Məhkəmə qərarları › İş №e-2-2(3-6)-874/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-874/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-874/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 oğlunun ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, xxxx-071/2* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaimə-fakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür; 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı tərəfindən tədarük olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Malların qiymətlərinin sonradan dayışməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında ola bilər; 4.3-cü bəndinə əsasən müqavilə üzrə ödənişlər, mallar alıcıya tam təhvil verildikdən sonra tərəflər arasında təsdiqlənən müvafiq təhvil-təslim aktı və satıcı tərəfindən təqdim olunan ödəniş sənədləri (hesab-faktura, eqaimə və s.) əsasında müqavilənin müvafiq əlavələrində qeyd olunan müddət ərzində nağdsız hesablaşmalar qaydasında aparılır; 9.5-ci bəndinə əsasən alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq satıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq, malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1% məbləğində dəbbə pulu ödəyəcək. Müqavilə tərəflərin imzası və “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. ##.##.2024-cü il tarixli, xxxx-071/2* nömrəli alqı-satqı müqaviləsinə ##.##.2024cü il tarixli, * nömrəli əlavə olan qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların satış qiyməti barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

3. ##.##.2024-cü il tarixli, xxxx-071/2* nömrəli alqı-satqı müqaviləsinə ##.##.2024cü il tarixli, * nömrəli əlavə olan qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların satış qiyməti barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. ##.##.2024-cü il tarixli, xxxx-071/2* nömrəli alqı-satqı müqaviləsinə ##.##.2024cü il tarixli, * nömrəli əlavə olan qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların satış qiyməti barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

5. ##.##.2024-cü il tarixli, xxxx-071/2* nömrəli alqı-satqı müqaviləsinə ##.##.2025-ci il tarixli, * nömrəli əlavə olan qiymət razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların satış qiyməti barədə razılığa gəlmişdirlər. Əlavə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

6. ##.##.2025-ci il tarixli, *** saylı qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMCnin İddiaçı MMC-yə ##.##.2025-ci il tarixinə olan borcu 291047 manat təşkil edir. Üzləşmə aktı tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixinə olan borcu 289674 manat təşkil edir.

8. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixində 100000 manat, ##.##.2025-ci il tarixində 100000 manat, ##.##.2025-ci il tarixində 89674 manat olmaqla, ümumilikdə 289674 manat məbləğində borcun ##.##.2025-ci il tarixinə qədər sıfırlanacağı qeyd edilmişdir. Qeyd edilir ki, Cavabdeh MMC ödəniş qrafikində qeyd edilən tarixdə borcun ödənilməsi həyata keçiriləcəkdir.

9. Cavabdeh MMC tərəfindən tərtib edilmiş ödəniş qrafikinə əsasən ##.##.2025-ci il tarixinə qədər 259674 manat məbləğindəki borcun sıfırlanacağı qeyd edilmişdir. Qeyd edilir ki, Cavabdeh MMC ##.##.2025-ci il tarixinə kimi bankdan kredit götürəcək və ödəniş qrafikində qeyd edilən tarixdə borcun ödənilməsi həyata keçiriləcəkdir.

10. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2026-cı il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “X1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 59674 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi ***** nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış yemin dəyəri qeyd edilmişdir.

11. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2026-cı il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “X1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 90000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi ***** nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış yemin dəyəri qeyd edilmişdir.

12. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2026-cı il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “X1 MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 110000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı və əsası kimi ***** nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış yemin dəyəri qeyd edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2025- ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 20 təqvim günü ərzindəödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. İddiaçı MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 259.674 manat məbləğində borcun ödənilməsi ilə bağlı tərəflər arasında ##.##.2025-ci il tarixdə razılıq əldə edlmiş və həmin razılığa əsasən borcun ödənilməsinin son müddəti ##.##.2025-ci il tarix müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

15. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış malların alqı-satqısı haqqında ##.##.2024- cü il tarixli, xxxx-071/24 saylı alqı-satqı müqaviləsinə əsasən 259674 manat əsas borc, 20000 manat gecikdirməyə görə dəbbə pulu olmaqla, cəmi 279674 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 570 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların (heyvanlar üçün yem məhsullarının) alqı-satqısı haqqında ##.##.2024-cü il tarixli, xxxx-071/24 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaiməfakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, alqı-satqı müqaviləsinin müvafiq əlavələrinə (qiymətlərin razılaşdırılması protokoluna) əsasən alıcı malların dəyərinin ödənişini təhvil verilmiş malların miqdarına uyğun olaraq, mallar təhvil verildikdən sonra 45 gün ərzində həyata keçirməli idi. Lakin Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmiş, mütəmadi olaraq ödənişlərdə gecikdirmələrə yol verilmişdir. ##.##.2025-ci il tarixdə aparılmış qarşılıqlı hesablaşmalara və tərəflər arasında təsdiqlənmiş eyni tarixli *** saylı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə 291047 manat məbləğində borcu olmuş, sonradan həyata keçirilmiş mal alışı və müəyyən ödənişlərdən sonra qalıq borcun məbləği 289674 manat təşkil etmişdir. ##.##.2025-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərilərək, 289674,00 manat borcunun tam şəkildə ödənilməsi tələb olunmuşdur. Məktuba cavab olaraq, İddiaçı MMCyə ödəniş qrafiki təqdim edilmişdir. Həmin qrafikə əsasən cavabdeh ##.##.2025-ci il tarixdə 100000 manat, ##.##.2025-ci il tarixdə 100000 manat, ##.##.2025-ci il tarixdə isə 89674 manat ödəniş etməklə borcun tam bağlanması barədə öhdəlik götürmüşdür. Lakin qrafik üzrə ödənişlər də tam və vaxtında aparılmamış, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə 15000 manat olmaqla, ümumilikdə 30000 manat ödəniş edilmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə gecikmədə olan 259674 manat borcu qalmışdır. Qeyd olunanlarla bağlı cavabdehə təkrarən xəbərdarlıq məktubu göndərilmiş, lakin bu vaxtadək həmin borc iddiaçıya ödənilməmişdir. Şifahi və yazılı xəbərdarlıqlardan əlavə, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron qaydada vergi kargüzarlığı vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin cavabdeh həmin xəbərdarlıqlara da hər hansı münasibət bildirməmişdir.

17. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış malların alqı-satqısı haqqında ##.##.2024-cü il tarixli, xxxx-071/24 saylı alqı-satqı müqaviləsinə əsasən gecikdirməyə görə 20000 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 570 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20570 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 448.1, 462.1, 464.1-ci maddələrinə istinad olunmuşdur

19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətidən 12900 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,75 manat olmaqla, ümumilikdə 12996,75 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə malları təhvil vermiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Yaramış borc məbləği ödənilmədiyindən iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsinə əsasən 259674 manat əsas borc və 20000 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Həmçinin təqdim olunmuş sübutlardan müəyyən olunub ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ##.##.2025ci il tarixinə olan borcu 291047 manat, ##.##.2025-ci il tarixinə olan borcu 289674 manat təşkil etmiş, həmin borcun ##.##.2025-ci il tarixinə qədər, daha sonra qalan 259674 manatın ##.##.2025-ci sıfırlanacağı razılaşdırılmış, lakin qeyd olunan borc ödənilməmişdir. Məhkəmə icraatının gedişində həmin məbləğ cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 20000 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Məhkəmə qanunvericilik normalarını, işin müəyyən edilmiş hallarını, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərini nəzərə alaraq hesab edib ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edib ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq 12900 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı 570 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq hesab edib ki, ödənilmiş dövlət rüsumuna görə 96,75 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, 598.2-ci maddələrinə istinad etmişdir.

22. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək azaldılmış iddia tələbinin 35 günə münasibətdə, 1236,98 manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisədən Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən ##.##.2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından sonra məlumatlı olmuşdur. İddiaçı MMC-yə olan 259674 manat məbləğində olan borc cavabdeh tərəfindən qarşı tərəfin "xxxx" ASC-də olan hesabına ##.##.2026-cı il tarixdə, AZ********** nömrəli ödəniş tapşırığı ilə 59674,00 manat, ##.##.2026-cı il tarixdə, AZ********** nömrəli ödəniş tapşırığı ilə 90000,00 manat və ##.##.2026-cı il tarixdə, AZ ********** nömrəli ödəniş tapşırığı ilə 110000,00 manat, ümumilikdə 259674,00 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi məhkəmə qərardadından 13-16 gün əvvəl həmin borc məbləği cavabdeh tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə proseslərində məlumatsız olmaları səbəbindən ödəniş sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Qətnamədən göründüyü və məhkəmənin də istinad etdiyi iddiaçı və cavabdeh arasında ##.##.2025-ci il tarixdə imzalanmış borcun ödənişi qrafikinə əsasən cavabdeh 259674 manat məbləğdən ibarət borcu ##.##.2025-ci il tarixədək ödənilməsini öhdəlik olaraq qəbul edir. Bu sazişə əsasən hesab edir ki, borcun ödəniş tarixi də məhz ##.##.2025-ci il tarix qəbul edilməlidir. Cavabdeh MMC ##.##.2025ci il tarixədək ödəməli olduğu məbləği 12, 14 və ##.##.2026-cı il tarixlərdə iddiaçının bank hesabına tam ödəmişdir. Burada gecikmə cəmi 1 ay 5 gün olmuşdur. Dəbbə məbləği də məhz 35 günə münasibətdə hesablanmalı idi. Qətnamədən də görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qəbul etsə də, onlara qeyri obyektiv yanaşmış və düzgün hüquqi qiymət verməmişdir. -yuxarıda qeyd olunduğu kimi məhkəmə iddia tələbini qismən təmin edərkən, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmənin sübut kimi qəbul etdiyi müqavilə, ödəniş qrafiki və cavabdehin bank ödəniş sənədləri azaldılmış iddia tələbinin 35 günə münasibətdə təmin edilməsinə əsas olduğu halda, məhkəmə iddianı daha uzun müddətə münasibətdə qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, işdəki dəlil və sübutlara birtərəfli və qeyri obyektiv hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmənin qətnaməsini iddia tələbinin qismən təmin edilən hissəsində əsassız hesab edir. Hesab edir ki, məhkəmə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, borcun son ödəniş günü qarşılıqlı razılaşmaya əsasən 12.##.##.2025-ci il razılaşdırılsa da, məhkəmə əsassız olaraq borc məbləğinin ödəniş müddətini bir il müddətinə götürmüş və dəbbə məbləğini də buna mütənasib hesablamışdır. Azaldılmış iddia tələbində göstərilən 20000 manat dəbbə pulu əsassız olmaqla tərəflər arasında olan biznes münasibətlərini düzgün əks etdirmir. Ödəniş tərəflərindən cəmi 35 gün gecikdirildiyindən hesab edir ki, dəbbə pulu 12900:365x35=1236,98 manat məbləğində olmalıdır Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə sübutlara birtrəfli və heç bir hüquqi əsası olmayan özünün subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verməklə, iş üzrə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, dəbbə pulu hissəsində iddianın qismən - 1236,98 manat hissəsində təmin edilməsini xahiş etmişdir.

26. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş da, məhkəmə iclasında iştirak etməmişdir.

27. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

Tətbiq edilən hüquq:

28. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Apellyasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlilləri isə qətnamənin dəbbə pulunun tutulmasına dair iddianın təmin edilmiş hissəsində dəyişdirilməsinə və dəbbə pulunun 1236,98 manat məbləğində müəyyən edilməsinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı 11.663,02 (12900-1236,98) manat məbləğində dəbbə pulunun tutulması hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəbbə pulunun məbləği hissəsində dəyişdirilməlidir.

34. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı İddiaçı MMC (satıcı) ilə cavabdeh Cavabdeh MMC (alıcı) arasında bağlanmış ##.##.2024-cü il tarixli, xxxx- 071/2* nömrəli alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaimə-fakturalarda göstərilən malları satmağı, cavabdeh isə malların dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qarşılıqlı üzləşmə aktına əsasən, iddiaçı tərəfindən cavabdehə müxtəlif çəkidə cücə yemi təqdim edilmiş, cavabdeh isə malların qalıq dəyəri olan 259.674 manat pul vəsaitini ödəməmişdir. Lakin işə birinci instansiya məhkəməsində baxılarkən, konkret olaraq 2026-cı ilin yanvar ayının 12-15 aralığında cəmi 259.674 manat məbləğində ödəniş icra edilmişdir. Hazırda iddiaçı öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış 20.000 manat dəbbə pulunun tutulmasını tələb edir.

35. Dəbbə pulunun tutulması hissəsində qətnaməni mübahisələndirən cavabdehin əsas arqumenti ##.##.2025-ci il tarixli ödəniş qrafikinə əsasən borcun son ödəniş tarixi ##.##.2025-ci il olduğundan və borc ##.##.2026-cı il tarixdə tam şəkildə ödənildiyindən 259.674 manat əsas borc üzrə gecikmənin yalnız 35 gün təşkil etməsi və dəbbə pulu da bu müddətə uyğun hesablanmalı olmasından ibarətdir.

36. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsi təqdim edilmiş malların dəyərinin ödənilməsi şərtləri müqavilə ilə yanaşı onun ayrılmaz tərkib hissəsi olan qiymət razılaşması protokollarında müəyyən edilmişdir. Belə ki, protokollara əsasən, təhvil verilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilən hesab-faktura və elektron qaimələrə əsasən, təhvil verildikdən sonra 45 gün ərzində ödənilməlidir.

37. Lakin o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan müəyyən edilir ki, mübahisəli alqı-satqı müqaviləsinə əsasən 259.674 manat məbləğində borcun ödənilməsi ilə bağlı tərəflər arasında ##.##.2025-ci il tarixdə razılıq əldə edilmiş və həmin razılığa əsasən borcun ödənilməsinin son müddəti ##.##.2025-ci il tarix müəyyən edilmişdir.

38. Göstərilən məktub ona dəlalət edir ki, iddiaçı cavabdehin təklifi ilə razılaşaraq borcun ödənilməsinin ##.##.2025-ci ilədək həyata keçirilməsini qəbul etmiş, bununla da cavabdehə öhdəliyinin icrası üçün əlavə müddət vermişdir. Odur ki, cavabdehin öhdəliyin icrasını gecikdirdiyi müddət həmin tarixdən hesablanmalıdır. Beləliklə, müqavilənin 9.5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1 faizi olmaqla dəbbə pulu hesablanarsa ##.##.2025 -##.##.2026-cı il tarixlər arası 35 günlük dövr üçün 259.674 manat borca hesablanacaq dəbbə pulu 9088 manat (259.674 manat x0,1 % x 35 gün) manat təşkil edəcəkdir.

39. Eyni zamanda kollegiya hər iki tərəfin əsaslı mənafelərini, eləcə də hesablanmış dəbbə pulunun gecikdirilmiş əsas borca nisbətini nəzərə alaraq hesab edir ki, həmin məbləğin Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini baxımından azaldılması üçün əsas yoxdur.

40. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, dəbbə pulu tələbinin tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu 9088 manat müəyyən edilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilməməlidir.

41. Buna müvafiq olaraq qətnamənin məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamə dəyişdirilməli və iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutulacaq məbləğ 73 manat məbləğində müəyyən edilməlidir.

42. Apellyasiya şikayəti verilərkən çəkilmiş məhkəmə xərcləri şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti iddiaçının tutularaq cavabdehə ödənilməli, qalan hissədə rüsum cavabdehə aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi dəbbə pulu tələbinin təmin edilmiş hissəsində və məhkəmə xərcləri hissəsində dəyişdirilsin, cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçı MMC-nin xeyrinə tutlulacaq dəbbə pulu məbləği 9088 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ isə 73 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul vəsaiti iddiaçının tutularaq cavabdehə ödənilsin, qalan hissədə rüsum cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar