Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-108/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh X2 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X3 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları 1.
2. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehə poçt vasitəsi ilə göndərilmiş, poçt qəbzində məhkəmə aktının ##.##.2026-cı il tarixdə təqdim olunması göstərilmişdir. Məhkəmə aktının cavabdehə təqdim olunduğu zərfin üzərindəki möhür və poçt göndərişlərinin izlənilməsinə dair məlumatda isə poçt göndərişinin ##.##.2026-cı il tarixdə təqdim olunması göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin verilməsi müddətinin keçməsi əsası ilə geri qaytarılmışdır.
4. Qərardad ilə razılaşmayan cavabdeh ## ##### 2026-cı il tarixdə qərarddaddan şikayətlə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərardadının ləğv edilməsi və işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, qərardaddan şikayət Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
5. Cavabdeh ##.##.2026-cı il tarixdə buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək (qərardaddan şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə) Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadından 10 gün müddətində şikayət verilə bilər. Qeyd olunan şikayət müddəti ##.##.2026-cı il tarixdə bitib. Həmin vaxt Novruz bayramı ilə əlaqədar qeyri iş günləri olub, eyni zamanda da ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək Elektron Məhkəmə sistemində yenilənmə aparıldığı üçün ümumiyyətlə sistem işləməyib və bundan sonra da aparılmış dəyişikliklə bağlı elektron məhkəmə sistemində problemlər olub. Ona görə də özlərindən asılı olmayan səbəbdən Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərardadından şikayət verə bilməmişlər.
6. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkşaf Agentliyinin cavabdeh X2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddət ona münasibətdə bərpa edilmiş, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadı ləğv edilmiş, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadı həmin tarixdə cavabdehin vəkili və nümayəndəsi vəkil1 məxsus elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda qərardaddan şikayət verilməsinin son tarixi (cavabdehin vəkili və nümayəndəsi vəkil1 münasibətdə) ## #### 2026-cı il tarixidir (26-30 mart tarixləri qeyri-iş gününə təsadüf etdiyi üçün). Cavabdehin vəkili və nümayəndəsi vəkil1 isə ## ##### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət vermişdir. Göründüyü kimi tərəf qərardaddan şikayəti qanunla müəyyən edilmiş müddəti 9 (doqquz) gün ötürərək məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının məhkəmələrində tətbiq edilən “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyasının istifadəyə verilməsi və sistemin texniki yenilənməsi ilə əlaqədar olaraq ## #### 2026-cı il tarixindən ## ##### 2026-cı il tarixinədək sistemin fəaliyyətində texniki məhdudiyyətlər mövcud olmuşdur. Qeyd olunan müddət ərzində “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə prosessual sənədlərin, o cümlədən məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətlərinin (protestlərinin), həmçinin digər müraciətlərin elektron qaydada təqdim edilməsində fasilələr yaranmış və bəzi hallarda sənədlərin təqdim edilməsi texniki səbəblərdən mümkün olmamışdır. Həmçinin, aprel ayının əvvəllərində də sistemdə təkmilləşdirmə işləri aparıldığı üçün məhkəmə sənədlərinin tərəflərə məxsus elektron kabinetlərə yerləşdirilməsi barədə onlara rəsmi bildirişin gedişində problemlər yaşanmışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin vəziyyət nəzərə alınmaqla, müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, ötürülmüş müddət bərpa edildiyindən, qərardaddan verilmiş şikayətə baxılmalıdır. Məhkəmə iş materiallarını və şikayəti araşdırıb hesab etmişdir ki, şikayət əsaslı olduğundan təmin edilməli və qərardad ləğv edilməlidir. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış və qərardad onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ## ###### 2026-cı il tarixdə cavabdeh X2 poçt vasitəsilə göndərilmiş və ## ###### 2026-cı il tarixdə onun tərəfindən şəxsən qəbul edilmişdir. Belə olan halda apellyasiya şikayəti verilməsinin son tarixi (cavabdeh X2 münasibətdə) ## #### 2026-cı il tarixidir. Cavabdehin vəkili və nümayəndəsi vəkil1 isə ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi tərəf qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti 1 (bir) gün ötürərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qətnamənin cavabdehə çatdırılması barədə zərf təqdim olunmuş və zərfin üzərindəki möhürdən onun tərəfə ##.##.2026-cı il tarixdə çatdırılması məlum olmuşdur. 26. Həmçinin, məhkəmə tərəfindən poçt göndərişlərinin izlənilməsi barədə saytdan qətnamənin göndərildiyi zərfə verilən SX*********AZ nömrəli kod sorğulanmış və oradan da qətnamənin cavabdehə ##.##.2026-cı il tarixdə çatdırılması məlum olmuşdur. 27. Belə olan halda məhkəmə hesb edir ki, tərəf qətnamədən apelyasiya şikayətini qanunla müəyyən edilmiş vaxt ərzində verdiyindən apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
8. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 135.5, 135.8, 263, 264 və 268-ci madələrinə istinadən əsaslandırmışdır.
9. Gəncə Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə razılaşmayan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş müddətin bərpası ilə bağlı ərizənin təmin edilməməsini, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv olunmasını və Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
11. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadının həmin gün elektron kabinetə yüklənməsi işin mübahisəsiz halıdır. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi vəkil1 tərəfindən şikayət verilərkən prosessual müddət 9 gün ötürülmüşdür. Cavabdehin vəkili və nümayəndəsi vəkil1Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- ****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsini ## ###### 2026- cı il tarixdə rəsmi qaydada aldığı halda ondan 13 mart tarixində apellyasiya şikayəti vermiş, prosessual müddəti 1 gün ötürmüş, müddətin bərpası üçün hər hansı ərizə verməmişdir. Gəncə Kommersiya Məhkəməsi bu faktı nəzərə almamış və hüquqi qiymət vermədən müddəti bərpa etmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin prosessual müddətləri sistematik olaraq iki dəfə ardıcıl pozaraq səhlənkarlıq etməsi və öz ərizəsində göstərdiyi səbəbləri hər hansı sübutla təsdiqləməməsi onun prosessual öhdəliklərə laqeyd yanaşdığını göstərir. Bütün bunlara baxmayaraq, məhkəmənin prosessual müddəti bərpa etməsi artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasında çətinlik yaradır və əsassız şəkildə yenidən mübahisələndirilməsinə səbəb olur. Müddətin ötürülməsinin üzürlü səbəbləri həmin müddəti buraxmış şəxs tərəfindən sübut edilməlidir. prosessual müddətin son günü (26 mart) qeyri-iş gününə təsadüf etdiyindən, 31 mart müddətin son günü hesab olunmuşdur. Buna baxmayaraq, cavabdehin vəkili və nümayəndəsi məhz 9 gün (9 aprel) sonra qeyriadekvat olaraq qərardaddan şikayət vermiş və prosessual müddəti ötürmüşdür. Cavabdehin vəkili və nümayəndəsi müddətin bərpası ilə bağlı ərizəsində 10 günlük prosessual müddətin ötürülməsini onunla əsaslandırmışdır ki, şikayət müddəti ##.##.2026-cı il tarixdə bitsə də, həmin vaxt Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olub, eyni zamanda Elektron Məhkəmə Sistemində yenilənmə işləri aparıldığı üçün sistem işləməmiş və onlardan asılı olmayan səbəblərdən şikayət verilmə müddəti buraxılmışdır. Lakin cavabdeh sistemdəki ardıcıl davam edən texniki nasazlıqla bağlı hər hansı sübut, arayış və ya dəlil məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində tətbiq edilən “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyasının istifadəyə verilməsi və sistemin texniki yenilənməsi həmin dövrdə aktual olduğundan təcrübədə prosessual sənədlərin, o cümlədən məhkəmə qərarlarından apellyasiya və kassasiya şikayətlərinin, həmçinin digər müraciətlərin elektron qaydada təqdim edilməsi zamanı iddia və prosessual müddətlərin ötürülməsinin istifadəçilərdən asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən arayışlar sistemin istifadəçilərinin müraciətləri əsasında Məhkəmə Hüquq Şurasından əldə olunurdu. Cavabdehin nümayəndəsi və vəkilinin isə Məhkəmə Hüquq Şurasına müraciət etməsi, məhz 31 mart - 9 aprel tarixləri arasında sistemin işlək vəziyyətdə olmamasını təsdiq edən arayışların əldə olunması istiqamətində cəhdlərinin olub-olmaması sübuta yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi cavabdehə rəsmi qaydada ## ###### 2026-cı il tarixdə çatdırılsa da, cavabdehin vəkili və nümayəndəsi vəkil1 ##.##.2026-cı il tarixdə, yəni 1 aylıq prosessual müddəti 1 gün ötürməklə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti verərkən ötürülmüş müddətin bərpası ilə bağlı ərizə məhkəməyə təqdim etməmişdir. Bu faktlar onu deməyə əsas verir ki, prosessual müddətin ard-arda 2 dəfə pozulması, pozuntuya səbəb kimi göstərilən halların sübutlarla təsdiq olunmaması cavabdehin nümayəndəsi və vəkilinin səhlənkarlığı olmaqla üzürlü sayıla bilməz.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
12. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
14. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
15. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.
20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
21. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
23. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
24. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
“C.Ismayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı
25. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdehə poçt vasitəsi ilə göndərilmiş, poçt qəbzində məhkəmə aktının ##.##.2026-cı il tarixdə təqdim olunması göstərilmişdir. Məhkəmə aktının cavabdehə təqdim olunduğu zərfin üzərindəki möhür və poçt göndərişlərinin izlənilməsinə dair məlumatda isə poçt göndərişinin ##.##.2026-cı il tarixdə təqdim olunması göstərilmişdir.
30. Bundan sonra cavabdehin apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, qərardaddan verilmiş şikayət isə yenidən müddətin ötürülməsi ilə verildiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh qərardaddan şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə verilmiş və birinci instansiyası məhkəməsinin qərardadı ilə prosessual müddət bərpa edilərək qərardad ləğv edilmiş, qətnamədən verilmiş apellyasiya şikayətinin isə baxılması üçün apellyasiya insyansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamədən verilmiş cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş olsa da birinci instansiyası məhkəməsinin ilkin mövqeyi əsaslı olmamışdır.
32. Belə ki, MPM-in 128.3-cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
33. Belə olan halda Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı ##.##.2026-cı il tarixdən deyil, hadisənin baş verməsindən sonrakı gündən, yəni ##.##.2026-cı il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə saat 24:00-da bitmişdir. Lakin məhkəmə araşdırması zamanı poçt zərfindən və poçt göndərişlərinin izlənməsinə dair məlumatdan müəyyən edilmişdir ki, cavabdeh məhkəmə aktını xəbərnamədə göstərildiyi kimi ##.##.2026-cı il tarixdə deyil, ##.##.2026-cı il tarixdə almışdır.
34. Belə olan halda Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin axımı ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir ki, cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək prosessual müddəti ötürməmişdir.
35. Lakin cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət verilməsi müddətini ötürmüş, bununla bağlı prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiyası məhkəməsinə müraciət etmiş və birinci instansiyası məhkəməsi tərəfindən prosessual müddət bərpa edilmişdir.
36. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyasının istifadəyə verilməsi və sistemin texniki yenilənməsi ilə əlaqədar olaraq ## #### 2026-cı il tarixindən ## ##### 2026-cı il tarixinədək sistemin fəaliyyətində texniki məhdudiyyətlər mövcud olmuş və bu məhdudiyyətlər 01 aprel tarixindən sonrada davam etmişdir.
37. Məhkəmə, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin vaxtında verilməsini və “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyasının istifadəyə verilməsi ilə əlaqədar sistemin fəaliyyətində texniki məhdudiyyətlərin mövcudluğunu nəzərə alıb hesab edir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq müddəti bərpa etmiş və prosessual qanunvericiliyin tələblərini pozmamışdır.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
39. Göründüyü kimi məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın.
40. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı və cavabdehin apellyasiya şikayəti kommersiya kollegiyasının müzakirəsinə verilməlidir.
41. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
42. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
43. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.