Məhkəmə qərarları › İş №e-2-2(3-6)-900/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-900/2026

19.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-900/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 X4-Istehlak Kooperativi və cavabdeh2 qarşı lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qətnamədən şikayət, prosessual müddət) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı ASC iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X5 Istehsal Istehlak” Kooperativi arasında bağlanmış ##.##.2020-ci il tarixli KTA-KTT-**/**** nömrəli “Aqrar Kredit və Inkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən ##.##.2026-cı il tarixədək yaranmış 32059,37 manat (otuz iki min əli doqquz manat otuz yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 7849,39 manat (yeddi min səkkiz yüz qırx doqquz manat otuz doqquz qəpik) gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə, 39908,76 manat (otuz doqquz min doqquz yüz səkkiz manat yetmiş altı qəpik ) borc və 210 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X5 Istehsal-Istehlak” Kooperativi və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi və 1 ədəd Claas Axion 850 markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 X4- Istehlak Kooperativindən müştərək qaydada ##.##.2020-ci il tarixli KTA-KTT-**/**** nömrəli müqavilə üzrə 32059,37 manat (otuz iki min əlli doqquz manat otuz yeddi qəpik) əsas borc, 1600 (min altı yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,90 manat (yüz yetmiş altı manat doxsan qəpik) olmaqla, ümumillikdə 33836,27 manat (otuz üç min səkkiz yüz otuz altı manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, izinq predmetini təşkil edən 1 ədəd Class Axon 850 markalı traktorun saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Qeyd edilən qətnamədən cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativi tərəfindən yenidən ##.##.2026-cı il tarixdə “AZEMIS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, bildirilir ki, elektron məhkəmə sistemində yaranmış texniki nasazlıqlar səbəbindən Bakı Kommersiya Məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən faktiki olaraq yalnız ##.##.2026-cı il tarixində əldə edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi cavabdehlərin iradəsindən asılı olmayan texniki səbəblərlə bağlı olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və təqdim edilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi xahiş edilir.

5. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2-2(113)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativi tərəfindən verilmiş ərizənin təmin edilməsi və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

6. Iddiaçı həmin qərardaddan şikayət edərək, Bakı Kommersiya Məhkəməsinin e- *-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativinin apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin hakim Zeynəb Axundovanın sədrliyi ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmişdir. Məhkəmə, lizinq obyektinin geri qaytarılması və ümumilikdə 33836,27 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamədən şikayət verilməsi müddətinin ötürülməsini "elektron məhkəmə informasiya sisteminin yeniləməsi ilə əlaqədar" baş vermiş texniki nasazlıqlarla əlaqələndirərək üzrlü hesab etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Iş üzrə qətnamə ##.##.2026-cı il tarixində elan olunmuş və ##.##.2026-cı il tarixində sistemə yerləşdirilmiş, şikayət verilmədiyindən ##.##.2026-cı il tarixində qanunauyğun şəkildə icraya yönəlmişdir. Cavabdeh isə apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə vermişdir. Məhkəmənin istinad etdiyi elektron məhkəmə sistemindəki problem cəmi 3-5 gün davam etmiş və sonradan tam aradan qaldırılmışdır. Yəni, qısamüddətli texniki problemi bəhanə gətirərək artıq icraya yönəlmiş iş üzrə aylarla gecikdirilmiş şikayət müddətinin bərpası qanunvericiliyin tələblərinə ziddir. İddiaçı ASC kommersiya və lizinq fəaliyyəti ilə məşğul olan maliyyə qurumudur və müqavilə öhdəliklərinin (xüsusilə lizinq predmeti olan 1 ədəd Class Axon 850 markalı traktorun geri qaytarılması) vaxtında icrası dövriyyə vəsaitlərimiz üçün həyati əhəmiyyət kəsb edir. Cavabdehin hüquqi məsuliyyətsizliyinin və aylarla davam edən hərəkətsizliyinin maddi nəticələri süni şəkildə "texniki nasazlıq" adı altında legitimləşdirilə bilməz. Bu, mülki dövriyyənin sabitliyinə və lizinq verənin mülkiyyət hüquqlarına birbaşa zərbədir. AR MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsi isə məhkəməyə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini yalnız üzrlü hesab etdiyi halda bərpa etmək səlahiyyəti verir. "azorganik qərardad.pdf" sənədində də qeyd edildiyi kimi, qətnamə cavabdeh tərəfindən ##.##.2026-cı il tarixində əldə edilmişdir, lakin şikayət yalnız ##.##.2026-cı ildə təqdim olunmuşdur. Sistemin fəaliyyətindəki qısamüddətli (3-5 günlük) dayanma bütöv bir prosessual müddətin ötürülməsinə bəraət qazandırmır. Məhkəmə qərardadında "elektron məhkəmə informasiya sisteminin yeniləməsi ilə əlaqədar həqiqətən də həmin dövrdə sistemdə texniki nasazıqlar olmuşdur" qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən texniki nasazlığın konkret olaraq hansı tarixləri əhatə etdiyini və həmin nasazlığın cavabdehin şikayət verməsini tam bir ay müddətində davamlı olaraq bloklayıb-bloklamadığını aydınlaşdırmamışdır. Məhkəmə müddətin ötürülməsinin "cavabdehlərin iradəsindən asılı olmayan texniki səbəblərlə bağlı olmuşdur" fikrini sübuta yetirməmişdir. Belə ki, cavabdeh tərəf sistemin işləmədiyi qısa dövrdən sonrakı həftələr ərzində də şikayət verməmiş və yalnız iş icraya yönəldikdən sonra süni ləngitmə məqsədilə hərəkətə keçmişdir. Məhkəmə bu iddiaları rəsmi və davamlı elektron qeydlərlə sübuta yetirmədən ərizəni təmin etmişdir. Cavabdehin lizinq müqaviləsi üzrə əsas borc və cərimələri (33836,27 manat) ödəməkdən və traktoru qaytarmaqdan yayınması, eləcə də şikayət müddətini qəsdən ötürməsi açıqaşkar suiistifadə halıdır. Sistemdəki kiçik problemin ##.##.2026-cı il tarixində verilmiş şikayətə əsas kimi qəbul edilməsi işin faktiki reallıqlarına və məntiqinə uyğun gəlmir.

8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

9. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

10. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

13. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

14. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

17. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Məhkəmənin mövqeyi

18. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

19. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

21. Iş materiallarında olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışdan (iş/v 109) müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026cı il tarixdə, saat 08:54-də cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir.

22. Həmçinin, “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışdan (iş/v 110) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 08:54-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, cavabdehin qanuni nümayəndəsinin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 1).

23. Buna baxmayaraq cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmışdır.

24. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı).

25. Kollegiya qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində müddətin buraxılmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini, müvafiq hərəkətləri etməsinə maneə və məhdudiyyətlərin yaranmasını sübut etməlidir.

26. Məhkəmə kollegiyası cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsindəki dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh texniki nasazlıq səbəbindən qətnaməni yalnız ##.##.2026-cı il tarixdə əldə etdiyini bildirsə də, texniki nasazlıqla bağlı yaranmış problemi və qətnamənin əldə edildiyi tarixi təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

27. Cavabdeh tərəfindən müddətin buraxılmasının səbəbi kimi “Elektron Məhkəmə” sistemində baş vermiş texniki nasazlıqlar olduğu göstərilmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar ümumi və sübuta yetirilməmiş xarakter daşıyır.

28. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh istinad etdiyi halları sübut etmədiyindən müddətin buraxılması üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.

29. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, prosessual müddətin bərpasına dair ərizə rədd edilməlidir.

30. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

31. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Cavabdeh cavabdeh1 X4-Istehlak Kooperativinin prosessual müddətin bərpasına dair ərizəsi rədd edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar