Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-995/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair iş üzrə qəbul olunmuş Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ##.##.2022-ci il tarixli KTAKTT**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 2050,70 manat (iki min əlli manat yetmiş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, ##.##.2022-ci il tarixli KTAKTT**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 2029,95 manat (iki min iyirmi doqquz manat doxsan beş qəpik) əsas borc, 100 (yüz) manat cərimə, ##.##.2022-ci il tarixli KTAKTT**/**** nömrəli müqavilə üzrə ##.##.2025-ci il tarixə 6740,25 manat (altı min yeddi yüz qırx manat iyirmi beş qəpik) əsas borc, 340 (üç yüz qırx) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110,90 manat (yüz on manat doxsan qəpik) manat olmaqla, ümumillikdə 11471,80 manat (on bir min dörd yüz yetmiş bir manat səksən qəpik) məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2022-ci il tarixli, KTAKTT**/**** nömrəli, ##.##.2022-ci il tarixli KTA-KTT-22/9751 və ##.##.2022-ci il tarixli, KTAKTT**/**** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən Daxili maliyyə lizinqi müqavilələrinə xitam verilməsi, lizinq predmetini təşkil edən 1 ədəd Solis 26 markalı traktor, 1 ədəd Solis Mini MB SLMBP-2 markalı kotan, 1 ədəd Solis 3,5 X1 markalı rotavator, 1 ədəd Karaova KO45-630 markalı rotavator və 2 ədəd Cansa CanD.H.G.-48K markalı mala ağır 48 diskli (Hidravlik Tandem) saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir Qeyd edilən qətnamədən cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*-*(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş ərizə təmin edilmiş və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır . Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslanıdırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa olunmuş və apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, cavabdeh ilkin olaraq apellyasiya şikayətini vaxtında vermiş, lakin şikayət məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə forma və məzmun nöqsanlarına görə geri qaytarıldıqdan sonra cavabdeh qısa müddətdə nöqsanları düzəldərək şikayəti müddətin bərpası ərizəsi ilə yenidən təqdim etmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı qanunsuz, əsassız və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh MMCdən ümumilikdə 11471,80 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, daxili maliyyə lizinqi müqavilələrinə xitam verilməsi və lizinq obyektlərinin (1 ədəd Solis 26 traktor, 1 ədəd Solis Mini MB kotan, 1 ədəd Solis rotavator, 1 ədəd Karaova rotavator və 2 ədəd Cansa mala) saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılması qət edilmişdir. Həmin qətnamə ##.##.2026-cı il tarixində Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmiş (və cavabdeh tərəfindən ##.##.2026-cı il tarixində əldə edilmişdir). AR MPM-nin 360-cı maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti 1 aylıq müddətdə, yəni ən geci ##.##.2026-cı il (və ya növbəti iş günü olan ##.##.2026-cı il) tarixinədək verilməli idi. Lakin cavabdeh şikayətini yalnız ##.##.2026-cı il tarixində (qanuni 1 aylıq müddət bitdikdən təxminən 1 ay sonra) vermiş və forma nöqsanı səbəbindən şikayət ##.##.2026-cı ildə geri qaytarılmışdır. Cavabdeh tərəfindən ilkin şikayət belə qanuni 1 aylıq müddət ötürüldükdən sonra təqdim edildiyi halda, məhkəmənin “ilkin şikayət vaxtında verilmişdir” nəticəsinə gəlməsi işin faktiki hallarına tamamilə ziddir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı nömrəli qərardadı şikayətin rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncüşəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Məhkəmə haqlı olaraq prosessual müddətin buraxılmasını üzrlü hesab edərək bərpa etmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu qənaətə gələrkən nəzərə almışdır ki, ilkin olaraq apellyasiya şikayəti vaxtında verilmiş, şikayət qaytarılandan sonra qısa müddət ərzində nöqsanlar düzəldilərək, apellyasiya şikayəti yenidən verilmişdir. Kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-995/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-995/2026
25.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver