Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-938/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə ##.##.2018-ci il tarixli ****- L/** nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 36350 manat olan və müqavilədə göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən lizinq qalan texnikaların dəyərindən bu müqavilənin 1.1-ci bəndinə göstərilən 3635 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (əlavə №*) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. 3.1-ci bəndinə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur. 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin 1.2-ci bəndində göstərilən qabaqcadan ödəniş də daxil olmaqla, texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №*) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər.
2. “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə ##.##.2018-ci il tarixli ****- L/** nömrəli lizinq müqaviləsinin ** nömrəli əlavəsində texnikanın dəyəri razılaşdırılaraq, müqavilə üzrə sonuncu ödənişin edilmə tarixi ##.##.2022-ci il müəyyənləşdirilmişdir.
3. Tərəflər arasında imzalanmış 04.10.20218-ci il tarixli, *** nömrəli “xxxx” ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə akta əsasən müqavilə üzrə texnikalar saz, nizamlanmış və komplekt halda cavabdehə təhvil verilmişdir.
4. İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqaviləsi üzrə bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya lizinq müqaviləsi üzrə sonuncu dəfə ##.##.2018-ci il tarixdə 558 manat vəsait ödənilmişdir.
5. İddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 4337 manat, cərimə borcu 5973,56 manat, cəmi borcu 10310,56 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə tutulmuş 27528 manat əsas borc qalıq borcdan çıxılaraq nəzərə alınmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehdən ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqaviləyə əsasən ##.##.2021-ci il tarixə olan 27528 manat əsas borc, 1200 manat cərimə borcunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2018-ci il tarixli “1534-L/18” nömrəli müqavilə üzrə 4337 manat qalıq borc, 5973,56 manat cərimə borcu olmaqla, cəmi 10310,56 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə cavabdeh arasında ##.##.2018-ci il tarixli “1534-L/18” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən “xxxx” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinq alan cavabdeh1 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan - hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə cavabdeh cavabdeh1 ##.##.2018-ci il tarixli “1534-L/18” nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixinə 4.337 (manat qalıq borc, 5.973,56 manat cərimə borcu olmaqla, cəmi 10.310,56 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarında saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəmələrə müraciət edə bilərlər. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
9. Cavabdeh ##.##.2026-cı il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq etməklə iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı pul məbləğinin indeksasiyası tələbinə dair ərizəsi tamamilə əsassızdır və aşağıdakı göstərilən səbəblərə görə rədd edilməlidir. Belə ki, iddiаçı tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddətini buraxmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan müqavilə 2018ci ildə olmuşdur və artıq həmin müddətdən 8 ildən artıq vaxt keçmişdir. Bеlə оlаn hаldа iddiа müddəti keçdiyi ücün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, iddia müddətinin ötürüldüyü açıq aşkardır.
11. Bakı Kommersiya Məhkəməsinin #.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilməmiş, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edib ki, iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsi 2 hissədən ibarətdir: 1. əsas borcun tutulması; 2. dəbbə pulunun ödənilməsi. Məhkəmə iddia ərizəsinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, tərəflər arasında ##.##.2018-ci il tarixli, ****-L/** nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, müqavilə üzrə cavabdeh ümumilikdə 36350 manat ödəməli olduğu halda, cəmi 4485 manat vəsait ödəmiş, həmin müqavilə üzrə 27528 manat borcun ödənilməli olması tərəflər arasında daha əvvəl olmuş məhkəmə mübahisəsi zamanı çıxarılmış yekun məhkəmə aktı ilə qət edilmiş, əlavə olaraq 4337 manat əsas borc da hazırkı günədək iddiaçıya ödənilməmişdir. Beləliklə, məhkəmə qeyd edib ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış ##.##.2018-ci il tarixli ****-L/** nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malikdir. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir.
13. Hazırkı işdən görünüb ki, tərəflər arasında müqavilə ##.##.2018-ci il tarixdə bağlanmış, həmin müqavilənin eyni tarixli * saylı Əlavəsində müqavilə üzrə sonuncu ödənişin ##.##.2022-ci il tarixdə ödənilməsi razılaşdırılmış, müqavilənin qüvvədə olma müddəti ##.##.2022-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya lizinq müqaviləsi üzrə sonuncu dəfə ##.##.2018-ci il tarixdə ödəniş edilmişdir. İddiaçı tərəf hazırkı iddia tələbi ilə (yəni ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr üzrə ödənilməli olan borc) bağlı məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etməklə qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini açıq-aşkar buraxmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə iddia müddətinin axımının iddiaçının hazırkı müqavilə üzrə yaranmış borcun tutulması tələbi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edən zaman kəsilmiş olması barədə dəlili ilə razılaşmayıb. Belə ki, materiallarda olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehdən ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqaviləyə əsasən ##.##.2021-ci il tarixə olan 27528 manat əsas borc, 1200 manat cərimə borcunun tutulması qət edilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqavilə üzrə ##.##.2021-ci il tarixdən müqavilə müddətinin sonuna qədər olan borcun və həmin borca hesablanmış cərimə borcunun tutulması tələbini irəli sürmüşdür. Halbuki, iddiaçı tərəf məhz həmin dövr üzrə ödənilməli olan borcun tutulması ilə bağlı iddia tələbini daha əvvəl irəli sürməmişdir. Beləliklə, hazırda tələb edilən dövr üzrə qalıq borcla bağlı iddia müddətinin axımı kəsilməmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı həmin tələb üzrə də iddia müddətini ötürmüşdür. Materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 5973,56 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Hazırkı işin hallarından əsas tələb üzrə iddia müddətinin ötürüldüyü müəyyən edildiyi üçün məhkəmə qeyd edib ki, hazırkı tələb üzrə də iddia müddəti ötürülmüş, bu səbəbdən iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə qeyd edib ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə ##.##.2005-ci il tarixli qərarı). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradanqaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia təmin edilmədiyindən hüquqi yardımla bağlı çəkilmiş 576,28 manat xərc iddiaçının özünə aid edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 376, 380.1, 462.1, 747.1, 748-1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin çıxardığı qətnamə işin faktiki hallarına əsaslanmadığından və hüquqi əsaslandırma baxımından ciddi qüsurlar daşıdığından, həmin qərarın ləğv edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması zəruridir. Dövlət büdcəsinin vəsaitlərinin geri qaytarılması ilə bağlı məsələlər ümumi mülki hüquqi tələblərdən fərqlənir və bu xüsus nəzərə alınmadan qəbul edilən qərar hüququn təməl prinsipləri ilə uzlaşmır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəmənin qətnaməsini ləğv edərək iddianın təmin edilməsini təmin etməlidir. Lakin hüquqi yanaşma baxımından, məhkəmənin yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qərar verməsi düzgün deyildir. İddia müddəti hüququn müdafiəsinin vaxt çərçivəsini müəyyən etsə də, bu müddətin keçməsi avtomatik olaraq borcun ödənilməli olmadığını təsdiq etmir. Xüsusilə də, cavabdehin iddia müddətinin tətbiq olunmasını tələb etməsi borcun hüquqi aspektdən tanındığı ehtimalını doğurur. Məhkəmə bu faktı nəzərə almalı və işin hallarını bütövlükdə qiymətləndirməlidir. Əks halda, yalnız formal müddəalara istinad edilərək iddianın rədd edilməsi, hüququn məqsəd və prinsipləri baxımından qeyriadekvat nəticəyə gətirib çıxara bilər. Dövlət büdcəsindən ayrılmış vəsaitlərin geri qaytarılması məsələsinin xüsusi ictimai əhəmiyyət daşıması da nəzərə alınmalıdır. Belə hallarda, məhkəmənin işə yanaşması fərqli olmalı, iddia müddətinin tətbiqi mexaniki olaraq deyil, işin konkret halları və ədalət prinsipi çərçivəsində həyata keçirilməlidir. Dövlətin maliyyə maraqlarının qorunması hüquq siyasətinin əsas istiqamətlərindən biri olduğuna görə, cavabdehin iddia müddətinin tətbiqini tələb etməsi, lakin borcu açıq şəkildə inkar etməməsi şəraitində məhkəmənin iddianı tam araşdırmadan rədd etməsi hüquqi baxımdan əsassız hesab edilməlidir. Bu qərar, dövlət büdcəsi vəsaitinin qaytarılması kimi ictimai maraq doğuran məsələlərdə xüsusilə əhəmiyyətlidir. Belə hallarda, məhkəmələrin iddia müddətinin keçməsinə görə iddianı rədd etməsi, dövlətin maliyyə mənafelərinin qorunmasına mənfi təsir göstərə bilər. Ona görə də, dövlət büdcəsi vəsaitinin qaytarılması ilə bağlı işlərdə məhkəmələr, iddia müddətinin keçməsinə baxmayaraq, iddiaçının subyektiv hüququnun mövcudluğunu və həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdırlar. Beləliklə, məhkəmənin gəldiyi nəticə, dövlət büdcəsinin vəsaitlərinin qorunması baxımından yenidən qiymətləndirilməlidir. Cavabdeh lizinq müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lakin borclu olduğunu da inkar etməmişdir. Məhz bu amil göstərir ki, cavabdeh borcu ödəmək vəzifəsini daşıyır və bu öhdəliyin yerinə yetirilməsi hüquqi baxımdan tələb oluna bilər. Bu arqumentlərə əsasən, məhkəmə borclunun borcunu açıq şəkildə qəbul etdiyini, dövlət vəsaitlərinin qaytarılmasının ictimai əhəmiyyətini, iddia müddətinin tətbiqinə daha çevik yanaşılmasını və hüquqdan sui-istifadənin qarşısının alınmasını nəzərə alaraq iddianın təmin edilməsinə qərar verməlidir. Hüquq ədalət və məntiqə əsaslanmalı, formal müddəaların arxasında ədalətsiz nəticələrin yaranmasına yol verilməməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -372.1-ci, 372.2-ci, 373.2-ci, 377.2-ci, 375.2-ci və 376-cı maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
20. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmiş, qətnamədən yalnız iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə bütövlükdə mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC (lizinqverən) ilə cavabdeh1 (lizinq alan) arasında kənd təsərrüfatı texnikalarının verilməsi ilə bağlı ##.##.2018-ci il tarixli ****-L/** nömrəli lizinq müqaviləsi bağlanmış və “xxxx” ASC lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, müqavilə üzrə cavabdeh ümumilikdə 36350 manat ödəməli olduğu halda, cəmi 4485 manat məbləğində ödəniş etmişdir. Bundan sonra ərəflər arasında həmin müqavilədən irəli gələn məhkəmə mübahisəsinin nəticəsi olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə mübahisəli müqavilə üzrə ##.##.2021-ci il tarixədək olan müddət üçün yaranmış 27528 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı ##.##.2021-ci il tarixdən lizinq müddəti bitdiyi tarixədək olan müddət üçün hesablanmış 4337 manat qalıq borcun, həmçinin həmin məbləğin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.
25. Kollegiya əvvəla, qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 747.1 və 462-ci maddələrinə əsasən mübahisəli müqavilə üzrə borcun və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, tərəflər arasında ##.##.2018-ci il tarixdə bağlanmış lizinq müqaviləsi (müqaviləyə 01 saylı əlavə nəzərə alınmaqla) üzrə ödəniş qrafikinə əsasən sonuncu lizinq ödənişi ## ######## 2022-ci il tarixdə həyata keçirilməli idi. Həmin tarixdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməsi də iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, Mülki Məcəllənin 377.2-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı ##.##.2022-ci il tarixdə başladığından iddiaçı hazırkı iddianı ##.##.2026-cı il tarixdə qaldırmaqla müqavilə tələbləri (həm əsas tələb, həm də əlavə tələb- dəbbə pulu tələbi üzrə) üzrə qanunda nəzərdə tutulmuş üç illik iddia müddətini buraxmışdır.
28. Məhkəmə kollegiya iddia müddətinin axımının iddiaçının hazırkı müqavilə üzrə yaranmış borcun tutulması tələbi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edən zaman kəsilmiş olması barədə dəlili hissəsində birinci intansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, materiallarda olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdehdən ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqaviləyə əsasən ##.##.2021-ci il tarixə olan 27528 manat əsas borc, 1200 manat cərimə borcunun tutulması qət edilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən ##.##.2018-ci il tarixli ****-L/** nömrəli müqavilə üzrə ##.##.2021-ci il tarixdən (2026-cı ilin III rüsbündən) müqavilə müddətinin sonuna qədər olan borcun və həmin borca hesablanmış cərimə borcunun tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi iddiaçı tərəf məhz həmin dövr üzrə ödənilməli olan borcun tutulması ilə bağlı iddia tələbini daha əvvəl irəli sürməmişdir. Beləliklə, hazırda tələb edilən dövr üzrə qalıq borcla bağlı iddia müddətinin axımı kəsilməmişdir.
29. İddiaçının dövlət büdcəsindən maliyyələşən təşkilat olması və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun dövlət büdcəsinə aid vəsait olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin iddia müddətləri ilə bağlı qaydaları müəyyən edən normaları iddia müddətinin tətbiq edilməsini mülki hüquq münasibətlərinin subyektiv tərkibindən asılı etməmiş, yalnız “müddətsiz” müdafiə edilən tələblər müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin tələblərə aid olduğu da müəyyən edilmir.
30. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə düzgün nəticə gəlmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini
32. rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov