Məhkəmə qərarları › İş №e-2-2(3-6)-958/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-958/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-958/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: qeyri-müəyyən tələb, iddia ərizəsinin baxılmamış saxlanılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Işin halları

1. İddiaçı Şirkəti (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında ##.##.2023-cü il tarixli ***/**** nömrəli müqavilə bağlanmışdır.

2. Müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında meyvə və tərəvəz məhsullarını standartlara uyğun qablaşdırılmış halda satır, Alıcı isə onu gömrük orqanlarında rəsmiləşdirdikdən sonra qəbul edir; 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 1.000.000 ABŞ dolları dəyərində müəyyən edilir; 2.2-ci bəndinə əsasən 1.500 ton meyvə və tərəvəz məhsullarının qiyməti tərəflərin razılaşma şərtlərinə uyğun həyata keçirilir; 4.1-ci bəndinə əsasən satıcı tərəfindən satılan meyvə-tərəvəz məhsullarında keyfiyyət göstəriciləri normaya uyğun, insan sağlamlığına ziyan verə biləcək mikroelementlər olmamalıdır; 4.2-ci bəndinə əsasən alıcı məhsulun kəmiyyət və keyfiyyətini müəyyən etmək üçün üçüncü tərəf kimi mütəxəssis seçməkdə sərbəstdir; 4.3-cü bəndinə əsasən məhsulun kəmiyyət və keyfiyyət göstəricilərində ö cümlədən alıcı tərəfindən aşkar edilmiş çatışmazlıqlara (düzgün qablaşdırmamaq, düzgün yükləməmək, yolda xarab olma, sənədlərin tərtibatında olan uyğunsuzluqlara) görə dəymiş tam ziyanı satıcı alıcıya ödəməyi öz öhdəsinə götürür.

3. ##.##.2023-cü il tarixli 357 və *** nömrəli məhsulların LSA-ya qəbul aktlarından görünür ki, Freskbana tərəfindən göndərilmiş 43-cü həftəyə aid banan məhsulları cavabdeh tərəfindən qəbul edilmiş, hər iki aktda məhsulun ümumi keyfiyyəti “Normal” kimi qiymətləndirilmişdir. Bununla yanaşı, aktlarda məhsulların bir hissəsində müəyyən xarici qüsurların, o cümlədən ləkə, əzilmə və digər vizual qüsurların mövcudluğuna dair qeydlər edilmişdir. Aktlar cavabdehin aidiyyəti əməkdaşları tərəfindən imzalanmışdır.

4. MEDUGY******v saylı yük gömrük bəyannəməsi ilə təsdiq edilir ki, İddiaçı (göndərən) tərəfindən göndərilən 12 000 ədəd mal (banan) xxxx LLC tərəfindən müxtəlif vaxtlarda bəyan edilmişdir.

5. İddiaçı Şirkəti tərəfindən Cavabdeh MMC-yə 93 000 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.

6. İddiaçı Şirkəti tərəfindən Cavabdeh MMC-yə 712.32 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.

7. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən iddiaçı tərəfindən TG Councel LLC-yə 2648 ABŞ dolları (4501 manat) ödənilmişdir.

8. Tərəflər arasında aparılmış elektron yazışmalardan görünür ki, 2023-cü ilin dekabr ayında 43-cü həftəyə aid banan partiyası üzrə Cavabdeh MMC tərəfindən məhsullarda zədələnmə, çürümə və çəki ilə bağlı problemlərin olduğu bildirilmiş, bununla əlaqədar fotoşəkillər və qəbul aktlarının göndərildiyi, məhsullar satılmamışdan əvvəl keyfiyyətlə bağlı tələb irəli sürüldüyü qeyd edilmişdir. “İddiaçı” nümayəndəsi isə yaranmış vəziyyətə görə təəssüfünü bildirərək irəli sürülən tələblərin səbəbləri barədə ətraflı hesabatın təqdim edilməsini istəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. Iddiaçı İddiaçı şirkəti (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 61593.22 (altmış bir min beş yüz doxsan üç dollar, 22 sent) ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və öhdəliyin icrasının gecikdirildiyi dövr üçün ## ###### 2024-cü il tarixindən hesablanmaqla cavabdeh tərəfindən ödənişin edildiyi tarixədək illik 5% miqdarında faizlərin ödənilməsi borc məbləğindən əlavə iddiaçıya ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə çəkdiyi xərcin əvəzi olaraq 4400 ABŞ dolları məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 411 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Ekvador Respublikasında qurulmuş, baş ofisi Guayaquildə olan, beynəlxalq səviyyədə tanınmış banan ixracatçısı olan İddiaçı şirkəti (bundan sonra “Iddiaçı”) Ekvador ərazisində 2500 hektardan çox banan plantasiyalarını idarə etməklə Avropa, Asiya, Yaxın Şərq və Afrika üzrə 20-dən çox ölkəyə həftəlik 120.000 qutudan çox banan ixrac edən bir biznes subyektidir. Iddiaçı həmçinin Azərbaycan Respublikasında yaradılmış və fəaliyyət göstərən xxxx MMC (bundan sonra “Cavabdeh”) ilə banan alqı-satqısı üzrə işgüzar münasibətlər aparırdı. Lakin tərəflər arasında razılaşdırılmış şərtlərə uyğun olaraq Iddiaçı tərəfindən malların düzgün və vaxtında çatdırılmasına baxmayaraq, Cavabdeh ödəmə öhdəliklərini yerinə yetirməmiş, bununla da Iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Malların göndərilməsi barədə təsdiqedici sənədlər iddia ərizəsinə əlavə olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, ##.##.2023-cü il tarixində hər bir qutu 15.5 və ümumi dəyəri 93000.00 ABŞ dolları olmaqla 1200 qutuluq 5 tara və ##.##.2023-cü il tarixində tarixində hər bir qutu 14.2 və ümumi dəyəri 170400.00 ABŞ dolları olmaqla 1200 qutuluq 10 tara banan Iddiaçı tərəfindən Cavabdehə göndərilmişdir. Bundan əlavə tərəflər arasında əvvəlki əməliyyatlardan qalma Cavabdehin 712.32 ABŞ dolları məbləğində borcu olmuşdur. Ümumi borc məbləğindən 92009.10 və 110510.00 ABŞ dolları Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda Iddiaçıya ödənsə də, yerdə qalan 61593.22 ABŞ dolları borc hələ də bugünə kimi qalmaqda və Cavabdeh tərəfindən ödənilməməkdədir. Odur ki, hal-hazırda Cavabdehin Iddiaçıya 61593.22 (altmış bir min beş yüz doxsan üç dollar, 22 sent) ABŞ dolları məbləğində borcu qalmaqdadır. Iddiaçı dəfələrlə Cavabdehə müraciət edərək ödənişlərin yerinə yetirilməsini xahiş etmiş, Cavabdeh müxtəlif tarixlər üçün vədlər verməklə hər dəfə Iddiaçını aldatmış və vədlərini yerinə yetirməmiş, müqavilə öhdəliklərini pozmuşdur. Bunları təsdiq edən Vatsapp və mail yazışmaları iddia ərizəsinə əlavə olunur. Həmin yazışmalardan Cavabdehin borcunu etiraf etməsi və ödəyəcəyini vəd etməsi aydın şəkildə görünür.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 61593.22 ABŞ dolları (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən) məbləğində əsas borc, illik 5%-lə hesablanmış 3000 ABŞ dolları məbləğində gecikdirmə borcu, 600 ABŞ dolları məbləğində hüquqi xidmət üçün haqq və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Freskbana” S.A-nın xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

 Hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.  Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi Cavabdeh MMC ilə Ekvadorda təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan İddiaçı şirkəti arasında bağlanılmış şifahi alqısatqı müqaviləsindən irəli gələn tələblərindən ibarətdir. Hazırkı halda isə iş üzrə cavabdeh AR-də təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh MMC-dir. Odur ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.  Ikinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.  Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.  Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Freskbana” S.A-ilə cavabdeh Cavabdeh MMC arasında şifahi alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müqavilə üzrə nəzərdə tutulan malları (banan) cavabdehə təqdim etmişdir. Tərəflər arasında şifahi alğısatqı münasibətlərinin olması, iddia ərizəsində qeyd edilən miqdarda malın cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən həmin mallların dəyərinin ödənilməməsi işin mübahisəsiz halıdır, belə ki, iddiaçının qanuni təmsilçisi özü məhkəmə iclasında bu halı təsdiq etmişdir. Həmçinin iddiaçının həmin malları cavabdehə təqdim etməsi hesab-faktura, yük gömrük bəyannamələri, habelə cavabdehin nümayəndəsinin etirafı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Tərəflər arasında mübahisəli olan hal, yalnız təhvil verilən malların keyfiyyətsiz olması ilə bağlıdır və cavabdehə sübut təqdim edilməsi üçün kifayət qədər vaxt verilsə də, cavabdeh tərəfində heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borca dair hissədə tam təmin edilməlidir.  Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 61593.22 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh Cavabdehxxxx“Freskbana” S.A-ya ödənilməlidir.  Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış məbləğində cavabdehdən tutulmasını tələb etmişdir.  Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni ##.##.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və 61593.22 ABŞ dolları əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 3000 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.  Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 600 ABŞ dolları məbləğində pulun tutulmasını ağlabatan hesab edir.  Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 400 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

13. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385.1, 442, 443.1, 448.1, 567-ci maddələrini, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 24.1-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair maddə 6-ya tətbiq etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin iddia tələbinin təmin olduğu hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazlar

15. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə .... .

18. Maddə 149.2.3. Iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

19. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

20. Maddə 150.1.2. Iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir.

21. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

22. Maddə 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ödənişin edildiyi tarixədək illik 5% miqdarında faizlərin tutulması hissəsində iddia baxılmamış saxlanılmalıdır.

24. Belə ki, Mülki Prosessual Məcəllənin 112.1.2, 249.2.3 və 222.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia ərizəsində cavabdehdən tutulması xahiş edilən məbləğ dəqiq göstərilməlidir.

25. Lakin iddiaçı tərəfindən irəli sürülmüş faiz-maliyyə sanksiyasının öhdəliyin tam icra olunması günədək tutulması barədə iddia tələbləri qeyri-müəyyən və qeyri-dəqiqdir.

26. Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.12-ci maddələrində isə təsbit olunmuşdur ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

27. Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunan hissədə iddia baxılmamış saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi “Cavabdeh Cavabdeh MMC-dən illik 5%-lə hesablanmış 3000 ABŞ dolları məbləğində gecikdirmə borcu tutularaq iddiaçı “Freskbana”xxxx” hissəsində ləğv edilsin. Iddiaçı İddiaçı şirkətinin cavabdeh Cavabdeh MMC-yə qarşı “ödənişin edildiyi tarixədək illik 5% miqdarında faizlərin tutulması barədə” iddia tələbi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar