Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-122/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin adından nümayəndə2 və cavabdeh “X1 Təsərrüfatı” X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı MMC cavabdeh “X1 Təsərrüfatı” X2rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən iddiaçı İddiaçı MMC-nin adından nümayəndə2 və cavabdeh “X1 Təsərrüfatı” X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, iddiaçı təşkilatın adından nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması MPM-in * saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. «Apellyasiya şikayətinin forması» başlıqlı əlavə 2-də müəyyən edilmiş forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Hazırkı işdə apellyasiya şikayəti iddiaçı İddiaçı MMC-nin adından verilməli olduğu halda, şikayət onun nümayəndəsinin öz adından verilmişdir. Halbuki, mülki məhkəmə icraatında nümayəndə iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPMnin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin qaytarılması səlahiyyətinin birinci instansiya məhkəməsinə aid olduğunu nəzərə alaraq hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin adından verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməli, iddiaçı İddiaçı MMC-nin adından verilmiş apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra, cavabdeh “X1 Təsərrüfatı” X2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 361, 363, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC-nin adından nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-122/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-122/2026
08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver