Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-955/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X12 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X3, Cavabdeh cavabdeh1 iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh cavabdeh1 qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindəncavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. İddiaçı ASC (lizinq verən) ilə cavabdeh1 (lizinq alan) arasında ##.##.2024-ci il tarixli, ****************-NV/** nömrəli X4 Müqaviləsi”nə əsasən Lizinq verən (cavabdeh) Lizinq alanın (iddiaçının) sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə və qeyd edilən “WULING Asta” markalı, 2024-cü il buraxılışlı avtomobilin (bundan sonra - Avtomobil) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq müqaviləsinə əsasən lizinq obyektinin qiyməti 39900 manat, lizinq verənin mükafat məbləği 16952,1 manat, ilkin ödəniş məbləği 3100 manat, sığorta 1137,15 manat, rəsmiləşdirmə komissiyası 1596 manat, lizinq məbləği 36800 manat, lizinq müddəti 48 ay, illik faiz dərəcəsi 20%, aylıq standart ödəniş 1119,84 manat müəyyən edilmişdir.
2. Müqavilənin 2.1-ci bəndinə görə Lizinq obyektinin qəbulu və istifadəyə verilməsi, Lizinq verənin və Lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qəbul və istifadəyə verilmə aktına əsasən həyata keçirilir. Lizinq obyekti ilə birlikdə onun istismara verilməsi üçün zəruri olan bütün sənədlərin Lizinq alana verilməsini Lizinq verən öhdəsinə götürür.
3. Müqavilənin 2.2-ci bəndinə görə X2 obyektinin istismarını istisna edən çatışmazlıqlara görə təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə, Lizinq verəni və satıcını bütün çatışmazlıqlar barədə 3 iş günü ərzində yazılı formada xəbərdar etməlidir. Lizinq obyektinin aşkar edilmiş çatışmazlıqları barədə bildirişin verilməməsi Lizinq obyektinin bu Müqavilənin şərtlərinə uyğun vəziyyətdə verilməsi faktının tanınması üçün əsasdır. Həmin andan X2 obyektinin keyfiyyəti üzrə pretenziyaların verilməsi hüququnu itirir.
4. Müqavilənin 5.1-ci bəndinə görə Bu Müqavilə üzrə nəzərdə tutulmuş pul öhdəliklərinin yerinə yetirilməsi üzrə Lizinq alanın Lizinq verənlə hesablaşmaları, Lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilir.
5. Müqavilənin 5.2-ci bəndinə görə X2 obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir.
6. Müqavilənin 8.2-ci bəndinə görə Lzinq verən Lizinq obyektini Lizinq alanın hesabına sığorta etdirəcəkdir. Lizinq Obyekti sığorta bazarında iki ildən çox fəaliyyət göstərən sığorta şirkətində sığorta etdirilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə fayda alan tərəf Lizinq verəndir.
7. Müqavilənin 8.3-cü bəndinə görə sığorta müqaviləsi üzrə sığorta ödənişinin məbləği bu Müqavilənin 1.5-ci bəndində göstərilən ümumi məbləğdən (16952,1 manat) az olmamalıdır.
8. Müqavilənin 8.6-cı bəndinə görə sığorta şirkəti tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edildikdə, Lizinq Obyektinə dəymiş ziyan tam həcmdə Lizinq Alan tərəfindən ödənilməlidir.
9. Müqavilənin 10.1-ci bəndinə əsasən X1 Verənin təşəbbüsü ilə, Lizinq Alana hər hansı bir zərərin əvəzini ödəmədən aşağıdakı hallarda ləğv edilə bilər: X2 Obyektindən bıı Müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə; X2 Obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə; X2 Verənin yazılı icazəsi olmadan Lizinq Obyektini sublizinqə və ya kirayəyə verdikdə; X2 ödənişlərini bu Müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə.
10. Müqavilənin 10.2-ci bəndinə əsasən bu Müqavilənin 10.1-ci bəndində sadalanmış hallar baş verdikdə Lizinq Verən həmçinin Lizinq Alandan öz xeyrinə mübahisəsiz qaydada pul vəsaitlərinin və cərimələrin silinməsi və Lizinq Obyektinin geri tələb edilməsi hüququna malikdir. Bu zaman Lizinq Verənə ödənilmiş lizinq ödənişləri Lizinq Alana geri qaytarılmır.
11. ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Wuling Asta” markalı nəqliyyat vasitəsi cavabdeh1 təhvil verilmişdir.
12. ##.##.2024-ci il tarixli ****************-NV/** nömrəli X4 müqaviləsinə * saylı əlavəyə əsasən lizinq obyektini 2024-cü il buraxılışlı “Wuling Asta” markalı nəqliyyat vasitəsi təşkil edir.
13. ##.##.2024-ci il tarixli ****************-NV/** nömrəli X4 müqaviləsinə * saylı əlavə olan ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 48 ay müddətində 1-ci aydan başlayaraq hər ay 1.119,84 manat olmaqla, cəmi 53.752,19 manat məbləğində lizinq ödənişləri edilməli idi.
14. .##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən arayışın verildiyi tarixə cavabdeh1 ##.##.2024-ci il tarixli ****************-NV/** nömrəli lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu 7019,03 manat, faiz borcu 7699,50 manat, sığorta haqqı üzrə borcu 2069,10 manat, cərimə borcu 730.30 manat, cəmi borcu 17517,96 manat təşkil edir.
15. Hesabdan çıxarışa əsasən cavabdeh ##.##.2024-cü il tarixdə 1.120 manat və ##.##.2025-ci il tarixdə 999,58 manat ödəniş etmişdir.
16. İddiaçı ASC tərəfindən cavabdeh1 ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 1 iş günü ərzində cəmi 17517,96 manat borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə ##.##.2024-ci il tarixli, ****************-NV/** nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, borcun və əlavə xərclərin məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. ##.##.2026-cı il tarixli ************ saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə 143 manat dövlət rüsumu ödənilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı MMCyə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin təmir xərcinin cavabdehə aid edilməsi və s.” tələbinə dair iş üzrə iddiaçı tərəflər arasında bağlanmış ## ####### 2024-cü il tarixli **************** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, “WULING ASTA” markalı avtomobilin cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətində saxlanılmaqla, təmiri ilə bağlı avtomobilin uzun müddət iddiaçıdan asılı olmayaraq cavabdehin nəzarətində olunduğundan və iddiaçının istifadəsində olmadığından 2025-ci ilin fevral ayından hesablanmış 11119 manat lizinq haqqlarının silinməsi və lizinq haqqlarının hesablanmasının dayandılrması, iddiaçı cavabdeh1 ilə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş lizinq haqqlarından kənar 12343 manat vəsaitin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğin və 128 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə sonradan dəqiqləşdirməklə (##.##.2025) iddia ərizəsi ilə məhkəməyə etmişdir. Iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ikinci lizinq müqaviləsi ##.##.2024 cü il tarixdə bağlanmış, lizinq predmeti iddiaçının istifadəsinə və sahibliyinə verilmiş və tərəflər arasında mübahisə yarananadək lizinq ödənişləri də edilmişdir. ##.##.2025-ci il tarikdə ikinci müqavilə üzrə lizinq predmeti olan avtomobili X7 etibarnamə ilə idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil zədələnmiş, lakin avtomobil taksi fəaliyyətində istifadə edildiyi əsas gətirilərək sığortaçı “xxxx” ASC tərəfindən (sığorta müqaviləsi cavabdehlə “xxxx” ASC arasında bağlanmışdır) sığorta ödənişinin verilməsindən, avtomobilə dəymiş zərər azad olma məbləğindən az olduğu üçün imtina edilmişdir (avtomobilə dəymiş zərər 11165 manat olduğu halda, sığorta müqaviləsinin şərtinə görə taksi fəaliyyətində istifadə edildiyi üçün azadolma məbləği 12470 manat müəyyən edilmişdir). Bundan sonra, iddiaçı cavabdehlə aralarında bağlanmış ##.##.2024-cü il tarixli lizinq müqaviləsi üzrə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. Iddiaçı bunu onunla izah edir ki, lizinq şirkətini cavabdeh seçmiş, sığorta haqqı iddiaçı tərəfindən ödənilsə də, sığorta müqaviləsini “xxxx” ASC ilə cavabdeh bağlamış, onun sığorta müqaviləsinin şərtlərindən (avtomobilin taksi fəaliyyətində istifadə edilməsi halında azad olma məbləğinin daha çox müəyyən edilməsi və s.) məlumatı olmamış, bu səbəblərdən avtomobil uzun müddət təmir olunmadığından, bu vəziyətin yaranmasında isə cavabehin təqsiri olduğundan onun lizinq müqaviləsinə marağı itmişdir. 30. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər ##.##.2024-cü il tarixli lizinq müqaviləsinin əhəmiyyətli dərəcədə pozulmasını şərtləndirən əsaslar kimi qəbul edilə bilər. Belə ki, iddiaçı həmin lizinq müqaviləsini bağlayarkən lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobildən istifadə eədərək ondan faydalanmağa, habelə lizinq ödəbişlərini etdikdən sonra avtomobili əldə edərək onu mülkiyyətinə keçirməyi arzu etmiş, lakin avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi, zərərin cavabdehin seçdiyi sığorta şirkəti tərəfindən qarşılanmamsı, nətcədə isə avtomobilin uzun müddət təmirsiz və yararsız vəziyyətdə qalması iddiaçını müqavilə bağlayarkən arzuladığı nəticələrdən məhrum etmiş, bu hal onu müqavilə münasibətlrəni davam etdirmək istəyindən imtina etməsinə səbəb olmuşdur. Eyni zamanda, cavabdeh tərəf də lizinq müqaviləsinin ləğvinə etiraz etmədiyini bildirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ##.##.2024-cü il tarixli, ************** saylı lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir.
Birinci instansiya məhkəməsindəki icraat
19. Iddiaçı İddiaçı ASC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ####### 2024-cü il tarixli ****************- NV/** nömrəli X4 Müqaviləsi”nə əsasən ##.##.2026-cı il tarixə qədər 7019,03 manat gecikdirilmiş əsas borcu, 7699,50 manat faiz borcu və 2069,10 manat sığorta haqqı üzrə borcu, 730.30 manat cərimə borcu, ümumilikdə, 17517,96 (on yeddi min beş yüz on yeddi manat 96 qəpik ) manat və 143 manat ödənilmiş dövlət rüsmunun cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi və 1 ədəd Asta markalı Wuling nəqliyyat vasitəsinin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında ## ####### 2024-cü il tarixli 1562182065470736- NV/** nömrəli X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Asta markalı Wuling nəqliyyat vasitəsi cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir. ## ####### 2024-cü il tarixli ****************-NV/** nömrəli Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 39900.00 manat təşkil etmişdir. Həmçinin cavabdeh tərəfindən 3100 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, cavabdeh cavabdeh1 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən texnika cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə ##.##.2026-cı il tarixinə 7019,03 manat gecikdirilmiş əsas borcu, 7699,50 manat faiz borcu və 2069,10 manat sığorta haqqı üzrə borcu yaranmışdır. Qeyd olunan müqavilələrnin 5.11-ci bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin ##.##.2026-cı il tarixinə 730.30 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının Iqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsinin Onlayn kargüzarlıq bölməsi və poçt vasitəsilə pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC qarşısında ## ####### 2024-cü il tarixli ****************-NV/** nömrəli X4 Müqaviləsi” nə əsasən ##.##.2026-cı il tarixə qədər 7019,03 manat gecikdirilmiş əsas borcu, 7699,50 manat faiz borcu və 2069,10 manat sığorta haqqı üzrə borcu, 730.30 manat cərimə borcu, ümumilikdə, 17517,96 ( on yeddi min beş yüz on yeddi manat 96 qəpik ) manat öhdəliyi vardır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748- 1.5-ci maddəsinə görə, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Eyni məcəllənin 748-1.12.4-cü maddəsinə görə, X2 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-2.3- cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə görə, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Bununla bağlı bildiririk ki, tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndinə əsasən, lizinq müqaviləsi üzrə hər hansı bir mübahisə və yaxud anlaşılmazlıq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müqavilənin icra yeri üzrə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll olunur. Müqavilənin 17.2-ci maddəsinə əsasən, müqavilənin icra yeri Lizinq verənin yerləşdiyi ünvan hesab olunur. Lizinq verən, yəni İddiaçı ASC-nin hüquqi ünvanı ünvan 1 “Çinar Park” Biznes Mərkəzi, Bina 1 ünvanıdır. Odur ki, müqavilənin şərtlərinə və Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinin tələblərinə əsasən, hazırki mübahisəyə iddiaçının seçiminə əsasən Bakı Kommersiya Məhkəməsində baxıla bilər.
21. Cavabdeh məhkəməyə yazılı etirazla müraciət edərək iddianın rədd olunmasını xahiş etmiş və yazılı etirazı belə əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış ## ####### 2024-cü il tarixli ****************-NV/** nömrəli X4 Müqaviləsinə əsasən, lizinq yolu ilə almaq istədiyim “Wuling Asta” markalı nəqliyyat vasitəsinə dair 2024-cü ilin dekabr ayı və 2025-ci ilin yanvar ayı üzrə lizinq ödənişləri ödənilmiş, ## ###### 2025-ci ildə etibarnamə ilə avtomobili idarə edən X7 avtomobillə qəza etmiş və dərhal sığortalı İddiaçı ASC-yə məlumat vermişdir, hadisə yerinə sığortaçı “xxxx” gəlmiş və avtomobilə baxış keçirimişdir, sonra isə iddiaçı İddiaçıxxxx” MMC (Otodok by xxxx) avto servisə təhvil verilməsi bildirmişdir. Lizinq obyekti ## ###### 2025-ci il tarixdən qeyd olunan xxxx” MMC (Otodok by xxxx) Avto servisə təhvil verilmişdir. Hazırki vaxtda qədər də həmin lizinq obyekti İddiaçı ASC-nin “Otodok” Avto servisində olmaqla iddiaçının nəzarətindədir. Onu da qeyd edirəm ki, iddiaçının razılığı olmadan lizinq obyektinə yaxınlaşmağım, lizinq obyektindən hər hansı bir istifadə etməyim və oradan götürməyim mümkün deyildir. Yəni lizinq obyekti ## ###### 2025-ci ildən İddiaçı ASC-nin sərəncamındadır və həmin vaxtdan mənim sahibliyimdə və istifadəmdə deyildir. Məhkəmənin nəzərinə çatdırırıq ki, müqavilə şərtlərinə əsaəsn mənim tərəfimdən avtomobilin sığortalanması üçün ödəniş iddiaçıya təqdim edilmişdir. Bundan sonra lizinq obyekti olan avtomobil iddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinə görə faydalanan şəxs də iddiaçı İddiaçı ASC-dir, bundan başqa avtomobilin təmiri iddiaçıya aid “xxxx” MMC (Otodok by xxxx) servisdə təmir olunmalıdır. Müqavilə şərtinə uyğun olaraq avtomobil iddiaçının nəzarətində olan “xxxx” MMC-yə təqdim edilmiş və avtomobilin “xxxx” ASC ilə iddiaçı xxxx” arasında bağlanmış sığorta müqaviləsinə əsasən sığorta qaydasında təmir olunacağı və avtomobil hazır olduqda ona təhvil veriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçının səhlənkarlığı və təqsiri səbəbindən lizinq obyektinin təmiri uzadılmışdır. Tərəfimdən hər dəfə əlaqə saxlandıqda təmir olunacağı barədə vəd verilmiş, lakin vədlərinə aylarla əməl etməmişlər. Belə olan halda tərəfimdən 2025-ci ilin iyul ayında Bakı Kommersiya Məhkəməsində İddiaçı ASC-yə qarşı iddia qaldıraraq, iddiaçı cavabdeh1 ilə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ####### 2024-cü il tarixli **************** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, “WULING ASTA” markalı avtomobilin təmiri cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iddiaçı cavabdeh1 ilə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş lizinq haqqlarından kənar 12343 (On iki min üç yüz qırx üç) manat vəsaitin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğin və 128 manat dövlət rüsumunun cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilmiş, nəqliyyat vasitəsinin geri qayatarılması səbəbindən daxili lizinq müqaviləsinin ləğv edildiyi müəyyən edilmiş və İddiaçı ASC-dən 1707,5 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsi tutularaq iddiaçı cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir.
22. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, tərəflər arasında bir dəfə lizinq müqaviləsi bağlanıb və tərəfə maşın verilib, lakin həmin maşında problem olduğu üçün tərəfə verilən maşın başqa maşınla dəyişdirilir.Tərəflər razılaşır və tərəflər arasında yeni müqavilə bağlanır. Bu müqaviləyə uyğun cavabdeh tərəfindən ödənişlər edilir. Bununla bağlı sığorta müqaviləsi İddiaçı ASC və xxxx arasında bağlanır.Sonradan etibarnamə əsasında avtomobili idarə edən şəxs qəza keçirir. Bu zaman maşına 11000-12000 manat dəyərində ziyan dəyir. Lakin xxxx bu sığorta məbləğini ödəmir. Bununla bağlı qarşı tərəf “müqavilənin ləğv edilməsi,avtomobilinn təmirinin cavabdehə aid edilməsi və pulun tutulması” ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə də isə həmin iddia qismən təmin edilmiş, İddiaçı ASC-dən cavabdeh1 sığorta üçün ödədiyi ödənişlər tutulmuşdur.Qətnamə əsasında müqavilə qüvvədən düşmüş hesab olunub.Lakin onlar bu iddianı verəkən orada yekun məhkəmə aktı çıxarılmamışdır deyə növbəti məhkəmə iclasında idida tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edəcəklər. Etiraza münasibətdə isə cavabdehin etirazını əsaslandırdığı dəlillər əsasında artıq məhkəmə qətnamə qəbul edib.
23. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 izahat verərək bildirmişdir ki, borc lizinq müqaviləsi üzrə yaranıb. Belə ki, təmsilçisi olduğu İddiaçı ASC ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli ****************-NV/** nömrəli “X4 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Asta markalı “Wuling” nəqliyyat vasitəsi cavabdehə 48 ay müddətinə lizinqə verilmişdir. Lakin cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən borcu yaranmışdır. Cavabdehlə aralarındakı lizinq müqaviləsinin 8-ci maddəsinə əsasən sığorta haqqı lizinq alan tərəfindən qarşılanmalıdır. Iddia ərizəsində qeyd olunan 2069 manat sığorta haqqı borcu sığorta şirkəti tərəfindən avtomobilin təmir xərclərinin qarşılanması məqsədilə iddiaçıdan tələb olunur. Qəzadan sonra avtomobil iddiaçı tərəfindən təmir edilib. Sığorta haqqı borcu lizinqə götürən tərəfindən ödənilmədikdə şirkət tərəfindən qarşılanaraq, cavabdehdən tələb edilir. Iddia ərizəsindəki həmin 2069 manat borc məbləği sığorta haqqı ilə əlaqədar olaraq yaranmışdır.
24. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 iddia ərizəsində qeyd edilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddia tələbi müqavilənin qüvvədə olma müddətini əhatə edir. Dəymiş zərərlə bağlı ayrıca tələb irəli sürməmişlər. Təmir xərclərini özləri çəkmişlər. Həm dəymiş zərərlə bağlı, həm də lizing ödənişləri ilə bağlı iddia qaldıra bilmirlər. Ikisindən birini seçmək lazım idi, onlar da bu iddianı seçmişlər.
25. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, ## ###### 2025-ci ildə qəza hadisəsi baş verib.Maşını alarkən taksi fəaliyyəti ilə məşğul olacağını bildirmişdir.Hadisə barədə məlumat verəndə ona bildirdilər ki, maşını onların servisinə aparmağını bildirdilər.Maşını servisə apardıqdan so sonra ona bildirdilər ki, xxxx ilə müqavilələri var. Bu barədə məlumatı yox idi. Sığorta ödənişlərinin hamısını ödəmişdir. Ona bildirmişdilər ki, maşın bir neçə günə düzələcək. Lakin aradan 7-8 ay keçməsinə baxmayaraq ona maşını təhvil vermədilər, o da məhkəməyə ərizə ilə müraciət etdi. Fevral ayından maşın onda deyil və ödənişləri ödəmir. Sentyabr ayında onunla əlaqə saxladılar. Ona bildirdilər ki, maşını ona verə bilərlər, lakin belə olan halda o həmin borcuda qəbul etməlidir. Hətta bu zaman onlara təklif etdi ki, zərərin yarısını qarşı tərəf qəbul etsin, yarısıda ona qalsın.Qarşı tərəf bununla razılaşmadı. Maşın da hal hazırda qarşı tərəfdədir. Ilkin ödənişi də ona qaytarmayıblar.Maşın qəza edənə qədər ödənişlərini vaxtlı vaxtında ödəmişdir. O, avtomobili lizinqə götürdükdən sonra yol vərəqəsi əsasında başqa bir şəxsə taksi xidməti kimi göstərməsi üçün vermişdir. Avtomobili özü də idarə etmişdir. Bakı Kommersiya Məhkəməsinə müraciəti əsasında e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, nəqliyyat vasitəsinin geri qaytarılması səbəbindən daxili lizinq müqaviləsinin ləğv edildiyi müəyyən edilmiş və İddiaçı ASC-dən 1707 manat 50 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun 18 manatlıq hissəsinin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı tərəf apellyasiya şikayət verdiyindən qətnamə hələ ki, qanuni qüvvəyə minməmişdir. Maşın hal-hazırda cavabdehin sərəncamındadır. Qarşı tərəf ona borcları qapatmaq şərtilə avtomobili geri qaytarmağı təklif etmişdilər. Qarşı tərəf avtomobili ona təhvil verəndə taksi fəaliyyətilə məşğul olacağını bildirmişdir. O, avtomobillə bağlı bütün sığorta ödənişlərini vaxtıvaxtında həyata keçirmişdir. O, lizinq predmeti ilə bağlı 1137 manat məbləğində sığorta haqqı ödənişi həyata keçirmişdir. Iddiaçı tərəfin bildirdiyinin əksinə olaraq, avtomobil təmir xərclərinin sığorta şirkəti tərəfindən qarşılandığına dair onun əlində müvafiq sənədlər mövcuddur. O, avtomobili lizinqə götürdüyü ilk gündən taksi fəaliyyəti ilə bağlı məşğul olmaq istədiyi barədə iddiaçı tərəfə məlumat vermişdir.
26. Hazırki məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, qəza baş verdikdən dərhal sonra o, avtomobili iddiaçı tərəfə təhvil vermişdir. O, ilk gündən etibarən avtomobili lizingə taksi fəaliyyətilə məşğul olmaq üçün götürdüyünü bildirmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
28. Iddaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lizinq obyekti ##.##.2024-cü il tarixli təhvil-təslim aktı ilə cavabdehə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən qəbul aktı imzalandıqdan sonra obyektin saxlanmasına görə tam məsuliyyət Lizinq Alana keçmişdir. Müqavilənin 5.2-ci bəndinə görə Lizinq Alan obyektdən istifadə edibetməməsindən asılı olmayaraq ödəniş cədvəli üzrə lizinq ödənişlərini etməlidir. Cavabdeh müqavilə üzrə yalnız ##.##.2024-cü ildə 1 120 manat və ##.##.2025-ci ildə 999,58 manat ödəmiş, sonrakı ödənişləri icra etməmişdir. Birinci instansiya məhkəməsi də qəza tarixinədək 1 240,10 manat ödənilməmiş lizinq borcunun mövcudluğunu müəyyən etmişdir. Nəqliyyat vasitəsi cavabdehin etibarnamə verdiyi şəxsin idarə etməsi zamanı yol-nəqliyyat hadisəsində zədələnmiş və təmir məqsədilə servisə yerləşdirilmişdir. Avtomobilin özündə istehsal, komplektlik və ya təhvil qüsuru müəyyən edilməmişdir. Servisə yerləşdirmə müqavilənin 10 və 11-ci bölmələri üzrə geri götürmə və ya qaytarma aktı ilə rəsmiləşdirilmiş hüquqi qaytarma deyildir. Sığortaçı ödənişdən avtomobilin taksi fəaliyyətində istifadəsinə tətbiq olunan 12 470 manat azadolma məbləğinin 11 165 manat zərərdən artıq olması səbəbindən imtina etmişdir. Bu səbəb Lizinq Verənin təqsirini deyil, Lizinq Alanın istifadə rejimini göstərir. Müqavilənin 8.2, 8.5, 8.6 və 8.7-ci bəndlərinə görə sığorta Lizinq Alanın hesabına aparılır, sığortaçı ödənişdən imtina etdikdə zərər və sığorta xərcləri Lizinq Alanın üzərinə düşür. Obyektin saxlanması, texniki vəziyyəti, nasazlıqların aradan qaldırılması, texniki xidmət və vaxtından əvvəl xitam xərcləri Lizinq Alanın öhdəliyidir. Bu müqavilə şərtləri qiymətləndirilməmişdir. Lizinq obyektinin qaytarılması qaytarma aktı ilə rəsmiləşdirilməlidir. Belə akt olmadan servisə yerləşdirmənin hüquqi qaytarma və müqavilənin bitməsi kimi qəbul edilməsi müqaviləyə ziddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
32. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
34. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə X2 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
35. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
36. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır
44. Işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC (lizinq verən) ilə cavabdeh1 (lizinq alan) arasında ##.##.2024-ci il tarixli, ****************-NV/** nömrəli X4 Müqaviləsi”nə əsasən Lizinq verən (cavabdeh) Lizinq alanın (iddiaçının) sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə və qeyd edilən “WULING Asta” markalı, 2024-cü il buraxılışlı avtomobilin (bundan sonra - Avtomobil) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixdə lizinq predmeti olan nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, həmin tarixdən sonra nəqliyyat vasitəsi cavabdehin faktiki istifadəsindən çıxmış və iddiaçı tərəfin nəzarətində olmuşdur.
45. Iddiaçı hazırda ##.##.2026-cı il tarixə qədər 7019,03 manat gecikdirilmiş əsas borcun, habelə faiz, 2069,10 manat sığorta haqqı üzrə borcu, 730.30 manat cərimə borc həmçinin lizinq obyektinin geri qayatrılmasını tələb edir.
46. Məhkəmə kollegiyası ##.##.2026-cı il tarixə qədər olan əsas borca münasibətdə qeyd edir ki, işin mübahisəsiz hallarına əsasən lizinq predmeti olan nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra təmir məqsədilə lizinq verənin göstərişi ilə onların əməkdaşlıq etdiyi servisə təhvil verilmiş, həmin tarixdən etibarən cavabdehin faktiki istifadəsindən çıxmış və iddiaçının faktiki istifadə və sahibliyində olmuşdur. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən təmir olunmuş Bu halı birinci instansiya məhkəməsinə icraat zamanı iddiaçının nümayəndəsi izhatına təsdiq etmişdir ki, nəqliyya vasitəsi onların sərəncamında olmuş, təmir onlar tərəfindən həyata keçirilmişdir. Bundan sonra avtomobilin sığortaçı tərəfindən təmir edilməsindən imtina edildiyi və bu halın lizinq verənin təqsiri ucbatından baş verdiyi ona məlum olduqdan sonra lizinq alan müqavilədən imtina etmişdir.
47. Kollegiya hesab edir ki, lizinq münasibətlərinin mahiyyəti lizinq predmetinin lizinq alanın istifadəsinə, sahibliyinə verilməsi və həmin predmetdən istifadəyə görə lizinq alan tərəfindən müqavilədə nəzərdə tutulmuş dövri ödənişlərin həyata keçirilməsindən ibarətdir. Bu baxımdan, lizinq ödənişinin tələb edilməsi, ilk növbədə, lizinq predmetinin lizinq alanın faktiki istifadəsində və sahibliyində olmasını, habelə onun müqavilə üzrə nəzərdə tutulmuş təyinatına uyğun istifadəsinin mümkünlüyünü ehtiva edir.
48. Göründüyü kimi lizinq predmeti lizinq alanın iradəsi və ya təqsiri ilə deyil, məhz lizinq verənin təşəbbüsü və göstərişi əsasında lizinq alandan götürülərək üçüncü şəxsin servisində saxlanılmış və həmin müddət ərzində lizinq alanın faktiki istifadəsindən çıxmışdır. Belə olan halda, lizinq alanın öz iradəsindən asılı olmayan səbəbdən lizinq predmetindən istifadə etmək və ondan faydalanmaq imkanından məhrum olduğu dövr üçün ondan lizinq ödənişlərinin tələb edilməsi əsassızdır.
49. Apellyatorun geri qaytarma aktının olmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, nəqliyyat vasitəsinin servisə yerləşdirilməsinin müqavilənin 10 və 11ci bölmələrində nəzərdə tutulmuş formal qaydada geri götürmə və ya qaytarma aktı ilə rəsmiləşdirilməməsi, iş üzrə müəyyən edilmiş digər faktiki hallar nəzərə alınmaqla, onun həmin tarixdən etibarən lizinq alanın faktiki istifadəsində və sahibliyində olması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə, nəqliyyat vasitəsinin lizinq verənin təşəbbüsü ilə lizinq alanın istifadəsindən çıxarılması və sonuncunun ondan istifadə imkanının faktiki olaraq aradan qalxması müəyyən edildiyindən, formal aktın mövcud olmaması lizinq alanın həmin dövr üçün lizinq ödənişləri ödəmək öhdəliyinin saxlanılması üçün müstəqil hüquqi əsas kimi qəbul edilə bilməz.
50. Həmçinin bu halın müqavilənin bitməsi kimi qəbul edilə bilməməsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı MMCyə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin təmir xərcinin cavabdehə aid edilməsi və s.” tələbinə dair iş üzrə icraat zamanı cavabdeh tərəf də lizinq müqaviləsinin ləğvinə etiraz etmədiyini bildirmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsilə ##.##.2024-cü il tarixli, ************** saylı lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilmişdir.
51. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən lizinq predmetinə dəymiş zərərlə bağlı tələb irəli sürülmədiyindən hazırki icraat çərçivəsində yekun hesablaşmanın aparılması, dolayısı ilə lizinq alanın avansı geri qaytarılmadan, lizinq verənə dəyən zərərin həcmi və lizinq obyektinin qalıq dəyəri müəyyən edilmədən lizinq ödənişlərinin lizinq alandan tutulması mümkün hesab edilə bilməz.
52. Məhkəmə kollegiyası sığorta ödənişi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə isə nəqliyyat vasitəsinin sığorta hadisəsindən sonra lizinq verən tərəfindən götürüldüyü və həmin vaxtdan etibarən onun sahibliyində olduğu müəyyən edildiyindən, lizinq alanın sonrakı dövrdə nəqliyyat vasitəsinin texniki vəziyyətinə görə məsuliyyət daşıdığını qəbul etmək üçün hüquqi əsas yoxdur.
53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.