Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(3-6)-91/2026 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(4-11)-149/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadına əsasən Sumqayıt Kommersiya Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi məsələsinə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 31 oktyabr 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 4529 manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1,35 manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 0,28 manat məbləğində borcun, İşsizlikdən Sığorta Fonduna olan 0,04 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2534/2025 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs ünvan 1 ünvanına rəsmi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 15 dekabr 2025-ci il tarixli 5-77/2-460/2025 nömrəli məktubun məzmunu ilə müəyyən edilir ki, hazırkı iş üzrə Maraqlı şəxs hazırda Bakı şəhəri, Xocasən qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. Göründüyü kimi, maraqlı şəxsin rəsmi qeydiyyat ünvanı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olsa da, sözügedən məktubun məzmunu əsasında müəyyən edilən faktiki yaşadığı ünvan Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri ərazisində yerləşir. Bakı Kommersiya Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7525/2024 saylı qərardadı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi üzrə kommersiya işi aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə belə mövqedən çıxış etmişdir ki, qanunvericiliyə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə maraqlı şəxsin yaşayış və ya olduğu yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun tələblərinə əsasən şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Odur ki, iş materiallarında maraqlı şəxsin Bakı şəhərində yaşadığı və ya olduğu yeri təsdiq edən şəxsiyyət vəsiqəsi və ya Daxili İşlər Nazirliyinin arayışı mövcud olmadığından, iş ərazi aidiyyəti qaydalarına əsasən Bakı Kommersiya Məhkəməsində baxılmalı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Faktiki hallar: “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlara əsasən müəyyən olunur ki, maraqlı şəxs ünvan 1 ünvanına rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 15 dekabr 2025-ci il tarixli 5-77/2-460/2025 nömrəli məktubundan müəyyən edilir ki, Maraqlı şəxs hazırda Bakı şəhəri, Xocasən qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: Maddə 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 3. Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Maddə 10. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə: Bənd 1. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminə ötürür. Bənd 8. şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsidir. Bənd 12. yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına şəxsiyyət vəsiqəsini, vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) sənədləri təqdim etməlidir. Bənd 13. Müvafiq icra hakimiyyəti orqanı həmin vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanının 2.2-ci hissəsinə əsasən Əsasnamənin 12-ci maddəsinin birinci abzasında və 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Göstərilən normaların məzmunundan göründüyü kimi yaşayış yeri tam fəaliyyət qabiliyyətli şəxsin daimi olaraq və ya daha çox yaşadığı yer olmaqla qanunverici hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Vətəndaşın yaşayış yerindən fərqli olaraq olduğu yer müvəqqəti xarakter daşıyır. Qanunvericiliyin tələblərinə əsasən hər bir vətəndaş müvəqqəti yaşamaq istədiyi yerə gəldikdən sonra 7 gün ərzində olduğu yer üzrə də qeydiyyata alınmalıdır. Vətəndaşların olduğu yer üzrə qeydiyyatı və yalnız Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminə istinadən Daxili İşlər Nazirliyi tərəfindən təsdiq oluna bilər. Hazırkı halda şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda qanunvericiliyin tələbləri baxımından həmin ünvan maraqlı şəxsin yaşadığı yer hesab edilir. Bundan əlavə maraqlı şəxsin olduğu yer üzrə Bakı şəhərində qeydiyyata alındığını təsdiq edən sənəd də iş materiallarına əlavə edilməmişdir. Odur ki, maraqlı şəxsin yaşadığı və ya olduğu yerin Bakı şəhərində yerləşməsi iş materialları ilə öz təsdiqini tapmadığından hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılması MPM-in 355-5.2-ci maddəsinin tələbləri baxımından istisna edilir. MPM-in: 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsi hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-91/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-91/2026
28.01.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver