nömrəli, ##.##.2023-cü il tarixli, EBDV ****** nömrəli e-qaimələr bilavasitə cavabdeh tərəfindən, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli, ##.##.2023-cü il tarixli EBDU ****** nömrəli elektron qaimələr isə sistem tərəfindən təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
7. Iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.648,72 manat əsas borc, ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 4.802,41 manat və məhkəmə xərcləri üçün ödənilən 140,00 manat, cəmi 16.591,13 manat borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli **-*** saylı alqı-satqı müqaviləsi əsasında EBDU538482 (07.12.23), EBDV644317 (21.12.23), EBDV688422 (21.12.23), EBDV761655 (22.12.23) e-Qaimələrə əsasən cəmi 35.818,67 azn (ƏDV daxil) dəyərində mallar “xxxx” MMC-yə satılmış və indiyə qədər cəmi 24.169,95 azn (ƏDV daxil) ödəniş edilmişdir. Aralarındakı müqavilənin 5-ci maddəsinə əsasən və müqavilənin ayrılmaz hissələri olan X6 əsasən malların dəyəri mallar təhvil verildikdən sonra 15-30 gün ərzində 100% ödənilməlidir. Bu günədək dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq EBDV688422 və EBDV****** saylı e-Qaimələrə əsasən yaranmış 11.648,72 azn (ƏDV daxil) borc məbləği ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1 faizi miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq “xxxx” MMC vaxtında ödəmə etmədiyi üçün İddiaçı MMC-yə 4.802,41 azn əlavə cərimə ödəməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 11648,72 manat əsas borc, 124,95 manat dövlət rüsumu, ümumilikdə 11773,67 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 15,05 manat dövlət rüsumunun iddiaçı İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 35818,67 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmiş, təhvil verilmiş malların müqabilində yalnız 24169,95 manat ödəniş edilmiş, qalıq 11648,72 manat borc ödənilməmişdir.
11. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında imzalanmış dəbbə pulu haqqında yazılı razılaşma təqdim olunmamış, belə bir razılaşmanın olmaması müəyyən edilmişdir. Odur ki, tərəflər arasında pulun ödənilməsi ilə bağlı öhdəliyin icra edilməməsi ilə bağlı dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 462.1, 463.1, 567, 598.1, 598.2, 600.1 və 600.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə mövcud olmamış və cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir. Bundan başqa məhkəmə iclasında cavabdehin iştirakının təmin olunmaması onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçı İddiaçı MMC ilə aralarında müəyyən malların alqı-satqısı iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi olmadan həyata keçirilsə də, alınmış malların ödənişi tam şəkildə həyata keçirilmiş, iddiaçıya hər hansı məbləğdə borc qalmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasına dair hər hansı bir sübut olmadan məhkəmənin iddiaçı ilə cavabdeh arasındakı münasibətə öhdəlik münasibətlərindən irəli gələn mübahisə kimi qiymət verməsi hüquqi baxımdan düzgün deyildir. Alınan mallarının dəyərinin hansı müddətdə ödəniləcəyi barədə tərəflər arasında hər hansı razılığın olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna baxmayaraq alınan malların dəyəri tam şəkildə ödənilmişdir. Iddia ərizəsində iddiaçı İddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olması qeyd olunsa da, tərəflər arasındakı mübahisə məhkəmə tərəfindən şifahi alqı-satqı müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirilmiş, tərəflər arasında hər hansı müqavilə mövcud olmamışdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun tərəfindən iddiaçıya borcun olmaması barədə sübutlar məhkəməyə təqdim olunmamış, nəticədə məhkəmə tərəfindən düzgün olmayan qətnamə qəbul olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etiraz:
15. Iddiaçı İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində cavabdeh iddia edir ki, tərəflər arasında heç bir müqavilə mövcud olmamışdır. Buna görə də öhdəlik yaranmamışdır. Lakin bu arqument iş materialları ilə tam təkzib olunur. Birinci instansiya məhkəməsi tərəfindan müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2023-cü il və 21–##.##.2023-cü il tarixlərində ümumi məbləği 35.818,67 manat olan mallar elektron qaimələr əsasında təqdim edilmiş, həmin qaimələrin bir hissəsi cavabdehin özü tərəfindən təsdiq edilmiş, digər hissəsi isə Vergi orqanının informasiya sistemi tərəfindən təsdiqlənmişdir. Eyni zamanda cavabdeh həmin malların müqabilində müxtəlif tarixlərdə 24.169,95 manat ödəniş etmişdir. Bütün e-qaimələrdə müqavilə qeyd edilmiş və ödənişlər də e-qaimələrə əsasən edilmişdir. Əgər tərəflər arasında heç bir hüquq münasibəti mövcud olmasaydı, cavabdeh tərəfindən malların qismən ödənilməsi mümkün olmazdı. Beləliklə, cavabdehin öz hərəkətləri onun malları qəbul etdiyini və ödəniş öhdəliyini tanıdığını təsdiq edir. Apellyasiya şikayətində müqavilənin olmaması əsas gətirilir. Bu tamamilə əsassızdır, çünki həm tərəflər arasında fəaliyyət başlayanda müqavilə hazırlanmış WhatsApp vasitəsi ilə həmin firmanın işçisi Mircəlal adlı şəxsə göndərilmiş, lakin imzalı versiyası geri qaytarılmamışdır, həm də bütün satışlar zamanı e-qaimələrdə müqavilə qeyd edilmişdir. Eyni zamanda AR Mülki Məcəlləsinə əsasən alqı-satqı münasibətləri yalnız yazılı müqavilə ilə məhdudlaşmır. Malların faktiki təqdim edilməsi, qəbul edilməsi, elektron qaimələrin təsdiqi və qismən ödənişlərin həyata keçirilməsi tərəflər arasında alqı-satqı münasibətlərinin yarandığını sübut edir. Birinci instansiya məhkəməsi də məhz bu sübutlara əsasən tərəflər arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin mövcud olduğunu müəyyən etmişdir. Apellyasiya şikayətində göstərilir ki, guya bütün borc tam ödənilmişdir və bununla bağlı sübutlar sonradan təqdim olunacaqdır. Lakin apellyasiya şikayətinə həmin ödənişi təsdiq edən heç bir sənəd əlavə edilməmişdir, birinci instansiyada da belə sübut təqdim edilməmişdir, məhkəmə bank çıxarışlarını araşdıraraq faktiki ödənilmiş məbləğin 24.169,95 manat olduğunu müəyyən etmişdir. Apellyasiya şikayətində cavabdeh bildirir ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin qətnamədən açıq görünür ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdar edilmiş, buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir. Belə olan halda məhkəmənin işi cavabdehin iştirakı olmadan baxması Mülki Prosessual Məcəlləyə tam uyğundur, öz prosessual hüquqlarından istifadə etməyən tərəf sonradan bunu qətnamənin ləğvi üçün əsas kimi irəli sürə bilməz. Məhkəmə iddiaçının tələb etdiyi 4.802,41 manat dəbbə pulunu təmin etməmiş, yalnız əsas borcu tutmuşdur. Yəni məhkəmə təqdim edilmiş sübutları obyektiv qiymətləndirərək iddianı tam deyil, qismən təmin etmişdir. Bu hal məhkəmənin qərəzsiz və obyektiv araşdırma apardığını bir daha təsdiq edir.
Apellyasiya baxışı, izahatlar:
16. Məhkəmə iclasında cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. -331.1-ci maddəsinə əsasən, əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir; bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən üsuldan istifadə olunduqda imza tələbi yerinə yetirilmiş sayılır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtləri təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, tərəflərin həqiqi iradəsi, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və onların sonrakı hərəkətləri də nəzərə alınır. -405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.2-ci maddəsinə görə alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiyməti satıcıya tam ödəməyə borcludur. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilir və bu barədə onlara həmin sistem vasitəsilə elektron qaydada məlumat çatdırılır. -185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya həmin səbəblər üzürsüz hesab edildikdə məhkəmə işə onun iştirakı olmadan baxmağa haqlıdır. -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Iş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə elektron qaimələr əsasında ümumilikdə 35.818,67 manat (ƏDV daxil) dəyərində mallar təqdim etmiş, cavabdeh həmin malları qəbul etmiş və onların dəyərinin bir hissəsini ödəmişdir. Beləliklə, tərəflərin elektron sənədlərdə və sonrakı faktiki davranışlarında ifadə olunan qarşılıqlı iradəsi əsasında alqı-satqı münasibətləri yaranmışdır. Cavabdeh ödəniş öhdəliyini tam icra etmədiyindən 11.648,72 manat qalıq borc yaranmışdır.
25. Mülki Məcəllənin 567, 598.1 və 598.2-ci maddələrinin mənasına görə alıcı qəbul etdiyi malın müəyyən edilmiş qiymətini tam ödəməyə borcludur. Buna görə cavabdehin qəbul etdiyi malların ödənilməmiş dəyərinin tutulması tələbi müqavilə və qanundan irəli gələn ödəniş öhdəliyinə əsaslanır.
26. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında müqavilənin və borc öhdəliyinin mövcud olmadığını bildirsə də, bu dəlil iş materialları ilə təkzib olunur. Iddiaçı tərəfindən cavabdehə ##.##.2023-cü il tarixli EBDU ****** nömrəli 1.073,33 manat, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 10.733,28 manat, ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 22.048,54 manat və ##.##.2023-cü il tarixli EBDV ****** nömrəli 1.963,52 manat məbləğində elektron qaimələr təqdim edilmişdir. Qaimələrin ümumi məbləği 35.818,67 manatdır. EBDV 688422 və EBDV ****** nömrəli elektron qaimələr bilavasitə cavabdeh, digər iki qaimə isə informasiya sistemi tərəfindən təsdiq edilmişdir.
27. Ödəniş tapşırıqları ilə 163,73 manat, 1.637,28 manat və 3.363,34 manat olmaqla cəmi 5.164,35 manat, bank hesabından çıxarışla isə 909,60 manat, 9.096 manat və 9.000 manat olmaqla cəmi 19.005,60 manat ödəniş təsdiq edilir. Beləliklə, cavabdehin ümumi ödənişi 24.169,95 manat, təqdim edilmiş malların dəyəri ilə ödənilmiş məbləğ arasındakı fərq isə 11.648,72 manat təşkil edir. Bu hesablamalar bir-birini tamamlayan ilkin ödəniş sənədlərinə əsaslanır.
28. Cavabdeh malların dəyərinin tam ödənildiyini bildirsə də, 24.169,95 manatdan əlavə ödəniş etdiyini təsdiq edən bank sənədi, qarşılıqlı hesablaşma aktı, kassa sənədi və ya digər mötəbər sübutu nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. MPM-in 77.1-ci maddəsinə görə tam icra barədə dəlili sübut etmək vəzifəsi həmin hala istinad edən cavabdehin üzərinə düşür.
29. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı münasibətlərinin mövcudluğu yalnız hər iki tərəfin imzaladığı vahid kağız müqavilə ilə sübut olunmur. Mülki Məcəllənin 329.3 və 331.1-ci maddələrinə əsasən tərəfin iradəsi onun davranışından, habelə şəxsi dürüst müəyyən etməyə imkan verən elektron sənədlərdən də müəyyən oluna bilər. Malların təqdim edilməsi, elektron qaimələrin qəbul və təsdiq olunması, ödəniş sənədlərində həmin qaimələrə istinad edilməsi və qismən ödənişlərin həyata keçirilməsi müqavilənin predmeti və qiyməti barədə tərəflərin razılaşdırılmış iradəsini və alqı-satqı əqdlərinin faktiki icrasını təsdiq edir.
30. Iş materiallarında olan ##.##.2023-cü il tarixli, **-*** nömrəli sənəd yalnız iddiaçı tərəfindən imzalanıb möhürləndiyindən həmin sənəd özlüyündə cavabdehin sənəddəki bütün şərtləri, o cümlədən dəbbə pulu barədə şərti qəbul etdiyini təsdiq etmir. Lakin bu hal elektron qaimələr və ödəniş sənədləri ilə təsdiqlənən ayrıca mal alqı-satqısı əqdlərinin mövcudluğunu aradan qaldırmır. Buna görə əsas borcun tutulması yalnız imzalanmamış müqavilə layihəsinə deyil, tərəflərin elektron sənədlərlə rəsmiləşən və faktiki icra olunan davranışına əsaslanır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi barədə dəlilini də əsassız hesab edir. MPM-in 135.8-ci maddəsinə uyğun olaraq kommersiya mübahisəsi üzrə məhkəmə sənədləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və bu barədə onun mobil telefon nömrələrinə SMS məlumatları göndərilmişdir. Bundan əlavə, bildiriş cavabdehin dövlət qeydiyyatında olan ünvanına poçt vasitəsilə göndərilmişdir. Iş materiallarında olan elektron çatdırılma məlumatları cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini təsdiq edir. Cavabdeh isə həmin məlumatların ona aid olmadığını və ya bildirişin çatdırılmadığını təsdiq edən sübut təqdim etməmişdir. Buna görə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
32. Birinci instansiya məhkəməsinin dəbbə pulunun tutulması tələbinin rədd edilməsi barədə hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Buna görə həmin hissə apellyasiya baxışının predmeti deyil və onun əsaslılığı hazırkı icraat çərçivəsində yoxlanılmır. Həmin hissənin qüvvədə qalması əsas borcun mövcudluğunu təsdiq edən elektron qaimə və ödəniş sənədlərinin sübut əhəmiyyətinə təsir etmir.
33. Beləliklə, elektron qaimələr, onların təsdiqinə dair məlumatlar, ödəniş tapşırıqları və bank hesabından çıxarış birlikdə qiymətləndirildikdə malların cavabdehə təqdim edilməsi, onların qismən ödənilməsi və 11.648,72 manat qalıq borcun mövcudluğu sübuta yetirilir. Apellyasiya şikayətində bu nəticəni təkzib edən yeni və mötəbər sübut göstərilməmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir